Tumgik
#kollektivlər
metbuat · 2 years
Text
AVRO-2023: 
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının təsnifat mərhələsində bu gün növbəti oyununu keçirəcək. Fanat.Az xəbər verir ki, D qrupunda yer alan milli səfərdə Gürcüstan seçməsi ilə üz-üzə gələcək. Paytaxt Tbilisidə baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Kollektivimiz qrupdakı ilk oyununda Gürcüstana 3:0 hesabı ilə qalib gəlib. Yığmamızın D…
Tumblr media
View On WordPress
0 notes
behlulheseni · 6 years
Text
Oyun mediasının Azərbaycandakı oyun sektoruna təsiri
Sözə 2000-ci ildən başlamaq istərdim. Yadımdadı, uşaq vaxtı oyunlara olan xəstəliyimdən hara getsəm disk dükanı olan yerə mütləq daxil olur, oyun disklərinə baxıb, yaxından maraqlanardım. O zamanlar nə məşhur adlar var idi, nə də o adlara sahib gözəl qrafikalı oyunlar. İllər keçdikcə oyuna olan marağım daha da artdı və sanki sağalmaz bir "xəstəliy"ə çevrildi. Bu xəsətliyi qısaca izzah etmək lazım gələrsə, iki hecalı və dörd hərfli yalnız bir söz işlədə bilərəm - GAMER.
Oyun sektorunun o zamanlar Azərbaycanda varlığı belə mövcud deyildi. Bunun əsas səbiblərindən biri də həm yaşıdlarımın (mən də daxil olmaqla - red.) internetə dial-upla - 52 kb sürətlə daxil olması idi. O sürətlə oyunlar haqqında xəbərləri oxumaq, balaca və kimsəsiz bir adada özünə dost axtarmaq kimi bir şey idi. Lakin vaxt gələcək, qarşımıza qoyulan bu keçilməz səddi aşıb növəbti mərhələyə keçəcəkdik. Belə də oldu. Düzdü, özümü atomları parçalayan fizik kimi hiss etmədim, kiçik və azyaşlılardan ibarət bir komanda qurdum.
Qarşımızdakı məqsəd isə Azərbaycanda oyun sektorunun əsasını qoymaq idi. İlk öncə dial-up inetnet girişlərinə son verdik və bahalı olsa da hərəmiz evə ADSL çəkdirdik. Sonra bir sayt qurduq - “GamesGamer”. Azyaşlı olmağımıza baxmayaraq əlimizdən gəldiyi qədər xarici oyun mediası saytlarından məlumatları toplayıb, tərcümə edib saytımızda paylaşırdıq. Hər gün bizi izləyən kütlə günbəgün artmağa davam edirdi. Amma hər şey bu qədər sadə və davamlı olmadı. Tezliklə jurnalist heyətimiz dağıldı. Bunun başlıca səbəbi bizə heç kəsin dəstək olmaması idi.
Fəaliyyət dövrümüzdə oyun anlayışını az da olsa, müəyyən kütlə arasında yayıb, maarifləndirə bilmişdik. İllər keçdi və 2013-2014-cü illərdə yeni oyun mətbuatları meydana çıxdı. Özünəməxsus oyunçu kütləsi topladı. Yeni yaranmalarına baxmayaraq, izləyənləri də az deyildi.
Hal-hazırda Azərbaycan oyun sektorunda, oyun hazırlayan qeyr-rəsmi komandalar və rəsmi şirkətləşmiş kollektivlər fəaliyyət göstərir. Həmin komandaların toplum tərəfindən tanınması, biraz əvvəl də qeyd etdiyim kimi, həmin oyun mətbuatlarının sayəsində idi. Bizim toplumda yaşlı nəsil və “oyun uşaqlar üçündü” deyən gənclərimiz, oyun mətbuatı anlayışını qavramayıblar. Buna görə "harda işləyirsən?" sualına "filan oyun mətbuatında redaktor" deyərkən, narazı sifət və "uşaqsan?" cavabıyla qarşılaşıram.
Çox uzağa getməyək, məsələn Rusiya və Türkiyədə artıq oyun mətbuatı anlayışı geniş yayılıb. Belə desək rəsmi bir işə çevrilib. Bu iş növü özü ilə bərabər böyük şirkətlər meydana gətirib. Azərbaycanda isə bu sahəyə dəstək olmadığı üçün yaranan oyun mətbuatlarının çoxunun son astanası qrupun dağılması olur. Ölkəmizdə fəaliyyət göstərən iki oyun mediasının adını sadalayacam: Çənlibel Media və GamesAp. Bu iki oyun saytları, Azərbaycan oyun sektorunun inkişafı üçün əlindən gələni əsirgəmir.
Bəndəniz hazırda Çənlibel Media-da idarəçi heyətinin üzvü olduğum üçün sadəcə bu media haqqında bir az ətraflı danışmaq istərdim. Çənlibel Media 22 İyun 2014-cü ildə yaranıb. Əvvəllər bu media Çənlibel yox, Gamexion adı ilə fəaliyyət göstərirdi. Gamexion yaranan ilk gündən oyunçular arasında sevilməyə başlamışdı. O zamanlar tək məqsədimiz Azərbaycanda pirat oyunları aradan qaldırmaq vəoyunçuları original oyunlarla tanış edib, maarifləndirmək idi. Bir neçə ay çətinlik çəkdik, çünki heç kəs original oyuna 20 və ya 30 AZN verib oynamaq istəmirdi. Biz bu işi daha da irəliyə aparmaq üçün Facebook forumu açdıq və bütün izləyicilərimizi həmin forumda topladıq.
Tez-tez original oyun satış sistemləri olan Steam, Origin və Uplay haqqında məqalələr hazırladıq. Məqsəd insanlarda original oyuna həvəs yaratmaq idi. Bizi qınayanlar da oldu, tərifləyənlər də. Tənqidçi kütlənin yaş həddi 13-15 yaş olduğu üçün, böyüdükcə bizi başa düşəcəklər deyib bir növ yola verdik. Hazırda məqsədimizi gerçəkləşdirdiyimizi deyə bilərəm. Artıq ölkəmizdə pirat oyun oynayanların sayını 20-30 % faizə qədər endirmişik. Ölkəmizdə yuxarıda adını sadaladığım original oyun satış platformaları olan - Steam, Origin, Uplay-i demək olar tanımayan yoxdu. Bu bizim üçün böyük uğur idi.
Növbəti nəaliyyətimiz isə son bir il ərzində baş verdi. 2014 Sentyabr ayında biz Türkiyənin ən böyük oyun mediası (şirkəti də deyə bilərik - red.) olan Merlinin Kazanı ilə rəsmi danışıqlar apardıq. Və bizəDekabr ayına kimi dəqiq bir cavab verəcəklərini dedilər. Düzünü desəm komanda arasında buna inanmırdıq, çünki ölkəmizdə hansı quruma, təşkilata layihəmiz haqqında müraciət etsək də arzuolunmaz cavabı alırdıq. “Yox” sözünə alışmış bizlər üçün onlardan "hə” cavabı alacağımızı düşünə bilmirdik.
2015-ə qədər səbrlə gözlədik. Yanvar ayının əvvəli e-mailimə cavab gəldi. Razı olduqlarını və tezliklə işə başlayacağımızı bildirdilər. Bizi bu cavab həqiqətən çox sevindirmişdi. Böyük oyun mediasının Azərbaycandakı təmsilçisi olacaqdıq. Səhifələr quruldu, saytlar hazırlandı və vədlər verilməyə başlandı. Hər şey gözəl və uğurla irəliləyirdi. Yenidən bir ilkə imza atmışdıq, bizim üçün bu da böyük uğur idi. Lakin bizim inamımızı bir yerdən sonra sındırdılar.
Verilən vədlərə əməl olunmurdu. Qısaca desək başdan sovdu, yola verdi cavablarla onlara qarşı güvənimiz itdi. Bir gün idarəçi heyətinin qurucu direktoru Əli Azəroğlu bir təklif ortaya atdı. Biz hərşeyiAzərbaycan üçün ediriksə, mediamızın adı da Azərbaycan dilində olmalıdır. Onlar vədlərinə əməl etmədilərsə, bizim onları burada boşuna təmsil etməyimizin mənası yox idi. Razılaşdıq və həmin oyun mediasının tərkibindən çıxıb hal-hazırdakı mediamızın - Çənlibel Medianın əsasını qoyduq. Hazırda səhifəmizdə 1.000+ izləyicimiz var, bu günbəgün daha da artmağa davam edir. Forumumuzda artıq 6.500+ istifadəçi var və həmin adamlar hər gün yeni mövzular paylaşıb, belə desək bir-birlərini oyun, texnologiya və film haqqında maarifləndirirlər.
Məqaləni bitirməmişdən əvvəldə bir şeyi qeyd etmək istərdim: məqsədiniz varsa axıra kimi onun arxasınca gedin! Çətin maneələr də çıxacaq qarşınıza, lakin bu maneələri keçə bilmərəm deyib geri dönməyin, sadəcə irəliləyin.
Nə qədər üzücü bir vəziyyət olasada, qəbul etmək lazımdır ki, bizim ölkədə yalnız bir prinsip var: "Allahdan buyruq, ağzıma quyruq".
1 note · View note