Tumgik
#nümayəndəsi
metbuat · 2 years
Text
"Araz Naxçıvan"dan ardıcıl ikinci xal itkisi
“Araz Naxçıvan”dan ardıcıl ikinci xal itkisi
Bu gün I Divizionda X turun oyunları keçirilib. Metbuat.org xəbər verir ki, turun ikinci günündə daha 4 matç baş tutub.  “Şamaxı” və “Qəbələ”nin əvəzediciləri evdə rəqiblərini 4 qolla məğlub ediblər. “Turan Tovuz-2” isə “Qaradağ Lökbatan”la görüşdə son dəqiqə qolları ilə əzmkar qələbə qazanıb. Nəhayət, turun mərkəzi qarşılaşmasında “Araz Naxçıvan” MOİK-lə üz-üzə gəlib. Dramatik keçən qarşılaşmada…
Tumblr media
View On WordPress
0 notes
arcieree · 1 year
Text
Elə düşünürlərki,ailə həyatı quruldusa,hər şey gözəl olacağ.Hələ bizim cəmiyyətimizdə evliliyin yaşı da olurmuş.Evliliyin yaşı olmur,insan özünü hazır etdikdə ailə həyatı qurmalıdır.Bəzi düşüncələrimizi dəyişdirməliyik.Misal"uşağın tərbiyəsi ilə ana məşğul olmalıdır"deyə bir düşüncə var.Xeyr əzizlərim,uşaqların tərbiyəsi ilə hər iki valideyn də məşğul olmalıdır!Ata ancag pul qazanmamalidir,eyni zamanda ailəsinə sevgi,diqqət və vaxt da ayrmalıdır.Bu cür valideynlərə görə cəmiyyətimizin gəncləri acınacaqlı vəziyyətdədir.Bir ailədə xəyanət,şiddət varsa uşağların sağlam psixologiyasından necə söhbət gedə bilər?Xüsusən ən çox travmanın qız uşaqları alır,bilirsiz niyə?Çünki onların ilk sevgisi ataları olur.Gözlərini açıb ilk qarşı cins nümayəndəsi olaraq atalarını görürlər,əslində ən güvənməsi lazım olduğu insandan zamanla heç də güvəniləcək insan olmadığını görürlər.Və nəticədə ya ömür boyu heç kəsə güvənmirlər yada başqalarında sevgi axtarırlar.Övladladinizi sevginizdən məhrum etməyin,onları sevin.Onlar ən gözəl həyatı haqq edirlər.Onlara çarəsizliyi,kimsəsizliyi,arxa dayaqsız olduqlarını hiss etdirməyin.Xüsusən qızınız varsa əgər ona güclü olmağı öyrədin,lakin ailəsinə qarşı güclü qalmasını məcbur buraxmayın.....
13 notes · View notes
politiciansstuff · 3 months
Text
Tumblr media
İLHAM ƏLİYEV NÖQTƏNİ QOYDU – “LƏĞV EDİLMƏLİDİR”
ATƏT-in Minsk qrupunun fəaliyyətinə heç bir ehtiyac yoxdur. Prezident İlham Əliyevin bununla bağlı səsləndirdiyi fikirlər haqq-ədalətə söykənir.
Azərbaycan prezidentinin Münxendə ATƏT sədri İan Borqla görüşündə səsləndirdiyi fikirləri Teleqraf.com-a şərh edən millət vəkili Fəzail Ağamalı belə deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlər ciddi əhəmiyyət kəsb edir:
“Cənab prezidentin bu konfrans çərçivəsində ayrı-ayrı dövlətlərin rəhbərləri, rəsmiləri və hökumət başçıları ilə apardığı müzakirələr, keçirdiyi görüşlər Azərbaycan dövlətçiliyinin beynəlxalq səviyyədə nüfuzunun artmasına yeni elementlər gətirir. Belə görüşlər və bu zaman cənab prezidentin səsləndirdiyi fikirlər bir daha Azərbaycanın mövqeyini gündəmə gətirir. Bununla Azərbaycanın mövqeyinin dəyişməz olduğu bir daha önə çəkilir, beləliklə, prezident səviyyəsində ölkəmizə qarşı ən müxtəlif səviyyələrdə özünü göstərən haqsızlıq və ədalətsizliyə qarşı Azərbaycan dövlətinin etirazları qəti şəkildə bildirilir, bu da öz bəhrəsini verir.
ATƏT-in sədri ilə görüşdə də bu qurumun fəaliyyində özünü göstərən passivlik gündəmə gətirildi. Təsadüfi deyil ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək kimi bir mandatı, missiyanı daşımasına baxmayaraq, Minsk qrupu ötən 30 il ərzində bu yöndə heç bir iş görə bilmədi, əksinə Ermənistanın işğalçılıq siyasətini stimullaşdırdı. Minsk qrupu Ermənistanın təcavüzkar niyyətlərinin cilovlanmasına xidmət etmədi.
Minsk qrupu ilə yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi qurumlarının fəaliyyətsiziliyi, yaxud ermənilərin yanında olması işğal məsələsinin danışıqlar yolu ilə həll olunmasına mane oldu. Nəticədə Azərbaycan prezidenti Ali Baş Komandan kimi BMT Nizamnaməsinin 51-ci maddəsi və beynəlxalq hüquq normalarına əsaslanaraq, ərazi bütövlüyü və suverenliyimizin təmin edilməsi üçün hücum əmri verdi. Bu, həm də Azərbaycan Konstitusiyasının verdiyi səlahiyyətdir.
Azərbaycan torpaqları əsgərlərimizin qanı, qəhrəmanlığı və şücaətləri hesabına azad olundu. Minsk qrupu BMT və onun Təhlükəsizlik Şurasından belə bir mandat almasına baxmayaraq, 30 il bölgəyə turist kimi gəlib-getmişdisə, İrəvanda eyş-işrət, yeyib-içmək, kef və digər işlərlə məşğul olmuşdusa, o nəticəyə gəlməyə əsas verir ki, belə bir quruma ehtiyac yoxdur. Çünki Minsk qrupu nə öz nizamnaməsi, nə də BMT-nin ona verdiyi mandata uyğun fəaliyyət göstərib. Əgər Minsk qrupu işini təcavüzkarı dəstəkləmək və onu stimullaşdırmaqla bitmiş hesab edirsə, demək, cənab prezidentin söyləmiş olduğu fikirlər haqq-ədalətə söykənir. Hesab edirəm ki, bu fikirlər konkret nəticələrini verəcək”.
Prezident İlham Əliyev İan Borqla görüşündə ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və bu qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan strukturların rəsmən ləğv edilməsi məsələsini gündəmə gətirib. Dövlət başçısının sözlərinə görə, bu, ATƏT çərçivəsində büdcənin daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinə şərait yaradacaq.
“Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyi və ərazi bütövlüyünü təmin edib. Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesi ikitərəfli xarakter daşıyır”, - İlham Əliyev vurğulayıb.
“Teleqraf.com” saytı
Mənsur Rəğbətoğlu
17 fevral 2024-cü il
0 notes
intigammamedow · 6 months
Text
Aİ nümayəndəsi "Abzas Media"ya qarşı təzyiqlərdən narahatlığını ifadə edib
Sevinc Vaqifqızı və Ülvi Həsənli Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi Eymon Gilmor “Abzas Media” xəbər saytına qarşı təzyiqlərdən narahatlığını ifadə edib, Azərbaycan hakimiyyətini jurnalistlərin sərbəst fəaliyyətinə şərait yaratmağa çağırıb.“Azərbaycanlı jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı və Abzas Media ilə əməkdaşlıq edən Məhəmməd Kekalovun həbsindən olduqca…
Tumblr media
View On WordPress
0 notes
elcibeyyolu · 8 months
Text
Azərbaycanın tanınmış siyasi və ictimai xadimlərindən Biri Ticarət Və Sənaye Naziri Məmmədyusif Cəfərovdur.
HƏYATI
Məmmədyusif Cəfərov 1885-ci ildə Bakıda anadan olmuşdur. 1907-ci ildə Bakıda kişi gimnaziyasını bitirən M.Cəfərov Moskvaya gеtmiş və Moskva Univеrsitеtinin hüquq fakültəsinə daxil olmuşdur. O, Moskvada oxuyan azərbaycanlı tələbələrin təşkil etdiyi “Azərbaycan etnoqrafik konsert gecələri”nin və “Azərbaycan həmyerlilər təşkilatı”nın əsas rəhbərlərindən biri olmuşdur. 1912-ci ildə Moskva Dövlət Univеrsitеtinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, həmin il Peterburqda açılan IV Dövlət Dumasına Bakı, Gəncə və İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən deputat seçilmişdir.
M.Cəfərov Dumada kadet partiyasına qoşulmuşdur. O, Dumadakı çıxışlarında çar hökumətinin Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini dəfələrlə tənqid atəşinə tutmuşdur. 1917-ci il noyabrın 15-də Tiflisdə Y.Gеgеçkorinin sədrliyi ilə Müstəqil Zaqafqaziya hökuməti - Zaqafqaziya Komissarlığı yaradılmış və M.Cəfərov bu hökumətdə Ticarət və Sənayе naziri vəzifəsini tutmuşdur. 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti elan olunanda M.Cəfərov Xoyskinin təşkil etdiyi Azərbaycan hökumətinin tərkibində Sənaye və Ticarət naziri olmuşdur. M.Cəfərov 1918-ci ilin iyun ayının axırlarından 1919-cu ilin martın ortalarına kimi Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstan Rеspublikasında diplomatik nümayəndəsi olmuşdur.
1919-ci il aprеlin 14-də M.Cəfərov, N.Usubbəylinin sədirlik etdiyi yеni hökumətdə Azərbaycan Xarici İşlər naziri vəzifəsini tutmuşdur.O, bu vəzifədə 1919-ci il dеkabrın 22-nə kimi işləmiş və Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə tanınmasında əvəzsiz səylər göstərmişdir. O, 1920-ci fevralında Azərbaycan Parlamentinin sədrinin müavini vəzifəsinə seçilmişdir. Parlament sədri Ə.Topçubaşov Bakıda olmadığı üçün M.Cəfərov aprelin 27-nə qədər həmin vəzifəni icra etmişdir. M.Cəfərov 1920-ci il aprеlin 27-də Parlamеntin son iclasında gərgin müzakirədən sonra hakimiyyətin başda N.Nərimanov olmaqla Azərbaycan Müvəqqəti İnqilab Komitəsinə vеrilməsi haqqında qərarı imzalamışdır.
Azərbaycan Xalq Cümhuriyyəti süquta yеtirildikdən sonra M.Cəfərov Azərbaycan pambıqçılıq və şərabçılıq trеstlərində hüquq məsləhətçisi vəzifəsində çalışmışdır. Məmmədyusif Hacıbaba oğlu Cəfərov 1938-ci il mayın 15-də Bakıda vəfat еtmişdir.
Tumblr media
1 note · View note
hakimiyyet · 10 months
Link
0 notes
verykittenstudent-blog · 10 months
Text
ÇAĞDAŞ POEZİYAMIZIM SAYILIB-SEÇİLƏN NÜMAYƏNDƏSİ
ÇAĞDAŞ POEZİYAMIZIM SAYILIB-SEÇİLƏN NÜMAYƏNDƏSİSöhbət filologiya elmləri doktoru, professor Mahirə Nağıqızından gedir.Mahirə xanım Azərbaycan Dövlət Pedaqoji Universitetin beynəlxalq əlaqələr üzrə prorektorudur, Prezident təqaüdçüsüdür. Filologiya elmləri sahəsində səriştəli tədqiqatçıdır. Fəlsəfə doktoru elmi dərəcə almaq üçün “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” mövzusunda…
Tumblr media
View On WordPress
0 notes
metbuat · 2 years
Text
Çempionlar Liqası:
“Araz-Naxçıvan” futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində son oyununu keçirib. Metbuat.org xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv V qrupdakı sonuncu görüşündə Bosniya və Herseqovina təmsilçisi “Mostar”la üz-üzə gəlib. Matç rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.  Qeyd edək ki, qrupda keçirdiyi ilk iki oyunda da uduzan “Araz-Naxçıvan” növbəti mərhələyə…
Tumblr media
View On WordPress
0 notes
Link
0 notes
politiciansstuff · 9 months
Text
Bu, ABŞ-ın "şou"sudur, Paşinyanı həvəsləndirib... - Deputat
“Azərbaycan torpaqları Ermənistan və onu himayə edən dövlətlər tərəfindən işğal edildikdən sonra istər ABŞ rəsmi dairələri, istər mətbuatı, istərsə də ictimai xadimləri haqq savaşında heç vaxt ölkəmizin yanında olmayıblar. Hətta erməni diasporunun pulu ilə qidalanan, özünə böyük kapital toplayan, karyerasını formalaşdıran ABŞ-ın dövlət xadimləri, konqresmenləri və senatorları Azərbaycana qarşı ermənidən artıq düşmənçilik mövqelərini ortaya qoyublar”.
Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
O qeyd edib ki, Azərbaycana qarşı qərəzli mövqedə olan rəsmi və siyasətçilərin bu ənənəsi davam edir:
“Ermənistanı beynəlxalq hüquqa riayət etməyə məcbur etmək əvəzinə, əksinə işğalçı dövlətin maraqlarına xidmət edən addımlar atıblar. Görünən odur ki, ABŞ və Fransanın dövlət siyasətində erməniləşmə kifayət qədər güclüdür. Onlar xarici siyasətdə Azərbaycan və Türkiyəyə qarşı düşmən mövqeyi tutur.
Bu gün ABŞ Ukraynada Rusiyaya qarşı müharibənin içərisində fəal yer alır. Bundan əlavə, ABŞ Ukraynaya təcavüzünə görə Rusiyaya sayını itirdiyimiz sanksiyalar tətbiq edib. ABŞ Ukrayna, Gürcüstan, Moldovanın ərazi bütövlüyünü tanıdığı halda, Azərbaycana yetərincə dəstək verməyib, ölkəmizi onlardan ayırıb. Təhlil edərkən uzun illər ABŞ-ın Azərbaycana qarşı qərəzli yanaşması və ikili standartlar nümunəsi ortaya çıxır. Ukraynaya verilən dəstəyin cüzi hissəsi bizə verilsəydi, torpaqlarımız 30 il işğal altında qalmazdı. Bu, ABŞ-ın ermənipərəst siyasətinin göstəricisidir”.
Fəzail Ağamalının müşahidələrinə görə, son vaxtlar Paşinyanın apardığı hiyləgər siyasət ABŞ və Fransanı özünə cəlb edib:
“Paşinyan hakimiyyətə gətiriləndə onun qarşısında ciddi missiya qoyulmuşdu ki, hansısa mərhələdə Rusiyanın Ermənistandan getməsinə nail olmaq üçün öz kəskin mövqeyini irəli sürsün. Əslində bu gün Rusiya nə Gürcüstandadır, nə də Azərbaycanda. Rus sülhməramlıları Azərbaycan ərazisində müvəqqəti yerləşdirilib və onların 2025-ci ildə ölkəmizi tərk edəcəyinə şübhə etmirəm. Bu kontingentin ölkəmizdə olması heç bir halda Rusiyanın Azərbaycanda olması demək deyil.
Qalır Ermənistandan Rusiyanın çıxarılması. ABŞ-la Fransa arasında hansı dövlətin Ermənistanda yerləşməsi ətrafında ciddi rəqabət gedir. Beləliklə Ermənistan vasitəsilə Qafqazda öz strateji maraqlarını təmin etmək istəyirlər. Paşinyan bununla bağlı fəallığını durmadan davam etdirir. Bu baxımdan ermənipərəst konqresmenlər, senatorlar, ictimai-siyasi xadimlər, hətta dövlət departamenti belə Ermənistanın mövqeyini müdafiə etməkdədirlər. Onlar bununla Ermənistan cəmiyyətini Paşinyanın Rusiyaya qarşı apardığı mübarizəyə həvəsləndirirlər.
Paşinyana imkan verirlər ki, müxtəlif platformalarda Ermənistanın təhlükəsizliyinə təminat verən dövlətin adını cəsarətlə deyə bilsin. Çox keçməz Paşinyanın dilindən bu dövlətlərin adın eşidəcəyik. Bu, ya Fransa, ya da Amerika olacaq. Burada Amerikanın mövqeləri daha çox üstünlük təşkil edir. Çünki Paşinyanı məxməri inqilabların müəllifi kimi məşhurlaşan və ABŞ xüsusi xidmət orqanları tərəfindən idarə olunan Corc Soros vasitəsilə hakimiyyətə gətirildi və onun üzərinə xüsusi missiya qoyulub”.
ABŞ Dövlət Departamentinin təmsilçisi Lui Boninu regiona səfərindən danışan deputat bildirib ki, səfər bölgədə problemlərin həllinə heç bir töhfə vermədi: “Çünki ABŞ öz niyyətində səmimi deyil – Amerikanı sülh maraqlandırmır. Əks təqdirdə, ABŞ Dövlət Departamentinin nümayəndəsi Yuri Kim Konqresdəki çıxışında mövcud olmayan “Dağlıq Qarabağ xalqının hüquqları”ndan danışmazdı. ABŞ bugünkü reallıqları görməzdən gəlir və ciddi cəhdlə Qarabağdakı hərbi xuntanı leqallaşdırmağa çalışır.
Bütün bunların hamısı siyasi şoudur. Bu şou Paşinyanı daha çox qızışdırmaq, onu həvəsləndirmək, Rusiyaya qarşı ritorikasını gücləndirmək məqsədi güdür. Təəssüf ki, Paşinyanın mövqeyi gücləndirilərkən Azərbaycanın haqqı tapdanır.
Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə, Ermənistanla münasibətlərdə yeni reallığın yaranması ABŞ-ı o qədər də narahat etmir. Onları narahat edən məqam Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaqdır.
Azərbaycan heç bir halda prinsipial mövqeyindən əl çəkməyəcək. Ölkəmiz ərazi bütövlüyünü təmin edib. Qarşıda kiçik bir ərazimizdə suverenliyini təmin etmək və orada bayrağımızı dalğalandırmaq, həmin əraziləri “boz zona”dan Azərbaycanın idarəçilik sisteminə keçirmək vəzifəsi durur. Biz bu istiqamətdə addım-addım uğurlar əldə edirik. Bu baxımdan sentyabr ayı olduqca ciddi əhəmiyyət kəsb edir. Bu ay separatçı xunta rejiminə son qoymalıyıq. Oradakı silahlı qüvvələr ya silahı yerə qoyub ağ bayraq qaldırıb vətənimizi tərk etməlidir, ya da onların əlində silah tutan hər biri yerindəcə məhv edilməlidir. Bunun üçüncü variantı yoxdur. Onlar Azərbaycanın sərt mövqeyindən nəticə çıxarıb ölkəmizi tərk etməlidirlər. Biz bu prosesi gözləyirik. Hələ 10 gün vaxtımız var. Olmasa, anti-terror əməliyyatı keçirib onları yerlə bir edəcəyik”.
"Teleqraf.com" saytı
Yeganə Oqtayqızı
16 sentyabr 2023-cü ildə
Tumblr media
0 notes
intigammamedow · 7 months
Text
Xankəndində Stepan Şaumyanın abidəsinin söküldüyü bildirilib.
Stepan Şaumyanın abidəsi (Mənbə: Sosial şəbəkə) Xankəndi şəhərində Rusiya bolşevik partiyasının nümayəndəsi olmuş Stepan Şaumyanın abidəsinin söküldü bildirilir. Bu barədə sosial şəbəkələrdə məlumatlar və fotolar yayılıb. Rusiya Kommunist Partiyasının lideri Vladimir Leninin müttəfiqi olan Stepan Şaumyan 1917-ci ilin dekabrında onun tərəfindən Qafqaz İşləri üzrə Fövqəladə Komissar təyin…
Tumblr media
View On WordPress
0 notes
Text
Pin Up Casino: Rəsmi Veb Saytında Onlayn Casino Oynayın
Pin Up Casino: Rəsmi Veb Saytında Onlayn Casino Oynayın
Azərbaycanda Onlayn Kazinolar #1 Onlayn Kazinonuzu Tapın Bu söhbət hər hansısa münaqişənin yaranma şəraiti tam aydınlaşdırılana qədər aparılır. Pinup casino nümayəndəsi lazım gələrsə, ətraflı cavab verəcək və göstərişlər yazacaq. Pin. up casino mükafat proqramının beş xüsusiyyəti Pin-up bukmeker kontorunun lisenziyası və təhlükəsizlik səviyyəsi Onlar bütün sualları səbirlə dinləyib, müştəriyə…
View On WordPress
0 notes
vasifsposts · 2 years
Photo
Tumblr media
bu gün milli musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış kamança ustası, Xalq Artisti Habil Əliyevin vəfatıdan 7 il ötür.Görkəmli sənətkar, bənzərsiz kaman ifaçısı, qayğıkeş və səmimi insan Habil Mustafa oğlu Əliyevin əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq. Xalq Artisti Habil Əliyev 2015-ci il sentyabrın 8-də ömrünün 89-cu ilində vəfat edib. Allah Rəhmət eləsin məkani cənnət olsun Ruhu şad olsun 😥😥😥😔😔😔😔🥀🥀 https://www.instagram.com/p/CiPDnA6gMuh/?igshid=NGJjMDIxMWI=
0 notes
niggaworldd · 2 years
Text
17 yaşlı qız uşağını az bal topladığı üçün danladığınız vaxt onu torpağa basdırdınız, kiçik uğurunda yanında dəstəkçisi ola biləcəyiniz zaman onu döyüb öldürdüz. Heç vaxt nə qədər mal mülkiyyət sahibi olduğunuz uşaqlarınızın yadına düşməyəcək, onları özünüz kimi şikəst etməyin. niyə valideynlik edirsiz ki?Allahın sizə verdiyi hədiyyəni sahiblənib ona vəhşicəsinə davranmaq üçün? heç heyvanları seyr etmisiz? hansı dişi və erkək cinsin nümayəndəsi öz balasını döyüb? çünki bu dünyada misli görünməmiş vəhşilik bəzi "ata və analara" məxsusdur. Valideyn olmağı bacarmayan qadınlar da uşaq dünyaya gətirməsinlər. Qoy "ANA" adını övladı üçün ürəyi döyünən qadınlar daşısın.
1 note · View note
yesmilletinsesiinfo · 2 years
Photo
Tumblr media
# Bakıda intihara cəhd edən cinsi azlıq nümayəndəsi imiş - TƏFƏRRÜAT
0 notes
metbuat · 2 years
Text
Çempionlar Liqası: “Araz-Naxçıvan”ın son sınağı
Çempionlar Liqası: “Araz-Naxçıvan”ın son sınağı
“Araz-Naxçıvan” futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində son oyununu keçirəcək. Metbuat.org xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv V qrupdakı sonuncu görüşündə Bosniya və Herseqovina təmsilçisi “Mostar”la üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da strat götürəcək. Qeyd edək ki, qrupda keçirdiyi ilk iki oyunda da uduzan “Araz-Naxçıvan” növbəti…
Tumblr media
View On WordPress
0 notes