Tumgik
#qazandıq
metbuat · 2 years
Text
Mahmud Qurbanov
“Səbail”in baş məşqçisi Mahmud Qurbanov Misli Premyer Liqasının 11-ci turu çərçivəsində “Şamaxı”ya qarşıkeçirdikləri oyunu (0:0)şərh edib.  Metbuat.org xəbər verir ki, o “quru sülh”ü belə dəyərləndirib:  “Oyuna yaxşı başladıq, hesabı da aça bilərdik. Ancaq qırmızı vərəqə oyunumuzu daha da ağırlaşdırdı. Azlıqda olsaq da, fasilədən sonra qorxaq futbol oynamadıq. Əks-hücumda oynadıq. Bir çox qol…
Tumblr media
View On WordPress
0 notes
farganamekhdi · 11 months
Text
Biz qazandıq,itirdik ruhumuz əsirdir ⌛️
4 notes · View notes
intigammamedow · 4 days
Text
Musavat Partiyası müstəqillik günü münsibəti ilə Novxanıda Məhəmməd Əmin Resulzadəni andılar. (VİDEO)
Müsavatçılıq yolunu, Rəsulzadə-Elçibəy yolunu gedənlərə salam olsun! İstiqlal və Cümhuriyyət Bayramının 106-cı ildönümünü Novxanıda – İstiqlalımızın memarı və Cümhuriyyətimizin qurucusu M. Ə. Rəsulzadənin abidəsi önündə bayram tədbiri ilə qeyd etdik. İstiqlalımızı qazandıq və bərpa etdik. Torpaqlarımızı işğaldan azad etdik. Xalqımızın azad, demokratik və ədalətli cəmiyyətdə yaşamasını da…
Tumblr media
View On WordPress
0 notes
politiciansstuff · 10 months
Text
Tumblr media
“Rusiyanın bu hərəkəti riyakarlıqdır”
Milli Məclisin "Hüquq siyasəti və dövlət quruculuğu” komitəsinin üzvü, deputat Fəzail Ağamalının Qaynarinfo-ya müsahibəsi
-Fəzail müəllim, son günlər Ermənistan yenidən siyasi şou göstərərək, Laçın dövlət keçid məntəqəsində təxribata əl atır. Azərbaycan Respublikasının öz sərhədlərinə nəzarəti və Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə təsis etdiyi Laçın sərhəd buraxılış məntəqəsinin mövcudluğunu həzm edə bilməyən Ermənistan Azərbaycanın suveren ərazilərinə "humanitar yük” adı altında avtomobil karvanı göndərir. Bəzi Qərb mediası da ermənilərin təzyiq altında olduğunu iddia edir. Baş verənlərə sizin şərhiniz maraqlı olardı...
- Ermənilər  artıq bir həftəyə yaxındır ki, Fransa tərəfindən hazırlanan  bu oyunun icraçılarıdır. 19 yük avtomobilini Laçın dəhlizində saxlamaqla İrəvan növbəti bir avanturaya əl atdı. İyulun 26-dan  ermənilərə məxsus yük maşınları sərhəddimizin önündə, sərhədçilərimizin qarşısında müti vəziyyətdə qalmaqdadırlar. Ermənistan hakimiyyəti özünü gülməli vəziyyətə salıb. Bu "TIR avantürası” iflasa məhkumdur. Çünki həm beynəlxalq hüquq normalarına görə, həm də Azərbaycan dövlətinin sarsılmaz iradəsi və dəyişməz mövqeyinə görə, onlar heç bir halda bizim icazəmiz olmadan Laçın dəhlizindən keçə bilməyəcəklər. Rəsmi Bakının mövqeyi bəllidir. Biz qanunlarımızı tapdalamağa heç kəsə imkan verməyəcəyik. Ermənilər ən müxtəlif üsullarla ölkəmizə qarşı təxribatlar törətməkdə davam edirlər. Ermənistan və onun arxasında duran qüvvələr bizim zəfərimizi həzm edə bilmirlər. 44 Günlük Vətən Müharibəsində də belə idi. Həmin günlərdə də Azərbaycan dövləti Ermənistana dəstək verən böyük güc mərkəzləru ilə üz-üzə idi. Bu müharibədə biz qələbə qazandıq və ədaləti bərpa etdik. Problem artıq tarixə qovuşub. Biz savaşı udmuşuq. Savaşda əldə etdiyimiz qələbə ilə müqayisədə "TIR təxribatı” olduqca önəmsiz məsələdir.
Azərbaycan dövləti qəti qərarını açıqlayıb ki, Laçın dəhlizində nəinki 19 yük maşını, ümumiyyətlə, heç bir quş da bizim icazəmiz olmadan keçə bilməz. Bakı hümanitar yük maşınlarının qarşısını almır, onlar maneəsiz işləyə bilərlər. Lakin Bakı bəyan edib ki, Xankəndinə gedən maşınlar Ağdam yolundan istifadə etməlidirlər.Bu yol həm qısa, həm də daha təhlükəsizdir.Separatçılar isə vəziyyəti gərginləşdirmək istəyirlər. Bakı ilə heç kəs təzyiq və təhdid dilində danışa bilməz. Bunu hamı anlamalıdır. Dünyanın istənilən humanitar təşkilatı hansısa xalqa yardım, kömək etmək istəyirsə, ilk növbədə bu xalqın mənsub olduğu dövlətdən icazə alınmalıdır. Azərbaycan hüquqi dövlətdir. Bizim qanunları kimsə poza bilməz. Əgər Xankəndində yaşayan ermənilərin xaricilərin yardımına ehtiyacı varsa, ancaq təklif olunan variantla buna nail ola bilərlər. Düşünürəm ki, Xankəndidə yaşayan ermənilərin buna ehtiyacları yoxdur. Xankəndidə 24-25 min yerli erməni yaşayır. Qalanları isə Suriyadan, Livandan və digər ölkələrdən gətirilənlərdir. Əgər onlar Azərbaycan vətəndaşlığını qəbul etsələr, bayrağımızı öpüb, onun qarşısında diz çöksələr, 24-25 min erməni icması ölkəmizin geniş imkanları daxilində hər bir şeylə təmin oluna bilər.Onların həm ərzaq, həm də tibbi ləvazimat, elektirik enerjisi, təbii qazla təcihaztında və təminatında heç bir problem olmayacaq. Azərbaycan öz daxili imkanları ilə pandemiya dövründə onlarla Qoşulmama Hərakatı ölkələrinə maddi yardım göstərdi. Bu gün Azərbaycan Avropa enerji təhlükəsizliyin təminatında ciddi rolu olan ölkədir. Xankəndini elektirik enerjisi, təbii qazla və digər lazımı vasitələrlə təmin etmək ölkəmiz üçün heç bir problem yaratmır.Bunun üçün bir tələb var. Orada yaşayan ermənilər ağıllanmalı, Azərbaycanın qanunlarına əməl etməlidirlər.
- Rusiya Laçın dəhlizində dayanan TIR-larla bağlı susqunluq nümayiş etdirir. Sanki vəziyyətin gərginləşməsində Kreml də maraqlıdır...
- Əslində, TIR maşınlarının Laçın dəhlizində dayanması Rusiyanın da straterji maraqlarına uyğun gəlmir.Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə oyunu Franda oynayır. Rusiya isə o ərazilərdə möhkəmlənmək arzusundadır. Yəni, sözügedən 19 yük maşını ilə bərabər, Avropanının 17 ölkəsinin səfirləri bayraqları ilə Xankəndiyə daxil olmaq istəyirlər. Bu məsələ bizimlə bərabər, Rusiyanın strateji maraqları ilə üst-üstə düşmür. Ona görə Rusiya bu məsələdə susqunluq göstərir. Əks təqdirdə, Azərbaycana təzyiq edənlərin başında elə Rusiyanın özü dayanardı. 
- Lakin onu da unutmayaq ki, Ermənistanın Qarabağa humanitar yardım karvanı göndərməsi şousunda Qərb ölkələrinin səfirlərinin, Avropa İttifaqının rəsmi şəxsləri ilə yanaşı Rusiya səfirliyinin də canfəşanlığı diqqət çəkir. Kreml bununla nə demək istəyir?  
- 19 yük maşınının yer aldığı karvanı müşayiət edən Qərb nümayəndələri Ermənistan rəsmiləri ilə birgə hərəkət edirlər. Bunların sırasında Rusiya səfirliyinin əməkdaşları da var. Bu da riyakar bir mövqeyin ifadəsidir. Yəni, Moskva "mən də burada varam” mesajını verir. Rusiya demək istəyir ki, Kreml hümanitar yüklərin keçməsinə müsbət yanaşır, lakin Bakı buna imkan yaratmır. Amma bununla da nə dəyişəcək? Azərbaycan öz haqlı mövqeyindən əl çəkməyəcək. Nə Qərb ölkələrinin, nə  də ki Rusiyanın bəyanatları Azərbaycanın mövqeyinə təsir edə bilməz. Yük maşınlarının Laçın dəhlizindən keçilməsinə Bakı icazə verməyəcək. Şimal qonşumuz yenə öz oyununu oynayır. Rusiya Azərbaycana qarşı heç vaxt səmimi olmayıb. Kremli ancaq bir məsələ düşündürür - Qafqazda - Ermənistanda, Azərbaycanda mövcudluğunu qoruyub saxlamaq.  Bu dəfə də Kremlin arzusu ürəyində qalacaq və planları baş tutmayacaq. 
0 notes
elnur · 1 year
Photo
Tumblr media
Bu gün bizim evliliyimizin 7 ili tamam olur. ❤ Olduqca maraqlı, həyəcanlı 7 il:) Bu 7 ildə müxtəlif sınaqlardan, çətinliklərdən keçdik, uğurlar qazandıq, inkişaf etdik. Ölkələr gəzdik, okean və dənizlərdə üzdük. Biri oğlan, biri qız olmaqla iki övladımızın olduğu sevgi piramidası inşa etdik. Yeddi il öncə fərqli hədəflərimiz vardı, əksəriyyətinə Allaha çox şükür çatdıq, növbəti 7 il üçün də daha fərqli hədəflərimiz var. İnşallah, o hədəflərə də çatmaq bizə nəsib olar. Allah bizi və bütün ailələri daima məsud etsin, möhkəmləndirsin, kök atan, qol-budaq olan ailələrdən etsin. #evlilikildönümü #ailəgözəldir #dünyanısevgixilasedəcək https://www.instagram.com/p/CqUxaQiDuKh/?igshid=NGJjMDIxMWI=
1 note · View note
heyllolitaa · 1 year
Text
Bu gün de birilərinin nifrətini qazandıq 🥰🦋
0 notes
kakksun · 2 years
Text
Budur ,artıq həyatımızın unudulmayacaq hissəsini arxada qoyduğumuz gün gəlib çatdı.Bu yolu başa çatdırana qədər nə qədər yorulduğumuz,ağladıqımız,sevindiyimiz günlər oldu.Bəzən ağladıq ,bəzən yıxıldıq ,amma bu yolu tərk edenlerden olmadq.
Kimimiz əsil dostlar qazandıq bu yollarda,kimizin dost olmağın nə demek olduğunu öyrəndi,kimisi isə sadəcə əsil üzləri öyrəndi.
Hazırlıq - həyatın öyrənilmə mərhələsinin bir hissəsidir.
Əziz Abituriyentlər! Bu gün sizə son dəfə abituriyent kimi müraciət olunur...Atıldığınız bu sirlərlə dolu həyatda hər birinizə uğurlar.Qoy bu həyat heç zaman içinizdəki sevgini, insanlığı,vicdanı öldürməyə qadir olmasın !.
Hər şey könlünüzcə olsun !💞
1 note · View note
semylass · 2 years
Text
Həm qazandıq həm itirdik.
0 notes
abcdzfghyt · 2 years
Text
bilmirəm,adi şeylərin belə kədərli təsirinə düşməyim,kiçik şeylərə görə üzülmək kimi bir xasiyyət məni tərk edibmi ya yox.
amma şey var.başqa bir kiçik şeylərin məni çox xoşbəxt etməsi kimi bir xasiyyət qazanmışam uzun müddətdir.
belə ki,ruhumda çiçəklər açdıracaq musiqilərlə,rəsmlərlə qarşılaşanda sevincdən gözlərim dolur.sevdiklərimlə qarşılıqlı içdən güldüyüm gün evə gedib sevincdən ağlayıram ki,necə qiymətli an qazandıq bu gün.günə oyanarkən onun arxasında qalmış gecə hansısa hüznə sahib olsa belə, o an ki, buludların düzülüşü məni lap ayrı xoşbəxt edir.bu tərz şeylər :)
bilmirəm,bu yeni xüsusiyyətim nə dərəcədə düzdü,yanlışdı.amma kiçik şeylərə görə üzülməkdənsə,şənlənməyi seçərəm. təbii ki,beynimdən getmir,niyə ya kədər ya şənlik,niyə bu iki variant kimi suallar getmir məndən,cavab tapa bilmirəm çünki. amma cavabını tapa bilmədiyim suala rəğmən könlüm şənlikdən,hüzurdan,ümiddən yanadır..
sevgi və işıqla qalaq.
16 notes · View notes
monnofobya · 2 years
Text
Həm qazandıq həm itirdik.
3 notes · View notes
baghirzzade · 3 years
Text
Tam bir il öncə nə qədər güclü olsaq da sonunun necə olacağını bilmədiyimiz bir yola başladıq. Hansı ki, bu yolda minlərlə əsgərlərimiz öz canından keçdi. Döyüş bölgəsinə yaxın belə olmayan iri şəhərlərimiz bombalandı, dinc əhali yaralandı, hətta körpələrini, ata və analarını itirdi. Amma yenə də "Vətən sağolsun" dedik. Ard-arda gələn "Şəhidlərimiz var" xəbərləri ilə birlikdə həmçinin tüklərimizi ürpətən, bizə heç dadmadığımız o sevinci yaşadırdı mübariz ordumuz. Sevinc, kədər, həsrət, qürur bütün bu duyğuları bir anda yaşayırdıq. 44 gün sonra isə başladığımız bu çətin yolda qələbəni qazandıq. "QARABAĞ AZƏRBAYCANDIR" dedik və bunu isbat etdik. Bütün bu qüruru, sevinci bizlərə yaşadan şəhidlərimizin ruhları şad olsun. Sizlər qəlbimizdə əbədi yaşayacaqsınız.
10 notes · View notes
metbuat · 2 years
Text
Elmar Baxşıyev
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının VII turunda “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında çıxış edib.  Metbuat.org xəbər verir ki, mütəxəssis qələbəni belə şərh edib: “Son günlər ermənilərin törətdiyi təxribat nəticəsində şəhid olan hərbçilərimizə Allah rəhmət eləsin. Bilirdik ki, bizi ağır oyun gözləyir. Üç matçda uduzsaq…
Tumblr media
View On WordPress
0 notes
sabiibva · 3 years
Text
Bəlkə bir gün əl-ələ tutub "bax hər şey keçdi,biz qazandıq" deyərik..
15 notes · View notes
arcieree · 3 years
Text
Bizə heç kim azadlıq vermədi. Biz azadlığımızı şəhidlərimizin qanı bahasına qazandıq”
Əbülfəz Elçibəy.
27 notes · View notes
politiciansstuff · 2 years
Text
Tumblr media
“ERMƏNİSTAN VƏ HAVADARLARININ TƏXRİBATLARI BİZİ QORXUTMUR, ƏKSİNƏ, TARİXİ TORPAQLARIMIZA DAHA DA YAXINLAŞDIRIR” - DEPUTAT
“44 günlük Vətən müharibəsi bizim şərəf tariximiz, qürur mənbəyimizdir”. Bunu Sonxeber.az-a açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı deyib.
Depuatatın sözlərinə görə, 200 ildən çoxdur ki, ermənilər və onları himayə edən havadarlar azərbaycanlıları tarixi torpaqlarından vəhşicəsinə, soyqırımlar törədərək qovub, işğalıçıları yerləşdirərək qondarma Ermənistan dövləti yaradıblar:
“Ermənilər Vətən müharibəsinə qədər torpaqlarımızı işğal edərək öz vandallıqlarını ortaya qoyublar. Təəssüf ki, 90-cı illərin əvvəllərinə qədər məlum səbəblərə görə ermənilərin torpaqlarımızı işğal etməsinin qarşısını ala bilməməmişik. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan 17 il ərzində qurduğu orduyla, formalaşdırdığı vətənpərvər cəmiyyətlə və qəhrəman zabit-əsgərlərimizlə ermənilərin növbəti genişmiqyaslı hərbi əməliyyatlarının qarşısını alaraq, 30 illik işğala son qoyub torpaqlarımızı azad etdi. 44 gün ərzində nəinki torpaqlarımız azad edildi, həm də 30 ildə ermənilərin uydurduqları "Yenilməz Ermənistan" ordusu mifi darmadağın edildi. Biz Vətən müharibəsində xalq və dövlət olaraq gücümüzü dünyaya göstərdik. Ermənistan və havadarları anladı ki, Azərbaycanla oyun oynamaq olmaz. Bu gün Azərbaycan 90-cı illərin əvvələrindəki kimi gücsüz və başsız deyil. Əlbəttə, bu qələbənin baş memarı Ali Baş Komandan İlham Əliyevdir. Vətənpərvər gənclərimizin axıtdığı qan və verdiyi can hesabına biz artıq dünyada qalib xalq, diqtəedən güclü dövlət statusunu qazandıq. Biz, əlbəttə, qürur duyuruq. Hazırda proses davam edir. Ermənistan ordusunun tör-töküntüləri hələ də Qrabağ, Xankəndi və ətrafındadırlar. Eyni zamanda, Rusiyanın sülhməramlıları da oradadır. 10 noyabrda imzalanan üçtərəfli bəyanatda göstərilib ki, sülhməramlılar məsələsinə baxılacaq. Əminəm ki, cənab Preizidentin mahir diplomatik qabiliyyəti hesabına növbəti illərdə nəyinki bu problemə son qoyulacaq, hətta sülhməramlıların Azərbaycandan gedişinin şahidi olacağıq”.
Deputat təəssüflə vurğulayıb ki, bu gün ermənilər hələ də təxribatlarına davam edirlər:
“Onlar müxtəlif yollarla, məkirli planları ilə çirkin niyyətlərini reallaşdırmağa çalışırlar. Məqsəd də ermənilərin Qarabağda hər hansı bir statusla qalmasını təmin etməkdir. Baxmayaraq ki, son vaxtlar ermənilər "Arsax"la bağlı bizi narahat edən bəyanatlar səsləndirmirlər, amma əməllərində onlar təxribatlarından geri qalmır, Ermənistan-Azərbaycan sərhədindəki hərbçilərimizə, mülki vətəndaşlarımıza atəş açırlar. İtkilərimiz və yaralılarımız da olur. Erməni terrorçuların bütün təxribatlarının qarşısı Azərbaycanın Müzəffər Ordusu tərəfindən alınır və şəhidlərimizin qanı yerdə qalmır. Sonuncu təxribatları zamanı biz 80 yaxın şəhid versək də, Ermənistanın rəsmi açıqlamasına görə, onlar 220-yə yaxın itki veriblər. Amma qeyri-rəsmi məlumata görə, onlarda 400-dən çox ölən, 500-dən çox yaralanan oldu. Ermənilər bu genişmiqyaslı təxribatlarının cavabını ağır alsalar da, ağıllanmaq istmirlər. Yenə də bütüm sərhəd boyu, xüsusilə Daşkəsən, Tovuz və Gədəbəy istiqamətində təxribatlarını davam etdirirlər. Bu gün Ermənistan başqa hiyləyə əl atıb. Onlar Qerblə, xüsusilə də Fransa ilə əlaqələrini sıx quraraq müxtəlif təxribatlar törədirlər. Fransanın son zamanlar aktivləşməsi göz önündədir. Xüsusilə də Makronun açıqlamasından da göründüyü kimi, Fransa cəmiyyəti tamamilə erməniləşib. Makronun sonuncu müsahibəsi analoqu olmayan sərsəmləmə xarakterli açıqlama idi. O, prezident kimi, nəinki öz ölkəsini, hətta bütün dünyanı yalanları ilə aldatmağa çalışır. Bunlara baxmayaraq, Azərbaycanın güclü lideri və ordusu, eləcə də Türkiyə kimi dost, qardaş müttəfiqləri var. Ermənistan və havadarlarının təxribatları bizi qorxutmur, əksinə, tarixi torpaqlarımıza daha da yaxınlaşdırır. Burada vətəndaş kimi bizim də üzərimizə böyük öhdəlik düşür. Biz bu gün Prezident İlham Əliyevin, ordumuzun ətrafına daha da sıx birləşməli, qəhrəman hərbçilərimizi daim dəstəkləməliyik”.
“Sonxeber.az ” saytı
Aysel Yusifqızı
24 oktyabr 2022-ci il
0 notes
elnur · 2 years
Photo
Tumblr media
Bu gün Azərbaycan adlı dövlətin və respublikanın, yenidən doğum günü, müstəqilliyinin bərpasıdır. Keçən 34 illik dövrdə, xalq və dövlət olaraq birlikdə böyük sınaqlardan çıxdıq, ağrılı və çətin günlər yaşadıq, zəfərlər əldə etdik, sevindik və özümüzlə fəxr etdik. Bu 34 ildə, nəinki var olmağı bacardıq, dövlət kimi formalaşdıq, institutlaşdıq və bu proses, böyük sürətlə davam etməkdədir. İndiyə qədər, bir yumruq kimi, bərabər aşdığımız çətinliklərdən təcrübə qazandıq, bu gün varıqsa, deməli, doğrularımız, səhvlərimizdən daha artıqdır. Daha müstəqil, daha güclü, daha inkişaf etmiş və daha rifah Azərbaycan arzulayıram. Yaşasın müstəqil Azərbaycan! Yaşasın Azərbaycan xalqı! https://www.instagram.com/p/Cj3NbZtDK8B/?igshid=NGJjMDIxMWI=
0 notes