Tumgik
#saxta
Photo
Tumblr media
I Quran vəhy olunandan indiyə qədər uydurulan ən böyük yalanlardan biri də üz qırxmaq məsələsidir. Əsrlərlə insanların beyninə yeridiblər ki, saqqalı kəsmək, üzü təraş etmək haramdır. Amma buna aid Qurandan bircə ayə də sübut gətirə bilməzlər. Quranda saqqal saxlamağa aid heç bir əmr yoxdur. Belə bir ayə var: Taha 94 “Ey anam balası, saçımdan-saqqalımdan yapışma. Mən gerçəkdən qorxurdum İsrail oğullarının arasına ayrılıq saldın, sözümə baxmadın deyəcəksən”-dedi Harun. Yeganə saqqal sözünün keçdiyi ayə. Demək burada əgər yapışmaq varsa, onda onların saqqalı olub və deməli saqqal saxlamaq vacibdir, təraş edilməsi isə haramdır. Halaldır! Əsl “beyin fırtınası”. Tarixdən biraz xəbəri olan adam bilir ki, Quran vəhy olunan dönəmdə müsəlmanların da, kafirlərin də, xristianların da, yəhudilərin də geyimi, saqqalı, xarici görkəmi demək olar ki, eyni olub. Ərəb mədəniyyətini yaymağa çalışan qüvvələr din adı ilə belə adətləri insanlara aşılamışlar. “Quran oxuduqları halda təraş olanları öldürün” (4816-Buxari, Müslim, Muvatta, Nəsai, Əbu Davud). Quranı bilən adam, bu hədisi oxuyanda uydurma olduğunu o dəqiqə anlayır. Quranın heç bir yerində Allah saqqala aid hökm verməyib. Saqqal kəsməyin haram olması məzhəblərə yəhudilikdən keçib. Yəhudilərdən hər şeyi köçürdükləri kimi, bunu da olduğu kimi götürüblər. Başınızın yan tərəfindəki saçları kəsməyəcək, saqqalınızın kənarlarına toxunmayacaqsınız. (Tövrat, Levililər 19:27) Bundan başqa yəhudi “elmihal”-ı olan “Şulhan Aruh” kitabında ülgüclə (jiletlə) üz qırxmaq qadağan olunub. Necə də tanış səhnədir! Qurandan ayələri verərək bu hökmlərin batil olmasını göstərəcəm. Hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. (Maidə surəsi, 32) Bəhanə edirlər ki, bu ayə yəhudilərə aiddir. Allah elə yəhudiləri misal çəkməklə bizə örnək verir. Yəni bu ayə bütün insanlığa aiddir. Burada mömin, kafir ayrımı edilməyib. Əgər bir şəxs fitnə-fəsad törədən deyilsə, o kafir də olsa onu öldürmək olmaz. Bunlar isə müsəlmanı saqqala görə öldürmək istəyirlər. (ardı rəydə) #təraş #traş #saqqal #sakal #bidat #saxta https://www.instagram.com/p/Cfg1ObBMu00/?igshid=NGJjMDIxMWI=
0 notes
yesmilletinsesiinfo · 2 years
Photo
Tumblr media
#İzmir Mehrabov saxta sənədlər hazırlayaraq şirkətləri ALDADIB: – Elektron qolbaqla GƏZƏCƏK
0 notes
shikhaliyevv · 3 months
Text
Yorulmuşam; hər şeydən, hər kəsdən, insanlardan, həyatdan, yaşamdan, saxta səmimiyyətdən.
97 notes · View notes
arcieree · 2 months
Text
Gələcəkdə bir gün qızım olarsa əgər, onu qəlb sancısı ilə tanış etməyəcəm, qaranlıqdan qorxmayacaq, göz yaşlarını qəlbinə həbs etməyəcək, heç zaman özünü əksik yetərsiz hiss etməyəcək, bacarıqsız olsa belə bunun dərdi altında əzilməyəcək, ailəsindən qaçıb xilas olmaq üçün çalışmayacaq, aid olmaq üçün bir yer axtarmayacaq, saxta gülüşlərə saxta sevgilərə aldanmayacaq,yıxıldığında düşüb qalmayacaq orada,dərdini həbs etməyəcək içinə anam var o həll edər deyəcək, heç zaman səbəb olmadığı şeylərin yükünü daşımayacaq, özünə dəyər vermənin, özünü olduğu kimi sevmənin çox normal birşey olduğunu biləcək o, qorxmayacaq səhv etməkdən,hər səhvində daha güclü daha doğru olacaq, qəlbində qalmayacaq heçbir xəyalı, istədiyi insan olacaq, sevdiyi rəngi biləcək, nə istədiyini biləcək,sərhədlərindən utanmayacaq, yüksək səs tonundan qorxmayacaq heç zaman, göz yaşı yastığını yaş etməyəcək, başqa qəlblərdə başqa qollarda güvən axtarmayacaq, öz evini 20 21 illik bir yataqxana kimi deyil, ailəsi kimi biləcək, qorxmadan güvənəcək, insanlardan zərbə aldığında çarəsizcə öz küncündə qalmayacaq, ilk uğursuzluğunda özünü yetərsiz hiss etməyəcək həmçinin ən kiçik uğurunu da önəmsiz hesab etməyəcək, sevgi dolu, mərhəmətli, saf olacaq, qorxusuz, güclü olacaq, sağlam bir ruha sahib olacaq. Anasının 10 yaşındakı halına sımsıxı sarılmış olacaq fərqində olmadan yaralarını saracaq bilmədən. Söz verirəm, yaşadığım şeylərin acısını səndən çıxarmayacam.
28 notes · View notes
esmiramst · 10 months
Text
Əvvəllər daha gözəl idi burda hərşey. Hamı birbiriylə saxta mehribanlıq edirdi, qruplar olurdu söhbət üçün. Bir müddət qalırdı sonra hamı qırışıb çıxırdı. Sonra da başlayırdılar birbirlərinə soxucu sözlərlə yazılar yazıb paylaşmağa, anonim olub linçləyirdilər, söyürdülər. Gündə bir oglana maraq salan qızlar, yüz qıza eyni mahnını atan oglanlarlar . Əksəriyyəti də “:)” bu smaliklə girişirdi. Nəbilim gözəl günlər idi :D
61 notes · View notes
esger1i · 4 months
Text
Kaş dəyişməsəydi heçnə. Kaş dəyişməsəydi Bakı. Müasir ölkə-şəhər tipli olmasa da, retro tipli, Qızqalası kimi qədim şəhər olaydı. Turistlər Bakının müasirliyinə görə deyil, ən köhnə şəhər olduğu üçün gələrdi. Sənət əsəri olardı Bakı. İnsanlar axışıb gələrdi və keçmişdən bir iz tapardı. Onsuz da bütün dünya müasirləşir və fərqli az şey qalır. Keçmişdən qalan tək şey Bakı olardı. Divarları, üslubu, danışıq tərzi, səmimiyyəti və s. Rəngli işıqlarla, rəngbərəng adamlarla deyil, qədimliklə bəzənərdi. Nə gözəl olardı deyil mi? Gözəllik Bakı olardı, Bakını gözəlləşdirən keçmişdən bu günə qədər qoruyub saxladığı keçmişi olardı. Hündür binalar olmazdı, hündür insanlıq olardı. Mədəniyyətimizi deyil, mədəni niyyətimizi qoruyub saxlayar və artırardıq. Kimsə bu şəhərdən baş götürüb qaçmazdı, kimsə bu şəhərə ürəyini, başını və keçmişini götürüb qaçardı. Müasir geyim-keçim yox, müasir beynlər olardı. Dəyişilmədən, erroziyaya uğramadan qalardıq. Bütün dünya dəyişilərdi ama biz dəyişməzdik. Elə eyni qalardıq. Səmimi görüşlər, öpüşlər çox olardı. Qeyrət də dağın başına deyil, qeyrət başla çəkilərdi. Namus daha gözəl namuslu olardı. Tarın səsi gələrdi. Çay başqa dadardı. Gözəl bir musiqi səslənərdi. Məst olub xəyallara dalardıq. Hansısa qəlblə oynanılmazdı. Əmin olun bu dəqiqdi. Faişəlik və pozğunluq, əqidəsizlik deyirsizsə o da olmazdı. Şəkillərimiz ağ-qara olardı bəlkə ama yenə də saxta effektdən daha gözəl görünərdi. Əvvəllər bir sms daha dəyərli idi. O sms iki yüz neçəsə simvol təşkil edərdi və biz bütün demək istədiyimizi o tək mesaja sığışdırıb çatdırardıq. Əvvəl 100 kontur vardı, 100 kontur göndərmək vardı, indi dilənçi kimi 20 qəpik almaq var. Hisslər daha səmimi idi. Beynlər ayaq arasında deyil, başda olardı. Hisslər gözlərdə olardı, sözlərdə deyil. Kaş Bakı dəyişməzdi. Elə eyni qalardı. Bakı deyil, bütün Azərbaycan dəyişməzdi. Biz köhnə qalardı, köhnə olardıq ama dəyişməzdik. Çünki köhnələr daha gözəldi.
23 notes · View notes
anar-abasow · 4 months
Text
Bir gün sənin həyatına elə bir insan gələcək ki, saçını oxşayacaq, sənə körpə uşaq kimi baxacaq, hətta səni incitməkdən qorxacaq. Həmişə çətinliklər yaşamısan amma heç vaxt təslim olmamalısan. Gücünü topla və saxta deyil, içindən, ürəkdən gül. Amma unutma gözəl qızım, özünü heç bir kişidən aslı hiss etmə, heç bir kişidən asılı olma və heç vaxt “məni tərk edər, mən yalnız qalaram” demə. Sənin Allahdan başqa heç kimə ehtiyacın yoxdu. Bu vaxta qədər çətinliklərlə tək başınaydın. İndi mənim mələyim get öz həyatını yaşa. Tək kinoya get, tək başına əylən, kitab oxu, rəqs et, dənizin sahilində gəz, səyahət et,bacardığın qədər yüksək səslə - bağıra-bağıra mahnı oxu. Nə edirsənsə et, amma özünü bir insana bağlı hiss etmə. Məsələn göyərçinlərə, qağayılara bax. Nə qədər sərbəst uçurlar. Sən də onlar kimi azadsan. Eləmə. Azadlığını məhdudlaşdıran insanlara minnət eyləmə. Sadəcə özün ol qızım.
Çünki insana ən çox yaraşan özüdür.
32 notes · View notes
gulsmentality · 6 months
Text
Gələcəkdə bir gün qızım olarsa əgər, onu qəlb sancısı ilə tanış etməyəcəm, qaranlıqdan qorxmayacaq, göz yaşlarını qəlbinə həbs etməyəcək, heç zaman özünü əksik yetərsiz hiss etməyəcək, bacarıqsız olsa belə bunun dərdi altında əzilməyəcək, ailəsindən qaçıb xilas olmaq üçün çalışmayacaq, aid olmaq üçün bir yer axtarmayacaq, saxta gülüşlərə saxta sevgilərə aldanmayacaq,yıxıldığında düşüb qalmayacaq orada,dərdini həbs etməyəcək içinə anam var o həll edər deyəcək, heç zaman səbəb olmadığı şeylərin yükünü daşımayacaq, özünə dəyər vermənin, özünü olduğu kimi sevmənin çox normal birşey olduğunu biləcək o, qorxmayacaq səhv etməkdən,hər səhvində daha güclü daha doğru olacaq, qəlbində qalmayacaq heçbir xəyalı, istədiyi insan olacaq, sevdiyi rəngi biləcək, nə istədiyini biləcək,sərhədlərindən utanmayacaq, yüksək səs tonundan qorxmayacaq heç zaman, göz yaşı yastığını yaş etməyəcək, başqa qəlblərdə başqa qollarda güvən axtarmayacaq, öz evini 20 21 illik bir yataqxana kimi deyil, ailəsi kimi biləcək, qorxmadan güvənəcək, insanlardan zərbə aldığında çarəsizcə öz küncündə qalmayacaq, ilk uğursuzluğunda özünü yetərsiz hiss etməyəcək həmçinin ən kiçik uğurunu da önəmsiz hesab etməyəcək, sevgi dolu, mərhəmətli, saf olacaq, qorxusuz, güclü olacaq, sağlam bir ruha sahib olacaq. Anasının 10 yaşındakı halına sımsıxı sarılmış olacaq fərqində olmadan yaralarını saracaq bilmədən. Söz verirəm, yaşadığım şeylərin acısını səndən çıxarmayacam.
34 notes · View notes
sanctasu · 9 months
Text
17.
Yenə ən emosional olduğum vaxtların birindəyəm. İllər əvvəl ailəmə birləşdirən doğulduğum avqust artıq mənə əvvəlkindən daha tez günlərin yoxa çıxdığını bildirir. Bilmirəm ya da mənə elə gəlir günlərin bu qədər sürətli keçdiyini. Uşaq vaxtı hər zaman bu avqust ayının sonlarını səbirsizliklə gözləyirdim. Çünki, sonda mənim üçün önəmli olan bir gün var idi. Təbii ki ad günüm. Digərləri kimi mənə başqa insanlardan, dostlardan hədiyyələr gəlməsə belə. Ad günümdə insanların bir araya toplaşmağı, bir-birlərinə can deyib can eşitməkləri məndə xoşahəng duyğular bağışlayırdı. Düzü, bu duyğular məndə uzun müddət sonra içimdə viran olmuşdu. Təbii ki, sonralar ad günlərimi adi günlər kimi qeyd etməyə başladım. Bu gündə mən o uşaqlıq illərimdəki ad günlərini xatırlatmaq istəməsəm belə öz içim yenə keçmişi xatırlatdıqda daha da rahatlaşır, ən azından o zamanlar bu saxta səmimiyyətlər, kobud tərzdə mübahisələr, olmasa belə geniş qəlbdən sevgi hissləri var idi. İndi olmasın. Sanki, ölüb o hisslər. Xalçaya büküb basdıranı yox. Nə zaman o hissləri tabuta yerləşdirmədikdən sonra xalçanı upuzun açıb içindəki insanlara paylasaq o zaman daha da dəyər görərik. Yoxsa indi..
Taleh Yüzbəyov demiş "Azərbaycan gəncliyi sevgisizlikdən əziyyət çəkir" deyə. Yaxşı, bəs bu sevgisizliyi necə bərpa edə bilərik?
Bu sual cümləsini yazıya yerləşdirməkdən zəhleyi zəhləm gedir. Cavabı müxtəlif insanlar tərəfindən olan ama o insanların buraya tamamən cavab yazmaması mənə təhqir kimi gəlir. İndi düşünürəmdə abituriyentliyimi yenicə yekunlaşdırsam belə mən cavabı olmayan sualın "bədii sual" olduğunu unutmuşdum. Yenə özüm özümlə inkar edərək danışıram.
Nə başınızı ağrıdım, bu gün on yeddi yaşıma qədəm qoyuram sanki yenicə altı aylıq olmuşam. On altı yaşıma daxil olduqda da belə söyləmişdim. "On yeddi rəqəminin uğur gətirəcəyini səbirsizliklə gözləyirəm" deyə. On altıda da bir uğur olacağını ümid edirdim, lakin bu ümidlər yetərincə özünü doğrultmadı. Nə deyək, " Все будет хорошo" deyim çox zamanda elə deyirəm zatən. Bir olacağı da varsa yaxşı olar deyirəm. Belə deyərək də yekunlaşdırım. Yetərincə yekunlaşdırmağa imkan tapmasam belə yekunlaşdırmağa adət etmək gərəkdir. Zaman gələr bu sətirlər mənim udqunumu sussuzlaşdırsa belə çox quru gəlir bu yekunlaşdırmaq ifadəsi.
Oy, burada heç on altı yaşımda nələrdən keçdiyimi, nələr ilə üzləşdiyimi danışmadım, danışmasam belə yuxarıdakı kəlimələrim kifayətdir. Qoy bu yaşımın gördükləri mənim aramda qalsın digərləri eşitməsin. Şşş! sakit olaq bu yazını oxuyan belə bunu bəlli etməsə mutlu olaram. Nə isə sizə xoş günlər arzulayıram. Gecəniz xeyirə.
48 notes · View notes
psixologiyaze · 7 months
Text
"Kimilərinə görə insanlar tanıdıqca dəyişir. Mənsə bu mövzuda tam tərsini düşünürəm. İnsan tanıdıqca dəyişməz, tanıdıqca özü olar. Aktyorluq etməkdən imtina edər və həqiqi xarakterini ortaya çıxarar. Buna məcbur qalar. Çünkü; Heç bir ömür saxta xarakterlə, aktyorluq edərək tükənməz."
21 notes · View notes
shikhaliyevv · 6 months
Text
Yeni İl yaxınlaşarkən, Bukowski özətləmiş:
"Neçə xoşbəxt illərə deməyəcəm, çünki dəyişən bir şey yoxdur. Günlər eyni, insanlar eyni, yalanlar eyni, dekorasiyalar və səhnələr eyni, aldadılanlar eyni. Və yenə eyni olacaq. Saxta qəhqəhələr, yersiz səmimiyyətlər və daha nələr, nələr...
44 notes · View notes
quinplen · 1 month
Text
İnsan idrak edəndən sonra, hər şeyin və hər kəsin saxta oldğunu biləndən sonra sadəcə susur.
17 notes · View notes
nferzeliyeva · 9 months
Text
Həyat çox qəribədir ya mən sadəcə beləyəm bilmirəm. 5 dəqiqə əvvəl ağlayarkən indi gülürəm. Hiss etdiyim duyğuların izahı olmur bəzən. İnsanlar belə səmimi gəlmir artıq saxta gülüşlər, saxta səmimiyətlər, saxta sevgilər vs. İnsanlardan uzaq qalmağa çalışıram mən onların yalanları ilə yaşamaq istəmirəm. Təkliyi hərkəs fərqli anlayır kimi üçün təklik çox gözəl kimisinə görə cəhhənnəm bərabərdir, mən təkliyi sevənlərdənəm sevdiyim musiqini dinləməyi, yağışın hər damlasını hiss etməyi, kitab oxumağı bir sözlə hərşeyi özümlə etməyi sevirəm. Bəlkədə həyatımda olan insanların birgün məni tək qoyub gedəcəklərini bildiyim üçün təkliyi sevirəm. Kimisi səssiz, kimisi səbəbsiz, kimi ölüm ilə gedəcək sonda yenə özümlə qalacam. İnsanların məni anlamaları üçün özümü yormuram artıq insanlar sadəcə öz istədikləri kimi anlayır bilirəm. Həyat bütün çətinliklərinə rəğmən gözəldi, bəlkə həyatdan bezmisiz ya elə bir hadisə yaşamısızki artıq yaşamaq istəmirsiz günlərlə ağlayırsız intihar düşünürsüz ama bu doğru yol deyil bu həyata bir dəfə gəlirik bütün çətinliklərin pis günlərin olmağına baxmayaraq yaşamaq lazımdı gələcəkdə yenə pis günlər olacaq əlbət lakin yalnız pis günlər deyil çox xoşbəxt olduğunuz günlərdə olacaq. Məncə xoşbəxt olmaq üçün bir qanun var oda sədəcə həyatının mərkəzinə yalnız özünü qoymaqdır, özünü hamıdan çox sev, güvən, heçkəsə inanma yalnız özünə inan. Ümidinizi itirməyin, hər zaman bir çıxış yolu vardır.
39 notes · View notes
esmiramst · 6 months
Text
Soruşsan çox şey dəyişdi əslində, mən o həminki adam deyiləm artıq. Üzümü hördüyüm gülüş maskalarını çıxarıb atmışam, saxta təbəssümlər ölkəsinə birdəfəlik əlvida demişəm. Lüzumsuz insanlardan qaçıram artıq.Anladım ki insanlara məni üzmələri üçün şəraiti mən yaradıram. İçimdə o qədər sevgi boşluğu var ki, hər kəsi özüm kimi zənn edirəm. Bu sanki qorxu filmində bədheybətdən qaçmaq yox onla üzləşməyə cəsarət tapan rolun hekayəsidir. Nə qədər üzülə bilərəm ki bundan çox? Tükətmədimmi özümü günlərcə? Sahil də bezdi məndən, o parklar da, ulduzlar da, mahnılar da, o sevgisini mənə göstərib qarşılıq almayan insanlar da.
26 notes · View notes
starkmrjavad · 2 months
Text
Təbəssümlər saxta, söz qiymətlidir,
Yalanı yalanla alqışlayırlar.
Çoxları könüldən səxavətlidir,
Hər qıza bir könül bağışlayırlar...
Elə məhəbbətdən yazırıq, ancaq
Elə sətirlərdə alışırıq biz.
Məhəbbət olubdur oyun-oyuncaq;
Hansı məhəbbətdən danışırıq biz!
Hamısı Sevgidəndir,
Nüsrət Kəsəmənli
7 notes · View notes
anar-abasow · 8 months
Text
“Kitab oxumursa danışma / evlənmə”
Burada söhbət Quran’dan getmirsə, nə qədər saxta və prim üçün deyilmiş söz olduğunu görə bilərsiz. Buna inanan insanlar eynən 3-5 kitab oxuyub özünü ağıllı, qalan hər kəsi cahil bilənlərdəndi. Halbuki kitab oxumağın münasibətlərlə və ya evliliklə əlaqəsi yoxdu. Söhbət kitab oxuyub inkişaf etməkdən gedirsə, oxunulan hər kitab insanı inkişaf etdirmir. Bəzi kitablar səni yolundan da döndərə bilər, hətta səhv yola da sürükləyə bilər. İnsanlar kitab oxuyub cahil ola bilir və bəzi kitablar insanı dinindən inancından da kənarlaşdıra bilir. Əsas inkişafı, sevgili və evlilik münasibətlərini kitabların üstünə atmaq cahillikdi. İnkişafın bunlarla əlaqəsi yoxdu. Necə deyəllər; daxil olmaq ayrı şeydi, ayrı şeydi girmək.
27 notes · View notes