Tumgik
#vəziyyətə
dadaszdkh · 7 months
Text
Biraz əvvəl bir söz oxudum, "sənə dəyər verən insan özünü əsla səni itirəcək vəziyyətə salmaz"
83 notes · View notes
xancann · 10 months
Text
Reallığa baxdığımızda əslində bir çoxumuz bu həyatı beynimizin içində yaşayırıq. Məhz buna görə də elə ən böyük çabamız beynimizin içini yaşanıla bilər bir vəziyyətə gətirmək olmalıdır.
66 notes · View notes
theaytaj · 1 month
Text
Çoxumuzun eşitdiyi bir hekayə var. Hansı ki, ailə uşağının həkim olmasını istəyir, amma uşağın sənət ilə əlaqəli bir xəyalı olur ailə isə "ya biz deyən ya da öl" tərzində qarşılıq verir. Ya da nə bilim, "mən onu sevirəm, bu mənim həyatımdır, sevdiyim insanı istəyirəm" deyir ailə yenə razı olmur, uşağın istəyi olmasın deyə əlindən gələni edir, məsələn aylarla evə qapadır. Ya da ki, uşaq spesifik yer və iş seçir amma ailə yenə öz bildiyini edir yenə alınmır uşağın istəyi. Sonda uşaq bezir, daha mübarizə aparmır, mən bunu istəyirəm demir nə lazımdırsa, o an üçün nə " uyğundursa" daha onları edir. Fədakarlıq edir, uşaq ikən valideyn olur. Yeri gəlir ana olur, ata olur, müəllim olur, mühafizə olur, psixoloq olur. Gün gəlir kəskin söz sahibi olur. Hər şeyi edə biləcək gücdə olduğu halda yerində dayanır. Gözünün önündə ölüm olsa, susub sakit baxacaq vəziyyətə gəlir. Boş - boş mənasızca oturub ağlayır amma real hadisələr qarşısında reaksiyasızdır. Heç nə də etmək istəmir. Canından bezir. Canımdan bezmişəm.
09.07.
10 notes · View notes
sanctasu · 8 months
Text
O qədər yorğunam ki, ac olsam belə durub, yemək yeyə bilməyəcək vəziyyətə düşmüşəm.
39 notes · View notes
selcansadiqqizi · 3 days
Text
Hər kəsdən uzaqlaşmaq həqiqətən yaxşı gəlirmiş insana. Yay tətili üçün cürbəcür planlar qurmuşam, həyata qarşı olan həvəsim artıb. Toksik insanları həyatımdan çıxarmışam, yenidən doğulmuş kimiyəm. Bu vəziyyətə gələnə qədər çox şey yaşadım. Zamanında baxmağa qıymadığımın arxamca dediyi yalanları öyrəndim, bəzi dost sandıqlarımın məni necə istifadə etdiklərini fərq etdim, yolda görəndə bir birimizə salam belə vermədiyimiz bəzi köhnə dostlarımla yenidən eyni masaya oturacaq vəziyyətə gəldim. Bu aralar həyatım sürətlə dəyişir, nəyin doğru, nəyin yanlış olduğunu bilmirəm və artıq nə olacağını da kəsdirə bilmirəm. Sadəcə gələcəyə ümidim var.
11 notes · View notes
psixologiyaze · 7 months
Text
- Yaxşı münasibətin sirri nədir?
Birincisi, onu deyim ki, yaxşı münasibətin sirri, düsturu, şifrəsi və hər kəsə uyğun formulu yoxdur. Bu, insandan insana dəyişir. Üstəlik, zaman və məkana görə də dəyişir. Amma bir əsas kriteriya var. Kişi və qadın təbiətini anlamaq lazımdır. Cinsiyyət fərqi özü ilə birlikdə bioloji və psixoloji olaraq başqa böyük fərqlər də yaradır. Cinslərin maraqları, güclü və zəif tərəfləri, gözləntiləri fərqlidir. Qadın diqqət, qayğı və yaxşı həyat təminatı istəyir. Yaxşı həyat təminatı isə sadəcə maddiyyat deyil. Qadın qarşısında gələcəyi parlaq, potensiallı bir kişi görmək istəyir. Xəyalı, məşğuliyyəti və konkret mövqeyi olmayan kişiyə bir qadının hörmət etməsi çətin məsələdir. Kişi isə qəhrəman, lider olmaq istəyir, buna görə də çərçivələrinə uyğunluq yarada biləcək bir qadın axtarışındadır. Kişinin təbiəti məsuliyyət almağa yönəlibdi. Keyfiyyətli münasibətdə kişi alfadı, kişi liderdi, kişi maskulindi. Bu arada qadınla kobud və saymazyana danışmaq alfalıq deyil. Bu zəiflikdi. Alfa kişi qadına qarşı nəzakətlidi və zorakılıq olmadan qadın ona hörmət edir. Lider olmaq idarəedici olmaq deyil. Yaxşı kişi qadınla məsləhət də edər, fikir də alar, hətta tabiri-caizsə bir az çəkinər də. Amma alfa kişi təbiəti etibarilə follow ediləcək, öndər seçiləcək bir insan olur. Təkcə, qadınların gözündəki mövqe haqqında da danışmıram. Alfa kişi dostları və iş yoldaşları arasında da lider olur. Lider olmaq üçün nəsə etmir, avtomatik elə alınır. Ona görə də, alfalıq bir kişinin qalxa biləcəyi ən böyük zirvədi. Maskulin olmaq isə maço, sərt erkək falan demək deyil. Maskulin kişi həyatdan da, münasibətdən də nə istədiyini bilir və bunlar uğrunda mübarizə aparır. Qadın çox vaxt kişini dəyişdirmək istəyirmiş kimi görünür, amma qadın prinsiplərinə sadiq kişiləri sevir. Çünki, qadın təbiəti feminen olmaq yönündə inkişaf edib. İstisnalar var, amma qaydanı pozmayacaq qədər. Qadının çata biləcəyi zirvə feminen olmaqdır. Zərafətli, ağıllı, fikir sahibi və özünü asılı vəziyyətə salmadan kompromisə gedə bilən.
Dolayısıyla, yaxşı münasibət üçün kişi və qadın təbiətini bilmək və buna uyğun davranmaq lazımdır.
(C)
22 notes · View notes
loudsoulsuit · 1 month
Text
Yasəmən çiçəyinin hekayəsi 🪻
Yasəmən çiçəyi əsirlər boyu yaşayan və hər yerdə simvol kimi istifadə edilən bir çiçəkdir.Bu qədər tarixi olan bir çiçəyin gözəl bir sevgi hekayəsi var.Bir gün gözəl şəhzadə Günəş 🌞 tanrısına aşiq olur 🌒 Şəhzadə nəhayət cəsarətini toplayıb sevgisini etiraf edir. Ancaq Günəş 🌞 tanrısının şəhzadədən xoşu gəlmir və onu rədd edir.Bu vəziyyətə çox üzülən şəhzadə çox əsəbləşir və canına qəsd Bədəni kül 🔥 olan şahzadənin 🧝‍♀ külləri yerə səpilir.Hər səpələnmiş kül dənələrində yasəmən 🪻çiçəkləri yetişir.Şəhzadə o,qədər üzülmşdü ki , onu incidən günəş 🌞tanrısına olan məhəbbətindən gündüzləri açmaqdan imtina etdi və şəfəq vaxtına kimi açıb öz ətirli qoxusunu ətrafa yaydı.Bu məhəbbət 🩷 hekayəsinə görə yasəmən çiçəkləri öz ətrini yaydığı saatlar gecədən şəfəq vaxtına qədər olan saatlardır 💗
10 notes · View notes
nazrynabbas · 9 months
Text
Mən də anlamadım. Gözlərimi güldürən bir mövzu necə gözlərimi dolduracaq vəziyyətə gəldi, heç anlamadım.
38 notes · View notes
starkmrjavad · 3 months
Text
Hamınız baxın, görün ümidsizlik insanı nə vəziyyətə çatdıra bilər!
17 notes · View notes
yagubov · 5 months
Text
İş həyatını o vəziyyətə gətirib çıxarıblar ki, axşam evə bir parça çörək apara bilmək üçün çumo vəziyyətini almışıq. Dansaz da budu, danmasaz da..
14 notes · View notes
zkyvaelmira · 5 months
Text
İnsanın ən böyük səhvlərindən biri də özünü olduğu kimi qəbul etməməsi,daima başqa insanlarla özünü müqayisə edərək,yetərsiz olduğunu düşünməsidir.Buna ,düz saçlı bir insanın buruq saç istəməsi,buruq saçlı birinin isə düz saç arzulaması kimi balaca bir şeyi belə misal çəkə bilərik.Bilmirəm buna səbəb ailəmizin bizi balaca yaşdan daima “qonşunun uşağı” ilə müqayisə etməsidir,yoxsa bu insanın içindən gələn mənfi bir xüsusiyyətdir.Biz insanların gözü daima yüksəkdədir,nə qədər inkişaf etsək də gün keçdikcə artığını istəyirik.Əslində,bu yaxşı birşeydir,rəqabətin içərisində itib özünə olan hörmətini,sevgini itirmədiyin müddətdə problem olacağını düşünmürəm.Lakin günümüzdə rəqabət etməklə o qədər unuduruq ki özümüzü ehtiyacımız olan qayğını belə göstərmək üçün pillələrə çıxmağı şərt olaraq qoyuruq qarşımıza.Gün keçir o pillələri sıra-sıra addımlayırıq və o addımlar içimizdəki rəqabətçini xoşbəxt etsə də digər tərəfdə qalan, özünü sevməyə ehtiyacı olan tərəfi sevgisiz, “sınıq” vəziyyətə salır.Halbuki,o pillələri o olmadan addımlamaq, mümkünsüz idi sadəcə biz görməzdən gələrək addımlamağı seçdik.Və gün gələcək artıq uğurlar bizə yetməməyə başlayacaq.Buna səbəb isə o pillələrə verdiyimiz sevgi deyil,o pillələrə çıxan şəxsə vermədiyimiz sevgi olacaq.
8 notes · View notes
zhr-vn · 1 year
Text
Bir yerdə oxumuşdum:"Sənə dəyər verən insan, özünü əsla səni itirəcək vəziyyətə salmaz"
45 notes · View notes
saboblame · 1 year
Text
Bunu özüm üçün not alıram oxumuya bilərsiniz🤷‍♂️
13 yaşımda ilk dəfə rep sahəsinə gələndə, maraqlı bir kariyeramın olacağı ağlıma belə gəlməzdi. Hansı ki bəlkə də heç 15 yaşımda ümumiyyətlə fəaliyyətimi dayandıranda nə vaxtsa bu qədər həvəslə yenidən başlıyacağımı düşünməmişdim. Əsgərlikdə Tano ilə tanış olmağım bu yolun yeni bir başlanğıcı oldu. Unutmaram əsla boş tapdığımız 5 dəqiqəni oturub nələrsə yazıb bir - birimizə oxuyub, həmin günlər gələcəyimizi(yəni indiki günləri) xəyal etməklərimizi… Əsgərlikdən təxris olduqdan sonra, böyük həvəslə gözlədim ki, Tano da gəlsin. Onun gəlişinə bəlkədə ailəsi qədər sevinirdim məndə.
Mart ayında hər şeyin başlanğıcı oldu. Hər ikimiz üçün bugünkü gündə uğursuz sayılan “Mələk” track’i səsyazma olundu. Lakin qeyri professional studia işi işimizi çox pis vəziyyətə saldı. İkinci dəfə şansımı yoxlamaq istədim. “Sərsəri” adında ikinci bir parçamı eyni studiada səsyazma etdim. Yenə də uğursuz alınmışdı. Nəsə çatmırdı, ama nə?
Daha sonra Tanonun istəyi ilə studiamızı dəyişdik. Ama təssüf ki, orda səsyazma olan ilk track hardasa alınıb demişdik ki, “Şəhzadə” adında özəl çıxmalı olan track’im çox bərbad bir səsyazmaya malik oldu. Yenə studia dəyişmək barədə qəti qərar aldıq.
Bu ərəfədə dayım oğlunun da (Elpida) rep elədiyini bildim və çox çəkmədən qrupumuza gətirdim. O bir istedaddı.
Bir müddət sonra illər öncə replə məşğul olub sonra dayandırmış Əli ilə tanış olduq (Ali, canın cəhənnəmə track’ində duet ortağımız olub). O bizi Bizimera pro ilə tanış etdi. Çox mükəmməl başladı hər şey. “ Canın cəhənnəmə”, “Gözlərin”, “Səni Gördüm”, “Önünə bax”, “Step by Step” kimi uğurlu işlər görməyi bacardıq.
FiveTeen label’dan MASTER’ə bir keçid dövrü yarattıq, lakin elədə uğurlu olmadı…
Lakin, bu da son olmadı. İndi çox müthiş bir komanda yaratdıq. Hansı ki artıq səsyazma, mix/mastering, beat, klip, yayım işlərinin hamısını özümüz edirik. Bu özü bizim üçün çox böyük uğurdu.
Bugünkü gün o qədər də böyük dinləyiciyə malik deyiləm, ama bunu özümə qətiyyən dərd eləmirəm. Çünki mənim FiveTeen kimi bir komandam var. Çünki mənim bütün işbirliklərim Tano ilədi.
Hər birinizə hörmətlər!❤️
24 notes · View notes
naf1la · 6 months
Text
Güzgüdə özümü görüb qorxdum, mən nə ara bu vəziyyətə düşdüm axı
16 notes · View notes
psixologiyaze · 8 months
Text
Sizə Zərər Verən münasibətlərdən uzaq qala bilmirsinizsə, Psixologiyada "Travma Canlandırması"na sahib ola bilərsiniz!
Psixologiyada "Reenactment" kimi tanınan termin, zərərli davranışların təkrar-təkrar, əsasən də şüursuz şəkildə təkrarlanmasını ehtiva edir. Bu, ona zərər verəcəyini bildiyi bir tərəfdaşa cəlb olunmağa qədər uzana bilər. Şüursuz olmaq bu dövrandan çıxmağı çox çətinləşdirir.
Bu insanlar tez-tez keçmiş travmalarını və erkən təcrübələrini yenidən yaşamaq istəyirlər. Onların niyə belə bir şey etdikləri və onun necə qorunduğu ilə bağlı tapıntılar həqiqətən maraqlıdır.
İnsan psixologiyasının nə qədər mürəkkəb və gözlənilməz olduğunu bir daha sübut edən bu məzmunu oxuyaraq “Yenidən canlandırma” anlayışı haqqında daha çox məlumat əldə etdikdə anlayacaqsınız ki, bəlkə siz də eyni nümunəni nümayiş etdirirsiniz və hərəkətə keçməlisiniz.
“Travma canlandırması” olaraq da təyin edə biləcəyimiz “Reenactment” anlayışı ilk dəfə Freyd tərəfindən irəli sürülmüşdür.
Freyd
Yaşadıqları mənfi nəticələrə baxmayaraq travmalarını xatırladan şeylər axtarmağa davam edən bir insan olaraq ümumiləşdirə biləcəyimiz travma canlandırması, psixoanaliz üsulu ilə tanınan məşhur həkim Ziqmund Freyd tərəfindən adlandırılmışdır.
Onun sözlərinə görə, bu vəziyyətin yaranmasına səbəb insanlarda olan ölüm instinkti olub. Onlar təkrar özlərinə zərər vurmaq cəhdləri ilə ölüm instinktini yaşayırdılar.
Tək və aydın bir səbəb olmasa da, bir neçə səbəbə görə baş verə bilər. Bunlardan birincisi bağlanma problemləridir. Xüsusilə valideynlərinin laqeydliyi və ya travması səbəbiylə erkən yaşda bağlanma problemi yaşayan insanlar yetkinlik dövründə qeyri-sağlam münasibətlər axtara bilərlər.
Bəzən, dürtüsellik və ya mükəmməllik kimi müəyyən şəxsiyyət xüsusiyyətləri bir insanın travma reenaktasiyası ilə məşğul olma ehtimalını artıra bilər.
Əlavə olaraq; Stress və travma çox vaxt bu cür davranışın əsas səbəbi olur. İnsanlar tez-tez riskli davranışlar göstərərək və ya travmaya bənzər vəziyyətlər axtararaq vəziyyətə daha çox nəzarət edirlər.
Bundan əlavə, insanlar potensial riskləri bilsələr də, sərxoş halda avtomobil idarə etmək kimi riskli hərəkətlərlə məşğul ola bilərlər. Bu, keçmiş təcrübəni yenidən yaratmaq və ya ağrı hisslərindən yayındırmaq üçün bir yol ola bilər.
Travmanın təkrar canlandırılmasının üç növü var: revictimization, laqeyd reenaksiya və əlavə travma reenaktasiyası.
ayrılıq
Yenidən qurbanlıq tipində şəxs şüursuz olaraq; Narsist impulsiv, gözlənilməz və ya emosional olaraq dəyişkən tərəfdaşları "təhlükəsiz" kimi qəbul edə bilər, çünki onlar erkən bağlanma travmalarını əks etdirir. Onun tərəfdaşının emosional vəziyyəti gözlənilməzliyi ilə proqnozlaşdırıla bilər.
Laqeydlik aktlarında, bir şəxs uşaqlıqda tərk edilmə travması keçirsə, tərəfdaşını tərk etməkdə maraqlı ola bilər. Çünki tərk etmə hissləri tətiklənir və partnyordan impulsiv şəkildə imtina etməklə və ya bu əlaqəni dərhal yenisinə dəyişdirməklə özünü məğlub edə bilər.
Bağlanma travmasının canlandırılmasında həmin şəxsin valideynləri öz travmalarından xəbərsiz olduqları üçün oxşar travmaları uşaqlarına da keçirlər. Bu, travma dövrlərinə səbəb ola bilər və nəsildən-nəslə ötürülür.
22 notes · View notes
dragon-hsv · 7 months
Text
Sənə dəyər verən insan özünü heç vaxt səni itirəcək vəziyyətə salmaz..
14 notes · View notes