afolis
afolis
5 nəfərlik Həyat "AFOLIS"
179 posts
Don't wanna be here? Send us removal request.
afolis · 4 years ago
Text
Dinlə, Vecsiz! Bəzən Hisslər danışanda Dərində, Ürəyimin səsini Dinlə! Əslində Həyat tez keçir, Yaş gəlir yaş üstünə. Bəlkə də Nə vaxtsa Mənim Şəhərimdə tam 40cı Paraleldə, yenə bir binanın soyuq pəncərəsindən baxarsan bəzən Karusel yanındakı, bəzənsə bir kötüyə söykənmiş mənə. Yadımda deyilsən düzü. Ama Ən ətirli anımda bir Briz əsdirərək Şərbət olursan yuxuma. Yaxşı qız, yadımda deyilsən düzü!
10 notes · View notes
afolis · 4 years ago
Text
#28
3 notes · View notes
afolis · 4 years ago
Text
“ Arzular öz həyəcanını itirmədən həyata keçirilməlidir. ”
60 notes · View notes
afolis · 4 years ago
Text
6 notes · View notes
afolis · 5 years ago
Text
" Yuxularım yadımda qalmasa da , üzümdə yaranan səbəbsiz gülüşlərdən səni gördüyümü təxmin etmək elə də çətin gəlmir. "
207 notes · View notes
afolis · 6 years ago
Text
Yazmaq nə qədər gözəldirsə, onu 1-2 il sonra oxuyub həmin hissləri yaşaya bilmək daha da gözəl.
" Kitabları qaytarın "
Son oxucular zalı yavaş-yavaş tərk edir..Zehni yorğunluğum keyləşdirir sanki fikirlərimi..Yenə kioskda “Marlboro’ yoxdu..Ancaq bu dəfə hazırlığımı əvvəlcədən görmüşdüm..Axşam tərəfi və əsl payız havası..Sahil bağında ən çox sevdiyim mənzərə..İnsanlar az , fəvvarələr işləyir..Otururam skamyalardan birində , damağa bir siqaret , sağ əldə alışqan sol əl küləyin qabağında..Və birinci nəfəs alınır tam ağciyərlərin kökünə qədər..Söykənirəm arxaya və fikirləşirəm..Ancaq səni fikirləşmirəm artıq..Təqribi 5-6 il qocaltdı məni yoxluğun..Böyüdüm sanki biraz da..Sənin dərdinin dərdlərimin ən kiçiyi olduğunu gördüm..Və bu anda qonşu skamyada sevgili cütlük görünür..A kişi heç yeridi gül kimi başqa şey fikirləşirdim gərəy gözümə görsənəsiz ??
17 notes · View notes
afolis · 6 years ago
Text
Tumblr media
8 notes · View notes
afolis · 6 years ago
Text
Tumblr media
12 notes · View notes
afolis · 6 years ago
Text
" Sənə əl çirki deyənlər yanılıblar, a kişi! Necə əl çirkisən ki təmiz həll edirsən hər işi!"
23 notes · View notes
afolis · 6 years ago
Text
" Görəsən , yuxuda səni üz cizgilərinə kimi HD görəndə sənə notification gəlir ? "
99 notes · View notes
afolis · 6 years ago
Text
" Yuxularım yadımda qalmasa da , üzümdə yaranan səbəbsiz gülüşlərdən səni gördüyümü təxmin etmək elə də çətin gəlmir. "
207 notes · View notes
afolis · 6 years ago
Text
" Arzular öz həyəcanını itirmədən həyata keçirilməlidir. "
60 notes · View notes
afolis · 6 years ago
Text
" Məkanı Mars olsun "
Hiss. Səbəbini də bilmədən hislərimizin əsiri olmuşuq. Fərqli fe'llərdə hiss etdiyimiz duyğular bizi yavaş-yavaş özünə bağlayır. Əslində yaşamaqdan deyil də bu hisləri təkrar-təkrar duymaqdan zövq alırıq. Bu müxtəlif duyğulardan da "insan" formalaşdırırıq öz aləmimizdə. Fərqli zövqlər yaşamaq istəyən insanları anlamırıq və ya qəbul etmirik. Necəsə bəzi ştamlar halına keçib bu hiss topluları, hansı ki, kənaraçıxmalar qətiyyən yolverilməz hesab olunur. Misal üçün Din. Bəzi həyatları əfsuslar olsun ki, təmamilə öz ağuşuna alıb. Düşünürəm ki, insan hislərinə sərhəd qoymamalıdır. Necə ki, təbiət bizə çox normal bir varlıq kimi görünür, ancaq bir başqa rakursdan baxdıqda qəribəliklər nəzərə çarpır. Eləcə də biz də normal görünsək də, baxış bucağımızı dəyişib baxdıqda içimizdəki qəribəlikləri sezə bilirik.
Ölüm - məncə bu söz ətrafında daha böyük duyğu toplusu və xüsusən qorxu cəmləyir. Biz bu gün yaşayırıq, həzz aldığımız duyğuları təkrar təkrar yaşayırıq, bir gün az bir gün çox.Bir də çalışın ölən birinin arxasınca qeyri-səmimi, özünüzün də təsəvvür edə bilmədiyiniz, həqiqət olduğuna belə inanmadığınız "cənnətləri" arzu etməyin. Son hissindən də zövq alacağı yerlər arzu edin. For example: Mars
18 notes · View notes
afolis · 6 years ago
Text
Tübingen 08.02.19
Tumblr media
8 notes · View notes
afolis · 7 years ago
Text
“ Ulduzlar “
Maraqlıdır ki, çoxlarımız göy üzündə nə var sualına Ulduzlar deyə cavab verərik. İnsan ruhu buna alışıb artıq. Düşünürəm ki, hər bir insan düşünə bildiyi qədər xəyal qurmağı bacarır. Götürək çoxlarımızın anlam verə bilmədiyi və izah edə bilmədiyi " necə yaranmışıq?" sualına. Buna cavab tapmadıqda zamanla özümüzdən dinlər uydurub, quraşdırıb ona inanmışıq. Çünki ora qədər düşünüb xəyal edə bilirik və o daha inanılır görsənir. Yaranmağımızı mütləq ki, bir səbəbə bağlama ehtiyacı duyuruq və özümüzü bu missiyanın bir hissəsi, daha səmimi desəm önəmli hiss edirik. Önəmli olmasaq da, mənim fikrimcə çox şanslıyıq ki, canlı anlayışının meydana çıxdığı bir planetdə yaşayırıq. İnanıram ki, digər planetlərdə də həmin mühitə uyğunlaşmış və özlərini önəmli hiss edən canlılar vardır. Ən maraqlısı isə görəsən onlarda da belə musiqilər yazılır? 🤔
12 notes · View notes
afolis · 7 years ago
Text
‘’ Xəyallarını qurduğunuz yerlərdən çox , o xəyalları qurduğunuz yer həyatınızın divar şəkili olar . ‘’
54 notes · View notes
afolis · 7 years ago
Text
Tumblr media
Baku with Dominikan Sigar
11 notes · View notes