bezeksiz
bezeksiz
Bəzəksiz.
831 posts
Sətirlər məzarım. Məzarıma xoş gəldin.
Don't wanna be here? Send us removal request.
bezeksiz · 5 years ago
Photo
Tumblr media
Unutduğumuz kimlərin yadındayıqsa bağışlasınlar. #bəzəksiz #bezeksiz https://www.instagram.com/p/CAa7R-jnL-H/?igshid=1p8pbwxmj7qc8
18 notes · View notes
bezeksiz · 5 years ago
Photo
Tumblr media
Nədənsə, sevgili olmaq mənə bəsit gəlir. Məncə sevgidən də, sevgilidən də daha artıq özəl şeylər vardır. İki nəfərin birlikdə əl-ələ dolaşması, iyrənc qısqanclıqlar, yersiz davalar, heç bir anlam kəsb etməyən öpüşüb sevişmələr, o qədər iyrənc görünür ki! Əllərimi burax, sözlərimi burax, ürəyimdən yapış, sözlərimdən yox gözlərimdən başa düş. Elə önəmli insanlar var ki, onlarla olduğun münasibət sevgilidən artıqdı. Məsələn küslü qalmırsız, ən bərbad zamanlarınızda həyat bir şəkildə (özəlliklə də qəribə şəkildə) sizi onunla rastlaşdırıb qovuşdurur. Toxunmaq? Ona toxunmağa qıya bilməzsiniz. Çırıl-çıplaq qarşınızda dursa sizin baxacağınız yer onun gözləri olar (düzü, onu çılpaqkən də düşünməzsiniz). Qısqanmazsınız, çünki ona ondan daha çox güvənərsiniz. Eyni filmləri, eyni bəstələri dinləmək istərsiz. Həyata onunla birlikdə addım atmaq istərsiz. Bu lənət şəhərdən heç nəyə və heç kimə baxmadan onun əllərindən tutub rədd olub getmək istərsiz. Onunla gülüşünüz daha fərqli olar. Və siz insanlar buna “dost” deyərsiniz. Bu nə dostluqdu nə də sevgililik. Ey ruhdaşım, bizi birlikdə, başın dizlərimdəykən, saçlarına sığal çəkərkən görüb soruşsalar, deyək ki, “yox, siz səhv başa düşmüsüz, biz sevgili deyilik. Biz... ruhdaşıq!” https://www.instagram.com/p/CAYlVS2nV_i/?igshid=zsvjt8b6r05j
22 notes · View notes
bezeksiz · 6 years ago
Photo
Tumblr media
Gəl sənə həqiqətlərdən danışım. Gözlərinə yığıb saxladığın hər şeydən xəbərdaram. Ağrıların dili olmur, ona görə də, 5-ini deyib 15-ini özünə saxlayırsan. Çünki bilirsən ki, səni anlamazlar. Onların “səni anlayıram” cümləsi deyilən ən saxta və səmimiyyətsiz sözüdü. Axı sən səni anlaya bilmirsən, onlar necə anlasın? Heç nə keçməyəcək. Məcburən yaşadıqlarına öyrəşəcəksən. Və inan heç nə yaxşı olmayacaq. Öyrəşmə başladığında hər şey sıradan gələcək. Hər şey daha da betər olacaq. Artıq “hər şey düzəlsin” deyə deyil, işlər daha da pis hala gəlməməsi üçün dua edəcəksən. Dostların? Onlar dost deyil. ��lk çətin anında səni tərk edərlər. Hər kəs yolunu səninlə, səndən daha güclü münasibət qurana qədər davam etdirir. Görüşlər, kafelər, içdiyin içkilər, etdiyin küfürlər, “yaxşı ki varsan”lar, o səmimi sözlərin heç biri sənin təkliyi doldurmur və doldurmayacaq da. Hər kəs səndən bir parça qoparmaqçun var. Tanrıya da inanma, düşünmə ki O səni görür və sənə edilən hər şeyin cavabını O verəcək. Düşün ki, tanrı yoxdu və sən özün-özünə tanrılıq etməlisən. Sən bu dünyada tək başınasan. Həyat səndən ən çox sevdiklərini insanlarını alacaq, başda ailən olmaqla. Ona görə də kimsə sonsuza qədər qalacaqmış kimi baxma. Hər kəs ötəridir. Bu insanlar səndən işləri keçənə qədər vardır, işləri bitdiyində sən yoxsan. Alış-veriş dünyasıdı. Vermədən ala bilməzsən. Kimi ətini verər, kimi bədənini, kimi ağlını, kimi ürəyini kimisi də ürəyini verər. Bu insanlar sevgiyə ac yaşayırlar. Bir tikə sevgi üçün hər şeyini verərlər. Sonra o sevgini daddığında rədd olub gedərlər. Almadan verə bilməzsən. Ən sevdiyin insanı torpağa verərsən. Həyat sənə ağrıdan, kədərdən qeyri nə isə verməz. İnan mənə sənə qalan sən olacaqsan. İnsanlara güvənməməyi öyrən. İnamsızlığın və güvənsizliyin zərbə almamaq üçün özünə qalxan et. İnan, heç nə düzəlməyəcək. Hər şey daha da pis olacaq. Sən sadəcə öyrəşəcəksən. İndi hisslərinlə hərəkət edirsən ama gün gələcək, yorulacaqsan və məntiqini işə salacaqsan. Həyat hisslərinlə yaşanılacaq qədər uzun deyil. Əminəm, o mahnılar, bu sosial şəbəkələr olmasaydı ya dəli olardın, ya da intihar edərdin. (Ardı commentdə) https://www.instagram.com/p/B42uF3snaUg/?igshid=2eogax55bthm
43 notes · View notes
bezeksiz · 6 years ago
Photo
Tumblr media
Hər şeyin gözəl, daha da gözəl olacağına inanmaq istəyirəm. İstəyirəm inanım ki, bir gün hər kəsi xilas edəcək bir nəfər tapılacaq. Bir gün birisi gələcək və çəkdiyin bütün ağrılara, izdirablara sığal çəkəcəyinə inanım. Ətrafımdakı hər kəsin tanıdığım kimi qalmalarına, yaxşı olduqlarına inanmaq istəyirəm. İnanmaq istəyirəm ki, analar hər zaman sağ qalacaq, əllərinə saçımız həsrət qalmayacaq. Bu əl-ələ gəzən, küncdə bucaqda öpüb qoxlaşan sevgililərə inanmaq istəyirəm. Bütün “hər şey yaxşı olacaq” kimi sözlərə inanmaq istəyirəm. Sevildiyimə, dəyər verildiyimə inanmaq istəyirəm. Musiqilərin intihara qarşı dərman olduğuna inanmaq istəyirəm. Yazanların yazdıqları kimi qüsursuz və mükəmməl olduğuna inanmaq istəyirəm. Gələnlərin getməyəcəyinə inanmaq istəyirəm. İstəyirəm inanım orada hələ də məni gözləyən bir nəfər var, onu heç tanımasam da o da mənim kimi məni gözləyir. İnsanların bir birini pilləkən kimi görmədiyinə inanmaq istəyirəm. Dostluqların həqiqətən olduğuna inanmaq istəyirəm. Tanrının varlığına, məni gördüyünə inanmaq istəyirəm. İnanmaq istəyirəm, çünki, inanmazsam ölə bilərəm. Yaşamağımçun, nəfəs ala bilməyimçün inanmağa ehtiyacım var. #bəzəksiz #bezeksiz https://www.instagram.com/p/B40Br98ntsa/?igshid=1b1vsl66twztp
18 notes · View notes
bezeksiz · 6 years ago
Photo
Tumblr media
Gözəl olan hər şeyin günah adıyla soxuşdurulduğu, qanunların yavaş ikiüzlülüyün sürətlə yayıldığı, qadınların “təciz” və ya təcavüz edildiyi, siqaret çəkənin tərbiyəsiz, öz zəhməti hesabına əylənənin - içki içənin əxlaqsız, mini geyinən hər qadının fahişə olduğunu düşünən bu toplum necə inkişaf edə bilər axı? Özümüzdən çıxıb özümüzə baxmağa qorxuruq. Ona görədə başqalarına baxıb, müxtəlif aflar qoyuruq. Dahilərin, musiqiçilərin, şairlərin unudulduğu, televiziya təlxəklərinin sevilib tanrılaşdırıldığı, ətəkləri kiçildikcə artan izləyicilərin, insanların bir-birini nərdivan gördüyü, işi bitdikdə istifadəyə yararsız əşya kimi kənara atıldığı, dostluqların sadəcə sözlərdən, sevgilərin öpüşlərdən və bir neçə payızın xəzanından ibarət olduğu, kişinin tanrılıq etdiyi bu toplumda insan nəfəs almaqdan çox nəfəs verməyə utanır. İnsanlar insanlar içində insana həsrət yaşayır. Düşüncələrinin dəyişmədiyi, əzələlərini inkişaf etdirib beynini kütləşdirən, mütaliəsiz oxuduğu hər nağıla inanan, nə etdiyini bilməyən, özünü sorğulamadan yaşayan, hər haya küy verən bir toplum necə azad ola bilər? Güclünün zəifin üstündə qələbə çalıb məğrurlanmasını, sevginin 5 qəpiklik edilib güvənsizliyin mərkəzində dayanan o iyrənc səmimiyyətiniz elə sizə qalacaü. Bəylər, sizin iriçarplı əzlələrinizə xanımlardan çox bəylər baxır. Ona görə də özünüzü yormayın. Xoşbəxt olmağa çalışırıq ama düşünmürük; bəlkə də insan həyata xoşbəxt olmaqçun gəlməmişdir. Aman Allah, dəhşətdi! Kişilərin şəhvətçün dilənməsinə nifrət edirəm. Bütün hisslərinin şeytani bir qadının altpaltarına təslim etməsindən də. Azad olmağın tək yolu səndən başlayır. Düşüncələrindən. Lakın elə bir toplum yetişib ki, düşüncəsindən özgə hər şeyini dəyişib. Kim bilir, bəlkə də bu toplum, bu cəmiyyət ölüb dünyasını dəyişib xəbər edən yoxdu. #bəzəksiz #bezeksiz https://www.instagram.com/p/B4PDTwiH4RE/?igshid=q8853qtix0so
24 notes · View notes
bezeksiz · 6 years ago
Photo
Tumblr media
Məktəbdə öncə alarıq, sonra isə imtahana çəkilərik. Həyatda isə tam tərsinə, öncə imtahana çəkilərik, sonra dərs alarıq. #bəzəksiz #bezeksiz https://www.instagram.com/p/B34skD8nDmT/?igshid=1f1klwjzjt23h
16 notes · View notes
bezeksiz · 6 years ago
Photo
Tumblr media
Hamısı susub. Susqunluğun nə demək olduğunu heç bir kitabda öyrənmədim ama sən gedərkən öyrəndim. Sənsizliyi heç bir kitabda yazılmadı ama öyrəndim. Sən gedərkən öyrəndim. Ölmədim ama ölməkdən betər bişey öyrəndim. Səninlə yaşamağı öyrəndim ama indi gəl gör nələri öyrənmişəm. Həyata “ğ” kimi davam edirəm - mənasız hərf kimi. 32 hərf içində hər hərfə bir söz tapılır ama “ğ” hərfinə söz tapılmır. Mənə də söz tapılmır. Mənə “unut” deyirlər. İnsan əzbər bildiyi şeyi unudur? İnsan qəzaya düşür, huşunu itirir və heçnə xatırlamır ama əzbər bildiyi, danışdığı dildə danışır. Heçnəyi xatırlamasa belə danışdığı dili unutmur. Sən mənim danışdığım dilimsən, sən mənim danışdığım dilsən, sənin dildə danışıram - necə unudum səni? Əzbərimsən, necə unudum səni? #bəzəksiz #bezeksiz https://www.instagram.com/p/B27OTQnnhgw/?igshid=540qhitzitow
18 notes · View notes
bezeksiz · 6 years ago
Photo
Tumblr media
Sən mənim uçurumumdun. İnan əgər halım olsaydı qalxıb bir də yıxılardım sənə. #bəzəksiz #bezeksiz https://www.instagram.com/p/B26-ox8nfjx/?igshid=11fom41jdddt6
26 notes · View notes
bezeksiz · 6 years ago
Photo
Tumblr media
Olmamasına razıyam. Təki, olurmuş kimi olmasın. #franzkafka #franz #kafka #bəzəksiz #bezeksiz https://www.instagram.com/p/B21xk2Hnk2U/?igshid=1ezv5h4rw7vxp
13 notes · View notes
bezeksiz · 6 years ago
Photo
Tumblr media
#bəzəksiz #bezeksiz https://www.instagram.com/p/B2zSL6-ngP0/?igshid=r02gadz31r82
11 notes · View notes
bezeksiz · 6 years ago
Video
Düz bir il əvvəl heç ummadığım vaxtda, gecənin bir yarısı saat 04:10’da - ilk baxışda, bir gecədə aşiq oldum. Dünyanın ən gözəl şeiriydi. Gözləri, saçları, burnu hamısı bir birinə qafiyəydi. Onunla hər danışığımda etiraf edirəm ki ürəyimin döyüntüsünü beynimdə eşidirdim. İnsan sevər, hətta çox sevər, bir insan barmaq sayından çox insan sevər ancaq tək bir adama aşiq olar. Lakın mən ona bir dəfə deyil, min dəfə aşiq olmuşdum. Kilometrlərlə uzaqlıqdan sevdim. “Bir kişi bir qadın üçün ən çox nə edə bilər?” sualını düşünün və cavabı hər nə olarsa mən onu onunçun etmişəm, etməsəm də edəcəyimi bilirdi. Ona “necəsən” deyə sual verməzdim çünki üzündən gözündən səs tonundan halın bilərdim. Bəzən elə insanlar olur ki, telefonun bir ucunda “öpdüm” deyər, sən kilometrlərlə uzaqlıqdan yanağında hiss edərsən. Ona kitab yazacaq qədər çox sevdim. Baxdım ki, bu qadın düzgün sevilməyib, layiq olduğu dəyəri görməyib, dedim mən bu qızı elə sevərəm ki, bir də kimisə belə nə sevərəm, nə də kimsə onu belə sevər. Ona verəcəyim hər şeyi verdim. Ona hər şeyi verdim çünki ondan sonrakına verəcək bir şeyim qalsın istəmədim. Ancaq nə oldu? Heç sevilmədim. Sevdikcə dəyərsiz birinə döndüm. Öl desə öləcək vəziyyətə gəlmişdim amma sevilmədim. Sevə bilmədi. O sevgi ilə daşı sevsəydim qarşılıq verərdi ama o vermədi. Ağlımı itirdiyimi düşünə bilərsiz, nəticədə o da elə düşündü. Çünki bir insan kədərdən və sevgidən dəli olduğunda, başqaları onun sevgisin, kədərini deyil, dəliliyini görər. Eşq, birinin səni məhv etmə hakimiyyətini vermək və bundan istifadə etməyəcəyinə güvənməkdi. Mən ona belə güvəndim, güvənmək təslim olmaqdı, mən də təslim olduğuma görə məhv oldum. Bu gecə yuxumda gördüm, oyanıb saata baxdım, saat 04:00. Telefona baxdım, bəlkə ağlına gəlmiş yadına düşmüşəm deyə. Anladım ki mən onun yadına düşmərəm, düşsəm-düşsəm yad düşərəm. #bəzəksiz #bezeksiz #aztagram #aztagramazerbaijan #aztagrampeople #baku #azerbaijan #art #amateurvideo #video #bwvideo #blackandwhitevideo #şeir #yazı #post #şeirküçədə #videoshow #sadvideo #melanxolik #meloncholic #meloncholia #меланхолия #tuapse #russia #krasnodarskiy https://www.instagram.com/p/B2rcn0jnvN8/?igshid=1s9fxjsivu0ac
24 notes · View notes
bezeksiz · 6 years ago
Photo
Tumblr media
Nə istəyirəm bilirsənmi? Hər hansı bir səmtin hər hansı bir səkisində yanından keçən biri mənim ətrimi vurmuş olsun, sən də o ətiri gözlərin dola-dola qorxaraq ciyərlərinə qədər çəkmiş ol. Sonra səkiyə otur səssizcə və saatlarla ağla. Hər göz yaşında məni xatırla. Başqa bir gün, aşiq olduğun bir adama sarılarkən özünü qarşındakının bədənin, saçının qoxusuyla mənim qoxumu müqayisə edərkən tap. İçində “nə edirəm mən? özünə gəl' deyərək bir anda 'mən gedirəm' deyib uzaqlaş ordan və gedərkən səhvlərini gör, xətalarını gör, münasibətimizi bitirdiyinin səbəbini xatırla və peşman ol. Məni xatırla. Televiziya da bir serialı və ya filmi izlərkən “o da izləyirmi” deyə düşüncələrə dal, içindən mənə mesaj atmaq və ya zəng etmək gəlsin. Hər hansı bir saytda bürc şərhlərinə baxarkən mənim bürcümə baxmadan geçmə və yenə məni xatırla. Gecə başını yastığa qoyduğunda məni yenə xatırla, o saatlarda həmişə mənimlə danışdığını xatırla. Özündən nifrət et. Ətrafındakılardan nifrət et. Birlikdə olduğun adamdan nifrət et. Məni sev demirəm. Amma bir mahnı dinlədiyində, hər hansı bir nəqarətində sinəsinin tam ortası durduq yerdə sancsın, bir az canın acısın. #bəzəksiz #bezeksiz #aztagram #aztagrambaku https://www.instagram.com/p/B0Jp9AAHKHL/?igshid=sfbwh8tlj11f
33 notes · View notes
bezeksiz · 6 years ago
Photo
Tumblr media
Elə çox istərdim ki, heç gözləmədiyim zamanda gözləmədiyim o mesaj gəlsin. Mesajda yazılsın ki; “Necəsən?” Həqiqətən çox istədim birisi gəlsin, gerçək mənada halımı xəbər alsın. Sırf kimsə halımdan xəbərsiz deyə, hər kəsdən xəbərsiz olmağı, maraqlanmamağı seçdim. Ətraf o qədər insanla doldu ki, özümüzə o qədər başımız qarışıb ki, başımızı qaldırıb soruşmuruq “necəsən” və ya “necəyəm” deyə. Hardadı o köhnə 252 simvola bütün səmimiyyətini yerləşdirdiyin mesajlar. Hardadı ürəyindən keçəni 50 konturla dilə gətirdiyimiz vaxtlar. Çökmüşük yoxsa çöküşə doğru gedirik? Bu haldı biz gedirik? Ciddi-ciddi düşünürsüz ki gedirik? Məncə biz ölmüşük bizə xəbər etmirlər. Oxumağın möhtəşəmliyi ondadır ki, sadəcə oxuyursan ancaq hiss etmirsən. Doğurdan bilmirəm necəyəm və necəsiz. Çünki düşünürəm ki “necəsən” desəm kimsə vecinə alıb gerçək mənada necə olduğunu deməz. İnsanlar susmağı bilir. Yazmağın möhtəşəmliyi bundadır ki, yazdıqca bir şeylər içindən azalır. Qarşındakı anlamasa da olar. Kafka demişkən “yazmadığınıza görə yaxşısınız, çünki bizlər əsasən yaxşı olduğumuzda susarıq”. Hə Sevgili, hə. Səndən “necəsən” soruşmağa gərək yoxdu, üzün gözün şeir içində. Nəticədə insanlar yaxşı olduğunda yada salmazlar. Yazmadığına baxılırsa yaxşısan. Mənsə yaxşı deyiləm. #bəzəksiz #bezeksiz #aztagram #aztagrambaku https://www.instagram.com/p/B0HHlRcnXDK/?igshid=1r3qdtx9soww3
28 notes · View notes
bezeksiz · 6 years ago
Photo
Tumblr media
Darıxmaq sevgi kimidi: tək tərəfli darıxmaq olmaz. Gərək qarşılıqlı darıxasan. Gərək darıxdığın da darıxa, birgə darıxasız. Qarşılıqlı darıxmaq ən gözəl darıxmaqdır. Tək tərəfli sevənlər məhəbbətin zirvəsində intihara hazır olanlardı. Nəfəsi kəsilənlərdi. Nəfəsləri kədər qoxanlardı. Tək tərəfli sevənlər pis sevərlər.  Tək tərəfli darıxmaq olmur. Tək darıxan ən pis darıxandı. Darıxmaqdan ölənlər, öldükcə darıxanlardı. Ən pis darıxan tək tərəfli darıxandı. #aztagram #bezeksiz #bezeksiz https://www.instagram.com/p/B0BthFdHBQ0/?igshid=h6dgvr7kkooh
23 notes · View notes
bezeksiz · 6 years ago
Photo
Tumblr media
Dünyanın ən ölümcül cümləsi “sənə güvənmişdim” cümləsidir. Şəxsən, biri mənə bunu desə gərək öləm. Yer aralansın yerin dibinə girim. O dərəcədə insanı ölümə sürükləyər. #bəzəksiz #bezeksiz https://www.instagram.com/p/B0BpPmanxdj/?igshid=1qaftx4w6vax7
22 notes · View notes
bezeksiz · 6 years ago
Photo
Tumblr media
Bilirsən, əslində hər şey öz axarıyla getdikdə belə, bəzən uzaq qalmaq yaxşıdır. Davam edən hər şey insanı yorur. Biraz istirahət edib, kənara çəkilmək və izləmək lazımdı. Kimdə nə qədər var olduğunu bilməkçün, kimdə olmadığını görməkçün biraz uzaq qalmaq lazımdı. Bəzən uzaq qalmaq lazımdı. Sırf darıxa biləsən deyə, sırf həsrət yükü boğazına yapışıb boğsun deyə, daha çox sev deyə, daha çox dəyər ver deyə bəzən uzaq qalmaq lazımdı. Bəzən uzaq qalmaq lazımdı. Kimin sənlə getməyini bilməkçün, qaçıb getmək lazımdı. Bəzən uzaq qalmaq lazımdı. Kim səni axtarıb tapacaq deyə, bəzən qaçıb gizlənmək lazımdı. #bəzəksiz #bezeksiz https://www.instagram.com/p/B0BoIRqHY9I/?igshid=1qb32brc0847z
26 notes · View notes
bezeksiz · 6 years ago
Photo
Tumblr media
Xərçəng... bu xəstəliyin daşıyıcısı olan insan ölmüş insandı, baxmayaraq ki canlı görünür hətta nəfəs alırlar. “Lənətli insan” dedikləri məhz bu insanlardır. Çünki canlarına düşən lənətdən xilas ola bilmirlər. Yavaş-yavaş tökülməkdə olan saçları və qaşları, qısa müddət ərzində keçəlləşir. Gülməli görünüş yaransa da heç də gülməli deyil. Ümid dolu gözlərlə sənə baxıb soruşurlar “mən öləcəm?”. Şair deyir “insan öləcəyini bilə-bilə necə yaşayar? Ya dəli olar ya da ölümü unudar”. İnsan ölməyə, öləcəyini bilə-bilə yaşamağa öyrəşməyib. Bəlkə də insan öyrəşmədiyi şeylərə görə insandır. Öləcəyini bilir ama yenə də ümidi var. Bir xoş söz, inkar cavabı onu yenidən bir neçə saniyəlik də olsa həyata bağlayar. Bir gözün ağlarkən digər gözünlə gülərək cavab verirsən “yox, ölməyəcəksən, sağalacaqsan və burdan əl-ələ çıxacağıq”. Gözlərinin önündə hər gün qram-qram əriyir, yox olur, bir müddət sonra torpağa qarışıb yox olacaq ama onu həyata bağlamalısan, onun yaşaması üçüm ona ümid verməlisən. Həkim gözlərinin içinə baxıb “artıq ölür, az qalıb” deyir. Küncdə keçib ağlayırsan, sonra göz yaşını silib içəri keçirsən “nə olub” deyə soruşduqda hər şeyin yaxşı olduğunu, narahat olacaq heçnə olmadığını deyil, heçnə bildirməməyə çalışırsan. Və nəhayət son günlər yetişir. Olacaqlardan xəbərdardı, artıq bilir ki öləcək. Yalvaran baxışlarla, yaşlı gözləri ilə sənə baxır titrək dodaqları ilə deyir “qoyma da mən ölüm”. Hərçənd ki heçnə edə bilmirsən. Özünü sıxıb dik durmağa çalışırsan. Onun görmədiyi, tək qaldığın yerlərdə, xəstəxana kolidorlarında ağlayırsan ama onu gördükdə heçnə olmamış kimi gülürsən. Ona son dəfə bildiyi şeyi, gülməyi xatırladırsan. Ölən bir dəfə, qalan min dəfə ölür. Həm də hər gün ölür. İnsan acgözdür. Sahib olduqlarımızdan daha artığını istəyirik. Əldə etdikdən sonra daha artığını istəyir və əldə edirik. Ancaq xərçəng xəstəliyinə tutulan adamın bir tək istəyi var; xəstəliklərinə qalib gəlmək. Onun nə bahalı maşına, nə çoxlu pula, nə də yeni çıxan telefona ehtiyacı var. Onun yaşamaq deyilən möcüzə ehtiyacı var. Hər kəs kimi ailəsinə, övladlarına ehtiyacı var. #bəzəksiz #bezeksiz #onkologiya #kanser #xercheng https://www.instagram.com/p/BztQdLAHHhv/?igshid=m4gkrgahxvj
25 notes · View notes