Tumgik
drmemmedof · 3 years
Text
Diqqət! Əgər sizin cavabınızda 5-dən çox sual işarəsi varsa, onda siz, yəqin ki, nəinki qətiyyətsizsiniz, həm də özünüzün hansı cinsə aid olduğunuzu da dəqiq bilmirsiniz.
0 notes
drmemmedof · 3 years
Text
0-49 xal – Psixi cəhətdən siz 100% qadınsınız. Hal-hazırda bu, nadir rast gəlinən insan tipidir. Əgər siz xörək bişirməyi, ev işləri ilə məşğul olmağı, uşaq tərbiyə etməyi sevirsinizsə, əgər siz zərif və itaətkarsınızsa, onda kişilərin ideal qadın mücəssəməsinə çevrilmək ehtimalımız vardır. Ancaq ideal xəyaldır. Əsl kişi sizi olduğunuz kimi qəbul edəcək. Onun sizi sevməyi kifayətdir.Əgər siz kişisinizsə onda sizə qibtə etməyə dəyməz.
0 notes
drmemmedof · 3 years
Text
50-99 xal – Tələbatdan asılı olaraq siz həm tipik kişi həm də klassik qadın xarakter cizgilərini biruzə verir, zərifliklə qətiyyətin, həssaslıqla ağlın ahəngini yaratmağı bacarırsınız. Ola bilsin ki, bəzən həyat şəraiti sizdən əks cinsə xas olan hərəkətlər etməyi tələb edir, buna baxmayaraq, uyğunlaşmağı bacarırsınız və böyük psixi çevikliyiniz hər hansı şəraitdə sizin müttəfiqiniz olacaq.
0 notes
drmemmedof · 3 years
Text
100-150 xal – Psixoloji cəhətdən siz 100% kişisiniz. Qətiyyətlilik, müstəqillik, sərbəstlik, sizin qüvvətli tərəfinizdir. Başqa insana dayaq olmağı bacarırsınız və bu həyatda nə üçün yaşadığınızı bilirsiniz. Sizin həyat prinsipləriniz insanlar tərəfindən hörmətlə qarşılanır. Əgər siz kişinisizsə, cavablarınız sizin kişilik haqqında bir qədər sxematik və stereotip düşüncə tərzinə malik olduğunuzdan xəbər verir. Yox, əgər qadınsınızsa özünüzdən razısınızmı?
0 notes
drmemmedof · 3 years
Text
15. Mənim xasiyyətim atamın xasiyyətinə oxşayır.
1, 3, 5, 7, 9, 11, 13, 15-ci suallara “hə” cavabına görə 10 xal, “yox” cavabına görə 0 xal.
2, 4, 6, 8, 10, 12, 14-cü suallara “hə” cavabına görə 0 xal, “yox” cavabına görə 10 xal.
0 notes
drmemmedof · 3 years
Text
7. Adətən, şəraitə uyğunlaşmağa çalışıram, ilk ağlıma gələni etməyə tələsmirəm.
8. Hərdən əks cinsin nümayəndələrinə naz qəmzə etmək xoşuma gəlir.
9. Böyük psixi gücə malikəm, hərəkətlərimdə sərbəstəm.
10. Həmişə yanımda güzgü gəzdirirəm.
11. Nəinki uzun müddət kin saxlayıram, hətta mütləq əvəzini çıxıram.
12. Səbirsizəm, heç bir şeyə laqeyd qalmağı bacarmıram.
13. Hesab edirəm ki, məhəbbət gizli, çox mərhəm duyğudur və kənar müdaxiləyə ehtiyacı yoxdur.
14. Mən romantik insanam.
0 notes
drmemmedof · 3 years
Text
1. İmkan dairəsində cəmiyyətdə diqqət mərkəzində olmağı xoşlayıram.
2. Çətin və ya mübahisəli vəziyyətlərdə ən yaxın adamlardan kömək gözləyirəm
3. Hər bir işdə asanlıqla qərar qəbul edə bilirəm.
4. Həssaslığımla seçilirəm, məndə mərhəmət hissi oyatmaq çox asandır.
5. Öz nüfuzumu qorumağı bacarıram.
6. Xarici görünüşümün qayğısına qalıram və bu mənə zövq verir.
0 notes
drmemmedof · 3 years
Text
Əgər siz şüuraltı olaraq kişilik və qadınlıq əlamətləri kimi başa düşülən keyfiyyətlərin sizdə nə dərəcədə mövcud olduğunu bilmək istəyirsinizsə bu psixoloji testi nəzərdən keçirin. Suallara “hə” və ya “yox” cavabını verin. Çətinlik çəkdikdə sual işarəsi qoyun.
0 notes
drmemmedof · 3 years
Text
PSİXOLOJİ TEST..
KİŞİ YOXSA QADIN?
Tumblr media
0 notes
drmemmedof · 3 years
Text
Tumblr media
~Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olmuşdur.
Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcəkdir”
Yaşasın Ali Baş Komandan!
Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!
0 notes
drmemmedof · 3 years
Text
Bizi sevərək izləyib və əməyimizə dəyər verdiyiniz üçün hər birinizə dərin təşəkkür edirik. 🤍👑
0 notes
drmemmedof · 3 years
Text
Payız fəslini sevənlər
Qapalı, lakin özünə əmin adamlar payız fəslini xoşlayır. Belə adamlar depressiyaya tez-tez düşür. Belə ki, payız fəsli buludlu səmasına görə, çoxlarını kədərləndirir. Bu adamların əhvalı dəyişkən olur. Onlar şən olduqları halda birdən asanlıqla qəmlənirlər. Bu fəsli sevənlər arasında tənhalığa üstünlük verənlər, sakitliyi xoşlayanlar çox olur. Nadir hallarda ünsiyyətə ehtiyac hiss edirlər. Yeni tanışlıqlara, yeni mühitə rahat adaptasiya ola bilirlər.
0 notes
drmemmedof · 3 years
Text
Yay fəslini sevənlər
Bir çoxları yay fəslini sevənlərə paxıllıq edir. Xüsusən də həyatda uğursuz adamlar onlara qarşı paxıllıq hissi ilə yanaşırlar. Belə ki, yayı sevənlər işgüzarlığı ilə fərqlənir və işlərində daim uğur qazanmağa çalışırlar. Onlar liderliyə can atmasalar da, rəhbərliyi yaxşı bacarırlar.
0 notes
drmemmedof · 3 years
Text
Yaz fəslini sevənlər
Yaz fəslini sevənlər mülayim təbiətli olurlar. Belə adamların əksəriyyəti şənlənməyi sevmir. Onlar həyatı qiymətləndirir, xoşbəxt olmağı bacarırlar. Bəzən yaşanan hər kiçik ana görə sevinc və xoşbəxtlik hissi duya bilirlər. Nadir hallarda depressiyaya düşərlər. Hər an macəra axtarışındadırlar və həyatlarını nağıla bənzətmək istəyirlər. Ətrafdakılara belələri xoş gəlir. Çünki, onlarla ünsiyyət qurmaq çox asan və maraqlıdır. Yazı sevənlər arasında heç vaxt darıxmazsan. Yaz fəslinə meyli olanların xarakterində mənfi xüsusiyyətlər də özünü göstərir. Məsuliyyət hissini sevməyən bu adamların dostluğu uzunmüddətli olmur. Bir sözlə, uzunsürən və ciddi münasibətlər üçün yaranmayıblar. Onlar qarşı tərəfi tanıdıqdan sonra ona qarşı maraqlarını itirirlər. Cavabdehlikdən qaçmaqlarına baxmayaraq, öz yaxınlarına qarşı çox tələbkar olurlar.
0 notes
drmemmedof · 3 years
Text
Buna baxmayaraq, onlar həyat yoldaşı seçiminə diqqətlə yanaşır və ailə qurduqda nümunəvi həyat yoldaşı olurlar. Gündəlik həyatda səliqəli məkan və rahatlıq onlar üçün çox vacibdir. Dost seçimində olduqca ehtiyatlı və sadiqdirlər. Dostları çox az olur. Bu tip insanlar dostu yoxlamağa meyllidirlər və hər adama sirlərini verməzlər. Qisas almasalar da, xəyanəti və yalanı bağışlamırlar. Onu da qeyd edim ki, xarici görünüşləri soyuq olsa da, həssas və küsəyəndilər. Elə görünür ki, sanki ətraf mühitlə öz aralarında bir divar hörüblər və o divar hər kəsə açılmaz. Bu cür insanları sadəcə olaraq kəşf etmək lazımdır...
0 notes
drmemmedof · 3 years
Text
Qış fəslini sevənlər
Soyuq ayları sevənlər lider olmağı xoşlayırlar. Adətən, belə adamlar qapalı olur və çox danışmağı sevmirlər. Lakin onlar digər fəsilləri sevənlərə nəzərən daha məqsədyönlü olurlar. Əksər hallarda qışı sevən insanlar məqsədlərinə çatır, işgüzarlığı sayəsində xeyli nailiyyətlər əldə etməyi bacarırıar. Belə ki, onlar həyatdan nə istədiklərini dəqiq bilirlər. Belə şəxslər çətinliklərin öhtəsindən asanlıqla gəlir, problemləri həll etmək gücünə malik olurlar. Bu adamlar səbirli və iradəlidirlər. Daim öz üzərində işləməyi sevirlər. Qışı sevənlər bu mövsümdə çox enerjili olurlar. Qışda, işguzar sahədə aktiv fəaliyyətləri nəzərə çarpır. Şəxsi münasibətlərə gəldikdə isə, belələri hisslərini büruzə verməyi sevmirlər.
0 notes
drmemmedof · 3 years
Text
Dr.Məmmədovun fikrincə, insanın xasiyyətinin bəzi cəhətlərini onun sevdiyi fəslə görə müəyyən etmək olar. 
0 notes