Tumgik
duygutizm · 3 years
Text
Son günlərdə sosial aləm o qədər sıxır ki məni. Heç cür nəfəs ala bilmirəm. Girirəm wp'a, biri uğur belə qazanılır yazır, ordan çıxıram bu yanda başqası yaxşı insan belə olmalıdır dərsi keçir. Bunları qapadım, özümə gəlim deyirəm, bu dəfə də beynimin içindəki rahatlıq vermir. Dayanmadan əzbərlədilmiş "düstur" ları pıçıldayır... Özümnən qaçmaq, mümkündüsə bir neçə həftəlik uzaqlaşmaq istəyirəm. Yormusan həyat. Yormusan..
5 notes · View notes
duygutizm · 3 years
Text
+ Sual verəcəm, gəl görüm bura.
-Yaxşı, denən.
+ Ay yoxsa günəş? Niyəsini də de amma.
-Ay. Gecələr internetim zor olur deyə.
+İnəksən e vallah.
- Yaxşı, yaxşı. Adam üzü az görürsən gecələr, ona görə.
+ ...
2 notes · View notes
duygutizm · 3 years
Text
YouTube'da "Nazryn - İlluziya (official 2020)" videosunu izleyin
youtube
Hiss edirəm sinəmdə yanır, kül olur alovun yenidən.
0 notes
duygutizm · 3 years
Text
Hərkəsə ürəyinin böyüklüyü və gözəlliyi qədər həyat arzulamaq əslində necə də təzad dolu fikirdir. Kiminə alqış, kiminə qarğış təsiri bağışlayır.
Amma dərin düşünsək biraz,zənnimcə bu fikri alqış olaraq qəbul edənlər ən zəngin insanlardır. Bizim mənəvi dərinlikd��n o yana nə cür bir zənginliyimiz ola bilər ki həyatda ?!...
2 notes · View notes
duygutizm · 3 years
Text
" xatirələrin bağışladığı əzab qədər insanı yoran ikinci bir faktor yoxdur..."
©
0 notes
duygutizm · 3 years
Text
Nə yerə nə göyə sığa bilmədiyim gecədir yenə. Gecələr lənətlənib sanki. Nə vaxt ki, yaşamaqdan yoruluram, nifrətim başlayır gecələrə. Çünki ən çox gecələr əziyyət verir mənə. Yorğun olduğumdan nə bir şey oxuya bilirəm , nə izləyə. Qalıram gic kimi yataqda tavana baxa- baxa. Gəlmiş keçmiş, olmuş bitmiş nə var hamısı çıxır sandıqdan. Vəzifələridir axı. İnsanı incitmək. Bəzən özümə sual verirəm ki, axı sənin nəyin əskikdir? Sual olsun deyə yox. Həqiqətən. Həyatda nəyə əlini uzatmısan ki əlin çatmayıb. Say görüm deyirəm özümə. Görürəm ki yoxdur elə birşey. Allah elə xasiyyət verib ki, mən sağ olmuş əlim yetməyənləri ilk özüm buraxmışam. İstəmirəm demişəm. Bəs deyirəm niyə? Niyə ruhun belə hüzn doludur? Niyə kədərə belə yoldaşsan? Cavab tapa bilmirəm.. Susqunlaşıram sonra. Uzun zamanda heçnə danışmıram kimsəylə.
1 note · View note
duygutizm · 3 years
Text
İlahi, özünü bu dünyaya aid edə bilməmək. Özünə yer tapa bilməmək necə kədərli hisdir. Məyərsə ən çətini bu imiş
...
1 note · View note
duygutizm · 3 years
Text
Çətinliklərə, problemlərə mızmızlanan, deyingən deyiləm özümü bildim biləli. Səbrli, dözümlü insan kimi tanıyıram özümü. Lakin son zamanlar o qədər yoruluram ki. Beynimin içindəki səslər heç cür dayanmır. Nə qədər yayınmağa çalışıram bir o qədər tərs tərəfdən gözümə batır. Bu "an" da, "indi"də yaşaya bilmirəm. Universitet, heç cür maraq yarada bilmədiyim dərslər, ixtisasıma qarşı soyuqluğum, artan qayğılar və s. Şişirtmirəm. Bilirəm, bundan daha böyük problemi olan insanlar var. Bilirəm, məni çooox dözümlü, mətanətli qız bilirsiniz. Eləyəm. Ümumiyyətlə təvazökarlıqdanda uzağam, səmimi olum qoy. Amma sadəcə yazmaq istəyirəm. "Niyə yolumu tam başından sevdiyim şeylərin əhatəsində qurmadım? ", "niyə...", "niyə..." o qədər niyə var ki beynimdə hal hazırda.
İstəyirəm kiçik bir kitab mağazam olsun. Ya da kafem. Həm "işlədəni" özüm olum, həm işləyəni. Bilirəm buda absurd fikirdir. Buda şablon niyyətdir artıq. Buda orta statistik bir gəncin "boş xülya" larıdır. Amma ciddiyəm. İstəyirəm buralardan uzaqda olsun hərşey. Çünki burada hərşeyi gözə batsın deyə edirlər. Görülsün, təqdir edilsin, həyran qalınsın deyə. Və ya ardınca danışılsın. Mənsə dinc yaşamaq istəyirəm. Sözə, yazıya xatir və ya bilmirəm hansısa bir nəsnə uğrunda yox həqiqi mənada dinc. Cəmiyyətin, insanların, özünün dərdi adamı öldürməsə də, çürüdür. Bezdirir. Hələ üstəgəl "vecsiz insan" damğası üstünə yapışdırılıbsa ikiqat əziyyət çəkirsən. Heçnə. Elə belə. Yazmaq istədim. Bugün çox doluyam..
1 note · View note
duygutizm · 4 years
Text
Neyçün səni bəs unuda bilmirəm...
0 notes
duygutizm · 4 years
Text
Tumblr media Tumblr media
sən, mən..
birdə bu dəniz.
0 notes
duygutizm · 4 years
Text
dinlə məni..
çünki başqasına dinləməyə icazə vermirəm
4 notes · View notes
duygutizm · 4 years
Text
Tumblr media
I'm very glad to have known and loved you. It is good to love like this.
You'll be in my heart always and if ever at any time you should need me you know that I'll do anything or be anything for you.
You've promised to remember this.
You've promised..
4 notes · View notes
duygutizm · 4 years
Text
They say there is a reason. They say time will heal. Neither time or reason will change the way i feel. I'm badly missing u till we meet again..
/ 09.2017 /
4 notes · View notes
duygutizm · 4 years
Text
Bu həyatda mövcudluğuna əmin olduğum tək şey varsa o da heç şübhəsiz təzadlardır. Hər keçən gün bunun şahidi oluram, inancım möhkəmlənir.
Heçkəs heç vaxt yaxşı insan ola bilmir. Ən yaxşı insan belə özündə ən pis olan nə varsa onu daşıyır..
Ən dahi insanın belə axmaqlıq etdiyi məqamlar heçdə az deyil..
Ən həssas qəlblərin belə soyuqqanlılıq göstərdiyi an mütləq ki var.. Hökmən var.
Sənin " dünyada bundan qəddarı elə özüdür " dediyin kəsin belə ürəyinin dərinliyində elə mərhəmət ola bilər ki bəzən..
İstəyirsən dünyanın ən dürüst insanı ol, sən yenədə haçansa yalanın nə olduğunu bilmiş olacaqsan..
Demək istədiyim şey " "ən" nədirsə onun axtarışındayam " deyil. Demək istədiyim bu təzadların daimi mövcudluğudur və bəzən bizim bunu gözardı etməyimizdir. Gözardı edərək davranmağımızdır.
Həyatın tarazlığı bəlkə də elə bundadır. Bəlkədə rəngi.
Amma zənnimcə daha çox lənəti. Bu həyatın, var olmağın lənətidir..
2 notes · View notes
duygutizm · 4 years
Text
... 🖤
Tumblr media
2 notes · View notes
duygutizm · 4 years
Text
16 fevral. 3 cü ildir ki bu tarix mənə sehrli gəlir. Elə bilirəm bu gün bir başqa açılır səhərlər. Bu gün elə bilirəm məndə dünyaya təzədən gəlirəm. Qolumu qanadımı sındırdığını, bütün ürək sözlərimi ürəyimdə qoymağa olan məcburiyyəti mən sənə necə izah edim? Nə cür cümlə qurum anladmaqçün? Sənə tam 24 gün öncə yazılan tebrik mesajını bugün sessiz sessiz, donuq gözlərlə özüm oxuyuram. Oxuduqca doluram. Gözümdən yaş çıxmır amma.. Gözün hələdə yoldadı, bəlkə də deyil. Belke də arzu etdiyin insanların hamısı səni təbrik edib. Nə qədər sevdiklərini, necə dəyərli olduğunu xatırladıblar. Bəlkə də bugün məni heç xatırlamamisan. Bəlkə də bunun əksi. Amma mən səni unutmadım heç. Sinəmin tam ortasına çökən o izahsiz ağrını indidə hiss edirəm. İçimdəkileri izah edə bilmirəm. Mənim kimi çox danışan insanı sadəcə bir iki cümleyle yetinmeye mecbur buraxan sen..
Çox heyfki ömür yolumuz qısa oldu. Çox heyfki həyat və şərtlər bizi soyuqluğa məcbur buraxdı. Və çox heyfki biz bu qismətə boyun əydik. Ad günün mübarək! Çox yaşa, sağlam yaşa, severek, peşman olmayaraq yaşa! Ürəyimdəki yerin xüsusidir. Sen bu yazdıqlarımi görməsən də.. Bunların hamısından xəbərsiz olsanda..
2 notes · View notes
duygutizm · 4 years
Text
Səbəbsiz gələn özləm. Daha heçnəyin bir daha təkrar yaşanmayacağını bildiyin o an. Həyatın qəddar obrazı oynadığı bu səhnə. Burda üç nöqtəyə, sonsuz nidalara ehtiyac yoxdur. Burda artıq heç bir nöqtə vergülə çevrilmir. Burda daha cümlələrin sonunda sual işarəsi qoyulmur. Burda heçnə qələmə alınmır. Hislər o qədər soyuqdur ki, heç cür söz şəklinə düşmür. Sadəcə içdə yaşanır. Yaşanır. Sonra keçir. Hərşey kimi buda keçir.İzi belə qalmır.
6 notes · View notes