Don't wanna be here? Send us removal request.
Text
Gəlib mənə niyə məni saymırsan, niyə hörmətsizlik edirsən, niyə mesajlarımıza görüldü atırsan kimi boş sözlər deməyin! Hörmət hörmətə bağlıdır necə rəftar görürəmsə, elə də qarşılıq verirəm.
3 notes
·
View notes
Text
"Hər gülən üz dost demək deyil... Səmimiyyət bəzən sadəcə maskadır."
3 notes
·
View notes
Text
“Qüruru bir kənara qoyun. Sevirsinizsə, yazın. Darıxırsınızsa, görüşün. Küssünüzsə, barışın. Sevdiklərinizin qədrini bilin — sonra çox gec olur, insan etdikləri üçün peşman olur.”
10 notes
·
View notes
Text
Məni bəyənməyib arxamca min sözü deyənlər, başları dara düşən kimi ilk məndən kömək istəyirlər.
Why da why?
5 notes
·
View notes
Text
Bütün məzunları təbrik edirəm uğur yollarınız hər zaman açıq olsun❤️
P.S. Ay camaat, bu gün məzunların günüdür e, şəkil paylaşmağa bir az onlara da yer verin 😅 Elə bil diplom payı düşüb hamıya, məzunlar qalıb heykəl kimi kənarda 🎓🙃
7 notes
·
View notes
Text
Hər şeyin daha sadə, gülüşlərin daha səmimi olduğu günləri axtarıram.
43 notes
·
View notes
Text
Əvvəl elə bilirsən ki, bir yaxşılar var, bir də pislər...
Daha sonra anlayırsan ki, bir pislər var, bir də daha pislər...
9 notes
·
View notes
Text
Bu ölkədə heç kim sevgidən əziyyət çəkmir, hamısı sevgisizlikdən əziyyət çəkir...
29 notes
·
View notes
Text
Hər kəsin öz həyatını yaşamaq haqqı var - seçimlərimizə hörmət edildikcə, münasibətlər daha sağlam olur. Bura istər dostluq, istərsə də başqa münasibətlər də aiddir.
9 notes
·
View notes
Text
Dilbər Gözlüm
Qara saçların gecə tək axır,
Zülmət içində nur tək parlayır.
Böyük gözlərin dərin bir dərya,
Baxışlarında min sirr var, aya.
Qaşların yay kimidir, incə, qamətli,
Sanki ay işığında rəsm çəkilib.
Dodaqların gül tək, dilbər, nazlı,
Sözün baldan şirin, incə və səliqəli.
Gözəlliyin tək deyil, ruhun da parlaq,
Zəriflik içində gücün var ancaq.
Kim baxsa bir dəfə, unuda bilməz,
Bir gülümsəsən, ürəklər titrər.
8 notes
·
View notes
Text
İnsanların bəzi yersiz hərəkətləri məni hər şeydən iyrəndirir.
70 notes
·
View notes
Text
Bu post... İçində hələ də ümidi olanlara, fərqli şəhərlərdə eyni göyüzünə baxanlara, eyni şəhərdə olub qarşılaşmaqdan qorxanlara, ən çox güvəndiyi insanlar sayəsində güvənməməyi öyrənənlərə, ailəsi tərəfindən sevilməyənlərə, gecələr hıçqırıqlarını içində boğaraq ağlayanlara, həyat yoldaşı tərəfindən zorakılığa məruz qalan qadınlara, yanacağını bilə bilə sevməyə davam edənlərə, o başqasıyla xoşbəxtdi deyib sevməkdən uzaqlaşanlara, xoşbəxtmiş rolunu aparanlara, sevdiyi başqasıyla evlənənlərə, onun adını hər eşitdiyində ürəyi fərqli atanlara, sevdiyini qucaqlaya bilməyənlərə, əsgər yolu gözləyənlərə, gecə sabaha qədər sevdiyi üçün yuxusuz qalanlara, mesajlaşarkən yuxuya gedənlərə, adına şeir yazılmamış qadınlara(adamlara) şeirləriylə toxunanlara, sevdiyi üçün xəyallarından keçənlərə, eyni musiqini min dəfələrlə dinləyənlərə, bir də onu xatırladan mahnılara paçkalarla siqaret bitirənlərə, hələ də o gedənin gələcəyini gözləyənlərə, içində daima həyat eşqi olanlara, yenə olsa yenə edərəm deyənlərə və hələ də qəlbindəki uşaq ruhunu öldürməyənlərə gəlsin.
21 notes
·
View notes
Text
Əziz Həmcinslərim❤️
Həyat qısa, amma çox dəyərlidir. Həyatınızı öz əllərinizlə qurun. Oxuyun, gəzin, tozun, yeni görməli yerlər kəşf edin, əlinizdən gələn hər hansısa sənət öyrənin, özünüzü hər gün bir addım irəliyə aparmağa çalışın. Səyahət edin, dünyanı tanıyın. Ayaqlarınız yerə sağlam bassın. Öz həyatınızın sükanını əlinizdə tutun, başçı özünüz olun, kiminsə sizi idarə etməyinə icazə verməyin. Ər evinə isə tələsməyin, çünki evlilik yalnız xoşbəxt olduğunuz zaman gözəldir. Özünüzü və həyatınızı tam olaraq başa düşmədən, karyeranızı və arzularınızı reallaşdırmadan bu addımı atmağa tələsməyin. Ən əsası, sizə dəyər verən, həqiqətən sizi anlayan biri ilə qarşılaşanda bu qərarı verin. Özünüzü tanıyın və özünüzü sevin. Unutmayın ki, ən böyük sərvətiniz müstəqilliyiniz və xoşbəxtliyinizdir. Hayatınızda necə olmasını istədiyinizi müəyyənləşdirin və heç kimin sizin xəyallarınıza əngəl olmasına imkan verməyin. Xoşbəxtlik təkcə evlilikdə deyil; dostluqda, karyerada, özünüzü inkişaf etdirməkdə və həyatı dolu-dolu yaşamaqdadır. Çiçəklənən bir qadın olmaq üçün hər şeyə sahibsiniz. Bu gücü heç vaxt unutmayın!✨🌸
Ona görə də, hər anınızı dolu yaşayın, bu dünyadan gedəndə bizdən geriyə sadəcə xoş xatirələr və şəkillər qalır.
4 notes
·
View notes
Text
Üzümə gülüb yaxınçılıq quranlar, arxamdan düşmanlarımla əlbirdilər
10 notes
·
View notes