Tumgik
hasanzadehf · 5 years
Text
Nəyə lazım qum dənəsi qədər dost külək əsəndə hamısı uçub gedirsə?
7 notes · View notes
hasanzadehf · 5 years
Text
Sənə “bacarmarsan,səndə alınmaz,etmə” deyənləri sakitcə bir kənara qoy və işinlə məşqul ol. Çünki onlar özlərinin onu bacarmayacaqlarını düşündükləri üçün sənə də bu fikri ötürmək istəyirlər. Həyatda istədiklərini etməlisən. Amma öz istədiklərini. Çünki səndən bir daha olmayacaq.Bir daha sənin kimi düşünən və istəyən biri olmayacaq. Bəlkə də sənə “sən bacarmarsan o işi” dedikləri iş,həyatında ya da dünyada ciddi dəyişikliyə səbəb olacaq?İnsanların önyargılarını və sənin haqda fikirlərini özlərinə qaytar,öz yolunu get uğursuz olsan belə.
0 notes
hasanzadehf · 5 years
Text
5 minlik puzzle düşün.O puzzle’ı düzəldirəm.Amma bir parçası yoxdu.Düşün 5 minlik puzzle və sadəcə bir parçanı tapmıram.O parçanı tapmasam,puzzle bitmir.O bir parça sənin puzzle’nın ən dəyərli parçasıdı əslində.Ən dəyərli parçası.Və yəni həyatımız da böyük bir puzzle’sa əgər?!Ya mənim həyatım bir puzzle’sa?!Sən mənim puzzle’mın ən dəyərli parçasısan♥️
1 note · View note
hasanzadehf · 5 years
Text
-Müəmmalı biriyəm.Bəzən sadə şeylərə əsəbləşirəm.Bəzən istəmədən qəlb qırıram.Bəzən hərəkətlərimlə belə insanları üzgün edirəm.Bəzən özümdən çox bezirəm,çox çəkilməz biri oluram.Amma bəzən də yerə göyə sığdırıla bilməyən biri oluram.Bəzən də söylədiklərimlə əylənib,xoşbəxt olurlar.
1 note · View note