Tumgik
mancerra · 2 months
Text
Adını qəlbimdən silə bilmirəm
Hicran nədən döndü ilə bilmirəm.
Dərdimi heç kimlə bölə bilmirəm.
Sən niyə gəlmirsən,ay üzü dönmüş
Sənə olan eşqim nədənsə sönmür.
O qədər vurğunam ki,üzüm dönmür.
Bu halımı məgər gözlərin görmür
Sən niyə gəlmirsən, ay üzü dönmüş.
Ağlımı başımdan alıb getmisən.
Məni dərdə,qəmə salıb getmisən.
Sanki ilan kimi çalıb getmisən.
Sən niyə gəlmirsən ,ay üzü dönmüş.
Deyirdin rəhmliyəm istiqanlıyam.
Çox mərhəmətliyəm qohum canlıyam
Sevgi-məhəbbətdə adlı-sanlıyam
Sən niyə gəlmirsən, ay üzü dönmüş.
Sevgilinin xoşdur sənə niyyəti
Bəlkə də sən olacaqsan qisməti
İtirməyək bizə düşən fürsəti.
Sən niyə gəlmirsən ay üzü dönmüş
1 note · View note
mancerra · 3 months
Text
Sən mənim ömrümə sevgi gətirdin.
Könlümdə min arzu dilək bitirdin
Yenidən özünü mənə sevdirdin.
Heç yerdə görmədim belə bir bəniz.
Sənə vurulmuşam səndən xəbərsiz.
Gülüşlərin elə bil, şəlalədir.
Yanaqların .çöldə bitən lalədir
Yolunda çəkdiyim ahdır,nalədir.
Gecələrim keçmir qəmsiz-kədərsiz.
Sənə vurulmuşam səndən xəbərsiz.
Saçların dolaşır şux qamətinə
Valeh oldum sənin bu ismətinə
Heyranam özünün söz-söhbətinə
Ay üzü buğdayı gözləri dəniz
Sənə vurulmuşam səndən xəbərsiz..
Gözlərim gözündə, əlim əlində.
Nə gözəl səslənir adın dilimdə.
Yaranmısan Allah verən biçimdə.
Yaşaya bilmirəm əzizim sənsiz
Sənə vurulmuşam səndən xəbərsiz
Sevgilinem mən deyiləm günahkar.
Ürəyimdir sevməyimə səbəbkar
Məhəbbətim olub aləmə aşkar.
Sevgimə dəyər ver,etmə qiymətsiz.
Sənə vurulmuşam, səndən xəbərsiz.
0 notes
mancerra · 4 months
Text
İnanmazdım,məndən küsüb gedəsən.
Sevən ürəyimi tar mar edəsən.
Bilmirəm hardasan,görən necəsən..
De beləmi olur sevgi məhəbbət
Axı isinmişdik, bir-birimizə
Şükrlər oxuyurduq biz bəxtimizə
Hicranı yazıldı qismətimizə
Nədənsə dəyişdi,bu münasibət.
De beləmi olur sevgi məhəbbət
Dərd-qəm içindəyəm getdiyin andan.
Çıxmamısan hələ xəyallarımdan.
Fikrini çəkməkdən düşmüşəm candan.
Niyə gündüzümü edirsən zülmət.
De beləmi olur sevgi məhəbbət
Elə bilmə ki,yolumu azıram.
Şeirimi ancaq sənə yazıram
Sevgilim barışmağa hazıram.
Deyirəm təzədən quraq ünsiyyət.
De beləmi olur sevgi məhəbbət
1 note · View note
mancerra · 4 months
Text
Nədənsə çıxmırsan sən yaddaşımdan.
Hey səninlə hallaşıram əzizim.
Yadıma saldıqca gül camalını.
Odlanıram, alışıram əzizim.
Səni görmək üçün çox darıxıram
Vərəqləyib rəsmlərinə baxıram
Gah gülürəm, gah özümdən çıxıram.
Surətinlə danışıram əzizim.
Gözlərimin qarşısından getmirsən.
Ürəyimin guşəsində bitmisən
Nələr çəkdiyimi yəqin bilmirsən.
Xəyalımda qovuşuram əzizim.
Alınmadı qismətimiz neyləyim
Ağlayım,sızlayım,yoxsa göynəyim.
Yalnizam sənsiz keçdi taleyim.
Taleyimlə barışıram əzizim.
1 note · View note
mancerra · 4 months
Text
Qaynadıq,qarışdıq bir birimizə.
Sevindik,şadlandıq xoş günümüzə.
Qəfil hicran güldü taleyimizə.
Nədən qəlbi didən xatirəsən sən
Göylərə qalxardı sevgi ruhumuz.
Xoşbəxt həyat sürmək idi arzumuz.
Dərəyə təpəyə düşdü yolumuz.
Nədən qəlbi didən xatirəsən sən
Fələk bilə-bilə ayırdı bizi
Sinəmizdə qoydu istəyimizi.
Ağlatdı,göynətdi hər ikimizi.
Nədən qəlbi didən xatirəsən sən
İllər ötür,düşür saçlarıma dən.
Surətin getməyir heç gözlərimdən
Unuda bilmirəm səni o gündən
Nədən qəlbi didən xatirəsən sən
Sevgilinem üzüm səndən dönməyir.
Ürəyim alışır, yanır sönməyir.
Gözlərim hələ də səni gözləyir.
Nədən qəlbi didən xatirəsən sən
1 note · View note
mancerra · 4 months
Text
Hər kəs öz dərdini,ürəyindəki sıxıntılarını yazıb.Bura xatirə dəftəri kimidir.İllər ötəcək,biz öləcəyik,yazdığımız rəylər əbədi olaraq burda qalacaq.Bəlkə də günahkar zamandır ya da deyil,amma əvvəlki sevgilər həqiqətən yoxdur.Əvvəlki kimi bir biri üçün dərindən darıxmaq,illərlə kiminsə yolunu gözləmək,sadiq qalmaq,istədiyin insan üçün çətin yollardan keçmək heç birisi yoxdur.Mən isə bu qədər doğru olarkən doğru sevgini,doğru eşqi,təmiz sevgini tapa bilmədiyim üçün heyifsilənirəm.İndi nə sevgi var,nə saf məhəbbət.Yerinə var anlıq ehtiraslar,vəfasızlıq,sədaqətsizlik,laqeydsizlik,göstərişli sevgilər və s.Dogru insan tərəfindən,dogru şəkildə sevilmək gozəl hissdir.Kim həqiqətən sevilirsə qədrini bilsin.Bir gün həqiqətən doğru sevgini tapmaq ümidi ilə
1 note · View note
mancerra · 5 months
Text
Üzüm gülmür sən gedəndən.
Siman getmir gözlərimdən.
Hər gün keçirsən könlümdən .
Unuda bilmirəm səni.
Sevgidir yoxsa həvəsdir.
Bəlkə də ani bir hissdir.
Ürəyimdən gələn səsdir
Unuda bilmirəm səni
Sən ömrümə bəzək idin.
Ətir saçan çiçək idin.
Həyatıma gərək idin.
Unuda bilmirəm səni.
Məhəbbət qalıbsa hələ
Heç olmasa,insaf elə.
Qayıt mənə gülə gülə.
Unuda bilmirəm səni
Sevgilim gözüm səndə.
Getdin, can qoymadın məndə.
Eşqin köz qoyub sinəmdə.
Unuda bilmirəm səni.
1 note · View note
mancerra · 6 months
Text
Sən gələndə gizli gizli gəlirsən
Mənə baş çəkməmiş çıxıb gedirsən
Bilirsənmi ürəyimi üzürsən
Məni də sev ay qurban olum
Səni gözləmişəm, hər səhər axşam.
Sənin xəyalınla yatıb,qalxmışam.
Yollarına baxa baxa qalmışam
Budurmu de vəfan Ay qurban olum
Sözləşdik and içdik ki ayrılmayaq
Bir birimizi biz heç unutmayaq
Gəldinsə,basmadın mən səmtə ayaq
Varmı səndə iman,ay qurban olum.
Kim kimə qismətdir bu bir Qədərdir
Sənə məhəbbətim ümman qədərdir.
Sənsiz həyat sevgiline hədərdir.
Tutma mənə divan ay qurban olum.
1 note · View note
mancerra · 6 months
Text
Deyirsən gedirəm,arxamca su ol
Məndən ötrü ağla,saçlarını yol
Gedirsənsə,çıx get,sənə yaxşı yol
Demə ki,ay ömrüm məni qucaqla
Çox yalvardım sənə yola gəlmədin.
Necə sevdiyimi görə bilmədin.
Bircə dəfə mənə yarım demədin.
Qucaqlayım səni hansı maraqla
Qucaqlarammı məndən gedəni
Ürəyi üzəni, qəlbi didəni.
İncitdin,küsdürdün aşiq bəndəni.
Söylə, dil tökürsən, mənə nə haqla
Yaman dəyişmisən həmən deyilsən.
Başqasına tərəf çox meyillisən.
Üz döndərdiyimi tam bilməlisən.
Artıq gəzmə məni əli çıraqla.
Tənhayam qəlbim səndən yaralı
Get dolan, dünyanı məndən aralı.
Çıxmadın sevgidə sən etibarlı
Yaşa həyatını indi bir günahla
1 note · View note
mancerra · 6 months
Text
Ey məndən inciyib,küsən sevgilim
Sən küsəndən artıb qüssə kədərim
Elə bil ki yox olub həyat dəftərim
Söylə,nədən oldu, bu inciməyin
Kim nə dedi sənə mənim dilimdən
Bir xətamı gördün mənim əlimdən
Çıxar bilmirəm səni könlümdən.
Söylə,nədən oldu, bu inciməyin
Hanı kəsdiyimiz əhd ilqarımız.
Nə tez qışa döndü ilk baharımız
Unuduldumu eşq arzularımız.
Söylə nədən oldu bu inciməyin
Qayıt gəl,son qoyaq, həsrətimizə.
Naxələf çıxmayaq biz sevgimizə.
Qovuşaq təzədən bir birimizə.
Söylə nədən oldu bu inciməyin
Xatırla verdiyin şirin sözləri.
Yada sal,bir anlıq eşqli günləri
Sevgilinin yolda qalıb gözləri.
Söylə nədən oldu bu inciməyin
1 note · View note
mancerra · 6 months
Text
Unut məni, daha adımı çəkmə.
Danışma mənimlə heç bircə kəlmə.
Yarım,canım deyib dillər tökmə.
Bezmişəm əzizim, əzab çəkməkdən.
Alışıb yanmışam,yol gözləməkdən.
Unutmaq asandır,ey sevgili yar.
Boş yerə inciyib, küsməyə nə var.
Bilirsənmi,məndə deyil ixtiyar
İçimdən səslənir arzu diləyim.
Ürəyim sözümə baxmır neyləyim.
Ötdü, keçdi,neçə neçə fəsillər.
Göynətdi sinəmi həsrətli günlər.
Sən gəlmədin axdı gözümdən sellər.
Səni soraqladım əsən küləkdən.
Alışıb yanmışam yol gözləməkdən.
İstəsəm yanmaram səndən ötəri.
Sevgimi quraram hədər ötəri.
Yığmaram sinəmə qəmi,kədəri.
Olmaz sənə qarşı heç bir istəyim.
Ürəyim sözümə baxmır neyləyim.
Yolunu gözlədim,gəlib çıxmadın.
Mən yandığım kimi sən də yanmadın.
Bircə dəfə yada salıb anmadın.
Mən səni sevmişdim təmiz ürəkdən.
Alışıb yanmışam, yol gözləməkdən.
Çox yaxşı bilirəm, incidiyini.
Anlayıram, mənə nə dediyini.
Acıqla məndən üz döndərdiyini.
İstəyirəm, mən də, səni sevməyim.
Ürəyim sözümə baxmır neyləyim.
Gözləyə bilmirəm, çox yorulmuşam.
İnan, yaşamaqdan artıq doymuşam.
Bu cür, məhəbbətdən mən soyumuşam.
Baş aça bilmirəm belə sevgidən.
Alışıb, yanmışam yol gözləməkdən.
Sevgilim qəlbim eşqlə doludur.
Getdiyim uzun yol eşqin yoludur.
Sevən canım, məhəbbətin quludur.
Belədir sevgidə mənim taleyim.
Ürəyim sözümə baxmır neyləyim.
1 note · View note
mancerra · 6 months
Text
Sənsiz bu həyatım zülmət gecədir
Ürəyim nəzilib,teldən incədir
Gözləməkdən gözüm saralıb solub.
Məni sevirsənsə yanıma qayıt
Sən küsüb gedəndən qaralıb dünyam
Bilmirəm həyatda varam ya yoxam
Gecə gündüz sənin xəyalındayam
Məni sevirsənsə yanıma qayıt
Əbədi unudaq biz incikləri.
Alaq qəlbimizdə olan dərdləri
Yaşayaq təzədən xoşbəxt günləri
Məni sevirsənsə yanıma qayıt
Sevgilin fikrindən alışır yanır
Həyacanla yollarına boylanır
Səmimiyyətinə qəlbən inanır
Məni sevirsənsə yanıma qayıt
1 note · View note
mancerra · 7 months
Text
böyüdük incidildik yar sevgisi ilə sevilib yasamasaqda bu mahnilari sevib yaşayırıq
1 note · View note
mancerra · 7 months
Text
Şaxtalı qış yavaş yavaş çəkilir
Təbiətə yaxın xoş ətri gəlir
İnsanların ruhu göyə yüksəlir
Gəlir əlimizə novruz bayramı
Yaşıllıq bürüyüb, çölü,çəməni
Evlərdə bəslənir yaşıl səməni
Bəzəyib paxlava,plov süfrəni
Gəlir əlimizə novruz bayramı
Küçədə qalanıb iri tonqallar
Dövrə vurur bir bir qızlar oğlanlar
Hoppanıb tonqalda arzu tutanlar
Gəlir elimizə novruz bayramı
Miras qalıb bizə əjdadımızdan
Ömürlük çıxmayır yaddaşımızdan
Kim deyər, harda var bayramımızdan
Gəlir elimizə novruz bayramı
Kosa keçəl harayla eli obanı
Çatıb sevinməyin vaxtı,zamanı.
Xoşbəxt keçmək üçün elin dövranı
Gəlir elimizə novruz bayramı
1 note · View note
mancerra · 7 months
Text
Nədən sən yaşatdın mənə hicranı
İndi səndən ayrı gəzə bilmirəm.
Birgə keçirərdik günü,zamanı.
Gəldikmi,görəsən gözə bilmirəm .
Məndən gedişin düz,bir ilə dönüb
Hər tərəf gözümdə zülmətə dönüb.
Sanki yaşamıram dünyam sönüb.
Çıxımmı Məcnun tək düzə bilmirəm.
Sıxılıram, artıq bu tənhalıqdan
Lap təngə gəlmişəm yalnızlığdan
Tez gəl,qurtar məni bu ayrılıqdan.
Üzür məni hicran dözə bilmirəm.
Gözlərim yoldadır hər səhər axşam.
Canım buza dönüb, boranlı qışam.
Sevgilim yaman yaralanmışam.
Mən səndən əlimi üzə bilmirəm.
2 notes · View notes
mancerra · 7 months
Text
Günəş əridir qarları
Oyanır yurd torpaqları
Yol gedir qışın qatarı
Gül ətirli bahar gəlir
Fəsil dəyişir yaz gəlir
Arzu gəlir sevgi gəlir
Könüllərə niyaz gəlir
Gül ətirli bahar gəlir
Tonqal yanır,küçələrdə.
Xoş əhval var,sevənlərdə
Nəğmə oxunur dillərdə
Gül ətirli bahar gəlir.
Görüşənlər bayramlaşır.
Küsənlər hamı barışır
Sevinc sevincə qarışır
Gül ətirli bahar gəlir
2 notes · View notes
mancerra · 7 months
Text
Bir yerdə keçmişdi uşaqlığımız,
Duyğulu,qayğısız şirin çağımız.
Zəncirvari idi sevgi bağımız.
Sevgiylə keçərdi dəqiqələrimiz
Sonda daşa dəydi məhəbbətimiz.
Məktəbə bir gedib ,bir də gələrdik.
Biri-birimizə sevgi bəslərdik.
Sevinclərimizi yarı bölərdik.
Nur saçan vaxt üzümüzə bəxtimiz.
Sonda daşa dəydi məhəbbətimiz.
Xoşbəxt olmaq idi, arzularımız.
Elə ki, bilindi xoş rəftarımız.
Sinifdə yayıldı eşq məcaramız.
Çiçəklənən gündən bu istəyimiz.
Sonda daşa dəydi məhəbbətimiz.
Saf sevgi düşmüşdü ürəyimizə.
Hamı qibtə ilə baxardı bizə.
Həsəd aparardı sədaqətimizə.
Dildən dilə düşdü ülvi sevgimiz.
Sonda daşa dəydi məhəbbətimiz.
Məktəbi bitirdik dəyişdi zaman.
Əsdi başımız üstə çən duman.
Aramıza girdi ayrılıq,hicran.
Vüsala çatmadı heç qismətimiz.
Sonda daşa dəydi məhəbbətimiz.
Bilmədik, kimdədir bütün günahlar.
İkimiz də çəkdik fəryadlar,ahlar.
açılmadı eşqimizdə sabahlar.
Bizə qalan oldu öz həsrətimiz
Sonda daşa dəydi məhəbbətimiz.
Sevgilin unutmur xatirələri
Sevgilərlə keçən gözəl günləri.
Boş yerə sızlatdiq biz ürəkləri.
Ayrılıqla bitdi həyat dərsimiz.
Sonda daşa dəydi məhəbbətimiz
2 notes · View notes