rftdamir
213 posts
Don't wanna be here? Send us removal request.
Text
Hər şey növbəti tragediyaya doğru gedirdi..
Bütün hisslərim düşüncələrimi baş verəcək bu "möhtəşəm" hadisəyə hazırlayırdı...
28 notes
·
View notes
Text
Fəqət kor olan gözlər deyil, sinələrdəki qəlblərdir.
4 notes
·
View notes
Text
Biraz tənqidi yanaşacam. Bu uşaqlar bayramını da artıq qızlar mənimsəyib və öz bayramları edib. Növbədə qurban bayramıdı, indi özünü uşaq yerinə qoyan bəziləri, qurban bayramında özünü qoyun yerinə də qoya bilər.
Buraxın hər bir kütlə qrupu öz bayramını keçirsin. “Sevilmiş olma istəyi, özünü bəyənmişliyin ən böyüyüdür” unutmayın
13 notes
·
View notes
Text
Çoxlu su kütləsi yaxşı görünər. Tanıyana, dadana kimi. Tanıdıq, daddıq və istəmirik. Bizə Okean yox, bir bulaq lazım olduğunu bir daha anladıq…
Səhralığa öyrəşmiş birinin okeana layiq olmadığı anlamına gəlmir.
17 notes
·
View notes
Text
“Arzular idealları, ideallar xarakteri, xarakter kimliyi, kimlik isə mövcudluğu formalaşdırdı.
Bəs bunların hamısı nə üçündür?
Var olmaqmı, yoxsa yox olmaqmı?
11 notes
·
View notes
Text
Ama sən həqiqətin səsini heç vaxt duymazsan. Əsl ilahi səsi duymadığın üçün, bu səslər heç susmaz..
Özünlə qalmaq, səssiz bir dünyada ən yüksək səsi tapmaqdır.
35 notes
·
View notes
Text
Mənə məskən olan torpaq, səndə qiyamət əlamətləri var.
10 notes
·
View notes
Text
Birilərini sevərkən öz dəyərini itirər insan məncə. Öz dəyərinizi bilin xanımlar.
16 notes
·
View notes
Text
Bir qələm, bir dəftər, zəyif bir işıqda bəs deyilmi bəzən ağlamaq üçün?
10 notes
·
View notes
Text
Yağışın ilk damlalarının ləkələri, günəş, çörək və şərab, əriyən şamlar , yarpaqların damarları, küləklə dalğalanan otlar, daşların rəngləri, masanın üzərindəki ağ örtük, evin içində evlə bağlı bir xəyal, döşəmədəki kölgəm, üfüq, otağımdan baxçaya düşən işıq, Kvant supermövqeyi, Şrödingerin həm ölü həm diri pişiyi, Heisenbergin bilinməzlik paradoksu, iqdisadi nəzəriyyələr, fəlsəfi və teolojik bilinməzliklər, ehtimallar dənizi. Şairlərin hissləri, şeirlərin danışmağı, kitablarda ki, ağ vərəq, musiqilər, qan və torpaq, soyuq və isti, pis və yaxşı, hisslər..
Bəzən bu qədər şeyi eyni anda düşünürəm, bəzən bütün gördüklərim oxuduqlarım və bildiklərimi düşünürəm, hər şeyi eyni anda düşünürəm istəmsizcə və dəliliklə aramda incə bir körpü qaldığını hiss edirəm. Mən niyələrdə boğuluram, qarşımda ki düşməni yox etdiyim bir müharibədə əslində məğlub oluram…
12 notes
·
View notes
Text
Yanan bir şam kimi düşünün məni. Əriyirəm, sizi qaranlıqdan qurtarıram, lakin özümdə yox oluram. Kim bilər əsl həqiqət bəlkə qaranlıqdadır ? Kim bilər əsl korluq bəlkə bütün rəngləri görməkdir ? “Varlıq”dediyimiz bu anlayış, qara vərəqin üzərində ki, bəyaz ləkələrin üzərində ki, rənglər deyilmi ? Fəda edənlər fədakardırsa, fəda olunanlar nədir axı? Tam olaraq əriyəcəm əlbət və siz bütün cavabları qaranlıqda tapacaqsınız…
Mən varlığı yoxluqda tapdım. Onun üçün də varlığı yoxluğa fəda etdim.
25 notes
·
View notes
Text
Həqiqəti anlayan və qaranlığı hiss edən insanlarla söhbət etmək xüsusi hisslər bəxş edir mənə deyəsən. Məsələ tamda budur insanlar, belə insanlarla rastlaşmıram..
11 notes
·
View notes
Text
Hər bir xoşbəxtlik içində bir parça kədər saxlayır; sanki insan, yalnız o kədəri içindəki dərin varlıqla tanıdıqca həqiqi xoşbəxtliyi hiss edə bilir.” Bəzən xoşbəxt olmaq, sadəcə o anın gözəlliyini görməkdən daha çox, o anın içindəki ağrıları və qorxuları qəbul etməkdir.”
Niyə heç kim bəzi xoşbəxtliklərin çox çətin və acıverici olduğunu demir?!
23 notes
·
View notes