soltanovhharun
soltanovhharun
Harun..
51 posts
Last active 4 hours ago
Don't wanna be here? Send us removal request.
soltanovhharun · 1 month ago
Text
Deyirlər, ağıllı insan gözləməz. Amma mən saatlarca oturub ağıllı insan anlayışına bir az düzəliş etdim. Çünki bəzən insan ağıllı olmur, ümidli olur. Bu, bir az fərqli səfehlik növüdür. İçində "əşi, bəlkə indi düşdü.." deyə-deyə hər gələni nəqliyyatı qaşlarını çataraq izləyirsən, amma düşən yenə də təkərlərin tozudu...
4 notes · View notes
soltanovhharun · 2 months ago
Text
İnsanlar yazmağa başladıqları hekayələrin baş qəhrəmanı olduqları zaman onun sonsuza qədər davam edəcəyini düşünürlər. Amma hər hekayənin bir sonu var—bəzən qəfil, bəzən səssiz, bəzən də baş qəhrəmanın heç gözləmədiyi bir anda. Hekayənin sonu çox vaxt müəllifin qələmindən süzülən bir hiss kimi baş rola duyurulur. Bəzən bir söz, bəzən bir baxış, bəzən isə sadəcə susqunluq o sonun başlanğıcını gətirir.
Amma bəlkə də hekayələr həqiqətən bitmir? Müəllifin qələmi dayansa belə, qəhrəmanın içində başqa bir səs yazmağa davam edir. O səs, bəzən ümidin pıçıltısı, bəzən isə xəyal qırıqlıqlarının sükutudur. Hər xəyal qırıqlığı yeni bir başlanğıcın pəncərəsidir, çünki qəlb qırıldığı yerdən yenidən düzəlməyə başlayır. Və bəzən qələm ən dərin ağrılardan, ən gözlənilməz sonlardan doğulan yeni bir hekayəni yazmaq üçün titrəyir..
4 notes · View notes
soltanovhharun · 5 months ago
Text
Gənclik sadəcə bir yaş dövrü deyil, o, insanın ruhunu formalaşdırdığı, özünü və dünyanı tanımağa çalışdığı zamandır. Gənc olmaq—sadəcə bir başlanğıc nöqtəsi deyil, həm də yolun özüdür. O yol ki, ümid və ümidsizlik arasında sərhədsiz bir sahədə uzanır, bəzən aydınlığa aparır, bəzən isə qaranlıqların içində insanı öz iç dünyasına qaytarır.
Biz dünyaya gəldiyimiz an heç bir şey bilmirik, amma hiss edirik. Hisslərimiz bizi yönləndirir, sonra zamanla dəyərlərimiz formalaşır. Biz seçirik—bəzən düşünərək, bəzən hisslərimizin axarında. Amma hər seçim bizi dəyişir. Gənclik isə bu dəyişimin ən sərt, ən sarsıdıcı və eyni zamanda ən gözəl dövrüdür. Biz azadlığın nə olduğunu dərk etməyə başlayırıq. Dərk etdikcə, onu itirməkdən qorxuruq. Azadlıq üçün fədakarlıq etməyi, itkiləri qəbul etməyi öyrənirik.
Gənclik—cəsarətin yaşadığı yerdir. Qorxuların gözünün içinə baxdığımız, səhvlərimizdən dərs çıxarmağa məcbur olduğumuz dövrdür. Amma biz qorxularımızla üzləşmədikcə, biz özümüzü tanıya bilmərik. Və insanın ən böyük itkisi özünü tanımadan yaşayıb getməsidir. Gənc olarkən insan dünyanı dəyişə biləcəyinə inanır. Sonra zaman keçdikcə anlayır ki, əvvəlcə öz içindəki dünyanı dəyişməlidir. O iç dünyanı ki, onun içində xatirələr, yarımçıq qalmış arzular, yanılmalar və doğrular bir-birinə qarışıb.
Amma həqiqi gənclik, ruhun heç vaxt yaşlanmadığı haldır. İnsan yaşlansa da, düşüncəsi və ruhu gənc qalırsa, o, hələ də yoldadır. Və bəlkə də əsl qalibiyyət məhz budur—hər zaman yolun davam etdiyini bilmək və heç vaxt dayanmayacağımıza inanmaq.
Bu gün Gənclər Günüdür. Amma bu, təkcə bir təqvim günü deyil. Bu, bizim hələ də yanmadığımızı, hələ də mübarizəyə davam etdiyimizi xatırlamaq üçündür. Və o gün, biz gənc olmağın təkcə yaş məsələsi olmadığını anlayanda, həqiqətən azad olacağıq.
Gənclər Günümüz mübarək!!! 🥳🌹♥️
4 notes · View notes
soltanovhharun · 5 months ago
Text
Oxumaq azadlıqdır, düşünmək isə üsyan..
17 notes · View notes
soltanovhharun · 5 months ago
Text
Həmişə elə bilirdim ki, insan yalnız öz içindədir. Öz ruhunda, öz düşüncələrində, öz bədənində. Heç kim heç kimin içini görə bilməz. Heç kim heç kimin ruhuna toxuna bilməz. Çünki insan yalnızdır. İnsan təkdir. Və insan yalnız o qədər azaddır ki, azadlığı da bir növ məhkumluğa çevrilir.
Mən də tək idim. Mən də azad idim. Heç kimə bağlanmadan, heç kimə məhkum olmadan, heç kimin nəfəsində boğulmadan. Mənim üçün sevgi – başqalarının qurduğu bir sistem idi. O sistemi uşaqlıqdan öyrədirlər – sev, sevil, ailə qur, qaydalara tabe ol, öz azadlığını bir başqasının varlığına dəyiş. Mənə görə isə bu, absurd idi. Mən hər zaman sistemlərə qarşı olmuşam. Mən çərçivələri qıran, qaydaları tapdalayan, öz yolunu özü seçən biri olmuşam. Sevgi? O, məni heç vaxt maraqlandırmayıb. Mən sadəcə insanların necə bu qədər kor-koranə bağlandığını, necə bu qədər asılı hala düşdüyünü başa düşə bilmirdim.
Hə, mən hər şeyə gülürdüm – həyata, insanlara, ölümə, xaosa, hətta özümə də. Çünki bu dünya mənim üçün bir tamaşa idi. Hər kəsin bir rolu vardı – kimisi sevən, kimisi sevilən, kimisi tərk edilən, kimisi unudulan. Mən isə kənardan dayanıb baxırdım, gülürdüm, izləyirdim, amma heç vaxt səhnəyə çıxmırdım. Heç vaxt o oyunun bir parçası olmaq istəmirdim. Çünki mənim üçün sevgi sadəcə bir oyun idi. Qanunları olan, qaydaları olan, sadəcə udmaq və ya uduzmaq üçün oynanılan bir oyun. Mən isə heç vaxt uduzmurdum. Mən heç vaxt zəif olmurdum.
Ta ki, sən gələnə qədər.
Ta ki, mən, o oyunda uduzana qədər.
Sən gəldin və mənim yaratdığım divarları sındırdın. Sən gəldin və heç bir silah işlətmədən, heç bir güc göstərmədən, heç bir zor tətbiq etmədən, sadəcə varlığınla məni məğlub etdin. Sənin yanındaykən artıq mən özümə sahib deyildim. Sənin yanındaykən, sanki kimsə məni öz bədənimdən çıxarıb başqa bir dünyanın içinə salmışdı. Hər zaman azad olmaq istəyən birisi üçün bu, ən böyük məhkumluq idi. Mən, sərhədləri tanımayan biri, indi bir nəfəsin sərhədləri içində itib-batmışdım. Mən, heç kimə bağlanmayan biri, indi sənin gedişinlə parçalanırdım.
Bu, məni qorxudurdu. Çünki mən bu hissi qəbul edə bilməzdim. Mən heç vaxt boyun əymədim, heç vaxt uduzmadım, heç vaxt zəif olmadım. Amma sən… sən mənim ən böyük zəifliyim oldun. Və mən bunu çox gec anladım.
Əvvəllər mənim üçün insanlar sadəcə rollar oynayan aktyorlar idi. Amma sən... sən səhnənin kənarında dayanmışdın. Sən bu oyuna mənim kimi gülmürdün, bu dünyaya mənim kimi baxmırdın. Sən həqiqi idin. Sən tamaşanın bir hissəsi deyildin. Sən, sadəcə, var idin. Və mən özümü səhnədən kənara çıxan bir obraz kimi hiss etdim.
Mən həmişə sərhədsizliyə inanmışam. İnsan yalnız öz ruhuna sahibdir, öz bədəninə, öz düşüncələrinə. Amma sənin toxunuşunda mən özümə aid olan hər şeyi itirdim. Sənin baxışlarında mən artıq azad deyildim. Sənin varlığında mən artıq özümə sahib deyildim. Mənim içimdə yanğınlar qopurdu. Amma bu yanğınlar məni yandırmırdı. Sənə toxunduqca, sənə yaxın olduqca, sanki özümü daha çox itirirdim.
Bəs indi?
İndi isə sən getdin. Məni azad etdin. Mənə qaytardın əvvəlki həyatı. Həmin o sərhədsizliyimi, həmin o qaydasızlığımı, həmin o sistemsizliyimi... Mən indi yenə azadam. Amma bu azadlıq mənə artıq dar gəlir.
Çünki azadlıq heç vaxt həqiqi olmur. Çünki insan yalnız azadlığına yox, eşqə də məhkumdur.
Mən gülürəm. Çünki başqa cür cavab verə bilmirəm. Mən güləndə insanlar düşünür ki, mən güclüyəm. Amma sən bilirsən… bilirsən ki, o gülüşlərin arxasında sən varsan. Sənin yoxluğuna ağlayan, amma hələ də gülən bir mən var...
Sən mənim ən böyük zəifliyim oldun.
Və mən indi başa düşürəm ki, bəzən, ən gözəl zəncirlər bizim heç vaxt qırmaq istəmədiklərimizdir..
3 notes · View notes
soltanovhharun · 5 months ago
Text
Həyat... Axıb gedən bir çaydırmı, yoxsa insanın addımladıqca arxasında qoyduğu izlərdən ibarət bir yol? Bəlkə də hər ikisidir. Bəlkə də heç biri. Bəlkə də həyat – sadəcə bir anın içində sıxışmış, zaman dediyimiz sonsuzluğun içindəki qısa bir yanılmadır. Amma hər nədirsə, tək bir həqiqət var: insan bu həyatı ya yaşayır, ya da sadəcə içindən keçib gedir.
Bax, indi dayan. Bir anlıq hər şeyi unut və ətrafına bax. Dənizin səthində əks olunan günəş şüaları, göy üzünün sonsuzluğu, uzaqdan eşidilən bir uşaq gülüşü, küləyin səni çağıran pıçıltısı... Sən bunların hansı birini həqiqətən hiss edirsən? Yoxsa gözlərin açıq olduğu halda kor kimi yaşayırsan? Biz insanlar qəribəyik – hər şeyi istəyirik, amma heç nədən zövq ala bilmirik. Həyatı axtarırıq, amma onu elə uzaqlarda axtarırıq ki, yanımızda olduğunu görmürük. Bir gün hər şeyin dəyişəcəyini, bir gün xoşbəxt olacağımızı düşünürük, amma o “bir gün” heç vaxt gəlmir. Çünki xoşbəxtlik sabahda deyil, bu andadır. İnsan isə həmişə ya keçmişdə ilişib qalır, ya da gələcəyin içində itib gedir.
Görəsən, biz niyə yaşamaqdan bu qədər qorxuruq? Bizi nədən çəkindirirlər ki, həmişə ehtiyatlı, həmişə çəkingən, həmişə bir addım geridə dayanırıq? Deyirlər ki, sakit, ağıllı, məntiqli ol, çılğınlıq etmə, risk etmə, həddini aşma. Amma həqiqətən yaşamaq, elə bu deyilmi? Günəşin doğuşunu izlə, batan günəşin gözəlliyini hiss et, yağışın altında islan, soyuq küləyə qarşı qaç, nəfəs al, hiss et, yan, alış, yanıb kül ol, amma donub daşlaşma. Çünki yaşamaq budur – bütün duyğuları ucuna qədər yaşamaq, hər anın içində var olmaq, qorxmamaq.
Bəs insan niyə həmişə azadlığa can atır, amma azad olmaqdan qorxur? Bizə azadlıq verdiklərində hara qaçacağımızı bilmirik, çünki hər şeydən əvvəl ruhumuz zəncirlidir. Bizi bağlayan təkcə qanunlar, qaydalar deyil, özümüzük. Biz özümüzü cəmiyyətin gözləntilərinə uyğunlaşdırmaq üçün elə dar çərçivəyə salmışıq ki, həqiqi kimliyimizi çoxdan unutmuşuq. Bizə öyrədirlər ki, xoşbəxtlik, uğur, sevgi müəyyən qaydalara uyğun gəlməlidir. Amma bəlkə, bizə öyrədilənlərin heç biri doğru deyil? Bəlkə xoşbəxtlik heç də var-dövlətdə, mövqedə, başqalarının bizi bəyənməsində deyil? Bəlkə o, sadəcə günəşin isti toxunuşunda, sevdiyin insanın səmimi baxışında, bir dostla içilən sadə bir çayda, uzun gecələr boyu dinlənilən bir musiqidə gizlidir?
Bəzən özümüzü o qədər yükləyirik ki, ruhumuzun əslində yüngül bir külək kimi sərbəst axa biləcəyini unuduruq. Həyatın bizə verdiyi bütün çətinlikləri bir yük kimi çiynimizdə daşıyırıq. Halbuki insan dünyaya yükü ilə doğulmur – biz o yükləri sonradan toplayırıq. Xatirələr, peşmanlıqlar, xəyal qırıqlıqları, qorxular... Biz bunlara o qədər bağlanırıq ki, azad olmaq üçün sadəcə buraxmaq lazım olduğunu anlamırıq. Keçmişi daşımaqdan imtina edə bilsəydik, bəlkə də həqiqətən yaşaya bilərdik.
Sevgi... İnsan niyə sevginin içində yanıb kül olmaqdan qorxur? Bizi incitməkdən, alçaltmaqdan, əzab çəkməkdən çəkinirik, amma unutduğumuz bir şey var – əgər sevgi səni dəyişdirmirsə, səni sarsıtmırsa, səni yerindən oynatmırsa, deməli, o sevgi deyil. Sevgi – insanın ruhunun alovlanmasıdır, bəzən yanmasıdır, bəzən külə dönməsidir, amma hər şeydən əvvəl həqiqəti yaşamasıdır. İnsan niyə bütün qəlbi ilə sevib, sonra itirməkdən qorxur? Axı itirəcəyimizi bildiyimiz halda yaşayırıq, öləcəyimizi bildiyimiz halda nəfəs alırıq. Əgər sonumuz bəllidirsə, bəs nədən çəkinirik?
İnsan bu dünyada bir dəfə olur. O bir dəfəlik zaman kəsiyini necə keçirmək istədiyini özü seçir – ya həyatın axınında boğulub yox olmaq, ya da hər anına toxunaraq onu həqiqətən yaşamaq. Bizi həmişə qorxudurlar – ölümü, uğursuzluğu, təkliyi, xəyanəti, imtinaları gözümüzün önünə gətirirlər. Amma heç kim bizi həqiqətən yaşamağa təşviq etmir. Çünki yaşayan insanı idarə etmək çətindir. O, qaydalara sığmır, sınmır, əyilmir. O, öz yolunu özü tapır, o yolun onu haraya apardığını bilməsə belə.
Bax, indi dayan və düşün. Sən bu yolu necə keçmək istəyirsən? Bir gün hər şey bitəcək, gözlərin yavaş-yavaş qapanacaq, ətrafındakı səslər çəkiləcək, bütün dünyan sakitliyə bürünəcək. O an geriyə baxanda nə görmək istəyirsən? Arxanda iz qoymadığını, qorxuların səni idarə etdiyini, yaşamaq əvəzinə gözlədiyini? Yoxsa hər gününü doyunca yaşadığını, hiss etdiyini, qorxularını aşdığını, həyatın hər çalarına toxunduğunu?
Həyat, axıb gedən bir çaydır, amma sən o çayın içində sadəcə sürüklənən bir qayıq olmaq məcburiyyətində deyilsən. Dalğalara qarşı dur, suların içində yox olmaqdan qorxma, həyatın səni çağırdığı yerə doğru irəlilə. Çünki bu dünya fanidir, amma yaşanmış anlar əbədidir.
Ona görə də, əziz oxucum, ölmədən əvvəl yaşa. Həqiqətən yaşa. Çünki sonda insanın əlində qalan, yalnız yaşadıqlarıdır..
3 notes · View notes
soltanovhharun · 6 months ago
Text
Gecənin dərinliyində, saatların 5-i göstərdiyi vaxtda, özümü qəbirsanlıqda tapdım. Buradakı sükut yalnız bir yoxluğun deyil, həyatın ən dərin həqiqətlərinin təzahürüdür. İnsan yalnız özünü anlayaraq varlıqla harmoniya tapa bilər, amma bu sükutun içində, sanki harmoniya itmişdir. Hər şey statik görünür, amma bu səssizlikdə belə bir hərəkət, bir məqsəd gizlidir – təbiətin dövriyyəsi kimi..
Dünya Günəşin ətrafındaki bir dövrünü yenə başa vurur, amma bir il sadəcə təqvimdəki rəqəmlərin dəyişməsi deyil. Bu, bir dövrün, bir həyatın izləridir. Hər keçən il öz yükünü qoyur və insanın ruhunu dəyişir. Mən bu qəbirsanlıqda keçən ilimin ağırlığını, onun mənə verdiyi və aldıqlarını düşünürəm. Həyatda məqsəd axtararkən, insan çox vaxt onun dəyərini unudur. Amma buradakı hər bir daş, hər bir qəbir, mənə bir şeyi xatırladır: hər bir varlıq mükəmməl bir məqsədə xidmət edir, amma bu məqsəd çox vaxt bizə görünmür.
Bu gecə sanki mənə təkcə bir ilin deyil, bütün həyatın ağırlığını hiss etdirir. Keçmişi dəyişmək mümkün deyil, amma onu dərk etmək vacibdir. Çünki keçmiş, indi və gələcək bir-birinə bağlıdır – onlar eyni ruhun üç üzüdür. Keçmişi unutmaq istəsəm də, onun dərsləri mənimlədir, onu inkar etmək isə öz varlığımı inkar etməkdir.
2024-ün bitməsi yalnız zamanın keçməsi deyil, həm də mənim özüm üçün bir öyrənmə anıdır. Hər bir səhv, hər bir çətinlik bir səbəbə xidmət edir. Buradakı qəbirlər isə insanın nə qədər müvəqqəti olduğunu, amma onun fikirlərinin və əməllərinin əbədi olduğunu xatırladır...
Gözlərimi qaranlıqdan ayırıb düşünürəm: varlıq, həyat və ölüm yalnız bir dövranın hissələridir. Həyatın məqsədi onun sonu deyil, bu dövranın hər mərhələsində doğru yolu tapmaqdır. Mən burada dayanıram, qəbirlər arasında, keçmişin yükü və gələcəyin qeyri-müəyyənliyi ilə. Amma bilirəm ki, hər bir qərar, hər bir düşüncə mənim varlığıma bir forma verir. Gecə keçəcək, il bitəcək, amma həqiqət dəyişməz qalacaq. İnsan yalnız özünü dərk edərək həqiqi huzur tapa bilər...
3 notes · View notes
soltanovhharun · 6 months ago
Text
Həmin gecə yaşlı adam yanımda oturmuşdu. Mən pivə içirdim, o isə viski kokteyli sifariş vermişdi. “Dərd” sözünü o qədər təkrarlamışdım ki, mənası özünü itirmişdi, yalnız bir səs olaraq qalırdı. Sanki dərd bir insanın üzərinə qoyulan, amma heç vaxt həqiqətən anlaya bilmədiyi bir yükdür. Dərd – həyatın özüdür. İnsan dərdlə doğulur, onunla nəfəs alır, onunla böyüyür. Amma dərd həqiqətən nədən ibarətdir? O, bir hissdir, yoxsa bir xatirə? Məncə, dərd bir insanın öz içində yaratdığı və özündən başqa heç kimin paylaşmadığı bir yalandır. Amma mən bu yalanı yaşamağa davam edirəm.
Mənim dərdim bitməz ki. Çünki dərd bir hal deyil, bir varlıqdır. Onu saymaq olmaz, o, nə başlanğıcı, nə də sonu olan bir boşluqdur. Mənim dərdim yalnız bədənimin aclığı deyil, ruhumun doymayan əzabıdır. Ac qala bilərəm, amma dərdim yemək deyil, dərdim tox ola-ola boşluğun çarəsizliyini hiss etməkdir. Mənim dərdim geyindiyimlə deyil, geyinə bilmədiklərimlədir. Geyinə bilmədiklərim də deyil, o paltarların altında həmişə çılpaq qalan mənim özümlədir. Mənim dərdim içimdə həmişə üşüyən bir hissdir – heç vaxt istilməyən, heç vaxt tamamlanmayan bir boşluq.
Mənim dərdim ölkəm deyil, ölkəmin sükutudur. İnsanların danışmağa qorxduğu, amma içində boğulduğu səslərdir. Mənim dərdim televiziyalarda parlayan saxta dünyadır – yalançı xoşbəxtliklərin, parıltılı maskaların ekranıdır. Hər yerdə zorakılıq, qətl, ağrı. Mənim dərdim co��rafiya deyil, dünya deyil. Mənim dərdim insanın öz içində itirdiyi dünyadır. Biz torpağı zəhərlədik, suları çirkləndirdik, havanı öldürdük. Amma ən çox özümüzü çirkləndirdik. Mənim dərdim insanın öz əlləri ilə yaratdığı fəlakətdir – həm özünü məhv edən, həm də onu yaradan paradoks.
Mənim dərdim tək mənim deyil. İnsanların içində böyütdüyü, amma heç vaxt qəbul etmədiyi bir kölgədir. Biz dərdimizi boynumuza almadıqca, o bizi ağırlaşdırır. Mən deyirəm ki, dərdim, qanadlan və uç. Amma dərd təkcə uçub getmir. O, kölgə kimi ardınca gəlir, nəfəsin kimi içində qalır. Mənim dərdim, bəlkə də, heç bir insanın başa düşməyəcəyi bir axtarışdır. Çünki mənim dərdim insanın öz varlığını anlamamaq qorxusudur. Bu qorxu bizi dağıdır, bizi özü-özümüzdən qoparır.
Mənim dərdim həqiqət axtarışıdır. Həqiqət isə insana rahatlıq deyil, yanan bir od gətirir. Mənim dərdim yalnız dərd deyil, mənim dərdim insanlıqdır – onun ən gözəl və ən fəlakətli yaratdığı şey. Bu dərd, mənim bir hissəmdir. Ondan qurtulmaq mənim varlığımdan qurtulmaqdır. Və bəlkə də, insan həqiqətən ancaq öz dərdi ilə yaşayır
Dərd… dərd… dərd…
Bu sözləri içimdə deyirdim ki, birdən yanımdakı dayday yadıma düşdü. Geri döndüm ona:
– Dayday, hələ də danışmağımı istəyirsən?
– Hə, sən danış, mən dinləyəcəyəm.
- Mən çox varlı, imkanlı və dövlətli ailədə doğulmuşam. Bilmirəm, bəlkə də bu, mənim qanımdadır. Qanımda var ki, yenə pul qazanım. Kiməsə boyun əyməyim və həmişə dik gəzim. Pul hər şeyi həll edirmi həyatda? Pul? Pul əl çirkidir? Pul əl çirkidir deyənlərin artıq əlləri çürüyüb. Pulla xoşbəxtliyi almaq belə mümkündür. Nə isə, qayıdaq mənim dərdimə...
– Dayan, gənc adam, pulla necə xoşbəxtlik alırsan?
– Danışacağam, səbrli ol. Dediyim kimi, mən varlı ailədə doğulmuşam. Təbii ki, nəsə məndə fərqli bir şeylərin olduğunu sezirdim içimdə. Çünki bacım-qardaşım həmişə rahat yola qaçanda, mən elə etməmişəm. Atam sadəcə bir sürücü olsa da, bir deputatdan çox qazanırdı. Amma günlərcə evdə görmürdük onu, xaricdə olurdu. Xülasə, mən atamdan və ya anamdan pul istəməyə həmişə utanırdım, çəkinirdim. Onu da qeyd edim ki, atam çox əzazil biri idi. Necə ki, Ağa Məhəmməd Şah Qacar, elə də mənim atam. Bir gün dərsə gedəndə məktəbin yanındakı çayxananı gördüm. "Ofisiant axtarılır" elanı vardı. Mən isə balaca uşaq idim, 11-12 yaşım olardı, ya olmazdı. Orada işləməyə başladım.
– Bəs bu qədər deyirsən, imkanlısınız, falan. Niyə işləyirdin? Atan elə biri idisə, nə yaxşı icazə verirdi?
– Mən pul almağa utanırdım və atam-anam bilmirdi. Bir gün anam öyrəndi. Təbii ki, mənimlə bacara bilməyəcəyini bildiyi üçün susdu. Amma atam bilsəydi, evdə dava olacaqdı. Ona görə də atam evdə olan vaxtlar işdən icazə alırdım, evdə olurdum.
– Pivə sifariş verirəm, içirsən?
– Çox sağ ol.
-Oktyabr ayları idi. Möhkəm yağış yağırdı. Mən işdən çıxmışdım, qaça-qaça evə gedirdim. Yağışın suyu bizim tam təmirli hamamımızın duşuna oxşamırdı. Hər damcı iliyimə qədər işləyirdi. Külək az qala yıxırdı məni. Təbii ki, oktyabr ayı idi – payızın ən gözəl vaxtları. Gündüzlər sanki bir cənnət idi. Ağaclardakı hər yarpağa günəş şüası bir rəng bəxş edirdi. Həmişəyaşıl ağaclar saralmış, qızarmış ağaclara istehza ilə baxırdı. Gecəsi isə tam başqa bir aləm idi. Şairlərin soyuq Sibirdə təsvir etdikləri bir mənzərəni andırırdı. Evə gəlib çatanda atam evdə idi.
– Evdən qovdular səni? – deyə soruşdu.
-Yox, əşi… Atam evdə idi və mən yalan danışmağı bacarmırdım. Ümumiyyətlə, millətimin heç bir nurüzlü körpəsi yalan danışa bilmir. Ta ki, sistemin əlinə düşənə kimi.
– Haradan gəlirsən?
-Eee… şey...
– Dedim sənə, haradan gəlirsən?
-Ata, bir iş...
– İş? Çıx bayıra! Mən buna görə əlləşim, vuruşum, sən isə işlə?! Çıx, rədd ol bayıra! (Arxadan səs gəlir: "Arağımı gətir!")
Çıxdım balkona. Ayaqqabılarım yay üçün idi, içi su idi. Aclıq hissi isə sanki öz barmaqlarımı yeməy�� məcbur edirdi. Soyuq və aclıq insanın bir-birinə düşmən olduğu anları yaşadır. Həyatda ən sadə şeylərdən biri olan isti bir tikə yemək bəzən insan üçün nə qədər əlçatmaz olur! Mənim də o anda tək arzularımdan biri idi. Elə bu vaxt əmim qızı məni səslədi:
– Gəl, bir şey ye.
Mən gedə bilməzdim. Qorxurdum. Əmim qızının evdə olması isə sanki bir xilas idi mənim üçün. Yaxınlaşdı, isti yemək gətirdi. Yeməyin qoxusunu bütün damarlarımla hiss edirdim. Atam isə qışqırdı:
– Ya sən onunla balkonda qalacaqsan, ya da o küçəyə gedəcək!
Bu vəziyyəti qəbul edə bilməzdim. Yeməyi qaytardım və küçəyə çıxdım. Yağış sanki mənimlə müharibəyə başlamışdı. Ayaqlarım donurdu, yağış isə qəlbimdəki acıları yuyurmuş kimi gəlirdi. Soyuq və aclıq birləşib sanki məni təslim olmağa çağırırdı. Amma mən dözürdüm. O an düşündüm: müharibə zamanı insanlar bu iki düşmənlə necə mübarizə aparıb?
Birdən uzaqdan bir qaraltı yaxınlaşdı. Soyuqdan titrəyə-titrəyə qorxmağa da başlamışdım. Gecə saat birdə bu kim ola bilərdi? Cin? Şeytan? Qaraltı yaxınlaşdıqca qəlbim daha sürətlə döyünürdü. Səsimi çıxara bilmirdim.
– Bəs o qaraltı nə idi?
-Qaraltı... O mənim qonşum Turqut idi, məndən üç yaş böyük. Dükana gedirdi. Yanıma yaxınlaşıb soruşdu:
– Ala, burda nöş dayanmısan, bu soyuqda?
Soyuqdan titrəyərək cavab verdim:
-Heç, evdə çox isti idi, çıxdım bir az hava alım. Bilirsən də, peçə xod verirlər, dözülməz olur.
Sanki nəfəsimin qoxusunu hiss etdi. Dedi:
– Dükana gedirəm, nəsə istəyirsən alım?
Mən, özümü sındırmamaq üçün, heç nə istəmədim. O isə gedib yarım saat sonra qayıtdı. Üst-başı islanmışdı, saçlarını əli ilə gözlərindən çəkərək soruşdu:
– Gəlirsənsə, gedək bizə, həm mən də darıxıram.
-Yox, bir azdan evə keçərəm.
– Yaxşı, gecən xeyrə.
-Xeyrə qarşı.
O, yola düşdü, mən isə hələ də qapıda dayanmışdım. Necə uzun dayanacağımı bilmirdim. Üşüyürdüm. Onun getdiyi tərəfdən qəfil qışqırıq gəldi. Heç düşünmədən ora qaçdım. Gördüm ki, əlində bir qazan yarpaq dolması, dəsmal və quru paltar tutub:
– Gəlmirsənsə, ikimiz də məscidə gedərik.
Məni birtəhər sürüyüb ora apardı. O gecə məsciddə həyatımın ən rahat yuxusunu yatdım. Elə bil bu yaşıma qədər belə rahatlıq görməmişdim. Amma o gecədən sonra ayaqlarım heç vaxt isinmədi, həmişə üşüdü. Turqut isə o gecə baş verənləri heç vaxt soruşmadı.
– Maraqlı əhvalatdır. Hesabın nədirsə, mən ödəyəcəyəm.
-Çox sağ ol, dayı. Bəlkə sən də danışasan? Gecə üçdə dərdsiz adam gəlməz bura.
– Gələn dəfəyə qalsın.
-İxtiyar sahibi sənsən.
– Amma bir sual: xoşbəxtliyi pulla necə alırsan? Axı bu mümkünsüzdür.
-Dayı, neçə yaşın var?
– Qırx altı.
Başımı yelləyib cavab verdim:
-Sizi nə xoşbəxt edir?
– Ailəm.
-Çox gözəl. Bəs pulu necə qazanırsınız?
– İşləyərək.
-İşləyib nə itirirsiniz?
– Enerji. Yaş. Güc.
-Vaxtı deməyi unutdunuz.
– Hə, doğrudur, vaxt.
Deməli, siz öz enerjinizi, gücünüzü və ən əsası vaxtınızı satıb pul alırsınız, düzdür?
– Tamamilə doğrudur.
-Əgər pulunuz olsaydı, işləməz, vaxtınızı ailənizlə keçirərdiniz və xoşbəxt olardınız, elə deyilmi?
Son sözlərimi deyib stəkandakı içkinin son damlasını da içdim. Artıq saat 6 nı keçmişdi. Bir ağırlıqdan, bir çətinlikdən qurtulmuşdum sanki. 28 May metrosunun yaxınlığında, mayın öz gözəlliyini açan təbiətində idim. Narın yağış, həm incə, həm də sərt, hər şeyə toxunaraq öz həyatını davam etdirirdi. Siqaretimi yandırıb, dərin bir qullab aldım və üzüaşağı Dağüstü Parka doğru addımladım. Günəş, sanki boğulmaq üzrə olan şəhəri qurtarmaq istəyirmiş kimi, göy qurşağını yaratmağa çalışırdı. Dənizə çatdım. Qayalara çırpılan dalğalar, bir tərəfdən həyatın mürəkkəbliyini, digər tərəfdən isə boşluğun sonluğunu göstərirdi. Qağayılar nəğmələrini oxuyarkən, yağış daha da güclənirdi, sanki hər damla mənim içimi oxumağa, mənim varlığımı dərk etməyə çalışırdı. Yağışla bir olmaq, sadəcə bədənimlə əlaqə qurmaq deyil, ruhumla təbiət arasında bir harmoniyanı tapmaqdır. Bu an, var olmanın ən dərin həqiqətini anlamam üçün bir imkan idi. Hər damla bir həyat, hər yağışda bir varlıq tapır, mən də həmin anın içində əriyirdim. Yağışla bir olmaq – bu, insanın təbiətlə sonsuz bir dövrə daxil olmasıdır, orada heç bir sərhəd, heç bir limit yoxdur. Bəlkə də, bu, ən böyük azadlıqdır: özünü təbiətin ritminə buraxmaq, onun sonsuzluğunda sükunət tapmaq.
Yağışla bir olmaq, sanki varlığın ən dərin təzahürünə çatmaqdır – doğrudan da, hər damla içində bir dünya saxlayır. Bəlkə də, bu, təbiətin və insanın təkrarlanan dövranı arasında bir harmoniyanın qurulmasıdır. Yağışın altında sükutla əritdiyim hər bir düşüncə, bir çöküş və ya yüksəliş kimi duyğuların qəlbimdə atdığı hər döyüntü – hamısı bir mövcudluq səyahətidir. Yağış mənim içimi oxuyur, mən isə özümü onda tapıram. Belə bir əlaqə yalnız təbiət və insanın qarşılıqlı gizli anlaşması ilə mümkündür, hər damla bir mürəkkəb, hər damla bir məna daşıyır. Varlığın yükünü yüngülləşdirmək üçün bəzən heç bir sözə ehtiyac yoxdur – sadəcə yağışa qulaq asmaq kifayətdir. Bu anın içində hər şeyin bir səbəbi olduğunu hiss edərsən, amma hər şeydən çox, var olmanın özünü dərk edərsən..
Artıq evə getməli idim..
3 notes · View notes
soltanovhharun · 6 months ago
Text
Bu həyat, qaranlıq bir səhnədir sanki. Hər kəs öz maskasıyla çıxır meydana, amma mən maskasız qalmışam, çılpaq bir həqiqət kimi. İçindəkiləri dilə gətirənlərə heyranlıqla baxıram, çünki onların sözü ruhunun qanıdır – mən isə susuram. Susmaq, bəlkə də, Tanrıyla ən uzun dialoqum olub. Ona qarşı çıxıram, çünki sükutu ürəyimi göynədir. Sonra isə yenə başım aşağı, ruhum titrəyərək geri dönürəm. Bilirəm ki, mübarizəm həmişə onun hüzurunda sona çatır.
Bəzən düşünürəm, Tanrıya çatmaq üçün daha nə qədər yollara düşməliyəm? Nə qədər içməliyəm ki, bəlkə o sərxoşluqda zaman dayansın, qəlbim susub dayanarkən ruhum onun harayını eşitsin? Amma bu yerlərdən getmək istəyirəm – səssizcə, izsizcə, nə yerə, nə də göyə toxunmadan.
Vaxt... Artıq mənim üçün bir axın deyil, çarəsiz bir döngüdür. Darıxmağa belə vaxtım olmur. Darıxmaq – insana aid olan ən gözəl duyğu belə, yorğunluqdan məhrum olub. Vaxtın axmadığını deyənlərin qatarlardan düşdüyünü izlədim bir vaxt, amma mən nə zaman o qatardan enmişəm, bilmirəm.
Gözümdən düşənləri bir vaxt saymağa çalışdım. Amma o qədər çoxdurlar ki, heç bir səbr, heç bir zaman yetməz. İnsanlar zənn edir ki, gözümdən düşmək adi bir məyusluqdur. Halbuki, mənim üçün bu, bütün dəyərlərin yanışı, bütün xatirələrin külə çevrilməsidir. Gözümdən düşənlər isə artıq insan deyillər – ruhlarını itirənlər, yalnız bədənlərlə gəzişənlərdir..
Bu, mənim həqiqətimdir – yorğun, amma dirənişli, susqun, amma hayqıran..
2 notes · View notes
soltanovhharun · 7 months ago
Text
Tənhalıq insanın ən dərin aynasıdır – səssizliyində insan özünü görər, özünü eşidər. Mənim üçün tənhalıq bir zamanlar ağır bir yük kimi idi; darıxdırıcı, sıxıcı və yorucu. Amma zamanla anladım ki, məsələ təkcə kimsəsizlikdə deyil. İnsan bəzən ən gurultulu izdihamların içində də tək ola bilər, əgər onu anlayan bir ruh yoxdursa. Tənhalıq, əslində, başqalarının səni anlamaması deyil, özünü anlamamağın nəticəsidir.
Sözlər – onları çox danışdım, çox səpələdim. Amma hər dəfə qarşımda boş baxışlar gördüm, sanki dediklərim küləkdə itirdi. İnsanların səni anlamaq niyyətində olmadığını başa düşdükdə, onların səni hiss etməsini gözləmək də mənasızlaşır. O andan sonra kəlmələrdən çox sükut danışır. Sükut səni özünə çəkir, səni özündə açır.
Mən artıq nə yüksək zirvələrdə uçuram, nə də qaranlıq uçurumlardayam. Bir boşluğun ortasındayam – nə sevincin, nə kədərin əsiriyəm. Bu neytrallıq mənim sakitliyimdir, mənim sığınacaq yerimdir.
Düşüncələrim dalğa kimi gəlib keçir, hərəkətlərim külək kimi əsib dayanır. Bəlkə də bu bir ömür belə davam edəcək. Çünki anladım ki, tənhalığı dolduran başqaları deyil, insanın öz içində tapdığı harmoniya və səssiz sükunətdir. Əsil xoşbəxtlik, bəlkə də, anlaşılmaq üçün deyil, özünlə barışmaq üçün yaşanır.
7 notes · View notes
soltanovhharun · 7 months ago
Text
Tumblr media
Xatırla..🍀✨🌹
0 notes
soltanovhharun · 7 months ago
Text
Kədərdən daha ağır bir şey varsa, o da boşluqdur.
Heç nə hiss etməmək, həyatın axarında olmaq, amma heç nəyə ümid bəsləməmək..
Böyük bir itki və ardınca gələn xəyal qırıqlığından sonra ruhun susur.. Anlayırsan ki, xəyallardan uzaq qalmaq, səni daha çox sakitlik və təhlükəsizliklə əhatə edir..
Deyəsən mənim düşdüyüm bu boşluq kədərlə əhatələnib..
7 notes · View notes
soltanovhharun · 7 months ago
Text
Əzab çəkəndə zamanın çox yavaş keçdiyini düşünürsən. Keçməsini gözləyə bilmirsən. Sonra birdən, bir göz qırpımı kimi, 2024-cü ilin bitdiyini anlayırsan və zamanın necə keçdiyi haqqında heç bir fikrin yoxdur! Üstəlik, bəzi insanlara qarşı hiss etdiyin duyğular da keçib.
Əslində, hər kəs bir xatirəyə çevrilir, sən də..
8 notes · View notes
soltanovhharun · 7 months ago
Text
Yuxumu, yuxusuzluğum yatızdırır..
5 notes · View notes
soltanovhharun · 7 months ago
Text
Hərdən qaçmalısan ki, biləsən kim səninlə birlikdə qaçır, kim addımlarını yavaşladır və kimlər sənə çata bilməyəcəyini düşünüb arxasını dönüb gedir. Hərdən səsini alçaltmalısan ki, biləsən kim sənə diqqətlə qulaq asır, kimlər səs tonunun alçaldığını hiss edir və kimlərin fikri tamam başqa yerdədir. Hərdən səhv etməlisən ki, hər şey dağılanda kimin sənə əl uzatdığını, kimin sənə ikinci şansı verəcəyini və kimin səni səhvlərinlə baş-başa buraxıb getdiyini görəsən.. Fyodr demişkən. "Bilirsən Sonya, alçaq tavanlar, dar otaqlar insanın ağlını və ruhunu elə boğur ki!Ah, necə də o rəzil otağa nifrət edirəm!Amma yenə də ordan çölə çıxmaq istəmirəm."
10 notes · View notes
soltanovhharun · 7 months ago
Text
Məqsədinin nə olduğunu düşünəcəksən, sonra dünyanın ən sevimli insanı, ən yaxşı dostun başını çiyninə qoyacaq və "bu," deyə düşünəcəksən. Anan sənə "körpəm, əziz balam" deyəcək, nadir bir sevgi anında - hətta indi çox böyümüş olsan da - "bu," deyə düşünəcəksən. Və güclü yağışdan qorunmaq üçün bir kafeyə girəcəksən, orada səni izaholunmaz dərəcədə sevən bir otaq dolusu insan olacaq, gün batımı çox gözəl olacaq..
"bu," və bu və bu...
Sadəcə ruhunuzu qoruyun uşağlar..
6 notes · View notes
soltanovhharun · 7 months ago
Text
Fəsillər bir-birinə sığınır, günlər səssizcə gəlib keçir. Həyat yolunda addımların düzgündür.Amma bəzən gülümsəyərək ağlayırsan. Hər şey hər gün dəyişir, lakin qəlbinin dərinliyində bəzi həqiqətlər toxunulmaz qalır. Vaxt belə o sirli toxunuşlara çata bilmir. O sərt qırılma anından bəri içində bir yan donub qalıb. Qurduğun xəyalların sadəcə bir kölgə olduğunu anladığında, ürəyinə inamın çilikləndi. Çünki qəlbin sənə ən böyük yalanını söylədi..
Bu yalan isə qəlbinin ən saf dürüstlüyü idi Əzizim..
8 notes · View notes