Tumgik
#Mərkəzindəki
metbuat · 2 years
Text
Çağırış Kuboku: 
Kişi voleybolçulardan ibarət “Murov” klubu Çağırış Kubokunda 16 final mərhələsinə yüksəlib. Metbuat.org xəbər verir ki, Fərid Cəlalovun çalışdırdığı kollektiv 12 finalın cavab oyununda Xorvatiyanın “Kitro Varazdin” kollektivi ilə üz-üzə gəlib. Dərnəgül Voleybol Mərkəzindəki qarşılaşma Azərbaycan təmsilçisinin 3:1 (23:25; 25:18; 25:20; 25:17) hesablı qələbəsi ilə bitib. İlk görüşdə “Murov” 3:0…
Tumblr media
View On WordPress
0 notes
balbash · 6 months
Text
Külək gülü'ndən parça
İnanmırdım, düşüncələrimin ən uzaq yerində, hamıdan gizlənib özünə yer etmiş ən kiçik ehtimal da yox idi bizim bir gün ayrılacağımıza, sənin məndən gedəcəyinə, çünki əmin idim bütün anlaşılmazlıqlara, kiçik ya böyük bütün davalarımıza, sənin göz yaşlarına, mənim əsəbiləşmələrimə, bağırmaqlarımıza, zaman-zaman ikimizin arasına girən səssizliklərə, bəzən necə başladığını heç cür xatırlaya bilmədiyim davanın sonrasında içimdə bəzi şeylərin həmişəlik qırıldığı haqda fikirlərə və səndə də bunun eynisinin yaşana biləcəyi ehtimalına, hansısa lənət bir yerdə ilişib qalmağımıza və heç cür o lənətin qollarından qopub bir-birimizə toxuna bilməməyimizə rəğmən sənlə mən axşamüstü, qürub vaxtı işığı yanan mənzillərin hüznü idik, o sapsarı işığın özü idik, televizordakı səs idik, masanın küncləri sürtülmüş süfrəsi, isti yay axşamı soyuducudan çıxarılan sulu şaftalılar, sözlərini xatırlaya bilmədiyimiz mahnı, sahildə gəzişərkən qağayılara əl edən balaca uşaqlar idik, biz şəhərin mərkəzindəki bitməyən tıxaclar zamanı qəzəbini siqnallamaqla çıxaran sürücülər, məktəbin son sinfində əldən ələ gəzən xatirə dəftərində şagirdlərin bir-birinə yazdığı saf arzular, filmlərdə həmişə həyatdakından daha gözəl yellənən pərdələr, həmişə qaça-qaça gəlib çatdığımız, sanki bizsiz heç yerə getməyəcək sonuncu metro qatarı, qışın qaranlığının qəflətən düşməsinə heyrətlənməklərimiz idik, biz çayın qaynadığını görüb qısa təəssüflənmənin ardından onun dadına baxan, dadının korlanmadığına özümüzü inandırdığımız o məsum yalanlar idik, Bakının qızmarında küçənin kölgəli tərəfi, çox gözlənilən bir məktubun, ismarışın nəhayət ki, yetişməsi idik, biz dərsdən qaçıb heç kimin gözünə görünməmək üçün parkın gizlin yerlərində oturub boş-boş söhbətlər edən iki məktəbli, qaranlıqda, yad küçədən keçərkən qəfil qarşına çıxan balalamış pişik və onun körpələri, onları qəfil görmənin həyəcanı, qonşunun mənzilindən eşidilən pis piano məşqinin özü ilə gətirdiyi yorğunluq, köhnə şəkillərdəki paltarlarımızın, saç düzümlərimizin, dayandığımız yerlərin -onlar olmasa belə zamanın gedib bir daha geri qayıtmayacağını başa düşməyimiz kifayət idi- özləriylə gətirdiyi incə kədər, azarkeşlik etdiyi futbol klubu qalib gələn gün həyatındakı bütün çətinlikləri o gecəlik unudan yeniyetmə, qəflətən bir kitabın arasından tapılan, keçmiş zamanlara aid, nəyə işarə etdiyini heç cür xatırlaya bilmədiyimiz qeyd, gecə növbəsini kiçik televizor önündə yatmaqla yola verən yaşlı qarovulçu, yadıma düşməyən, deyilməyən, amma mütləq haradasa var olan və mütləq biz olan daha nələr-nələr idik. Mümkün deyildi bizim üçün bir-birimiz olmadan yaşaya bilməyimiz. Bunun təsəvvür edilməsi mümkün deyildi. Ən böyük xəyanət idi belə bir ehtimalın varlığını qəbul etmək. Daha ayrılıq da nəsli kəsilmiş heyvan növüydü, ancaq qalın ensiklopediyalarda rast gələ biləcəyimiz. Sonra sən getdin. Bu azmış kimi bir də getdin. Mən də heç nə olmamış kimi, belə də olmalıymış kimi yaşamağa davam etdim. Təsəlli verdilər, onlara qulaq asdım. İnandım ki, bəli, həyatdır, ayrılıq da bir ehtimaldır. Bəzən belə olur, bəli. İndi başa düşürəm, dünyanın təsəllisinə aldandığım o gün itirdim mən yaxşı hər şeyi. Ayrılığın mövcud olduğuna bircə saniyə inanmaq kifayət etdi ki, sən daha yanımda olmayasan.
1 note · View note
yesmilletinsesiinfo · 3 years
Photo
Tumblr media
#DİN Bakının mərkəzindəki narkomanlar yuvası ilə bağlı hərəkətə keçdi: Naryad qrupu cəlb edildi - VİDEO gönderdi
0 notes
geveze1adam · 3 years
Text
Dedilər ki, o şəhərdə tualet yoxdu. Mənə çox qəribə gəldi. Necə yəni yoxdur? Bir neçə gün bu sual məni narahat etdi. Heç başa düşmürdüm. Onda o şəhərdən gələn bir yolçu ilə rastlaşdım. Hündür çinarın kölgəsində əyləşib danışmağa başladıq. Mən öz sonuncu əsərimdən, o da öz şəhərlərindən. Amma mən “sizdə tualet var?” sualını verəndə o mənə tərs-tərs baxdı. Sonra başını yelləyib dedi:
– Sən nə danışırsan? Ağzına nə söz gəldi alırsan. Utanmırsan? Tualet nədir? Bizdə heç kəs tualetə getmir!
Sonra o mənə şəhərləri haqda danışdı.
Tualetə getməyənlər şəhəri.
Biri var idi, biri yox idi, uca dağların başında kiçik bir şəhər var idi. Bu şəhərin sakinləri gülərüz, mehriban və çalışqan adamlar idi. Onlar günlərini tarlada, küçədə, bazarda, ofisdə işləyib gecələrini əllərində qəzetlə divanda yuxuya gedirdilər. Bu şəhərdə hər şey bütün şəhərlərdə olduğu kimi idi. Amma bizim hələ doğulmadığımız bir vaxtda bir nəfər – bazarda işləməyən və gecələr yatmayan saqqallı bir kişi tualetə gedərkən ayağı ilişib ağzı üstə öz nəcisinin içinə yıxıldı. Dahi alimlərin başına düşən alma kimi, onun da ağlına yeni bir fikir gəldi.
“Tualetə getmək olmaz!”
O bunu əvvəlcə heç kəsə danışmadı. O bilirdi ki, bunu kiməsə desə camaat ona güləcək. Ona görə öz fikirlərini hamıdan gizlətdiyi kiçik kağıza yazmağa başladı. Günlər keçir, onun tualetə olan nifrəti artırdı. O, hər dəfə ayaq yoluna gedəndə nəcisini ölçür və dünyaya nə qədər ziyan vurduğunu hesablayırdı. Hər gün 300 qrama yaxın nəcis. Bu o deməkdir ki, hər bir insan həyatı boyu 4 tondan çox nəcis qoyur. Bu o deməkdir ki, Bethovendən bir neçə simfoniya və 4 ton nəcis qalıb. Eləcə də bütün dahilər və müqəddəslərdən. İllər ötdükcə o, ayaq yoluna daha da çox nifrət eləməyə başladı və fikirlərini camaatın içində dedi. Əvvəlcə ona güldülər, sonra onu söyməyə başladılar. Lakin az-az insanlar onun yanına gəlib onun danışdıqlarını dinlədi. Sonra onlar da camaata dedilər – ayaq yoluna getmək olmaz. Bu heyvanlara aid xüsusiyyətdir. Amma biz insanıq. Biz ən üstün varlığıq. Biz dünyanı zibilləməməliyik. Biz əyilməməliyik. Biz çirklənməməliyik. Biz “üstün irqdən”, “namuslu millətdən”, “müasir insanlardanıq”.
Bu fikirləri ilə insanlar arasında hörmət qazanmağa başladılar. Sonra xeyriyyə adı ilə insanlardan ayaq yollarının təmizlənməsinə görə pul yığmağa başladılar. Bu pulu yığandan sonra xalq onlardan üz döndərdi. Dedilər ki, niyə pullarımızı alırsınız. Xalq saqqallı kişini tənqid eləməyə başladı. Amma tualetə qarşı olanlar öz başçıları saqqallı kişini gizlicə öldürəndən sonra o, xalqın qəhrəmanına çevrildi. Hamı onun qəbrinin üstündə şam yandırır, öz aftafasını sındırıb söz verirdilər ki, bir də heç vaxt tualetə getməyəcəklər. Saqqallının tərəfdarları isə şəhərin mərkəzindəki ayaq yollarını yandırıb dağıtmağa başladılar. Bütün şəhəri iy basdı. Ayaq yolları sınandan sonra ağacların dibi, bostanlar, bulaqlar iy verməyə başladı. Bunu görən şah xalqın nə istədiyini vəzirindən soruşdu. Onda vəzir hər şeyi ona danışdı. Şah onların qarşısını almaq üçün dəmirdən aftafalar, poladdan ayaq yolları düzəltdirdi ki, heç kəs sındıra bilməsin. Ayaq yoluna getmək istəməyən kütlə, bunu öz qeyrətli, namuslu, mömin, müasir, elmli, üstün, ədalətli millətlərinə haqsızlıq kimi qəbul etdi. Ondan sonra şahı tənqin edən şüarlarla ayaq yoluna getməkdə bütün günahın şahda olduğunu qışqırmağa başladılar. “Şah bizi qəfəsdə saxlayır. Biz ayaq yoluna getmək istəmirik, amma o bizi məcbur edir. Məcbur edir ki, dəmir aftafalarla yuyunaq. Məcbur edir ki, polad ayaq yollarına gedək. Şah ədalətsizdir. O bizim ayaq yoluna getməmək haqqımızı əlimizdən alır. Hər dəfə kimsə ayaq yoluna girəndə şahı söyür, sonra deyir ki, bu millət belə şahla düzələn deyil. Sonra tumanını çıxarıb oturur. Qurtaranda əgər qarşısına başqa bir adam çıxırsa, ona deyir, yenə məcbur elədilər gedim. Özüm heç istəmirəm ki. Məcbur edirlər. Onda qarşıdakı da deyirdi ki, elə məni də bu dəqiqə göndərdilər. Allah Saqqallı kişiyə rəhmət eləsin. Əgər o qalsaydı, indi heç kəs işəyib oranı-buranı bulamazdı. Bundan sonra ayaq yoluna getməyi təhqir sayanlar xarici ölkələrə məktublar yazmağa başladılar. “Burda hamı tualetə gedir, heç kəs burda təmizliyə riayət eləmir. Hamı içində saxlamaq istəyir, amma şah qoymur. Şah olmasa biz heç vaxt heç yanı bulamayacağıq”. Düşmən şahlıqlar bunu görüb düşmənçiliyi daha da qabartmaq üçün, xalqın sevgisini qazanmaq üçün cavab verir:
“Aaa siz nə danışırsınız? Heç elə şey olar? Getməyin. Hamı bir nəfər kimi imtina edin. Bizdə heç kəs tualetə getmir. Bizə tualetlər lazım deyil. Əgər bütün aftafaları sındıra bilsəz, bir-iki dəfə əliniz-dalınız çirkli qalsa, siz iyrənib bir də heç vaxt heç nə ifraz etməyəcəksiniz”. Bunu eşidən xalqın ümidləri oyandı. Onlar saraya hücum edib şahı öldürdülər. Sonra qəbrinə aftafa qoyub onunla bir basdırdılar. Daha sonra isə bütün aftafaları sndırıb bütün ayaq yollarını dağıtdılar. Böyük bir şənlik başladı. Onlar bayraqlarının üstündə təmiz dal şəkli qoydular. Bu onların dallarının heç vaxt çirkli olmadığının rəmzi oldu. Sonra televiziyalarda məşhur müğənnilər göz yaşları və utanc ilə sonuncu dəfə nə vaxt ayaq yoluna getdiklərini danışdılar.
“Xanım, siz gənc yaşlarınızda ayaq yoluna gedirdiniz?
– Bəli, çox utanıram indi bunu etiraf etməkdən, amma mən doğrudan da ayaq yoluna gedirdim. Hər dəfə söz verirdim, amma hər dəfə qarnım dolanda özümü saxlaya bilməyib ayaq yoluna gedirdim. Lakin bir gün ayaq yoluna böyük bir güzgü qoyub öz halıma baxdım. Ayaq yoluna gedərkən olan halıma baxdım. Onda özümə nifrət elədim. Və başa düşdüm ki, bizim millətə belə namussuzluq yaraşmaz, biz təmiz və günahsız, namuslu və qeyrətli olmalıyıq. O gün-bu gün ayaq yolu mənim üçün bitib.
– Neçə il olar təxminən?
– 5 ildir ki, mən ayaq yoluna getmirəm.
– Alqışlar, bizim dahi sənətkarımız 5 ildir ki, ayaq yoluna getmir”.
Bundan sonra dərsliklərdə ayaq yolunun pis cəhətləri haqda mətnlər uşaqların beyninə dolduruldu. Daha sonra ayaq yoluna gedən qızlara namussuz deyilməyə başladı. Daha sonra bütün xarici filmlərdəki ayaq yolu səhnələri kəsilib uşaqların tərbiyəsini pozar deyə, qadağan olundu. Bütün kitablardan ayaq yolu sözləri çıxarıldı. Bu şəhər məni çox təəccübləndirdi. Mən yolçudan yolu öyrənib ora getdim.
Şəhərə girən kimi əski ilə burnumu tutdum. Bütün şəhər iy verirdi. Hər yerdən iy gəlirdi. Amma bütün insanlar buna baxmayaraq çox rahat idi. Əvvəlcə mən elə bildim ki, yalnız mənə bu iy gəlir. Amma sonra başa düşdüm ki, onlar sadəcə bu iyə öyrəşdiyindən onu hiss etmirlər. Sonra restoranların birində əyləşib qarşı masadakı adamlara baxdım. Onlar qaqqıldayır, pivə içir və domino oynayırdılar. Elə bu an restoranın qapısı açıldı və içəri gözəl bir xanım girdi. O, içəri girən kimi qarşı masadakı kefi kök kişilərin qaşqabağı yerə-göyə sığmadı. Onlardan biri qışqırdı:
– Aftafalı əllərinlə bizim restoranın qapısını açma! Mundar, namussuz, qeyrətsiz, geridəqalmış!!!
Xanım qəmli gözləri ilə onları süzüb başını aşağı saldı. Elə bu an kişilərdən biri pivə şüşəsini onun başına atmaq üçün ayağa qalxdı. Mən tez onun qarşısını alıb enli qollarını nazik əllərimlə saxlamağa çalışdım:
– Eləmə! Sakitləş!
O mənə baxıb yekə qarnının bir hissəsini yağlı masaya söykəyib dedi:
– Sən buna bir bax. Tualetə gedən namussuzu qoruyur. Bilirsən o yemək yeyəndən sonra nə oyunlardan çıxır?
– Nə?
– O tualetə gedir. Eşidirsən? Deyilənə görə, xaricdən özünə aftafa alıb, evində də unitaz qoydurtdurub. Mundarın biri, mundar! Bizim təmiz qızlar kimi deyil o – çirklidi!
Mən gülümsəyib ona dedim:
– Guya sən heç tualetə getmirsən?
Bundan sonra heç nə yadımda qalmayıb. Bircə onu bildim ki, başıma iri bir şüşə dəyib çilik-çilik oldu. Özümə gələndə məni artıq məhkəməyə hazırlayırdılar. Mən çığırırdım.
– Niyə? niyə?!
Bütün zaldakı adamlar və hakimlər mənə tərs-tərs baxdılar. Onlar mənim əllərimi bağlamışdılar. Sonra bir nəfər ayağa durub mənə yaxınlaşdı.
– Dünən saat 17 radələrində siz restoranda namussuz, cinayətkar bir qadınla əlbir millətin namusu və müqəddəs dəyərlərini alçaltmısınız. Siz cinayətkarın qarşısını almağa çalışan bu qeyrətli vətəndaşın əlini sındırmaq istəmisiniz. Sizi vətən xaini elan edirik. Mən əsəbiləşib ayağa qalxdım.
– Ey siz, axmaqlar, cahillər, yalançılar! Guya siz özünüz ayaq yoluna getmirsiniz? Bəs yediyiniz haradan çıxır? Sizin bütün şəhəriniz iy verir. Hara gedirdim ağacların dibində nəcis var idi. Guya siz özünüz bulamırsınız? Hə? Nə namusdan danışırsınız? Nə qeyrətdən, müasirlikdən danışırsınız. Biz hamımız insanıq, hamımız da ayaq yoluna gedirik. Açıq, ya gizlin. Bunu gizlin edəndə siz namuslu olursunuz? Hə? Ayaq yoluna getməyən insan yoxdur. Əgər bu günahdırsa, əgər bu cinayətdirsə, onda niyə bütün insanlar belə yaranıb, hə? Siz öz hisslərinizi, öz arzularınızı öz ehtiyaclarınızı özünüzdən gizlədirsiniz. Siz ölü şairlərin, məktəb kitablarının, valideynlərin və cəmiyyətin qulusunuz. Onlar sizi idarə edir. Siz həmişə günahı başqalarında görürsünüz. Siz də aftafa almaq istəyirsiniz, amma utandığınız üçün gizli də olsa, çirkli gəzməyi ondan üstün tutursunuz. Və sizin arzuladıqlarınıza sahib olanları məhv edirsiniz. Yazıq millət, başıboş xalq. Siz hamınız ayaq yoluna getməsəz də...
Elə bu an hakim çəkicini vurdu. Məhkəmə işi sona çatdı. İnsanlar oturacaqlardan durub yavaş-yavaş dağılışmağa başladılar. Oturacaqlarda qalmış sidik-nəcisin iyi bütün zalı götürdü. Kimlərsə gizlicə bunu masanın altında edirdi, kimlərsə elə şalvarlarını çıxarmamış. Kimlərsə arxalarına torba bağlayırdılar. Kimlərsə ovuclarına götürüb oturacağın arxasına sürtürdülər. Kimlərsə eləyib qurtaran kimi, qaçıb polis çağırırdılar.
“Bura baxın, bura baxın kimsə bulayıb”.
Mən isə bir gün sonra zindana salındım. Deyilənə görə, bir neçə gün sonra o qızı kəndirdən asıb, ocaqda yandırdılar. Deyilənə görə, bir neçə gün xalq mənim ölümümü istəyib zindanın darvazalarını döydülər.
“Ayaq yoluna gedənlərə ölüm, namussuzlara, alçaqlara, çirklilərə, kafirlərə, geridə qalmışlara ölüm!!!”
Zindanda mənimlə bir başqa adamlar da qalırdı. Hərdən təzə adamlar gəlir və mənə digər şəhərlər haqda danışırdılar. “Fahişəlik etməyənlər şəhəri”, “İçki içməyənlər şəhəri”, “Rüşvət almayanlar şəhəri”, “Millətçilər şəhəri”, “Dindarlar şəhəri”, “Demokratik insanlar şəhəri”, “Xoşbəxt ailələr şəhəri”, “Milli musiqini sevənlər şəhəri”, “Bir-birinə xəyanət etməyən sevgililər şəhəri”, “Porno filmlərə baxmayanlar şəhəri”, “İtirilmiş torpaqları həqiqətən qaytarmaq istəyənlər şəhəri” və daha hansı tanımadığım gözəl şəhərlər."
Qaraqan
5 notes · View notes
Video
youtube
Qalaktikamızın mərkəzindəki nəhəng “Qara dəlik”
1 note · View note
windeslamarin · 5 years
Text
Sadəcə birisinə “əsir qalmaq”, sadəcə onun varlığıyla var ola bilmək; yalnızlığın ən ağrısız və ən gözəl növü budur bəlkə də. O olmadan da yaşamaya əksik də olsa davam edə biləcəyin halda onunla var olmağı seçmək. Onun sizə ya da sizin ona sahib olmağınızdan çox uzaq bir şeydir bu, bu, azadlığın əlinizdən alınması da demək deyil. Elə düşünənlər üçün sadəcə həqiqətən sənə axtardığın sevgiyi verən, bütün ruhunu önünə sərməyi gözə aldığın birisinin varlığı qarşısında azadlığın belə o qədər önəmli olmadığını demək istəyirəm. 
Dünya bir zamanlar yaşamış olan insanların hekayələri, fikirləri, qayda-qanunları ilə doludur. Dünya bir düşüncələr cəhənnəmidir. Və bütün hər şeyin mərkəzindəki tək şey, sevgidir. Bütün düşüncələrin mərkəzində sevgi vardır. İnsanın tək axtardığı şey əksik olduğu şeydir. Bu əksiklik birisi tərəfindən qapatıldığı zaman bugünə qədərki bütün düşüncələriniz məğlubiyyətə uğrayır. Bu səbəbdən gerçək eşq qarşısında dinin, irqin, görünüşün və düşüncənin heç bir önəmi yoxdur. 
17 notes · View notes
ozel-buro · 5 years
Photo
Tumblr media
Stokholmda Cocuk Bayrami Kecirildi SAF-n rəqs qrupu Stokholmda Kral bağını lərzəyə saldı+video Bu gün 2019-cu il aprelin 21-i Stokholmun mərkəzindəki Kral bağında Uşaqların Kultur festivalı keçirildi.
0 notes
metbuat · 2 years
Text
İstanbulda metroda yanğın baş verib
İstanbulda metroda yanğın baş verib
İstanbulun mərkəzindəki Haliç metro stansiyasında yanğın baş verib. Bu barədə NTV kanalı məlumat yayıb. Qeyd olunur ki, Haliç boğazı üzərində yerləşən metro stansiyasında elektrik kabelləri yanıb. Yerli vaxtla saat 10:15-də yanğınsöndürənlərə platformanın altından tüstünün çıxması barədə məlumat daxil olub. Yanğının qarşısını almaq üçün hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yaranmış…
Tumblr media
View On WordPress
0 notes
5mertebe · 7 years
Text
danışıla bilinməyənlər [10]
Eyni otağın içində keçmiş günlərin sonunda dəli olmamaq üçün özümü çölə atıram. Qarşılaşdığım ilk seçim blokdan çıxıb sağa yoxsa sola getməli olduğumdur; bu dəfə sola gedirəm. This time I have an agenda; the goal is to capture something real about this place. Setka ilə hasarlanmış tikinti sahəsinin yanındakı cığırla daralmış sahilə düşürəm, burada qorunub saxlanmış keçmişin yosun və kanalizasiya qoxusu bir az irəlinin steril, gözqamaşdıran işıqları qarşısında pərdə çəkmir, əksinə, keçən zamanı göz önünə sərir. Sahil boyu balıqqulağıları, yumşaq qum və plastik tullantıları arası ilə üzü Novxanıya tərəf hərəkət edirəm, bir gözüm isə yolun sağında Coratın girəcəyini axtarır. I turn around to look at the city in the distance, the buildings, the progress left behind. How far away does one have to go in order to dwarf the buildings that dwarf their inhabitants? Dənizin içində belinə qədər suda olan anonim qara siluet ancaq özünün başa düşə bildiyi və ancaq mənim izləyəcisi olduğum bir rəqsi yerinə yetirir; əlləri ilə havada qövslər cızır, bunu edərkən suyun dalğalanmamasına diqqət edir. Dəmir setkadan hasara güc gəlirəm, asanlıqla qırılmadığını yəqin etdikdən sonra keçib qarşısında otururam üzü dənizə, çox yaxında başqa bir balıqçı dənizə girir, velosipedini ləpədöyəndə qoyur və əynində paltarı, belində sumkası ilə suya girir. Uzun müddət dalınca baxıram, getdikcə kiçilir və nöqtəyə çevrilir, yerimdən durub yoluma davam edirəm.
“Hey, didn’t you see that no trespassing sign over there, what you doing here?”
“I did”
“What you doing here then?”
“Trespassing.”
Coratın girişindən karandaşla tünd göy arxa plana çəkilmiş kabel və turbaların göstərdiyi yolla yuxarı çıxıram. Every now and then, one finds oneself outside of the zone that she usually occupies; she penetrates the unknown territories with eyes wide open, piercing through bodies of dark strangers, yellow brick walls, eager to carve as much as she can of the scene in her memory. Coratı videoya çəkmək üçün kəşfiyyat yürüyüşündəyəm. Həyatımın böyük hissəsini buradan 4 km uzaqlıqda keçirməyimə baxmayaraq, bu yollara ayaq basmamışam. Birdəfəlik kompensasiya üçün kənd mərkəzindəki çayxanaya girib 1 manatlıq çay istəyirəm. Fred Nelsonun da dediyi kimi ətrafdakı hər şeyin özünəməxsus ritmi, zamanda rəqsi var. Fred Nelson Coratda çayxanada olmayıb amma. Olsaydı, taxta üzərində step yox, nərd oynayardı, çayxanadakı yoldaşlar kimi. Girişində naməlum birinin portreti asılmış çayxanada zərlər atılır, daşlar şimşək kimi taxtalara çırpılır. Gombul bir daydayın öz eni üçün zərgər dəqiqliyi ilə hazırlanmış qapıdan sıyrılmasını təqdir edirəm; hər gün bu qapıdan keçə bilməsi üçün ciddi bir dieta saxlamalıdır, bunu özü mənə deyir, oğraşdı yalan deyən, avakado çox əhəmiyyətli rol oynayırmış dietasında daydayın (Fred Nelson məşhur biri deyil, onu Googleda axtarmayın).
Qayıdanbaş Coratın içindən keçib 6-cı mikrorayona girirəm, çünki Sumqayıtın içində gəzmək üçün Piri Rəis olmağa ehtiyac yoxdur. Bir zamanlar geniş olan həyətlərin içindən, 6-cı mikrorayonla dənizin arasını zəbt eləmiş binaların arasından ayla işıqlanmış dəniz mənzərəsi açılır. Xırda kafellərlə üzlənmiş, baxımsız, amma böyük pəncərəli məktəb binasına baxanda Slavs and Tatarsın Molla Nəsrəddin jurnalı ilə bağlı hazırladıqları kitaba verdikləri ad yadıma düşür: Molla Nasreddin: The Magazine That Would’ve, Could’ve, Should’ve. Behind this disintegrating façade sleeps a patient monster with one ear listening, the other in deep sleep. Həyatımın böyük hissəsini buradan 2 km uzaqlıqda keçirməyimə baxmayaraq, bu yollara da ayaq basmamışam. Amma bir az qabaqdakı idman mərkəzində ora-bura şıllaq ata-ata illərimi boş yerə çox xərcləmişəm, əvəzində Subhan kimi sənətlə məşğul olub normal bir adam ola bilərdim məsələn (are you reading this mother? You, father, are you there?). İdman mərkəzinin böyründəki xırda dalandan keçib Cəlil Məmmədquluzadənin büstü olan xırda parka tərəf düşürəm pilləkənlə. Cəlil bütün şəkillərdə, heykəllərdə nədənsə keçəl göstərilir, ola bilsin ki, onun saçı olanda bu ölkədə fotoqraf olmayıb. Belə baxanda, ümumiyyətlə bir adamın görünüşünü ölümsüzləşdirəndə, məsələn qəbri üçün şəkil seçəndə görəsən hansı kriteriyalardan istifadə olunur? Ən çox yazı yazdığı, ən çox sevişdiyi, ən çox idman elədiyi vaxtı?
1 note · View note
todaysazerbaijan · 5 years
Text
İranda sərnişin təyyarəsi avtomobil yoluna endi
İranda sərnişin təyyarəsi avtomobil yoluna endi
İranda sərnişin təyyarəsi Məhşəhr şəhərinin mərkəzindəki avtomobil yoluna təcili eniş etməyə məcbur olub.
“Caspian Airlines” şirkətinə məxsus hava gəmisində 135 sərnişin olub.
Təyyarənin hansı səbəbdən təcili eniş etdiyi hələlik məlum deyil.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Təyyarə Tehrandan Məhşəhr şəhərinə uçurmuş.
Todays.az
View On WordPress
0 notes
istixeber-blog · 6 years
Text
Azərbaycanlı iş adaml əvvəl damarlarını doğradı sonra özünü binadan atdı.
Azərbaycanlı iş adaml əvvəl damarlarını doğradı sonra özünü binadan atdı.
30 yaşlı Hüseynov dönərçinin qarşısına düşüb
Türkiyədə oteldə qalan azərbaycanlı gənc intihar edib. İstixəbər.info İstiPresə istinad edərək xəbət verirki, hadisə Yalova şəhərində baş verib. 30 yaşlı H.Hüseynov adlı şəxs şəhərin mərkəzindəki otellərdən birində məskunlaşıb.
Adıçəkilən şəxs əvvəlcə hamam otağındakı güzgünü sındırıb. Şüşə parçaları ilə qol və boyun damarlarını kəsib. Bundan sonra…
View On WordPress
0 notes
vekilamidaskerov · 6 years
Photo
Tumblr media
Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarında iştirak etmək istəyən şəxslər 20.12.2018-ci il tarixədək Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərlər. Qeyd: 1. İmtahan mərkəzindəki kompüterlərin sayı nəzərə alınaraq Mərkəzdə 180 nəfərədək namizəd imtahan verəcəkdir. Bu səbəbdən daxilolma tarixi/vaxtı üzrə ərizələri qəbul olmuş ilk 180 namizəd imtahana buraxılacaqdır. İmtahana dəvət olunacaq şəxslərə müraciətləri daxil olduğu gün 23.12.2018-ci il tarixdə keçiriləcək imtahanda buraxılıb-buraxılmamaları barədə məlumat veriləcəkdir. Qeyd olunan tarixə imtahana buraxılmamış şəxslər ardıcıllıqla növbəti aylarda keçiriləcək imtahanlarda iştirak üçün dəvət olunacaqlar. 2. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanun 13-cü maddəsinin tələbinə əsasən, bundan əvvəlki qəbul imtahanında (28.01.2018) iştirak etmiş və imtahanı müvəffəqiyyətlə keçə bilməmiş şəxslər 23.12.2018-ci il tarixdə keçiriləcək imtahanda iştirak etmək üçün sənəd qəbulunda iştirak edə bilməzlər. (at Baku, Azerbaijan) https://www.instagram.com/p/Bqd7QYBlZ3C/?utm_source=ig_tumblr_share&igshid=nkzmn81aet0e
0 notes
elnur · 7 years
Photo
Tumblr media
Siyasi məhbuslara azadlıq! Bu şüar Barselonanın mərkəzindəki Kataloniya meydanında asılıb! Meydanda bir qrup aktivist isə çadırlar qurub, həbsdə olan katalan siyasətçilərinin azadlığa buraxılması üçün öz etiraz aksiyalarını dinc şəkildə davam etdirirlər. Bildiyiniz kimi, 2017-ci ilin sonlarında Kataloniya Muxtar Vilayətində müstəqilliklə bağlı referendum keçirilmiş, katalanların böyük əksəriyyəti müstəqilliyə səs verməklə İspaniyadan ayrılmağın tərəfdarı olduqlarını göstərmişdilər. Lakin, İspaniya höküməti referendum rəsmiyyət qazanmadan nəticələri tanımadı və katalan nazirləri, siyasətçiləri separatçılıqla ittiham edərək həbs etdi. Lakin bu gün də bütün Kataloniyada əksər evlərdə Kataloniyanın bayrağı asılır və müstəqillik tərəfdarların çoxluq təşkil etdiyi aydın hiss olunur. Kataloniya əyaləti, İspaniya iqtisadiyyatında əhəmiyyətli yerə və rola sahibdi, əyalətin hər il büdcə artığının Madridə göndərilməsi əhalini daha da qıcıqlandırır. Kataloniyanın Aralıq dənizi sahillərində yerləşməsi, onun turistik cazibəsini daha da artırır, bu da ildə yüzminlərlə, bəlkə də milyonlarla turist deməkdi. Həm Fransa, həm Andorra ilə sərhədlərinin olması da bu əyaləti daha da stratejik edir. Bu gün Avropa Birliyi, ona üzv ölkələrin parçalanmasına, kiçik dövlətlərin yaranmasına qarşıdır. Amma sabahı bilmək olmaz. Avropa Birliyi daxilində ciddi siyasi, iqtisadi çaxnaşma yaşanarsa, həmçinin katalanlar bu əzmkarlıqlarını qorusalar müstəqil olmaları uzaqda deyil. Əgər bu baş versə, biz qərbi Avropada üç ölkə ilə (Fransa, Andorra və İspaniya) və bir dənizlə (Aralıq dənizi) sərhədləri olan yeni müstəqil bir ölkəni görmək heç də xəyal deyil. (à Plaça de Catalunya)
0 notes
zekiyuncuoglu · 7 years
Photo
Tumblr media
Bana Bak Bana LAN ORTALIKTA TÜRKÇÜLÜK YAPIYORUM DİYE ORYANTAL YAPAN KUNDUZİ/LER; TÜRK'ÜN, TÜRKÇÜLÜK VE TÜRKLERİN TANRI EMRİ İLE KADİM ÜLKÜSÜ TURAN YANİ KIZILELMA YANİ BÜYÜK TÜRK BİRLİĞİ ÜLKÜSÜ ÜZERİNDEN SİZE KİRLİ KAZANIMLAR, RANT SAĞLAMAM, SAĞLATMAYACAĞIM DA ANT OLSUN!!! GİDİN SÖYLEYİN O RUSYA'DAKİ, O AMERİKA'DAKİ; O KONSOLOSLUKLARDAKİ, PATRİKHANEDEKİ, SİNAGOKTAKİ O ARADA GİDİP GELDİĞİNİZ MARİOT'DAKİ RÜTBELİLERİNİZE VE ADINI BURADA ZİKRETMEYECEĞİM 5 İŞ MƏRKƏZİNDƏKİ SƏRMAYƏ PATRONLARI, AĞA PAŞALARINIZA; ANTAKYA, TRABLUS VE AKKA'DAKİ TAPINAK ŞÖVALYELERİ KOMUTANLARINIZA "ZEKİ BÖYLE BÖYLE DİYOR, BİZ NERESİYİZ, BU ADAM NE Kİ TEK BAŞINA ESİYOR GÜRLÜYOR YOKSA BİZ NE ALEMDEYİZ? DİYE SORUN, ÇABUK HEMEN DANIŞIN; MUM SÖNDÜ KEFERELER MUM SÖNDÜ, HADİ BAKALIM KİM KİMİ ÖPECEK GÖRELİM; ANT OLSUN! #ANTOLSUN_ANTOLSUN_TÜRKLERİN_ADALETGÜNÜNE_ANTOLSUN🤘☣️🤘 #ZEKİYÜNCÜOĞLU☣️ #VELZEVUL_UN_KELLESİ_ELİMDE_ANT_OLSUN! 🤘 ☣️ 🤘 (Hatay Province)
0 notes
balbash · 7 years
Text
Mənim də qəribə bir taleyim var: keçmişimin bütün izləri silinir. Uşaqlıqdakı yaşadığım ev, getdiyim bağça, ibtidai sinifləri oxuduğum məktəb -hamısını söküblər. Keçmiş iş yerimdə müdir demişdi ki, dövlət şəhər mərkəzindəki universitetləri söküb şəhərkənarına köçürmək istəyir. İçində mənim oxuduğum universitet də vardı. Heç təəccüb etmədim. Bu yaxınlarda anladım ki, çoxdan bəri axtardığım iki albomumu köç zamanı itirmişəm: içində bütöv bir gəncliyim vardı. Hərdən mənə elə gəlir ki, dost-tanışlarımı itirməyimin də səbəbi mənim bərbad münasibət anlayışlarım deyil, taleyimin keçmişlə yola getməməsidir. Bu bazar Orhanla 8-ci kilometrin küçələrində gəzəndə uşaqlığında gəzdiyi küçələrdən keçməyin onu necə xoşbəxt etdiyini görüb sonsuz paxıllıq hissinə daldım. Necə bir hissdir bir yerə aid olmaq?!
0 notes
listeliyi · 8 years
Link
via Qadın taksi sürücüsü: "Məni boğub, avtomobilimi əlimdən almaq istədilər" - FOTO http://ift.tt/eA8V8J Paytaxtda taksi sürücülüyü ilə məşğul olan qadınların sayının get-gedə artması bu sahədəki xidmətdə də yeniliklərin çoxalmasına səbəb olur. Xanım sürücülər şəhərimizin müxtəlif yerlərində fəaliyyət göstərərək hər gün sərnişinlərə xidmət göstərirlər. Belə xanımlardan biri də maraqlı həyat tarixçəsi olan və artıq bir neçə ildir taksi sürücüsü işləyən 47 yaşlı Zərifə Quliyevadır. "Yeniyetmə yaşlarımda atamın avtobusunu sürürdüm" Wsemir.com report.aza istinadən bildirirki Z.Quliyeva report-a açıqlamasında bildirib ki, əvvəllər bağçada anası ilə birlikdə aşpaz işləyib: "Valideynim işdən çıxandan sonra mən də bağçadan uzaqlaşdım. Bir müddət ticarət mərkəzlərindən birində satıcı işlədim. Sonra mağazalardan birini icarəyə götürdüm. Ancaq qazancım çox az idi və icarə pulunu çətinliklə ödəyirdim. 1990-cı ildə ailə həyatı qurdum və sonra iki övladım dünyaya gəldi. Lakin həyat yoldaşım dünyasını dəyişdikdən sonra çətinliklərlə üzləşdim, maddi sıxıntılarım yarandı. Ticarət mərkəzindəki işçilərin yeməklərinin, çörəklərinin qalıqlarını yemək üçün onların evə getmələrini gözləyirdim. Bu yolla heç olmasa övladlarıma təzə çörək gətirim. Hər gün ağlaya-ağlaya işə gedirdim". Onun sözlərinə görə, taksi sürücülüyü ilə məşğul olması təsadüfən baş verib: "Bir gün səhər işə gedəndə Allaha "İlahi, məni daim mənə dəstək olan insanla qarşılaşdır" deyə dua etdim. "Məşədi" ləqəbli bir sürücü ilə tanış oldum. Maddi sıxıntı içində olduğumu görüb, "daha işləmə, sənə kömək edərəm" dedi. Sağ olsun, mənə maddi yardım etdi. Mən də torpaq sahəmi satıb onun "Jiquli" avtomobilini aldım. Yeri gəlmişkən, mənə sürücülüyü hələ uşaq yaşlarımdan atam öyrədib. Hər gün küçəmizdə onun sarı rəngli "PAZ" avtobusunu sürürdüm. Yəni 33 illik təcrübəm var idi. Ona görə də Məşədidən aldığım avtomobili sürməkdə çətinlik çəkmədim". "Maşınıma pis niyyətlərlə əyləşən müştərilər çox olub" Z.Quliyeva Məşədinin ona Kürdəxanı İstintaq Təcridxanası yaxınlığında taksi sürücüsü işləməyi təklif etdiyini söyləyib: "Onun tövsiyəsi ilə təcridxananın yaxınlığında sürücülüklə məşğul olmağa başladım. Artıq 6 ildən çoxdur taksi sürücüsüyəm. Sürücülüyə yenicə başlayanda qohumlarım etiraz etdilər. Onlar irat tutdular ki, camaat bizə nə deyər? Mən də dedim ki, bəyəm həmin adamlar həyat yoldaşım vəfat edəndən sonra mənə övladlarımı dolandırmaq üçün bircə manat da olsa yardım ediblərmi?" Qardaşı 20 Yanvar hadisəsi zamanı şəhid olan xanım sürücünün fəaliyyəti zamanı üzləşdiyi təhlükəli məqamlar da çox olub: "Bir dəfə müştəri arxadan təhlükəsizlik kəmərini boğazıma dolayaraq məni boğmaq, avtomobili əlimdən almaq istədi. Amma var qüvvəmi toplayıb özümü xilas edə bildim. Maşınıma pis niyyətlərlə əyləşən müştərilər çox olub. Allaha şükürlər olsun ki, özümü qoruya bilmişəm". "Polis benzin almaq üçün 10 manat verdi və bir də qaydaları pozmamağı tapşırdı" Z.Quliyeva deyib ki, əvvəllər yol hərəkəti qaydalarını pozsa da, yol polisləri ona güzəşt ediblər: "Bir dəfə qoşa xəttin üstündən keçdim və yol polisi məni saxladı. Maşındakı müştəri isə düşüb başqa avtomobilə mindi. Mən də maşında benzinim azdır, 10 manat pul qazanacaqdım, ona da imkan vermədiniz deyərək narazılığımı bildirdim. Polis də cibindən 10 manat çıxarıb verdi və bir də qaydaları pozmamağı tapşırdı. Yanacaqdoldurma məntəqələri də mənə güzəşt edirlər. Həta avtomobilimə benzini nisyə vurduqları vaxtlar da olub. Mən də pul qazanan kimi gətirib borcumu qaytarmışam". "Taksi sürücülərinin yazılmamış qayda-qanunları var" Onun sürücü işləməsi Kürdəxanıdakı kişi həmkarları üçün də faydalı olub: "Bilirsiniz neçə dava-dalaşın qarşısını almışam? Bəzən elə olub ki, başqa sürücülər bizim dayandığımız yerə gəliblər. Sürücü yoldaşlarıma demişəm ki, onlara mən cavab verəcəyəm. Siz cavab versəniz, dava olar, qan düşər. Davaya gələnləri xoş sözlə yola salmışam, çıxıb gediblər. Ümumiyyətlə, taksi sürücülərinin yazılmamış qayda-qanunları var. Əgər kimsə hansısa ərazidə dayanıb müştəri çağırırsa, gərək sən avtomobilini onun maşınının yanında saxlamayasan. Çünki bununla həmin sürücüyə mane olursan. Paytaxtda nə qədər yer var, həmin ərazilərdə gedib pul qazanmaq olar. Hətta bəzən qadın taksi sürücülərinin mənimlə yarışmaq istədikləri də vaxtlar olub. Mən də şərt qoymuşam ki, uduzan avtomobilinin açarlarını qoyub gedəcək. Otuz üç illik təcrübəmin olduğunu biləndə çıxıb gediblər". "Övladlarımdan birini bu avtomobillə pul qazanıb gəlin köçürdüm" Z.Quliyeva vurğulayıb ki, hər il xeyriyyə aksiyası da keçirir: "İldə bir gün səhərdən axşama qədər Kürdəxanı İstintaq Təcridxanasına pulsuz sərnişin daşıyıram. Bəzən qocalar, cavan qadınlar yaxınlaşaraq pullarının olmadığını deyiblər və onları Kürdəxanıdan "Koroğlu" metro stansiyasının qarşısına pulsuz aparmalarını xahiş ediblər. Mən də razılaşıb aparmışam. Ancaq yolda müştəri əl edib saxlayarsa, onu da götürəcəyimi şərt kimi qoymuşam. Kürdəxanı İstintaq Təcridxanasından azadlığa buraxılan neçə məhkumu evinə aparmışam. Onun yaxınları, ailə üzvləri sevindiklərindən mənə 2-3 dəfə artıq gediş haqqı veriblər. Yeri gəlmişkən, bu maşınla sürücülük edib təkcə öz ailəmi deyil, doğmalarımın da ailələrini dolandırmışam, hətta ehtiyacı olanlara borc pul vermişəm. Bəzən müştərilərimə tapmaca deyirəm. Əgər açmasını tapsalar, onları pulsuz aparıram. Əvvəllər qazancım yaxşı olub. Bəzən gündəlik 40 manat qazanmışam. Əgər yaxşi qazanmasaydım, qohumlarıma maddi kömək edə bilməzdim. Amma indi müştərilərin sayı azalıb. Bu, mənim dördüncü avtomobilimdir. Övladlarımdan birini bu avtomobillə pul qazanıb gəlin köçürdüm. Digər övladım hələ subaydır. Mənə hətta avtobus sürücüsü işləməyi də təklif ediblər, amma imtina etmişəm".
0 notes