Tumgik
#mərhələdə
metbuat · 2 years
Text
Püşk:
Noyabrın 3-də 19 yaşadək futzalçılardan ibarət komandalar arasında 2023-cü il Avropa çempionatının ilkin və əsas mərhələsinin püşkü atılacaq. Metbuat.org xəbər verir ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Azərbaycanın U-19 yığması yarışa əsas mərhələdən start verəcək. Cari mövsümdə 36 komanda iştirak edəcək ki, onlardan ev sahibi Xorvatiya mübarizəyə ancaq final…
Tumblr media
View On WordPress
0 notes
psixologiyaze · 11 months
Note
Bunu mənə psixoloqum bir yaxınımla həm aramı düzəltmək, həm də ona bəzi "sərhədlərimi" bildirmək üçün münasibətimizdə bu üsulu tətbiq etməyi məsləhət görmüşdü. "Sandwich" :) ağıla ilk 2 çörək arası hazır ara yemək gəlir, elədir? İlk öncə çörəyi qoyuruq - bu, qarşı tərəfin eşitmək istədikləridir: onun nə qədər dəyərli olduğu, onunla necə xoş olduğu, münasibətlərin önəmli olduğunu filan deyirsiz. Sonra içinə sizin istədiyiniz "ərzaqları" yığırsız - bunlar isə, sizin demək istədikləriniz, lakin onun üzərindən hücumə keçmədən bildirmək istədikləriniz, ya da belə deyək "ammalarınız": amma mənim xoşuma gəlmir aramızdakı soyuqluq filan, sirlərimi hər yerdə paylamağın xətrimə dəyir kimi. Sonda isə yenə eyni qaydada "çörəyi" qoyub qarşı tərəfə təqdim edirsiz.
Doğrudur. İlkin mərhələdə ən uyğun və ideal görünür. Sadəcə bu davamlı güvəniləcək bir metod olmuya bilər ki “əldə etmək istədiyinlə” “sənə ən uyğun olan” arasındakı fərqdir. Nə kimi ? Məsələn manipulyasiya əvəzinə ilk tanışlıq olan ilk 3 ay yeni hisslərə və həvəsə qapılmadan olduğun kimi qarşındakı ilə danışmaq. Virtual deyil real zaman keçirmək, biryerlərə getmək vəya işlərinizi bərabər görmək (alışverişə birlikdə getmək və s.) təbii ortamın yaranması üçün idealdır. Ən azından bir zaman sonra “məcburiyyətlər” , “qəbullanmaqlar” və “dəyişimlər” sizi incitməkdənsə ortada qarşılıqlı hörmət və uyğunluq olar.
11 notes · View notes
mellowyouthkid · 1 year
Text
Boşanmalara səbəb... Çünki,sadəcə olaraq bir-birilərini zahiri,maddi tərəfdən tanısalarda, mənəvi tərəfdən tanıyıb bilməməkləri əsas durur,sonrakı mərhələdə isə maddiyyat,məcburi şəkildə ailə həyatı qurmaq kimi məsələlər durur. acınacaqlı tərəfidə budur ki,ölkədə ailə psixoloqları olsa da,boşanmadan öncə onlara müraciət etmək əvəzinə,falçıya falan müraciət edirlər.Artıq o dərəcəyə çatıb ki,ölkədə hər saata 2-3 boşanma düşür.
7 notes · View notes
minavenera · 4 months
Text
Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media
Kitabın axırları məni ağlattı. Nietzsche kimi ketum bir insanın belə öz qabığından çıxıb ən dərin hislərini belə ifadə edəbilməyi, insanın özünü azad etməsinin ən möhtəşəm nümunəsidir.
Əsl azadlıq içindəkiləri qorxusuzca olduğu kimi ifadə edəbilməktir. Xüsusən emosiyaları. Biz insanıq. biz 50 faiz düşüncə 50 faiz hislərdən ibarətik. Hislərə aid olan 50 faizi dərinlərə basdıranda bir tərəfimiz daim boş qalır. Ketum olmaq,qabığ bağlamaq,incinməktən qorxub daim hisləri bir qutuya həbs edib açarıda dənizə atmaq insanı narsizimə gəlib çıxarar bu da ölənə qədər əzab içində yaşamaq deməkdir. Narsist insanlar xoşbəxt insanlar deyil. Çünkü həm xəstə olduqlarını bilmirlər həm də ətrafdaki hərkəsə əziyyət edirlər,xüsusən onları sevən insanlara.
Resident evil daki virus kimi, bədənə yavaş yavaş yayılır həmən his sandığını buz bağlayır və yeriyən buz parçası olursuz. Soyuqluğunuzda sizə sevgi vermək istəyən,sizi istilətmək istəyən insanlarin istiliyini soyudur,yox edir.
Heç kimin buna hakkı yoxdur. Lou Salome nin qismən narsist bir qadın olduğunu düşünürəm. Elə bu hissiyatsızlığı, sandığa qoyduğu hisləri də Nietzsche nin həssas qəlbini incidib. Çünkü bir narsisti sevmək bir divarı sevmək kimidir. Ona görə də münasibəti bitirmək lou üçün siyasi bir akt olub. O heç bilməyib necə hiss etmək lazımdır çünkü həmən hislər sandığdadır.
Nietszche nin edəcəyi ən gözəl hərəkət o olardı ki, o hislərindən utanmayıb əksinə fəxr edərdi ki belə gözəl sevəbilmə gücünə malik bir kişidir. Baxmayaraq ki kişilər adətən kasıbdır bu hislərdən hətta çoxsu ölənə kimi heç vaxt bilmir həqiqi sevgini,eşqin içində üzəbilməyi.
Və, o Lou nu ondan istifadə etməklə günahlandırır, istifadə edilmişlik hissiylə lou ya nifrət bəsləyir bu da hislərini canlı saxlayır. Şəxsən istifadə edilmişlik hissini çox gözəl bilirəm. Amma daim, hardasa bir xeyirin gəlir ki razı olursan. Verdiyindən azını aldığın üçün istifadə edilmiş hiss edirsən. Nietszche öz zəkasının gücünü,öz dəyərini bilsəydi,anlasaydı bu hiss hissetməzdi. Çünkü istifadə edilmiş hissetmək özünü qurban roluna qoymaqdır. Mən bu hissi artıq hissetmirəm, çünkü məndən istifadə edəbiləcək gücdə bir zəkayla hələ ki tanış olmamışam. Nə etmişəmsə istəmişəm etmişəm olabilər çox verib az almışam amma bunu mən seçmişəm.
Bu o demək deyil ki daim səndən daha ağıllı biri səndən istifadə edəbilər. Xeyr. Vicdan sahibi olan hərkəs, hardasa vicdanının qurbanı olur. Amma ağıl ilə, harada vicdanlı harada ketum olabiləcəyini anlamaqdır. Bəlkə də çox insan tərəfindən, soyuq,buz kimi bir insan olaraq anılmağım bundandır. Hərkəsə yazığım gəlmir,vicdanım sızlamır. Bəzi insanların incinməsindən hətta həzz alıram bu da içimdə ki narsizmdən gəlir amma bunu rahatca etiraf etməyimdə vicdanımdan gəlir.
Nietzsche də bunu başadüşməliydi. Salome sırf ondan istifadə etməyə gələn bir caduqar,ovçu deyil idi. Salome də ov idi. Narsist bir ov. Başqa bir ovçu tərəfindən yaralanmış bir ov.
Sırf bir başqası onu yaraladığı üçündə onu sevən hərkəsə saldırırdı. Bu ədalətsizliktir. Ümumiyyətlə kimləsə müqayisə edilmək ağrı vericidir. Hələ ki, heç xəbərin yoxdursa qarşındaki beynində səni hansı qadınla,hansı kişiylə müqayisə etdiyini, bunu sadəcə əsla yalan danışmayan gözlərdən anlamaq olur. Ona verilən vicdan,sevgi,dəyər sənə verilmir. Tanımadığın birilərin etdiyi səhvin cəzasını sən çəkirsən. Salomenın nietzsche ə elədiyi ədalətsizlik buradadır. Amma heç bir insan bu rəftara layiq deyil.
Kiməsə bir başqasının cəzasını çəkdirmək ən böyük günahlardan biridir məncə.
Nietzsche kimi həssas qəlblər qabığ bağlayıb təkliyə dəfn edilməyə layiq deyil. Qəlbimi həmişə təmiz,təravətli saxlayıram ona görə. Digər mərhələdə qabağıma çıxan ruha ədalətsizlik etməmək üçün, ona öz etdiyi düzləriylə dəyər vermək və öz etdiyi səhvləriylə cəzalandırmaq üçün.
1 note · View note
turals-posts · 5 months
Text
Almanya Azərbaycan münasibətləri yeni mərhələdə
youtube
0 notes
politiciansstuff · 5 months
Text
Tumblr media
XALQ CƏBHƏSİNİN NİZAMNAMƏSİ BİZİM EVDƏ HAZIRLANIB
FƏZAİL AĞAMALI İLƏ MÜSAHİBƏ
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az-ın redaksiyasında qonaq olub.
77 yaşlı partiya sədri Qərbi Azərbaycanda anadan olub və 90-cı illərdən bu yana siyasətdədir. O, parlament seçkiləri, rəhbərlik etdiyi partiyanın fəaliyyəti və gündəmdə olan digər suallarımızı cavablandırıb.
Deputatla söhbəti təqdim edirik:
- Redaksiyamıza xoş gəlmisiniz. Fəzail müəllim, səhhətiniz necədir? Növbəti parlament seçkilərində iştirak etməyi düşünürsünüz?
- Şükür yaxşıyam, amma deyə bilmərəm ki, əlayam. Seçkilərdə iştirak etməyi də, bəli, düşünürəm. Sağlıq olsun, görək, həmin vaxta qədər yaşaya biləcəyəmmi? Allah ömür verərsə, səhhətimdə hər hansı problem yaranmazsa, seçkilərdə iştirak etməyi planlaşdırıram. Reallıqlar bizə nəyi diqtə etsə, o da olacaq.
- Bir çoxları, eləcə də bəzi həmkarlarınız deyir ki, bu il növbədənkənar parlament seçkiləri olacaq. Bəs, siz necə düşünürsünüz?
- Bunu növbədənkənar parlament seçkiləri adlandırmaq olmaz. Amma mənim proqnozuma görə, bu seçkilər avqust-sentyabr aylarında ola bilər. Əslində mənim də dəqiq məlumatım yoxdur, amma düşünürəm ki, bu proses ya iyuna qədər olmalıdır, ya da keçəcək payıza. Hər halda bu il parlament seçkilərinin keçirilməsi istisna edilmir.
- Sizcə, seçkilərdə yenə 125 deputat yeri uğrunda mübarizə gedəcək?
- Bəli, fərqli olması üçün Konstitusiyaya dəyişiklik edilməli idi. Ona görə də 125 deputatla seçkilərə gedəcəyik. Əgər növbəti mərhələdə zərurət yaranarsa, dəyişikliklər edilə bilər. Amma deyim ki, Prezidentin islahatlar paketində nələrin olub-olmamasını biz deyə bilmərik, onu yalnız Prezident bilər.
- Fəzail müəllim, sizin parlamentdə bəzi çıxışlarınız müzakirələrə səbəb olur. Son çıxışlarınızın birində hərbi əməliyyatlar vasitəsilə işğalda olan 8 kəndin azad edilməsi barədə çağırış etmişdiniz. Amma hazırda 4 kənd məsələsi diplomatik yolla həll olundu. Siz bundan sonra digər 4 kəndin aqibətini necə görürsünüz?
- Mənə elə gəlir ki, bu 4 kənd də diplomatik yolla qaytarılacaq. Mən həmin fikirləri ola bilər ki, Paşinyanın çıxışlarına uyğun olaraq demişəm. Paşinyanın və digər erməni siyasətçilərin çıxışları belə deməyə əsas verirdi ki, bizi yeni müharibəyə sürükləyirlər. Bu müharibə çıxşlarını tək mən yox, digər azərbaycanlı siyasətçilərlə də edirdi. Biz bununla sübut edirdik ki, Azərbaycan xalqı həmin kəndlər üçün yenidən müharibə etməyə hazırdır. Bununla biz Prezidentin çıxışlarına dəstək verirdik. Amma hazırda proses göstərir ki, diplomatik danışıqlar yolu ilə məsələlər həll oluna bilər.
TƏBRİZ HAZIR OLSUN, ORADA MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİ QURULACAQ
- Parlamentdə çıxşlarınız zamanı bəzən Güneyli soydaşlarımıza da çağırış edirsiniz. İran - İsrail arasında hazırkı qarışıqlıq dövründə orada olan soydaşlarımıza nə demək istərdiniz?
- İndiki halda soydaşlarımıza sadəcə hadisələrin gedişini izləməyi məsləhət görürəm. Mən inanmıram ki, İsrail başladığı prosesi yarımçıq qoysun. İsrail İranla bağlı bütün qüvvələri məhv edəcək. Belə olan vəziyyətdə bizim soydaşlarımız prosesləri izləməlidirlər. Yaranmış vəziyyətdən az qurban verərk istəklərinə nail olmalıdırlar. Bu, istək həm də bizim istəkdir. Bu, Güneyin azadlığı, müstəqil dövlətin yaranmasıdır. Bu dövlət də gec-tez yaranacaq. Bundan sonra onlar da Türk Dövlətləri Təşkilatına qoşula bilərlər. Biz buna doğru gedirik. Mən soydaşlarımıza səslənirəm ki, yaxın zamanda öz dövlətləri olacaq. Çünki orada kifayət qədər güclü milli birliklər var. Proses gedir, indiki İran rejiminin çökməsinə bir şey qalmayıb. Hətta elə bir situasiya yarana bilər ki, oradakı soydaşlarımızın təhlükəsizliyini qorumaq və sahib çıxmaq üçün İrana qoşun yeridə bilərik.
- Bununla Qərbi Azərbaycan məsələsi də həll olunmuş sayılacaq, eləmi?
- Ermənistan Rusiyanın bir layihəsi olub. Biz bu gün görürük ki, Rusiya özünü sakit aparır. Amma bu sakitliyin altında nələrin olduğunu deyə bilmərik. Əslində Rusiya Ermənistana hədsiz dərəcədə qəzəblidir. Görünən odur ki, hadisələr bizim xeyrimizə hesablanır. Ermənistanın dörd bir tərəfi türklərlə əhatə olunub. Bir də görəcəyik ki, Qərbi Azərbaycanda bir dənə də erməni qalmayıb. Mən düşünürəm ki, Qərbi Azərbaycana silah işlətmədən sahib olacağıq.
- Yeri düşmüşkən, daha sizə “yeraz” demirlər ki?
- Mən düşünürəm ki, bu ifadənın artıq tarixə qovuşmasının vaxtı çatıb. Biz Qərbi azərbaycanlılar olaraq yolumuza davam etməliyik.
- Fəzail müəllim, hazırda Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. Sizcə, hazırki vəziyyətdə bu təklif qəbul edilə bilərmi və Azərbaycanın mövqeyi necə olacaq?
- Bu, çox yanlış və qərəzli münasibətdir. Hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın azad olunması üçün işlər görüb. O zaman bütün Azərbaycan vətəndaşlarına sanksiya tətbiq etsinlər. Onların bu addımına görə göz yaşı tökməli, həyacanlanmalı deyilik. Nə olur, olsun. Sanksiya tətbiq edəcəklərsə, həmin adamlara Amerikaya getməyəcəklər. Guya, general Hikmət Mirzəyevin Amerikadan ötrü ürəyi gedir? Ya da digərlərinin. Amma mən güman etmirəm ki, bu, qəbul oluna.
AMERİKANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ ŞUŞAYA DA GETSİN!
- Amerikadan söz düşmüşkən, ölkəmizə yeni təyin olunan səfir hər həftə demək olar ki, Azərbaycanın müxtəlif bölgələrində olur. Siz amerikalı siyasətçinin bu səfərlərini necə dəyərləndirirsiniz?
- Amerikanın ölkəmizdə səfirinin fəaliyyətini diqqətlə izləyirəm. Bir neçə bölgəmizə səfər edib, amma niyə Şuşaya səfər etmir? Əgər səfir Şuşaya səfər edərsə, Azərbaycanın separatçılara qarşı apardığı mübarizəni dəstəkləmiş olacaq. Ağdama getmək o demək deyil ki, Azərbaycanın suverənliyini dəstəkləyir. Təkloif edirəm ki, Şuşaya da getsin.
- Fəzail müəllim, bir müddət əvvəl partiyanızın YAP-a birləşəcəyi ilə bağlı xəbərlər yayılırdı. İndi vəziyyət necədir, partiyanızı daha YAP-a birləşdirmək istəmirsiniz?
- Biz müstəqil olaraq fəaliyyətimizi davam etdiririk. Birləşməyə hələ ehtiyac görmürük. Bizim partiyamız dövlətçilik mövqeyində duran partiyadır, YAP-da iqtidarda olan. Bizim partiyamız iqtidaryönümlü olsaydı, mən Baş nazir olanda Sürət Hüseynovla, Ramiz Mehdiyevlə döyüşməzdim. Bir vaxtlar Ramiz Mehdiyev Heydər Əliyevin xəstəliyindən istifadə edərək, hakimiyyətə gəlmək istəyirdi. Amma mən onun maskasını endirdim və mətbuata bildirdim ki, o, Rusiyanın baş rezidentidir.
RAMİZ MEHDİYEV MƏNİ TUTDURMAQ ÜÇÜN ƏSAS TAPMADI
- Bəs sizi həmin vaxt niyə tutmadılar?
- Məni tutmaq üçün əsas lazım idi. Mən bilirdim ki, Ramiz Mehdiyev kimi düşmənim var. Hər səhər işə gedəndə Allaha yalvarırdım ki, Ramizlə məni üz-üzə gətir, amma onun təxribatlarından qoru. Məni həmin vaxt tək bir şəxs qoruyurdu, o da cənab Prezident idi. Prezident hər zaman məni nəzərdə saxlayıb. İllər əvvəl mənim səhhətimdə ciddi problem yaranan zaman Cenevrədə müalicə olunurdum. Yeddi ay mən xəstəxanada qaldım, bütün xərclər Prezidentin göstərişilə ödənildi. Mən Prezidentimizə çox şey borcluyam.
- Bəs, Xalq Cəbhəsi ilə əlaqələriniz necə idi?
- Mən Azərbaycan Xalq Cəbhəsini yaradanlardan, Elçibəyin sədr olmasına çalışanlardan biri olmuşam. AXC-nin proqram və Nizamnaməsinin hazırlanması bizim evdə baş tutub. Bizim evdə Firudin Cəlilov, Vurğun Əyyub, Fuad Ağayev, Pənah Hüseyn toplaşıb, Cəbhənin işlərini planlayırdıq. Amma 1990-cı ildə Ağdaşda keçirilən iclasda AXC-nin fəaliyyətini tənqid edən də mən oldum. Çünki onlar 20 Yanvarda xalqı tək qoyub, getmişdilər. Ondan sonra mən istefa verdim, öz partiyamızı qurduq. Daha sonra Xalq hərakatı dövründə də Heydər Əliyevin ünvanına sərt ifadələrin söylənildiyi vaxtda onu ciddi şəkildə müdafiə edənlərdən biri də mən idim. 1991-ci ildə Heydər Əliyevlə Naxçıvanda görüşdük, mən ona söz verdim ki, hakimiyyətə gəlməsi üçün mübarizə aparacam.
- Fəzail müəllim, siyasətdən uzaqlaşaraq sizin gündəm olan çıxışınıza qayıtmaq istəyirəm. Ötən il "Yüksək maaşım var, ancaq gilas ala bilmirəm" demişdiniz. İndi necə, bazar qiymətlərindən razısınızmı?
- Mən o müsahibəni verməkdən çox peşman olmuşdum. Özümə söz vermişəm ki, bir də bu barədə danışmayacam. Orada əslində mən xalqın adından çıxış edirdim. Bəzi qüvvələr məni vurmaq üçün bundan mənə qarşı istifadə etdilər. Amma bildirim ki, indi də bazar qiymətlərindən əhali razı deyil. Bunun da səbəbləri qlobaldır. Mən təklif etmişəm ki, Azərbaycanda istehsal olunan məhsullara əlavə dəyər vergisi ləğv edilə bilər. Bununla da bahalaşmanın qarşısı alına bilər.
YERLİ MAŞIN YOXDUR, YAZIQ MƏMUR NEYNƏSİN?!
- Sizcə, məmurlar yerli istehsal olunan maşınları sürmədilər?
- Guya, yerli istehsal olunan maşın var? Ordan-burdan hissələr gətirilir, onu da tam yığa bilmirlər. Alınan maşın bir həftədən sonra xarab olacaqsa, yazıq məmur nə etməlidir? Ancaq mən tərəfdarı deyiləm ki, məmurlar çox bahalı maşınlar sürsünlər. Çünki dövlət büdcəsindən vəsait gedir, büdcəni talamaq olmaz. Amma bahalı maşınlar sürülməsi də dövlətimizin imkanını göstərir. İnanıram ki, bu dediklərimə görə qınağa tutmazlar. Maşını sürənlər qalacaqlar qıraqda, məni tənqid edəcəklər.
- Bir deputat olaraq, övladlarınızı növbəti parlament seçkilərində görürsünüz?
- Hansı valideyn öz övladını inkişafda görmək istəməz? Ya parlamentdə, ya da başqa platformada görmək istəyərəm. Mənim övladlarım çox vətənpərvərdilər.
“Modern.az” saytı
Aysel Məhərrəm
25 aprel 2024-cü il
0 notes
jubaer01 · 9 months
Text
For AZERBAIJAN CITIZENS - NEW ZEALAND Government of New Zealand Electronic Travel Authority NZeTA - Official NZ Visa Online
Yeni Zelandiya Elektron Səyahət Təşkilatı, Rəsmi Onlayn Yeni Zelandiya Viza Müraciəti Yeni Zelandiya Hökuməti
Tumblr media
Address: 1033 ул. Измира, Baku, Azerbaijan
Phone: (+994 12) 490 78 18/19
Website: https://www.new-zealand-visa.org/az/visa/ 
Business Hours: 24/7/365
Owner / Official Contact Name: Millie Drake Fuji
Description: Yeni Zelandiya Elektron Səyahət Authority və ya NZeTA onlayn ərizəsini bitirməyin ən sadə və rahat üsulu bir neçə dəqiqə vaxt ayırıb veb saytı doldurmaqdır. Adınız, pasport məlumatları, sağlamlığınız və gəliş tarixləriniz kimi yalnız bir az əsas məlumat tələb olunur. Bizə e-poçt göndərə və ya ən son üz şəklinizi yükləyə bilərsiniz. Siz öz və ya ailə üzvlərinizin mobil telefonu ilə şəkil çəkdirə bilərsiniz. Fotonun çox konkret olmasına ehtiyac yoxdur, çünki immiqrasiya məmurları tərəfindən məqbul olması üçün şəklinizi tənzimləyəcəyik. Yeni Zelandiya Hökuməti NZeTA Ərizə formasından istifadə edərək Yeni Zelandiya Vizasına Onlayn müraciət etməyinizi üstün tutur. Onlayn qısa ərizə formasını doldurduqdan sonra onlayn debet və ya kredit kartı ilə ödəniş etməlisiniz. Yeni Zelandiyaya daxil olmaq üçün ödənişləri ödədiyiniz zaman artıq daxil edilmiş Beynəlxalq Ziyarətçi Levyini ödəmiş olursunuz. Yeni Zelandiya üçün təsdiqlənmiş NZ Elektron Səyahət Authority və ya NZeTA-nı necə aldınız? NZeTA onlayn ərizəsini hər dəfə bitirdiyiniz zaman, fila təsdiqi sizə e-poçt vasitəsilə 72 saat və ya daha az müddətdə çatdırılacaq. Bəzən fon yoxlamaları səbəbindən daha uzun çəkə bilər. NZeTA və ya Yeni Zelandiya Visa Online NZETA Ərizə Formasını doldurmaq üçün istifadə edilən pasport nömrəsinə qoşulacaq. Hava limanında immiqrasiya və sərhəd nəzarətində viza yoxlanılarkən, vizanın təsdiqi məmur tərəfindən yoxlanılacaq. Təsdiq e-poçtunu götürməyiniz və ya kağızda çap etməyiniz mütləqdir. İstənilən mərhələdə səfirliyə getməyə və ya pasporta fiziki möhür vurmağa ehtiyac yoxdur. 191 ölkə dəniz yolu ilə, 60 ölkə isə hava yolu ilə gəlmək hüququna malikdir. Bütün ölkələr Auckland Beynəlxalq Hava Limanı ilə tranzit hüququna malikdir. Aşağıdakı ölkələr NZeTA və ya NZ Visa Online metodundan istifadə edərək Yeni Zelandiyaya hava yolu ilə gəlmək üçün uyğundur, Fransa, Estoniya, Yunanıstan, Almaniya, İsveç, Portuqaliya, Birləşmiş Krallıq, Sloveniya, Danimarka, Latviya, Malta, Macarıstan, Litva, İspaniya, İrlandiya , Lüksemburq, Slovakiya, İtaliya, Xorvatiya, Polşa, Hollandiya, Bolqarıstan, Belçika, Kipr, Çexiya, Avstriya, Finlandiya və Rumıniya Vətəndaşları.  The most simple and convenient method to finish the New Zealand Electronic Travel Authority or NZeTA online applicationis to take out a couple of minutes and fill on the website.
Only a little bit of basic information is required like your name, passport details, health and arrival dates. You can either email us or upload your latest face photo. You can take photo with your or your family members mobile phone. Photo doesn't have to be very specific because we will take care of adjusting your photo for it to be acceptable by the immigration officers.New Zealand Government prefers you to apply New Zealand Visa Online using NZeTA Application form. You need to make payment using a debit or credit card online after completing a short application form online. When you pay the fees to enter New Zealand, you are already paying for International Visitor Levy which is already included. How would you received an approved NZ Electronic Travel Authority or NZeTA for New Zealand. Whenever you have finished the NZeTA online application, the fila approval will be conveyed to you by email in 72 hours or less. Sometimes it can take longer due to background checks.The NZeTA or New Zealand Visa Online will be connected to the passport number used to fill the NZETA Application Form. At the point when the visa is checked at immigration and border control at the airport, the visa approval will be reviewed by the officer. It is imperative that you take the email of approval or print in paper. There is no need to visit Embassy at any stage or get physical stamp on the passport. 191 countries are eligible to come by Seas and 60 countries are eligible to come by Air. All countries are eligible to Transit by Auckland International Airport. The following countries are Eligible for coming to New Zealand by Air using NZeTA or NZ Visa Online method, France, Estonia, Greece, Germany, Sweden, Portugal, United Kingdom, Slovenia, Denmark, Latvia, Malta, Hungary, Lithuania, Spain, Ireland, Luxembourg, Slovakia, Italy, Croatia, Poland, Netherlands, Bulgaria, Belgium, Cyprus, Czech, Austria, Finland and Romania Citizens.
0 notes
Photo
Tumblr media
I İnternetdə, televiziya kanallarında və ya ətrafımızda tez-tez bir-birilərini nə qədər çox sevdiklərini deyən və sonrasında evlənən insanları görürük. Bir müddətdən sonar həmin insanların boşandığını görürük. Bir müddət əvvəl bir-birini sevdiyini, bir-birinə dəyər verdiyini, “bizim sevgimiz çox fərqlidir” deyənlər dava-dalaş edərək, cəmiyyətin qarşısında bir-birinə bəzən kobud sözlər deyərək, böhtan ataraq, qarşı tərəfi məhkəməyə verərək ayrılırlar. Bu şəxslər internetdə, televiziya kanallarında bir-birini ittiham edərək sevgilərinin bitdiyini deyir, bir-birini günahlandırır, bir-birindən böyük məbləğdə maddi təzminat tələb edirlər. İnsanlar arasındakı evlilik, iş ortaqlığı, dostluq kimi əlaqələrin qopması bu və ya buna bənzər şəkillərdə baş verir. Məhkəmə dəhlizləri bir-biri ilə dalaşan, mübahisə edən, nifrətindən bir-birinin üzünə belə baxa bilməyən insanlarla dolub-daşır. Bir müddət əvvəl sevdiklərini bildirən bu insanlar bir-birini alçaldaraq, nifrət edərək ayrılırlar. İnsanların əksəriyyəti bu mərhələdə “sevgilərinin bitdiyini” elan edirlər. Əslində, yaşadıqları bu dünyagörüşü, “sevgi” adlandırdıqları anlayış “əsl sevgi” deyil. Bu, yalnız keçici həvəslərə əsaslanan, möhkəm dayağı olmayan, qarşılıqlı mənfəət müqabilində yaranan, heç bir mənəvi dərinliyi olmayan, çox vaxt maddi dəyərlərə əsaslanan və tərəflərdən birinin mənfəətinin bitməsi ilə sona çatmağa məhkum olan əlaqələrdir. Məsələn, qarşısındakı insanı çox sevdiyini deyən bir şəxs sevdiyinin qəza nəticəsində bir qolunu itirməsi ilə birlikdə ona olan sevgisini, marağını da itirər. Bəlkə bunu həmin anda bildirməz, həm özündən, həm də ətrafındakılardan utana bilər. Ancaq qısa müddət ərzində müxtəlif bəhanələr uyduraraq bu insanla əlaqəsini kəsər, sevdiyini iddia etdiyi insanla artıq bir arada olmaq istəməz. Eynilə sevdiyini iddia etdiyi yaxını bütün malını, mülkünü itirsə, ona olan marağı və sevgisi də tamamilə itər. (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #səvgi #evlilik #boşanma #ailə #xoşbəxtlik https://www.instagram.com/p/CoPvVPfIY86/?igshid=NGJjMDIxMWI=
0 notes
yesmilletinsesiinfo · 3 years
Photo
Tumblr media
#Əməlisaleh missiya yeni mərhələdə
0 notes
mmar1ia · 2 years
Text
Gecə səssizcə ulduzların altında oturarkən anladım ki, artıq düşünmürəm. Saatlarla sadəcə bir nöqtəyə baxarkən belə, ağlımda yeni heç bir fikir, ideya və xəyal canlanmır. Bu ruhən dəyişməkdir bəlkə də, bilmirəm. Düşünməmək çox yaxşıdır, əvvəllər düşünməyin nə olduğunu bilməyən biri üçün. Mənim üçün isə sadəcə kədər doğurur. Düşünməmək köklü dəyişiklikləri gətirir özü ilə birlikdə və insanın özünü yenidən tamamlamağa çalışması deməkdir. Yarım qalmaq nə deməkdir ? Tamamlanmaq nə deməkdir ? Düşünməmək xoşbəxtlikdirsə, mən niyə xoşbəxt deyiləm ? İnsan özünü yarım olduğu halda necə tamamlayar ? Bəlkə də elə düşünməyin özü insanı tamamlayan başlıca səbəblərdən biridir ? Bəs mən dərindən düşünmədiyimi düşünərkən yanılırdım ? Düşümürəmsə yarım qaldığımın necə fərqinə vardım ? Düşünmək mənim bütöv bir parçamdır, görən gözüm, yeriyən ayaqlarımdır. Düşünməyən insan yaşamır deməkdir, hissizləşir deməkdir. Dərindən düşünsək anlayarıq ki, əslində bütün hisslərimiz ilk mərhələdə düşünməklə əlaqələdir. Qəlbin əsas işi hiss etmək olsa belə, hiss etməyin nə olduğunu, hisslərimizin mahiyyətini biz düşünərək anlayırıq. Düşünmək bir bütün şəkildə “yaşamaqdır”. Yaşadığının fərqində olmaq isə elə düşüncənin özüdür…
14 notes · View notes
aiselibrahim · 3 years
Text
İnsanın başına gələn pis hadisələrə verdiyi ilk reaksiya kədərlənmək olur. Ya ağlayır, ya özünə qapanır, ya da hər nəysə. Növbəti mərhələdə “inkar” başlayır. Hadisələrin baş verdiyini yox sayaraq hər şeyin qəflətən düzəldiyini və yenidən xoşbəxt olduğunu xəyal etməyə başlayır. Sanki heç nə olmayıb və müvəqqəti fasilədir, hər şey keçib gedəcək. Buna inkardan əlavə, baş verənləri qəbul etməmək mərhələsi də deyə bilərik. Belə olanda hərəkətlərində də sabitlik, azacıq da olsa ümid işartıları olur, üzünə təbəssüm tez-tez qonaq gəlir. Bu mərhələ kədərlə ümid arasındakı şəfaf pərdə kimidir. Lakin hər şeyin bir sonu olduğu kimi, insanın səbr kasasının da dolma limiti olur. Vaxt gəlir, boş ümid etməkdən yorulan insan artıq hər şeyin əvvəlki vəziyyətinə qayıtdığını xəyal etməkdən və baş verən hadisələrin varlığını inkar etməkdən imtina edir. Kədərin gözünün içinə baxaraq özünü ona təslim edir. Bax o zaman əsl sancı başlayır..
22 notes · View notes
metbuat · 2 years
Text
Çağırış Kuboku: 
Kişi voleybolçulardan ibarət “Murov” klubu Çağırış Kubokunda 16 final mərhələsinə yüksəlib. Metbuat.org xəbər verir ki, Fərid Cəlalovun çalışdırdığı kollektiv 12 finalın cavab oyununda Xorvatiyanın “Kitro Varazdin” kollektivi ilə üz-üzə gəlib. Dərnəgül Voleybol Mərkəzindəki qarşılaşma Azərbaycan təmsilçisinin 3:1 (23:25; 25:18; 25:20; 25:17) hesablı qələbəsi ilə bitib. İlk görüşdə “Murov” 3:0…
Tumblr media
View On WordPress
0 notes
psixologiyaze · 3 years
Text
Kəpənək (xaos) effekti;
"Kəpənək effekti" riyazi bir termin olub, hesablamalar zamanı rəqəmlərdən birində edilən cüzi dəyişiklik, böyük fərqlərə səbəb ola bilər anlayışıdır. Başlanğıcda hava proqnozu üçün istifadə edilən bu nəzəriyyə daha sonra elm daxilində və ondan kənarda istifadə edilən bir məcaza çevrildi.
Bəzən Xaos nəzəriyyəsi və ya onun tərkib hissəsi hesab edilən kəpənək effekti nəzəriyyəsinə əsasən, hər hansı qeyri-xətti sistemdəki kiçik bir dəyişiklik sonrakı mərhələdə böyük fərqliliklərə səbəb ola bilər. Əsl meteoroloq kimi Lorens belə bir təklif irəli sürdü ki : “Amazon meşələrində bir kəpənəyin qanad çırpması ABŞ-da fırtına baş verməsinə səbəb ola bilər.” Kəpənək qasırğaya güc vermir və ya birbaşa qasırğa yaratmır, ancaq bu termin kəpənəyin qanadlarını çırpmasının qasırğaya səbəb ola biləcəyi mənasına gəlir.
Kəpənək effekti konsepsiyası qısaca olaraq, həyatımızda baş verən kiçik bir dəyişikliyin böyük nəticələrə səbəb olacağı ehtimalın əsas özəyini təşkil edir. Bu modeldəki sistemlərin gələcəkdə yalnız müəyyən bir nöqtəyə qədər proqnozlaşdırıla biləcəyini və bunun xaricində ilkin şərtlərdə səhvin azaldılmasının proqnozlaşdırıla biləcəyini artırmayacağını (səhv sıfır olmadığı müddətcə) sübut edir. "Kəpənək effekti" tez-tez Lorensin 1963-cü ildə yazdığı məqaləsində (və əvvəllər Poincaré tərəfindən müşahidə edildiyi) izah etdiyi növün ilkin şərtlərinə həssas asılılığın sinonimi kimi izah edilsə də, kəpənək metaforası ilk olaraq Lorensin öz iş prosesində tətbiq edilmişdir. Fikri bir addım daha irəli aparan Lorens, atmosferdəki kiçik hərəkətlərin daha geniş sistemlərə təsir göstərməsinin böyüdülməsi üçün riyazi bir model təklif etdi.
Bu günə qədər də alimlər Lorensin kəşfini dialektik simbiozun ən tutarlı sübutu kimi qiymətləndirir: dünyanın qanunauyğunluqları və onların nəticələrinin proqnoz edilməsinin tamamilə qeyri-mümkün olduğunu bildirirlər. Onu da qeyd edək ki, 2004-cü ildə «Kəpənək effekti» filmi işıq üzü görəndən sonra əksər insanların şüurunda bu termin kifayət qədər populyarlıq qazanmış və dolaşıq hadisələr sayəsində yeni məna kəsb etmişdir. Axı hər şey tamamı ilə başqa cür də ola bilərdi. Əgər rejissor Bress və Qruber filmi izləyicilərə elə onun ilkin versiyadakı adı ilə təqdim etsəydilər, yəqin ki hadisələr başqa formada davam edəri, bu səbəblə film çəkiliş mərhələsində “Xaos nəzəriyyəsi” adlanırdı.
64 notes · View notes
minavenera · 8 months
Text
İki olmaq bir olmaqdır
Əgər dualizm varsa, onları birləşdirə bilmərik. Nə qədər çalışsaq da, onlar iki şey olaraq qalacaq və mübarizə davam edəcək, dualizm qalacaq.
Əgər dünya və ilahi ayrı-ayrı iki məfhumdursa, onları birləşdirmək olmaz. Həqiqətdə də onlar iki şeydirsə, əgər məhz iki şey kimi görünürlərsə, yalnız bundan sonra onlar bir olabilər. Əgər bədənlə qəlb iki ayrı-ayrı məfhumdursa, onları birləşdirmək olmaz. Əgər sən və Allah iki ayrı-ayrı məfhumdursa, onları birləşdirmək imkanı yoxdur. Onda onlar iki ayrı ayrı məfhum olaraq qalır.
Mən eşqə doğru baxmaq istəyiylə hər baxış bucağıyla maraqlandım. Hətta elmdə sağlam uşaq dünyaya gətirmə instinktiylə hərəkət edən qadınların yaratdığı bir şey olduğu deyilir eşqin, yəni kişi eşqi başladmır. Hətta bunun sadəcə kimyəvi reaksiya olduğuda deyildi ki bu səhv bir məlumat deyil. Bu fikrin tərəftarı olub,eşqə qarşı olmaq məcburiyyətində deyilik. tarixdə ən çox eşqdən danışan kişilərdir və hərəsinin baxış bucağı o qədər fərqli, o qədər dərindir ki. Schopenahuer in eşqin metafiziğiylə, shakespeare nin eşqi bir olabilər mi? Nietszche nin dərin,soyuq eşqiylə, Mevlananın ilahi,çiçəklənən eşqi bəs? Bəlkə də insan həqiqətən özündə olmayan şeydən çox danışır.
Sözün əsl mənasında eşq sarmaşıq deməkdir. Bu, bir obyektin bir obyekti sarmasıdır. Sevgili məşuqunu üzüm kimi sarar. Bu sarış, münasibət sevgilinin sevənin içində itməsi ilə bitəcək. Sarmaşıq qucaqladığı torpağa büründüyü kimi, eşq də daxil olduğu qəlbi, daha doğrusu, insanın ürəkdən başlayaraq bütün bədənini əhatə edir. Eşq insanı, hər vəziyyətdə həqiqətə çatdırır. Sevginin nə olduğunu öyrədir. Mövlana görə, eşq elə bir kimyadır ki, onu ancaq həyatın mədənində tapmaq olar. Eşq varlığın ən əsas və ən sirli səbəbidir.
Mövlana təsəvvüfün tərifi haqqında belə deyir: “Təsəvvüf eşq və vəcdlə ilahi birliyə çatmaqdır. O, həyatın və əbədiyyətin səltənətidir”. “İlahi vəhdətə eşq və vəcdlə nail olmaq” Deməli, bu tərifə əsasən, təsəvvüf aşiqlə məhbubun birləşməsi və bir vücuda çevrilməsidir. İki olmaq bir olmaqdır. Təsəvvüfün mahiyyəti məhəbbətdir. Təsəvvüf şövqlü sevgi halıdır. Mövlana da öz tərifində bu həqiqətə işarə edir və təsəvvüfü İlaha sevgi və vəcdlə yetişmək kimi təyin edir.
Mövlana deyir ki, eşq dəlilikdir, biz dəlilərin ən dəlisiyik. Buna bənzər bir sözdə Nietszche den gəlmişdi bu mənim sevimli cümlələrimdən biridir, o deyir ki " Eşqdə həmişə bir az dəlilik var; Ancaq dəlilikdə həmişə bir səbəb var." Eşq hissi o qədər ülvi bir hissdir ki, fani varlıq qarşısında hiss edilən hər şey bu mərhələdə təslimiyyətə çatacaqdır.
Eşq elmi, nə məktəbdə nə də hansısa kitab da öyrədilir. Bu elmi qavrayıb, içinə düşmək dirilməkdir. Bu Mənəvi bilik üç şeylə əldə edilir: Zikredən dil, şükür edən qəlb, səbr edən bədən. Elmi olmayan bədən susuz şəhər kimidir. Nəhayət, quru bir qəlibdir. Bədəni pəhrizlə, əxlaqla, çalışqanlıqla sulayıb bəzəmək lazımdır. Zahidlərə xas olan sərvət səxavəti, cihad edənlərə xas olan bədən səxavəti, qazilərə xas olan can səxavəti və ariflərə xas olan qəlb səxavətidir.
Deməli, eşqə çatmaq yalnız kor koranə sevgiylə, və ya instinklərin yönləndirməsiylə,kimyəvi reaksiyalarla əldə ediləbilmir. Eşqə həm bədən, həm ağıl həm də qəlb hazır olmalıdır.
Əsasən biz insanlar ömrümüzün axırlarına kimi bizdə birşeylərin əksik olduğunu düşünürək yaşayırıq, əksiklərimizi dolduracaq başqa bir canla rastlaşmaq üçün can atırıq. Bu istək, həm özümüzü həm qarşıdakini əksik görməkdir,qəbullanmamaqdır. "eş" sözü də bu idealogiyadan yaranıb. Mən əksik deyiləm ki yarımı axtarım? Mən möhtəşəməm, qarşımdaki də möhtəşəmdir, biz möhtəşəmik çünkü biz varıq. Əksik tamamlamaq deyə bir şey yoxdur Bir bədən bir qəlb bir ağıl var. Təbiət də duallıq yoxdur. İnsanlar əksik görünməmək üçün, sevmədikləri, eşqin sarmaşığına dolaşmadıqları insanlarla evlənirlər,ömürlərin axırına kimi dual yaşayırlar.
Eşqsiz həyat bədbəxt həyatdır. Eşqullah! Onlara ki "ona" çatmaqcün bu ali vəziyyətin özü olabilmirlər,sadəcə izləyirlər.
1 note · View note
bakiyayagdiyagislar · 4 years
Text
Mənim bu haqda yəqinim vardır ki, hər bir azadə şəxsin qəlbində Həzrət Əlidən (ə) bir nur işığı vardır. Heç bir özündən deyən azadə qəlbli şəxs o möhtərəm və pak zatın çeşməsinə tərəf təşnə halda üz tutmamış sirab olmayıb. Böyük insanların qibləsi Həzrət Rəsulullahdır s.ə.v . Kim o Həzrətə s.ə.v tərəf gəlsə Onun Vəziri, Əmiri, Sərkərdəsi, Haqq söz söyləyəni , qılıncını qınından Allah üçün sıyıranı da sevəcəkdir. Sevməyənlər azadəliyin şərbətindən məhrumdur. Heç rəvadırmı ki, dəryalarda əsrlərlə üzməyi bacarasan lakin onun içində olan inci və mərcanlar, ləl və cəvahiratlar əl-ayağına dəyə-dəyə məhrum qalasan?
Dünyada yeyib içib çoxalıb ölməkmiydi hədəf ?
Fatehlik ilk növbədə qəlbdə olan bağlı qapıları açmaqla başlayır. Sual olunur ki, qəlblərin qəsavət (daşlaşmış) bağlamış yollarını aşmaq üçün nə edək? Qəlbin Allah açdığı qapısına necə yetişək ?
Cavab budur ki, işi qapının və yolları çəkənin ilk Yiyəsinə həvalə edin. (Yəni Allaha təvəkkül edərək) Bundan sonrakı mərhələdə işin necə dəyişdiyini görəcəksiniz.
Salam olsun sənə ey tənhaların İmamı ! Ya Əli !
15 notes · View notes
politiciansstuff · 5 months
Text
Tumblr media
“Kəndlərin azad olunması İlham Əliyevə dərin inam hissini daha da gücləndirdi” - Deputat
"Rusiya sülhməramlılarının ölkəmizi tərk etməsi prosesinin başlamasından iki gün sonra erməni vandalları tərəfindən ilk işğala məruz qalan dörd kəndimizin azad olunması xalqımızda böyük sevinc, dövlətimizə və möhtərəm cənab prezident İlham Əliyevə dərin inam hissini daha da gücləndirdi".
Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı qeyd edib.
"Qətiyyətin və müdrikliyin təcəssümü olan bu hadisə gözlənilən idi. Unikal anti-terror əməliyyatı ilə Xankəndində uzun illər böyük kök atan separatçı-xunta rejimi darmadağın edildikdən sonra bütün sosial diqqət hələ də işğal altında olan səkkiz kəndə yönəldi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevdən mesaj gecikmədi: dörd kənd dərhal, digər dörd kənd isə sonrakı mərhələdə qaytarılmalıdır!
Hər zaman olduğu kimi polad iradə öz nəticəsini verdi" - partiya sədri əlavə edib.
F. Ağamalı Zəngəzur dəhlizi və digər 4 kəndə bağlı məsələnin həll olunacağına dair əminliyini də xüsusi vurğulayıb:
"Əminəm ki, Dünyanı və xalqımızı heyrətə salmaqda davam edən möhtərəm, cənab prezident, korifey siyasətçi və diplomat kimi Dünya tarixində əbədiləşən İlham Əliyev digər dörd kəndimizi də, Zəngəzur dəhlizini də Zəngəzurla birlikdə Vətənə qovuşduracaq.
Azərbaycanımızı yeni və daha möhtəşəm mərhələyə qaldıracaqdır.
Və beləliklə, Dövlətçiliyimizdə İlham Əliyev mərhələsinin birinci dönəmi başa çatacaq, böyük strateji hədəfləri özündə ehtiva edən yeni era başlayacaqdır.
Uca Tanrının taleyinizə yazdığı Yolunuz açıq olsun, Möhtərəm, Cənab Prezident!"!
"Yenisabah.az" saytı
21 aprel 2024-cü il
0 notes