Tumgik
#aparacaqlar
metbuat · 2 years
Text
İslamiada: 
Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları davam edir. Fanat.Az xəbər verir ki, yarımfinalda İran yığmalarına məğlub olan qadın və kişi voleybolçulardan ibarət Azərbaycan milli komandaları bu gün bürünc medal uğrunda mübarizə aparacaqlar. Kişilərdən ibarət yığmamız üçüncü yer uğrunda görüşdə Türkiyə kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 11:00-da…
Tumblr media
View On WordPress
0 notes
aiselibrahim · 4 years
Text
Ailə həyatında aradakı sevgini sovuran, yorucu edən şeylərin başında gələn bilirsiniz nədir? Məsuliyyəti bölüşdürə bilməmək. Bizim cəmiyyətdə kişilərin anlayışında ailə başçısı olmaq hansısa işdə işləyib evə pul gətirmək, hə bir də işdən evə gələndə vaxt qalsa (o da vaxt qalsa ha) uşaqlarla maraqlanmaq. Kişi gecə-gündüz əziyyət çəkir də, başqa nə etməlidi? deyə düşünəcəksiniz çoxunuz bunu oxuyarkən, bilirəm. Bəs qadınlar nə edir? Gəlin məsələnin bu tərəfinə baxaq. Qadın ev təmizliyi, yemək bişirmək, uşaqların ehtiyaclarını ödəmək deyə didinib durarkən saat artıq gecəni keçir. Məsələn məktəbdə valideyn iclasına nə vaxt atanın gəldiyini görürük? Demək olar ki, çox nadirən, o da olanda oğlu hansısa disiplin qaydalarını sərt şəkildə pozduqda ya da söyüş mübahisəsi olanda. Kişi işdən evə gəlir, ayaqlarını uzadıb televizora baxır, yemək yeyir, yatır, səhər işə gedir və bu beləcə də təkrar olunur. Ailə bu deyil axı. Bir övladın tərbiyəsi hər iki valideynin çiyinlərində olmalıdır. “Mama uşağı” deyimi son vaxtlar yaman çoxalıb, fərqindəsiniz? Bu anlayışa gəlin bir də bu tərəfdən baxaq, uşağın əsas ehtiyac və problemləri ilə məşğul olduqda onun bağlanıb sevdiyi tərəf kim olur? Anası. Ona bağlanır, ondan asılı olur, ona hər an ehtiyac duyur. Oğlan üçün nümunə götürə biləcəyi kişi modeli olmur çünki, üzünü səhər ya da gecə gördüyü bir adam nəyin nümunəsi ola bilər? Azərbaycanda neçə atadan yaxınlaşıb övladının xüsusiyyətlərini soruşsaq açıq, detallı şəkildə izah edə bilər? “Atalıq məzuniyyəti” anlayışı olduğunu neçə kişi bilir? 
İş şəraiti, maaş azlığı, özbaşınalıqlar bütün bunlardan xəbərdaram. Amma inanın, istəyən, övladının cəmiyyətdə sağlam bir fərd olması üçün canını qoyan valideynə bunlar sadəcə bəhanə ola bilər. Gecə-gündüz ev işiylə məşğul olub özünə baxmağa vaxtı olmayan, gündən-günə baxımsızlıqdan əriyib gedən bir qadın və evə gələndə ancaq ehtiyacları üçün pul istəyən uşaqlar çərçivəsində yanaşılan ailələr yaradır, yarımçıqdır. Bu insanlar ailəni atıb kənarda özlərinə həyat qurduqlarına da həyasızca bu bəhanələri gətirirlər. Ölkədə məsuliyyəti daşıya bilməyən, boynundan atan kişilərin və bunları tələb etməyib hər şeyə qatlaşmağı gözə alan qadınların olduğu, minlərlə ailənin övladı böyüyür və təəssüf ki, böyüdükcə başa düşəcəklər bir şeylərin əksik olduğunu, bəlkə də başa düşməyib gələcək nəsillərə aparacaqlar.. Geriyə qalan isə sadəcə yaralanan həssas, saf uşaq qəlbi olacaq.
32 notes · View notes
gunel-25 · 4 years
Text
Wp-da bir-iki şey yazıram hazırkı vəziyyətlə bağlı,həmin dəqiqə biri yazır"Səni aparacaqlar".
28 notes · View notes
alievablogs · 4 years
Note
Ne iw oldugunu desem bu karantin vaxti gelib hamimizi aparacaqlar))) dj'in iw vaxti olmur naçalnik)))
Gedənə qədər danış sonra gedərsən djj)
4 notes · View notes
Photo
Tumblr media
I Ənkəbut surəsi 43. “Məhz bu nümunələr, biz bunları insanlara veririk.” Bu nümunələri veririk. “Ancaq alimlərdən başqası bunları anlaya bilməz.” Deməli, müsəlmanlar alim olmağa çalışacaqlar, savadlı olmağa çalışacaqlar. Biologiya olsun, tibb olsun, hər mövzuda çox geniş tədqiqat aparacaqlar. Məsələn, Allah nümunə olaraq deyir ki; Allahın xaricində başqa vəlilər edənlərin nümunəsi, özünə ev quran hörümçək nümunəsinə bənzəyər. Həqiqət budur ki, evlərin ən dözümsüz olanı hörümçək evidir; bir bilsəydilər. Allah, Öz xaricində hansı şeyə tapındıqlarını şübhəsiz, bilər. O, güclü və üstün olandır, hökm və hikmət sahibidir. Məhz bu nümunələr; Biz bunları insanlara veririk. Ancaq alimlərdən başqası bunları anlaya bilməz. (Ənkəbut surəsi, 41) Müsəlman hörümçəyin həyatını, yuvasının quruluşunu bilməlidir, araşdırmalıdır. O zaman bir ümumi biliyə sahib olmuş olar; dərin məlumata, qavrayışa sahib olmuş olar. “Allah göyləri və yeri haqq olaraq yaratdı. Şübhəsiz, bunda iman edənlər üçün bir ayə vardır.” “Göyləri və yeri də araşdırın” deyir Allah. “Sənə Kitabdan vəhy ediləni oxu,” yəni Quranı oxu və Qurana görə hərəkət et. Quranın xaricində xurafatlara girmə, “və namazı doğru qıl”. Yəni namazı Allahın bizə Quranda öyrətdiyi kimi və zamanında qıl. “Həqiqətən namaz, çirkin utanmazlıqlar (fahşa)dan,” yəni qeyri-qanuni hər şeydən, “və pisliklərdən çəkindirər.” Yəni haram olan hər cür, hərəkətdən qoruyar. “Allahı zikr etmək isə şübhəsiz, ən böyükdür (ibadətdir). Allah, etdiklərinizi bilir.” “İçlərində zülm edənləri xaric olmaq üzrə, Kitab əhliylə ən gözəl olan bir tərzin xaricində mübarizə etməyin.” Yəni “xristian və musəvilərlə ən gözəl bir tərzin xaricində təbliğ etməyin. Çox gözəl və nəzakətli, yaraşan bir üslub istifadə edin.” (ardı rəydə) #quran #ayə #islam #iman #Allah #namaz #din #alim https://www.instagram.com/p/Cfwrl5pscrR/?igshid=NGJjMDIxMWI=
0 notes
yenigence · 4 years
Link
Paylaşdı: Yeni Gəncə
0 notes
umidqesebesi · 4 years
Photo
Tumblr media
Rəsmi olaraq 15 gün Ümid qəsəbəsinə giriş çıxış olmayacaq. Ola bilər bu müddət bir aya kimi uzadıldı. Səbəb virusun qarşını almaq digər qəsəbə və şəhərlərə yaymamaq. Tədbirlər planında özünü pis hiss edən narahatçılığı olan insanlardan test götürülüb və qəsəbə dizinfeksiya olunacaq. Bunu çoxdan etmək lazım idi. Qəsəbə daxili ama icazə ilə hərəkətə icazə var. Qəsəbənin xaricinə çıxmaq üçün xüsusi icazə tələb olunur (icaze.e-gov.az ). Əhalinin yoxlanılması üçün Fizuli rayon, Laçın rayon və Kəlbəcər rayon polis idarələri eləcə də hərbiçilər qəsəbəmizdə 24 saat yoxlama tədbirləri aparacaqlar icazəsi olmayan və ya xesteliyi təsdiqlənmiş şəxslər çöldə olarsa cərimələnəcəklər və haqlarında inzibati tədbir görüləcək.#umidqesebesi https://www.instagram.com/p/CCgCiTFjY7b/?igshid=9031txd37xgm
0 notes
metbuat · 2 years
Text
Putin Paşinyanla danışacaq
Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi iki ölkə arasında dostluq müqaviləsinin 25-ci ildönümü münasibətilə telefon danışığı aparacaqlar. Metbuat.org TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, telefon danışığı zamanı “cari məsələlərin gedişi” də müzakirə…
Tumblr media
View On WordPress
0 notes
todaysazerbaijan · 5 years
Text
Tanınmış politoloq və jurnalist seçiləcək deputatların bütün siyahısını açıqlayıb
Tanınmış politoloq və jurnalist seçiləcək deputatların bütün siyahısını açıqlayıb
9 fevralda Milli Məclisə seçilmək uğrunda mübarizə aparacaqlar. Həmin seçkidə seçiləcək olan deputatların siyahısı yayımlanıb. Bunu öz facebook səhifəsində politoloq və jurnalist Mürtaza Bünyadlı bildirib.
M. Bünyadlı bildirob ki, 1 və ya 2 dairədə yanıla bilər. Onunda yacın günlərdə bəlli olacağını bildirib.
1 saylı Şərur-Sədərək seçki dairəsi Talıbov Vasif Yusif oğlu 2 saylı Şərur seçki…
View On WordPress
0 notes
listeliyi · 8 years
Link
via Rəhbəri erməni olan şirkət Bakıda işə başlayıb - FOTO http://ift.tt/eA8V8J Tiqran Xudaverdiyanın başçılıq etdiyi Yandekc.Taksi Şirkəti Azərbaycanda nümayəndəliyini yaradır Rusiyada qeydiyyata alınmış Yandeks.Taksi şirkəti Azərbaycanda Yandeks Azerbaijan adı altında fəaliyyət göstərəcək. Bu şirkət artıq Bakıda işləməyə və personal toplamağa başlayıb. Yandeks.Taksi şirkətinin bura gəlişi haqda məlumat gedib. Bizimyol.info bu məlumatla bağlı araşdırma aparıb. Məlum olub ki, Yandeks.Taksi şirkətinin Baş direktoru erməni milliyyətindən olan Tiqran Xudaverdiyandır. Rəhbəri erməni olan bu şirkətin Bakıya gəlişinə bu sektorda çalışan və adının çəkilməsini istəməyən bir sahibkar münasibətini bizimyol.infoya açıqlayıb. Onun sözlərinə görə, rəhbəri erməni olan şirkətin Azərbaycanda fəaliyyəti arzuolunmazdır: “Ola bilsin ki, dövlət qurumlarının bundan xəbəri yoxdur; araşdırma aparılmalıdır. Qarşıdan İslam Həmrəyliyi Oyunları gəlir. Ermənilərin rəhbərlik etdiyi bu şirkət Bakının xəritəsini, bütün məlumatlar toplusunu əldə edəcək və təhlükə törədə bilər. Bizi narahat edən məsələlərdən biri budur. İkinci məsələ isə odur ki, taksi xidməti sektorunda on minlərlə insan işləyir, ailəsinə çörəkpulu qazanır. İndi belə çıxır ki, Rusiya kimi bir ölkədən erməni milliyyətindən olan şəxsin başçılıq etdiyi şirkət gəlib bu xidmət bazarına daxil olacaq və yerli taksi şirkətlərinin qazancını əlindən alacaq, ən yaxşı halda şərik olacaq”. Sahibkar deyir ki, onsuz da bu sektor Azərbaycanda varlı bir sektor deyil: “Çoxlu kiçik servislər açılıb, rəqabət həddən artıq yüksəkdir. Təsəvvür edin ki, qiymətlərin artan bir vaxtında maşınların ehtiyat hissələri, yaşayış bahalaşır. Sürücülərimiz özlərini çətinliklə ayaqda saxlayırlar. Belə bir vaxtda 10 milyon əhalisi olan ölkəyə 140 milyon əhalisi olan ölkədən yeni biznes gəlir. Onlar Ukraynada , Ermənistanda, Gürcüstanda və başqa ölkələrdə də nümayəndəliklərinin açıblar. Bu qədər kapitalı yığıblar və balaca bir bazara gəlirlər. Sual yaranır ki, niyə? Ona görə ki, Azərbaycanda taksi şirkətləri ancaq Bakıda fəaliyyət göstərir. Rayonlarda taksilərin işləməsi kommersiya baxımından səmərəli deyil. Xarıci şirkət bu bazara müdaxilə edir. Üstəlik bunun zirvəsində də erməni dayanır. Onsuz da dolanışıq taksidə çox çətindir. Belə olan bir vəziyyətdə nəyə görə Azərbaycanda on minlərlə insan işləyən sektora rəhbəri erməni olan şirkət daxil olsun?! Biz indi əslində öz ölkəmizin sahibkarlıqla məşğul olan insanlarına kömək etməliyik. Onların vəziyyətinin yaxşılaşmasına çalışmalıyıq. Ancaq kənar bir qüvvə böyük kapitalla kasıb bir bazara daxil olur. Yerli şirkətlər olanda birimiz az, birimiz çox – yenə özümüz qazanırıq. Ancaq bu yeni şirkətin gəlişi o deməkdir ki, bizim bazarda Tiqran Xudaverdiyan və onun rəhbərlik etdiyi şirkət də qazanacaq. Bilirsiniz ki, xarici ölkələrdəki erməni diasporu Ermənistana, Dağlıq Qarabağdakı separatçı-terrorçu rejimə maliyyə dəstəyi verir. Tiqran Xudaverdiyan və onun kimi Rusiyada yaşayıb işləyən erməni iş adamlarının da belə bir dəstəkdə payının olduğunu istisna etmək mümkündürmü?! Təsəvvür edin ki, paytaxtımızın strateji obyektləri də daxil olmaqla, bütün xəritə onların əlində olacaq. Bu, ciddi məsələdir. Biz inanırıq ki, Dövlət Təhlükəsizlik Xidməti, başqa hüquq-mühafizə orqan ları bu məsələyə diqqət göstərəcəklər və araşdırma aparacaqlar”. Bizimyol.info portalı bununla bağlı Vergilər Nazirliyinə müraciət edib. Nazirliyin Media və Kommunikasiya Mərkəzindən portalın əməkdaşına bildirilib ki, məsələ ətraflı araşdırlacaq və nəticəsi haqda məlumat veriləcək. Bu arada bizimyol.info-ya o da məlum olub ki, Bakıda Limon Taksi adı ilə yeni açılan taksi xidməti də artıq xəritə üzərində işləyir, şəhərin məhəllələrini, küçələrini, yollarını öyrənməklə məşğuldur, texniki işləri görür, sürücü toplayır.
0 notes
Photo
Tumblr media
I Ənkəbut surəsi, 43-cü ayə. “Məhz bu nümunələr, biz bunları insanlara veririk.” Bu nümunələri veririk. “Ancaq alimlərdən başqası bunları anlaya bilməz.” Deməli, müsəlmanlar alim olmağa cəhd göstərəcəklər, məlumatlı olmağa cəhd göstərəcəklər. Biologiya olsun, tibb olsun, hər mövzuda çox geniş tədqiqat aparacaqlar. Məsələn, Allah nümunə olaraq deyir ki; “Allahın xaricində başqa vəlilər edənlərin nümunəsi, özünə ev quran hörümçək nümunəsinə bənzəyər. Həqiqət budur ki, evlərin ən dözümsüz olanı hörümçək evidir; bir bilsəydilər. Allah, Öz xaricində hansı şeyə tapındıqlarını şübhəsiz, bilər. O, güclü və üstün olandır, hökm və hikmət sahibidir. Məhz bu nümunələr; Biz bunları insanlara veririk. Ancaq alimlərdən başqası bunları anlaya bilməz.” İndi, hörümçəyin həyatını bilməlidir, hörümçəyin yuvasının quruluşunu bilməlidir, araşdırmalıdır. O zaman ümumi məlumata sahib olmuş olur; dərin məlumata, qavrayışa sahib olmuş olur. “Allah göyləri və yeri haqq olaraq yaratdı. Şübhəsiz, bunda iman edənlər üçün bir ayə vardır.” “Göyləri və yeri də araşdırın” deyir Allah. “Sənə Kitabdan vəhy ediləni oxu,” yəni Quranı oxu və Qurana görə hərəkət et. Quranın xaricində xurafatlara girmə, “və namazı doğru qıl”. Yəni Quranda yazıldığı kimi namaz qıl, məzhəbçi xurafatçılar kimi deyil. “Həqiqətən namaz, çirkin utanmazlıqlar (fahşa)dan,” yəni qeyri-qanuni hər şeydən, “və pisliklərdən çəkindirər.” Yəni haram olan hər cür, hərəkətdən saxlayar. “Allahı zikr etmək isə şübhəsiz, ən böyükdür (ibadətdir). Allah, etdiklərinizi bilir.” İman həqiqətləri çox vacibdir, bunları gündəlik öyrənmək lazımdır. Allahın elmini öyrənməklə Allaha yaxınlaşa bilərik, inşaAllah. Youtube kanalımda 800-ə yaxın video əlavə etmişəm, iman həqiqətləri “Video siyahısı” da vardır. “İçlərində zülm edənləri xaric olmaq üzrə, Kitab əhli ilə ən gözəl olan bir tərzin xaricində mübarizə etməyin.” Yəni xristian və musəvilərlə ən gözəl tərzin xaricində təbliğ etməyin. Çox gözəl və nəzakətli üslub istifadə edin. (ardı rəydə) https://www.instagram.com/p/CehEMEVsQxM/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
I Yunus surəsi, 61-ci ayə. “Sən hansı bir işdə olsan, Qurandan nə oxusan”, Məsələn, bizlərdə gün ərzində Quran ayələri oxuyuruq. “Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq”. Yəni indi Mən sizi seyr edirəm deyir Allah. Hal-hazırda Allah bizi seyr edir və dinləyir. Onsuz da bizi danışdıran da, yazdıran da, oxutduran da Allahdır. “Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz”. Yəni atom da, atomun içindəki elektronlar da, protonlar da hamısı Mənim məlumatım daxilindədir deyir Allah. “Bundan daha kiçiyi”, onun daha kiçiyi də, yəni artıq fotonlar da. “və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın”. Hamısı Mənim hüzurumda qeydə alınıb, sabitdir deyir Allah. 62-ci ayədə; “Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər”. Bu eyni zamanda Mehdi (ə.s)-a və tələbələrinə baxır. Çünki onlar üçün qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Yəni çətin mühitlərə düşəcəklər, xurafatla mübarizə aparacaqlar, amma heç bir şəkildə kədərlənməyəcəklər. “Onlar iman gətirmiş və Allahdan qorxmuşlar”. Həm iman edirlər, həm də Allahdan qorxurlar. “Dünya həyatında da, axirətdə də onlara müjdə vardır”. Müjdə nədir? hz. İsa (ə.s)-ın enişi, dünyada İslamın hakim olması, ədalətin təsis edilməsi, əmin-amanlığın, sülhün və qardaşlığın gəlməsi. Axirətdə də Mehdi (ə.s)-ın da, hz. İsa (ə.s)-ın da tələbələri cənnətdə olacaq, inşaAllah. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #təfsir #din #hzisa #hzmehdi #azeba6ku #mart11ap https://www.instagram.com/p/CbVTTznsnuV/?utm_medium=tumblr
0 notes
yenigence · 5 years
Link
Paylaşdı: Yeni Gəncə
0 notes
yenigence · 5 years
Link
Paylaşdı: Yeni Gəncə
0 notes
yenigence · 5 years
Link
Paylaşdı: Yeni Gəncə
0 notes
listeliyi · 8 years
Link
via Maaş və pensiya artımı kimlərə şamil olunacaq? - AÇIQLAMA http://ift.tt/eA8V8J Yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda bir sıra məsələlərə toxunan prezident, maaş və pensiyaların artacağı anonsunu da verib. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev açıqlamasında prezidentin sosial müavinətlərin artırılması ilə bağlı çıxışını şərh edib. O, bildirib ki, maaş və pensiyaların artırılması bütün növ kateqoriya insanlarına şamil olunacaq: "Hələ ki, bununla bağlı yeni bir məlumat yoxdur. Cənab prezident dünən bir çox məsələləri açıqladı. Bu da onu açıq şəkildə göstərir ki, Azərbaycan sosial-iqtisadi inkişaf dövrünə qədəm qoyub. Bununla bağlı sərəncamlar imzalandı. Protokol komitələri təsdiq olundu. Onların işə düşməsi ilə əlaqədar olaraq Nazirlər Komitəsində müvafiq işlər gedir. Prezident həmçinin, manatın devalvasiyasına uyğun olaraq maaşların, pensiyaların, sosial müavinətlərin artırılması proqnozunu verdi. Hesab edirəm ki, bu, bütün növ kateqoriya insanlarına şamil olunacaq. Yaşayış minimumuna uyğun olaraq pensiya və əmək haqları da artacaq. İlk növbədə bu, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərə aid olacaq. Ona uyğun olaraq özəl sektor da öz maaşlarında müvafiq işlər aparacaqlar. Yaxın vaxtlarda əmək haqlarının artırılması ilə bağlı məsələləri cənab prezidentin ayrı-ayrı sərəncamlarında görəcəyik”. Deputat prezidentin digər məsələlərlə bağlı çıxışını da dəyərləndirib: "Heç şübhəsiz ki, prezidentin dünənki çıxışında bir sıra sosial sahə ilə bağlı səsləndirdiyi fikirlər çox əhəmiyyətlidir. Cənab prezident bank sektorunun sağlamlaşdırılması ilə bağlı bu il də geniş tədbirlərin görüləcəyini deyib. 2017-ci ildə makroiqtisadi sabitliyin təmin edilməsini, inflyasiyanın birrəqəmli olmasının vacibliyini vurğulayıb”.
0 notes