Tumgik
#dubblaj
whysoruthless · 7 years
Text
orxan ata demiş, bilmirəm nə yazım, axır ki, tükəndim. son 2 ildə yazdıqlarımdan hələ də fərqli heç nə yaşamadığıma görə ağlımdan keçən cümlələrin çoxu təkrara girir. hər tərəfdə sakitçilikdi. heç kim təzə albom buraxmır, heç kim təzə single belə buraxmır. mahnılar artıq adiləşibdi. üzeyirə qulaq asıram. üzeyirə a kişi! düzdü, mən çox belə insanları qulaq asdıqları şeyə görə qınayan və ya yekə kişisən o nədi qulaq asırsan deyən adam deyiləm. burda məqsədim üzeyirə də yuxarıdan aşağı baxmaq ya da alçaltmaq deyil. ən azından loru dildə desək üzeyir həqiqətən yaxşı oğlandı. telefonumda da shuffle hər an orxan lökbatanlıdan cem adriana, ordan da qəfil damien ricea keçə bilər. prosto ki, üzeyir də yox da qardaşım. başımı ağrıdır, yorur, amma bir tərəfdən də arxa fonda dayandıranda özümü qəribə hiss edirəm. və bunu niyə edirəm onu da başa düşə bilmirəm. əslində tarixçəsi belədi, bir təxminən iki gün bundan qabaq bir ara məşhur olan həmin o dubblaj videolarından biri çıxdı qabağıma. arxa fonda gedən üzeyirin mahnısını zarafat məqsədli dublaj edən iki xanım və bir oğlan. video özü o qədər keyfiyyətsizdi ki, insanların üzü belə güclə seçilir. amma ordakı xanımların biri o qədər səmimi, o qədər doğma gəldi ki, yalan olmasın videoya bir iki gündü gündə 7-8 dəfə baxıram. elə ordan da keçdim getdim üzeyirə. çox qəribədi, hə? bəzən insan tanımadığı, bilmədiyi insanlarla özünü o qədər yaxın, o qədər doğma hiss edir ki, elə bil illərdi bir-birini tanıyırsan. söhbət təkcə o xanımdan getmir, ümumiyyətlə deyirəm. şəkillərdə, videolarda, yazılarda, kitablarda görəndə elə bilirəm ki, elə özümüzük də oturmuşuq qabaq-qabağa danışırıq. o qədər yorğun və yuxusuzam ki indi, fikrimi tam olaraq çatdıra biləcək sözləri konsantrasiya olub yaza bilmirəm. konsantrasiya sözü belə yazılır heç onu da bilmirəm. belə olanda da çox vaxt axşam yorğun-arğın maşında oturub evə gəlmək üçün darıxıram. yuxusuz, gözlərin ağrayır, hava qaranlıqdı, çöl də soyuqdu, maşında peç yansa da əllərin kurtqanın cibində neftçilər kruqundan dönüb əhmədliyə tərəf gedirsən, radioda da aşağı xodda röya həmişəki kimi sevgidən mahnı oxuyur. belə səhnələrdə həmişə mahnıların çoxunun niyə sevgiyə aid olduğunu fikirləşirdim. dünyada bu qədər mövzu var ikən, yaxşı mahnı yazacaq doğurdan da heç nə tapılmır? repin ən sevdiyim tərəfi məsələn buydu. insanlar çox fərqli mövzularda istədikləri şeyi yaza bilirlər. və 4 dəqiqəyə 4 sətirdən ibarət 2 bənd və 1 nəqarətə qulaq asmaqdansa, dayanmadan oxunan fərqli cümlələr daha maraqlı gəlir. və bilirsən ki, oxuyan adamla yazan eyni şəxsdi, öz yazdığını oxumaq bu işi daha da səmimiləşdirir. nə bilim əşi, amma sevgidən yazılan replər də daha çox marağımızı çəkir də gəlin etiraf edək. qısacası özü yazıb, özü bəstələyib, özü də oxuyan sənətçilər hörmətə layiqdi, üzeyir də daxil.
14 notes · View notes
paylasimzamani · 5 years
Text
ÜNLÜLERİN DUBLAJ VİDEOLARI&En komik dubBlaj videoları izle 2015
Tumblr media
Read the full article
0 notes
Video
vine
#Delinindelisii #dubsmash #dubblaj #ankara #komedi
0 notes
melihka17 · 9 years
Video
Bizde böyle bea 😂 #kemalsunal #kemalsunalreplikleri #dubblaj #gülmek #komedi (Kanmış Malikanesi)
0 notes
Video
instagram
#kardespayi #vine #dubblaj #kadıköy #1907 #vinetürkiye #siir #kardeşpayı #ahmetkaya #ahmetkural #ayhantaş #muratcemcir #futbol #fragman #cemyilmaz #düğündernek #komik #dubsmash #kemalsunal #wesley #gitme #gülüş #bakış #boş #yarım #bi #galatasaraysk #avrupafatihi #kardespayi #vine #dubblaj #kadıköy #1907 #vinetürkiye #siir #kardeşpayı #ahmetkaya #ahmetkural #ayhantaş #muratcemcir #futbol #fragman #cemyilmaz #düğündernek #komik #dubsmash #kemalsunal #wesley #gitme #gülüş #bakış #boş #yarım #bi #galatasaraysk #avrupafatihi
0 notes
yunusbasaran · 9 years
Video
instagram
Let's talk about_! #pitchperfect #dubsmash #dubblaj
0 notes
yuruyenanasonagaci · 9 years
Video
#Dubblaj Ey gribal enfeksiyon, ey enfeksiyon lobisi cekin ellerinizi yakamdan!!! (Bozcaada)
0 notes
borekci · 9 years
Photo
Tumblr media
Güzelmis => http://vinesecond.com/Video/1198925292107096064
0 notes
yakamozyaramaz · 9 years
Video
#Can#sıkıntısı#ne#yaparsın #dubblaj :)
0 notes
Video
vine
#komedi #dubblaj #dubsmash #Delinindelisii #kardeşpayı
0 notes
yunusbasaran · 9 years
Video
instagram
#sedasayan #nez ile #sohbet #dubblaj #dubsmash
0 notes
josefzafer · 10 years
Video
instagram
#Çanakkale #DubblajTR #Dubblaj
0 notes
16yusuf16 · 10 years
Video
undefined
tumblr
1 note · View note
benimmetrekarem · 10 years
Video
#dubblaj unutmadık 😂
0 notes
Video
vine
#Delinindelisii #instagram #dubblaj #dubsmash #vineturkiye #twitter 😂😅
0 notes
Video
Payamı isteyim 🙈 #sezercik #dubblaj #yeşilcam #payamıver
2 notes · View notes