bir inancınız vardır, içinde tanrı yoktur. saçınızın bir telinden haberdar olan tanrı, tüm saçlarınız kesildiğinde hiç ağlamamıştır.
Don't wanna be here? Send us removal request.
Text
bir neçə ay əvvəl bildiriş gəldi ki, bu bloqun 10 illik yubileyidi. gördüm 10 il əvvəl hardaydımsa, elə indi də ordayam. əslində bəzi şeylər dəyişib, 10 il əvvəl yazdığım yerlərdən yazmıram indi. məsələn iş kompyuterimin qabağında oturub bu yazını yazmaq çox qəribədi. elə bilirəm əynimdə kostyum boğazımı qalstuk sıxır. amma mən onsuz da evdən işləyirəm, kostyum geyiniləsi işim də olmayıb heç vaxt. adətən dost-tanışın toyunda kostyum geyinməmiş o qəribə adam mən olurdum. arada anam pis olurdu qohumların yanında, sonra həmin qohumların başı qarışırdı boşanmağa, bizim də yadımızdan çıxırdı. hərdən fikirləşirəm ki, elə vəziyyətlərdə niyə anam mənim tərəfimi tutmurdu, amma öz azadlıq prinsiblərimi ondan da gözləməyim mənim səhvim idi yəqin ki. belə baxanda 2-3 saatlıq kostyum geyinsəydim də ölməzdim ki, kimə nəyi sübut eləməyə çalışırdım guya. elə sonra da bütün toylara eyni kostyumu geyinib getdim. son bir neçə il özümə kimə nəyi sübut eləməyə çalışırsan deyə-deyə bütün prinsiblərimdən əl çəkdim. noviembredə axırda deyir ki, dünyanı dəyişməyə çalışırdıq, uğursuz olduq. indi isə çalışıram dünya məni dəyişməsin. yəqin ki, bu səhnədən sonra kino qurtarmasa, mənə də bir səhnə versəydilər deyərdim ki, indi isə çalışıram dünya məni dəyişməsin, amma yenə də uğursuz oldum. hər şeyin başın o qədər buraxmışam ki, məni özümdən çıxartmaq indi çox çətindi. hər şeyə baş üstə deyib, yola gedirəm. arada da elə yerlərdə özümdən çıxıram ki, elə bil dünyanın ən əsəbi insanı mənəm. deyəsən bəzən özümü cəzalandırmaq istəyirəm, dəxlisiz yerlərdə insanların üstünə qışqırıb, hərdən təhdid də eləyirəm. indi mənə polislə hədə qorxu gəlirlər. oturub gözləyirəm ki, bəlkə bu dəfə çağırdılar, amma heç kim şikayət eləmir. yəqin onların da mənə yazığı gəlir, elə mənim özümün özümə gəldiyi kimi. sevgilim balkona çıxıb bir ayağını balkondan aşağı salanda bildim ki, bəzən mən də insanları özündən çıxarıram. sonra başa düşdüm ki, o böyük manipulyatordu, mən isə qurban. bütün situasiyalarda özümü qurban göstərməyi bacarıram. əslində heç bəlkə də sevgilim olmağını da istəməmişdim, prosto qəlbin qırmamaq üçün baş üstə deyib yola getmişdim. elə ən bərbad doğum günümü də, ən bərbad yeni ili də onunla keçirmişdim. amma hər dəfə gözündən axan bir yaşa ürəyim ağrayırdı. əslində onun da günahı yoxdu, insanlarla aram yaxşı deyil. istəmirəm heç kim daimi həyatıma girsin, buna görə onlara hər şey eləməyə hazıram. bəlkə də elə ən böyük manipulyator mənəm. özümün canı cəhənnəmə, əsas odu heç kim məndən qabaq ölməsin. hərdən başa sala bilmirəm ki, məndən əvvəl həyatıma girmiş insanlara heç nə edə bilmirəm, amma məndən sonrakıları istəmirəm. qazanmağın bir tərəfi də itirməkdi. nə vaxtsa itirmək qorxusundansa heç vaxt qazanmamaq daha xoşdu.
sevirdim əl uzatmağı, dəyişdim zərbəyə sevirdim sülh yaratmağı, dəyişdim müharibəyə sevirdim bayramları, dəyişdim faciələrə sevirdim şokoladı, dəyişdim fahişələrə sevirdim görüşləri, dəyişdim əlvidaya sevirdim arzuları, dəyişdim qəbirlə sevirdim dürüstlüyü, dəyişdim bəhanəyə
11 notes
·
View notes
Text
necə tərgitdim hər şeyi - əvvəl siqaret çəkməyi, sonra yazı yazmağı, sonra alkoqolu, ən axırda da sevməyi. sevməyə heç vərdiş eləməmişdim açığı, siqaret kimi onun da tamı xoşuma gəlməyib heç vaxt. sevdiyim insanların qohumlarımdan çox da fərqi yoxdu, problemlərini həll etməyə kömək edə bilirəm maksimum. bu da heç kimə bəs deyil. ən böyük zəifliyim insanların ancaq özünü fikirləşdiyini qəbul etməməkdi. psixoloqlar deyir ki, sevgisiz böyüyən uşaqlar böyüyəndə özlərini hamı üçün qurban verməyə hazır olur. amma sevgisiz böyüyən uşaqlar ailə qatili də ola bilir axı. dostlarımın övladlarına sevgi göstərdiyini görəndə qəribə oluram. şəhriyar deyir ki, məni tanıyanlar mənə deyir holy. məni tanıyanlar elə-belə xətrim qalmasın deyə nəsə deyirlər. köynəyimi o qədər istifadə eləmişəm ki, yuyulmaqdan rəngi qaçıb. mən də eləyəm, o qədər istifadə olunmuşam ki, rəngim qaçıb. hərdən elə bilirəm xəstələnmişəm, sonra görürəm ki, heç qızdırmam da yoxdu. yəqin tənbələm, bəzən durub yemək yeməyə belə halım olmur. b vitaminim yerindədi, d biraz aşağı. günəşin qəlbimi qızdırmağa çalışmaqdan vaxtı yoxdu başqa şeyə. dünən bildiriş gəldi ki, bu blogu açmağımın 11ci ilidi. evdən getməmişdən qabaq açmışdım bu bloqu. təsadüfə bax ki, passportumun rəngi də elə dünən dəyişdi. amma orxan demiş, doğum yerim qalıb eyni.
getdi ki, sağala könlünün yarası
bir gecəqonduda sərxoş yarasa.
getdi ki, özgəsi yaranı sarısın
və qayıtdı unutdu evinin qapısın.
3 notes
·
View notes
Text
o qədər yoruldum ki, bezib özümü öldürdüm bir gün. gəlib üstümə torpaq atmaq yerinə niyə öldün deyə soruşdular. ilin ən uzun gecəsində ilin ən qısa yazısını yazıram. ilin ən uzun gecəsində bir butulka çaxırı ən sürətli mən bitirirəm. ilin ən uzun gecəsində ən çox tənhalığı mən arzulayıram. uzun sözün qısası, tələsən yerim olmasa da hər yerə tələsirəm. səhər sevgilimi ağlatmışam, indi ayrılmağa tələsirəm. hərdən fikirləşirəm ki, mən o qədər də pis insan deyiləm. sonra özümə ətrafımdakı insanların gözündən baxıram, onda görürəm ki, ölsəm, gəlib üstümə bir ovuc torpaq da atmaram heç. ölməyi çox da istəmirəm açığı, atamın ölümündən danışmağa başladığı vaxtdan bəri onun da bir mənası qalmayıb. ilin ən uzun gecəsində youtube reklamların vaxtın uzadıb. çaxırımın axırıncı stəkanında, nifrət olunan insanlar siyahısında birinci yerdə, yazımın da axırıncı cümləsindəyəm.
yığıb-yığışdırmaq olmur məni yəqin deyərlər nələr etmişəm. bir gün ömrüm gələr yetmişə bir də baxaram hədər getmişəm.
5 notes
·
View notes
Text
çox darıxıram. axırıncı dəfə bu qədər darıxanda heç nə vecimə deyildi, hər şeyin başın buraxıb darxdıqlarımın yanına qaçmışdım. indisə daha normal insanam. daha çox sərhədlərim var, və ən əsası, bu sərhədləri darıxdığlarıma görə tikmişəm.
saçımdakı ağ tüklərin sayı gündən günə artır. kimsə demişdi ki, ağ tükü çıxartsan daha da çoxalmağa başlayır. bəlkə də, vitamin azlığından saçlarım ağardı, mən də elə bildim qocaldım cavan yaşımda.
hər şeydən o qədər küsmüşəm ki, indi əlim də hərfləri tapmağa ərinir. heç yerə gecikməyən mən indi hamını gözlədirəm. pisliyi yaymaq o qədər asan imiş ki, çətin olan dəyişməmək imiş. günəşimin qabağına göydələnlər tikib evimi soyutduqları kimi ürəyimin qabağına hasar tikib sevgini soyutdum. sevgilimdən başqa hamıyla onunla ayrılmaq haqqında danışdım. onu o qədər sevdim ki, o məni sevmədi. o məni sevmədikcə də mən onu sevmədim. mən onu sevmədikcə o məni sevməyə başladı.
indi qocalmışam. iki işdə işləyirəm ki, həftə içi başım qarışsın. həftə sonu da başımı içkilərlə qatıram. pis deyil, vaxt sürətli gedir. hara tələsirəm bilmirəm, başımı qatmağa çalışıram. çoxdandı heç nəyə qulaq asmıram, heç nəyə baxmıram. qulaq asdığım artistlərin çoxu ya musiqini buraxıb ya da ölüb. bunu deyəsən əvvəlki yazıların birində də yazmışdım. əvvəlki yazılar demişkən, hər gün girib burda əvvəl yazdıqlarıma baxıram. arada öz-özümə təəccüblənirəm ki, bu cümləni mən yazmışam? arada da öz-özümə deyirəm ki, bu nədi yazmışam. həyatda da beləyəm, atdığım bir addımda təəccüblənirəm, o birində təəssüflənirəm. yəqin ki, bu heç mənə xas da bir şey deyil, hamı belədi. mən də hamıdan biriyəm.
şəkillərdə aşiq olduğum insanlarla görüşə bildim. əlim-ayağım titrədi, o qədər həyəcanlandım ki, həmin anları indi xatırlaya bilmirəm. belə həyəcanlananda özümdən zəhləm gedir. bəlkə də ona görədi yazılarda özümü bu qədər vecsiz göstərməyim. olduğum yox olmaq istədiyim adamı göstərirəm.
4 notes
·
View notes
Text
uzun müddətdən sonra başa düşdüm ki, evim üçün çox darıxmışam. söhbət içi boş divarlardan yox, ailədən ibarət dörd divarlardan gedir. necə doğma imiş hər günü öz dilində açıb, hər axşamı öz dilində bağlamaq. radiodakı səhər verilişlərinə, axşam gedən qəmgin mahnılara qulaq asanda, televizordakı dublaj filmlərə baxanda başa düşürsən ki, hər şey necə doğma və səmimidi. bəlkə də yoxluğun verdiyi həsrətdəndi. indi qayıtmışam, amma necə darıxıb, necə qucaqlamaq istəyirəm evdə keçirdiyim iki ay yarımlıq vaxtı. başa düşdüm ki, içində bir nəfər yaşayan evlər heç vaxt isinmir.
atamla aradakı sərhədləri əridə bilməməyin verdiyi ağırlıq çiyinlərimi incidir. onu bəzən belə çətin vəziyyətdə görəndə bilmirəm necə əlindən tutum deyim ki, qorxma. atam heç bilirmi görəsən onu çox istədiyimi. onun bu qədər qocaldığını görmək əvvəlki ölüm qorxumu geri qaytarır. onu tək ürəkdən öpə bildiyim yerlər aeroport sərhədləridi, bəhanələr isə getməkdi.
babamla nənəmin gözünə qəbir daşında baxanda hər dəfə düşünürəm ki, görəsən onların yanındakı üçüncü şəkil hansımızın olacaq. ümid edirəm ki, bir də heç kimin gözünün içinə soyuq daşdan baxmağa şansım qalmayacaq.
getdiyim yollarda fərqinə varıram ki, hərdən bir uşağın gözündə sadəcə göydə uçan balaca bir təyyarəyəm. bəzi uşaqlara sevinc verirəm, bəzilərinə isə başına bomba düşəcək qorxusu yaşadıram. bəzən bir uşağı sevindirirəm, bəzən birinin ağlamağına səbəb oluram. özümə nifrətim ən çox onda artır. hər şeyi edə bildim, özümlə barışmaqdan başqa.
uşaqlığım üçün darıxıram. yaşaya bilmədiyim uşaqlığı indi otuz yaşıma çatmamış hələ də yaşamağa çalışıram, amma anam icazə vermir. onun üçün ən çox ütülədiyi son paltarı geyinəndə, bişirdiyi son yeməyin son loxmasını yeyəndə darıxıram. amma onun xoşbəxtliyi üçün ac qarnına dünyanı lüt gəzmək isətəyərdim. şair demiş, şair özü bəxti qara olsa da xoşdu, yaşayırsa bacı, qardaş, ata, ana ləzzətdi.
20 notes
·
View notes
Text
yutması zor hapları yutmuşça yapıp, çıkarıp ağzımdan atıyorum gizliden. artık sağlam ayaklarla eziyorum kaldırımları arsızların üstüne düşürüyorum yıldırımları kanatmadan acıtıyorum, yıldırdım onları. ayların elinden tuttum ve gezdiriyorum yılları. devirdik bir günü daha dağ gibi sağlam, orkideler gibi narin.
6 notes
·
View notes
Text
aşkı anlatanlar aşkı kaybedendi, nefret olgusuyla yaşama sırt dönenler resti çektiler ve katlettiler selam sabahsız kendilerine zorla zorba oldular ve zurha kasvet ettiler. yalancı konuşur oldu hep yalancı lisanı hayyamın rubaisinde şarabı kan yarattı, derde daldı, arama bulunmak istemeyeni, sorma hediye etki tekliği, tekillik olgun-ergin yapıcı. kapıcı çalmasın bu kapıyı bırakın, tek sefada yaşanır her acı panzehirle ölümü gördü her zehir. kibrin ilacı, üç yalan bir doğru götüre dursun sırrım kalbim tutsun olsun, kaderi balla sıvalı akıbetler yarına baksın ekledim bu resmi tanrı bir beden yarattı kaybeden zamandı.
4 notes
·
View notes
Text
hərdən bir payız günü siqaretə geri qayıtmaq istəyirəm. hərdən də burnuma siqaretin iyi gələndə, həyatı nə qədər çətin yaşadığımı başa düşürəm. vaxtilə siqaret çəkəndə gecələr vicdan əzabından yata bilmirdim ki, valideynlərimin məndən zəhləsi gedər görsələr. halbuki yeniyetmə dövründə baxdığı kinolardan, qulağ asdığı mahnılardan təsirlənən və həmin yaşda eləməli olduğu səhvləri edən adi biriydim. amma gölə gedəndə qabağımda palto geyinmiş və siqaret çəkib tüstünü arxasında gedən mənə üfürən qızı görəndə ağlıma açığı bunlar gəlmirdi. bəlkə də elə vaxtilə atamın getdiyi yolu gedirdim, kim nə bilir. netflixdə bir dənə seriala baxdım, orda deyilənə görə, keçmiş heç vaxt izimizi buraxmırmış. arada fikirləşirəm ki, kaş 17 yaşımdakı qədər cəsarətim indi də olardı. o vaxt cəsarət edib ilk dəfə siqaret çəkmişdim. indi tərgitdiyim siqareti cəsarət edib bir də çəkə bilmirəm. o vaxt evdən qaçırdım, indi axşam 12dən gec yatmıram. onda yalan danışırdım, indi yalan danışanda fikirləşirəm ki, birdən gerçəyi onlara demədən ölsələr necə yaşayacam bu yalanla? qısacası həyat böyüdükcə çətinləşir.
hərdən gəminin heç kim şəkil çəkdirməyən tərəfində oturmaq istəyirəm ki, mənzərə küsməsin. hərdən də qəddar olub, kimlərisə təkləyirəm, dost dediyim adamların zəif nöqtələrilə zarafatlaşıram. sonra da evə gedib fikirləşirəm ki, niyə həmin zarafatı elədim axı, bəlkə xətrinə dəydi. keçən dəfə twitterdə gördüm ki, kimsə gedib psixoloq yanına və deyib ki, insanlara pis təsir etməkdən qorxuram. psixoloq da qayıdıb deyib ki, özünü o qədər dəyərli görürsən insanların gözündə?
pozitivliyimi saxlaya bilmirəm, dostlarla hər deyib gülünən axşamların səhərində tükənirəm, sonra da iki gün evdən çölə çıxmıram. yolda getdiyim yerdə reski yerdən mel tapmaq istəyirəm. sonra da özümün üstündən klas-klas çəkib, özümü ora həbs eləmək istəyirəm. qoy hər gəlib keçən üstümə daş atıb bir ayaq üstü tullansın.
hərdən ev üçün elə darıxıram ki, getdiyim yerlərdən tez qaçıb qayıdıram evə, otağın iyini çəkim burnuma. qapını açanda üstümə gələn istilik mənə o qədər doğma gəlir ki, elə bilirəm dünyanın ən təhlükəsiz yerindəyəm. halbuki balkonumdan aşağı tullanmaq üçün məni ancaq bir cüt ayaqqabı saxlayır ki, corablarım batmasın. və bu ev həmişə soyuqdu. evimdə tapmadığım istiliyi italiyan restoranlarında axtarıram. yəqin ki, anamdan görmədiyim sevgini də özümdən yaşca böyük qadınlarda.
o qədər piyan oldum ki, indi ayıq qalmaq daha maraqlıdı. heç amma bu yazını da ayıq başla yazmıram. bu ad günüm bəlkə də sonuncu olmalıydı. bu dünyadan çox o dünyada gözləyənim var. ölənlərlə ölə bilmədim, amma qalanlarla da yaşaya bilmirəm.
bütün bu dəbədəbələrdən bezmişəm, yorulmuşam, köhnə evlərdə yaşamaq istəyirəm, addımlayanda ayağının altındakı taxtaların səs elədiyi evlər. üstü pərdəylə örtülmüş şkaflar, şkafın içində əsgər forması, üstündə də şəkil. heç kim utandığından soruşa bilməsin ev sahibindən ki, bunlar kimə aiddi. gecə yatanda həmin şkafın yanındakı kravatda yatanda üzümü divara çevirib pərdəni əlimlə çəkim və həmin çərçivədə öz şəklimi görüm. taxta qoxsun hər yer, yağış yağanda dəmir damın səsindən oyanım. gecə hava o qədər soyusun ki, qalın yorğana bürünüm. səhər də oyanım ki, artıq xəstələnmişəm. həyatımı burdaca qoyub qaçmaq istəyirəm.
gündəlik elədiyim şeylər də əziyyət gəlir indi, yemək bişirmək, yer yığışdırmaq. bu gün ürəyimə pomidor yumurta düşmüşdü oyananda. pomidor konservasının qapağını aça bilmədiyim üçün əsəbləşib yerə çırpdım, sonra da özümü şillələyib evi təmizləməyə başladım. indi bütün otaq pomidor qoxur və nə yediyimi özüm də bilmirəm.
https://youtu.be/mj7wV1KVcN4
5 notes
·
View notes
Text
uzun illərdən sonra, divar dibində dayanıb, güllələnməyi gözləyəndə polkovnik aureliano buendia atasına qoşulub, buz parçasına baxmağa getdiyi o uzaq axşamı xatırlayacaq. qabriel qarsia markes yüz ilin tənhalığına bu cümlə ilə başlayır. elxan yüz ilin tənhalığına referans verəndə 19 yaşında idi. mən isə 19 yaşımda elxanı oxuyurdum. sonra da bu zənciri qırıb heç kimin həyatına 19 yaşında təsir eləmədim. heç belə bir niyətim də yoxdu açığı, bunu bir dəfə yaşadım, sonra durub evimdən uzaqlara qaçdım ki, bir də elə bir insan olmayım. evin yanındakı hotelin qabağında iki dənə bahalı maşın dayanıb. yoldan keçən insanlar işin-gücün saxlayıb maşınların şəklin çəkir, mən də əynimdə eminemin kings never die köynəyilə içki almağa gedirəm. bu köynəyi çölə-bacaya geyinməyə almışdım, sonra dizaynı xoşuma gəlmədi, indi ev paltarı kimi geyinirəm. istəyirəm şəkil çəkənlərə deyim ki, bu mənzərəni də çəksinlər. guya ki, çox miskin mənzərədi, ev yığışdıran kişi. biraz qabağda da it parkının yanında velosipedlərə söykənən bir evsiz əynini dəyişir. parkın içində də xoşbəxt tullanıb-düşən itlər. hərdən itlərin xoşbəxtliyini qısqanıram. yatmamışdan qabaq divanın üstünü düzəldirəm. səhər oyananda gördüyüm birinci mənzərə dağınıq olanda günüm yaxşı keçmir. öz-özümə yeridib qayda elədiyim belə mənasız şeylər var - bir nəfərlik evdəki dörd nəfərlik stolda hər gün yeməyi eyni tərəfdə yeməyim kimi. bu yazını da tamamlamağa çox həvəsim yoxdu, saat 12ni keçməyə az qalıb. elə bilirəm 12dən tez yatmasam sabah heç nə yaxşı olmayacaq. hərdən də bunu fikirləşməkdən həyəcanlanıb yata bilmirəm, birdən saat 12 olar, mən yatmamış olaram. başım işləmir.
2 notes
·
View notes
Text
bir həftədi qayıtdığım evim bütün toz-torpaq içindədi. bəlkə də hər şeyə yaşadığım yeri təmizləməkdən başlamalıyam. amma mən hər səhər oyanıb ortalıqdakı əşyaların üstündən tullana-tullana öz-özümə bu ev nə gündədi deyib, içində dünəndən yarımçıq içilmiş çayın ləkəsi qalmış stəkanı yuyub təzədən çay tökürəm. bəzi səhərlər stəkanı paraşokla yumaq belə gözümə durur, adi suyla yıxalamaqla kifayətlənirəm. qabyuyan maşın olduğu halda evdə təmiz qabqacaq da yoxdu. buna görə də hər dəfə yeməyi çöldən sifariş verirəm, heç birinin dadı yoxdu. halbuki ən sevdiyim şeylərdən biri dadlı yemək yeməkdi. indi sevdiyim heç nəyi eləmirəm. daha doğrusu sevdiyim heç nə qalmayıb, elədiyim şeylərin heç biri zövq vermir. hamısın ya vərdişdən eləyirəm, ya da yaşamaq xətrinə. artıq fərqi yoxdu saçım uzundu ya qısa, təzə başladığım iş məni həyəcanlandırmır, insanlar xoşuma gəlmir. dostlarıma zəng eləmirəm, mən zəng eləmədikcə onlar da ikiqat mənə zəng eləmir. kiməsə xətrimə dəydiyini büruzə verəndə, özünü məndən ikiqat incimiş kimi aparır. onlar belə elədikcə də daha da soyuyub, daha da uzaqlaşıram. əvvəl buna görə pis olurdum, indi vecimə də deyil. deyəsən kin saxlamağa başlamışam. bir üzrlük, ya da bir könül almalıq xətrim yox imiş demək onların yanında. qarşılıq gözləmədən insanları məmnun eləmək istəmirəm artıq. uduzdum, mənim onları düşündüyüm qədərin heç olmasa bir hissəsini istəyirəm artıq onlar da mənə qarşı düşünsün. nə vaxta qədər qabda qalmış axırıncı nəyisə gözləyəcəm başqaları götürüb yesin. və həmin adamlar mənə təklif belə eləmədən götürüb üzümə baxa-baxa özü yeyəcək. mənim atdığım addımlarda mənə tərəf ayağını belə tərpətməyənlərə qarşı bir də heç vaxt addım atmıram. başa düşdüm ki, insanlar səni itirməkdən qorxmadığı müddətcə sənə dəyər vermirlər. daim əlçatan olmaq səni dəyərsizləşdirir. bunları elədikcə də hamını itirdim, bir-iki nəfərdən başqa dostum qalmayıb, onlar da uzaqdadı. gör indi çevrilib kimə dönmüşəm.
5 notes
·
View notes
Text
yorğunam dost, yorğunam mən əllərimlə sanki yükümün çiyinlərdən düşməməsinə kömək edirəm. üzümə də qəm yapışıb. gülərək gizləməkdən yaxşı heç nə tapmadığımdandı, bu aciz təbəssüm daim çöhrəmdə. gənclik bağçalarımı quraqlıq vurubdu sanki, solubdu qönçələrim və tökülübdü pöhrəm də.
4 notes
·
View notes
Text
görəsən müqəddəs olan insanlar ancaq palçıqdan yarananlar idi? ölümlü birinin yaratdığı nə qədər müqəddəs ola bilər, günahkar insanlar günahsız kiməsə həyat verə bilər? o qədər vaxtdı yazmıram ki, artıq cümlələri də bir-birinə bağlaya bilmirəm. o qədər vaxtdı yazmıram ki, ağlıma nəsə gələndə açıb yazmağa belə ərinirəm indi, bir neçə saniyə sonra da ağlıma gələnlər çıxıb gedir. qayıdıb öz yazdıqlarımı da oxumuram heç, ya yadıma salmaq istəmirəm, ya da bir mənası yoxdu deyə. biraz əsəbiyəm, hamıya və hər şeyə qarşı. insanları itirməkdən qorxmuram, ilk səhvlərindəcə üzümü çevirib gedirəm. səhvi olan insanların törəməsiyik axı, necə səhvsiz ola bilərik. göz yummağı əvvəl azaltmışdım, indi tərgitmişəm. kiminləsə yeni yaxınlıq qurmaq da maraqlı deyil artıq. təzə tanış olduğum adamların hamısı zəhləmi tökür. o qədər nifrət doluyam ki, elə bilirəm hamı kibirində boğulur, hamı özündən razıdı. elə bilirəm hamı ancaq özünün xoşbəxtliyini istəyir. ancaq özünün xoşbəxtliyini istəyənlərin dünyasında acığa heç kimə yaxşılıq eləmək istəmirsən. bəlkə də insanların xoşbəxtlik cəhdlərinin puça çıxmasından artıq zövq alıram. müharibəni öləndə yox, düşməninə bənzədiyində uduzursan.
yağışlı havada tələsən təcili yardım maşınlarının çarəsizliyi mənim çarəsizliyimin yanında heç nədi. bəlkə də bir neçə saniyənin vacibliyini həmin ambulansı gözləyənlər qədər heç kim başa düşmür. bunu liseydə oxuyanda müəllimim demişdi bir dəfə - 85 yerinə 84 yazıb, ondan 1 bal istəyəndə. qatara 1 saniyəylə gecikənlərdən soruş demişdi 1 dənənin fərqini. soyuq havada titrəyə-titrəyə balkondan həyəcan təbili çala-çala şütüyən avtomobillərə baxıram. hərdən özümü sevdiyim yazıçılara bənzətməyə çalışıram, hərdən də həmin avtomobillərin ani istiqamətini dəyişmək istəyirəm. görəsən ən yaxındakının həyatını qurtarmaq daha vacibdi onlar üçün, yoxsa onlardan birinci kömək istəyənlərin? ölmək istəyib ölüm anında peşman olanların həyatı görəsən daha önəmlidi yoxsa yox? yəqin ki, o binanın damından tullanandan sonra fərqi yoxdu neçə mərtəbəli binanın damın seçmisən, ya da yerə çatana qədər nə fikirləşmisən. heç vaxt başıma oxuduğum yazıçıların başına gələn qədər nə maraqlı, nə də dərdli hadisələr gəlmir, amma hərdən özümü onlardan daha kədərli aparıram. sonra yadıma qat-qat kədəri olub həyatına davam edən insanlar düşür. başqalarının dərdinə baxıb özümə təsəlli tapmağı tərgidə bilmirəm. bəs axı hər kəsənin dərdi özünə dəvədi. indi hər şey xətrimə dəyir, dostarım mesajlarıma cavab yazmır, tanımaq istəmədiyim adamları belə tanıyıb özümə xəyanət edirəm, və ən çətini tək olduğumu başa düşürəm. o qədər özümü dünyanın mərkəzində görürəm ki, xətrim hər şeydən əziz gəlir. adama deyərlər xətrinə dəyir, çəkil, divara dəysin. burda niyə varam, bu yolu niyə gedirəm deyə sorğulamağa başladığım ərəfələrdəyəm yenə. çoxdandı bu dərdlərim yadıma düşmürdü. indi qayıtmışam başa, nə eləmək istədiyimi doğurdan bilmirəm. mənə kömək eləmək üçün səslədiyim dostları çönüb əlimi uzadanda tapa bilmirəm. mənə dərdini paylaşmağını istədiyim dostlarım, indi üzünə yalandan gülüş qondurub mənə hər şey yaxşıdı deyir. onlara bu qədər yadlaşacaq qədər nə elədiyimi başa düşmürəm. o qədər qorxmuşdum ki, ilk dəfə kimisə doğurdan qucaqlamaq istəmişdim. tanımadığım adamlara olar səni qucaqlayım deyə bilmədim. yəqin insanoğlu belədi, kim onu çox sevmirsə, onu daha çox sevir.
zaman elə bərbad bir təxəyyül ki, nə tutmaq olur, nə də yaşamaq. bircə çönüb baxanda görürsən ki, keçib gedənin adını qoymuşuq yaşamaq.
3 notes
·
View notes
Text
təklik aydınlığa xidmət etmirsə əbəsdi tutdum nəfəsimi ciyərlərim səsini kəsdi hər kəsənin dərdi özünə bir dəvədi min o dəvənin boynun tut.
4 notes
·
View notes
Text
dayanaq intiharın bir addımında, güllə vurum beynimə, sən zəhər iç - acı olsa da birtəhər iç.
4 notes
·
View notes
Text
özüm-özümün başını qatmaqla günləri keçirirəm. neynirəm, nə eləməyə çalışıram heç özüm də bilmirəm. saçımdakı ağ tükləri indi təkcə mən görmürəm, o qədər çoxalıblar ki, hamı görür. əslində hər şeyi belə dramatikləşdirməyi çox xoşlayıram, bayaqkı cümlədən sonra adamın ağlına yəqin ki, gəncliyindən qocalığa keçid dövründə olan adamlardakı kimi qara saçın ağarması gəlir, amma o qədər deyil, diqqətlə baxmasan heç görünmürlər. amma bu qocaldığım gerçəyini dəyişmir. əvvəllər böyüyürdüm, indi qocalıram. karmasından qorxduğum üçün eləmədiyim hərəkətlərin cavabları elə şeylər oldu ki, bəlkə də karma daha az qəddar olardı. bəlkə də karma heç yoxdu, amma onu inkar edəndə, insanın yaşatdığını yaşamamış ölmədiyi yadıma düşür. bax belədi, inanclarım onları inkar etdikcə inanma sırasına görə peyda olur. kimlərəsə zərər verməkdən çox qorxuram, ona görə də gözümə çöp düşür. pis qapıçılar kimiyəm indi - heç kimə qol vurmuram amma rəqib də gözümün yaşına baxmır. vicdan insanın ən böyük düşmənidi. amma neynəmək olar, pislik eləmədiyin insanın qabağına keçib mənə niyə yaxşılıq eləmədin soruşmaq elə yəqin ki, ona pislik eləməkdi. musiqilərini orijinal qulaq asıb, konsertlərinə pul xərclədiyin artistdən də soruşa bilməzsən ki, niyə təzə albom çıxarmırsan, mənim axı təzə kədərlərim var və sən məni qulaqlıqla tək qoymusan. yəqin ki, öləndə də belə olacaq. allahdan soruşa bilmərsən ki, mən heç kimə pislik eləməmişdim, məni niyə cəhənnəmə göndərdin. ya da mənə cəhənnəmi yaşatdın o dünyada, indi niyə cənnətə göndərmirsən.
3 notes
·
View notes
Text
mənim tərəfə daha bir addım at, sənin tərəfə qaçaraq gələcəm.
mən sənin tərəfə qaçıb gələndə, sən qorxub geri qayıtdın. mənim tərəfə bir də heç vaxt bircə addım da olsa atma.
5 notes
·
View notes