Tumgik
#hassansabbah
shahinelected · 6 months
Text
Tumblr media
Oxuyub bitirdiyim növbəti kitab, Vladimir Bartolun qələmindən olan "ƏLAMUT" adlı tarixi roman oldu.
Kitab olduqca maraqlı, axıcı, cəlbedici, həyəcanlı idi. Kitabda Həsən ibn Sabbah adlı fars əsilli bir Filosofun, ƏLAMUT adlı işğal edilməsi mümkün olmayan qalanı, dəlisov planlar ilə işğal etməsindən və orada fədailər (indiki adı ilə "assasinlər" və ya "qatillər") ordusu yığaraq, Türk və Ərəb imperiyalarını çökdürməsindən bəhs edir. Həsən Sabbah özünü Peyğəmbər kimi təqdim edir və iddia edir ki, "Allah Cənnətin açarlarını mənə vermişdir!". Hər kəs onu Seyyiduna deyə çağırır. O isə, Əlamətun arxasında bağçaları Cənnət kimi bəzəyib, oraya cariyə Qadınları toplayır və onlara əmr edilir ki, özlərini Huri kimi təqdim etsinlər, əks halda ölüm cəzası alacaqlar! Fədailəri isə, Hind çiçəyindən (çətənəsindən) hazırlanan tabletkalar (həşşaş) ilə uyudub, gizlicə o bağçalara apartdırırdı 1 günlük. Buna görə, onlara "Həşşaşilər" (bir növ Narkomanlar adına uyğun gəlir) deyilməyə başlanır. Bu prosesi yaşayan hər kəs, həqiqətən Cənnətə düşdüyünü zənn edərək, həşşaşın da təsiri altında, öz canını fəda edir və ya Padşahları öldürürlər! Həsən Sabbahın əsas məqsədi, dini uydurma nağıllar və rəvayətlər ilə, Fars Hakimiyyətini qüdrətli etmək və dünyanı Farsların idarə etməsi idi. O buna qismən nail oldu.
Bu əsəri oxuduqca, özümü sanki orada imişəmmiş kimi hiss edirdim və həyəcanlanırdım və oxumağı dayandırmaq istəmirdim.
Bu kitabın hər bir cərəyan edən hadisəsi, mənə İranın bu günkü fəaliyyəti, dini nağıl və rəvayətlər uydurmaq, İmamları Fars siyasətinə alət etmək, Şiəlik adı altında, İran Fars siyasəti yürütmək və s. xatırladır.
Halbuki, Həsən Sabbah da, İranı Əlamutdan idarə edirdi. Onun, Dostu Ömər Xəyyam ilə birlikdə kəşf etdiyi "Heç nə həqiqət deyil, hər şeyə icazə var!" fəlsəfi ideologiyası ilə, o, ağlasığmaz, dəlisov planlar qururdu. Həsən yetkin yaşında, Muhəmmədin Peyğəmbər olmadığını, özünü Peyğəmbər kimi tanıtdığını və onun yolunda savaşanlara Cənnəti vəd etdiyini, dinin yalan olduğunu, Quranın İnsanlar tərəfindən yazıldığını öyrənir. Bu öyrəndiyi acı həqiqətlər, onun həyatında köklü dəyişikliklər edir!
#shahinelected #iran #hasansabbah #hassansabbah #fars #farsi #kitab
1 note · View note
kurafsina · 4 years
Video
youtube
2 notes · View notes
tanknoise · 5 years
Photo
Tumblr media Tumblr media Tumblr media
Hassan i Sabbah, The Old Man of the Mountain
2 notes · View notes
mostafa-moradi · 3 years
Photo
Tumblr media
صخره های مارکین در الموت شرقی، اگر میخواهید این منظره را ببینید شما باید از تونل قدیمی شیرکوه عبور کنید. Marekin rocks in east of Alamut valley. Alamut valley is full of surprises... . . #rock #mountains #iran #alamut #Alamutgardi #alamutvalley #hassansabbah #alamutcastle #الموت #الموت💔 #طبیعتگردی #آسمان #طبیعت #صخره #صخره_نوردی #کوهنوردی #nature #mothernature (at Alamut Tour Guide) https://www.instagram.com/p/CUrU0ArBgVR/?utm_medium=tumblr
0 notes
kolajart · 7 years
Photo
Tumblr media
Vecdi Uzun: Ben Bilinçli Asosyal Bir Ressamım http://kolajart.com/wp/2017/05/02/vecdi-uzun-ben-bilincli-asosyal-bir-ressamim/ #art #arts #arte #sanat #kunst #ağıtuğuruludağ #vecdiuzun #interview #soylesi #roportaj #ressam #sanatci #artist #dekolajart #roportaj #sanatyazari #magicrealism #artwriters #artcritic #studio #studyo #sanatelestirisi #sanateleştirmeni #alamutkalesi #kale #castle #hassansabbah
0 notes