Tumgik
#metrologiya
agassorg · 2 years
Photo
Tumblr media
#accreditation #eğitimbelgesi #diplomacard #akreditasyon #europasscard #süreklieğitimmerkezi #belgelendirme #cardcert #eğitimkurumu #meslekieğitim #uluslararası #lisans #sertifika #akademi #uzaktaneğitim #certification #metrologiya #certificate #üniversite #kurs #okul #metroloji #hypnotherapytrainingcourses #metrolog #metrologie #diploma #eğitim #sem #academy #isqua (at India) https://www.instagram.com/p/CelhLXEvMHA/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
20 may - Ümumdünya Metrologiya günüdür. Müasir dövrdə metrologiyanın - ölçmələr üzrə elmin insan fəaliyyətinin bütün sahələrində, dünya iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafında aparıcı rolu danılmazdı. Ümumdünya Metrologiya gününün tarixi 1875-ci ilin 20 mayından - Parisdə Beynəlxalq Diplomatik Konfransda 17 inkişaf etmiş ölkənin hökumət nümayəndələrinin məşhur Metrik Konvensiyasını imzalamaqla başlayıb. Konvensiyaya uyğun olaraq Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BİPM) yaradılıb, ölçmələr üzrə elm sahəsində beynəlxalq əməkdaşlığın əsasları və onun sənayedə, ticarətdə, cəmiyyətin mənafeyi naminə praktiki tətbiqi mexanizmləri işlənib hazırlanıb. Metrik Konvensiyası bütün ölkələrdə elmi-texniki tərəqqiyə təsir edib. Belə ki, məhz bu sənəddən sonra ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sistemi tətbiq edilib, onun əsasında Beynəlxalq Ölçmələr Sistemi yaradılıb. Metrik Konvensiyanın ən başlıca məqsədi olan ölçmələrin vəhdətinin bütün ölkələrdə təmin edilməsi bu gün də çox vacib məsələdir. Müasir cəmiyyətin bütün həyat və fəaliyyət istiqamətləri - səhiyyə, ekologiya, müdafiə və təhlükəsizlik, ən yeni elm həcmli texnologiyaların inkişafı və tətbiqi, energetika, ticarət və s. ölçmələrin dəqiqliyindən, vəhdətindən və doğruluğundan asılıdır. Dünya ticarətinin qloballaşdırılması, malların beynəlxalq səviyyəli birgə istehsalı, əhalinin sağlamlığı və təhlükəsizliyi naminə artan qayğı, ətraf mühit problemləri - bütün bunlar müasir mərhələdə ölçmələrin vəhdətinin təmin edilməsi tələblərini beynəlxalq səviyyədə daha da gücləndirir. Çünki yalnız ölçmələrin düzgün nəticələri məhsulun keyfiyyətinə və təhlükəsizliyinə, tibbi diaqnostikanın səmərəliliyinə təminat verir, ədalətli ticarətə və ətraf mühitin təmizliyinə imkan yaradır. https://www.instagram.com/p/CdxDMn8tkiU/?igshid=NGJjMDIxMWI=
0 notes
justlamie-blog · 5 years
Video
Music:Charlie Puth-Attention🌿 Praktika vaxtları🥴o yollarda da o poz yürüyüşdə nəbileyim🤔😂#əziyyətçəkdiyimizvaxtlar (Azerbaycan Metrologiya Institutu) https://www.instagram.com/p/B8ZmVWshnKiJvpgSnPncBcF06e-qZhlxX2kzfE0/?igshid=ey8xmbhzdno1
0 notes
todaysazerbaijan · 5 years
Text
İnstitut binasında yanğın - FHN
İnstitut binasında yanğın – FHN
Gəncə şəhərinin Şah İsmayl Xətai prospektində yanğın hadisəsi qeydə alınıb.
Redaktor.az-ın məlumatına görə, hadisə həmin ünvanda yerləşən Azərbaycan Metrologiya İnstitutu Publik Hüquqi Şəxs Qərb Regional Ərazi İdarəsinin binasında baş verib.
Hadisə yerinə dərhal FHN-nin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı alınıb. Binanın qalan hissəsi yanğından…
View On WordPress
0 notes
listeliyi · 8 years
Link
via Əhaliyə qarşı müdhiş fırıldağın üstü açıldı - RƏSMİ ETİRAF http://ift.tt/eA8V8J Komitə sözçüsü: "Yanacaqdoldurma məntəqələrinin sahibləri yoxlamaların dayandırılmasından istifadə edib köhnə avadanlıqlarla yanacaq satışını aparır, istehlakçıların cibinə girirlər" "Bəzi yanacaqdoldurma məntəqələrində bizi aldadırlar. Dəfələrlə fərqli məntəqələrdən yanacaq vuraraq yoxlamışam. Olur ki, bir məntəqədən aldığım benzinlə 100 km, başqa bir məntəqədən aldığım eyni miqdarda benzinlə isə 150 km yol sürürəm. Mənə elə gəlir ki, bəzi məntəqələrdə benzinin tərkibinə nəsə qatılır". Bunu Bakı sakini Hafis Abdullayev deyib. Müvafiq qurumların nəzarətsizliyindən şikayət edən H. Abdullayev bildirir ki, bəzən məntəqələrdə benzin təzyiqlə vurulduğu üçün avtomobilin çəninə yanacaq əvəzinə hava dolur. Bu da çənin tam dolmasına mane olur və nəticədə yanacaqdoldurma məntəqəsi göz görə-görə müştərilərinin cibinə girir. Nəqliyyat eksperti Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında benzinin keyfiyyətsizlik məsələsinin aktual məsələ olduğunu bildirib. Onun sözlərinə görə, hətta bəzi ekspertlər müxtəlif yanacaqdoldurma məntəqlərindən yanacaq götürürək, onları analiz də edirlər. Ekspertin sözlərinə görə, hansısa sürücü istifadə etdiyi yanacaqdan narazıdırsa, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin "qaynar xətt"inə müraciət edə bilər: "Yanacağın istifadə olunması avtomobilin vəziyyətindən və sürücünün professionallığından çox asılıdır. Bəzi sürücülər var ki, soyuq aylarda avtomobillərini 3-5 dəqiqə qızdırmamış yola çıxmırlar. Onlar elə düşünürlər ki, belə etməklə bütün sistem işə düşmüş olur". "Hər bir avtomobilin texniki pasportunda onun spesifik xüsusiyyətləri yazılır. Həmin pasportda sürücülərə avtomobillə davranış qaydaları məsləhət görülür. Sürücülər bütün bunları nəzərə almalıdır. Məsələn, texniki kitabda qeyd edilir ki, avtomobil 10.000 km keçəndən sonra yağı dəyişdirilməlidir. Amma mən maşını az idarə edən sürücü olduğumdan, avtomobilimin qət etmə məsafəsi 1,5 il ərzində hələ də 10.000 km keçməyib. Mənim kimi sürücülər çoxdur və elə düşünürlər ki, avtomobil 10 mini keçməmiş yağı dəyişmək vacib deyil. Amma yağ mütləq ildə bir dəfə dəyişdirilməlidir. Yağın istismar müddətinin keçməsi yanacağın çox yeyilməsinə səbəb olur" — Allahverənov bildirir. O, əlavə edir ki, yanacağın az və ya çox istifadə edilməsində professionallıq da önəm daşıyır: "Mən bu yaxınlarda beynəlxalq ekspertlərin araşdırmasına şahid oldum. Üç sürücü eyni markalı və modelli avtomobildə, eyni yanacaqdoldurma məntəqəsindən benzin vurub və eyni yolla, eyni məsafəni qət edib. Bir sürücünün yanacaq sərfiyyatı digər iki sürücüdən 18 faiz aşağı olub. Bu da o deməkdir ki, yanacağın istifadəsində sürücünün özünün də professionallığı vacibdir. Benzinin çox istifadə edilməsində həm yanacağın keyfiyyətsizliyi, həm peşəkarlıq, həm də avtomobilin texniki vəziyyəti mühüm rol oyanyır". Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölçmə cihazlarının dəqiqliyi təsdiq edildikdən sonra yanacaqdoldurma məntəqələrində istismar olunmalıdır: "Bununla bağlı qanun var. Bəzi sahibkarlar ölkədə yoxlamaların dayandılmasından istifadə edib, YDM-lərdə avadanlıqlarının vəziyyətinə nəzarə etmirlər. Bu isə sonda həmin avadanlıqların istismar vəziyyətinin və istehlakçıların hüquqlarının pozulmasına rəvac verir". "Ölçmələrin vəhdətinin təmin edilməsi siyasətini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir. Qanunvericiliyə əsasən, ölçmə vasitələrinin kalibrlənməsini, başqa sözlə, dəqiqliyinin etalonla müqayisədə təsdiq edilməsi prosedurunu akkreditasiya olunmuş laboratoriyalar aparır. O laboratoriyaların adları, ünvanları Komitənin saytında da var. İstənilən birinə müraciət edərək, istismar olunan ölçmə vasitələrini yoxladıb, müvafiq sənədləri aldıqdan sonra fəaliyyətə davam etmək olar" — Talıblı bildirib. Onun sözlərinə görə, əslində, bunlardan sahibkarların xəbəri var: "Amma bəzən Komitənin 963 nömrəli Çağrı Mərkəzinə gələn şikayətlərin təhlili onu göstərir ki, bəzi sahibkarlar mövcud vəziyyətdən istifadə edib köhnə avadanlıqlarla yanacaq satışını aparır, kobud desək, istehlakçıların cibinə girirlər. Bəzi yerlərdə laboratoriyaların vurduğu plombun qırıldığı və satılan yanacağın kəmiyyətinə müdaxilə edən işbazlar haqqında da məlumat eşidirik. Aşkar olunan faktları hüquq mühafizə orqanlarına göndəririk". Komitə sözçüsü qeyd edir ki, benzinin keyfiyyətinin aşağı olması ilə bağlı Komitədə məlumat yoxdur: "Bilirsiniz ki, yerli yanacaq istehsalı bir müəssisədə aparılır. Xaricdən idxal edilən yanacaq da satılır. Bu məhsullar Komitənin Sumqayıtda yerləşən neft-kimya məhsullarının sınağı laboratoriyasında yoxlanılır və müvafiq rəylər verilir. Son sınaq nəticələrinə istinad edərək deyim ki, keyfiyyətlə bağlı problem yoxdur. Amma YDM-lərdə yanacağa əlavə qatqılar vurulur, ya yox, onu hazırda demək mümkün deyil". "Ölkədə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı aparılan islahatlardan biri də yoxlamaların dayandırılmasıdır. Bu qanunun qəbulu inqilabi addım hesab olunur. Hesab edirik ki, qanunun qüvvədə olduğu müddətdə sahibkarlar yaradılmış bu əlverişli fürsətdən yalnız istehlakçıların mənafeyindən çıxış edərək gəlirlərini artıracaq, dövlətə xeyir verəcəklər. Sui-istifadə halları bütün hallarda yolverilməzdir" — F. Talıblı söyləyir. Yanacaqdoldurma məntəqələrindən birində baş operator işləyən Azər Süleymanov isə bildirir ki, benzinə su qatmaq mümkün deyil: "Benzinin çox istifadə edilməsi əsasən köhnə avtomobillərdə özünü göstərir. Avtomobil köhnə olduğu üçün benzin çəni zaman keçdikcə köhnəlir, dolur. Sürücülər çox vaxt çəni təmizləməyi unudurlar. Çəndə benzin az olanda buxarlanma yaranır və buxar suya çevrilirək benzinin tərkibinə qarışır". Müsahibimiz bildirir ki, çənə benzin vuran zaman yarıdan çox vurulmalıdır ki, buxarlanma baş verməsin. Süleymanov qeyd edir ki, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin möhürü olan "Melnik" adlı cihaz var. Bu cihazla "tapança"ların vəziyyəti yoxlanılır. "Sürücülər çox zaman benzin doldurarkən 1-ci təzyiqlə vurmağı xahiş edirlər. Təzyiqin benzinin miqdarına heç bir təsiri yoxdur. Sadəcə, təzyiqin güclü olması köhnə avtomobillərin çənlərinin dibinə benzinin sürətlə vurulmasına səbəb olur. Bu zaman çənin dibində olan artıq maddələr qopur və bu da mühərrikə zərər vurur.Təzyiq yüksək olsa belə, benzin çəninə hava vurulması mümkün deyil. Benzinin "uçması" məsələsinə gəldikdə, bu, tapançaların vəziyyətinə bağlıdır" — operator vurğulayıb.
0 notes
agassorg · 2 years
Photo
Tumblr media
#accreditation #eğitimbelgesi #diplomacard #akreditasyon #europasscard #süreklieğitimmerkezi #belgelendirme #cardcert #eğitimkurumu #meslekieğitim #uluslararası #lisans #sertifika #akademi #uzaktaneğitim #certification #metrologiya #certificate #üniversite #kurs #okul #metroloji #hypnotherapytrainingcourses #metrolog #metrologie #diploma #eğitim #sem #academy #isqua (at India) https://www.instagram.com/p/CelhHJ6vSTD/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür. Bu gün Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən 2000-ci ildə elan edilib. Prezident cənab İlham Əliyevin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb. https://www.instagram.com/p/CczNkIFI7O7/?igshid=NGJjMDIxMWI=
0 notes
listeliyi · 8 years
Link
via "Gəlib səni təpiyimin altına salacam" - Bələdiyyə sədri jurnalisti hədələdi... http://ift.tt/eA8V8J “Satira” jurnalının baş redaktoru Tapdıq Həsənov yazdığı tənqidi məqaləsinə görə hədələnib. Onun sözlərinə görə, son vaxtlar İmişli rayonundakı oliqarxların yerli idarəçiliyi əldə saxlaması, onlara məxsus müəssisələrin enerji haqlarını və vergi öhdəliyini tam həcmdə yerinə yetirməkdən yayınmaları barədə KİV-də tənqidi yazı dərc edib. Həmin məqalədə T. Həsənov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin regional idarə rəisi, İmişli şəhərində fəaliyyət göstərən “Kral” şadlıq sarayının, “Araz” konservləşdirilmiş şirələr və konyak zavodunun sahibi Saleh Səmədovun bəzi əməlləri ilə yanaşı, İftixar Əliyev ad-soyadlı bir şəxsin İmişli bələdiyyəsinin başına necə gətirilməyi və nəyə görə bu vəzifədən kənarlaşdırılmasına da toxunub: “İftixar Əliyev uzun müddət idi ki, rayondan kənarda idi. Bu adamın adı 2014-cü ilin seçici siyahısında Qaradağ rayonundakı 26 saylı seçki məntəqəsində keçirdi. Qabaqcadan düşünülmüş şəkildə həmin ilin mayında təcili olaraq İmişliyə qeydiyyata alınıb. YAP-ın rayon təşkilatı da bələdiyə seçkilərinə bir ay qalmış onu ilk təşkilatlardan birinə üzv edib. Beləcə İmişli bələdiyyəsinə YAP-ın namizədi kimi qatılıb, əvvəlcə üzv, ardınca isə sədr seçilib. Təbii ki, öz katibəsini də bu bələdiyyəyə üzv edən Saleh Səmədov üçün İftixar Əliyevi “seçdirmək” çətin olmayıb.” Tapdıq Həsənov daha sonra qeyd edir ki, bələdiyyə sədri özbaşına hərəkətlərinin və vəzifəli şəxsə layiq olmayan davranışının qurbanı olub: “Məzuniyyətdə olduğu bir vaxtda İftixar Əliyev Heydər Əliyev parkında çoxillik küknar ağaclarını kəsdirib. Rayonun icra başçısı ondan nə üçün bu işi gördüyünü soruşduqda, bələdiyyə sədri öz himayədarını nəzərdə tutaraq “ağsaqqal tapşırıb” cavabı verir. Bu cavab rayon rəhbərini qəzəbləndirir və o, əlaqədar təşkilatlara rəsmi qaydada müraciət edərək “yaşıl soyqırım”ı həyata keçirənlərin cəzalandırılmasını istəyir. Demə Saleh Səmədovun sözü çox yerdə keçərlli imiş. Ekologiya və Tbii Sərvətlər Nazirliyinin yerli idarəsi az miqdarda cərimə yazmaqla onlara üzgörənlik edib.” Baş redaktor bildirir ki, məlumatı ictimailəşdirdiyinə görə İftixar Əliyev tərəfindən hədələnib: “Fevralın 23-də günün birinci yarısı o, mobil telefonuma zəng edərək, məni təhqir və təhdid etdi, gəlib Bakının ortasında təpiyinin altına salaraq döyəcəyi ilə hədələdi. Mən daxili işlər nazirinə bu barədə ayrıca müraciət edəcəyəm. Amma buradaca qeyd edim ki, belə ağıl və tərbiyədə olan adamın idarəetmə orqanının başına keçməsi, əslində toplumun faciəsidir.” Qeyd edək ki, şikayət məktubunda adı keçən şəxslərin də mövqeyini olduğu kimi işıqlandırmağa hazırıq.
0 notes
listeliyi · 8 years
Link
via SON DƏQİQƏ: Prezidentdən MÜHÜM QƏRAR http://ift.tt/eA8V8J Azərbaycan prezidenti İlham Əliyev ölkədə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev ölkədə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Azərbaycanda qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya normaları və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və "tarladan süfrəyədək" prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq. Agentliyin fəaliyyətini təmin etmək məqsədilə aşağıdakı tərkibdə Qida Təhlükəsizliyi Komissiyası yaradılıb: Komissiyanın sədri Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini Komissiyanın üzvləri: Azərbaycan Respublikasının iqtisadiyyat naziri Azərbaycan Respublikasının maliyyə naziri Azərbaycan Respublikasının səhiyyə naziri Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri. Agentlik fəaliyyətə 2018-ci il yanvarın 1-dən başlayır və həmin gün Komissiyanın səlahiyyət müddəti başa çatır.
0 notes
listeliyi · 8 years
Link
via Prezidentin vəzifə verdiyi Ramin Babayev hansı məşhurun oğludu? - DOSYE http://ift.tt/eA8V8J Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrinə iki müavin təyin edib. Dövlət başçısının sərəncamı ilə Niyazi Süleyman oğlu Rəhimov və Ramin Səlim oğlu Babayev komitə sədrinin müavinləri təyin olunub. Ramin Babayev Azərbaycanın Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın oğludur. O, Azərbaycanın Qırğızıstandakı keçmiş səfiri, Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Ağayevin kürəkənidir. Arif Ağayev 2007-ci il mayın 16-da Qırğızıstan Respublikasına səfir göndərilmişdi. 2012-ci ilin iyulunda səhhətindəki problemlərlə əlaqədar səfir postundan geri çağırılıb. Səfir işləməzdən öncə isə o, Yasamal rayonu İcra Hakimiyyətinin başçısı postunu tutmuşdu. Zeynəb Xanlarovanın oğlu 10 noyabr 1975-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr fakültəsini, 2010-cu ildə BDU-nun Hüquqşünaslıq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1996-cı ilin noyabr ayından başlayıb, Səbail rayonu prokurorunun köməkçisi, 2000-ci ildə Bakı şəhəri Prokurorluğunda Gömrük və vergiyə nəzarət şöbəsində prokuror vəzifələrində çalışıb. 2001- ci ildə Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində müstəntiq, 2003-ci ildə Enerji gömrük idarəsində Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması şöbəsinin rəisi vəzifəsində işləyib və polkovnik-leytenant rütbəsi alıb. 2007-2012-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunda Beynəlxalq əlaqələr idarəsinin prokuroru işləyib. 2012-ci il 14 noyabr tarixində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
0 notes
listeliyi · 8 years
Link
via Köhnə çörəklər xəmirə qatılmaq üçün zavoda qaytarılır? - ARAŞDIRMA http://ift.tt/eA8V8J Süfrələrimizin bəzəyi olan çörək Azərbaycanda ən çox istifadə olunan qida məhsuludur. Bəzi ölkələrdə çörəkdən imtina olunsa və ya az yeyilsə də, Azərbaycan süfrəsini bu nemətsiz təsəvvür etmək mümkün deyil. Hazırda ölkədə müxtəlif çeşiddə, adda kifayət qədər çörək məhsulu hazırlanır və istehlakçının ixtiyarına verilir. Amma təəssüf ki, bu məhsulların əksəriyyətində istənilən dad və keyfiyyət yoxdur. Çörəyin içərisində yapışqanlıq, dadının tez dəyişməsi, xoşagəlməz iy verməsi və s. problemlərlə hər gün rastlaşırıq. Satılmadığı halda istehsal müəsissəsinə geri qaytarılan məhsulla necə davranıldığı isə alıcıya qaranlıqdır. Amma bu cür müəssisələrdə çalışanlar bəzən öz "sirrlərini" ətrafa ötürür. Məsələn, işlədiyi yerdə satılmadığı halda geri - müəssisəyə qaytarılan çörəyin isladılaraq yenidən hazırlanan xəmirə qatıldığını iddia edənlər də var. Bu və bənzər faktları yalnız şahidlərin söylədikləri deyil, çörəkdən xoşagəlməz dadın gəlməsi də təsdiqləyir. Gigiyena və Epidemiologiya Mərkəzi nə deyir? Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev "Report"a bildirib ki, SSRİ dövründə satılmayan çörəklərin qurudularaq müəyyən faizlə yenidən xəmirə qatılmasına icazə verilirdi: "Hazırda boyat çörəklərin xəmirə qatılmasına rəsmi qadağa olmasa da, ancaq bu üsuldan istifadə edən yoxdur. Sovet dövründə satılmadığından qaytarılan çörəklər sobalarda qurudulurdu və üyüdülərək un halına salındqıdan sonra az miqdarda çörəyə qatılmasına icazə verilirdi. Həmin standartlar indi dəyişməsə də, boyat məhsuldan təkrar istifadə edən yoxdur. Bunu tətbiq etmək üçün lazımi texnologiya da yoxdur". Onun sözlərinə görə, çörəyin bişirilmə qaydası üçün sexlərdə avtomatik idarə olunan maqnitli ələklər olmalıdır: "Un ələkdən keçirildikdən sonra paslanmayan materialdan olan xüsusi qablarda qarışdırılır. Xəmirə duz, içməli su maya və bəzi hallarda çörəkdə məsaməliliyi təmin etmək üçün müəyyən fermentlər qatılır. Xəmirə qatılan duz yüksək səviyyədə təmizlənmiş olmalıdır, yaxud duz məhlul halına salınmalı, filtirasiya olunduqdan sonra xəmirə vurulmalıdır. Bundan başqa, texnologiyasından asılı olaraq mayasız çörək də bişirilir. Xəmir mütləq acımalıdır. Bunun üçün də xəmir sonadək qarışdırılmalıdır. Xəmirin yapışqanlığı qalırsa, deməli, hələlik acımayıb. Avadanlığa yapışmadıqda xəmir acımış hesab olunur. Acımış xəmir tənzimlənmiş temperaturda müəyyən müddətdə saxlanılır. Maya xəmirin tərkibindəki nişastanı sürətlə parçalayır, qaz buraxır və xəmir qalxmağa başlayır. Bundan sonra kündələr hazırlanır. İstehsal texnologiyasından asılı olaraq termiki emala verilir və bişirilir. Çörək müəssisədə 6-9, 10 saatdan yuxarı tam soyudulmalıdır. Hazır məhsul ya qablaşdırılmalı, yaxud da qablaşdırılmadan taxta rəflərdə şaquli istiqamətdə yığılıb satış yerlərinə çatdırılmalıdır". İ.Abdullayev deyib ki, bütün istehsal müəssisələrində gigiyena qaydalarına ciddi nəzarət olunmalıdır: "Müəssisənin rəhbərliyi işçiyə mütləq xalat verməlidir. Hər bir işçinin ən azı 2-3 xalatı olmalıdır. Əlləri təmiz, dırnaqları qısa olmalıdır. İş zamanı onların əlində üzük, qulağında sırğa, yaxasında sancaq olmasına icazə verilmir". Boyat çörəklərin məhsula qatılması faktı araşdırılmalıdır Şöbə müdiri vurğulayıb ki, kiflənmiş çörəklərin xəmirə qatılması ilə bağlı iddianın nə qədər həqiqətə uyğun olduğu araşdırılmalıdır: "Bəzən hansısa işçinin maaşını azaldırlar, yaxud hər gün işlədiyi müəssisədən çörək aparmasına icazə vermirlər. Həmin işçi də kənara məlumatlar ötürməyə başlayır. Bu cür məlumatların 90 faizinin əsası yoxdur. Amma boyat çörəklərin xəmirə qatılması mümkündür. Lakin heç kim kiflənmiş çörəyi xəmirə qatmaz. Axı hansı sahibkar öz məhsulunun keyfiyyətinə xələl gəlməsini istəyər? Əvvəl də qeyd etdiyim kimi, həmin boyat məhsul qurudulub un halına salınmalıdır. Bunun üçün çörək sexlərində dəyirman yoxdur. Amma bu cür faktları müşahidə edən insan həmin sexlərin harada olduğunu deyərsə, baş verib-vermədiyini araşdırmaq olar. Quru çörəyin xəmirə qatılmasının müəyyən şərtləri var. Məhsulun bir tərəfini kifləndirib, natəmiz yerə atıb sonradan çörəyə qatılması düzgün deyil. Konditer məhsullarında da boyat məhsulun faiz hesabı ilə yeniyə qatılmasına icazə verilir. Mən 11 ildir burada çalışıram, amma hələlik xəmirə boyat çörəyin qatılması faktına rast gəlməmişəm. Sovet dövründə dövlətin əmlakı olduğundan satılmayan çörəkləri geri qaytarırdılar, onlar da üyüdülərək məhsula qatılırdı". İ.Abdullayev qeyd edib ki, ötən il ərzində mərkəzə çörəklə bağlı müraciət daxil olmayıb: "Müraciətlər zamanı yoxlamalara yalnız İqtisadiyyat Nazirliyinin icazəsi olduqda razılıq verilir". "Boyat məhsul pəhriz çörəklərinə qatılır” Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Qida məhsullarının texnologiyası kafedrasının müdiri, dosent Gülnisə Abbasbəyli bildirib ki, boyat məhsulun xəmirə qatılması doğru deyil: "Bu, çox böyük səhvdir. Düzdür, sovet dövründə boyat çörəklərdən istifadə edilib, amma əsasən heyvan yemlərinə qatılıb. Ancaq boyat çörəklərin təkrar xəmirə qatılması düzgün deyil, amma yəqin bu hal var. Xüsusilə bu cür məhsul pəhriz çörəklərinə qatılır. Onların rəngi tünd olduğundan bilinmir. Həqiqətən boyat çörəklərin xəmirə qatılıb-qatılmadığını laboratoriya analizi vasitəsilə aşkara çıxarmaq mümkündür". Onun sözlərinə görə, Azərbaycanda qida mühəndisliyi sahəsində boşluqlar kifayət qədər çoxdur: "Mən işlədiyim universitetdə bu ixtisas üzrə mütəxəssislər yetişdirilir. Hətta böyük müəssisələrdə UNEC-in yetişdirdiyi texnoloqlar fəaliyyət göstərir. Ancaq sexlərdə qida mühəndisləri yoxdur. Məsələn, evdə bişirilən məhsulu maşının arxasına yığıb satmaq üçün mağazalara gətirirlər. Kiçik sexdə həmin çörəyi heç kim analiz etmir. Laboratoriyası olan müəssisə analiz aparır. Boyat çörəklərin xəmirə qatılması məhsulun tamında bilinmir. Bunu yalnız mütəxəssis bilirlər. Ümumiyyətlə, hər müəssisə qapılarını açmır. Yalnız bəzi müəssisələr qapılarını tələbələrin üzünə açır və təcrübə keçmələrinə şərait yaradırlar". Kafedra müdiri deyib ki, çörək bişiriləndə ətirinin olmaması unun keyfiyyətində olan problemlə bağlıdır: "Bütün qida məhsullarında əsas amil xammalın keyfiyyətindən asılıdır. Xammal keyfiyyətli olarsa, hazır məhsul da keyfiyyətli olur". Dövlət Komitəsi: "Hazırda çörək istehsalı müəssisələrində nə baş verməsindən məlumatımız yoxdur” Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı vurğulayıb ki, 2015-ci ilin noyabr ayından, yəni sahibkarlıq sahəsində aparılan yoxlamaların iki il ərzində dayandırılması haqqında qanunun qüvvədə olduğu müddət ərzində Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti heç bir yoxlama aparmayıb və hazırda da aparmır: "Hazırda çörək istehsalı müəssisələrində nə baş verməsindən məlumatımız yoxdur. Çünki bununla bağlı nə rəsmi şəkildə şikayət, nə müraciət, nə də fakt var. Əgər şikayət olarsa, qanunvericiliyə uyğun şəkildə araşdırma aparacağıq. Məhsulu laboratoriyaya təqdim edəcəyik. Analizlər nəticəsində deyilən fakt təsdiqini taparsa, yenə də biz yox, hüquq-mühafizə orqanlarına müraciət edərək məsələnin araşdırılmasını xahiş edəcəyik. Qanunun icra müddəti bitdikdən sonra Komitə yanında Dövlət Nəzarəti Xidmətinin əsasnaməsinin tələbləriniə uyğun olaraq xidmət keyfiyyətə nəzarət tədbirləri davam etdiriləcək”. İqtisadiyyat Nazirliyi: "Bu günə kimi çörəklə bağlı hər hansı bir keyfiyyət pozuntusu ilə rastlaşmamışıq” İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, ümumiyyətlə, monitorinq, müayinə, baxış və digər metodlardan istifadə etməklə istehlak bazarına mütəmadi nəzarət həyata keçirilir: "Mütəmadi olaraq anonim formada satışdan çörək nümunələri götürülür və nazirliyin İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən məhsulun keyfiyyəti ilə bağlı laborator müayinələr aparılır. Aparılan müayinələr nəticəsində bu günə kimi çörəklə bağlı hər hansı bir keyfiyyət pozuntusu ilə rastlaşmamışıq".
0 notes