Tumgik
#səyahət
eminjbrylv · 1 year
Text
Gülhane parkında gəzərkən yaşlı bir rus cütlüyə rast gəlmişdim. Nəvələrini də götürüb səyahətə çıxmışdılar. Qısa bir söhbətimiz oldu, şəhər, səyahətləri barədə.
Azərbaycan sənə nə gəncliyini nə orta yaşlarını nə də ki qocalığını normal insan kimi yaşamağa imkan vermir də. 60+ yaşları vardı cütlüyün, nəvələrini götürüb İstanbula gəzməyə gəliblər. Bizdə 60 yaşlı insanların elə bəlkə 60%-i ürək damar problemlərindən əziyyət çəkir (ölkədə ölüm faizi ən çox bu xəstəliklərdəndir).
17 notes · View notes
ucuz-seyahet · 1 year
Text
Aviabiletlər nə zaman ucuz olur?
Əgər bu sual sizi maraqlandırırsa o zaman diqqətlə qulaq asın. Ümumiyyətlə ucuz aviabilet almaq üçün ən azı iki ay öncədən səyahətinzizi planlaşdırın.
Geyinəcək paltarları seçdiniz, Uçacağınız şəhəri təyin etdiniz, qaldı aviabilet almaq məsələsi. Yəqin ki, siz də mənim kimi bu məsələyə çox xərcinizin çıxmasını istəmirsiniz. Daha büdcəli uçuş üçün ip ucunu sizə təqdim edirəm.
Daxil oluruq aybilet.az saytına. Bu aviabilet axtarışı saytdır. Yəni sizə lazım olan uçuş biletinin harda neçiyə olduğunu tapıb, sizi ora yönəldir. Bu kimi saytlar yüzlərlə agentliyi özündə birləşdirərək, çooox ucuzunu tapmağı təmin edir.
Sayta daxil olub, aşağı hissədə təqvim bölümünü seçirik. Daha sonra gedəcəyimiz şəhəri qeyd edib, həmin şəhərə hansı ay, hansı gün ucuz olduğunu görürük. Ucuz qiymətlər yaşılla işarələnir. Üzərinə klikləyib, evdən çıxmadan kartımızla biletimizi əldə edirik.
Hər şey bu qədər sadədir. Elə isə dayanma səyahət üçün şəhərini indidən seç.
1 note · View note
dadaszdkh · 2 months
Text
Mən çox yorğunam və bəzən sadəcə imtina etmək istəyirəm. Ancaq xatırlamalıyam ki, həyat bir səyahətdir, hədəf deyil. Və zərbələrsiz səyahət yoxdur. Büdrəsəmdə ayağa qalxıb daha parlaq gələcəyə doğru yoluma davam edirəm.
41 notes · View notes
usersh · 10 months
Text
Yağışla birgə bir başqa gözəl olan şeylər:
- pəncərə kənarı səyahət.
- gəzinti.
- islanmaq.
- isti çay, kofe.
- musiqi.
- film.
- kitab.
49 notes · View notes
qumarbaz · 4 months
Text
Narahat olma, yolundadı hər şey. Böyümək budur, eynən və çevrilmək, özünü qorumaq, insanların arasın da itmək, öhdəsindən gəlmək, istifadə olunmuş hiss etmək, sevgi görməmək, ümidini itirmək, yanıb kül olmaq, qorxmaq. Budur dəyişmək, budur həyat da qalmaq, yaşamaq da budur - səyahət
[ Rupi kaur - Bu bədən mənim evim ]
27 notes · View notes
huseynmammad · 8 months
Text
Hər insan bir gün özünü tapar. Gec ya da tez, quruda ya da suda, fərq etməz. Bəzilərinə bir kitab kömək edər, bəzilərinə bir hadisə, bəzilərinə biriləri. Kimisi sevgi ilə tapar özünü, kimisi nifrət ilə. Kimisi ölüm qorxusu ilə, kimisi bir yaxının ölümü ilə. Bəziləri musiqilərlə tapar özünü, bəziləri təbiətlə, bəziləri səyahət etməklə. Kiçik bir gülümsəmə bəs edər bəzi qərarların dəyişməyinə, və ya bir söz, bir baxış, bir çiçək. Və hər insan itirər özünü. Bəziləri düşüncələrdə itər, bəziləri hərəkətlərdə, bəziləri yalanlarda, bəziləri bir insanda, bir baxışda, bir sözdə. Bəzən bu o qədər güclü olur ki, insan ağlını belə itirə bilir. Və hər şey insanın gözünün qarşısından qırmızı bir şar kimi sanki sonsuzluğa doğru uçub gedir.
20 notes · View notes
anar-abasow · 8 months
Text
Bir gün sənin həyatına elə bir insan gələcək ki, saçını oxşayacaq, sənə körpə uşaq kimi baxacaq, hətta səni incitməkdən qorxacaq. Həmişə çətinliklər yaşamısan amma heç vaxt təslim olmamalısan. Gücünü topla və saxta deyil, içindən, ürəkdən gül. Amma unutma gözəl qızım, özünü heç bir kişidən aslı hiss etmə, heç bir kişidən asılı olma və heç vaxt “məni tərk edər, mən yalnız qalaram” demə. Sənin Allahdan başqa heç kimə ehtiyacın yoxdu. Bu vaxta qədər çətinliklərlə tək başınaydın. İndi mənim mələyim get öz həyatını yaşa. Tək kinoya get, tək başına əylən, kitab oxu, rəqs et, dənizin sahilində gəz, səyahət et,bacardığın qədər yüksək səslə - bağıra-bağıra mahnı oxu. Nə edirsənsə et, amma özünü bir insana bağlı hiss etmə. Məsələn göyərçinlərə, qağayılara bax. Nə qədər sərbəst uçurlar. Sən də onlar kimi azadsan. Eləmə. Azadlığını məhdudlaşdıran insanlara minnət eyləmə. Sadəcə özün ol qızım.
Çünki insana ən çox yaraşan özüdür.
32 notes · View notes
aliyevkamrann · 1 year
Text
Gözümü yumub bu musiqini dinləyəndə başqa hisslər yaranır sanki, başqa dünyaya səyahət edirəm..
41 notes · View notes
mysticaldream · 11 months
Text
Zamanı necə dayandırmaq olar: öpüşməklə
Zamanda necə səyahət etmək olar: oxumaqla
Zamandan necə qaçmaq olar: musiqi ilə
Zamanı necə hiss etmək olar: yazmaqla
Zamanı necə azad etmək olar: nəfəs almaqla
14 notes · View notes
petr1chorr · 1 year
Text
Həyatda çatacağınız nöqtəni düşünməyin, sadəcə səyahət boyu yaşadığınız gözəl şeylərdən zövq almağa çalışın.
40 notes · View notes
querenciahy · 4 months
Text
Sənin mənə öyrətdiyin bir qaçış yoludur bu. Tanış deyil bəlkə də ama sən məni də tanımırdın ki. Sadəcə illərlə bir birimizə bağlı qalacağımızı düşündük sonra isə illər çox tez tükəndi. Sonra isə sən başka şəhərlərə səyahət etdin və o şəhərlər mənim şərəhimdən çox daha gözəl idi. Mənim üçün də elədi.
3 notes · View notes
eminjbrylv · 1 year
Text
Bu yay da belə bitdi.
Gözəl səyahət, yeni ev, bir iki xəyal qırıqlığı, yeni bir yaş, bol bol gülüş, bol bol sıxıntı, yeni insanlar, bir iki il oxumağa bəs edəcək qədər kitab alışverişi və gözəl hədiyyələrlə keçdi.
11 notes · View notes
nobodyl9 · 11 months
Text
Sehrli aləmə səyahət etdim sanki 1 saatlıq, möhtəşəm idi…
5 notes · View notes
hakimqarayev · 1 year
Text
Səyahət adı ilə evdən çıxıb, gedib Türkiyədə otelin hovuzunda çimirlər. O qədər gəzib görməli yer qalıb bir kənarda :D
8 notes · View notes
usersh · 6 months
Text
Şunurlu qulaqcıqlarımın dolaşığını açmaqdan zövq alıram.
Taksi və ya təyyarə alternativi əlçatan olanda belə avtobusla səyahət etmək yeri gələndə daha başqA cür dəyərli gəlir.
Səhər bir saatlıq yuxuyla çətin işlərimi həll etsəm belə gecə oyaq qalmağın verdiyi həzz buna dəyir.
Çox yorulanda həmin yorğunluq dərman kimi gəlir.
Xəstələnməkdən qorxub yağışda islanmaqdan əsla çəkinmirəm.
Hər hansısa ucuz əşyam məni utandırmır, hər hansısa bahalı əşyam məni qürurıandırmır.
Davamı uzun olan bu siyahı mənə yaşadığımı hiss etdirir. Gerçəkdən, şablonlara uymadan.
23.03. / 05:48
22 notes · View notes
huseinli · 1 year
Text
Hər kəs zamanda səyahət edir əslində. Xatirələri ilə keçmişə, xəyalları ilə gələcəyə.
9 notes · View notes