Tumgik
#üstələyib
metbuat · 2 years
Text
VİDEO
Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunda “Qarabağ”ın rəqibi olacaq “Frayburq” Azərbaycana inamlı qələbə (2:0) ilə gəlir.  Metbuat.org xəbər verir ki, Almaniya təmsilçisi Bundesliqanın 12-ci turunda səfərdə “Şalke 04″ü 2:0 üstələyib.  Noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Frayburq” matçı saat 21:45-də başlayacaq.     Metbuat.org
Tumblr media
View On WordPress
0 notes
petr1chorr · 11 months
Text
Yenə kədər üstələyib daxilimdəki sevinci.
66 notes · View notes
lilium-13 · 3 years
Text
Bilirsən, artıq ətrafımda bir cütlük görəndə hansının sevgisinin yalan olduğunu seçməyə çalışıram. Necə əla gizlədə bilirlər ki, kənar şəxslər belə ayırd edə bilmir. Qorxuram, dostumun yerinə qorxuram. Demək istəyirəm ki, bu dünyada sevgi, mənfəətin arzuları üstələyib şəxsləri robotlaşdırmasından ibarətdir. Demək istəyirəm ki, güvənmə aldadacaq səni. Əvvəlcə xəyal qurduracaq, sonra da o xəyalları başına yıxacaq. İnanma, yağmurda islanmaq başda xoş gələ bilər amma yavaş yavaş içdən məhv edəcək ciyərlərini, əvvəl onun varlığı ilə artan ürək döyüntülərin sonra onu itirməkdən qorxduğun üçün yaranacaq. Amma deyə də bilmirəm ki.. Elə gözəl sevir ki..(həqiqi sevən tərəf) onun üçün katastrofik bir hadisənin baş verməsi ayrılma ehtimalından qat qat gerçəkdir. Onun üçün ölüm sanki 300 il uzaqlıqdadır. Ölməkdən deyil onu itirməkdən qorxur o. Bilirəm, sən də bu dediyim "O" oldun bir zamanlar və sevgini indi bu saxta, bu alçaq insanların yalanların uydurması kimi düşünürsən. Demək istədiyim əslində odur ki, bir insanı aldatmaq, hissləri ilə oynamaq üçün çox qısadır həyat. Üzməyin sizi sevən insanı. Sizin o əhəmiyyətsiz sandığınız hər sözünüz sizi sevən insanın dünyasını başına yıxa bilər.
21 notes · View notes
sellycans · 3 years
Text
Bəzi sevgilər var ki, hərşeydən üstün olar. Sənə qarşı olan sevgim tüm sevgiləri üstələyib keçər. Günün mübarək cücəm, bu çirkli dünyada heç vaxt öz saflığını itirmə, unutma səni hər zaman sevəcək və arxanda duracaq bir Selcan var. Yaxşı ki mənim totumsan 🐣
Tumblr media
9 notes · View notes
yenigence · 4 years
Link
Paylaşdı: Yeni Gəncə
0 notes
ulduzorg · 5 years
Text
“.az” domenli saytlara uğurlu kiberhücumlar 88% artıb
“.az” domenli saytlara uğurlu kiberhücumlar 88% artıb
2019-cu ildə “.az” domenli saytlara 167 kiberhücum qeydə alınıb ki, bu da 2018-ci illə müqayisədə 88% çoxdur.
“Report” xəbər verir ki, bu barədə CYBERO Kibertəhlükəsizlik Mərkəzi məlumat yayıb.
Məlumata görə, ötən ilin II yarısında kiberhucumlar xüsusilə çox olub və I yarımili 115% üstələyib.
Hücum olunan veb resursların analizi göstərir ki, onların 62-si informasiya resursunun məhz düzgün…
View On WordPress
0 notes
ramilnamazov · 5 years
Text
Bu gün xalqımız Azərbaycanda Milli Qurtuluş Gününü qeyd edir. 26 il öncə – 1993-cü il iyun ayının 15-də ulu öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə Azərbaycanın dövlətçilik və müstəqillik tarixində yeni mərhələ başladı. Heydər Əliyevin adı ilə birbaşa bağlı olan bu mərhələdə Azərbaycan məhv olmaqdan, parçalanmaqdan, xalqımız bərpa etdiyi müstəqilliyini yenidən itirmək təhlükəsindən xilas oldu. Xalqımızın dahi oğlu Heydər Əliyev öz müdrikliyi, siyasi uzaqgörənliyi, qətiyyəti ilə xalqımızı öz arzularına qovuşdurdu, müasir Azərbaycan dövlətinin banisi oldu.
Heydər Əliyevin 1993-cü ildə xalqın istək və arzusu ilə hakimiyyətə gəlişi siyasi-hərbi böhrana son qoyduğu, hakimiyyət boşluğunu aradan qaldırdığı kimi, digər sahələrdə də tənəzzülün qarşısını aldı. O cümlədən iqtisadi sferada inkişafın əsası qoyuldu. Təsadüfi deyil ki, SSRİ-nin dağılması və AXC-Müsavat cütlüyünün səriştəsizliyi, yarıtmazlığı səbəbindən iflic vəziyyətinə düşən iqtisadiyyatın hələ ötən əsrin 90-cı illərinin ortalarında dərin böhrandan çıxarılması və iqtisadi inkişafın təməlinin qoyulması Heydər Əliyevin adı ilə bağlıdır.
Bu gün də Azərbaycan dövlətinin nail olduğu möhtəşəm iqtisadi uğurların gerçəkləşməsi çox düzgün olaraq ümummilli lider Heydər Əliyevin müəllifi olduğu strategiyanın uğurla davam etdirilməsinin nəticəsi kimi qəbul edilir. Prezident İlham Əliyevin ulu öndərin iqtisadi konsepsiyasını uğurla davam etdirməsi Azərbaycan iqtisadiyyatında əldə edilən uğurlu yüksəlişlə bahəm onun keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin etmişdir.
Məlum olduğu kimi, bir neçə il əvvəl qlobal və regional səviyyədə gedən mürəkkəb iqtisadi proseslər dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da müəyyən dərəcədə öz təsirini göstərdi. Xüsusən 2014-cü ilin sonlarından etibarən dünya əmtəə qiymətlərinin kəskin dəyişməsi, o cümlədən neftin qiymətinin azalması proseslərinin güclənməsi iqtisadi riskləri də artırdı.
Lakin hər bir böhran, eyni zamanda, həm bir sınaq, həm də yeni inkişaf dövrünün başlanması deməkdir. Reallıqlar ondan ibarətdir ki, Azərbaycan bu sınaqdan üzüağ və ləyaqətlə çıxdı. Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə 2016-cı ilin əvvəllərindən dərhal yeni iqtisadi islahatların həyata keçirilməsinə başlanıldı, xüsusən qeyri-neft sektoru istehsalının və ixracının stimullaşdırılması üçün zəruri tədbirlər həyata keçirildi. Təbii ki, yeni iqtisadi islahatların bir qismi maliyyə sektorunu əhatə etdi. Belə ki, yeni çağırışların həlli istiqamətində bankların restrukturizasiyası və kapitallaşması, aktivlərin sağlamlaşdırılması, sığorta bazarının inkişafı, maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində tədbirləri əks etdirən strateji hədəflər müəyyən edildi. Vergi və gömrük sahəsindəki yeniliklər, lisenziyaların verilməsinin və biznesə başlama prosedurlarının sadələşdirilməsi, yoxlamaların aradan qaldırılması, yerli istehsalın və onun ixracının dövlət tərəfindən stimullaşdırılması, “Made in Azerbaijan” brendinin dünyada tanıdılması qeyri-neft sektorunun inkişafına təkan verdi.
2016-cı ildən Azərbaycan iqtisadiyyatında başladılan yeni iqtisadi islahatların nəticəsi getdikcə daha dərindən hiss olunmaqdadır. Artıq ötən il ümumi daxili məhsulun 1,4, qeyri-neft sektorunun 1,8, sənaye istehsalının 1,5, kənd təsərrüfatının isə 4,6 faiz artması iqtisadiyyatın şaxələndirilməsi, istehsalın və ixracın stimullaşdırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamların uğurla icrasının nəticəsi idi.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsləri ilə iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, real sektora, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar, təmin edilmiş siyasi və makroiqtisadi sabitlik ötən il Azərbaycan iqtisadiyyatının inkişafını, xarici təsirlərə və risklərə dayanıqlılığını şərtləndirən başlıca amillər kimi yadda qaldı.
Ötənilki uğurlu makroiqtisadi göstəricilərin bu il də artan xətlə yüksələcəyi gözləniləndir. Çünki yeni islahatlar kursu məhdud dövrlə kifayətlənməyərək perspektivdə iqtisadiyyatın hər bir sahəsində davamlı artımı və inkişafı nəzərdə tutur. Artıq bu ilin əvvəlindən qeydə alınan göstəricilər iqtisadi artımda kifayət qədər sanballı nəticələrin əldə edildiyini göstərir. Belə ki, 2019-cu ilin ötən dövründə ölkədə 23 milyard 813,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. ÜDM istehsalının 46,5 faizi sənayenin, 9,9 faizi ticarət, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9 faizi tikintinin, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 14,6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,0 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 2411,8 manata bərabər olmuşdur. Əhalinin gəlirlərinin artım tempi isə inflyasiyanı dəfələrlə üstələyib.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu dövrdə 15,5 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,5 faiz artmışdır.
Bu da onu göstərir ki, iqtisadi islahatlar düzgün istiqamətdədir və Azərbaycan iqtisadiyyatı tezliklə dünya miqyasında yeni inkişaf nümunələri ortaya qoyacaq. Bir neçə il əvvəl inkişafın Azərbaycan modelini təqdim edən ölkəmiz iqtisadi uğurları ilə dünyanın öncülləri sırasında yer tutacaq. Dövlət başçısının dediyi kimi, bundan sonra Azərbaycan yalnız və yalnız inkişaf və tərəqqi yolu ilə gedəcək, vətəndaşların sosial vəziyyəti ildən-ilə yaxşılaşacaq.
Ötən ilin aprelində keçirilən seçkilərdə inamlı qələbə qazanan Prezident İlham Əliyev islahatların davamlı olacağını bəyan etdi. Həmin vaxtdan bəri ayrı-ayrı sahələr üzrə islahatlara start verilib. Təbii ki, İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadi qurumların fəaliyyətlində yeni təcrübələr, yanaşmalar tətbiq olundu. Bunun nəticəsidir ki, 2019-cu ilin ötən dövründə büdcə daxilolmaları əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Bu da məhz sözügedən sahələrdə həyata keçirilən islahatların, şəffaflığın gücləndirilməsinin nəticəsidir.
Bu zaman görünən həm də odur ki, Prezident İlham Əliyevin inkişaf strategiyasının mərkəzində dayanan əsas məsələlərdən biri insan amilidir. Çünki artan büdcə vəsaiti Prezidentin təşəbbüsləri ilə vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəldilir. Məlum olduğu kimi, bir neçə ay əvvəl Prezidentin imzaladığı fərman və sərəncamlarla minimum əməkhaqları, əmək pensiyalarının minimum məbləği, bütün növ sosial müavinətlər, tələbə və doktorantlara verilən təqaüdlər əhəmiyyətli dərəcədə artırıldı. Minimum əməkhaqqı 180 manata, əmək pensiyalarının minimum məbləği 160 manata çatdırıldı. Bütövlükdə sosial sahədə qəbul edilən qərar və sərəncamlar 3 milyon nəfər vətəndaşa şamil edildi.
Bir neçə il əvvəl maliyyə bazarlarında baş vermiş məlum hadisələrdən sonra dollar hesabı ilə banklardan götürülən kreditlərin ödənilməsində çətinliklər yaranmışdı. Dövlət başçısının fevralın 28-də imzaladığı müvafiq fərmanla vətəndaşların bu narahatçılığına da son qoyuldu. Fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilərək Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına ödənildi. Eyni zamanda, devalvasiya nəticəsində yaranmış məzənnə fərqinə görə banklara edilən artıq ödənişlər də kompensasiya şəklində vətəndaşlara qaytarıldı.
Azərbaycan indi inkişafın yeni mərhələsindədir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində son dövrlərdə respublikamız bir sıra qlobal layihələri başa çatdırıb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, “Cənub qaz dəhlizi”, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Türkiyənin İzmir şəhərində Azərbaycanın sərmayəsi ilə inşa olunan “Star” neft emalı zavodu işə salınıb, ölkəmizin üçüncü peyki olan “Azərspace 2” orbitə çıxarıldı. Təbii ki, bütün bunlar Azərbaycanın maliyyə imkanlarının artmasına gətirib çıxaran, inkişafına xidmət edən möhtəşəm layihələrdir. Bu isə o deməkdir ki, qarşıdakı illərdə respublikamızın gəlirlərində ciddi artımlar baş verəcək. Bu da öz növbəsində iqtisadiyyatın inkişafına və vətəndaşların sosial rifahının gücləndirilməsi ilə bağlı görülən işlərə mühüm töhfələr olacaq.
Azərbaycan bu gün inkişafının ən qüdrətli dövrünü yaşayır. Hər birimiz anlayırıq ki, bu inkişaf konsepsiyası məhz Heydər Əliyev ideyalarına əsaslanır. Ulu öndərin şanlı irsi tək dünənin və bugünün deyil, ən əsası, sabahkı yüksəlişin də real zəmini, etibarlı təməlidir.
Ramil NAMAZOV,
iqtisad üzrə fəlsəfə doktoru
Azərbaycanın inkişaf konsepsiyası Heydər Əliyev ideyalarına əsaslanır Bu gün xalqımız Azərbaycanda Milli Qurtuluş Gününü qeyd edir. 26 il öncə - 1993-cü il iyun ayının 15-də ulu öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə Azərbaycanın dövlətçilik və müstəqillik tarixində yeni mərhələ başladı.
0 notes
metbuat · 2 years
Text
Millimizin üzvü Super Kubok qazandı
Millimizin üzvü Super Kubok qazandı
Azərbaycan millisinin voleybolçusu Yelizaveta Ruban “CSM Lugoj” klubunun heyətində Rumıniya Super Kubokunun qalibi olub. Metbuat.org xəbər verir ki, 27 yaşlı yığma üzvünün çıxış etdiyi kollektiv final matçında “CSO Voluntari”ni 3:0 (25:21, 25:23, 25:22) hesabı ilə üstələyib. Qeyd edək ki, bu, Yelizaveta Rubanın hazırkı klubunda ilk tituludur. Metbuat.org
Tumblr media
View On WordPress
0 notes
listeliyi · 8 years
Link
via Azərbaycan erməni raketlərindən necə qorunacaq? — VİDEO http://ift.tt/eA8V8J İsrail ABŞ-la birgə istehsal etdiyi ən yeni "Tamir" raketi ilə təchiz edilmiş Hava Hücumundan Müdafiə (HHM) sistemi "Dəmir günbəz"in yenilənmiş variantını müvəffəqiyyətlə sınaqdan keçirib Qeyd edək ki, Azərbaycanın da əldə etdiyi HHM sisteminin yeni raketinin sınaqlarının nəticələri bütün gözləntiləri üstələyib. Amerika nəşri “Strategy Page”də hələ 2017-ci ilin yanvarında yazmışdı ki, ABŞ İsrailin raket əleyhinə müdafiə sistemi “Dəmir günbəz”in üstünlükləri ilə maraqlanır. Nəticədə ABŞ "Dəmir günbəz"in təkmilləşdirməsinə 1 milyard dollar vəsait ayırdı. Bildirilirdi ki, bu investisiyalar Azərbaycan və ABŞ-ln sifarişçiləri olduğu həmin komplekslərin seriyalı istehsalını qaydaya salmağa kömək edəcək. Və budur, "Dəmir günbəz" yenilənmiş sistemi göstərdi ki, amerikalılar tərəfindən qoyulmuş vəsait artıq özünü doğruldub. Yerli KİV-in bildirdiyi kimi, İsrail Amerika ilə birgə istehsal etdiyi ən yeni "Tamir" raketi ilə təchiz edilmiş "Dəmir günbəz"in yenilənmiş sistemini ölkənin cənubunda müvəffəqiyyətlə sınaqdan keçirib. Sınaqlar İsrail Müdafiə Nazirliyi və Rafael Advanced Defense Systems konserni tərəfindən keçirilib. "Dəmir günbəz" poliqonda müxtəlif məsafələrdən buraxılmış bir neçə “Yer-Yer” raketini birdən vurub. Yeri gəlmişkən, "Dəmir günbəz" təkmilləşdirməyə qədər də İsrail hərbi sənaye kompleksinin qüruru idi. 2009-cu ildən istismarda olan bu sistem özünü döyüşdə göstərə bilib. O, raketlərin trayektoriyasını tez müəyyən etmək üçün iki radardan istifadə edir, əgər raketin yaşayış olmayan əraziyə düşəcəyi məlum olursa onu vurmur. Lakin əgər kompüterlər göstərsə ki, raket yaşayış məntəqəsinə və digər vacib obyektə düşəcək, o zaman idarəedilən “Tamir” raketi sistemdən start götürür və hədəfi məhv edir. “Dəmir Günbəz” eyni vaxtda bir neçə yüz hədəfi izləyə bilir və bu da sistemi iqtisadi baxımdan effektli edir. "Tamir" raketinin uzunluğu 3 metr təşkil edir, diametri 160 millimetr, kütləsi 90 kiloqramdır, raket məsafədən idarə olunan partladıcı ilə təchiz edilib. Bir batareya “Dəmir Günbəz” atəşin idarə edilməsi, RLS və 3-4 buraxılış qurğusuna malikdir. Hər qurğuda 20 raket var. “Günbəz”lərin alınmasına hərbi cəhətdən inkişaf etmiş ölkələr, məsələn ABŞ və Cənubi Koreya maraq göstərirlər. İsraillilərin özlərini isə sistemin effektiv işi, necə deyərlər, "soyudur": Qaz sektorundan açılan atəşlər zamanı ölkənin cənub hissəsindəki şəhərlərin bəzi sakinləri qaçıb sığınacaqlara girmək əvəzinə “raket tutanlar”ın işini videoya çəkirlər...
0 notes
metbuat · 2 years
Text
MATÇIN STATİSTİKASI
Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunun matçına çıxıb. Yığmamız evdə qrup lideri Qazaxıstanı 3:0 hesabı ilə üstələyib. Metbuat.org xəbər verir ki, qarşılaşmanın statistik göstəriciləri belədir: Azərbaycan – Qazaxıstan Qollar: 3-0 Qapıya (çərçivəyə) zərbə: 19 (5) – 0 (0) Künc zərbələri: 10-0 Ofsaydlar: 1-0 Topa nəzarət: 63% – 37% Ötürmə…
Tumblr media
View On WordPress
0 notes
metbuat · 2 years
Text
MATÇIN STATİSTİKASI
Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunun matçına çıxıb. Yığmamız evdə qrup lideri Qazaxıstanı 3:0 hesabı ilə üstələyib. Metbuat.org xəbər verir ki, qarşılaşmanın statistik göstəriciləri belədir: Azərbaycan – Qazaxıstan Qollar: 3-0 Qapıya (çərçivəyə) zərbə: 19 (5) – 0 (0) Künc zərbələri: 10-0 Ofsaydlar: 1-0 Topa nəzarət: 63% – 37% Ötürmə…
Tumblr media
View On WordPress
0 notes
metbuat · 2 years
Text
Bundesliqa:
Almaniya Bundesliqasında 11-ci tur başa çatıb.  Metbuat.org xəbər verir ki, son oyun günündə 2 görüş reallaşıb. Lider “Union Berlin” səfərdə “Bohum”a boyun əyib. “Herta” isə evdə “Şalke”ni üstələyib. 11 turdan sonra 23 xalı olan “Union Berlin” hələ də vahid liderdir. “Bayern” 22 xalla 2-ci, “Frayburq” 21 xalla 3-cüdür. 20 xalı olan “Ayntraxt” 4-cü, Dortmund “Borussiya”sı 19 xalla 5-ci pillədə…
Tumblr media
View On WordPress
0 notes
metbuat · 2 years
Text
La Liqa:
İspaniya La Liqasında 10-cu tura yekun vurulub. Metbuat.org xəbər verir ki, sonuncu oyun günündə daha 3 görüş reallaşıb. “Almeriya” “Jirona”nı, “Osasuna” isə “Espanyol”u minimal fərqlə üstələyib. Evdə “Vilyarreal”la qarşılaşan “Barselona” isə 3 cavabsız qola sevinib. İspaniya La Liqası X tur 20 oktyabr Almeriya – Jirona 3:2 Qollar: Baptistao, 13, Ture, 17, Embapba, 38 – Rikelme, 47, Stuani,…
Tumblr media
View On WordPress
0 notes
metbuat · 2 years
Text
VİDEO
Misli Premyer Liqasının 7-ci turunda “Kəpəz” Qəbələdə “Şamaxı”nı üstələyib – 2:1. Metbuat.org sizi Gəncə təmsilçisinin ilk xallarını və qələbəsini qazandığı görüşdən hazırlanmış videoreportajla tanış edir: Metbuat.org
Tumblr media
View On WordPress
0 notes
metbuat · 2 years
Text
VİDEO
Misli Premyer Liqasının 5-ci turunda “Zirə” “Qəbələ”ni geridönüşlə üstələyib. Metbuat.org “qartallar”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmadan hazırlanmış videoreportajı təqdim edir: Metbuat.org
Tumblr media
View On WordPress
0 notes
metbuat · 2 years
Text
İslamiada:
Azərbaycanın idman gimnastı İvan Tixonov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. Fanat.Az xəbər verir ki, 26 yaşlı idmançı dayaqlı tullanma üzrə hərəkətlərin icrasında bütün rəqiblərini üstələyib. Nikita Simonov isə halqalar ilə hərəkətlərdə 2-ci yeri tutub. Qeyd edək ki, İvan Tixonov ötən gün çoxnövçülükdə gümüş medal əldə edib.  Metbuat.org
Tumblr media
View On WordPress
0 notes