Tumgik
#rəqiblərini
metbuat · 2 years
Text
Taekvondoçularımız Avropa çempionu oldu
Taekvondoçularımız Avropa çempionu oldu
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən taekvondo üzrə kiçikyaşlı yeniyetmələr arasında Avropa birinciliyi başa çatıb. Metbuat.org xəbər verir ki, baş məşqçi İlkin Şahbazovun rəhbərliyi altında Buxarestə yollanan Azərbaycanın hər iki taekvondoçusu qızıl medal qazanıb. Sabir Məmmədli (27 kq) və Nazim Məmmədov (30 kq) bütün rəqiblərini məğlub edərək çempion tituluna yiyələniblər. Metbuat.org
Tumblr media
View On WordPress
0 notes
vananhlam · 7 months
Text
Mostbet, Azərbaycanda ən Yüksək Onlayn Kazinolardan Biri
Real pulla mərc etmək üçün sadəcə kompüterinizdə istənilən brauzeri açmağınız kifayətdir. Oyunçuların əsl məqsədi əllərindən ən yüksək terme conseillé dəstini yaratmaq və rəqiblərini oyundan çıxmağa icbar etməkdən ibarətdir. Buraya slotlarda pulsuz fırlanmalar, artıq depozit və ya uduş tirajlarına başlanğıc iç ola bilər. Saytda qeydiyyatdan cəld sonra, siz pulsuz spins — slots-da pulsuz spins…
View On WordPress
0 notes
mebelland · 2 years
Photo
Tumblr media
⚜️Keçdiyimiz ay "Richmond", "Nirvana', "Fenomen", "Melen" və "Toskana' qonaq dəstləri möhtəşəmlikləri ilə rəqiblərini geridə qoyaraq ən çox satılan ✨Top 5 məhsul siyahısına girdilər! ✅İndi al,2ay sonra ödə ! 💸Nagd Al endirimlədən yararlanin 💳Faizsiz kredit imkanı 🛠️🚚Ödənişsiz çatdırılıma va quraşdırma, 📃2il 6 ay zəmanət 📲(012) 342 88 51 📥Wp(055) 202 82 93 📍Xirdalan ș, M.Ə.Rəsulzadə küç.30 (Masazir dairesi Baku electronics-in yanı) #kesfet #embawood #furniture #design #details✨ #baku #xirdalan (at Xırdalan) https://www.instagram.com/p/Cls8yOZgMIf/?igshid=NGJjMDIxMWI=
1 note · View note
yesmilletinsesiinfo · 3 years
Photo
Tumblr media
#Cavid Qurbanovun qumar monopoliyası – “Topaz” rəqiblərini belə sıradan çıxarır
0 notes
eldarmirzeliyev · 2 years
Photo
Tumblr media
Qızlarım Leyla Mirzəliyeva və Fatimə Mirzəliyeva 28 may - Müstəqillik Gününə həsr olunmuş Sumqayıt şəhər Birinciliyində 10 yaşlı qızlar arasında rəqiblərini üstələyərək 7 turdan 6.5 xal toplayaraq 1-ci və 2-ci yerləri bölüşdürdülər. Xallar bərabər olsa da Fatimə əmsalla Leylanı qabaqlayaraq "Sumqayıt Çempionu" adını qazandı. Leyla və Fatiməni növbəti uğurları münasibətilə təbrik edirəm. Yeni - yeni qələbələr arzulayıram. Hər ikinizin də çempionsunuz! 🥇🏆 Məşqçimiz Rəşad Həsənova öz təşəkkürlərimizi bildiririk. #mydaugthers #myangels #Azerbaijan #chess #AzerbaijanChess #ChessAzerbaijan #SumgaitChessSchool #SumgaitChessClub https://www.instagram.com/p/Cd09VgLjXkE/?igshid=NGJjMDIxMWI=
0 notes
azad-tv · 3 years
Text
Tokio-2020: Azərbaycan 10-cu qızıl medalı qazandı – Video
Tokio-2020: Azərbaycan 10-cu qızıl medalı qazandı – Video
Azərbaycan üzgüçüsü Roman Saley Tokio-2020 Yay Paralimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb. O, 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında bütün rəqiblərini qabaqlayıb. Saley məsafəni 52.69 saniyəyə qət edib. Qeyd edək ki, Roman Saley daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə yarışında qızıl medal əldə edib. Bununla da Azərbaycanın 10-cu qızıl medalını qazanaraq, ümumilikdə…
Tumblr media
View On WordPress
0 notes
Photo
Tumblr media
Liverpool ildırım sürəti ilə, rəqiblərini taptalamağa davam edir.Gözü götürməyənlərin gözü çıxsın! 1'⚽ Keita N. ( Salah.M) 23' ⚽ Mane S. ( Robertson A.) 45+1 ⚽Salah M. (Alexander-Arnold T.) 66' ⚽Mane S. ( Henderson J.) 83' ⚽Salah M (Robertson A.) @football_caricatura @liverpoolfc https://www.instagram.com/p/BwvoYUVH8Sv/?utm_source=ig_tumblr_share&igshid=irf1r4c6qqri
0 notes
metbuat · 2 years
Text
"Araz Naxçıvan"dan ardıcıl ikinci xal itkisi
“Araz Naxçıvan”dan ardıcıl ikinci xal itkisi
Bu gün I Divizionda X turun oyunları keçirilib. Metbuat.org xəbər verir ki, turun ikinci günündə daha 4 matç baş tutub.  “Şamaxı” və “Qəbələ”nin əvəzediciləri evdə rəqiblərini 4 qolla məğlub ediblər. “Turan Tovuz-2” isə “Qaradağ Lökbatan”la görüşdə son dəqiqə qolları ilə əzmkar qələbə qazanıb. Nəhayət, turun mərkəzi qarşılaşmasında “Araz Naxçıvan” MOİK-lə üz-üzə gəlib. Dramatik keçən qarşılaşmada…
Tumblr media
View On WordPress
0 notes
todaysazerbaijan · 5 years
Text
Daha bir icra başçısı vəzifəsindən azad olunacaq
Daha bir icra başçısı vəzifəsindən azad olunacaq
Daha bir icra başçısı vəzifədən gedir.
Polemika.az Modern.az-a istinadən xəbər verir ki, bu, 9 fevral 2020-ci parlament seçkilərində adı qalib namizədlər sırasında olan Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovdur.
Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi məlumatda A.Məmmədov 71,7 faiz səs çoxluğu ilə bütün rəqiblərini geridə qoyub.
Yaxın günlərdə ölkə Prezidenti…
View On WordPress
0 notes
yenigence · 5 years
Link
Paylaşdı: Yeni Gəncə
0 notes
istixeber-blog · 6 years
Text
RAMİL QULİYEV ATLETİKA ÜZRƏ AVROPA ÇEMPİONU OLUB
RAMİL QULİYEV ATLETİKA ÜZRƏ AVROPA ÇEMPİONU OLUB
Türkiyə millisinin əslən Azərbaycanlı sprinteri Ramil Quliyev Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazanıb.
İstixəbər.info saytının məlumatına görə, 28 yaşlı idmançı 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb. O, finalda finişə 19,76 saniyəyə çatıb.
Ramil Quliyev ötən il Böyük Britaniyanın paytaxtı Londonda eyni məsafəyə qaçışda dünya…
View On WordPress
0 notes
listeliyi · 8 years
Link
via Erməni baş nazirdən aprel məğlubiyyəti ilə bağlı ŞOK AÇIQLAMA http://ift.tt/eA8V8J Baş nazir Karapetyan prezidenti və eks-müdafiə nazirini xəyanətdə ittiham edir Ermənistanın baş naziri Karen Karapetyan parlamentdə çıxışı zamanı 2016-cı ilin aprel müharibəsi ilə bağlı şok açıqlama verib. Baş nazirin Ermənistanın ötənilki məğlubiyyətinin səbəbləri barədə söylədiyi fikirlər ölkədə siyasi rezonans doğurub. Karen Karapetyanın sözlərinə görə, aprel müharibəsi günlərində Ermənistan ordusunda dizel yanacağı çatışmayıb. Bu səbəbdən də hərbi texnikadan istifadə etmək mümkün olmayıb: “Dizel yanacağına kerosin qatılır və nəticədə keyfiyyətsiz yanacaq alınır. Baş verənləri xəyanətdən başqa cür adlandırmaq olmaz. Çünki belə fırıldaqların ucbatından hərbi texnika işləməyib, nəticədə çoxsaylı insan tələfatı baş verib. İndi sual yaranır, bu vaxta qədər nə üçün bu məsələ ilə bağlı cinayət işi açılmayıb? Ümumiyyətlə, buna görə kim cavabdehlik daşımalıdır? Hər halda Serj Sarkisyan hələ ali baş komandan olaraq qalır, həmin dövrdə müdafiə naziri olan Seyran Ohanyan müxalifətə keçib, fəaliyyətdə olan müdafiə naziri Viqen Sarkisyan isə şəxsi piarı ilə məşğuldur”- baş nazir belə deyib. Karen Karapetyanın qeyd edilən açıqlaması əslində bir neçə hədəfə siyasi zərbə endirməyə istiqamətlənmiş gediş hesab oluna bilər. Son vaxtlar Serj Sarkisyanla münasibətləri gərginləşən baş nazirin prezident kürsüsünə iddialı olduğu deyilir. O, ali baş komandanı ordudakı maxinasiyaya göz yummaqda ittiham etməklə aprel müharibəsindəki məğlubiyyətə görə Sarkisyanın məsuliyyət daşıdığını sübuta yetirməyə çalışır. Yəni, K.Karapetyanın dediyi faktlar daha çox ictimai rəyə hesablanıb. Hakim Respublikası Partiyası aprel ayında keçiriləcək parlament seçkilərində qalib gələcəyi təqdirdə, Kremlin adamı sayılan baş nazir vəzifəsinə yenidən Karen Karapetyanın namizədliyni irəli sürəcəyini bəyan edib. Serj Sarkisyanın bu addımı hakim siyasi elita daxilində özünün əsas rəqibini zərərsizləşdirməyə, digər tərəfdən isə Rusiyanın siyasi dəstəyini qazanmağa xidmət edir. Ancaq baş nazirin son açıqlamaları onun Sarkisyanla münasibətlərindəki soyuqluğun aradan qalxmadığına işarədir. Əksinə, baş nazir getdikcə daha iddialı təsir bağışlayır. Bu baxımdan, Karen Karapetyanın digər hədəfi seçkilərdə əsas siyasi fiqurlardan biri sayılan sabiq müdafiə naziri Seyran Ohanyandır. Qeyd edək ki, Seyran Ohanyan hazırda Qarabağ klanının lideri sayılan Serj sarkisyanın əsas alternativi hesab olunur. Parlament seçkilərində S.Ohanyanın liderlik etdiyi siyasi blok qalib gələrsə və ya ikinci yeri tutarsa, o zaman keçmiş müdafiə naziri 2018-ci ildə səlahiyyət müddəti başa çatacaq prezident Sarkisyandan sonra hakim Qarabağ klanının liderinə çevrilə bilər. Karen Karapetyanın isə Əsgəran rayonunda anadan olduğunu nəzərə alsaq, onun Sarkisyanı və Ohanyanı xəyanətdə ittiham etməsi Qarabağ klanının liderliyi uğrunda mübarizədə rəqiblərini “vurmaq” cəhdi kimi başa düşülə bilər.
0 notes
metbuat · 2 years
Text
İslamiada:
Azərbaycanın idman gimnastı İvan Tixonov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. Fanat.Az xəbər verir ki, 26 yaşlı idmançı dayaqlı tullanma üzrə hərəkətlərin icrasında bütün rəqiblərini üstələyib. Nikita Simonov isə halqalar ilə hərəkətlərdə 2-ci yeri tutub. Qeyd edək ki, İvan Tixonov ötən gün çoxnövçülükdə gümüş medal əldə edib.  Metbuat.org
Tumblr media
View On WordPress
0 notes
istixeber-blog · 6 years
Text
Azərbaycan kikboksing üzrə peşəkarlar yığması Londonda keçirilən King Of Kings (KOK) turnirinin dünya qran-prisində iştirak edib.İstixəbər.info APA-ya istinad edərək xəbəbr verir ki, London müxbirinin verdiyi xəbərə görə, turnirdə yığma komandanın üzvü Elxan Əliyev 71 kg çəkidə böyük britaniyalı rəqibi Kade Sherloku məğlub edib.İkinci raundda Polşalı rəqibi Dominik Matuş üzərində qələbə çalan Elxan Əliyev kubokun sahibi olub.Digər yarışlarda isə Alişan Aslanlı polşalı Lukas Dud, Asəf Aslanov Böyük Britaniyalı Reon Vanga, Arzuman Qədimov Böyük Britaniyalı Joe Himsvors, israilli Daniela Paşayev polşalı Klaudiya Paviçk üzərində qələbə çalıb. Eduard Məmmədov ispaniyalı rəqibi Markos San Paulinoya, Turan Qafarov isə böyük britaniyalı rəqibi Sam Havkinsə məğlub olub.Azərbaycan Kikboksing Federasiyası Peşəkarlar üzrə yığmanın baş məşqçisi Elşən Əbdülrəhimov APA-ya açıqlamasında yarışdan istədiklərini nəticəni əldə etdiklərini bildirib: “Biz yığma olaraq ilk dəfə KOK turnirinə qatılırdıq. Daha öncə idmançımız Zabit Səmədov bir neçə dəfə dünya və Avropa kəmərini qazanıb, ancaq yığma olaraq ilk dəfədir ki, biz bu yarışda iştirak edirik. Biz kuboku Azərbaycana aparacağımız üçün çox sevinirik”.E. Əbdülrəhimov bildirib ki,  yığma komanda Kafkaz Combat Qrupunun qurucusu Hafiz Baxşaliyev tərəfindən Londona dəvət edilib: “Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin göstərişi ilə yığma komanda təlim məşq toplanışlarına başladı və mütəmadi olaraq bu yarışlara hazırlaşdıq. Federasiyanın vitse-prezidenti Aydın Əhmədovun da bura gəlməyimizdə böyük rolu olub. Bu yarışdan sonra istədiyimiz nəticəni əldə etdik. Dördlükdə KOK kuboku uğrunda yığma komandanı Elxan Əliyev təmsil edirdi və iki gözəl qələbə ilə polşalı və ingilis rəqiblərini məğlub etdi. Həmçinin yarışlarda bizi hakimlər heyəti tərəfindən beynəlxalq dərəcəli hakim Fəxrəddin Quliyev federasiyanı təmsil edirdi”.
Azərbaycan kikboksinq yığması Londonda qələbə qazanıb Azərbaycan kikboksing üzrə peşəkarlar yığması Londonda keçirilən King Of Kings (KOK) turnirinin dünya qran-prisində iştirak edib.
0 notes
listeliyi · 8 years
Link
via Qarabağda müharibə, şəhidlər və erməni leşləri – niyə indi? http://ift.tt/eA8V8J Xocalı soyqırımının ildönümündə düşmənin xain təxribatı; Cəbhədəki son insidentin mümkün pərdəarxası; genişmiqyaslı toqquşma ehtimalı günbəgün artır; analitiklər son durumu dəyərləndirir; hərbi ekspert “Düşmənin itkiləri qat-qat çoxdur...” Artıq bir neçə gündür Ermənistan ordusu Tovuz rayonundan başlamış, Tərtərə qədər çox böyük bir arealda atəşkəsi intensiv pozur. Cəbhə xətti boyunca gərgin döyüşlərin getdiyi barədə Müdafiə Nazirliyi də məlumat yayıb. Məlumatda deyilir ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər. Nazirlikdən bildirilib ki, qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb. Xocavənd-Füzulu istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Nazirliyin dünən yaydığı xəbərdə də Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozmaqda davam etdiyi bildirilib. Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik (15 mərmi) və 82 millimetrlik (18 mərmi) minaatanlardan, həmçinin D-44 topundan (1 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 117 dəfə pozub. Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Müdafiə Nazirliyinin yaydığı məlumatlar da durumun kifayət qədər ciddi olduğunu göstərir. Həm Ermənistan, həm Azərbaycan tərəfindən itkilərin olduğu bildirilir. Gərginliyin Ermənistan tərəfindən süni şəkildə yaradıldığı, arxasında hansısa planların dayandığı şübhəsizdir. Ermənistanın təxribatlarının Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsinə təsadüf etməsi də suallar yaradır. Hərbi və siyasi ekspertlər də hesab edir ki, Ermənistanın hücum taktikasını seçməsi daha çox bu ölkənin daxilindəki gərginliklə bağlıdır. Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, son günlər cəbhə xəttində müşahidə edilən gərginlik Ermənistanın keçən ilin aprelində itirdiklərinin bərpası ilə bağlı ssenari deyil. Əgər elə olsaydı, konkret istiqamətdə hərbi zərbələri hiss etdirilərdi və yerdə qalan digər ərazilərdə ermənilər güc tükətiminə, resurslarının əldən getməsinə razı olmazdılar: “Bir neçə gündür ki, Tovuzdan başlamış Tərtərə qədər, bəlkə də yaxın gələcəkdə Naxçıvanı da əhatə edəcək böyük bir areal üzrə erməni təxribatları özünü göstərir və göstərməkdədir. Amma əsas döyüşlər mərkəzi olaraq, Qarabağda gedir. Belə düşünürəm ki, burada bir nömrəli amil əslində Ermənistanda keçirilən seçkilərdir. Rəy sorğuları hakim partiyanın mövqelərinin çox bərbad vəziyyətdə olduğunu göstərir. Belə vəziyyətdə hakimiyyət total saxtalaşdırmaya getməlidir. Məlumat üçün deyim ki, Serj Sərkisyan öz partiyasına və rəhbərlik elədiyi bloka müdafiə naziri Vigen Sərkisyanın adını birinci yazıb. Onlar cəmiyyətə sosial, siyasi, iqtisadi vədlər deyil, 25 il əvvəl olduğu kimi yenə də Qarabağla bağlı hansısa vədləri verirlər. Bu üzdən sanki seçki təbliğatı səngərdə gedir və onlar bir tərəfdən bütün daxili rəqiblərini bu vasitə ilə susdururlar. Həmçinin düşünürlər ki, əgər azərbaycanlılara zərbə vurulsa, lokal uğur əldə olunsa bu, şübhəsiz ki, aprelə qədər hakim partiyanın mövqeyini gücləndirəcək. İkinci məsələ ondan ibarətdir ki, şübhəsiz, onlar ötən bir ilə yaxın vaxt ərzində ön cəbhəni xeyli dərəcədə möhkəmləndirməyə çalışıblar, mühəndis texniki qurğular genişləndirilib, gecə görmə cihazları, avadanlıqlar, ağır silahları da həmin ərazilərə yığıblar. Bu, o deməkdir ki, ilk anda vurula biləcək zərbələrin qarşısını almaq üçün tədbirlər görülüb. Amma Azərbaycanın malik olduğu silahların uçma radiusunu hesablayanda ermənilərin ön xəttə gördüyü həmin işlərin çox da əhəmiyyəti olmayacağına əminik. Amma çoxlarının sual etdiyi kimi, bu təxribatların doğrudanmı arxasında başqa mərkəzlər var? Xüsusilə də Azərbaycanın dövlət başçısının Avropaya səfəri, orada vaxtilə Avropa Birliyi ilə razılaşdırılmayan assosiativ saziş sənədinin başqa bir paraflanmış formasının gündəmə gətirilməsi və yaxınlarda onun imzalanacağı bölgə dövlətlərinin bizə qarşı müharibə qərarı verməsinə gətirib çıxarırmı? Bu cür suallarda əksini tapan versiya nə qədər doğrudur? Mən düşünürəm ki, bunun əsası yoxdur. Çünki biz region dövlətləri, xüsusilə də Rusiya ilə münasibətlərimizi pozacaq, onun strateji maraqlarına zərbə vuracaq hər hansı addımlar atmamışıq. Ona görə də rəsmi İrəvan üçün cəbhə xəttində xüsusi fəallaşmanın geopolitik konteksti və ya xarici dairə amili yoxdur”. Deputat hesab edir ki, əslində mahiyyətcə proseslər Azərbaycanın xeyirinədir. Çox geniş bir ərazidə təxribatlar ermənilərin gücünün paylanması, bölünməsi baxımından qətiyyən Ermənistanın xeyirinə işləmir: “Ermənilərin döyüşdə ölənləri Azərbaycanla müqayisədə üçqat artıq itkidir. Ona görə ki, onların əhali və əsgəri sayı bizimlə müqayisə oluna bilmir. Ermənistan rəhbərliyi apreldə keçiriləcək parlament seçkilərinədək cəbhə xəttində məlum tamaşanı davam etdirməyə və hansısa uğurlar qazanmağa çalışacaqlar. Lakin birdəfəlik bilmək lazımdır ki, hər bir toqquşma Dağlıq Qarabağda və Ermənistanda çox böyük siyasi, mənəvi-psixoloji nəticələr doğurur, əhali arasında vahimə yaradır. Azərbaycan isə bir daha faciələr yaşamağa köklənməyib”. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov isə bildirib ki, Azərbaycanın hərbi potensialı düşmənin istənilən həmləsinə cavab verməyə imkan verir. Ermənistan sülhə vadar edilməsə, işğalçılıq siyasətindən əl çəkməsə və torpaqları geri qaytarmasa, biz digər üsullardan istifadə edib, torpaqlarımızı azad etməliyik: “Biz buna çox yaxınıq. Mən inanıram ki, yaxın dövrdə danışıqlar prosesində əlavə təkan, əlavə siyasi impuls olmalıdır. Bunun nəticəsində Ermənistanı sülhə gətirmək mümkün olmasa, regionda yeni münaqişənin başlanmasına görə bütün məsuliyyət Ermənistan rejiminin üzərinə düşəcək”. Hərbi ekspert Üzeyir Cəfərov isə hesab edir ki, erməni tərəfi maksimum çalışır ki, vəziyyət kritik həddə çatsın. Onlar fevralın 25-dən başlayaraq Ağdam, Tərtər istiqamətində bəzi hərəkətlərə yol verdilər. O cümlədən, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, Tovuz, Qazax istiqamətində gərginlik yaratmağa çalışdılar. Amma elə həmin gün uğursuzluqla üzləşən ermənilər Xocavənd Füzuli istiqamətində açıq düzəngah istiqamətində müəyyən addımlar atmağa çalışırlar: “Artilleriya mərmilərindən istifadə edirlər. Artilleriya mərmiləri də çox böyük dağıdıcı gücə malikdir. Müdafiə Nazirliyinin məlumatında da gördünüz ki, bizim şəhidlərimiz var, yaralananlar var. Müdafiə Nazirliyi də düşmənin hərəkətlərini diqqətdən kənar saxlamır. Cavab zərbələri endirir. Nazir Zakir Həsənov özü də vəziyyətin gərgin olmasının şəxsən şahidi olub. Lazımi göstərişlər verib. Azərbaycan ötən ilin aprelində böyük səbir, dözüm nümayiş etdirdi. Amma düşmən bundan çox namərdcəsinə istifadə elədi. Bir il ərzində həm havadarları Rusiyadan, həm də digər ölkələrdən kifayət qədər ciddi silahlar alınıb. Xeyli əlavə güc və qüvvə toplanıb. Ona görə də hər iki tərəfdən itkilər çoxdur. Biz bunu bilməliyik, hazır olmalıyıq. Bu, müharibədir, biz bundan təşvişə düşüb, qorxmalı deyilik. Müharibədə konsert olmur, itki olur. Yaralananlar olur”. Ü.Cəfərov sosial şəbəkə istifadəçilərinə və jurnalistlərə müraciət də etdi: “Bir qədər ehtiyatlı olun. Dünəndən sosial şəbəkələrdə yalandan yayırlar ki, camaat kəndlərdən çıxdı, təşvişə düşdü və s. Biz heç yerə çıxmırıq. Lazımsız fikirlərdir bunlar. Biz qabağa getməliyik və gedəcəyik də. Son dərəcə ehtiyatlı olun. Ordumuz kifayət qədər gücə malikdir. Səbirli olsanız, özünüz də görəcəksiniz ki, ermənilər hansı sarsıntıları keçirəcəklər. Bir nəfər əsgər və zabitimizin də sıramızdan vaxtsız getməsi əvəzsiz itkidir. Onlar Vətən uğrunda, torpaq naminə həyatlarını qurban verdilər. Amma, alçaq və şərəfsiz ermənilərin itkiləri bizimkindən qat-qat çoxdur. Təxmini hesablamalara görə düşmən bizdən 7 dəfə çox itki verib. Özünüz də yaxın günlərdə görəcəksiniz ki, ermənilər öz murdar leşlərinin sayını tədricən, iki gündən, üç gündən bir açıqlamağa başlayacaqlar. Sosial mediada olan dostlardan və xüsusən də onlayn saytlar və bloqlarda olan yoldaşlardan acizanə xahiş edirəm ki, düşmənin məlumatlarından istifadəyə son qoysunlar. Ən azından onlar hər zaman olduğu kimi, bu dəfə də dezinformasiyaları aktiv yayır və ordumuzun, xalqımızın ruhdan düşməsi üçün bütün mümkün variantlardan istifadə edirlər. Bəzi sosial şəbəkə istifadəçiləri də son dərəcə özlərini yersiz aparırlar. Bu müharibədir və düşmən bizim bəzi xüsusiyyətlərimizdən tam öz xeyrinə istifadə etməyə çalışır. Diqqətli və ehtiyatlı olaq. Azərbaycan Silahlı Qüvvələri tam hazır vəziyyətdə bütün əməliyyat şəraitinə nəzarət edir və heç bir panikaya və narahatçılığa əsas yoxdur”. Politoloq Qabil Hüseynli isə hesab edir ki, Ermənistan son təxribatlarını Rusiyaya arxalanaraq edir: “Yoxsa onlar qətiyyən belə irimiqyaslı hücumlara cəsarət etməzdilər. Cəbhə xəttində ermənilərin bu fəallığı hələ bir müddət dayanmayacaq, çünki bu işdə təhrikçi güc mərkəzinin olduğu aydın hiss olunur. Ermənilərin hücumlar zamanı ağır artilleriyadan istifadə etməsi, üstəlik, cəbhə xəttini yarmaq və müdafiə xəttinin içərilərinə doğru irəliləmək cəhdləri göstərir ki, bütün cəbhə xətti boyunca müşahidələr düşmən tərəfindən süni peyk kəşfiyyatı ilə aparılıb. Azərbaycan Avropa Birliyi ilə saziş hazırlayır. Həm bu amil, həm Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasında nazirlərin üçüncü görüşü və sözügedən layihənin böyük hissəsinin istismara hazır olması bir çox dairələri əməlli-başlı narahat edib. Xüsusən də Moskva və İrəvanı. Avropa bazarlarına yiyələnmək uğrunda bu istiqamətdə Azərbaycanla yeganə rəqabət aparan ölkə Rusiyadır. Azərbaycanın Avropanın mavi qaz bazarına birinci çıxması və qitənin cənub istiqamətlərində Rusiyanı üstələməsi, Avropa Birliyi ilə danışıqlara başlaması Moskvanı qıcıqlandırır. Rusiyanın forpostunun son günlər hərbi təxribatları intensivləşdirməsində həmin qıcıqlanmanın təsirinin olduğu şübhəsizdir”.
0 notes
listeliyi · 8 years
Link
via Lotu Qulunun “oğru aləmin”dəki ən böyük düşməni kimdir? http://ift.tt/eA8V8J “Oğru həbsxanada oturmalıdır”. Vısotskinin ifasında “Görüş yerini dəyişmək olmaz” filmində kapitan Jeqlovun dilindən səslənən bu həqiqət heç kimdə şübhə doğurmur Lakin oğru törətdiyi və sübut olunan cinayətə görə oturmalıdır. O, sadəcə “qanuni oğru” olduğuna görə yox. Jeqlovla kinonun digər qəhrəmanı Şarapov bunun üstündə mübahisə edirdi. Modern.az bildirir ki, bu mövqeni 2016-cı ildə 7 il azadlıqdan məhrum olunan “qanuni oğru” Əli Heydərovun (o, Kürən Albert, Albert Piterski və Albert Gəncinski kimi də tanınır) vəkili Dmitri Popov da bölüşür. Bir qayda olaraq, tanınmış “qanuni oğrular”ın tərcümey-halı dumanlı olur. Vikipediyadakı məqalələrdə onlar haqda yazmırlar – cinayətkar aləmin nümayəndələrinin ali sirkinin “anlayşı” ilə ziddiyyət təşkil edir. Lakin Əli Müseyib oğlu Heydərov – Rusiya kriminal mühitində kifayət qədər qeyri-adi bir şəxsdir. Onu az qalırdı “rus mafiyasının” “xaç atası” Ded Xasanın şimal-qərb regionunda əlaltısı adlandırırdılar. O 36 yaşında Arxangelskdə - Rusiyanın şimalında Şamaninsk mütəşəkkil cinayətkar qruplaşmasına əsas rəqib olmuşdu. Nüfuzlu “qanunçular”ın yanında mübahisələrə macal tapmışdı və 3 sui-qəsd yaşayıb. Bu zaman hüquq-mühafizə orqanlarından deyil, həm də “titullu” həmkarlarının çoxundan vaxtaşırı narazılıq edirdi. Məlumata görə, Heydərovu 2012-ci ildə Peterburqda Aslan Usoyanın xeyir-duası ilə Peteburq “qanuni oğruları” taclandırıblar. Müxtəlif mənbələrdən əldə edilən məlumata əsasən, gənc və ambisiyalı “oğru” həyat yoldaşı və 3 övladı ilə qeydiyyatda olduğu Arxangelskdə tezliklə lider mövqe əldə edib. Sonradan Peterburqda nüfuzli “avtoritet” olub. Kürən Albertin 7 il ciddi rejimli həbsxanaya göndərilməsinə səbəb olan açılan cinayət işinin əsas epizodları şimal paytaxtı ilə bağlıdır. “Tayfun”un xüsusi təyinatlıları Heydərovu 2014-cü il iyulun 14-də xüsusilə külli miqdarda soyğunçuluq işi üzrə araşdırma çərçivəsində keçirilən əməliyyat zamanı saxlayıb. Peterburqun Frunze rayon prokurorluğunun məlumatına görə, Kürən Albert tərəfdaşları ilə Avito saytına “Folksvagen Tyaper” avtomobilinin alıcını cəld edəcək qiymətə elan yerləşdirərək, Qiwi ödəmə sistemi vasitəsilə məbləğin bir hissəsini avans kimi alıblar. Müştəri üstündə külli miqdarda nağd pulla təyin olunan yerə gələndə ona və yanındakına iki nəfər hücum çəkib, pul olan çantanı əlindən alıblar. Araşdırma zamanı hücum edənlər müəyyənləşdirilib. Onlar Arxangelsk sakinləri Yevgeni Krasnov və 1985-ci il təvəllüdlü Roman Məmmədov olub. Prokurorluğun məlumatına görə, bu cinayətin planlaşdırılmasında hüquq-mühafizə orqanları Əli Heydərobun əli olduğunu, onun icraçılarının isə uzun müddət Arxangelskdə yaşayanların olduğunu müəyyənləşdiriblər. Araşdırma 2 il davam edib. Heydərova, Məmmədova və Krasnova Rusiya Cinayət Məcəlləsinin 162-ci maddəsinin 4-cü hissəsi (quldurluq) və 159-cu maddəsinin 4-cü hissəsi ilə (böyük miqdarda fırıldaqçılıq)ittiham elan olunub. 2016-cı il dekabrın 26-da Sankt-Peterburqun Frunze rayon məhkəməsi iş üzrə adı keçənlər haqda hökm çıxarıb. Məhkəmə Heydərovu 7 illi müddətinə cəzasını ciddi rejimli həbsxanada çəkmək hökmü elan olunub. Krasnov və Məmmədov müvafiq olaraq 6 və 7,5 il (onlar da cəzalarını ciddi rejimli həbsxanada çəkirlər) azadlıqdam məhrum olunublar. Bundan əlavə, məhkəmənin hökmü ilə mülki iddia qaydasında Kürən Albertə məxsus “Roleks” saatı (521 989 rubl qiymətləndirilib), “Shevrole” avtomobili və Leninqrad vilayətindəki 1200 kvadrat metrlik torpaq sahəsi müsadirə olunub. Sanki hər şey ədalətli olub – “oğru həbsxanada oturmalıdır”. Ancaq Kürənin vəkili Dmitri Popov hesab edir ki, onun müştərisinə qarşı iş uydurulub. Müdafiəçi bildirib ki, Əli Heydərovla bağlı cinayət işinə açıq-aşkar qanun pozuntusu ilə baxılıb, bunun əsasında elan olunan hökmü əsaslı və qanuni hesab etmək olmaz. “Qanuni oğru”ya qarşı ittihamnamə gizli şahidlər Markov, İvanov və Məmmədovun, eləcə də polis əməkdaşı A.F.Popovun ifadələri əsasında hazırlanıb. Zərərçəkənlər bilməyiblər ki, soyğunçulqda Heydərov iştirak edib, ya yox, Krasnov və Məmmədov da onunla bağlı heç nə deməyiblər. Heydərov əleyhinə araşdırma zamanı canfəşanlıqla ifadə verən Puşkin soyadslı şahidi isə məhkəməyə, ümumiyyətlə, “gətirə bilməyiblər”. "Albert, qaç, qaç"! Məlumdur ki, kriminal elitada “qanuni oğrular” özlərinin daxili, klan müharibəsini aparır. Güclü düşmənə qarşı birləşmək məqsədilə müvəqqəti alyanslar yaranır, sonra münaqişə üzündən bu birliklər bir anda dağıla bilir. "Qanunçulara" "tac qoyurlar", xüsusi səlahiyyətlər verirlər, həm də hüquqlarını qaydaları pozanda əllərindən alırlar. Vaxtaşırı onlara qarşı sui-qəsd edilir, bəzən bunun nəticəsində qəbrə gedirlər: Ded Xasan, Rövşən Lənkəranski, Astik Suxumiski və başqaları kimi. Başqaları gizli və leqal biznes sahələrinə təsir dairəsinin sahibliyindən məhrum olunur. Dörd dəfə məhkum olunan Əli Heydərov üçün də “oğru aləmi”ndə münasibər kifayət qədər sadə deyil. Bir neçə dəfə KİV-də onun “oğru” ideologiyası ilə bağlı baxışları haqda faktlar yer alıb. Qeyd etmək lazımdır ki, polislər onu killerlərdən xilas etsələr də, Kürən Albert “oğru” qaydalarına görə, özünü zərərçəkmiş hesab etməyərək heç bir ifadə verməyib. Mənbə bildirir ki, kriminal aləmdə avtoritetlərin kifayət qədər böyük hissəsi “oğru” statusu hazırda, bəzi məlumatlara görə, mübahisəli olan Heydərova hörmətlə yanaşır. Bir vaxt hətta xəbər verilmişdi ki, Ded Xasanın taclandırdığı bir neçə nəfərlə birgə onun da “oğru” statusu ”bir nömrəli oğru” Şakro Molodoyun Yerevandakı yığıncağından sonra dayandırılıb. Kürən Albertin münaqişədə olduğu ”oğrular” arasında ilk növbədə Lotu Qulu, Lexa İrkutski ləqəbi ilə tanınan Aleksey Qudın və Beso Rustavski ləqəbi ilə tanınan Besik Kvinixidze var. Məlumata görə, Kürənin sonuncu iki nəfərlə silahlı münaqişəsi Türkiyənin Edirne şəhərində olub. Bu zaman Kürənin Türkiyə polisinin əməkdaşı olan mühafizəçisi güllələnib. Heydərov özü dindirilmədə Türkiyədə hər hansı atışmada iştirakçı olduğunu boynuna almayıb. O, özünü işlənmiş avtomobillərin satşı ilə məşğul olan iş adamı adlandırır. Heydərova yaxın mənbə Edirnedəki haqq-hesab çürütmə məsələsini təsdiqləyib, ancaq öldürülən polisin Heydərovun qoruyucusu olduğunu təkzib edib. Əli Heydərovun əsas düşməni ənənvi olaraq Azərbaycan kriminal konqlomeratının liderlərindən biri nüfuzlu “qanuni oğru” Lotu Qulu ləqəbi ilə tanınan Nadir Səlfov hesab edilir. Bu konlomerata Vaqif Bakinski kimi məşhur olan Vaqif Süleymanov və Rəşad İsmayılov (Rəşad Gəncinski) daxildir. Sonuncu 2016-cı ilin dekabrında “qanuni oğru” Rövşən Lənkəranskinin – Ded Xasanın başlıca düşməninin Türkiyədə hay-küylü qətlində cavabdehliyi üzərinə götürdüyünü bəyan edib. Mənbələr qeyd edirlər ki, azərbaycanlı “qanuni oğrular” Rövşən Lənkəranskinin klanına qarşı müvəqqəti birləşiblər. Burada iki məqsəd var: paytaxt regionundakı göyərti bazarını ələ keçirmək və 2016-cı ilin yazında Lənkəranskinin öldürtdüyü avtoritetli biznesmen Cambulat Şamiloğlunun qisasını almaqdır. Bu birliyin nə qədər davamlı olacağını zaman göstərəcək, çünki “oğru” aləmində ittifaqlar əsr boyu davam etmir. Mənbə əmindir ki, hansısa məqamda parçalanma baş verəcək. Onun sözlərinə görə, bu Lotu Qulunun günahı üzündən olacaq. Ona görə ki, Qulunun şəxsi məqsədlərinə çatmaq istəyi zamanı yetişəndə hər şeydən üstün olur. “Oğru” aləmindəki mənbələrin dediyinə görə, Lotu Qulu 2014-cü ilin mart ayında Kürən Albertin öldürülməsinə cəhd edib. Bu məqsədlə o, vasitəçi İlham Hacıyev vasitəsilə Kürəni öldürmək niyyətiləTatarıstandan iki killer tutub. Lakin Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin əməkdaşları həmin killerləri yaxalayıb. Ən cəsarətli və gələcəkdə böyük potensialı gözlənilən Heydərovun fiziki cəhətdən məhvinə edilən bu cəhd düşmənlərinin güclü rəqiblərini sıradan çıxarmasına yönələn yeganə hadisə olmayıb. Əli Heydərovun işindən apelyasiya şikayəti Sankt-Peterburq şəhər məhkəməsinə bu il yanvarın 9-da verilib. Vəkili Dmitri Popov Kürən Albert barəsində çıxarılan hökmün dəyişdiriləcəyinə ümid edir.
0 notes