Tumgik
#əzab
shahinelected · 2 years
Text
🇦🇿 Və oranı çox qüvvətli olanlar qoruyarlar və siz, onların diqqətindən yayınıb, oradan çıxa bilməzsiniz. Çünki, ora atılan əbədi əzaba və lənətə düçar edilmişdir!
🇷🇺 И охраняют его те, кто очень силён, и уйти оттуда, не миновав их внимания, невозможно. Потому что те, кто был брошен туда, подверглись вечной каре и проклятию!
🇹🇷 Ve orası çok güçlü olanlar tarafından korunur ve onların dikkatini çekmeden oradan ayrılmak imkansızdır. Çünkü, oraya atılanlar sonsuz ceza ve lanete maruz kılınmışlar!
Tumblr media
0 notes
yesmilletinsesiinfo · 2 years
Photo
Tumblr media
#Uşaqlara əzab verildiyi iddia edilən “Sevgi evi” sığınacağının sahibi Zülfü Qasımovun QIZIDIR: Cinayət işi BAŞLANIB 
1 note · View note
petr1chorr · 9 months
Text
Yaxın saatlarda qardaşımın, əmim oğlunun və xalam qızının qəbul nəticələri açıqlandı. Hər üçü universitetə qəbul olub. Çoxdandır bu şad xəbəri gözləyirdik. Amma bu xəbərin bu vəziyyətdə gələcəyini heç ağlımın ucundan keçirməmişdim. Şənlik keçirəcəyimizi düşünərkən yasın ortasında qarşıladıq bu xəbəri. Sevinc və kədər qarışıq hislər keçirdim həmin an. O qədər xoşbəxt oldum ki. Canımdan dəyərlilərim bir pillə də yuxarı qalxdılar həyat nərdivanında, həm də gözəl nəticələrlə. Bir tərəfdən də kədər boğdu məni. Kaş babam da görərdi bu günü. Artıq 4 gündür bizimlə deyil. Hər dəfə soruşurdu, maraqlanırdı bu barədə. Çox heyif ki, görə bilmədi, şərik ola bilmədi bu xoş xəbərə. Çox ağladı qardaşımla əmimoğlu, hər kəsi də kövrəltdilər. Yaxınlarının üzündəki təbəssümə baxıb sevinəsən, ya qapıdan asılan yas lentinə baxıb kədərlənəsən? Atamı 20 ildir ilk dəfə babam öləndə ağlayan görmüşdüm. Atamın nəticələr açıqlandıqda otağa çəkilib gizli şəkildə ağlamasını gördüm bu gün, nənəmin babamın şəklini qucaqlayıb ağlamasını gördüm, qardaşımın, əmioğlunun hönkürtü ilə ağlamasını, əmimin sərt simasındakı kövrəkliyi, dolmuş gözlərini gördüm, bir çox kədərli sima gördüm bu gün. Mənim üçün heç unudulmayacaq bir gün idi. Yarı sevinc, yarı kədər. Yox, ən çox kədər...
Əziz babam, bizi görürsənsə kədərlənmə. Bunların hamısı sənin çox istədiyimizdəndir. Məkanın cənnət olsun, ən qiymətlim. Biz hamımız səni çox sevirik. Özün yanımızda olmasan da, xatirələrin həmişə bizimlə olacaq. Səninlə birgə mənim uşaqlığım getdi. Sən gedən gün böyüdüm mən. Sən gedən gün bildim ölüm nədir. Çarəsizliyin ən betər halını o zaman gördüm. Canından qiymətlin gözlərinin önündə əzab çəkir, amma sən onun üçün heç nə edə bilmirsən. Gözlərinin önündə ağrı çəkərək ölür, amma sən heç nə edə bilmirsən. Çox ağırdır çox. Çarəsizlik heç bu qədər ağır gəlməmişdi mənə. Həyat heç bu qədər dəhşətli gəlməmişdi. Ölüm, necə də dəhşətli imişsən... Yaxınların yanında olduğu müddətcə ölümdən qorxmursan, amma ölüm ən əzizini apardıqda anlayırsan ölüm qədər ağırı yoxdur. Ölüm qədər amansızı, qəddarı yoxdur... 27 avqustdan bəridir gözlərim hər yerdə babamı axtarır. Elə bilirəm harasa gedib, getdiyi yerdən nə vaxtsa qayıdıb gələcək. O qədər çətindir ki, gəlməyəcəyini bilə-bilə gözləmək... Ölümündən 2 gün öncə soruşmuşdum babadan ki, ürəyi nə istəyir. "Ölmək istəyirəm" demişdi mənə. Artıq çəkdiyi ağrıya dayana bilmirdi, ölümü arzulayırdı. Ən azından artıq əzab çəkmir deyərək özümü təsəlli edirəm. Əlimdən başqa nə gəlir ki... Onsuz yediyim yemək zəhər olub boğazımdan keçmir. Onsuz gülməyi haram bilirəm özümə. Qəbullana bilmirəm gedişini. Zamanla keçməyəcək bu hiss bilirəm, amma öyrəşəcəm onu da bilirəm. Onun yoxluğuna da, ölümün acımasızlığına da, həyatın faniliyinə də...
133 notes · View notes
gulsmentality · 19 days
Text
Vicdan çox zaman günahı olmayanlara əzab verir
19 notes · View notes
huseynmammad · 6 months
Text
O ki, səfərə çıxarsan öncədən müəyyən etmədiyin gözəl yerlərin seyrinə, plansız, kitabsız. Yol boyu necə ecazkar mənzərələr kəşf edərsən. Nə qədər çəkici olsalar da gözlərinin gördüyü qəlbinə enə bilmədiyi üçün səni orda saxlamaq iqtidarında olmaz. Davam edərsən yeniliyin izində günlərlə, aylarla, illərlə bəlkə, zaman zaman fəsillərlə. Əyləşdiyin, dincəldiyin yerlər ola bilər bu dilimlərdə. Fəqət orda qalmaq ağlının ucundan belə keçməz. Səfərdi axı bu. Keçib getməyə niyyətlisən necəsə. Yolçu yolunda gərək. İnsanın başına ən gözəl şeylərin onun ən qəmli zamanlarında gəldiyi bilinməkdədir, bu tam da günəş doğmazdan öncə gecənin ən qatı zülmətinin çökməsinə bənzər. Bir birindən seçilməyən boz günlərin birində güzarın qərib bir yerə düşər, əvvəl ki yerlər qədər də cəlbedici olmaz əslində, ama səni qara dəlik kimi içinə çəkə biləcək sehrə malik olar. Üstəlik gözünlə gördüyün də ruhuna xitab edər. Bir az qalım deyərsən, sonra bir baxarsan ki, vətən etmisən özünə. Və artıq bundan sonrakı gedilməmiş, kəşf edilməmiş heç bir yol səni maraqlandırmaz, diqqətini dağıtmaz. Çünki aynada gördüyün sənlə, içində özünü bildiyin sən burda bütöv Sən olmağa başladı. Qəlbinin gözü öz Məkkəsini tapmışdı çünki. Ruhsal yolçuluqla cismanı yolçuluq ali Eşq'də birləşmişdi. Əlçatmazlıq kimi təvafı vardı. Burda görmədən, toxunmadan yaşanan sevginin adına ibadət deyilirdi. Çəkdiyin əzab müqəddəs ayin kimi idi. Zamanlar qarışdı. Gecə və gündüz yuxuda imiş kimi. Ölüncə, oyanmış kimi...
38 notes · View notes
dadaszdkh · 3 months
Text
Hər dəfə ürəyimlə danışıram artıq, unut onu bəsdi mənə bu qədər əzab verdiyin.
24 notes · View notes
bozay25 · 10 months
Text
Əzab çəktiyini göstərməmək üçün daha da çox əzab çəkirsən...
56 notes · View notes
esger1i · 4 months
Text
Bilirsən sənin problemin nədir? Sən insanlara çox tez bağlanırsan. Və bağlanan kimi etdiyin ilk iş o insanı xoşbəxt etməyə çalışmaq olur. Başın o insana o qədər çox qarışır ki, özünün də xoşbəxtliyə ehtiyacı olduğunu unudursan. Ailəsini düşünən ata kimi olursan, yeməyib yedirdən ana kimi. Onlar səni tərk edəndə, sən üzünü çevirib getmək əvəzinə tərk edildiyin yerdəcə donub qalırsan. Ona görə ki bu sənsən, əkdiyini biçməyən, başqasının xoşbəxtliyinə xoşbəxt olan. Sən bağlandığın insanlara ürəyində elə böyük yer ayırırsan ki, onlardan sonrakı o boşluğu bir də doldura bilmirsən. Elə buna görə də sən əzab çəkməyə məhkumsan, anlayırsanmı ?
23 notes · View notes
evezysf · 10 months
Text
Kimə görədir bu qədər özünüzə ağrı-əzab vermək?
İnsanın maksimum nə qədər iyrləncləşə biləcəyini göstərənlərə görəmi?
#evezysf #tumblrpost
46 notes · View notes
yesmilletinsesiinfo · 2 years
Photo
Tumblr media
#Uşaqlara əzab verildiyi iddia edilən “Sevgi evi” sığınacağının sahibi Zülfü Qasımovun QIZIDIR: Cinayət işi BAŞLANIB 
0 notes
retromanblog · 14 days
Text
Könül, kef də çəkdim, əzab da çəkdim,
Çəkdiyim kefi də əzabda çəkdim.
11 notes · View notes
petr1chorr · 26 days
Text
Bəzi şeylər bizlər böyüdükcə daha böyük anlamlar qazanmağa başlayır və həmin şeylər bir gün bizdən getdikdə yara izləri daha dərin olur. Bu yaralar qanaması üçün doğru zamanı gözləyər. Ən dərinlərində hiss edəcəyin, anlayacağın və ən çox əzab çəkəcəyin günü gözləyər və həmin gün gəldikdə xatırladar özünü. İnsan isə bunu anladığı gün həqiqi mənada olğunlaşar.
42 notes · View notes
gulsmentality · 1 year
Text
Ruhum azad hiss etmədiyi hər an əzab çəkir.
66 notes · View notes
huseynmammad · 4 months
Text
Cəzalandırmaqda tələsməyi təxirə saldığın, tez əzab verməkdən daşındığın, geriyə dönüş və tövbə yollarını asanlaşdırdığın, rəhmət buludlarından yağış nazil etdiyin üçün Sənə həmd olsun. Doğrudan da, Sən qədirbilən və bağışlayansan!❤️‍🩹
24 notes · View notes
dadaszdkh · 11 months
Text
Mən özümü xoşbəxt hiss edirəm artığ , bilirsən niyə? Çünki heç kimdən heçnə gözləmirəm artıq. Gözləntilər hər zaman əzab vericidir , bunu öyrəndim həyat qısadır odur ki , həyatını sev xoşbəxt ol və gülümsə 🌠
50 notes · View notes
absvaall · 1 month
Text
Mən həmişə bu gündən sabaha göz dikmişəm,
Amma özüm-özümlə görüşə gecikmişəm.
Qalaq-qalaq işlərim,
Diklərim, enişlərim,
Qələmlə dostluğumdan göyərən vərdişlərim
Məni vuran gah yerə, gah da uçurdu göyə,
Gecikdim ömrüm boyu özümlə görüşməyə.
İztirablar içində yox olsam da varımdan,
Gecikmişəm yaz boyu isti göz yaşlarımdan.
Su verib becərdiyim bəhərimə, barıma,
Gecikmişəm içimdən doğan arzularıma.
Gecikmişəm həyatı həyatımdan ummağa,
Gecikmişəm ən uca, ən müqəddəs hissimin
Başına dolanmağa.
Gecikmişəm, çoxunu əzabıyla bezdirən,
Mənəsə qanad verən
Hər qəmə yox, Allahın sevdiyi bəndəsinə
Pay kimi göndərdiyi o möntəşəm qəmə də.
Gecikmişəm uzaqda mələyən eşqimə də.
Macal da tapmamışam özümlə tək qalmağa,
Özümdən küsdürdüyüm sınıq, qırıq qəlbimi
Bir gün ələ almağa.
Vallah, özüm-özümə çata bilmirəm daha.
Qaç-tutdu oynayırıq, yol uzun, öz-özümü
Tuta bilmirəm daha.
O zaman ki, yorulub çəkilirəm təkliyə,
Taleyimlə barışıb, endirirəm başımı
Amansız gerçəkliyə.
Çəkirəm gündüzümün hesabını hər gecə
Öz-özümlə gizlicə...
Yanlış addımlarımı dərk edincə sonradan
Minbir əzab çəkmişəm.
Dünyaya gəlməkdə də, deyəsən, gecikmişəm... 🍂
9 notes · View notes