Tumgik
#ayrılıblar
metbuat · 2 years
Text
ABL: 
Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulub. Metbuat.org xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub. Hər iki görüş “Sərhədçi” İdman Mərkəzinin idman zalında keçirilib. Günün ilk matçında “Sabah” komandası “Gəncə”ni 81:70 hesabı ilə məğlub edib. Ən məhsuldar basketbolçular qərb qərb təmsilçisindən Kollin Törner (23 xal, 5 asist), paytaxt klubundan isə Entoni Patti (19 xal, 12…
Tumblr media
View On WordPress
0 notes
dragon-hsv · 3 months
Text
Dostlar deməlii, bir yaxın olduğum qız var. Bu sevgilisindən ayrılır hansıki , oğlan əvvəl məndən xoşu gəlirdi. Nəysə ayrılıblar qız dərdləşir mənimlə. Deyirki , mən elə bilirdimki səndən xoşu gəlirdi ,yoxlamaq üçün ona yazdlm axırda da biz sevgili olduq.
Tak şto bu qız oğlanın məndən xoşu gəldiyini bilə bilə oğlanla danışıb. Heçnə Allah adama belə dostlar verməsin. (Məsələ oğlan deyil,qızın etdiyi hərəkətdir)
18 notes · View notes
justsky13 · 2 months
Note
Deməli, ilk növbədə dostumun sevgilisi var. Dostum tətilə gedib yayda, orda da bunun əmisi qızı var imiş. Dostum içib ağlı başından gedib. Sonra əmisi qızı ilə öpüşüblər. (Əmisi qızı da içkili imiş) Sonra dostumda əmisi qızıyla şəkil çəkib göndərib sevgilisinə, sevgilisini də buna trip atıb ayrılıblar amma dostum buna əmisi qızıyla öpüştüyünü deməyib. Qız bir dene şəkli görüb trip atıb dostum da bunu qırıb. Sonradan dostumda əmisi qızını öptüyünə görə peşman olub. Belədi vəziyyət. Ne düşünürsən? Kim haklıdı, kim haksız
Desə də deməsə də xəyanətdi onsuzda
3 notes · View notes
yagubov · 4 years
Text
Qarşılıqlı sevgi yaşamadığım üçün ancaq bir tərəfli sevgi postları atmışam. Ama heç vaxtda onu günahlandırmamışan nə də ki, alçaldıcı sözlərdən istifadə etməmişəm. Baxıram bəzilərinə gözəl günlər yaşayıblar can deyib can eşidiblər ama nə var nə var ayrılıblar deyə day bir-birilərinə demədiyi söz qalmayıb. Nəyə lazımdır axı bu? Sevəndə ondan yaxşısı yox idi, ayrılan da ən pisi? Sevginiz də özünüz kimi saxtadır!
76 notes · View notes
todaysazerbaijan · 5 years
Text
Fatimənin anası 2-ci dəfə ərə gedib, nənəsi isə…
Fatimənin anası 2-ci dəfə ərə gedib, nənəsi isə…
İyirmi gün öncə toyu olan və dünən 19 yaşlı əri İman Məmmədov tərəfindən boğularaq öldürülən 16 yaşlı Fatimə Qəmbərova ilə bağlı əlavə məlumatlar bəlli olub.
Qaynarinfo Cenubxeberleri.com-a istinadən xəbər verir ki, Fatimənin atası İbrət Qəmbərov onun anası ilə rəsmi nikah olmadan bir yerdə yaşayıb və bir il sonra ayrılıblar. Atasının Fatiməgildən əvvəl başqa ailəsi olub. Anası daha sonra 2-ci…
View On WordPress
0 notes
listeliyi · 8 years
Link
via AZƏRBAYCANLI TELEAPARICIDAN TÜKÜRPƏDİCİ ETİRAFLAR: "ATAMI QƏBUL ETMİRƏM" - FOTOLAR http://ift.tt/eA8V8J Teleaparıcı Vüsalə Kərimovanın müsahibəsi - Vüsalə xanım, çox yorğun halda sizi yaxaladıq. Deyəsən, verilişin üstündə çox çalışırsız... - Həmişə olduğu kimi yenə də qaçaqaçdayam, bəli, işimin üstündə çox çalışıram. İndi də montaj otağındayam, görürsüz ki, verilişi montaj edirəm. Bizim "100 ölç, bir biç" verilişinin bu günlərdə 1 yaşı oldu. Ona görə bir az yorğunam. Ümumiyyətlə, bu yorğunluğu yorğunluq kimi hiss etmirəm. 21-ci ildir ki, televiziyada çalışıram, həmişə də belə yorğun olmuşam. Təbii ki, bəhrəsini görəndə çox sevinirəm. - Bir neçə televiziyada işləmisiz. Teleaparıcı kimi nə vaxtsa töhmət almısınızmı? - Desəm ki, töhmət almamışam, bu yalan olar. Əslində, məni bir dəfə cəzalandırıblar. ATV telekanalı yeni açılan müddətdə mən 5 il xəbərlərdə çalışmışam. Həmin vaxtı mən ölkə prezidentindən eksklüziv müsahibə almışdım. Bu xəbər isə ardıcıl olaraq televiziyada anons edilmişdi. Özümü şirkətə elə çatdırdım ki, artıq bizim xəbərlərin sonu idi. Amma anons olunmuşdu ki, belə bir müsahibə gedəcək. Heç olmasa bir kəlmə sinxron da olsa efirdə getməli idi. Tez özümü montaj otağına çatdırdım və həmin müsahibədən bir sinxron kəsib, efirə verdim. Əslində, orada bir səhv yox idi, amma hər şey ola bilərdi. Material öncə yoxlanılıb sonra efirə getməli idi. Direktorum həm məni, həm də baş redaktoru cəzalandırdı. - Sizdən fərqli olaraq bir çox teleaparıcıların işi, sadəcə, stənd-ap etməklə kifayətlənir. - Mən öz işimə tam cavabdehlik daşıyıram. Əgər bu işi mən görmüşəmsə, bu məsuliyyət birə-beş artır. Ona görə mən çalışıram ki, harada mənim adım, imzam varsa, o iş mükəmməl olsun. Bu işi mən sevərək edirəm, o demək deyil ki, mənə bunu edən bir kəs yoxdur. Xeyr, sadəcə, bunu mən etməyi özüm sevirəm. Yorğunluq da ona görədir ki, mən təkcə televiziya işi ilə məşğul olmuram. Üzərimdə başqa işlərin də ağırlığı var. İlk növbədə, mən anayam, oğlum 11-ci sinifdə oxuyur. O, hal-hazırda bir neçə repetitor yanına gedir. Oğlumun bütün işləri ilə mən məşğul oluram. Hətta hamı yatandan sonra sabahın yeməyini də hazırlayıb qoyuram. - Demək ki, mətbəxlə də aranız yaxşıdır. - Hə, mətbəxlə aram çox yaxşıdır, heç "uf" da demirəm (gülür). Daşdan yumuşaq ürəyim nə istəyirsə onu hazırlamağı bacarıram. Yeməyi də bacarıram, hazırlamağı da. Bilirsiz ki, mən artıq 7-ci ildir, müğənni Yaşar Cəlilovla çalışıram. Onun bütün mətbuat, təşkilatçılıq işlərini mən görürəm. Bundan başqa Yaşarla bizim ortaq bir gözəllik salonumuz da var. Bütün bu işlərdən sonrakı yorğunluq evdə gedib görəcəyim işlərin heç birinə mane olmur. - Oxucular bəlkə də bilmirdilər ki, 11-ci sinifdə oxuyan övladınız var. Olmaya erkən ailə həyatı qurmusuz? - Mənim heç də yaşım az deyil. 39 yaşım var, yaşım barədə qətiyyən kompleks yaşamıram. Bir şeyi etiraf etmək istəyirəm, bu, məni bir müddətdir ki, narahat edir. 35 yaşına kimi heç nə vecimə deyildi. Zaman mənim üçün necə gəldi, elə də gedirdi. 35 yaşdan sonra elə bil harasa tələsirəm. Bilmirəm bütün qadınlarda belədir, yoxsa yox? Bilmirəm... Elə bilirəm ki, ömrüm nəyəsə yetməyəcək. - İnsanlar tək olanda bəzən bunu hiss edirlər. Olmaya çiyninizdəki yükləri daşımaqdan bezmisiz? - Əslində, bir şeyi etiraf edim ki, mənim çiynim heç bir vaxt yüksüz olmadı. Həmişə çiyni yüklü olmuşam. 2-ci kursda işləyirdim, pul qazanırdım. Hazırda da hər işimin dalınca özüm qaçıram. Mənə kömək edəcək bir insan yoxdur. Əlbəttə ki, çətinliklərim çoxdur, bu çətinliklərin altından qalxmağa bir ürək lazımdır. Bu ürək də heç vaxt qadın ürəyi olmur. Bu, gərək kişi ürəyi olsun. - O da yoxdur? - Bəli, o da yoxdur. Ona görə də o anlarda mən kişi ürəyi daşımağa hazıram. - Danışığınızdan belə başa düşdüm ki, ailə həyatınız uğursuz alınıb. Bu kimdən asılı idi, sizdən ya qarşı tərəfdən? - Bəli, ailə həyatım kifayət qədər uğursuz alındı. Buna görə heç kimi günahlandırmaq olmaz.Həyat deyilən, alnımıza yazılan bir şey var ki, onu daşımağa məcburuq. Mən həyat yoldaşımla xoşbəxt olmadım deyə, bu, o demək deyil ki, o da kimləsə xoşbəxt olmalı deyil. Xeyr, hər kəsin bir taleyi vardır. Neyləyək, bizimki də belə alındı da. Deyə bilmərəm ki, ailə haqqında düşünmədim, əlbəttə ki, düşündüm. Sadəcə, mənim elə bir şansım olmadı. Qarşıma çıxan insanlar özümdən zəif oldu. Televiziya sahəsinin qəribə qanunları var. Bizim kişilər istəyirlər ki, gözəl qadın başqasının xanımı olsun. - Yəqin ki, bu xüsusiyyət qısqanclıqdan irəli gəlir. - Bilmirəm nədən irəli gəlir, amma çox dəyərsiz bir mentalitetdir. Bəzən görürsən ki, həyatında haralardan keçib haralara gəlmiş bir qızı mənəm-mənəm deyən oğlanlar alıb özlərinə xanım edir. Amma bir xanım ayrılırsa, yanında uşaq varsa, onu qəbul etmirlər. Yaxınlaşanda da görürsən ki, ona ailə yox, yanında gözəl və tanınmış bir xanımın olması vacibdir. Ona görə də ailə həyatı qurmuram, təkliklə barışmışam. - İnanmıram ki, sizə elçi düşənlər olmasın. - Mənə, hələ ki, heç kim elçi düşməyib. Həmişə anam deyir ki, sən niyə ailə həyatı qurmursan? Deyirəm ki, kim gəldi, etiraz etdim? Mənə elçi düşməyənlər ya düşünüblər ki, etiraz edərəm, ya da fikirləşiblər ki, Vüsalə tək deyil. Mən insanlara çox güvənmirəm. Mənim düşündüyüm kişilər çox azlıq təşkil edir, onlar da artıq sahibləniblər (gülür). - Kimlər sizdə inamsızlıq yaradıb? - Mən "Hamı mənim dostumdur, amma heç kim mənim dostum deyil" prinsipi ilə yaşayıram. Hamının bildiyi və bilmədiyi xüsusiyyətlərim vardır mənim. Onlar sırf mənə aiddir. Mən güvənmədiyim, etibar etmədiyim insanlara bunu demirəm. Həyatda güvəndiyim insanlar çox azdır. Çünki bu həyatdır. Mən çox arxadan vurmalar, çox xəyanətlər görmüşəm. Bu xəyanətləri istər rəfiqələrim, istərsə də dostlarım edib. Ətrafımda sınanmış insanlar var ki, illərdir bir yerdəyik. Amma o da rəfiqəlik, dostluq deyil. Mənim üçün dostluq odur ki, onlar bir-birlərinin yaxşı və pis bir şeyini bölüşürlər. Əgər mənim də rəfiqəmdən gizlətdiyim hər hansı bir sirrim varsa, bilirəm ki, onun da məndən gizlətdiyi sirri var. Demək ki, bu rəfiqəlik, dostluq demək deyil. Həyatda insanlardan çox pislik və zərbələr görmüşəm. Mənim qəbul etmədiyim çox şeylər var, məni də çox insanlar qəbul etmirlər. Gəlin çıxaq şəhərə sorğu keçirək. Görəcəksiz ki, 100 nəfərdən 90 nəfəri məni bəlkə heç bəyənməyəcək. - Niyə ki? - Məni acıdil, aravuran insan kimi hesab edirlər. Bilmirəm ki, bu yalnış fikirlər insanlarda hardan formalaşıb? Hərdən təəccüb etdiyim məqamlar da olur. Bu da sosial şəbəkədə gördüyüm bir çox şeylərlə bağlıdır. Mən İnstaqram səhifəmi bağlı saxlayıram. Çünki çox şərəfsiz insanlar şəkillərimin altında girib nə gəldi yazırlar. Baxırsan ki, elə adamlar var ki, mən onun əxlaqına bələdəm, həmin insanların əxlaqı danışılacaq, deyiləcək qədər deyil. Bəzən girib o məşhurlara elə sözlər yazırlar ki, fikirləşirəm ki, bu, həqiqətənmi mələkdir? Amma mənim haqqımda elə şeylər yazırlar ki, özümü ən axırıncı insan hesab edirəm. Bu, nə cəsarətdir? Kimisə tərifləyib, kimisə təhqir etmək... - Bu günlərdə müğənni Mətanət Əsədova sizin "Space" televiziyasında olan verilişinizin qurma olub, onu tora saldığınızı bildirmişdi. Yəqin ki, xəbəriniz var. - Əslində, Mətanət Əsədovanın verdiyi açıqlamanı oxumamışam. Ümumiyyətlə, o insan mənə maraqlı olan insanlar sırasında deyil. Mən 2 il həmin layihədə çalışan bir insan kimi "Soy" prodakşının rəhbərliyi tərəfindən hansısa verilişin qurulmuş şəkildə ortaya çıxdığını görməmişəm. Ediblərsə də, mən bundan xəbərsiz olmuşam, mənə bu haqda heç kim məlumat verməyib. Eləcə də bu verilişlə bağlı. Sadəcə, bizim sənət adamlarımız öyrəşiblər ki, verilişə dəvət edəndə onlardan soruşsunlar ki, nə yeniliyiniz var? İşləriniz necədir? Axı bu, camaata maraqlı deyil. Bunlar nə danışa bilirlər, nə fikirlərini ifadə edə bilirlər, nə də ki səmimi ola bilirlər. Ağızlarına gələni danışırlar və o danışıqdan savadlı bir sual çıxaran insan qarşılarında olmadığı təqdirdə onlar elə bilirlər ki, hər şeyi düz danışıblar. Amma vay o günə ki sual verirsən və bu zaman dünya dönür. Bu zaman verilişi qurma adlandırırlar. Mən uşağam ki, sənin danışdığına diqqət etməyim? Yaxud mən uşağam ki, verilişim qurma olsun? - Vüsalə xanım, çox səmimi etiraflar edirsiz. Niyə məşhurların əksəriyyəti etiraf etməkdən çəkinir? - Hesab edirəm ki, nəyisə etiraf etməyə böyük ürək lazımdır. Bəzən bundan insanlar çəkinir, onları da başa düşürəm. Onların da qarşısını kəsən nələrsə var. Çünki bəzən həyatlarında baş vermiş nələrdənsə utanıb çəkinirlər. - Ananız yay ayında qəzaya düşmüşdü. İndi vəziyyəti necədir? - Bəli, anam və atam qəzaya düşmüşdülər. Hələ də anam o qəzanın fəsadlarını yaşayır, yaxşı yeriyə bilmir. Daha çox xəsarət alan anam olmuşdu. Mən və qardaşım onun həmişə qulluğunda dayanıram. - Vüsalə, atanızın aktyor olduğu deyilir. Bu, nə dərəcədə doğrudur? - Bəli, atam aktyordur. - Hansı teatrda çalışır? - İnanırsız bilmirəm. - Niyə? - Çünki atamla münasibətim yoxdur. Bir faktı da sizə açıqlayım qaranlıq qalmasın. Anamla birlikdə qəzaya düşən mənim atalığımdır. Mən dünyaya gəlməmişdən onlar ayrılıblar. Atam çox uzun illər bizi itirib-axtarmadı. Onun da özünə görə səbəbləri oldu. O vaxt axtardı ki, artıq ata nəvazişinə ehtiyacım yox idi. Bu zaman da mən qəbul etmədim. Heç vaxt, heç vaxt demirəm, amma atamı qəbul etməyi də düşünmürəm. Hələ ki, buna zərurət bilmirəm. - Deməli, ata nəvazişinin nə olduğunu bilmirsiz? - Bəli, ümumiyyətlə, mən o hissin nə olduğunu bilmirəm. Yalan nə deyim? Ona ehtiyacın olduğunu da düşünmürəm. Bəlkə də onun yanında böyüsəydim, nəvazişinə ehtiyac duyardım. Atasız yaşaya bilməyən insanlar var, ona şeir yazanlar var. Mən bu hissi yaşamamışam və bu, mənim toxunmaq istəmədiyim bir tərəfimdir. Bəzən həyatımda baş verən hadisələrə görə onu günahlandıra bilərəm. Bəlkə də sən mənim yanımda olsaydın, belə olmazdı, dediyim sözlər yaranır. Bəlkə də bu sözlərimə görə məni qınayan insanlar olacaq.
0 notes
metbuat · 2 years
Text
Burcu Biricik: “Atamı tanımıram”
Burcu Biricik: “Atamı tanımıram”
Türkiyənin məşhur aktrisası Burcu Biricik ailəsi ilə bağlı açıqlamalar verib. Ahmet Mümtaz Taylanın “Empati” proqramının qonağı olan cazibədar aktrisa atasının kim olduğunu bilmədiyini deyib: “Atamı tanımıram. Anamla dost kimiyik. Valideynlərim mən çox gənc olanda ayrılıblar, anam işləməli olub. Mən çox gənc yaşda anamdan ayrılmışam, nənəm və babamın yanında böyümüşəm. Anam Antalyada işləyəndə…
Tumblr media
View On WordPress
1 note · View note
Photo
Tumblr media
I Zuxruf surəsi, 61-ci ayə; “Şübhəsiz o” hz. İsa Məsih (ə.s) “qiyamət-saatı üçün bir əlamətdir. Elə isə ondan yana heç bir şübhəyə qapılmayın.” Biz də heç bir şübhəyə qapılmırıq. Əbcədi 2026-ci ili verir. “İsa, açıq sübutlarla gəlincə, dedi ki: “Mən sizə bir hikmətlə gəldim və haqqında ixtilafa düşdüklərinizin bir qismini sizə açıqlamaq üçün də. Elə isə Allahdan çəkinin və mənə itaət edin.” Zühur elədikdən sonra da eyni şeyi deyəcək, inşaAllah. Allahu aləm, 2026-cı ildə zühur edə bilər, yəni açıq şəkildə hər kəsə bu sözləri deyə bilər. O vaxta qədər gizli fəaliyyətdir, özünü gizlədir. Ayədəki “Açıq sübutlar” nədir? Qurandır. Quranla gələcəkdir. Deyəcək ki; “Mən sizə bir hikmətlə gəldim”, inşaAllah və “haqqında ixtilafa düşdüklərinizin bir qismini sizə açıqlamaq üçün gəldim.” İxtilafa düşüblər öz aralarında; məsələn, məzhəblərə ayrılıblar, xurafatlara əməl edirlər. “Haqqında ixtilafa düşdüklərinizin bir qismini sizə açıqlamaq üçün də. Elə isə Allahdan çəkinin və mənə itaət edin. Şübhəsiz Allah, O, mənim də Rəbbim, sizin də Rəbbinizdir; bu halda Ona qulluq edin. Doğru yol budur.” Tövhid inancına çağıracaq onları. “Allah birdir” deyəcək, inşaAllah. “Sonra, içlərindən bəzi qruplar ixtilafa düşdü. Artıq ağrılı bir günün əzabından vay o zülm etmiş olanlara.” Ayənin davamında Allah Qiyamətdən bəhs edir. “Yenə ixtilafa düşəcəklər, yenə azacaqlar” deyir Allah. “Onlar, heç şüurunda deyilkən özlərinə qəfildən gələcək olan qiyamət-saatından başqasını mı gözləyirlər?” Hz. İsa (ə.s)-dan bəhs edir, daha sonra qiyamət ayəsi. İfadə formasından aydın olur, inşaAllah. Qızıl Əsr 60-70 il davam edər inşaAllah. Qiyamətə yaxın illərdə dünyada böyük xaos və dinsizlik yaşanacaq, terror və kommunizm şiddətlə artacaq və daha sonra 2118-ci ildə dünyaya 2 böyük kometa dəyərək dünyanı öz oxundan çıxaracaq və dünya tərs istiqamətdə dönməyə başlayacaqdır. Günəş Qərbdən çıxmış olacaqdır. Dünyadakı canlıların böyük hissəsi məhv olacaq və güclü istilər və soyuqlar hökm sürərək bütün canlılar zamanla məhv olacaqdır. 2120-ci ildə, Allahu aləm, Qiyamət baş verəcəkdir. #quran #ayə #islam #iman #Allah #namaz #din #qiyamət #kıyamet #hzi̇sa #2120 https://www.instagram.com/p/CeRWeoBsVOl/?igshid=NGJjMDIxMWI=
0 notes
listeliyi · 8 years
Link
via Röyanın keçmiş ərinin 1-ci nikahdan olan övladı - foto http://ift.tt/eA8V8J Müğənni Röya Ayxanının keçmiş həyat yoldaşı Anar Cəlilov 1-ci nikahdan olan oğlunun şəklini sosial şəbəkədə paylaşıb. A.Cəlilov fotoya bu şərhi əlavə edib: "Bu, mənim böyük oğlumdur”. Xatırladaq ki, müğənni Röya Ayxan Anar Cəlilovun ikinci həyat yoldaşı olub. Əvvəlki evliliyi uğursuz olan Anarın valideynləri onun Röya ilə evlənməsinə qarşı çıxıb. Lakin həmin vaxt tanınmış iş adamının oğlu A.Cəlilov Röya ilə ailə həyatı qurmaqda israr edib. Onların Hüseyn adlı bir oğlu var. Qeyd edək ki, R.Ayxan ilə A.Cəlilov bir neçə ay əvvəl ayrılıblar. Bu barədə ilk olaraq A.Cəlilov ictimaiyyətə bildirib.
0 notes