Tumgik
#cinsiterapiya
elmirtahmazov · 2 years
Photo
Tumblr media
Adətən valideynlərdən bu sözləri çox eşidirik; “uşaqlar sözümə baxmır” “ancaq bağırandan sonra söz eşidir” “vurmasan düzəlmir” “həyat yoldaşımla uşaq tərbiyəsi mövzusunda tez-tez qarşıdurma yaşayırıq” vəs. Bu cür halların qarşısını almaq istəyirsinizsə, 19 fevral bazar günü, saat 13:00-da Edulance təlim mərkəzində baş tutacaq “Triple P- (Positive Pareting Program)” Üç P təliminə qatılın, övladınızla doğru davranmaq üçün elmi əsaslarla sübüt olunmuş 17 yeni bacarıq öyrənin. Təlim proqramı 4 saat (50 dəqiqə tədris, 10 dəqiqə fasilə şəklində) davam edəcəkdir. İnteraktiv təlimdə videolar da göstərilir. Ətraflı məlumatı elan mətnindən oxuya bilərsiniz. Qeydiyyat: 055 232 92 92 #təlimçi #psixiatr #drelmirtahmazov #triplep #positiveparenting #program #pozitiv #valideyn #təlim #psixoterapevt #psixologiya #psixoterapiya #cinsiterapiya #emdr #bakı #azərbaycan🇦🇿 https://www.instagram.com/p/CoxNFa1N1WI/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 2 years
Photo
Tumblr media
Adətən valideynlərdən bu sözləri çox eşidirik; “uşaqlar sözümə baxmır” “ancaq bağırandan sonra söz eşidir” “həyat yoldaşımla uşaq tərbiyəsi mövzusunda tez-tez qarşıdurma yaşayırıq” vəs. Əgər belə hallar sizin evinizdə də baş verirsə, 27 noyabr bazar günü, Bakı vaxtı ilə saat 10:00-da Zoom vasitəsi ilə baş tutacaq “Triple P- (Positive Pareting Program)” Üç P təliminə qatılın, övladınızla doğru davranmaq üçün elmi əsaslarla sübüt olunmuş 17 yeni bacarıq öyrənin. Təlim proqramı 4 saat (50 dəqiqə tədris, 10 dəqiqə fasilə şəklində) davam edəcəkdir. İnteraktiv təlimdə videolar da göstərilir. Qeydiyyat: 055 269 92 92 #təlimçi #psixiatr #drelmirtahmazov #triplep #positiveparenting #program #pozitiv #valideynlik #təlim #psixoterapevt #psixologiya #psixoterapiya #cinsiterapiya #emdr #bakı #azərbaycan🇦🇿 https://www.instagram.com/p/ClLMYwatZ0-/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 2 years
Photo
Tumblr media
Psixoterapevtin əsas funksiyalarından biri də danışanı peşəkar şəkildə aynalamaqdır. Aynaya bakan ben ile aynadaki ben aynı değildir; biri gerçek bir varlık diğeri ise sanal bir görüntüdür. Jacques Lacan- Fransız psixoanalist və psixiatr. #aynamərhələsi #mirrorstage #jacqueslacan #təlimçi #psixiatr #drelmirtahmazov #triplep #positiveparenting #program #pozitiv #valideyn #təlim #psixoterapevt #psixologiya #psikoterapi #cinselterapist #psixoterapiya #cinsiterapiya #emdr #bakü #azərbaycan🇦🇿 #kahramanmaraş #turkiye🇹🇷 https://www.instagram.com/p/ChKUx5oKil3/?igshid=NGJjMDIxMWI=
1 note · View note
elmirtahmazov · 2 years
Photo
Tumblr media
Adətən valideynlərdən bu sözləri çox eşidirik; “uşaqlar sözümə baxmır” “ancaq bağırandan sonra söz eşidir” “vurmasan düzəlmir” “həyat yoldaşımla uşaq tərbiyəsi mövzusunda tez-tez qarşıdurma yaşayırıq” vəs. Əgər belə hallar sizin evinizdə də baş verirsə, 28 avqust bazar günü, Bakı vaxtı ilə saat 10:00-da Zoom vasitəsi ilə baş tutacaq “Triple P- (Positive Pareting Program)” Üç P təliminə qatılın, övladınızla doğru davranmaq üçün elmi əsaslarla sübüt olunmuş 17 yeni bacarıq öyrənin. Təlim proqramı 4 saat (50 dəqiqə tədris, 10 dəqiqə fasilə şəklində) davam edəcəkdir. İnteraktiv təlimdə videolar da göstərilir. Təlimə ana-ata və ya ana-ata-baxıcı şəklində qatılmaq olar. Ətraflı məlumatı elan mətnindən oxuya bilərsiniz. Təlimlərimiz hər ayın 2-ci və 4-cü bazar günləri saat 10:00-da müntəzəm şəkildə təşkil olunmaqdadır. Qeydiyyat: 055 232 92 92 (Whatsapp) Gələcəkdə görüşmək ümidi ilə… #təlimçi #psixiatr #drelmirtahmazov #triplep #positiveparenting #program #pozitiv #valideyn #təlim #psixoterapevt #psixologiya #psixoterapiya #cinsiterapiya #emdr #bakü #azərbaycan🇦🇿 #turkiye🇹🇷 https://www.instagram.com/p/CgrCbTfg343/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 2 years
Photo
Tumblr media
İntihar, mükəmməllik (perfeksionizm), imtahan stressi, uşaq tərbiyəsi və yaradıclıq təşviqi haqqında. Yaxın günlərdə bir abituriyent intihar etdi. Səbəb kimi imtahandan aşağı nəticə alması göstərildi. İlk öncə onu qeyd edim ki, intihar tək faktorlu bir məsələ deyil və adətən çox faktorlu olur. Burda mentalitetdən tut şəxsin huyuna (mizac), böyüdüyü ailədən ölkənin sosial-iqtisadi vəziyyətinə, yaşam hekayəsindən şəxsiyyət organizasiyansına kimi hər şeyin az-çox rolu var. Bizim mədəniyyətimizdə olduğu kimi bir çox mədəniyyətdə də mükəmməl insanlar həmişə toplum tərəfindən idealizasiya olunurlar. Bunu “çox təmizkar gəlin”, “həddindən artıq intizamlı ata” “işkolik mütəxəssis” kimi adlandırmalarda görə bilərsiniz. Düzdür mükəmməllik bir yerə qədər insanı uğurlu olmağa gətirir amma bir yerə qədər. İnsanoğlu şərtsiz sevgi görməlidir ancaq bu halda ətrafla normal münasibət qura bilər. Övladınız dərslərini yaxşı oxuduğu, idman yarışlarıda birincilik əldə etdiyi və digər uğurlu olduğu vəziyyətlər üçün yox sırf özü olduğu üçün sevilməlidir. Əks halda müvəffəqiyyət üzərindən sevilən uşaq, uğursuz nəticə göstərdiyində sevilmədiyini, heç kimə lazım olmadığını düşünür və bəzi hallarda nəticə çox pis ola bilir. İmtahan qayğısı ilə sizə gələn uşağınıza belə deyə bilərsiniz “sən mənim qızım-oğlum filankəsov filankəs olduğun üçün dəyərlisən, imtahan isə sənin gələcək həyatın üçün lazımdır və sənin məsuliyyətindədir”. Uğurlu, psixi dayanıqlı uşaq yetişdirmək üçün isə onlara hər şeydən əvvəl zaman ayırmaq lazımdır. Uşağa daha çox vaxt ayıraraq oyunlar oynamaq, ruh sağlığına yatırım edərək yaradıcılıq təşviqi etmək daha məqsədə uyğundur. Yaşamda yaradıcılıq, çətinliyi fürsətə çevirmək bacarığıdır. Yaradıcılıq təşviqi üçün isə ən əsas görəcəyiniz iş, uşağın yerinə düşünməmək və ona yaşına uyğun məsuliyyət (avtonomiya) verməkdir. Sən bu vəziyyətdə nəcə davranardın? tərzli suallar da verilə bilər. #psixiatr #drelmirtahmazov #psixoterapevt #onlinepsixoterapiya #triplep #pozitivvalideynliktəlimi #cinsiterapiya #intihar #uşaqtərbiyəsi https://www.instagram.com/p/CgcNuS9qMNx/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 2 years
Photo
Tumblr media
Cinsəllik hər şeydən öncə psixoloji sağlamlığımız üçün çox önəmlidir. İnsana sevildiyini, sayıldığını, olduğu kimi qəbul edildiyini və toxunulacaq qədər təqdir edildiyini hiss etdirir. Bu, qınanılası və ya utanılası bir yaşantı deyil, əksinə insanları bir-birinə daha da yaxınlaşdıran, paylaşmağı artıran, munasibətləri zənginləşdirən bir təcrübədir. #cinsiterapiya #doğanşahin #cinsiterapevt #psixiatr #drelmirtahmazov #psixoterapevt #onlinepsixoterapiya #cinselterapieğitimi #vaginizm #erkənboşalma #vajinismus #erkenboşalmatedavisi https://www.instagram.com/p/Cd81LNHj2bh/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 2 years
Photo
Tumblr media
Frankl diqqətimizi “Təsir və Reaksiya”arasındakı kritik boşluğa cəlb edir. Cavabımızı seçmə gücümüz məhz bu boşluqdadır. Bizim inkişafımız və azadlığımız bu gücdən necə istifadə etməyimizdən asılıdır. Müəyyən şərtlər altında verəcəyi reaksiyanı seçmə bacarığı insan azadlığının son nöqtəsidir. İnsanın əlindən hər şey alına bilər amma bu seçim azadlığı alına bilməz. #psixiatr #drelmirtahmazov #psixoterapevt #onlinepsixoterapiya #cinsiterapiya #ViktorEmilFrankl #insanınanlamarayışı https://www.instagram.com/p/Cc-aC3tD1Dj/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 2 years
Photo
Tumblr media
Elektrokonvulsiv terapiya (EKT) beyinə elektrik cərəyanın verilməsi ilə epileptik qıcolmalarım süni şəkildə yaradılmasıdır. Əsasən müalicəyə tabe olmayan ağır depressiyalar, maniya və psixotik pozuntularda istifadə olunmaqdadır. EKT ağır depressiv pozğunluğu olan hamilə qadınlarda, dölə qarşı ən az zərərli müalicə üsullarından biridir. EKT-nin əlavə təsirlərinə ürəkbulanması, baş və əzələ ağrıları, geçici yaddaş itkisi aiddir. #psixiatr #drelmirtahmazov #elektrokonvulsivterapiya #onlinepsixoterapiya #cinsiterapiya #depressiya #bipolyarpozuntu #şizofreniya (at Ksü Tıp Fakültesi Hastanesi Avşar Kampüsü) https://www.instagram.com/p/CcX3SsRDVAw/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 3 years
Photo
Tumblr media
Psixiatriya və psixologiya boş elmlərdir mi? Psixoterapiya nə dost söhbətidir nə də dərdini danışıb rahatlama yeri. Heç bir psixoterapevt sizə "özünü sev" "uşaqlara görə döz" kimi cümlələr qurub ağıl verməməlidir. Elələrini görəndə işıq sürəti ilə uzaqlaşmağınız məsləhətdir. Bəs peşəkar psixoterapevt seansda ağzını açanda nələrə diqqət etməlidir? Dinamik yönümlü psixoterpiayada, psixoterapevt seansda nə vaxt və hansı şəkildə (1.Dəqiqləşdirmək 2.Üzləşdirmək 3.Şərh etmək 4.Susmaq) müdaxilə edəcəyinə qərar verməsi üçün, aşağıdaki 8 faktoru eyni anda dəyərləndirə bilməsi lazımdır. 1. Hasta şu anda ne anlatmaktadır? Ne olmuş? Olay nedir? 2. Anlatmakta olduğu olayda nasıl bir nesne ilişkisi bulunmaktadır? 3. Anlattığı bu nesne ilişkisi ile çatışan diğer nesne ilişkileri neler olabilir? 4. Şu anda anlatmakta olduğu nesne ilişkisi ile çatışan başka nesne ilişkisi varsa, bunların birbirine karşı ne gibi işlevi vardır? 5. Bu anlatmakta olduğu şeyin, hastanın şu anda içinde bulunduğu dönemle nasıl bir ilgisi vardır? Son zamanlarda hasta hangi konularla meşgul, aktarım nasıl bir seyir izliyor, geçen seans ne konuştuk, şimdiki çağrışımlarının akışı ne anlatıyor? 6. Hasta bunu bana neden anlatmaktadır? Aktarımda bir karşılığı varmıdır? 7. Ben hastanın anlattığı olayda kiminle özdeşim kuruyorum? 8. Kendi karşı aktarımım hastanın benimle kurmak istediği nesne ilişkisine dair ne söylüyor? Karşı aktarımıma bakarsam hasta benimle nasıl bir ilişki içinde olmak istiyor olabilir? Hastanın projektif identifikasyonu ne olabilir? Ps. Azərbaycan dilinə tərcümə doğru alınmadığını üçün Türkcə yazma məcburiyyətində qaldım. #psixiatr #drelmirtahmazov #psixoterapiya #psixologiya #onlinepsixoterapiya #cinsiterapiya #doğanşahin #terapiyebaşlarken https://www.instagram.com/p/CZuQlMpjx5b/?utm_medium=tumblr
0 notes
elmirtahmazov · 3 years
Photo
Tumblr media
Bağışlamaq bizi gücləndirə bilərmi? Freyd və Kohut deyir ki, ideallaşdırılmış obyektdən (nəsnə) çəkilmiş libidinal yatırım şəxsin özünə (kendine) yatırılır, bununla da insanı zənginləşdirir və gücləndirir. Deməli, incikliklər və məyusluqlar da bizi zənginləşdirən və gücləndirən şeylər ola bilər. Ancaq burada güclənməni təmin edən əsas amil bağışlamaq və ya bağışlamanaq deyil, bir xəyal qırıqlığının öhdəsindən gələ bilməkdir. Çünki yaşadığımız xəyal qırıqlıqları, başqasına qoyduğumuz emosional yatırımın bizə qayıtmasına səbəb olurki, bu da özümüzə olan hörmətin (benlik saygısı) artmasına gətirib çıxarır. Bu, təkcə özünə hörməti artırmır, adətən həmin şəxsə aid edilən dəyərlərlə eyniləşdirməyə (identifikasiya- özdeşim) gedərək bu dəyərləri özümüz üçün ideallaşdırmağa imkan verir. Bəlkə də Nitsşe "Məni öldürməyən şey məni gücləndirir" deyəndə bunu nəzərdə tuturmuş. #psixiatr #drelmirtahmazov #psixoterapevt #psixoterapiya #bağışlmaq #affetmek #onlinepsixoterapiya #cinsiterapiya #dogansahin #psikeart #affetmemek https://www.instagram.com/p/CZoMW9MDK3w/?utm_medium=tumblr
0 notes
elmirtahmazov · 3 years
Photo
Tumblr media
Getmək mi, qalmaq mı? Köçün (miqrasiya) psixo-sosial dinamikləri necədir, ruh sağlığına necə təsir edir? Düşünüldüyü qədər rahatdır mı? İcbari Tibbi Sığortanın yeni qərarı həkimlər arasında ciddi narazılıqlara səbəb oldu. Xaricdə təhsil alan həkimlərimizdən təndiq edən də oldu, qərardan razı qalanlar da. Təbii ki, vətəndə təhsil alan həkimlərin böyük əksəriyyəti haqlı olaraq qərardan narazı olduqlarını bildirdilər. Bir çoxu ən doğru qərarın Azərbaycandan köç edib getməkdə gördülər. Çoxumuza elə gəlir ki, xaricdə təhsil almaq (bakalavr, magistr, uzmanlıq vəs) təkcə hansısa dil, məntiq və ya tibb imtahanında yetərli olmaqdan ibarətdir. Bəs niyə bəziləri imtahanlarda müvəffəqiyyət qazandıqdan sonra gedib geri qayıdır və ya ümumiyyətlə təhsilinə başlamır? Bunun bir çox səbəbi var, ən başlıca səbəblərdən biri də köç və onun gətirdiyi psixo-sosial problemlərdir. Köçün ruh sağlığına təsirlər 3 fərqli kontekst'də ələ alına bilər. 1. Köçün psixo-sosial dinamikası 2. Varoluşsal (existential) nöqteyi-nəzərdən köç 3. Psixiatrik nöqteyi nəzərdən köç. Miqrantlarda, yerli camaata görə daha çox rast gəlinən psixi pozuntular. Sağlam miqrant teoriyası, miqrant paradoksu və beyin köçü fərqləri. Varoluşun ilk köçü ana rəhmindən uşaqlıq borularına olan köçdür. Psikoanalitik köç isə, fərdin ona baxım verənlərindən muxtariyyət (özerkleşme) qazanma istəyi ilə başlamaqdadır, başqa sözlə içimizdə olan, kendiliye köçdür. Bu daxili köç bizi xarici həqiqətə aparmaqdadır. Bir sonraki yazı köçün psixo-sosial dinamikası haqqında olacaq. Bizi izləməkdə qalın 😊 #psixiatr #drelmirtahmazov #psixoterapiya #köç #psixologiya #onlinepsixoterapiya #cinsiterapiya #miqrant #migration #göçmen https://www.instagram.com/psixiatr_elmir_tahmazov/p/CZPX3TODxa4/?utm_medium=tumblr
0 notes
elmirtahmazov · 3 years
Photo
Tumblr media
Həsəd, qısqanclıq və acgözlük arasında necə fərq var? Həsəd arzulanan bir şeyin başqasına aid olduğu və bizə deyil ona həzz verdiyi inancının yol açtığı qızğın bir duygudur. Həsəd apardığımız şeyi sahibindən almağa, pozmağa ya da kirlətməyə çalışırıq. Həsədli şəxsə ancaq başqalarının səfaləti hüzur verir və könlündən keçən, həsəd apardığı şeyin yox olmasıdır. Qısqanclığın köküdə həsədə dayanır ancaq qısqanclıq edən şəxs (subyekt), öz haqqı olan sevginin başqası tərəfindən əlindən alındığına və ya alınma təhlükəsi ilə qarşı-qarşıya olduğuna inanır. Qısqanclıq da rəqibin yox olma istəyinin kökündə, üçüncü şəxsə yönələn sevgi yatır. Acgözlük isə subyekti (özne) davamlı uyaran amma doyurulması imkansız olan bir istəkdir, həm subyektin ehtiyacından həm də nəsnənin (object) verə biləcəyindən daha çoxuna yönələn bir istək. Qısqanc əlində olanı itirməkdən qorxar, həsədli isə öz istədiyinin bir başqasında olduğunu gördüyü üçün acı çəkər. Qısqanclığın günlük istifadəsində, sevilən şəxs ilə sevən şəxs (subyekt-özne) arasına üçüncü bir şəxs girmişdir, həsəd də isə üçüncü tərəf yoxdur. Acgözlük ilə həsəd arasında əsas fərq, acgözlüyün içə yansıtma ilə, həsədin isə yansıtma ilə əlaqləli olmasıdır. #MelanieKlein #HasetveŞükran #psixiatr #drelmirtahmazov #psixoterapevt #onlinepsixoterapiya #cinsiterapiya #qısqanclıq #həsəd https://www.instagram.com/p/CY_7Et4DoW2/?utm_medium=tumblr
0 notes
elmirtahmazov · 3 years
Photo
Tumblr media
Hər birinizi Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm! Qoy bu yeni il sizlərə psixi sağlamlıq gətirsin. Bədəniniz qədər ruhunuzun da qeydinə qalın çünki ruh və bədən sağlığı bir bütündür. #psixatr #drelmirtahmazov #psixoterapevt #onlinepsixoterapiya #cinsiterapiya https://www.instagram.com/p/CYI7zTkDmoJ/?utm_medium=tumblr
0 notes
elmirtahmazov · 3 years
Photo
Tumblr media
Hüzur və mutluluq (xoşbəxtlik) arasında fərq varmı? Psixoterapiya insanları hüzurlu yoxsa mutlu edir? Hüzur gec qazanılır, gec itirilir. Psixi travma, depressiya və digər psixi pozuntular insanın hüzurunu pozur. Psixi travma, insan egosunun baş edə bilmədiyi vəziyyətlərə deyilir. Mutluluq sürətli qazanılır sürətli itirilir. Gündəlik yaşam stressləri bizim mutluluğumuzu pozur. Stress- insanın tarazlığını (denge) pozan vəziyyətlərdir. Deyək ki, övladınız istədiyi üniversitetə qəbul olub, ilk öncə bir neçə gün mutlu olursunuz, sonradan keçir. Uşağa qonaqlıq edən günü, yolda 2 saat tıxacda qalırsız və qonaqlığa gecikirsiniz, camaat gəlir qalır qapıda. Bu vəziyyətin sizdə stress yaradır və mutluluğunuzu pozur ancaq hüzurunuz pozulmur. Bu prespektivdən baxdığımı zaman dünyada 4 cür insan olduğunu görə bilərik; 1. Hüzurlu və Mutlu insanlar. Azərbaycanda o cümlədən dünyanın hər yerində barmaqla sayılacaq qədər sayları azdır. 2. Hüzurlu amma Mutsuz insanlar. Psixoterapiya ki dəyişimin əsas məqsədi budur 3. Hüzursuz amma Mutlu insanlar. Dayanmadan sosial şəbəkələrdə hər gün 38 story paylaşanlar, anlıq mutluluq yaşayanlar. 4. Hüzursuz və Mutsuz insanlar. Dostoyevski, Van Gogh kimi yaradıcı insanlar Hüzur gec qazanıldığına görə, psixoterapiya seansları uzun sürür. Ümumiyyətlə mutlu həyat yoxdur mutlu anlar var. 1-2 görüşmə ilə, hər şeyi həll edərəm, səni mutlu edərəm, özünü sev kimi saxta vədlər verən terapistlərə inanmayın. Heç bir psixoterapevt sizə necə yaşamaq lazım olduğunu öyrədə bilməz. Ona görə peşəkar psixoterapevtlər, fərdi terapiyalarda, danışandan psixoterapiyadan gözlənti siyahısı istəyirlər. P.s Foto Lerik rayonundandır #psixiatr #drelmirtahmazov #psixoterapevt #hüzur #psixoterapiya #mutluluk #cinsiterapiya #mizac #huy #xarakter #onlinepsixoterapiya #cinselterapi #panikatak #panikpozuntu #yasterapiyası #həyəcantəşvişpozuntusu #anksiyetebozukluğu #obsessivkompulsivpozuntu #depressiya #yuxupozuntuları #bipolyarpozuntu #şizofreniya #bakuazerbaijan🇦🇿 #ksü #psikiyatri #turkey🇹🇷 https://www.instagram.com/p/CW0oxrCjm2p/?utm_medium=tumblr
0 notes
elmirtahmazov · 3 years
Photo
Tumblr media
Dinamik Yönümlü Cinsi Terapiyanın (DYCT) məqsədi, şəxsi və ya orqanı yox, cütlüyün (insan-insana) münasibətini müalicə etməkdir. Çünki davamlı və doyumlu cinsi münasibət, ancaq bu cür terapiyalardan sonra mümkündür. Prof. Dr Doğan Şahin #psixiatr #drelmirtahmazov #cinsiterapiya #vaginizm #cinsiistəksizlik #erkənboşalma #sərtləşməpozuntusu #orqazmpozuntusu #cinselterapieğitimi https://www.instagram.com/p/CWQaC7_jsaN/?utm_medium=tumblr
0 notes