Tumgik
#cinsiterapevt
elmirtahmazov · 2 years
Photo
Tumblr media
Sizin Ankaradan, bizim isə Bakıdan şəklimiz olsun 😉 #psixiatr #drelmirtəhməzov #psixoterapevt #cinsiterapevt #emdr #triplep #pozitiv #valideynlik #proqramı #təlimçisi https://www.instagram.com/p/Cp5YVPwNkk0/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 2 years
Photo
Tumblr media
Bu gün Kamilə xanımın dəvəti ilə @leylamedicalcenter ’in əməkdaşları ilə birlikdə “Kevin Haqqında Danışmalıyıq” filmini izlədik, sonra analiz etdik. Təşkilatçılara təşəkkürlər 😊 #psixiatr #drelmirtəhməzov #psixoterapevt #cinsiterapevt #kinoanalizi #emdr #bakuazerbaijan (at Leyla Medical Center) https://www.instagram.com/p/CpN5Osot6Tw/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 2 years
Photo
Tumblr media
Sabah 13:00-da Nəfəs Təlim Mərkəzində “Pozitiv Valideynlik Proqramı” təlimimiz baş tutacaq. Bu təlimdə siz övladınız ilə doğru ünsiyyət qurmaq üçün elmi əsaslar ilə sübut olunmuş 17 yeni bacarıq öyrənəcəksiniz. Qeydiyyat və təlim haqqında ətraflı məlumat üçün linkləri şərhdə paylaşıram. #psixiatr #drelmirtəhməzov #psixoterapevt #cinsiterapevt #triplep #pozitiv #valideynlik #proqramı https://www.instagram.com/p/CnZB0SKgOBV/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 2 years
Photo
Tumblr media
Bu gün ADA məktəbinin valideynlərinə və üniversitetin əməkdaşlarına Yeniyetmə “Pozitiv Valideynlik Proqramı” təlimi keçirdik. #psixiatr #drelmirtəhməzov #psixoterapevt #cinsiterapevt #triplep #adauniversity (at ADA University) https://www.instagram.com/p/Cmbxt4lt4CU/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 2 years
Photo
Tumblr media
11 dekabrda “Münaqişənin sosial iş aspekti” çərçivəsində “Münaqişədən əziyyət çəkən insanlara psixo-sosial yardım necə göstərilməlidir” mövzusu ilə çıxış etdik. #psixiatr #drelmirtəhməzov #psixoterapevt #cinsiterapevt #travmasonrasıstresspoz untusu #emdr #bakı #azərbaycan🇦🇿#dağlıqqarabağ #müharibə #nagornokarabakh #münaqişəməktəbi (at Baku Community Space) https://www.instagram.com/p/CmMtsHStIb3/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 2 years
Photo
Tumblr media
11 dekabrda “Münaqişənin sosial iş aspekti” çərçivəsində “Münaqişədən əziyyət çəkən insanlara psixo-sosial yardım necə göstərilməlidir” mövzusu ilə çıxış etdik. #psixiatr #drelmirtəhməzov #psixoterapevt #cinsiterapevt #travmasonrasıstresspoz untusu #emdr #bakı #azərbaycan🇦🇿#dağlıqqarabağ #müharibə #nagornokarabakh #münaqişəməktəbi (at Baku Community Space) https://www.instagram.com/p/CmMtsHStIb3/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 2 years
Photo
Tumblr media
Bu gün Nefes təlim mərkəzində Azərbaycanda ilk dəfə üz-üzə Pozitiv Valideynlik Proqramı təlimi baş tutdu. Mənim üçün də maraqlı təcrübə oldu. Bundan sonra hər ay uşaq (0-12) və yeniyetmə (12-18) yaş təlimlərimiz olacaq. Bir təlimi etmək üçün təkcə təlimçi olmaq yetmir həm də güclü, komanda ruhu olan insanlara ehtiyac var. @dr.vafashirinova @dr.orkhan.isgandar @psixoloq_mahmut.mustafa və adını sadalaya bilmədiyim digərlərinə də ayrıca təşəkkür edirəm! #psixiatr #drelmirtəhməzov #psixoterapevt #cinsiterapevt #emdr #triplep #pozitiv #valideynlik #proqramı #təlimi (at Nefes Psixonevroloji Sağlamlıq Mərkəzi) https://www.instagram.com/p/CmCMBSUNnRr/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 2 years
Photo
Tumblr media
Xəzər Universiteti Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimovanın dəvəti ilə bu gün klinik psixologiya üzrə magistr təhsili alan tələbələr ilə cinsi terapiya dərsimiz oldu. Məndə ilk dəfə ruh sağlığı mütəxəssisi olaraq Azərbaycanda müəllim kimi auditoriya qarşısına çıxdım. Maraqlı təcrübə idi, dəvət üçün təşəkkür 😊 #psixiatr #drelmirtəhməzov #psixoterapevt #cinsiterapevt #xəzərunivetsiteti #psixiologiya (at Khazar University) https://www.instagram.com/p/Clo1PmhARUW/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 2 years
Photo
Tumblr media
Psixoterapevtin superviziyası və öz terapiyası nədir? Psixoanalitik teoriyaya görə psixoterapevt mütləq superviziya və terapiya almalıdır, koqnitiv-davranışçı teoriyada isə superviziya mütləqdir, terapiya azruolunandır. İlk öncə onu qeyd edim ki, superviziya təhsil prosesidir. Psixoterapevt hər hansı terapiya təhsilini tamamlayıb danışan görəndə mütləq superviziya almalıdır. Burda terapevtin əks-transferləri (countertransference-karşıaktarım) incələnir. Bundan əlavə supervizor üst səviyyəli peşəkar olmalıdır. Superviziyada həm terapevtin seansda etməməli olduqları həm də emosional yaşantıları həm psixoterapevtik çərçivə vəs. incələnməlidir. Nə etməməli olduqlarının içində çox şey var, məs; danışana təsəlli və ya məsləhət vermək. Uşaqlara görə döz, boş ver keçər və sairə. Əks-transfer’ə örnək; deyək ki, danışan ona təcavüz edənlə yenidən barışıb və biryerdə yaşayır. Psixoterapevt superviziyada, bu vəziyyətdə rahatlıqla nə hiss etdiyini deyə bilməlidir. Psixoterapevt; bunu eşidəndə az qaldı əsəbimdən partlayım, çox şiddətli qəzəb hiss etdim. Supervizor; Bəs seansda necə qarşıladın danışanın təcavüzcüsünə qayıtmasına? Psixoterapevtin öz terapiyasına analitik teoriyada analiz prosesi (süreci) deyirlər. Hətta Freyd özü-özünü analiz etmək barədə yazırdı. Terapiya isə təhsil prosesi deyil, psixoterapevtin, keçmiş yaşantılarını, öz daxili qarşıdurmalarını həll etmək üçün vacib olan bir prosesdir. Öz daxili qarşıdurmasını (içsel çatışma) həll etməyən, hüzurlu olmayan terapevt istər-istəməz öz həyat hekayəsini terapiyaya yansıdacaq və nəticədə prosesin uğursuzluqa bitməsi ehtimalı artacaq. Superviziya və terapiya almayan ruh sağlığı mütəxəssisləri artıqca, biz xəstələrinin mesajlarını fəxrlə paylaşan psixiatrlar, seansları videoya çəkən psixoloqlar, uşağa şiddət göstərən ruh sağlığı işçiləri görməyə davam edəcəyik. ya isə adətən fərdi olur 😊 #psixiatr #drelmirtahmazov #onlinepsixoterapiya #psixoterapevt #cinsiterapevt #superviziya #emdr #triplep #pozitiv #valideynlik #proqramı #təlimçi https://www.instagram.com/p/CiDLveTqpnQ/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 2 years
Photo
Tumblr media
Psixoterapiyadan gözlənti siyahısı nədir? Psixoterapiyada olmazsa olmazlar, üçüncü yazı. Əvvəlki iki yazıda “şəxsi məlumatların məxfiliyi” və “psixoterapevtik çərçivə” haqqında yazmışdım. 1. Terapiyadan gözləntiləri kim təyin edir? danışan yoxsa terapevt🤔 Psixoterapiyadan gözləntilər adətən ikinci görüşmədə ələ alınır. İlk görüşmə tanışlıq və danışanın terapiyaya uyğun olub olmamasını dəyərləndirmək üçün edilir. İlk öncə bunu bilməliyik ki, psixoterapevt sizin mentorunuz deyil yəni sizə necə yaşamalı olduğunuzu öyrədə bilməz. İstənilən terapiyada (fərdi, cinsi, ailə vəs) gözləntilər olmadan irəliləmək qeyri-peşəkardır. Tez-tez belə cümlələr eşidə bilərsiniz; psixoterapevt ilk seansın sonunda mənə dedi ki, özgüvənin aşağıdır gəl onu düzəldim və ya cəmi 3 seans gəl ərinlə aranı düzəldim. Ağıllı qadın kişini əlinin içində tutur vəs 😀 Burda artıq terapevtin uyğun olmayan şəkildə müdaxiləsi başlayıb, neytrallıq pozulub. Danışan sizə özgüvənsiz olduğunu və ya həyat yoldaşı ilə problemlərini gözlənti olaraq gətiribsə bu başqa məsələdir. Onu ikinci görüşdə aça bilərsiniz. 2. Terapiyadan gözləntilər nə qədər reallığa uyğundur? Danışan sizə daha çox pul qazanıb zəngin, mutlu olmaq istəyirəm gözləntisi ilə gəlibsə bunun psixoterapiyadan real gözlənti olmadığını deməlisiniz. Psixoterapiya daha zəngin, mutlu olmaq üçün yox daha hüzurlu olmaq üçündür. Yaxud məni həyat yoldaşım (sevgilim) ilə barışdır gözləntisi real deyil, çünki bu zaman siz ona xanımı və ya sevgilisi ilə necə davranmalı olduğunu deməlisiniz. Ancaq danışanın “həyat yoldaşı və ya başqa insanlarla münasibətində olan problemləri həll etmə istəyi” real gözləntidir. Bu gündəmə alına bilər. Bir sonraki yazım psixoterapevtin öz terapiya prosesi ilə bağlı olacaq 😊 #psixiatr #drelmirtahmazov #onlinepsixoterapiya #psixoterapevt #cinsiterapevt #psikoterapi #psikiyatrist https://www.instagram.com/p/CebOWL7gbky/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 2 years
Photo
Tumblr media
Cinsəllik hər şeydən öncə psixoloji sağlamlığımız üçün çox önəmlidir. İnsana sevildiyini, sayıldığını, olduğu kimi qəbul edildiyini və toxunulacaq qədər təqdir edildiyini hiss etdirir. Bu, qınanılası və ya utanılası bir yaşantı deyil, əksinə insanları bir-birinə daha da yaxınlaşdıran, paylaşmağı artıran, munasibətləri zənginləşdirən bir təcrübədir. #cinsiterapiya #doğanşahin #cinsiterapevt #psixiatr #drelmirtahmazov #psixoterapevt #onlinepsixoterapiya #cinselterapieğitimi #vaginizm #erkənboşalma #vajinismus #erkenboşalmatedavisi https://www.instagram.com/p/Cd81LNHj2bh/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 2 years
Photo
Tumblr media
Psixoterapevtik çərçivə nədir? Psixoterapiyada olmazsa olmazlar, ikinci yazı. Bir öncəki yazıda “şəxsi məlumatların məxfiliyi” haqqında yazmışdım. Jose Bleger’ə görə psixo (analitik) terapevtik münasitbətdəki elemetlərin bütünü iki hissəyə bölünür. 1.Psixoterapevtik çərçivə 2.Psixoterapevtik proses Birinciyə dəyişməyənlər, ikinciyə isə dəyişənlər aiddir. Psixoterapevtik çərçivəni əməliyyatxanadaki steriliyaziyaya bənzədə bilərsiniz. Ona görə də olmazsa olmazlara aiddir və bütün terapiya növlərində (ailə, fərdi, cinsi, qrup vəs) mütləq qorunmalıdır. Çərçivəyə görüşün vaxtı, seansın qiyməti, seansın müddəti, görüşmələrin sıxlığı, seans sorası təmaslar vəs elementlər aiddir. Danışan seansa gəlməsə və yadımdan çıxdı desə, seansın pulu ödənir və ya xəbər vermədən seansa 20 dəqiqə geciksə, terapevt onunla əlavə 20 dəqiqə məşğul olmayacaq. Ona geri qalan 30 dəqiqə ərzində görüşmə davam edəcək və bitəcək. Bundan əlavə görüşmə hər xırda para şey üçün dəyişdirilə bilməz eyni qaydalar psixoterapevtə də aiddir. Məsələn psixoterapevt sizə məzuniyyətə gedəcəyini əvvəlcədən xəbər verməlidir. Təbii ki, bura fövqaladə vəziyyətlər aid deyil. Seansın qiyməti də sabitdir və çox endirim edilməməyi məsləhət görülür. Terapevt heç bir sahədə çox fədakarlıq etməməlidir, çox endirim olanda istər istəməz danışan sizə minnətdarlıq hiss edir, neytrallıq pozulur və negativ transfer (negative transference) əngəllənir. Beləcə əməklər boşa gedir. Bəs neytrallıq nədir? Danışan psixoterapevt münasibəti neytraldır, ikisidə bərabərdir terapevt bir bilən deyil. Həkim xəstə münasibəti isə belə deyil, həkim bir biləndir və sizə nə etməli olduğunuzu deyir, məsləhətlər verir vəs. Seans xaricində terapevtin danışan ilə hər hansı bir təması qadağandır. Yoxsa səhər psixoterapiya axşam restorana getmək olmaz. Bəs danışanın intihar düşüncəsi varsa necə olmalıdır, yenə psixoterapevtə zəng edə bilməz? Bəli edə bilməz, öz psixiatrına və ya təcili yardıma müraciət etməldir. Ona görə peşəkar psixoloji yardımda psixiatrın ayrı psixoterapevtin ayrı şəxs olması məsləhət olunur. #psixiatr #drelmirtahmazov #onlinepsixoterapiya #psixoterapevt #cinsiterapevt #psikoterapi #cinselterapi https://www.instagram.com/p/Cd0a8_KjNoK/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 2 years
Photo
Tumblr media
Tezis yazmaqda məqsəd dünyada görülmüş ən yaxşı işi təqdim etmək olduqda, bu tezisin tamamlanma ehtimalı qeyri-mümkünə yaxındır. İdeallaşdırılmış tədqiqatlar, şəxsdə ciddi səviyyədə təşviş ilə yanaşı dərin natamamlıq hissləri oyadır və ertələmə tez-tez belə uzaq idealları müşayiət edir. #psixiatr #drelmirtahmazov #psixoterapevt #cinsiterapevt #onlinepsixoterapiya #erteleme #psikeart #gamzeözçürümez (at Ksü Tıp Fakültesi Hastanesi Avşar Kampüsü) https://www.instagram.com/p/CcxgwJ3DSxZ/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 2 years
Photo
Tumblr media
Ego müdafiə mexanizmləri olan və adları bir-birinə yaxın olduğu üçün qarışdırılan Proyeksiya (yansıtma) və Proyektiv İdentifikasiya (yansıtmalı özdeşim) arasında fərq nədir? Uşaqların valideynlərinə ara-sıra dediyi “sizin ucbatınızdan mən belə oldum” tərzli cümlələr bu mexanizmlərin hansı ilə əlaqəlidir? Proyeksiya kəskin bir prosesdir, bu müdafiə mexanizmində şəxs öz içində öfkələndiyi, inkar etdiyi bir duyğunu başqalarına yansıdır və ya başqalarının bu impulsları onun özündə gördüyünü düşünür. Projeksiyada yansıtılan nəsnə daim dəyişir. Proyektiv identifikasiyada isə proses xronik (3 mərhələ) və şiddətli bir formada irəliləyir. Burda yansıtılan nəsnə sabitdir. 1. Yansıtma; Şəxsin kəndiliyini təhdid edən, onu parçalamaya, yox etməyə, hörmətsiz etməyə çalışan hissələrə identifikasiya (eyniləşmə) edərək onu, vacib hesab etdiyi şəxsə (burda həkimlər) yansıtır. Özü yaxşı, yansıtma edilən şəxs(lər) isə pisdir. Bununla belə özü də yansıtma etdiyi şəxslə identifikasiya qurur. 2. Şəxsiyyətlərarası Qarşılıqlı Əlaqə; Şəxs proyeksiya etdiyi insana, obyektə təsir göstərməyə, onu zorla istədiyi kimi dəyişməyə çalışır. Yansıtılma edilən şəxs (burda həkimlər) özündən şüphə edir, özünü günahlar hiss edir ancaq yansıtma edən isə özünü daha rahat, yaxşı hiss edir. Burda əsas mesaj "mən sənə dediyim şeysən; qəbul et"dir. 3. Proyeksiyanın Yenidən İçsəlləştirilməsi (reinternalization); Bir zamanlar öz içində olub başqasına yansıtdığı parçasını, başqası ilə identifikasiya edərək yenidən içinə alır. Sanki yansıtdığı öz parçası deyil, proyeksiya etdiyi şəxsin kəndilik parçası imiş kimi davranır. Buna görə uşaqlar valideynlərinə “sizin ucbatınızdan mən belə oldum” tərzində cümlələr qururlar. #psixiatr #drelmirtahmazov #psixoterapevt #cinsiterapevt #yansıtma #yansıtmalıözdeşim #onlinepsixoterapiya #onlinepsikoterapi https://www.instagram.com/p/Ccs6-iGj5V7/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 2 years
Photo
Tumblr media
Populyar inancın əksinə ən vacib cinsi orqan penis və ya vagina deyil. Beyin, cinsəlliyin şübhəsiz mərkəzidir. Cinsi funksiyalardan məsul olan beyin sahələri əsasən limbik sistem və hipotalamusdur. #psixiatr #drelmirtahmazov #cinsiterapevt #onlinepsixoterapiya #cinselterapist https://www.instagram.com/p/CcKpo7pDb2D/?igshid=NGJjMDIxMWI=
0 notes