elmirtahmazov
elmirtahmazov
İsimsiz
73 posts
Don't wanna be here? Send us removal request.
elmirtahmazov · 2 years ago
Photo
Tumblr media
Sizin Ankaradan, bizim isə Bakıdan şəklimiz olsun 😉 #psixiatr #drelmirtəhməzov #psixoterapevt #cinsiterapevt #emdr #triplep #pozitiv #valideynlik #proqramı #təlimçisi https://www.instagram.com/p/Cp5YVPwNkk0/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 2 years ago
Photo
Tumblr media
Bu gün Kamilə xanımın dəvəti ilə @leylamedicalcenter ’in əməkdaşları ilə birlikdə “Kevin Haqqında Danışmalıyıq” filmini izlədik, sonra analiz etdik. Təşkilatçılara təşəkkürlər 😊 #psixiatr #drelmirtəhməzov #psixoterapevt #cinsiterapevt #kinoanalizi #emdr #bakuazerbaijan (at Leyla Medical Center) https://www.instagram.com/p/CpN5Osot6Tw/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 2 years ago
Photo
Tumblr media
Adətən valideynlərdən bu sözləri çox eşidirik; “uşaqlar sözümə baxmır” “ancaq bağırandan sonra söz eşidir” “vurmasan düzəlmir” “həyat yoldaşımla uşaq tərbiyəsi mövzusunda tez-tez qarşıdurma yaşayırıq” vəs. Bu cür halların qarşısını almaq istəyirsinizsə, 19 fevral bazar günü, saat 13:00-da Edulance təlim mərkəzində baş tutacaq “Triple P- (Positive Pareting Program)” Üç P təliminə qatılın, övladınızla doğru davranmaq üçün elmi əsaslarla sübüt olunmuş 17 yeni bacarıq öyrənin. Təlim proqramı 4 saat (50 dəqiqə tədris, 10 dəqiqə fasilə şəklində) davam edəcəkdir. İnteraktiv təlimdə videolar da göstərilir. Ətraflı məlumatı elan mətnindən oxuya bilərsiniz. Qeydiyyat: 055 232 92 92 #təlimçi #psixiatr #drelmirtahmazov #triplep #positiveparenting #program #pozitiv #valideyn #təlim #psixoterapevt #psixologiya #psixoterapiya #cinsiterapiya #emdr #bakı #azərbaycan🇦🇿 https://www.instagram.com/p/CoxNFa1N1WI/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 2 years ago
Photo
Tumblr media
Əvvəllər dondurması, bu gün isə zəlzələsi ilə gündəmə gələn Kahramanmaraşın tarixindən qısa bir xatırlatma etmək istədim. Niyə nu şəhərə qəhrəman şəhər deyirlər? Kahramanmaraş, 21 Yanvar 1920-11 Fevral 1920-ci il tarixləri arasında müstəqillik uğrunda mübarizə apararaq şəhəri fransız işğalından xilas edən xalqın qəhrəmanlığı səbəbiylə 5 aprel 1925-ci ildə qırmızı zolaqlı “İstiqlal medalı” ilə təltif edilib. Qurtuluş Savaşı bitdikdən sonra Maraşın görkəmli şəxsləri Türkiyə Böyük Millət Məclisindən (TBMM) gələn “Qurtuluş Döyüşündə iştirak edənlərin siyahısını tələb edən” məktubun üzərinə toplandılar. TBMM-nə göndərilən cavab məktubunda “Maraşda Milli Mübarizədə iştirak etməyən bir nəfər belə yoxdur” qeydləri var idi. Buna görə də TMBB medalın fərdlərə deyil, bütün şəhər əhalisinə verilməsinə qərar verir. 1925-ci ildən bəri hər il fevralın 12-də keçirilən “Maraşın düşmən işğalından qurtulması” mərasimlərində, bu hadisə İstiqlal medalının törənlə bayrağa taxılması ilə canlandırılır. Maraşın qəhrəmanlıq dastanı unudulmadı və daha sonra 7 fevral 1973-cü ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən Maraşa "Qəhrəman" adı verildi. P.S. Hadisənin həcmi nə qədər böyük olsada Qəhrəmanmaraşda 4 ildən çox yaşayan biri kimi mənim içimdə incə bir ümid var. Maraş o cümlədən Türkiyə Cumhuriyyəti bundan çətin günlərdə görüb və ordan üzü ağ çıxıb, ümid edirəm ki, bu çətinlikdən də üzü ağ çıxacaqlar. Psixiatrik dildə desək, travmadan sonra dağılma yox böyümə olacaq. Qəhrəmanmaraşın ən böyük və ən işlək prospektinin adı Azərbaycan buvarıdır, ümid edirəm ki, bizim hökümət burda yenidən qurma işlərinə öz töhvəsini verəcəkdir. #kahramanmaraş #deprem #türkiyem #zəlzələ https://www.instagram.com/p/CojgMwDNrhg/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 2 years ago
Photo
Tumblr media
Bu gün axşam 9-da, canlı yayımda afətzədələr ilə necə davranılmalı və zəlzələ xəbərini uzaqdan alanlar öz psixi sağlamlığını necə qorumalı olduğu haqqında danıışacağıq. #psixiatr #drelmirtəhməzov #zəlzələ #deprem #kahramanmaraş #türkiye #earthquake https://www.instagram.com/p/CoepxUktz41/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 2 years ago
Photo
Tumblr media
Psikolojik ilk yardımda yapılacaklar, çok geçmiş olsun Türkiyem 😔 #kahramanmaraş #gaziantep #deprem #türkiyem🇹🇷 https://www.instagram.com/p/CoUfQfGN0Pr/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 2 years ago
Photo
Tumblr media
Sabah 13:00-da Nəfəs Təlim Mərkəzində “Pozitiv Valideynlik Proqramı” təlimimiz baş tutacaq. Bu təlimdə siz övladınız ilə doğru ünsiyyət qurmaq üçün elmi əsaslar ilə sübut olunmuş 17 yeni bacarıq öyrənəcəksiniz. Qeydiyyat və təlim haqqında ətraflı məlumat üçün linkləri şərhdə paylaşıram. #psixiatr #drelmirtəhməzov #psixoterapevt #cinsiterapevt #triplep #pozitiv #valideynlik #proqramı https://www.instagram.com/p/CnZB0SKgOBV/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 3 years ago
Photo
Tumblr media
Bu gün ADA məktəbinin valideynlərinə və üniversitetin əməkdaşlarına Yeniyetmə “Pozitiv Valideynlik Proqramı” təlimi keçirdik. #psixiatr #drelmirtəhməzov #psixoterapevt #cinsiterapevt #triplep #adauniversity (at ADA University) https://www.instagram.com/p/Cmbxt4lt4CU/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 3 years ago
Photo
Tumblr media
11 dekabrda “Münaqişənin sosial iş aspekti” çərçivəsində “Münaqişədən əziyyət çəkən insanlara psixo-sosial yardım necə göstərilməlidir” mövzusu ilə çıxış etdik. #psixiatr #drelmirtəhməzov #psixoterapevt #cinsiterapevt #travmasonrasıstresspoz untusu #emdr #bakı #azərbaycan🇦🇿#dağlıqqarabağ #müharibə #nagornokarabakh #münaqişəməktəbi (at Baku Community Space) https://www.instagram.com/p/CmMtsHStIb3/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 3 years ago
Photo
Tumblr media
11 dekabrda “Münaqişənin sosial iş aspekti” çərçivəsində “Münaqişədən əziyyət çəkən insanlara psixo-sosial yardım necə göstərilməlidir” mövzusu ilə çıxış etdik. #psixiatr #drelmirtəhməzov #psixoterapevt #cinsiterapevt #travmasonrasıstresspoz untusu #emdr #bakı #azərbaycan🇦🇿#dağlıqqarabağ #müharibə #nagornokarabakh #münaqişəməktəbi (at Baku Community Space) https://www.instagram.com/p/CmMtsHStIb3/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 3 years ago
Photo
Tumblr media
Bu gün Nefes təlim mərkəzində Azərbaycanda ilk dəfə üz-üzə Pozitiv Valideynlik Proqramı təlimi baş tutdu. Mənim üçün də maraqlı təcrübə oldu. Bundan sonra hər ay uşaq (0-12) və yeniyetmə (12-18) yaş təlimlərimiz olacaq. Bir təlimi etmək üçün təkcə təlimçi olmaq yetmir həm də güclü, komanda ruhu olan insanlara ehtiyac var. @dr.vafashirinova @dr.orkhan.isgandar @psixoloq_mahmut.mustafa və adını sadalaya bilmədiyim digərlərinə də ayrıca təşəkkür edirəm! #psixiatr #drelmirtəhməzov #psixoterapevt #cinsiterapevt #emdr #triplep #pozitiv #valideynlik #proqramı #təlimi (at Nefes Psixonevroloji Sağlamlıq Mərkəzi) https://www.instagram.com/p/CmCMBSUNnRr/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 3 years ago
Photo
Tumblr media
Sabah Baku Community Space’də müharibə və psixi travma haqqında danışacağıq. #psixiatr #drelmirtəhməzov #psixoterapevt #cinsiterapevt #travmasonrasıstresspozuntusu #emdr #bakı #azərbaycan🇦🇿 https://www.instagram.com/p/Cl-obkAttqg/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 3 years ago
Photo
Tumblr media
Xəzər Universiteti Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimovanın dəvəti ilə bu gün klinik psixologiya üzrə magistr təhsili alan tələbələr ilə cinsi terapiya dərsimiz oldu. Məndə ilk dəfə ruh sağlığı mütəxəssisi olaraq Azərbaycanda müəllim kimi auditoriya qarşısına çıxdım. Maraqlı təcrübə idi, dəvət üçün təşəkkür 😊 #psixiatr #drelmirtəhməzov #psixoterapevt #cinsiterapevt #xəzərunivetsiteti #psixiologiya (at Khazar University) https://www.instagram.com/p/Clo1PmhARUW/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 3 years ago
Photo
Tumblr media
Adətən valideynlərdən bu sözləri çox eşidirik; “uşaqlar sözümə baxmır” “ancaq bağırandan sonra söz eşidir” “həyat yoldaşımla uşaq tərbiyəsi mövzusunda tez-tez qarşıdurma yaşayırıq” vəs. Əgər belə hallar sizin evinizdə də baş verirsə, 27 noyabr bazar günü, Bakı vaxtı ilə saat 10:00-da Zoom vasitəsi ilə baş tutacaq “Triple P- (Positive Pareting Program)” Üç P təliminə qatılın, övladınızla doğru davranmaq üçün elmi əsaslarla sübüt olunmuş 17 yeni bacarıq öyrənin. Təlim proqramı 4 saat (50 dəqiqə tədris, 10 dəqiqə fasilə şəklində) davam edəcəkdir. İnteraktiv təlimdə videolar da göstərilir. Qeydiyyat: 055 269 92 92 #təlimçi #psixiatr #drelmirtahmazov #triplep #positiveparenting #program #pozitiv #valideynlik #təlim #psixoterapevt #psixologiya #psixoterapiya #cinsiterapiya #emdr #bakı #azərbaycan🇦🇿 https://www.instagram.com/p/ClLMYwatZ0-/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 3 years ago
Photo
Tumblr media
Millətlər Liqasına bağlı olan “Beynəlxalq İntellektual Əməkdaşlıq İnstitutu” tərəfindən ilk məktubu yazması tələb olunan Eynşteyn, Freydi qələm yoldaşı seçərək “Niyə müharibə? Nə üçün müharibə?” (1932) adlı məşhur məktubunu yazır. Eynşteyn məktubunda insanın impulsiv (dürtüsel) yaşamı üzrə, ən bacarıqlı mütəxəssis kimi təsvir etdiyi Freydə aşağıdakı sualları verir: 1. “Bəşəriyyəti müharibə təhlükəsindən xilas etməyin bir yolu varmı?” 2. “Bu problemlə bağlı insanın impulsiv yaşamı mövzusunu işıqlandıra bilərsinizmi?” 3. “Necə olur ki, kiçik bir qrup, müharibədə ən çox uduzan və əziyyət çəkən əksəriyyətin iradəsini, öz ambisiyaları istiqamətində əydirə bilir?” 4. “İnsanın zehni təkamülünü, nifrət və dağıdıcılığa qarşı toxunulmaz edəcək şəkildə idarə etmək mümkündürmü? Mən cahil (kültürsüz) kütləni düşünərək bunları soruşmuram, sualım ziyalılar üçün də keçərlidir”. Eynşteynin suallarına, Freyd “Nə üçün müharibə” (1933) başlıqlı məktubla olduqca bədbin bir cavab verir. Məktubda şiddətin psixoanalitik mənşəyini ətraflı müzakirə edir və müharibənin həyat faktı kimi qəbul edilməli olduğunu və qaçılmaz olduğunu bildirir. “İçimizdəki nifrət və dağıdıcılıq, müharibə tacirlərinin səylərinizi yarı-yarıya asanlaşdırır." Freyd “müharibə tacirləri” sözü ilə müharibələrin sosial, iqtisadi, siyasi, mədəni bir sözlə xarici səbəblərini, “içimizdəki nifrət və dağıdıcılıq” sözləri ilə isə insanları mübarizəyə sövq edən subyektiv, mənəvi amilləri nəzərdə tutur. Eynşteyn və Freyd, müharibə fenomeninin təkcə fərdin subyektivliyi və ya impulsiv yaşamı ilə tam izah olunmadığının fərqində idilər. P.S Allah şəhidlərimizə rəhmət eləsin, bir daha bu cür üzücü xəbərlər eşitməyək. #psixiatr #drelmirtahmazov #psixoterapevt #psixoterapiya #onlineterapiya #müharibə #savaş https://www.instagram.com/p/Cic5U9uqoe3/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 3 years ago
Photo
Tumblr media
Psixoterapevtin superviziyası və öz terapiyası nədir? Psixoanalitik teoriyaya görə psixoterapevt mütləq superviziya və terapiya almalıdır, koqnitiv-davranışçı teoriyada isə superviziya mütləqdir, terapiya azruolunandır. İlk öncə onu qeyd edim ki, superviziya təhsil prosesidir. Psixoterapevt hər hansı terapiya təhsilini tamamlayıb danışan görəndə mütləq superviziya almalıdır. Burda terapevtin əks-transferləri (countertransference-karşıaktarım) incələnir. Bundan əlavə supervizor üst səviyyəli peşəkar olmalıdır. Superviziyada həm terapevtin seansda etməməli olduqları həm də emosional yaşantıları həm psixoterapevtik çərçivə vəs. incələnməlidir. Nə etməməli olduqlarının içində çox şey var, məs; danışana təsəlli və ya məsləhət vermək. Uşaqlara görə döz, boş ver keçər və sairə. Əks-transfer’ə örnək; deyək ki, danışan ona təcavüz edənlə yenidən barışıb və biryerdə yaşayır. Psixoterapevt superviziyada, bu vəziyyətdə rahatlıqla nə hiss etdiyini deyə bilməlidir. Psixoterapevt; bunu eşidəndə az qaldı əsəbimdən partlayım, çox şiddətli qəzəb hiss etdim. Supervizor; Bəs seansda necə qarşıladın danışanın təcavüzcüsünə qayıtmasına? Psixoterapevtin öz terapiyasına analitik teoriyada analiz prosesi (süreci) deyirlər. Hətta Freyd özü-özünü analiz etmək barədə yazırdı. Terapiya isə təhsil prosesi deyil, psixoterapevtin, keçmiş yaşantılarını, öz daxili qarşıdurmalarını həll etmək üçün vacib olan bir prosesdir. Öz daxili qarşıdurmasını (içsel çatışma) həll etməyən, hüzurlu olmayan terapevt istər-istəməz öz həyat hekayəsini terapiyaya yansıdacaq və nəticədə prosesin uğursuzluqa bitməsi ehtimalı artacaq. Superviziya və terapiya almayan ruh sağlığı mütəxəssisləri artıqca, biz xəstələrinin mesajlarını fəxrlə paylaşan psixiatrlar, seansları videoya çəkən psixoloqlar, uşağa şiddət göstərən ruh sağlığı işçiləri görməyə davam edəcəyik. ya isə adətən fərdi olur 😊 #psixiatr #drelmirtahmazov #onlinepsixoterapiya #psixoterapevt #cinsiterapevt #superviziya #emdr #triplep #pozitiv #valideynlik #proqramı #təlimçi https://www.instagram.com/p/CiDLveTqpnQ/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 3 years ago
Photo
Tumblr media
Uşaqların sosial, emosional və davranış problemlərinə, Pozitiv Valideynlik Proqramının (Triple P) təsirlərini araştıran və 37 elmi tədqiqatı incələyən bu meta-analizin nəticəsində,Triple P-nin uşaqların sosial yetərliliyini təşviq etdiyi, onların emosional və davranış problemlərinin qarşısını aldığı görülmüşdür. Eyni zamanda, yaxın təsirlərə neqativ valideynlik tərzlərinin dəyişdirilməsi, valideynlər arası münaqişələrinin azaldılması, valideynlik effektivliyinin və özünə inamının yaxşılaşdırılması daxildir. Valideynlər üzərində uzaq təsirlərə isə psixoloji uyğunlaşma problemlərinin azaldılması, valideyn-uşaq münasibətlərinin yaxşılaşdırılması və valideyn-uşaq münaqişəsinin azaldılması daxildir. Əgər sizdə elmi əsaslarla sübüt olunmuş 17 yeni valideynlik bacarığı öyərnmək istəyirsinizsə, 11 sentyabr bazar günü, Bakı vaxtı ilə saat 10:00-da Zoom vasitəsi ilə baş tutacaq “Triple P- (Positive Pareting Program)” Üç P təliminə qatılın. Təlim proqramı 4 saat (50 dəqiqə tədris, 10 dəqiqə fasilə şəklində) davam edəcəkdir. Ətraflı məlumatı elan mətnindən oxuya bilərsiniz. Ps. Yeniyetmələr üçün (12-16 yaş) Triple P təlimi 18 sentyabr Bakı vaxtı ilə 10:00-da olacaqdır. Qeydiyyat: 055 232 92 92 (Whatsapp) #psixiatr #drelmirtahmazov #psixoterapevt #pozitivvalideynlikproqramı #təlim #onlinepsixoterapiya https://www.instagram.com/p/Ch97lLfKFC0/?igshid=NGJjMDIxMWI=
0 notes