Tumgik
#deyir
capcizade · 1 month
Video
youtube
#capcizade #deyir Bəlkə də balıq özünü öldürmək istəyirdi
0 notes
huseynmammad · 3 months
Text
Tumblr media Tumblr media
28 notes · View notes
dadaszdkh · 19 days
Text
Elxan Elatlı deyir ki, "Birini unutmaq üçün başqasını sevmək lazımdır".
72 notes · View notes
shikhaliyevv · 2 months
Text
Elə birini sev ki
Maksim Qorki deyir ki, elə birini sev ki, səni istəsin, səni sevsin, səni gözləsin. Sənin dəliliklərini anlasın, sənə kömək etsin, səni yönləndirə bilsin, səni dəstəkləyə bilsin, ümidləndirə bilsin. Səninlə dalaşsa belə, yenə də söhbət etmək istəyən insanı sev. Sənin üçün hər zaman darıxan, səninlə olmaq istəyən insanı sev. Amma nə bədəni sev, nə üzünü, nə də sevilmək fikrini.
67 notes · View notes
mmdviess · 3 months
Text
Deyir sən neçə qışı savaşaraq keçirmisən, nədir ki gəlməyən bir neçə bahar.
56 notes · View notes
evezysf · 6 months
Text
Deyir bir gün sənin öləcəyini bilsəm yer üzündəki bütün çiçəkləri məhv edərəm ki, məzarına qoymağa tək bir çiçək belə tapmasınlar.
İnsan insana nə yaşada bilərki bu sözlər dilə gələ....
91 notes · View notes
madinaa17 · 3 months
Text
Yenə məni bir müddətdir düşündürən məsələni danışmaq istəyirəm. Mövzu günümüzdəki sevgi anlayışıdır. Bir az qəlibləşmiş cümlə olacaq "Sovetin vaxtında belə deyildi". Günümüzdə sevgi sırf çıxarları uğruna, göstəriş, "sevgilim var" cümləsini işlədib fors edə bilmək, istədiklərini aldırdıqdan sonra 2-3 gün danışıb, bir kənara atanlar və s. üçündür. Hanı o kitablardakı heyran olduğumuz eşqlər, noldu o illərdir birliktə olan ilk günkü kimi hiss edən cütlüklər? Onların yerlərini 3-5 günlük "sevgilər"doldurub. Ha hələ flört məsələsi də var. Günümüzdə heç kimin dilindən düşməyən söz. Flörtün ola-ola 5-6 insanla birliktə danışanları demirəm hələ
O gün çox acınacaqlı hadisəyə şahid oldun. İki dost olan qız bir-birilə danışır. Birinci qızın sevgilisi var. İkinci qız ona deyir ki, sevgililər günü gəlib çatır, o vaxtadək əlində saxla, görək sənə nə alacaq sonra ayrılarsan əsas hədiyyədir. Bu hadisəni şərh edə biləcək söz tapa bilmirəm. Sözün əsl mənasında mən bu dövrün insanı deyiləm
59 notes · View notes
capcizade · 1 month
Video
youtube
Musa Yaqub
Qapında əyilib suala döndüm,
Səndən alacağım cavaba görə.
0 notes
sanctasu · 3 months
Text
Məktəb vaxtı təzə dəftər tutanda ilk 2-3 səhifəsini çox qəşəng xətlə yazmağa çalışırdıq. Sonra isə.. Sonrası hamıya məlumdu. Nəysə elə həyatda da belədi. Müəyyən müddətdən sonra ümid etdiyin hər şeyə ümid itir, artıq öyrəşirsən hər şeyə. Bu qədər istədiyin “hər şey” heç nə olaraq geri qayıdanda belə olur. Bir az yorğunam, bir az yox bir az çox. Artıq bacarmadığım hər şeyə görə ətrafda da narazılıqlar artır. Zarafatla belə olsa hamı sözünü deyir. Belə. Bu yazı da yarımçıqlar sırasına qatıldı. Tam da yazının sahibəsi kimi.
50 notes · View notes
dadaszdkh · 4 months
Text
Mənim prablemim nədir bilmirem ama, hər kəs məni yarı yolda qoyur hər kəs mənə yalan deyir hər kəs yerimə bir başqasını qoyur, ən pisidə hər kəs məndən vazgeçir.
88 notes · View notes
petr1chorr · 4 months
Text
Demək, bu gün xəstəxanaya getmişdim. Resepşna yaxınlaşdım ki, həkim qəbuluna növbə götürüm. Resepşndakı qadına salam verən kimi məsləhətli nevroloq tövsiyə etdi mənə. Cavab verdim ki, bəs mən nevroloq qəbuluna gəlməmişəm-filan. Mənə deyir "hər halınızdan bəllidir, yoxlansanız sizin üçün daha yaxşı olar". Hə birdə, "çox gözəl gözləriniz var, amma gözlərinizdəki bədbinlik daha çox diqqət çəkir" dedi. Dedikləri o qədər toxundu ki, mənə. Donub qaldım, nitqim tutuldu. Sadəcə təşəkkür edə bildim. Kənardan bu qədər mi bəlli olurmuş yəni? Deyəsən, həmin qadın özümə gəlib, toparlanmağım üçün mənə göndərilmiş bir xəbərdarlıq mesajı idi. Ən qısa müddətdə toparlanmağım lazımdır. Vəziyyətim heç o deyil və belə çox getməz.
64 notes · View notes
nferzeliyeva · 4 months
Text
Cemal Süreyya deyir ki;
Olmadığı zamanlarda bile birine sadık kalmak her yüreğin harcı değildir…
51 notes · View notes
philosadness · 3 months
Text
Deyir insan qəlbində nəyi daşıyarsa, dünyaya baxanda onu görərmiş..
42 notes · View notes
evezysf · 4 months
Text
Necə yəni avtomobillər canlı deyil, onlar danışa bilmir? Onu kim deyir?
64 notes · View notes
shikhaliyevv · 4 months
Text
Gülümsəmək xoşbəxtlik deyil, xoşbəxt olmaq üçün qəlbin gülməlidir, gözlərin işıq saçmalıdır. Yoxsa ki, mən yaxşıyam deyərək xoşbəxt olmur insan. O qədər insan var ki, param-parça olduğu halda, mən çox yaxşıyam deyir. Heç kim acısını anlamasın, hiss etməsin deyə gülümsəyir. Bu dünya daxilində fırtına olanlar üçün cəhənnəmdir. Güclü olmaq deyil, artıq insan xoşbəxt olmaq istəyir, amma olmur. Hər zaman səbr edərək, özünə təsəlli verərək, acının bitəcəyini və xoşbəxt olacağı bir günü gözləyər insan.
45 notes · View notes
capcizade · 1 month
Video
youtube
Elman Tovuz Şeir kitabımı varaqlayan qız #capcizade #deyir #şeir #kitab...
Elman Tovuz
 Şeir kitabımı varaqlayan qız,
Heyif ki, sevinə bilməyəcəksən...
Bir vüsal nəğməsi soraqlayan qız,
Min həsrət nəğməsi dinləyəcəksən
 Mənim şeirlərim düyünlü, dağlı,
Oxusan, dondurar səni qış kimi.
Yaralı qartalam ayağı bağlı,
Sən isə uçursan qaranquş kimi.
 Ahım səmalara nuş olsun deyə,
Mən dərdi yazıram hər gecə, hər gün.
Bir dəliqanlıya xoş olsun deyə,
Sən şeir gəzirsən "xatirə" üçün...
 Kədər topa-topa, qəm yığın-yığın,
Yazmışam tufanla, yağışla, gözəl.
Yoxdur bu kitabda sən axtardığın,
Sən Allah, sən məni bağışla, gözəl.
 Hələ vaxt olacaq səndən yazmağa,
Ay vüsal nəğməsi soraqlayan qız.
Dərd verdin, gəlmədin dərd azaltmağa,
Şeir kitabımı varaqlayan qız...
0 notes