Tumgik
gune1dusunce · 4 years
Text
Dejavu — insanlarda rast gəlinən bir hadisəni daha əvvəl də yaşanması və ya ilk dəfə gedilən bir yerdə daha əvvəl də olmaq kimi hisslər yaradan psixoloji haldır.
Dejavu sözünün lüğəti mənası “daha əvvəl görülmüş” deməkdir.
Bu hallarla qarşılaşan insanlar bəzən özlərini fövqəl gücə sahib hiss edirlər. Lakin bu hal tibbə məlumdur və elmi dildə beynin bu reaksiyasına Dejavu deyilir.
Dejavu daima nevroloqların diqqət mərkəzində olmuş və bu gündə tədqiq edilməkdədir. Aparılan bəzi araşdırmalar göstərir ki, dejavuya səbəb olan əsas amil dejavu zamanı beynin bəzi bölgələrinin daha aktiv fəaliyyətdə olmasıdır.
Uşaqlar əgər tez-tez eyni halla qarşılaşdığını valideynlərinə bildirərlərsə, valideyn laqeyd qalmamalır və mütəxəssisə müraciət etməlidir.
Dejavunun hər bir insanda həftədə bir və ya iki dəfə olması normaldır. Lakin bu halların daha tez-tez təkrarlanması uşaqlarda epilepsiya xəstəliyinin yaranmasına yaşlılarda isə beyin pozğunluğunun xəbərçisi ola bilər.
Dünyadakı insanların 70 faizdən çoxu dejavuyla qarşılaşdıqlarını bildirirlər. Ruh halı dəyişkən olan insanlarda daha çox rast gəlinir. Ən çox rast gəlinmə sıxlığı 15-25 yaşdır.
Bəzən insanlar dejavunun tərsi olan Jamais vu halını yaşadıqlarını söyləyirlər. (Jamais Vu-bir insanın dəfələrlə gördüyü, tanıdığı birini və ya hər hansı məkanı ilk dəfə görməsi halıdır).
Tumblr media
0 notes
gune1dusunce · 4 years
Text
Həyat bir sabun köpüyüdür
Həyat bir sənətdir. Və insanoğlu, həyatının həm sənətkarı, həm də alətidir. Özünü tam olaraq necə yaradıbsa, elə də tapacaqdır. İnsanoğlunun hazır olaraq doğulmadığını unutmayın; nə zaman doğulmuş olarsaq olaq, bizlər, yonulmamış daşlar kimiyik. Və o daşların çevriləcəyi heykəllərin gözəl və ya çirkin olacağını müəyyən edən, onları yaradan da bizlərik.
İnsanoğlu özünü həm yox etmə, həm də yenidən yaratmaq gücünə sahibdir.
İnsanoğlu özünü hər an, hər dəqiqə durmadan yeniləyər. Öz-özünü doğurması gərəkdir. Bu dayanmayan doğum sənətini bilməyənlər, çox uzun zaman əvvəl öldüklərini bilməlidirlər.
Kəşflər, kəşflər, kəşflər! Hər gün neçə-neçə kəşflər edilir! Yenə də, gündən-günə həyat kədərlə dolur. Artıq, cəhənnəmi təsvir edə bilmək üçün, xəyal gücünüzə ehtiyacınız yoxdur. Dünyaya işarə edib, “Bax, Cəhənnəm belə bir şeydir.” deməyiniz kifayətdir. Yaxşı bəs, bu mərhələyə necə gəldik? Səbəb budur ki, insan özünü kəşf edə bilmədi.
Həyatın bir başlanğıcı və ya bir sonu yoxdur. Sadəcə bədən doğular və sadəcə bədən ölər. İçimizdəki şey, bədən deyil. Həyatdır. Bunun fərqinə vara bilməyənlər, yaşamış olsalar da, hər zaman ölüm tərəfindən əhatə edilmiş olacaqlar. Fərqinə varanlar isə, ölümün içində belə, həyatı tapacaqlar.
Tanrı adına fantaziyalar öyrədilir. Lakin həqiqətin fərqindəliyi, xəyal gücü ilə yaranmaz, sadəcə, bütün xəyal gücündən vazkeçilərsə, yaranar. Xəyal gücünün içində yaşayan biri, bir yuxuda yaşayır. Olub bitəni yox, öz görmək istədiyini görər.
Dünya üzərində yaşayın, amma ona aid olmayın.
“Həyatın ən sirli açarı nədir?” Mənə nə zaman bu sualı versələr, “yaşayarkən ölmək” deyə cavab verirəm.
Yaşlı bir Brahma rahibi var imiş. Kor olduğu vaxt, uşaqları, müalicə üçün əməliyyat olmasını istəyir, lakin rahib imtina edir. “Niyə gözlərə ehtiyacım olsun; 8 oğlum, 8 gəlinim və bir də ananız var. Mənim üçün görə biləcək 34 göz var ikən, 2 dənə əskik olsa nə olar?” deyir. Və uşaqlarının nəsihətlərinə qulaq asmır. Bir gecə evdə yanğın baş verir. Hər kəs canını xilas etmək üçün bayıra qaçır. O anda yaşlı adam heç kəsin yadına düşmür və rahib alovlar içində kül olur. Buna görə də, övladım, qətiyyən cahillik mövzusunda israr etmə. Bilmək, öz gözlərinə sahib olmaqdır. Bundan başqa, güvənəcəyin bir şey yoxdur.
Həyat nədir? Həyatın sirrindən içəri girin. Elə-belə yaşasanız, həyatı tükəndirə bilər, lakin onu əsla bilə bilməzsiniz. Enerjinizdən, həyatı elə-belə yaşamaq üçün yox, eyni zamanda onu öyrənmək üçün də istifadə edin. Onu öyrənə bilən insan, eyni zamanda, onu yaşamağı da bacaracaq.
Hər kəs öz həyatını yaratmaq məcburiyyətindədir, eynilə, bir insanın, rəqs etməyi öyrənməsi kimi.
Bu dünyada kim hüzur istəməz ki? Lakin insanlar bunun fərqində deyil və onlara hüzur verəcək qaynaqları axtarmazlar. İç varlığımız hüzuru arzulayarkən, etdiyimiz hər şey sadəcə və sadəcə hüzursuzluğumuzu artırır. Unutmayın, ehtiras, hüzursuzluğun qaynağıdır. Hüzuru axtaran insan, ehtiraslarından qurtulmalıdır. Ehtirasların bitdiyi yerdə, hüzur başlayar.
Hüzur axtarın. Lakin unutmayın, onu əgər öncə öz içinizdə tapa bilməsəniz, başqa heç bir yerdə tapa bilməzsiniz. Hüzur, xaricdəki bir şey deyil. O sizi içinizdəki musiqiyə bağlayan və sizin tərəfinizdən yaradılacaq bir şeydir. Buna görə də, hər vəziyyətdə qarşımıza çıxa bilər.
Xoşbəxtlik hər yerdədir, lakin hər kəs, onu təcrübə edə biləcək qəlbə sahib deyil. Bugünə kimi, qəlbini onu təcrübə etməyə açmayan kəs onu tapa bilməmişdir. Bu, özəl bir yerə və ya şərtlərə sahib olmaqla bağlı bir şey deyil. Önəmli olan, insanın xoşbəxtlik duyğusuna çata bilməsi üçün, doğru halda olmasıdır. Beləliklə, hər vəziyyətdə və yerdə xoşbəxtliyi tapacaq.
Düşüncələrinizdən qurtulun. Düşüncələr olmadan harada olursunuzsa olun, Allah sizinlə olacaq. Onu axtarmaq üçün hara gedəcəksiniz? Yaxşı, əslində nə olduğunu tam olaraq bilmədiyiniz bir şeyi necə axtara bilərsiniz? Onu axtararaq yox, içinizdə hüzur yaradaraq tapa bilərsiniz. Bugünə qədər heç kim ona getməyib. O daha çox onu doğru şəkildə dəvət edənə özü gələr. Bunu bilənlər, bir məbədə çevrilər. 
2 notes · View notes
gune1dusunce · 4 years
Text
Kişilər bir qadının xarici görkəmini nə qədər bəyənsə də, çox danışdığı halda gözündən düşür və bundan şikayət edirlər. Halbuki, bunun əsas səbəbkarı özləridir. Qadınlar sevgi və diqqət görmədikdə çox danışan, deyingən olur.
Bu mövzu il əlaqədar olaraq psixoloqlar müxtəlif araşdırmalar aparıblar. Məlum olub ki, xanımların çox danışmağa üstünlük verməsi daxilində baş qaldıran üsyan və problemləri danışaraq həll edə biləcəklərinə ümid etmələrindən qaynaqlanır.
Deyingən qadınlar kimlərdir:
Yoldaşından kifayət qədər maraq, sevgi və himayə görə bilməyən qadınlar çox deyingən olurlar.
Həyat yoldaşından həddindən artıq dərəcədə təzyiq görənlər və tez-tez kobud münasibətə məruz qalanlar.
Bəyləri gücsüz, bacarıqsız və tənbəl olanlar.
Maddi vəziyyəti aşağı olanlar.
Axtardığı ideal kişi xüsusiyyətlərini ərində tapmayanlar.
Qulluq baxımından daha az qayğı görən qadınlar.
Sahib olduğu nemətlərin dəyərini bilməyənlər.
Qayınana-gəlin narahatlığı yaşayan qadınlar.
Çalışdığı iş yerində dinclik tapmayan qadınlar.
Bəs bu cür problemləri necə aradan qaldırmaq olar?
Təbii ki, əvvəldə qeyd etdiyimiz kimi, ailə problemlərini araşdıran mütəxəssislər bu məsələlərin hər birinin səbəblərini və aradan qaldırmaq yollarını da arayıb-axtarıblar. Onlar bu nəticəyə gəliblər ki:
Xanımlar nəyəsə həddindən artıq etiraz edəndə, bir sözlə deyingən olmağa başlayanda ciddi qəbul olunmalı və bunun səbəbləri araşdırılmalıdır.
Kişilər xanımlarına və evə qarşı ehtiyac duyduğu diqqət və sevgini göstərməlidir. Ailə fərdləri tez-tez bir araya gələrək evin problemləri haqqında danışmalı və həll yolu axtarmalıdırlar.
Xanımlar kişilərə, kişilər də xanımlara diqqətli olmalı, bir-birlərinin problemlərini dinləməlidirlər.
Ailənin müvəqqəti deyil, daimi və müqəddəs olduğu unudulmamalıdır.
Qadınlar niyə çox danışır?
Həyat yoldaşı tərəfindən dəyər verilməyən qadınlar başqa çıxış yolu tapmadığı üçün deyingənliyi silah olaraq istifadə edirlər. Bunu isə özlərini yoldaşlarına tərifləyərək qabardarlar. Məsələn, “Gənc olanda mən necə də gözəl idim” və.s üstün xüsusiyyətlərini sadalamağa başlayırlar. Bu kimi sözlərlə ərlərinə özlərini tərifləyir, dəyərli və daha yaxşısına layiq olduqlarını isbat etməyə çalışarlar. Qadının bu vəziyyətinə gözünü yuman kişi onu deyingənliklə günahlandırmaqdansa, bunun baş vermə səbəblərini düşünməlidir.
“Görəsən yoldaşım öz evlərindən belə deyingən olubmu? Yoxsa bu deyingənliyinin bir səbəbi var? Bəlkə onun deyingən olmasına mən səbəb oluram?” Əgər həssas ər, həyat yoldaşı, ömür-gün yoldaşı bunları diqqətlə araşdırarsa, yoldaşının deyinməsinin səbəblərini üzə çıxaracaq və problemi kökündən həll edə bilər.
Yaxşı olar ki, qadının lap uşaqlıq illərini araşdırılsın. Çünki uşaqlığında ana və atası tərəfindən kifayət qədər maraq və sevgi görməyən qadınlar, ərlərindən da kifayət qədər sevgi görmədiyi zaman, deyingən olmağa meylli olurlar.
Tumblr media
3 notes · View notes