Tumgik
#inkişafı
metbuat · 2 years
Text
FOTOLAR
Media Təhlil Mərkəzi, Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə mətbuat xidmətlərinin rəhbərləri üçün master-klass təşkil edilib. MTM (Media Təhlil Mərkəzi)  Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə mətbuat xidmətlərinin rəhbərlərinin peşəkar bacarıqlarının daim təkmilləşdirilməsi və…
Tumblr media
View On WordPress
0 notes
bloghazs · 8 months
Text
NPA - MEGA+ (2)
Veb sayt sifarisi etməzdən əvvəl sayt hazırlanması və planlaşdırılması ilə məşğul olmaq vacibdir. Bu, veb-saytın məqsədini, hədəf auditoriyasını və arzu olunan funksionallığı müəyyən etməyi əhatə edir. Veb saytın dizaynını və tərtibatını, o cümlədən şəkillərin, rənglərin və şriftlərin istifadəsini nəzərə almaq da vacibdir. Saytın hərtərəfli hazırlanması və planlaşdırılması ilə məşğul olmaqla, fərdlər və müəssisələr vebsaytlarının onların xüsusi ehtiyaclarına və məqsədlərinə cavab verməsini təmin edə bilərlər. Veb saytı yaratmağa hazırlaşarkən veb-sayt sifarişinin komponentlərini başa düşmək də çox vacibdir. Veb sayt sifarişinə adətən vebsaytın dizaynı və inkişafı, həmçinin domen adı və hostinq xidmətləri daxildir. Digər komponentlərə axtarış sisteminin optimallaşdırılması, məzmunun yaradılması, davamlı texniki xidmət və dəstək daxil ola bilər. Web sayt sifarisi müxtəlif komponentlərini başa düşməklə, fərdlər və müəssisələr hansı xidmətlərə ehtiyac duyduqları və nə qədər ödəyəcəkləri barədə əsaslandırılmış qərarlar qəbul edə bilərlər. Veb sayt qiymətlərinə təsir edə biləcək bir neçə amil var. Bunlara dizaynın və funksionallığın mürəkkəbliyi, yaradılacaq məzmunun miqdarı və tələb olunan fərdiləşdirmə səviyyəsi daxildir. Digər amillərə istənilən axtarış motorunun optimallaşdırılması səviyyəsi, davamlı texniki xidmət və dəstəyə ehtiyac və vebsayt hazırlayan şirkətin nüfuzu və təcrübəsi daxil ola bilər. Bu amilləri nəzərə alaraq, fərdlər və müəssisələr tələb etdikləri veb sayt xidmətləri və nə qədər ödəməyə hazır olduqları barədə məlumatlı qərarlar verə bilərlər. Qeyd etmək vacibdir ki, veb sayt qiymetləri veb saytın xüsusi ehtiyaclarından və məqsədlərindən asılı olaraq bir neçə yüz dollardan on minlərlə dollara qədər geniş şəkildə dəyişə bilər.
1K notes · View notes
anar-abasow · 8 months
Text
“Kitab oxumursa danışma / evlənmə”
Burada söhbət Quran’dan getmirsə, nə qədər saxta və prim üçün deyilmiş söz olduğunu görə bilərsiz. Buna inanan insanlar eynən 3-5 kitab oxuyub özünü ağıllı, qalan hər kəsi cahil bilənlərdəndi. Halbuki kitab oxumağın münasibətlərlə və ya evliliklə əlaqəsi yoxdu. Söhbət kitab oxuyub inkişaf etməkdən gedirsə, oxunulan hər kitab insanı inkişaf etdirmir. Bəzi kitablar səni yolundan da döndərə bilər, hətta səhv yola da sürükləyə bilər. İnsanlar kitab oxuyub cahil ola bilir və bəzi kitablar insanı dinindən inancından da kənarlaşdıra bilir. Əsas inkişafı, sevgili və evlilik münasibətlərini kitabların üstünə atmaq cahillikdi. İnkişafın bunlarla əlaqəsi yoxdu. Necə deyəllər; daxil olmaq ayrı şeydi, ayrı şeydi girmək.
27 notes · View notes
quinplen · 10 months
Text
Özümün inkişafı və sağlamlığım ilə maşğulam deyə insanlara uzaqdan əl sallayıram.
13 notes · View notes
starkmrjavad · 1 year
Text
Ağıllı insan hər bir şeydə özü üçün bir fayda tapa bilər. İnkişafı üçün ibrət ala bilməyəcəyi bir iş belə yoxdur. Bir sözlə, ağıllı insan sanki toxunduğu hər bir şeyi qızıla çevirə bilən sehrli bir çubuğa malikdir. Bu sehrli çubuq yalnız və yalnız güclü mənəviyyata malik olan insanın həyata olan müsbət baxış tərzidir.
10 notes · View notes
eminjbrylv · 7 months
Note
Antinatalizm niyə?
Qatı antinatalist deyiləm bunu əvvəldən deyim. Yəni əhali sayının artmasına tamamilə qarşı deyiləm. Şüurlu şəkildə artmasının tərəfdarıyam. Qısa cavab istəyirsənsə "ÇOXLUQ POXLUQDUR"
Mənasız şəkildə artan əhalinin ilk növbədə iqtisadi və buna bağlı olaraq da sosial, əxlaqi tənəzzülə səbəb olduğunu düşündüyüm üçün antinatalistəm. Səhra altı Afrika ölkələri, Hindistan, Pakistan, Banqladeş üçlüsü bu tənəzzülün baş rollarındadır. Əhali sayı sürətlə artan ölkələrə və ümumiyyətlə coğrafiyaya nəzər yetirsək ÜDM yüksək olsa belə Alıcılıq qabiliyyəti aşağı olan bölgələr olduğu gözə çarpır. Eləcə də bu ölkələrin hamısı İnsan inkişafı indeksində aşağı səviyyələrdə olanlardır. Hər cür ekstremizm (dini,etnik,milli) bu bölgələrdə yüksək səviyyədədir.
2 notes · View notes
necaattin58blog · 7 months
Text
Asla şüphem yoktur ki, Türklüğün unutulmuş büyük medenî vasfı ve büyük medenî kabiliyeti, bundan sonraki inkişafı ile, âtinin yüksek medeniyet ufkunda yeni bir güneş gibi doğacaktır.
Tumblr media
Ne mutlu Türk’üm diyene!
Tumblr media
2 notes · View notes
aylinmona · 1 year
Text
Şəxsiyyətlərimizin inkişafı izolədə gərçəkləşmir, başqaları ilə qurulan əlaqələr vasitəsilə olur. Görünməyən, Xatırlanmayan qüvvətlər tərəfindən şəkilləndirilir: valideynlərimiz.
- səssiz pasiyent.
9 notes · View notes
safeunion · 1 year
Text
3 notes · View notes
vmconsulting · 1 year
Text
2 notes · View notes
politiciansstuff · 14 days
Text
Tumblr media
FƏZAİL AĞAMALIDAN MÜHÜM AÇIQLAMA
“BUNDAN SONRA İRANLA MÜNASİBƏTLƏRİMİZ...”
Mayın 19-da Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib. Mərasimdə verilən mesajlarda isə iki ölkə arasında əməkdaşlığın inkişafı xüsusi yer tuturdu.
Ümumilikdə müsbət ab-havada keçən tədbir həm də iki ölkə arasındakı münasibətlərdəki böhranın aradan qalxdığını göstərdi.
Başqa bir tərəfdən, Tehrandakı Azərbaycan səfirliyinin yaxın aylarda yenidən fəaliyyətə başlaması nəzərdə tutulub. Bu məsələ ətrafında yaranan gərginlik də artıq sona çatıb.
Səfirliyimizə hücum edən şəxs cəzalandırıldı. İyul ayından başlayaraq, Tehrandakı səfirliyimiz yeni binada fəaliyyət göstərəcək.
Bütün bunlar o deməkdir ki, Azərbaycan qarşıdan gələn dövrdə də İranla ikitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində siyasət yürüdəcək.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, Azərbaycanla İran arasında münasibətlər bundan sonra daha ciddi əsaslar üzərində inkişaf edəcək:
“Azərbaycanın əsası ulu öndər tərəfindən qoyulan xarici siyasətin başlıca istiqaməti çoxşaxəli, bütün ölkələrlə bərabər hüquqlara söykənən əməkdaşlığa əsaslanır. Xüsusilə də qonşularla bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı faydalılığa söykənən ikitərəfli əməkdaşlığa üstünlük verilir.
Azərbaycan dövləti olaraq həm Prezident səviyyəsində, həm də xarici işlər naziri səviyyəsində qonşularla normal münasibətlərin qarşılıqlı fəaliyyətə söykənən, faydalılıq əmsalı yüksək olan ikitərəfli əməkdaşlığa üstünlük verdiyini dəfələrlə önə çəkib. Bununla bağlı Bakının Tiflislə münasibətləri göz önündədir. 2010-cu ildən sonra isə Rusiya ilə də oturuşmuş münasibətlər yaranaraq inkişaf etdi. Onun nəticəsidir ki, hazırda Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji xarakter daşıyır.
Bununla əlaqədar ciddi sənədlər də imzalanıb. İrana gəldikdə, bu ölkə ilə də münasibətlərin normal müstəvi üzərində qurulması üçün bəyanatlar şəklində dəfələrlə fikrimizi ifadə etmişik. Eyni zamanda, konkret addımlar da atmışıq.
Bu gün də həmin siyasət davam edir. Azərbaycan qarşıdakı dövrdə də İranla ikitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində siyasət yürüdəcək.
Bakı ilə Tehran arasında gərginlik nəhayət aradan qalxmaqdadır. Ümidvaram ki, bundan sonrakı münasibətlərimizdə gərginlik yaşanmayacaq. Azərbaycanla İran arasında münasibətlər bundan sonra daha ciddi əsaslar üzərində inkişaf edəcək”.
“Bizim.media.az”
Rüfət Sultan
21 may 2024-cü il
0 notes
metbuat · 2 years
Text
MEDİA yeni rubrikaya start verir
MEDİA yeni rubrikaya start verir
Medianın İnkişafı Agentliyi ASAN Radio ilə birgə media savadlılığının artırılması məqsədilə “Smart media” rubrikasına başlayır.  Metbuat.org xəbər verir ki, bu gündən etibarən start götürəcək rubrika qlobal informasiya mühitinin əsas anlayışlarından olan media savadlılığı ilə bağlı məlumatlılığın artırılmasına xidmət edəcək. Bu gündən etibarən həm ASAN Radio-nun dalğasında səsləndirilən çarxlar,…
Tumblr media
View On WordPress
0 notes
minavenera · 24 days
Text
Bugün analar günüdür, bəzi fikirlər bölüşmək istəyirəm. Biraz uzun olabilər amma oxuyun əziyyət çəkib yazmışam düşünmüşəm!!! 😃
"Cənnət anaların ayağları altındadır." (Nesâî, Cihad, 6)
Dərinliklərin qaranlığına bir az işıq salmaq üçün,Əvvəlcə mitoxondriya dediyimiz orqanoiddən danışaq.
"Sizin yaradılışınızda ve yerüzündə yaydığı canlıların yaradılışında mütləq olaraq inananlar üçün işarətlər vardır." (Casiyə/4)
Bildiyiniz kimi, insan bədəni trilyonlarla hüceyrədən ibarətdir. Necə ki, bədənimiz həyatımızı davam etdirmək üçün hər şeyi edir. Əgər biri fərqli funksiyaya malik çoxlu orqanlarımız varsa; Hər bir hüceyrəni təşkil edən, hər biri fərqli funksiyaya malik bir çox orqan (hüceyrə orqanları) var. Bu hüceyrə orqanlarından ən əhəmiyyətlisi əslində, möcüzəvi olanı mitoxondriyadır.
Mitoxondriyanın öz DNT və RNT ardıcıllığı, yəni öz şəxsiyyəti var və hüceyrəyə canlı olması üçün lazım olan həyat enerjisini verir. Enerji istehsal olunarkən digər tərəfdən, bölmək və çoxalmaqla enerji lazım olan yerdə hərəkət edir, tədricən canlılıq verir.
"Ey insanlar, doğrusu biz sizi kişidən yarattıq." (Hucurat 13)
Körpə həm anadan, həm də atadan eyni sayda xromosom alır, ancaq mitoxondriləri yalnız anadan alır. Yəni ana öz enerjisini və enerji istehsal mexanizmini övladına verir. İndi də sərf etdiyimiz hər enerji əslində anamızın enerjisidir.
"Ey insanlar, O sizi tək bir nəfsdən xəlq etdi, ondan onun zövcəsini xəlq etdi və onların hər ikisindən çoxlu kişi və qadın yaratdı. Rəbbinizin himayəsi altına girin." (Nisa/1)
Mikro miqyasda qiymətləndirdiyimiz çox əhəmiyyətli bir məqamdır ki bu, Öz unikal DNT və RNT-yə malik olan mitoxondriya; Nəsildən-nəslə anadan anaya keçir!və Ana dünyasını dəyişsə də, heç vaxt ölmür.
Anamız rəhmətə getsə də, biz fərqinə varmasaq da, enerjisini bizə verməyə davam edir! (O enerji anamızın ulu ulu nənəsindən... nəsillər əvvəl gəlib və bizlə davam edir.)
"O sizi haldan hala keçirdərək yarattı" (Nuh/14)
Hamiləlik dövründə ana; qida maddələri, fermentlər və plasenta vasitəsilə DNT-nin körpəyə köçürülməsini, Körpə də həmçinin hüceyrələrinin bir hissəsini plasenta vasitəsilə ananın qanına ötürür. bu hüceyrələr ananın hüceyrələri ilə qarşılıqlı əlaqədə olur və sonra yenidən Bu dövr körpəyə qayıdır və fetal-ana mikroximerizmi adlanır. Bu fetal, müxtəlif hüceyrələr ananın orqanlarının zədələnməsini bərpa etməyə kömək edir Müxtəlif növlərə çevrilir və kök hüceyrə kimi davranır. Ana körpəni inkişaf etdirərkən, körpə yerinin təhlükəsiz olması üçün ananın təmirinə kömək edir. Bu şəkildə inkişaf edə və sağ qala bilər. Analarının bədənlərinin qiyməti nə olursa olsun Körpənin ananı qoruması və yenidən qurması möcüzədir.
Bu proses hamiləlik boyu davam edir və doğuşdan sonra körpənin hüceyrələrinin bir hissəsi ananın bədənində qalır və onun toxumalarında, sümüklərində, dərisində və beynində yaşamağa davam edir, bir sözlə, ananın sahib olduğu hər uşaq, ana ölənə kimi anasının bədənində yaşamağa davam edir.
1990-cı illərin əvvəllərində Tufts Tip Mərkəzdən olan araşdırma qrupu doğuşdan 27 il sonra ananın qanında onun uşağının hüceyrələrini tapıb. Alimlər döl hüceyrələrindən çevrilən bu hüceyrələrin epitel, ürək və qaraciyər hüceyrələrinə çevrildiyini və Hətta beyin neyronlarına çevrilə bildiyini kəşf etdilər.
Əgər siz anasınızsa, ətrafınızda olmayanda belə uşağınızın qayğısına qala bilərsiniz. Siz bunu intuitiv olaraq hiss edirsiniz, baxmayaraq ki, niyə və necə izah edə bilməsəniz, hətta adını çəkə bilməsəniz də, bu əlaqənin və hissin elmi izahı qeyd ettiyim kimidir. Söhbət döl hüceyrələri ilə mitoxondriya arasındakı əlaqədən gedir. Siz ana oldunuz və mitoxondrinizi uşağınıza verdiniz. O da, həmçinin sizə öz hüceyrələrindən bir neçəsini verir. Sonra sizdən aldığı mitoxondriləri öz uşağına köçürür və uşaq onu dölə ötürür. Hüceyrələrini ona verir, beləliklə, nəsildən-nəslə ötürülür, Dövr yaşanır, ölümsüzlük kimi səslənmir?
Bəs, Cənnətin bununla nə əlaqəsi var?
Bu gün texnologiyanın inkişafı ilə kablolara ehtiyac yoxdur. eyni xüsusiyyətlərə malik cihazlar bir-biri ilə toxunmadan əlaqə qurur Wi-Fi və ya bluetooth kimi uzaqdan qoşulma xüsusiyyətləri var. Eynilə, qəbul edən və ötürən "frekansları bir olan" elektron telefonlar, radiolar və televizorlar kimi cihazlarımız vasitəsilə minlərlə kilometr uzaqdan, hətta kosmosdan da bir-birimizlə əlaqə saxlaya bilərik. Hətta ünsiyyət qura bilərik. Öz enerjisini istehsal edir və tam eyni struktur xüsusiyyətlərinə malikdir.
İki ayrı hüceyrə fərqli bədənlərdə olsa belə; rezonans/frekansa görə bir-biri ilə ünsiyyət qururlar.
Bu mümkündür.
Fetal hüceyrələr və mitoxondriyalar arasındakı əlaqə ilə siz əslində ananızdasınız və ananız sizin içindədir.
Gələk hədisin mənasına;
İçinizdə olanı aşkar etsəniz də, gizlətsəniz də, Allah sizdən bunun hesabını çəkər, sonra da istədiyini bağışlayar, istədiyini əzablandırar. Allah hər şeyə qadirdir". (Bəqərə/284)
"İnsanlar yaxşılıqları üçün də pislikləri üçün də dua edərlər." Onlar bunu etsələrdə, hətta fərqinə belə varmırlar” (Hədis)
İstər nəyisə “izah etsək də, gizlətsək də”, yəni əslində hərəkətə keçsək də, sadəcə düşünüb filə çevirməsək də, Bunun üçün mütləq bir qarşılıq olacaq.
Artıq bilirik ki, hər bir düşüncəmizlə enerji buraxırıq; Mitoxondriya əlaqəsi ilə; Ana və uşaq arasında gərginlik, Enerjinin qarşılıqlı təsiri də təmin edilir.
Uşaqlarınız haqqında müsbət və ya mənfi hər şey uşaqlarınızın şüuraltını bu düşüncələr ilə kodlayır. Siz onların zehni strukturlarına və buna görə də gələcək adlandırdığımız sonrakı anlarına təsir edirsiniz. Düşüncələrinizlə yaratdığınız enerjinin intensivliyi, onların reallıqlarını buna uyğun yaradır.
Bu intellektual qarşılıqlı əlaqə ana ölənə qədər davam edir. Üstəlik, bütün müsbət/mənfi düşüncələr də mitoxondriya transferi ilə çevrilir.
Nəsildən-nəslə davam edir.
"Sən düşüncədən başqa bir şey deyilsən. Qalan ət və sümükdür. Qızılgül yetişdirirsən,gülüstan olursan, tikan düşünürsən, tikanlıq olursan." deyir Rumi.
Siz nə qədər pozitif ve güclü bir enerjiylə həyata baxsanız, uşaqlarınız da o nispəttə individuallar olaraq yetişəcək hətta siz onlar haqqında nə qədər olumlu şeylərə diqqət yetirsəniz, onların həyatları da o nispəttə gözəlləşəcək adəta bir cənnət olacaq.
Boş yerə atalarımız deməyib, "sakınılan gözə çöp batar." atasözü deyib keçdiyimiz bu söz əslində Rasulun hədisinə təsdiqdir. Hal hazırda uşaqlarınız haqda hiss etdiyiniz ən balaca əndişə, ya da negativ düşüncəylə uşaqınız olmasa belə nəvənizə kimi hərkəsə olumsuz təsir edəbiləcəyinizin fərqindəsiz?
Rəsulullah başqa bir hədisdə belə buyurmuşdur:
“Ana cənnət qapılarının ortasındadır”.
Övladlarınız haqqında mənfi fikirləri müsbət fikirlərə çevirmək seçimdir. Narahat olmaq nə deməkdir?
Narahat olduğunuz şeyin "əksi", yəni müsbəti haqqında düşünsəniz nə itirərdiniz?
İnanın, siz yalnız bir anlıq rahatlıq yaşayacaqsınız, ancaq bu, uşağınız/nəsiliniz üçün böyük bir rahatlıq olacaq. Bu nəsil üçün ən böyük investsiyadır.
Bütün bu elmi məlumatların işığında ümumiləşdirim artıq. Əgər biz; 1400 il əvvəl, dölün köçürülməsi və mitoxondriya bir yana, hüceyrələrin varlığı haqda bilməyirdik və Rəsulullah buyurubsa; "Cənnət anaların ayaqları altındadır" onda,
“De ki, bilənlərlə bilməyənlər eyni ola bilərmi?”
(Zumer/9)
Mən dindar bir insan deyiləm amma içində doğulduğum bu islam aləmini yaxşı araşdırmışam,oxumuşam və anlamağa çalışıram. Hədislərlə başasalmaq daha maraqlıdır onda insan uşaqlıqdan eşitdiyi həmən sözlərin arxa fonunu,əsl mənasını dərk edir,sözə məna qatılır. Artıq həmən söz əzbərə deyilən sözlər silsiləsindən çıxır.
Analar günümüz mübarək! Ana bir fenomendir bir cinsiyyət deyil. Kişilərdə ana olabilər. Övladına həm analıq həm atalıq edən o qədər kişi var ki! Bu instinkt hətta özünü heyvanlarda belə göstərir.
Tumblr media Tumblr media Tumblr media
0 notes
imahammad · 2 months
Text
Tumblr media
SEO-nun orqanik trafiki yönləndirmək və onlayn mövcudluğu artırmaq üçün son dərəcədə effektiv və təsirli olmasına baxmayaraq, bununla yanaşı bu xidmətin bahalı və zamanalıcı olduğu bilinməlidir. (əksinə bəziləri elə düşünür ki, SEO ucuz xidmətdir. xeyr əzizim) Bunun səbəbləri çoxdur. Bunlardan bəzilərinə işarə edək:
- Rəqabətin intensivliyi: Onlayn mühit son dərəcə rəqabətlidir, milyonlarla vebsayt istifadəçilərin diqqətini cəlb etməyə çalışır. SEO oxşar açar sözlər və auditoriyaları hədəfləyən bir çox digər veb saytlarla rəqabət tələb edir. Yüksək mövqelərə çatmaq geniş araşdırma, strateji planlaşdırma və davamlı səy tələb edir.
- Daimi alqoritma yeniləmələri: Google kimi axtarış sistemləri istifadəçilərə ən uyğun və yüksək keyfiyyətli axtarış nəticələrini təqdim etmək üçün alqoritmalarını daim yeniləyir. Bu yeniləmələr veb saytların reytinqinə əhəmiyyətli dərəcədə təsir göstərir. SEO mütəxəssisləri bu dəyişikliklərdən xəbərdar olmalı və öz strategiyalarını buna uyğun uyğunlaşdırmalıdırlar ki, bu da vaxt və təcrübə tələb edir.
- Keyfiyyətli məzmun yaratmaq: Məzmun SEO-nun təməlidir. Necə deyərlər - Kontent kraldır. Yüksək keyfiyyətli, uyğun və cəlbedici məzmun yaratmaq ziyarətçiləri cəlb etmək və saxlamaq üçün vacibdir. Buraya açar söz araşdırması, cəlbedici məzmun yaratmaq və həm istifadəçilər, həm də axtarış motorları üçün məzmunu optimallaşdırmaq daxildir. Belə məzmunun hazırlanması təcrübə və resurslar tələb edir.
- Texniki optimizasiya: SEO vebsaytın müxtəlif texniki aspektlərinin optimallaşdırılmasını nəzərdə tutur; sayt quruluşu, səhifə sürəti, mobil uyğunluq və URL strukturu kimi. Texniki SEO veb saytın inkişafı və kodlaşdırma dilləri haqqında dərin bilik tələb edir. Texniki məsələlərin həlli və optimallaşdırmaların həyata keçirilməsi çox vaxt apara bilər və veb tərtibatçılarının köməyini tələb edə bilər.
- Link strukturunun qurulması: Yüksək keyfiyyətli backlinklərin qurulması SEO uğuru üçün çox vacibdir. Bununla belə, nüfuzlu və müvafiq backlinklər əldə etmək çətin və vaxt aparan bir prosesdir. Bundan əlavə, backlinklərin keyfiyyətini və aktuallığını daim izləmək və saxlamaq lazımdır.
- Ölçülə bilən nəticələr: SEO uzunmüddətli investisiyadır və nəticələr dərhal görünməyə bilər. Axtarış motorlarının veb səhifələri taraması və indeksləməsi və reytinqlərdə və orqanik trafikdə irəliləyişləri görmək üçün vaxt tələb oluna bilər. SEO mütəxəssisləri öz strategiyalarının effektivliyini ölçmək üçün performans göstəricilərini daim izləməli və təhlil etməlidirlər.
#seo #seolove #digital #digitalazerbaijan #marketing #imahammad #imahammaddigital
0 notes
ssaytsblog · 4 months
Text
seo
Veb sayt biznesinizi dərc etməyin, onu populyarlaşdırmağın və sabit gəlir əldə etməyin ən yaxşı yoludur. Fəaliyyət sahəsindən asılı olaraq resurs ola bilər: kommersiya, informasiya, sosial və s. Çox müxtəlif imkanlara görə bəzən ən uyğun veb layihəsini seçmək çətindir. Ancaq bu halda, fəaliyyətinizin həcmini, büdcənizi və istəklərinizi nəzərə alaraq sizə kömək edəcəyik və resursun ən effektiv versiyasını, bir qayda olaraq və saytlarin hazirlanmasi https://www.interactivemedia.az/ konkret olaraq seçəcəyik. Bundan əlavə, biz sizə biznesinizi bütün innovativ internet marketinq alətləri (SMM, SEO, kontekstli reklam və s.) ilə təmin etməyə kömək edəcəyik. Sözsüz ki, İnternetdə deyilsinizsə, heç də yoxdur! İnternet insanların məlumat, xidmət və məhsul axtarışını dəyişdirdi. Buna görə də, hər bir şirkət üçün nə vaxtsa yeni veb saytın yaradılması və ya mövcud veb-saytın təkmilləşdirilməsi məsələsi aktuallaşır. Veb sayt yaratmazdan əvvəl onun sizə nə etməyə icazə verəcəyinə qərar vermək vacibdir. Yaxud başqa sözlə desək, onun funksionallığı və ya funksionallığı  Seo xidmeti Bakida https://www.interactivemedia.az/xidmetlerimiz/seo-xidmeti/  nə olacaq, bir sözlə. Saytın funksionallığı müxtəlif şeyləri ifadə edə bilər, məsələn: əks əlaqə formasının və ya formaların olması, bu formalara xüsusi tələblər (müəyyən sahələr, məlumatların bir neçə ünvana göndərilməsi və s.), məqalələr yerləşdirmək və taksonomlaşdırmaq imkanı. kateqoriyalar və etiketlərdən istifadə etməklə, saytda elektron mağaza və ya məhsul vitrininin olması, birbaşa saytda ödəmə qabiliyyətinin olması və ya olmaması və s. Gələcəkdə tələb olunan və ya planlaşdırılan funksionallıqdan asılı olaraq saytın yaradılması üçün ən uyğun platforma seçilir. Hal-hazırda, öz veb saytınızı yaratmağın bir çox müxtəlif yolları və vasitələri var, lakin bu üsullardan hər hansı birini üç kateqoriyadan birinə təsnif etmək olar: • veb sayt qurucusunda inkişaf; • CMS üzrə inkişaf (WordPress xüsusilə populyardır); • müstəqil inkişaf, o cümlədən məşhur alətlər və çərçivələrdən istifadə (Laravel, Django, Spring və s.). Veb saytın inkişafı düzgün planlaşdırma tələb edən bir prosesdir. İnkişaf əsas məqamdan başlayır - saytın statik və ya dinamik olacağı. Deyirlər ki, statik saytlar keçmişdə seo optimizasiyasi Bakida https://www.interactivemedia.az/seo-optimizasiya/ qalıb, ancaq başa düşməlisiniz ki, sayt üçün əsas şey sayta verilən məqsəd və vəzifələrə nail olmaqdır. Bu, statikdən istifadə etməklə mümkündürsə, o zaman optimal olacaqdır. Statistikalar göstərir ki, düzgün şəkildə inkişaf etdirilən və təbliğ edilən statik saytlar hələ də populyar və gəlirlidir. Dinamik sayt daha çevik nəzarət verir, materiallarla işi asanlaşdırır, lakin hostinq seçiminə bir sıra məhdudiyyətlər qoyur. Veb sayt biznesinizi reklam etmək, onu populyarlaşdırmaq və sabit gəlir əldə etmək üçün ən yaxşı yoldur. Fəaliyyət sahəsindən asılı olaraq resurs ola bilər: kommersiya, informasiya, sosial və s. Çox müxtəlif imkanlara görə, ən uyğun veb-layihənin seçiminə qərar vermək bəzən çətin olur. Amma fəaliyyət SMM xidmeti https://www.interactivemedia.az/smm-nedir/ sahənizi, büdcənizi və istəklərinizi nəzərə alaraq bu vəziyyətdə sizə kömək edəcəyik və standart və ya eksklüziv resurs üçün ən effektiv variantı seçəcəyik. Bundan əlavə, biz sizin biznesinizi bütün innovativ internet marketinq alətləri (SMM, SEO, kontekstli reklam və s.) ilə təmin etməyə kömək edəcəyik.
0 notes
starkmrjavad · 2 years
Text
Məncə, korlanmış həyat o həyatdır ki, onun inkişafı dayanır, dustaq edilir. İnsan təbiətini düzəltmək, yaxud yenidən qurmaq o deməkdir ki, sən onu korlayırsan.
8 notes · View notes