papatya-guzeli · 8 months ago
Text
Tumblr media
✅ *Orucu pozan və pozmayan səbəblər* ✅
💦 *Orucu pozan səbəblər:*
👉🏻 Yemək-içmək,
👉🏻 Oruc vaxtı cinsi əlaqədə olmaq,
👉🏻 Qəsdən qusmaq,
👉🏻 Şəhvətlə qəsdən məni (sperma) ifraz etmək,
👉🏻 Qadınlarda heyz və nifas qanının gəlməsi,
👉🏻 Bədəni qüvvətləndirən və qidalandırıcı iynələr,
👉🏻 Siqaret çəkmək,
*Qeyd:* Hicamə etdirməyi çalışıb iftardan sonra etmək məsləhətdir. Çünki, bunda bədəni zəiflətmək və oruca taqətsizlik yaratma vardır.
💦 *Orucu pozmayan səbəblər:*
👉🏻 Çimmək (ağız, burun və qulaqdan su getməməsinə diqqət etmək şərtilə)
👉🏻 Ətirlənmək,
👉🏻 Sürmə çəkmək,
👉🏻 Xına və ya makyajdan istifadə etmək,
👉🏻 Ağız suyunu udmaq,
👉🏻 Boğaza astma əleyhinə (oksigen spreyi) sprey vurulması,
👉🏻 Suyu udmadan ağızı yaxalamaq və ya sərinləmək məqsədilə ağızı yaxalamaq, qarqara etmək,
👉🏻 Misvakdan istifadə etmək və ya dişləri fırçalamaq,
👉🏻 Analiz üçün qan vermək,
👉🏻 Yuxuda ikən ehtilam (ixtiyarı olmadan məni gəlməsi) olmaq,
👉🏻 Unudaraq yeyib içmək; kim unudub yeyib içərsə, xatırladığı zaman dərhal yeməyi-içməyi tərk edib orucuna davam etməlidir.
👉🏻 Öpmək,
👉🏻 Üzmək (bir şərtlə ki, daxilə su getməsin)
👉🏻 (Yemək bişirən şəxsin) Yeməyi udmadan dadına baxması,
👉🏻 Diş çıxartdırmaq, (qanı udmamaq şərtilə)
👉🏻 Göz, qulaq, burun damcıları, (burun damcısının istifadəsində boğaza getməməsinə diqqət etmək lazımdır, lakin, səhih olana görə qidalandırıcı olmadığı üçün orucu pozmur)
👉🏻 İynələrdən: keyləşdirici iynələr icazəlidir. (Uzun müddət keyləşdirici iynələrin isə başqa vaxt istifadə edilməsi məsləhətdir) Qidalandırıcı, qüvvətləndirici olmayan iynələr də icazəlidir. Həmçinin, pensilin, insulin və s. iynələr də icazəlidir.
👉🏻 Bəlğəm; özündən asılı olmadan udularsa, yəni, birbaşa mədəyə gedərsə.
👉🏻Mədədən analiz götürmək, müayinə üçün mədə boşluğuna cihaz daxil edilməsi,
👉🏻 Bədənə oksigen qazı verilməsi və s.
💦 *Orucun savabını azaldan əməllər:*
👉🏻Qeybət, nəmmamlıq, söyüş söymək, yalan danışmaq, yalan şahidlik və s. bir çox dildən edilən günahlar; bəzi alimlər demişlər ki, əgər insan bu əməllərə heç fikir verməz və çəkinməzsə, bu əməllər orucun savabını üstələyə də bilər. Ona görə də insan bu mübarək ayda (sonra da) dilini və əzalarını günahlardan qorumağa çalışmalıdır.
#cennetiistiyorsak
54 notes · View notes
Note
Yox sadəcə tənqid olaraq düşünə bilərsən fikrimi. Burda məqsəd ya o xanımı, və yaxud yazan X şəxsi və yaxud da səni səhv çıxartmaq deyil. Sadəcə fikrimi bildirdim ki, nəsə anonim bir rəy gələndə çalışaq ki üçüncü şəxslərin münasibəti, fikri bizim üçün maraqlı olmasın. Özümüz nəsə özlüyümüzdə fikir bildirək. Hə o yazan səhvdi başa salaq ki sənin səhvin burdadı, və ya elə özüm mənim səhvim var buyur de, mən dinləməyə, özümdə dərs çıxarmağa hazıram.
Və yaxud belə düşünək ki, səhifəyə kiçik ideya verdim ki, belə idarə edilsə daha yaxşı olar, yenə də sənindi bu şəxsi mülkiyyət, özün daha yaxşısı nədirsə onu da edərsən, amma qırağında fikrini həmişə önəmsəməlisən ki, daha inamlı addımlar ataq.
Ay qardaş və ya bacı, başına dönüm, mən burda yazılanları müşahidə edib, fikir bildirirəm. Tanımıram heç kəsi, anonimdən yazırlar. Onlara pislik edəndə mənə nə fayda gələcək? Çalışıram ki, doğru şeylər öyrədim. Başıma gələn, mənim səhv etdiklərimi onlar etməsin. Bu blogu da mizah məqsədilə açmışdım. Başqa yerə fırlandı. Amma, bu halından məmnunam, tanımadığım insanlarla danışmaq xoşuma gəlir.
8 notes · View notes
nalunee · 4 months ago
Text
“Deməli, insanlar ancaq müəyyən dərəcəyə qədər bir-birlərinə yaxınlaşa bilərlər. Bundan artıq yaxınlaşmaq məqsədilə atılan hər bir addım onları bir-birindən daha da uzaqlaşdırır”
7 notes · View notes
psixologiyaze · 2 years ago
Text
Deməli, insanlar ancaq müəyyən dərəcəyə qədər bir-birlərinə yaxınlaşa bilərlər. Bundan artıq yaxınlaşmaq məqsədilə atılan hər bir addım onları bir-birindən daha da uzaqlaşdırır.
61 notes · View notes
aylinmona · 2 years ago
Text
Deməli,insanlar ancaq müəyyən dərəcəyə qədər bir-birlərinə yaxınlaşa bilərlər. Bundan artıq yaxınlaşmaq məqsədilə atılan hər bir addım onları bir-birindən daha da uzaqlaşdırır.
-Xəz paltolu madonna.
20 notes · View notes
gunayagamali · 8 days ago
Text
QƏRBİ AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİN ÖYRƏNİLMƏSİ DÜNYA MİQYASINDA VACİB ƏHƏMİYYƏTƏ MALİKDİR - ŞƏRH
SSRİ-nin Azərbaycan torpaqları üzərində qurduğu regional siyasi proseslər mərhələli şəkildə Azərbaycan torpaqlarının itirilməsi ilə nəticələndi. Çar Rusiyası tərəfindən isə Türk dünyası ilə fiziki əlaqələri kəsmək məqsədilə Azərbaycan torpaqlarına köçürülən ermənilər 200 ildir xalqımıza qarşı hədsiz vəhşiliklər, genosidlər və terror aktları törətdilər. Onlar indiki Ermənistan ərazisindən Azərbaycan izlərini silmək üçün tarixi, dini, milli və mədəni abidələrimizi dağıdıb, soydaşlarımıza məxsus yaşayış məntəqələrini və kəndləri məhv etmişdilər. Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.
Deputat qeyd edib ki, tarixi Azərbaycan torpaqlarında qurulan Ermənistan dövlət səviyyəsində uzun illər ərzində azərbaycanlılara qarşı terror siyasətini davam etdirib. Bu siyasətin ən kəskin forması isə ötən əsrdə Qərbi azərbaycanlıların doğma yurdlarından deportasiyası və Qarabağda həyata keçirilən etnik təmizləmə olub. XX əsrdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası 3 əsas mərhələdə (1918-1920, 1948-1953, 1987-1991) həyata keçirilib.
“SSRİ-nin parçalanması və süqutu ərəfəsində etnik gərginliklərin və münaqişələrin artdığını nəzərə alaraq, ittifaq daxilində yaranmış xaotik vəziyyəti nəzarətə götürə bilməyən Kreml rəhbəri Mixail Qarbaçov bilərəkdən, pərdə arxasında milli zəmində qarşıdurmalara zəmin yaradırdı. Məhz bu səbəbdən 1987-1991-ci illər arasında Qərbi azərbaycanlıların öz doğma torpaqlarından zorla çıxarılması sonuncu olmaqla yanaşı, icra üsullarına və miqyasına görə ən dəhşətli köçürmə prosesi kimi tarixə düşdü. Həm də sonuncu deportasiya Ermənistanın Azərbaycana ərazi iddiaları fonunda həyata keçirilirdi. Moskvada qəbul edilən qərarların məzmunu açıq şəkildə göstərirdi ki, mərkəzi hakimiyyət baş verənlərə biganə yanaşır, törədilən cinayətləri görməzdən gəlir. Bu isə öz növbəsində Azərbaycan xalqı ilə Kreml arasında münasibətlərdə dərin çatlar yaratdı. Həmin zaman kəsiyi Azərbaycan üçün olduqca çətin idi”, - deyə G.Ağamalı vurğulayıb.
O əlavə edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bölgədə etnik münaqişələr, xaos, qeyri-sabitlik və insan hüquqlarının pozulması geniş vüsət almışdı. Soydaşlarımıza qarşı zorakılıqla həyata keçirilən deportasiyanın fundamental hüquqların pozulması kimi müzakirəsi və tədqiq edilməsi prosesi bu gün də aktuallığını saxlayır. Qərbi Azərbaycan həqiqətlərinin öyrənilməsi, tədqiqi və təbliğ olunması tarixi ədalətin bərpa edilməsi baxımından həm ölkəmizdə, həm də dünya miqyasında vacib əhəmiyyətə malikdir.
“Azertag.az” saytı
23 oktyabr 2024-cü il
https://azertag.az/xeber/qerbi_azerbaycan_heqiqetlerinin_oyrenilmesi_dunya_miqyasinda_vacib_ehemiyyete_malikdir__serh-3241612
Tumblr media
0 notes
tonibaravito · 28 days ago
Text
Mostbet, Azərbaycandakı müasir oyunçulara əla əyləncəli imkanlar təqdim edən onlayn platformadır. Bu, hər zaman pul üçün oynamaq imkanı yaradaraq, oyunların geniş spektrinə rahat giriş təqdim edir. Platformanın xüsusiyyəti, bloklamaların qarşısını alaraq daima oyunda qalmağa kömək edən işləyən güzgülərdir. İstifadəçiləri cəlb etmək məqsədilə Mostbet daim müxtəlif bonuslar təqdim edir. Yeni oyunçulara səxavətli qarşılama bonusları təklif olunur ki, bu da oyunun başlanğıc mərhələsini daha maraqlı edir. Təcrübəli oyunçular üçün xüsusi təkliflər və akciyalar nəzərdə tutulur ki, bu da uğur şanslarını artırmağa və əlavə mükafatlar qazanmağa imkan verir. Mostbet-in digər əhəmiyyətli üstünlüyü, oyunçuların sevdikləri oyunlardan hər hansı cihazdan həzz alınmasına imkan yaradan mobil versiyasıdır. Rahat tətbiq, inteqrasiya olunmuş interfeysə sahibdir, bu da oyun prosesini hər hansı bir şəraitdə asan və əlçatandır edir. Platforma, imkanları və cari aksiyalar haqqında daha ətraflı məlumat əldə etmək üçün istifadəçilər Mostbet-in rəsmi saytına daxil ola bilərlər. Burada, oyun dünyasında uğurlu başlanğıc və iştirak üçün lazım olan bütün detallar tapıla bilər. Daha ətraflı məlumat üçün bu linkə daxil olun #mostbet #mosbet https://mostbets-bahis. com/mostbet-azer-yuekl.html
0 notes
snshawon · 28 days ago
Text
Mostbet, Azərbaycandakı müasir oyunçulara əla əyləncəli imkanlar təqdim edən onlayn platformadır. Bu, hər zaman pul üçün oynamaq imkanı yaradaraq, oyunların geniş spektrinə rahat giriş təqdim edir. Platformanın xüsusiyyəti, bloklamaların qarşısını alaraq daima oyunda qalmağa kömək edən işləyən güzgülərdir.
İstifadəçiləri cəlb etmək məqsədilə Mostbet daim müxtəlif bonuslar təqdim edir. Yeni oyunçulara səxavətli qarşılama bonusları təklif olunur ki, bu da oyunun başlanğıc mərhələsini daha maraqlı edir. Təcrübəli oyunçular üçün xüsusi təkliflər və akciyalar nəzərdə tutulur ki, bu da uğur şanslarını artırmağa və əlavə mükafatlar qazanmağa imkan verir.
Mostbet-in digər əhəmiyyətli üstünlüyü, oyunçuların sevdikləri oyunlardan hər hansı cihazdan həzz alınmasına imkan yaradan mobil versiyasıdır. Rahat tətbiq, inteqrasiya olunmuş interfeysə sahibdir, bu da oyun prosesini hər hansı bir şəraitdə asan və əlçatandır edir.
Platforma, imkanları və cari aksiyalar haqqında daha ətraflı məlumat əldə etmək üçün istifadəçilər Mostbet-in rəsmi saytına daxil ola bilərlər. Burada, oyun dünyasında uğurlu başlanğıc və iştirak üçün lazım olan bütün detallar tapıla bilər. Daha ətraflı məlumat üçün bu linkə daxil olun #mostbet #mosbet https://mostbets-bahis.com/mostbet-azer-yuekl.html
0 notes
cavidanbayram · 1 month ago
Text
Bəzən düşünürəm ki, bu vaxta qədər tanıdığım insanlar bəlkə də hərəsinin ayrı cür özəlliyi olubda müxtəlif qatqılar qatmaq məqsədilə həyatıma girir. Sözü gedən insanların isə hal-hazırda həyatımda olmadığına görə xeyirli bir qatqıları olmadığını anlayıram.
0 notes
shahinelected · 5 months ago
Text
🇦🇿 Casusluq məqsədilə istifadə edilən quş mexanizmi!
🇺🇸 Bird mechanism used for espionage purposes!
🇷🇺 Механизм «Птичка», используемый в шпионских целях!
🇹🇷 Casusluk amaçlı kullanılan kuş mekanizması!
#shahinelected #агент #espionage #шпион #секретныематериалы #gizemli #gizli #secret #секрет
0 notes
politiciansstuff · 5 months ago
Text
Tumblr media
FƏZAİL AĞAMALI: “NÖVBƏTİ TOPLANTINI XANKƏNDİDƏ KEÇİRƏK”
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının Siyasi partiyaların ümumrespublika toplantısında çıxışını təqdim edirik:
Hörmətli Ədalət müəllim, hörmətli toplantı iştirakçıları, xanımlar və cənablar!
Ciddi əhəmiyyət kəsb edən və siyasi birliyimizin növbəti təcəssümü olan bu toplantı partiyalar arası və partiyalar - iqtidar əməkdaşlığına geniş prespektivlər açan mühüm hadisə kimi öz rolunu oynayacaqdır.
Milli dövlətçiliyin yaranması, formalaşması və güclənməsinin ən vacib şərtlərindən biri milli həmrəylikdir.
Ulu öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasında və siyasi irsində milli həmrəylik xüsusi yer tutur. Ən çətin anlarda belə xalqımızın iradəsinə söykənən, həlli çətin olan problemlərin aradan qaldırılması üçün xalqımızla birlikdə ciddi addımlar atan Ulu öndər bunun nümunəsini Cənubda Əlikram Hümbətovun rəhbərlik etdiyi separatizmin və Surət Hüseynovun dövlət çevrilişi cəhdinin aradan qaldırılmasilə yaratdı və tarixə həkk etdirdi.
Milli həmrəyliyin dönməz xarakter daşımasında ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların dövlətçilik və milli maraqlar ətrafında sıx birliyi əhəmiyyətli rol oynayır.
Təəssüflə qeyd etmək istərdim ki, son illər istisna olunmaqla müstəqillik əldə etdiyimizdən keçən zaman kəsiyində ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar arasında bu vacib format radikal meyilli partiyalar tərəfindən bloklanmışdı.
Əslində bu cür vəziyyət bütün siyasi partiyalar arasında normal münasibətlərin yaranmasına, milli maraqlara söykənən iqtidar-müxalifət dialoqunun ardıcıl və davamlı xarakter daşımasına ciddi şəkildə maneələr törətmişdir.
Cəmiyyətimizi parçalamaq, onun immunitetini zəiflətmək kimi milli və dövlətçilik maraqlarımıza zidd olan bu tendensiya, heç şübhəsiz ki, anti-Azərbaycan qüvvələrinin maraqlarına xidmət etmək mahiyyəti daşımışdır.
Bütün bu və buna bənzər təhlükəli amilləri aradan qaldırmaq, həm partiyalar, həm də partiyalarla iqtidar arasında dövlətçiliyimizə və milli maraqlarımıza xidmət edən sağlam münasibətlərin yaranması məqsədilə ölkə prezidenti, cənab İlham Əliyev 2018-ci ildə respublikada siyasi islahatların daha geniş və sistemli xarakter daşımasını həyata keçirmək məqsədilə ciddi addımlar atdı. Bu islahatlarda xüsusi yer tutan yeni siyasi konfiqurasiyanın təməlini qoymaq və onu formalaşdırmaq, siyasi partiyaların fəaliyyəti üçün geniş imkanlar yaratmaq, iqtidar-müxalifət dialoqunu və əməkdaşlığını sivil, qanunvericilik zəminində qurmaq kimi vəzifələr ehtiva olunurdu.
Prezident Administrasiyasında siyasi partiyalar və qanunvericilik hakimiyyətlə əlaqələr şöbəsinin yaradılması və qısa zaman kəsiyində şöbədə formalaşan peşəkar komanda bütün siyasi partiyaların rəhbərlərilə keçirdiyi görüşlər, apardığı müzakirələr öz müsbət nəticələrini verməyə başladı və uzun illər boyu bir-birinə az qala düşmən münasibəti bəsləyən partiyalar şöbənin gərgin əməyi ilə milli maraqlar ətrafında birləşərək yeni tarixi mərhələyə qədəm qoydu, bütün partiyalar üçün bərabər imkanların yaradılması diskussiyalar və siyasi partiyaların canlanması üçün geniş imkanlar yaratdı. Bu baxımdan “Siyasi partiyalar haqqında” qəbul edilən yeni qanunun rolunu xüsusi olaraq qeyd etmək istərdim.
Etiraf etmək lazımdır ki, ölkə prezidenti, cənab İlham Əliyevin yeni siyasi konfiqurasiyası konsepsiyasının reallaşmasında prezident Adminstrasiyasının şöbə müdiri Ədalət Vəliyevin və şöbənin peşəkar komandasının xidmətləri danılmazdır.
Necə deyərlər, bir neçə ildə 2018-2020-ci illərdə səpilən toxumlar cücərdi və öz bəhrəsini verdi. 44 günlük Vətən müharibəsində və 2023-cü ilə qədər ərazi bütövlüyümüzü, suverenliyimizi təmin edən bütün hərbi əməliyyatlarda və informasiya mübarizəsində marginallaşmış və anti-milli mövqe tutan Azərbaycan Xalq Cəbhəsi partiyası istisna olunmaqla ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalar dövlətimizlə, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə, qəhrəman Silahlı Qüvvələrimizlə və bütün xalqımızla bərabər oldu. Ölkə prezidenti cənab İlham Əliyevin müdrik siyasi xəttinin və gərgin əməyinin nəticəsi olan siyasi birliyimiz erməni faşizm üzərində qələbəyə, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsinə öz töhfəsini verdi.
Bundan sonrada siyasi birliyimizi qoruyub saxlanılmalı və bu birliklə Azərbaycanımızın güclənməsinə və tarixi torpaqlarımıza sahib çıxmaq kimi şərəfli xidmətimizi davam etdirməliyik.
Təklif edərdim ki, yaxın zamanlarda belə bir toplantını Xankəndidə keçirək. Məncə bunun rezonansı və faydası böyük olardı.
Fəzail Ağamalı
Milli Məclisin deputatı
“Sfera.az, Yenisabah.az, Moderator.az” saytları
20 may 2024-cü il
0 notes
xosqueendemleaxtariramseni · 4 months ago
Note
İnşallah Xoşqədəm xanım. Bu insanların başını buraxın, tək tövsiyəm budur. Əyləncə məqsədilə olan paylaşımlardan başqalarını paylaşmayın, çünki anlamırlar.
İş orasındadır ki, əyləncə məqsədilə paylaşılanları da anlamırlar
4 notes · View notes
bilinmeyen-heqiqetler · 1 year ago
Video
youtube
Mömin mübahisə etmək məqsədilə yox, fayda vermək niyyəti ilə tənqid edər...
0 notes
caviddivac · 2 years ago
Text
Zəlzələnin insanların, ələlxüsus azərbaycanlıların ev tikmə, qurub-yaratma davranışlarına təsiri haqqında maraqlı xatirə
Tumblr media
1968-ci ildə Ermənistan SSR-in cənubunda Zəngəzur ərazisində, Qafan rayonunun azərbaycanlılar yaşayan Gığı dərəsində 9 iyun və 1 sentyabr tarixlərində iki dəfə zəlzələ olur. 9 iyunda baş verən zəlzələ episentrdə 7–8 ball gücündə olmaqla Zəngəzur ərazisində 5.2 ball gücündə hiss edilir.
Zəlzələ nəticəsində güclü dağıntılar baş verir, az sayda olsa da ölüm, itki olur. Episentr, dağıntılar əsasən 10–12 kənddən ibarət olan Gığı dərəsində olduğundan Sovet hökuməti yardım məqsədi ilə əraziyə 230 ədəd taxta ev (finski ev adıyla tanınır) paylayır. Beləcə dağıntıya məruz qalmış əhalinin bir hissəsi həm köhnə evlərini bərpa edib orada, həm də taxta finski evlərdə yaşamağa başlayırlar.
İl ərzində ardıcıl baş verən bu iki zəlzələ isə sonrakı onilliklərdə əhalinin qurub-yaratma, ev tikmə şüuruna təsirini buraxır, əhalidə daş ev tikmə davranışları itməyə başlayır. Bu məsələ, hətta rayon rəhbərliyinin də diqqətini çəkir. Yerli azərbaycanlıların daş ev tikməməsi rayonun erməni əsilli rəhbərlərini narahat edir, bu barədə həmin dərədə yerləşən yeganə sovxozun direktorundan da mövzu ilə bağlı maraqlanırlar.
Həmin sovxoz direktoru — Səməd Qarayev 2002-ci ildə yazdığı “Qazangöl həsrəti” adlı kitabda mövzuyla bağlı xatirələrini bölüşür:
“Bir dəfə 1985-ci ildə Rayon İcraiyyə Komitəsi sədri K.Mkrtıçyan soruşdu ki, Gığı dərəsində camaat yaşayış binaları tikmirlər, səbəbi nədir? Cavab verdim ki, hadisələr camaatın əlini soyudub, ruhdan salıb, ona görə də yeni ev tikmirlər.”
Daha sonra xatirələrinə davam edən müəllif ev tikilməsinin təşviqi məqsədilə rayon rəhbərliyinin ona da kənddə ev tikməsini məsləhət bilmələrini və bu məsləhətlərdə məkrli erməni planı olduğu ilə də bağlı fikirlərini bölüşür:
“Mənim özümə də kənddə ev tikməyi rayon rəhbərləri məsləhət bilmişdilər, ona görə ki, mən başlasam, əhalinin əksəriyyəti bu işə qoşulacaqdı. RİK sədri azərbaycanlıların ev tikməsini ona görə tələb edirdi ki, onsuz da tikilən evlər ermənilərə qalacaq.
2–3 il sonra 1988-ci il hadisələrində ermənilər hökumət səviyyəsində azərbaycanlıları bir həftə ərzində köçürtdülər, camaatın var-yoxu tökülüb qaldı. Evləri, təsərrüfat binaları, bağları tamam onlara qaldı…”
Göründüyü kimi 1968-ci il zəlzələsindən 20 ilə yaxın vaxt keçsə belə, yerli azərbaycanlılar daşdan ev tikməməyə səy göstərir, yenidən evlərinin zəlzələdən dağılacağını fikirləşirdilər.
Qeyd edim ki, bu davranışın səbəbini təkcə 1968-ci zəlzələsinə də bağlamaq düzgün olmazdı, həmin zəlzələdən də güclü 6.4 maqnitudalı 1931-ci il Zəngəzur zəlzələsi də baş vermişdir. Hər iki zəlzələ əlaqəli ədəbiyyatda Zəngəzur zəlzələsi adı ilə tanınır. 1988-ci ildə azərbaycanlıların həmin ərazidən deportasiya olunması isə bizi bu davranışın nə qədər davam edəcəyindən məhrum buraxır.
mənbə: Səməd Qarayev. «Qazangöl həsrəti», Bakı, "Azərbaycan Nəşriyyatı", 2002. səh. 58-59.
0 notes
dusuneninsan · 2 years ago
Text
Allah insanları imtahan etmək üçün, onların xoşlarına gələn və gəlməyən müəyyən hadisələr yaradır. Bununla da insanlar həmin hadisələr qarşısında hansı əxlaqı göstərəcəkləri ilə sınağa çəkilir. Allah bütün yaratdığı hadisələrdə bizim heç bilmədiyimiz sirlər, hikmətlər, nemətlər və müxtəlif sınaqlar gizlətmişdir. Məsələn, başqasının düşüncəsizliyi səbəbi ilə bir yerə gedə bilməyən bir adam bəlkə də buna görə böyük təhlükələrdən qorunur. Yolda onu vuracaq avtomobil, qarşısına çıxacaq pis adam, yolda başına gələcək oğurluq və ya yoluxacağı xəstəlik bəlkə də bu vasitə ilə əngəllənir.
Bu səbəblə, insan hadisələrin ardında bir çox sirr və hikmətlərin olduğunu bilərək hər an Allaha tam güvən və təslimiyyət içində yaşamalıdır. Qarşılaşdığı yaxşı və pis hadisələrə, nemət və çatışmazlıqlara baxmayaraq, Allaha şükr etməli, Allahın ən xeyirlisini yaratdığını düşünməlidir. Uca Allah bir ayədə bunu belə bildirir:
… Yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə imtahana çəkərik. Və siz ancaq Bizim hüzurumuza qaytarılacaqsınız! (Ənbiya surəsi, 35)
Bu səbəblə, insan gündəlik qarşılaşdığı hadisələrin heç birinin insanlardan qaynaqlandığını düşünməməlidir. Hamısını yaradanın yalnız Allah olduğunu unutmamalıdır. Ona yaxşılıq və ya pislik edən, zərər verən və ya lehində hərəkət edən yalnız Allah əmr etdiyi üçün belə davranır. Dolayısı ilə, bir insanın yaşadıqlarına görə insanlara qəzəblənməsinin, gileylənməsinin, küsməsinin və inciməsinin mənası yoxdur. Mömin nemət və ya çətinliklə qarşılaşdığında bunların yalnız Allahdan olduğunu bilməlidir. Əlbəttə, insan pislərə qarşı tədbirli olmalı və yaxşı insanlara qarşı gözəl davranmalıdır. Amma həyatının hər anındakı hadisələri yaradının Allah olduğunu heç vaxt unutmamalıdır. Bu həqiqəti bilən müsəlmanların əxlaqı Quranda belə bildirilmişdir:
De: “Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O, bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi
instagram
0 notes
metbuat · 2 years ago
Text
FOTOLAR
Media Təhlil Mərkəzi, Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə mətbuat xidmətlərinin rəhbərləri üçün master-klass təşkil edilib. MTM (Media Təhlil Mərkəzi)  Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə mətbuat xidmətlərinin rəhbərlərinin peşəkar bacarıqlarının daim təkmilləşdirilməsi və…
Tumblr media
View On WordPress
0 notes