Text
BAYRAMOVUN MÜHÜM ANKARA SƏFƏRİ –
MASADA BUNLAR VAR...
Rusiya prezidentinin Azərbaycana səfərindən sonra Türkiyə ilə məsləhətləşmələrə niyə ehtiyac yaranıb?
Xarici işlər naziri Ceyhun Bayramov avqustun 27-də Ankaraya səfər edib. Səfər çərçivəsində Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq məsələlərin müzakirə edilib. İstisna deyil ki, Rusiya prezidentinin Azərbaycana səfərindən sonra Türkiyə ilə məsləhətləşmələrə ehtiyac yaranıb.
Məlumdur ki, Cənubi Qafqazda təhlükəsizlik sisteminin qurulması yolunda Bakı və Moskva arasında davamlı məsləhətləşmələr, siyasi müzakirələr aparılır. Bu gün şimalda və cənubda baş verən qlobal müharibələr fonunda Cənubi Qafqazda nizamın qurulması müstəsna əhəmiyyətə malikdir. Rusiya Cənubi Qafqazda ənənəvi maraqlarını güdməsi ilə yanaşı, qardaş Türkiyənin də yeni reallıqlarda bu regionda mövqeyi çox möhkəmdir. Şübhəsiz ki, Rusiya, Azərbaycan və Türkiyənin Cənubi Qafqazda da etibarlı münasibətlər qurması kənar güc mərkəzlərini, böyük dövlətləri, qurumları narahat edir. Azərbaycan və Türkiyənin ortaq yanaşması, davamlı olaraq qarşılıqlı görüşlərin keçirilməsi, beynəlxalq texnologiya ilə ifadə etsək, saat əqrəblərinin tutuşdurulması indiki reallıqda müstəsna əhəmiyyətə malikdir. Görünür, tərəflərin bölgədəki mövcud durumla bağlı müxtəlif mövzuları müzakirə etmələrinə ehtiyac yaranıb.
Yada salaq ki, iyunun 10-da Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyəyə işgüzar səfər edib, Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş keçirib.
VI Çağırış Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında bu səfərin təsadüfi olmadığını qeyd etdi: “Ceyhun Bayramovun qardaş Türkiyəyə səfəri, əlbəttə, təsadüfi deyil. Baxmayaraq ki, iki qardaş ölkə arasında istənilən məsələlər ətrafında, xüsusi olaraq, dünyada və regionda gedən hadisələrlə bağlı intensiv məsləhətləşmələr aparılır. Bu həm ölkə prezidentləri səviyyəsində, qarşılıqlı səfərlər, telefon danışıqları və heç şübhəsiz ki, xarici işlər nazirləri arasındakı görüşlərlə həyata keçirilir. Bu səfər də bu baxımdan təsadüfi hesab oluna bilməz. Nəzərə alsaq ki, Cənubi Qafqaz ətrafında ciddi proseslər gedir. Amerika və Avropa Ermənistan vasitəsilə Qafqaza daxil olub orada möhkəmlənib, Rusiyanı sıxışdıraraq, eyni zamanda Türkiyəni kənarlaşdıraraq hakim mövqe tutmağa çalışır. ABŞ-ın son addımları da bu baxımdan ciddi mahiyyət kəsb edir. Cənubi Qafqazda ciddi nüfuz sahibi olan və həlledici mövqeyə sahib olan Azərbaycanın rəyi nəzərə alınmadan Cənubi Qafqaza gəlmək və burada möhkəmlənmək, sadəcə olaraq, problemlidir. Əlbəttə, biz Amerikanın beynəlxalq güc statusunu nəzərə almalıyıq. Ona görə də indiki situasiyada görünən budur ki, Azərbaycan, Rusiya və Türkiyənin Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində vahid cəbhədən çıxış etməsi daxili zərurətə çevrilib. Çünki Amerika və Avropanın regiona yerləşməsi hər üç dövlət üçün ciddi təhdidlər yaradır. Türkiyənin Cənubi Qafqazda mövcudluğu, onun strateji maraqlarının bu regionda əhəmiyyət kəsb etməsi və burada Orta Asiyanın türk dövlətləri ilə bir coğrafiyanın yaradılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Burada yad qüvvələrin olması heç cür Türkiyəni təmin edə bilməz. Yad ünsürlərin regionun içərisinə girərək, Türkiyə və Azərbaycanın çox ciddi, strateji xarakter daşıyan türk birliyi dövlətlərinin, Turanın yaradılmasına mane olacaq başlıca amillərdən biridir. Rusiyanın ənənəvi maraqları var. Rusiya da Qafqazdan getmək istəmir. Ermənistandan da çıxmaq niyyətində deyil. Deməli, eyni zamanda istər-istəməz Rusiyanın maraqları ilə Azərbaycan və Türkiyənin maraqları üst-üstə düşür. Bunların uzlaşdırılması baxımından Putinin Azərbaycana gəlişindən, Türkiyə və Azərbaycan prezidentlərinin telefon danışığından sonra görünür ki, məsələlərin masa üzərində xarici işlər nazirləri səviyyəsində müzakirəsinə ciddi ehtiyac duyulub. İstisna etmirəm ki, XİN rəhbərləri arasındakı görüşdə Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan məsələsi müzakirə mövzusu olub. Hesab edirəm ki, bu səfər Azərbaycan, Rusiya və Türkiyə arasındakı münasibətlərin strateji və geosiyasi maraqlarının uzlaşdırılması baxımından xüsusi məna kəsb edir. Amerika və Avropanın Ermənistan vasitəsilə Cənubi Qafqaza yerləşməsinin qarşısının nə dərəcədə alınmasının detallarının yaxın gələcəkdə şahidi olacağıq. Hər halda, Amerika və Avropanın Cənubi Qafqaza yerləşmək niyyəti Azərbaycanın strateji maraqlarına və milli təhlükəsizliyinə təhdid yaradan hadisə olardı. Çünki hazırkı dövrdə Azərbaycan-Rusiya münasibətlərində kifayət qədər qarşılıqlı etimad var. Qardaş Türkiyə ilə Rusiya arasında da qarşılıqlı etimada söykənən münasibətlər mövcuddur. Azərbaycanın burada əli daha güclüdür. Çünki özünün Rusiya ilə münasibətləri, digər tərəfdən, Türkiyə amili var. Bu üç dövlətin Cənubi Qafqazda fəaliyyəti məqbul hesab oluna bilər, nəinki Amerika və Avropanın Cənubi Qafqaza yerləşməsi...”
“Musavat.com” saytı
Cavanşir Abbaslı
28 avqust 2024-cü il
https://musavat.com/news/bayramovun-muhum-ankara-seferi-masada-bunlar-var_1096914.html
0 notes
Text
Bütün stereotipləri qırma zamanı gəldi İnkişaf edib qazanmaq arzusunda olanlar, eko marketleri idarə etməyi bacaran rəhbərləri dəvət edirəm. Sevgilərlə MehribanBeynelxalq eko biznesin rehberi☘#greenwaybaku #onlin
0 notes
Link
0 notes
Text
" #Azərbaycan və Gürcüstanın gələcək münasibətləri bu baxımdan mühüm əhəmiyyətə malikdir”- #ŞƏRH
Hesab edirəm ki, Azərbaycanla Gürcüstanın əlaqələri iqtisadi baxımdan daha da dərinləşəcək.
1 note
·
View note
Link
0 notes
Text
Zəlzələnin insanların, ələlxüsus azərbaycanlıların ev tikmə, qurub-yaratma davranışlarına təsiri haqqında maraqlı xatirə
1968-ci ildə Ermənistan SSR-in cənubunda Zəngəzur ərazisində, Qafan rayonunun azərbaycanlılar yaşayan Gığı dərəsində 9 iyun və 1 sentyabr tarixlərində iki dəfə zəlzələ olur. 9 iyunda baş verən zəlzələ episentrdə 7–8 ball gücündə olmaqla Zəngəzur ərazisində 5.2 ball gücündə hiss edilir.
Zəlzələ nəticəsində güclü dağıntılar baş verir, az sayda olsa da ölüm, itki olur. Episentr, dağıntılar əsasən 10–12 kənddən ibarət olan Gığı dərəsində olduğundan Sovet hökuməti yardım məqsədi ilə əraziyə 230 ədəd taxta ev (finski ev adıyla tanınır) paylayır. Beləcə dağıntıya məruz qalmış əhalinin bir hissəsi həm köhnə evlərini bərpa edib orada, həm də taxta finski evlərdə yaşamağa başlayırlar.
İl ərzində ardıcıl baş verən bu iki zəlzələ isə sonrakı onilliklərdə əhalinin qurub-yaratma, ev tikmə şüuruna təsirini buraxır, əhalidə daş ev tikmə davranışları itməyə başlayır. Bu məsələ, hətta rayon rəhbərliyinin də diqqətini çəkir. Yerli azərbaycanlıların daş ev tikməməsi rayonun erməni əsilli rəhbərlərini narahat edir, bu barədə həmin dərədə yerləşən yeganə sovxozun direktorundan da mövzu ilə bağlı maraqlanırlar.
Həmin sovxoz direktoru — Səməd Qarayev 2002-ci ildə yazdığı “Qazangöl həsrəti” adlı kitabda mövzuyla bağlı xatirələrini bölüşür:
“Bir dəfə 1985-ci ildə Rayon İcraiyyə Komitəsi sədri K.Mkrtıçyan soruşdu ki, Gığı dərəsində camaat yaşayış binaları tikmirlər, səbəbi nədir? Cavab verdim ki, hadisələr camaatın əlini soyudub, ruhdan salıb, ona görə də yeni ev tikmirlər.”
Daha sonra xatirələrinə davam edən müəllif ev tikilməsinin təşviqi məqsədilə rayon rəhbərliyinin ona da kənddə ev tikməsini məsləhət bilmələrini və bu məsləhətlərdə məkrli erməni planı olduğu ilə də bağlı fikirlərini bölüşür:
“Mənim özümə də kənddə ev tikməyi rayon rəhbərləri məsləhət bilmişdilər, ona görə ki, mən başlasam, əhalinin əksəriyyəti bu işə qoşulacaqdı. RİK sədri azərbaycanlıların ev tikməsini ona görə tələb edirdi ki, onsuz da tikilən evlər ermənilərə qalacaq.
2–3 il sonra 1988-ci il hadisələrində ermənilər hökumət səviyyəsində azərbaycanlıları bir həftə ərzində köçürtdülər, camaatın var-yoxu tökülüb qaldı. Evləri, təsərrüfat binaları, bağları tamam onlara qaldı…”
Göründüyü kimi 1968-ci il zəlzələsindən 20 ilə yaxın vaxt keçsə belə, yerli azərbaycanlılar daşdan ev tikməməyə səy göstərir, yenidən evlərinin zəlzələdən dağılacağını fikirləşirdilər.
Qeyd edim ki, bu davranışın səbəbini təkcə 1968-ci zəlzələsinə də bağlamaq düzgün olmazdı, həmin zəlzələdən də güclü 6.4 maqnitudalı 1931-ci il Zəngəzur zəlzələsi də baş vermişdir. Hər iki zəlzələ əlaqəli ədəbiyyatda Zəngəzur zəlzələsi adı ilə tanınır. 1988-ci ildə azərbaycanlıların həmin ərazidən deportasiya olunması isə bizi bu davranışın nə qədər davam edəcəyindən məhrum buraxır.
mənbə: Səməd Qarayev. «Qazangöl həsrəti», Bakı, "Azərbaycan Nəşriyyatı", 2002. səh. 58-59.
#Zangezur earthquake#1968 Zangezur earthquake#Zəngəzur zəlzələsi#Zengezur zelzelesi#Qafan zelzelesi#Gığı dərəsi#Geghi gorge
0 notes
Text
FOTOLAR
Media Təhlil Mərkəzi, Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə mətbuat xidmətlərinin rəhbərləri üçün master-klass təşkil edilib. MTM (Media Təhlil Mərkəzi) Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə mətbuat xidmətlərinin rəhbərlərinin peşəkar bacarıqlarının daim təkmilləşdirilməsi və…
View On WordPress
#Agentliyinin#Azərbaycan#Breakfast#çalışıb#çalışır#dəstəyi#hökumət#inkişafı#Medianın#məqsədilə#Mərkəzi#məsləhətçisi#mətbuat#müxbiri#onların#Palatasında#Peşəkar#Respublikasının#rəhbərləri#Sonradan#televiziya#təşkil#təşkili#xarakterli#xidmətlərinin
0 notes
Text
Hidayət mənbəyi və məhəbbət bələdçisi olmalı olan din Avropada gördüyümüz şəklə düşüb. Hamının din və Allah barəsindəki təsəvvürü kobudluq, təzyiq və istibdaddan ibarət idi. Təbii ki, belə bir davranış müqabilində insanların reaksiyası dinin kökündən inkar edilməsindən, həmçinin dinin ilk əsası, yəni Allahın inkarından başqa bir şey ola bilməzdi. Camaatın dini rəhbərləri – camaat hər halda onları dinin həqiqi nümayəndəsi hesab edir – pələng dərisi geyinib bəbir dişi göstərəndə, başqalarını kafir və fasiq adlandırmağa əl atanda, xüsusilə şəxsi məqsədlər həmin şəklə düşəndə, materializmin xeyrinə dinə ən böyük zərbə dəyir.
Mürtəza Mütəhhəri | Materializmə Yönəlmənin Səbəbləri
7 notes
·
View notes
Text
Praga baharı.
"Praqa baharı" (çex. "Pražské jaro", slovak."Pražská jar") - Çexoslovakiyada 1968-ci il yanvarın 5-dən avqustun 20-dək cəmiyyətdə gedən kütləvi siyasi liberallaşma prosesi. Sovet İttifaqı və Varşava Müqaviləsi Təşkilatının qoşunlarının ölkəyə yeridilməsi ilə bu prosesin qarşısı alınmışdır.
5 yanvar 1968-ci ildə Aleksandr DubçekinÇexoslovakiya Kommunist Partiyasırəhbərliyinə gəlməsi ilə Çexoslovakiya açıq şəkildə SSRİ-dən asılı olmadığını nümayiş etdirməyə başladı.
"İnsan sifətli sosializm" yaratmaq məqsədi ilə Dubçek və onun həmfikirləri tərəfindən həyata keçirilən siyasi islahatlar 1956-cı ildə Macarıstanda olduğu kimi əvvəlki siyasi xətdən tam imtina xarakteri daşımırdı. Lakin Sovet İttifaqının və Avropadakı bəzi sosialist dövlətlərin rəhbərləri Çexoslovakiyadakı islahatları sosialist dövlət quruluşunun əsaslarına və "sosialist bloku"nun bütövlüyünə qarşı yönəlmiş təhlükə kimi qəbul edirdilər.
Belə ki, ölkədə senzura kifayət qədər məhdudlaşdırılmış, sərbəst ictimai diskussiyalar genişlənmiş, çoxpartiyalı sistemə keçid başlamışdı. Tam şəkildə söz, toplaşma və hərəkət azadlığı veriləcəyi, dövlət təhlükəsizlik orqanları üzərində nəzarətin gücləndiriləcəyi, şəxsi müəssisələrin açılmasına icazələrin asanlaşdırılacağı və istehsal üzərində dövlət nəzarətinin məhdudlaşdırılacağı bəyan olunmuşdu. Bundan əlavə, ölkənin federasiyaya çevrilməsi və ÇSSR-in tərkibinə daxil olan Çexiya və Slovakiyanın hakimiyyət orqanlarına verilən səlahiyyətlərin artırılması planlaşdırılmışdı.
Lakin Çexoslovakiya Kommunist Partiyasının bəzi rəhbərləri (Bilak, Şvestka, Kolder, İndra və Kapek) dövlətin cəmiyyət üzərindəki nəzarətinin zəifləməsindən narahat idilər və Dubçekin islahatlarını dəstəkləmirdilər. Onlar partiya rəhbərliyinin hakimiyyətdən uzaqlaşdırılması üçün Sovet İttifaqına müraciət də etmişdilər. SSRİ rəhbərliyinin fikrincə isə Çexoslovakiya Varşava Müqaviləsi Təşkilatının müdafiə xəttinin mərkəzində yerləşməklə soyuq müharibə dövründə böyük əhəmiyətə malik idi.
"Baharın" sonu
1968-ci il martın 23-də kommunist partiyalarının Drezdendə keçirilən qurultayında Çexoslovakiyadakı islahatlar tənqidə məruz qaldı, mayın 4-də Leonid Brejnev Moskvada Dubçekin rəhbərlik etdiyi çexoslovak nümayəndə heyətini qəbul etdi və bu görüşdə ÇSSR-dəki vəziyyəti kəskin tənqid etdi, iyulun 15-də kommunist partiyalarının rəhbərləri ÇKP MK-ya açıq məktubla müracət etdilər, iyulun 29-da Dubçek yenidən Brejnevlə görüşdü, avqustun 17-də Dubçeklə görüşən Macarıstan rəhbəri Yanoş Kadar onu vəziyyətin həddindən artıq gərginləşdiyi barədə xəbərdar etdi.
"Dunay" əməliyyatı
1968-ci il avqustun 20-dən 21-nə keçən gecə VMT-nin 500 min nəfər canlı qüvvə və 5000 tankdan ibarət hərbi kontingenti Çexoslovakiya Sosialist Respublikasını işğal etdi. İşğaldan bir gün əvvəl Sovet İttifaqı Marşalı Andrey Qreçko ÇSSR müdafiə naziri Martin Dzuru hazırlanan aksiya haqqında məlumatlandıraraq, çexoslovak hərbi qüvvələri tərəfindən hər hansı müqavimət göstərilməməsi barədə xəbərdar etdi.
Polşadan sovet-polyak qoşun kontingenti Yablones, Ostrava, Olomouç və Jilina, ADR-dən sovet-alman qoşun kontingenti Praqa, Xomutov, Plzen, Karlovı Varı və nəhayət Macarıstandan sovet-macar-bolqar qoşun kontingenti Bratislava, Trençin, Banska Bistritsa istiqamətlərində yeridilmişdi. Qoşunların əsas hissəsi Sovet İttifaqı tərəfindən ayrılmışdı. Çexoslovak ordusu heç bir müqavimət göstərmədi.
Qoşunlar Çexoslovakiya Kommunist Partiyasının qurultayından bir gün əvvəl yeridilmişdi. Bu qurultayda islahatların dəstəklənməsi gözlənilirdi.
İşğalın nəticələri
İşğal zamanı 72 nəfər Çexoslovakiya vətəndaşı (o cümlədən, Slovakiyada 12 nəfər) həlak olmuş, 266 nəfər ağır, 436 nəfər yüngül yaralanmışdır.
İşğal nəticəsində ümumilikdə 300 minə yaxın insan ölkəni tərk etdi.
1969-cu ilin aprelində Aleksandr Dubçeki ÇKP MK rəhbərliyində Qustav Qusak əvəz etdi.(c)
Via: www.wikipedia.com
O günü fotoqrafdan soruş: J. Koudelka gözündən Praqa baharı
Çexoslovakiyanın Milan Kunderanın deyişi ilə “sərxoş yaşanan nifrət karnavalı” yaşadığı günlərdə həyat Praqa vətəndaşlarına sərt üzünü göstərirdi. Aleksandr Dubçekin Çexoslovakiya Kommunist Partiyası rəhbərliyinə gəlməsi ilə Çexoslovakiya açıq şəkildə SSRİ-dən asılı olmadığını nümayiş etdirməyə başlamışdı. Həyata keçirilən islahatları bütün şəşəəli sosializmi ilə yıxmağa qərar verən SSRİ tarixə “ən az qanlı işğal” adı ilə yazılan işğala imza atdı.
72 çexoslovak və yalnız 1 rus əsgər öldü. 19 yaşlı bu rus gənci öldürən bir çexoslovakiyalı olsaydı, bəlkə, normal gələrdi, fəqət o gənc intihar etdi. Bununla yanaşı, axı bir çexoslovak onu necə öldürə bilərdi: onlara işğala müqavimət göstərmək əmri belə verilməmişdi, heç silahları belə yox idi!
Eyni vaxt ərzində küçədə gəzərək çexlərin həyatını fotoaparatına həkk edən Josef Koudelka həmin an qarşısında dayanan boş küçənin cazibəsini hiss etmiş və yanından keçən təsadüfi bir insandan saatını həmin boş küçənin qarşısında olacaq formada kadra daxil etməsini xahiş etmişdi – Praqanın işğal edildiyi həmin saniyədə. Bu kadr vaxtı, itkini və boşluğu – cəmiyyətin sular altında boğulmasını ümumiləşdirmişdi.
Koudelkanın konflikti aşkar şəkildə ortaya çıxaran vizual xatirələri, əqrəbləri uçuşan zamanın sübutu, hücumun amansızlığı və Çexoslovakiya vətəndaşlarının mübarizəsi – bütün bunlar fotojurnalistikaya yenidən tərif verən məqamlar idi.
Həmin şəkil 1969-cu ildə “Sunday Times” jurnalında anonim fotoqraf tərəfindən çəkildiyi qeyd edilərək üz qapağı rəsmi edilmişdi.
Josefin çəkdiyi şəkillər özü ilə birgə Çexoslovakiyadan uzaqlaşdı.
Uzaqlaşması üçün məntiqli açıqlaması da var idi: “Mən həmin il iş yoldaşlarımın əlində jurnalı görəndə qapaqdakı şəklin mənə aid olduğunu deyə bilmədim! Əgər onlar (burada hökumət adamlarını, “yuxarılar”ı nəzərdə tutur) istəsəydilər, həmin anonim fotoqrafı tapa bilərdilər, buna görə də həmişə Çexoslovakiyaya qayıtmağa qorxurdum”.
J. Koudelka auditoriyaya şəklin müəllifi olduğunu
1984-cü ilə qədər açıqlamamışdır. İşğalının 22-ci ilinə həsr edilmiş xüsusi buraxılışında Çexoslovakiyanın qabaqcıl mədəni və siyasi qəzeti “Respekt” öz qəzet qapağında həmən şəkli istifadə etmişdir.
Şəkil fotojurnalistikaya istiqamət verən şəkillər içindən ilk 100-ə girməyi bacarmışdır.
Via:
3 notes
·
View notes
Text
BAKI-PEKİN MÜNASİBƏTLƏRİNDƏ YENİ DÖNƏM BAŞLAYIR – TƏHLİL
Zəngəzur dəhlizi Çinin Avropa ilə iqtisadi-ticari əlaqələrinə də çox geniş imkanlar açacaq
Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan ənənəvi olaraq beynəlxalq münasibətlər sisteminə kifayət qədər böyük təsiri Şanxay Əməkdaşlıq Təşkilatına yüksək səviyyəli dəvət olunur. Deputatın sözlərinə görə, ölkəmizin bu tipli yığıncaqlarda iştirak etməsi hər şeydən öncə Azərbaycana verilən diqqətin, önəmin, dövlətimizin gücünün, imkanlarının göstəricisidir:
“İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə dəvət alan cənab Prezident İlham Əliyev Qazaxıstanda çox yüksək səviyyədə qarşılandı. Dövlət başçısı sammit çərçivəsində liderlərlə əhəmiyyətli görüşlər keçirdi. Prezidentin Rusiya, Pakistan, Türkiyə, Qazaxıstan və Çin rəhbərləri ilə görüşləri həmin ölkələrlə mövcud əməkdaşlığın imkanları və gələcək hədəflərin geniş müzakirəsi predmetinə çevrildi. Xüsusi olaraq Azərbaycanla Çin arasında strateji əməkdaşlıq haqqında imzalanmış bəyanat çox böyük əhəmiyyət kəsb edir. Bu bəyanatda Azərbaycanla Çin arasında indiyədək mövcud olan əməkdaşlığın əhəmiyyəti qeyd edilməklə bütün sahələrdə şaxələnməsi və gələcək hədəflər öz əksini tapdı. Siyasi-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın yüksək səviyyədə qurulması hər iki lider tərəfindən təsdiqləndi. Azərbaycan və Çin dövlət başçılarının görüşü iki ölkə arasında yüksək səviyyəli əlaqələrin olmasından və qarşılıqlı etimadın konkret nəticələri kimi təsdiqini tapdı. Çin hər zaman Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyib. Azərbaycan da eyni şəkildə Çinin ərazi bütövlüyünə dəstək ifadə edib, Tayvanı Çin ərazisinin tərkib hissəsi kimi tanıdığını bildirib, orada keçirilən qondarma seçkini qəbul etməyini açıqlayıb”.
Parlament üzvü vurğulayıb ki, “Kəmər və Yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun önəmli bir hissəsi Azərbaycandan keçir:
“Həm Bakı-Tbilisi-Qars layihəsi, həm də açılması nəzərdə tutulan Zəngəzur dəhlizi Çinin Avropa ilə iqtisadi-ticari əlaqələrinə də çox geniş imkanlar açacaq. Bu, Çinin geostrateji və geopolitik maraqlarına birbaşa cavab verir. O baxımdan Çin Azərbaycana xüsusi diqqət göstərir. Əlbəttə, bu əməkdaşlıq Azərbaycanın da maraqlarına tamamilə uyğundur. Maraqlarımızın üst-üstə düşməsi Pekin-Bakı münasibətlərinin ən yüksək səviyyədə qurulmasına imkan yaradır. Bütün bunlar həm ikitərəfli görüşdə, həm də bəyannamədə öz əksini tapdı. Mühüm məqamlardan biri də Azərbaycan və Çin dövlət başçılarının bir-birini qarşılıqlı olaraq öz ölkələrinə dəvət etməsidir. Bunlar Azərbaycan-Çin münasibətlərinin inkişafına yeni imkanlar, yeni təkanlar verəcək. Bir sözlə, cənab Prezidentin ŞƏT-in sammitində iştirakı çox böyük siyasi-tarixi əhəmiyyət kəsb edir”.
“Sherg.az” saytı
İsmayıl Qocayev
04 iyul 2024-cü il
0 notes
Photo
1995-ci ilin mart hadisələrindən 27 il ötür. 27 il əvvəl 1995-ci il mart ayında müstəqilliyimizə qəsd etmək istəyənlərin məkrli niyyətləri bu gün də insanların yaddaşından silinməyib. Bir qrup xəyanətkar insan ətrafına topladığı qeyri-qanuni silahlı birləşmələr vasitəsilə müstəqilliyimizə qəsd etməyə cəhd göstərmişdi. Ölkədə yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən dağıdıcı qüvvələr Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təşvişə düşərək, xarici himayədarlarının təhriki ilə dövlət çevrilişinə cəhd etmişdilər. Ulu Öndər Heydər Əliyevin dünyanın bir çox aparıcı dövlətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatlar və işgüzar dairələrlə yüksək səviyyəli rəsmi görüşlər keçirmiş, Azərbaycan həqiqətlərini, dövlətin mövqeyini dünyaya çatdırmış, bununla da, ölkəmizə diqqət və maraq güclənmişdir. Azərbaycanın siyasi-iqtisadi əlaqələri genişlənmiş, mühüm müqavilə və sazişlər imzalanmışdır. Qısa bir zamanda, Ulu Öndərin müdrik siyasəti nətcəsində, ölkədə ictimai-siyasi sabitlik yaradılmış, qanunçuluğun bərqərar edilməsi istiqamətində ciddi addımlar atılmışdır. Belə ağır zamanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və ölkədə davam edən hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoydu. Həmin hadisələr, bir daha göstərdi ki, Azərbaycan xalqı və onun ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir və onları müdafiə etmir. Azərbaycanda dövlət çevrilişinə cəhd mart hadisələri 1995-ci ilin mart ayının 12-dən 13-nə keçən gecə ölkənin ən ucqar nöqtəsində Qazaxda və A��stafada başladı. Həmin gün "OMON"-un Ağstafa və Qazax rayonunda yerləşən bölməsi tərəfindən dövlət idarələrinə silahlı hücum təşkil edildi. Hər iki rayonda dövlət əleyhinə faktiki qiyam baş verdi. Məlum olduğu kimi, qanlı döyüşlərdən sonra Xüsusi Təyinatlılar ("OMON"-çular) qalib gəldi və dövlət əhəmiyyətli binalar ələ keçirildi. Lakin mart ayının 15-də Azərbaycan Ordusunun bölmələri tərəfindən qiyam yatırıldı. 16-17 mart tarixində isə Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri polkovnik Rövşən Cavadovun rəhbərliyi ilə Bakıda çevrilişə cəhd göstərmək istəyirlər. Hələ martın 14 https://www.instagram.com/p/CbCmnz4gdAE/?utm_medium=tumblr
0 notes
Text
Əli Kərimli və Əli İnsanov ölkədəki vəziyyəti müzakirə ediblər
Noyabrın 25-də iki müxalifət partiyasının liderləri Əli Kərimli və Əli İnsanovun görüşü olub. Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Haqq Ədalət Partiyasının rəhbərləri ölkədə və regiondakı ictimai-siyasi vəziyyəti müzakirə ediblər. Bu barədə Əli İnsanovun mətbuat xidməti məlumat verib. “Əksər məsələlərdə hər iki tərəfin mövqeyi üst-üstə düşür. Tərəflər belə görüşlərin əhəmiyyətini xüsusi…
View On WordPress
0 notes
Video
Hesablama Palatası adlı Dövlət qurumu bəs niyə buna göz yumur? Bəlkə dırnaqarası razılaşma?Azərbaycan Respublikası Əmək Qanunvericiliyinin- Əmək Məcəlləsinin 172ci maddəsində qeyd edilib: işçiyə hər növbəti ayın ilk iş həftəsində maaşı verilməlidir, əgər İşəgötürən tərəfindən istənilən gecikmə halı baş verərsə, hər gedilən günə işçinin maaşı üzərinə onun 1faizi əlavə edilməklə maaşı yenidən hesablanıb verilməlidir. Elə sözügedən məsələ məhz AZENCOda baş verir. Yəni bu şirkət işlətdiyi işçiləri ölkə ərazisindəki elektrik stansiyası və yarımstansiyalardan iş həcminə görə Forma-2 adlı rəsmi ikitərəfli qaydada atılmış imzalarla o sənəddə göstərilən məbləğin 40faizini işçiyə əmək haqqı şəklində hər ay ödəməlidir. Lakin çox təəssüf ki, Azərenerji ASC -nin , tabeliyində olan stansiya rəhbərləri o Forma 2 sənədini imzalayıb hər ayın ilk həftəsində Azenco ASC yə təmir xərclərini ödəsə də, sonuncunun şefi, Faiq Ağayev , cənab Balababa Rzayevin ödəmiş olduğu bu vəsaiti müəmmalı şəkildə işçilərə ödəmir. Artıq sentyabr ayının ilk 10günlüyü də geridə qalmaq üzrə olsa da Şirkətin Sumqayıt və Mingəçevir sahələrində gərgin əməklə çalışan ümumilikdə minlərlə işçisi iyul ayının əmək haqqını ödəməyib. İşçilər bildirir ki ezam göndərilərək aylıq məvacib 600 manat, bu pul da 2 ay gecikirsə həraya 300manat maaş düşür , üstəgəl Ezamiyyət normaları Haqqında Qanunda göstərilən Bakı şəhərindən digər şəhər və rayona göndərilən işçinin 1günü üçün 50-70 Azn məbləğində qeyd edilsə də bu məbləğ də verilmir heç vaxt. Dövlətin Hesablama palatası və Əmək Müfəttişliyi adlı qurumları var, bəs bu qurumların əməkdaşları yüksək məvacib aldığı təqdirdə nə üçün üzərlərinə düşən vəzifə öhdəliyini yerinə vicdanla yetirmirlər ? Niyə Azenco şefi FAİQ AĞAYEVİN BU ƏMƏLLƏRİNƏ QANUNİ TƏDBİR GÖRMÜRLƏR? BƏLKƏ BUNDA DA O QURUMLARIN " MARAĞI" VAR? ELƏ DEYİLSƏ bəs nə üçün bu şirkət barədə bu səlahiyyətli qurumlar qanunun sərt tərəflərini tətbiq eləməkdə maraqlı deyil ? Qeyd edək ki, sosial şəbəkələrdə artıq Azenco şefi FAİQ bəyin həyat yoldaşının cindarlarla işbirliyindən , onun aldadılaraq külli miqdarda vəsaitinin də mənimsənilməsi haqda məlumat da sərgilənib. İnanırıq ki Baş prokurorluq Azenconun Bu şir https://www.instagram.com/p/CTkZV6nizGd/?utm_medium=tumblr
0 notes
Text
Delimitasiya komissiyalarının görüş tarixi açıqlandı
Delimitasiya komissiyalarının görüş tarixi açıqlandı
Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi üzrə delimitasiya komissiyalarının nümayəndələrinin görüşəcəyi tarix açıqlanıb. Metbuat.org “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən bildirilib. Vurğulanıb ki, komissiya rəhbərləri Şahin Mustafayev və Mqer Qriqoryan avqustun 30-da görüşəcəklər. Qeyd edək ki,…
View On WordPress
0 notes
Photo
Əziz dostlar sizi Gəncə-İmamzadə ziyarət turuna dəvət edirik . (ƏRBƏİN GÜNÜ) 🌇Çıxış tarixi - 27 sentyabr ⏰Çıxış saatı - 06:30 💸Qiymət - 17 azn Tura daxildir⬇️ 🚌Rahat avtomobil 👨🏻🧕🏻Tur rəhbərləri 🕌 Dini bilgilər 🕍 Ziyarət haqqında məlumat 👨🏻🦰 Mənəvi, gözəl şeir və mərsiyyələr 🎓 Maraqlı və intelektli sual-cavab 👝 Və s..... 🚨Xüsusi Qeyd: ❇️ Tur zamanı pandemiya şərtlərinə uyğun olaraq tibbi maskadan istifadə mütləqdir ❇️0-5 yaş uşaqlar ödənişsizdir, oturacaq məşğul etməmək şərti ilə ❇️ Hava şəraitini nəzərə alaraq Tur rəhbəri turun proqramında dəyişiklik edə bilər ❇️ Ətraflı məlumat və qeydiyyat üçün: 050 702 95 14 WhatsApp var #zevvar #zevvarlar #ziyaretgahlar #ziyaretler #meshedziyareti #meshed #kerbelaziyareti #imamzadeziyaretgahi (Tarqovu KFC) https://www.instagram.com/p/CUIaK_JMj-Z/?utm_medium=tumblr
#zevvar#zevvarlar#ziyaretgahlar#ziyaretler#meshedziyareti#meshed#kerbelaziyareti#imamzadeziyaretgahi
0 notes
Link
0 notes