Tumgik
#keçirib
metbuat · 2 years
Text
İrina Zaretska Yaponiyada seminarlar keçirdi
İrina Zaretska Yaponiyada seminarlar keçirdi
Azərbaycanın qadınlardan ibarət karate yığmasının lideri, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı, ikiqat dünya çempionu İrina Zaretska Yaponiyada seminarlar keçirib. Metbuat.org xəbər verir ki, seminarlar Yaponiyanın dörd şəhərində təşkil olunub. Təlimlərdə yüzlərlə karate həvəskarı iştirak edib. Metbuat.org
Tumblr media
View On WordPress
0 notes
minamirza · 6 months
Text
elə dik, məğrur-məğrur, baxışıma aldanma
bir gün bir dildən çıxan, sözlə qocalır adam
yoldan ötən birini, kiməsə bənzədəndə
boğazında düyülən, hisslə qocalır adam.
axar sudan ǝyilib, bir ovuc su içəndə
ona su gətirməyən, ələ möhtac qalandı
insan ən xoşbəxt anı, qəhqəhəylə keçirib
axşamı göz yaşıyla, qəmlə başa vurandı.
ali varlıq olmağı, özünə fəxr bilib
aciz olan hər şeyi, əl tərsiylə itǝndi.
insan bəzən ən ali, olan hər şeydən bezib
yolda ayağa dəyən, daş olmaq istəyəndi.
yayda istidən bezir, qışda soyuq havadan
100 ili başa vurur, heç özündən bezməyir
qaldığı evdən bezir, köçür bu el obadan
adı soyadı yazan, soyuq daşdan bezməyir.
15 notes · View notes
eminjbrylv · 1 year
Text
Mən sıxıcı biri deyiləm. Əyləncə adına axmaq axmaq şeylər etmirəm sadəcə. Mənimlə istədiyin hər mövzudan danışa bilərsən. Bir mövzuda bildiyim, deyəcəyim bir şeyim olmasa belə dinləməyi bacaran, öyrənməyi sevən biriyəm. Gəzdiyim yerlərdə, məkanlarda şəkil çəkdirmirəm demək olar. Tək olduğum zaman yadıma düşməz heç, yanımda biri varsa o desə bir iki foto çıxar ortaya.
Kitabxanam tarixi romanlar, fantastik ədəbiyyat, fəlsəfə, siyasət, tarix-araşdırma kitabları ilə doludur. Romantika oxumuram, oxumadım da (bir kitab xaric,onu da tövsiyə etmişdilər deyə "Me before you"). Romantikanı yaşamaq daha gözəldir.
Həyat hekayələrinin yaşatdığı hissləri aşmağın çətin olduğu çox sevdiyim kitab,film-serial personajları var (Dalinar Kholin, Jaime Lannister, Jon Snow, Hober Mallow, Feldmarşal Tamas, Qriqoriy Melexov). Hər birinin hekayəsinə gözlərimin dolduğunu bilirəm.
İndi isə bir müddət yalnız qalmaq istəyirəm. Yazdıqlarımı gözdən keçirib kitabı tamamlamağım üçün sosial mediadan uzaqlaşmağı qərara aldım. Bunu bura niyə yazıram bilmirəm, modern gündəlik kimi düşünək. Elə daha məntiqli.
22 notes · View notes
psixologiyaze · 2 years
Text
Mən qəribə adamları xoşlayıram. Çünki bu dünyada sadə həyat tərzi keçirib, hər şeyini qaydasında edirmiş kimi görsənən adamlar daha çox etibarsız olurlar.
65 notes · View notes
soltanovhharun · 1 month
Text
Salam Allah. Bilirəm, heç həddim də deyil işinə qarışmaq.. yada sözlərə kədərimi bulayıb sənə namə yazmaq. Ama görmürsənmi yaratdiğın bendelerin bu halını? Hamımızı iyrənc bir kədər ələ keçirib. Yavaş yavaş senin qüdrətinə sarı yaxınlaşırıq. İnsan irqi bu qədər mükəmməl yaradılış olduğu halda de mənə bəs niyə bu qədər nankorlaşdıq?
Söylə, kim baxacag bu çarəsiz dünyanın çarəsinə?
Arabir yaratdığlarının çirkin əməllərinə ağlayıram. Məqsədinin nə olduğunu bilməyən bu cəmiyyətə biraz qarış da.. Axı hər iki dünyanın axirət pərdələri sənə qalmalıdı. Adına edilən bütün o yalançı əhdləri eşitmirsən? Bəşərin bu halına əsəbləşməlisən daha.. Haqsızlığa göz yumub, ədalətsizliyi alqışlayan bu cəmiyyətə.. yada nadanlığa fitva verənn mənfur xislətli kəslərə. Biraz da əsəbləş.. Dindən, imandan dönmüş,imansızlığa bürünmüş kafirlərə. Biraz döndürmelisən, işə salmalısan paslanmış ədalət çarxını. Yer üzünün alçaq olan sakinlərinə mərhəmət paylamalısan.
Düzü.. Heç bu işıqlara da laiq deyilik. Hərsəhər parlayan və dünyaya işıg saçan o Şəfeqi vermə bizə. Əbədi bir zülmətə qərq et bütün cahanı.
Sənə sadiq olan bəndələri də gör. Onları bu dünyanın çəkilməz cəfasından al, torpağa basdır, buludlara ucalt və onları yanında yaşat. İlahi görmürsənmi bjzə verdiyin yaşıllıgları məhv edib üzərində beton göydələnlər ucaltdığımızı?
Heç eşitmirsənmi gözüyaşlı anaların içində ölən çarəsiz fəryadları? Bəs njyə görməzdən gələsən ki? Hər gün yağmurların yuyub, torpağın əmdiyi günahsız körpə qanlarını? Ən sonunda bir tək sevgini alacaq kişilərjn min bədəndə gecələməsi mi yoxsa qadınların əməllərini gizlətmək üçün başlarını örtməsi mi?
Mən yorğunam. Sən söylə Allah, unutmuşam.. Nəcə xilas olunur bu halsız hissiz və ... kədərli cümlələrdən?
Təkcə nicat yolumuz da sənədir məncə.. Ciyərimizdeki küllərdən, qəlbimizdəki kindən və ruhumuzdaki kədərdən qurtar bizi..
Qurtar bizi bu rəzalətdən..
3 notes · View notes
mmar1ia · 1 year
Text
Fərqli yaşda, fərqli saatlarda, fərqli fəsillərdə, fərqli illərdə və əsası da eyni yerdə dayanıb sadəcə bir yerə baxıram. Bu yerdə bir neçə il bundan əvvəl də olduğumu və düşüncələrimin dəyişib dəyişmədiyi haqda düşünürəm. Mən kim oldum və necə birinə çevrildim ? İnsan özünü tanımağa və yaşadıqlarını göz önündən keçirib, keçmişlə bugünü müqayisə edərkən heç bir şeyin əvvəlki kimi olmadığını və bugünün də gələcəkdən fərqlənəcəyini anlayır…
38 notes · View notes
kam-ran1bv · 1 year
Text
Sorry ama sizi fırladıb vaxt keçirib sonra atan insanlar üçün acizcə dasdanlar yazmağınız çox gülməli gəlir
7 notes · View notes
banuulandiya · 1 year
Text
Hər şeyini bildiyin biriylə bunca zaman keçirib sonunda sadəcə yad kimi uzaqdan baxmaq..
7 notes · View notes
jacob77 · 1 year
Text
Biriylə nə qədər zaman keçirib,sonda onun sadəcə bir yad olduğunu qəbullanmaq..Nə böyük bir itki..
Joel Barish,Sil Başdan (2004)
12 notes · View notes
metbuat · 2 years
Text
Klopp "Liverpul"da 400-cü oyununa çıxdı
Klopp “Liverpul”da 400-cü oyununa çıxdı
Çempionlar Liqasının qrup mərhələsinin VI turunda “Napoli”yə qarşı oyun “Liverpul”un baş məşqçisi Yurgen Klopp üçün əlamətdar olub. Metbuat.org xəbər verir ki, sözügedən qarşılaşma alman mütəxəssisin İngiltərə klubunun sükanı arxasında 400-cü matçı olub.  Beləliklə, Klopp “mersisaydlılar”ın tarixində bu göstəriciyə çatan dördüncü məşqçi olub. Daha əvvəl Tom Uotson, Bill Şenkli və Bob Peysli…
Tumblr media
View On WordPress
0 notes
fakhriia · 1 year
Note
Ağlı ilə sevmək nə deməkdi? Qarşındakının anatomiyasını gözdən keçirib psixoloji vəziyyətini yoxladıqdan sonra məntiq testinə salıb IQ səviyəsini təyin etmək deməkdi? Açıqlayın həqiqətən maraqlıdır. Çünkü belə bir anlayış ola bilməz. Hislər, duyğular, sevgi, nifrət, məhəbbət nə zamandan bəri hökm edilən, yönləndirilib dəyişdirilə bilən şeylər olubki? Ağıl ilə sevmək olmaz ağıl ilə seçim etmək olar.
ağıl ilə sevmək dedikdə burda sevgi anlayışı məcaz olaraq götürülüb. çünki nəzərə alanda ki, ürək sevgi hissindən tamamilə uzaq bir şeydir qeyd edilən fikirdə də səhvliyin olmadığını başa düşmək çətin olmaz. belə izah edim ki, ürək həmişə sevgi simvolu olub. çünki sevdiklərimizi görəndə ürəyimizin sürətli və güclü döyünməsi və buna reaksiya verməsi sevginin qəlbimizdəki hissini gücləndirib. bu, ürəyi bədəndəki sevginin mərkəzinə çevirir. aparılan araşdırmalara görə, bu inanclar təəssüf ki, doğru deyil. ürəyin sevgi ilə heç bir əlaqəsi yoxdur. ürək bədənin ən vacib orqanı olsa da, onun qanı bütün bədənə vuran əzələ olmasından başqa heç bir funksiyası yoxdur. əslində, ürək beynin xidmətindədir. beynin hər bir bölgəsi fərqli funksiyaları təşkil edir. orta beyin emosiyalar və sevgidən məsuldur. yəni sevgini orta beyin qavrayır. insan sevgilisini görəndə ara beyin ürəyin daha sürətli və güclü döyünməsinə səbəb olan kimyəvi maddələri əmələ gətirir: endorfin, testesteron vs. bəzən biz bunu dərk etməyib ürəyin çılğınlığına qapılırıq. əslini unutmayıb ağılla sevmək demək də tam olaraq budur. yəni sadaladığınız hisslər heç də ağıldan uzaq funksiyalar deyil. sevmək də bir seçimdir)
12 notes · View notes
eminjbrylv · 1 year
Text
Telefonu uçuş moduna keçirib yatmaq ✅
19 notes · View notes
ogunbugundur · 1 year
Text
səninlə gözəl, gülüb əyləndiyim bir gün keçirib evə gələndə özümü asa bilərəm
17 notes · View notes
abuzerovaa · 1 year
Text
Yaşadığlarımız,gördüklərimiz çox qəribə deyil?Bəzən kənara çəkilərik.Olan-bitən hər şeyi nəzərdən keçirib,anlamaq üçün.Necə həyəcanları,sevincləri,doğru və ya yalnışları,seçə bilmədiklərini və daha nələri görərik.Ama bunlara baxmayaraq işlər öz axarında davam edər.Heç qəbullanmayacağın hadisələri sevinclə,həvəslə,ümidlə qarşılamaq məncə bir çoxumuzun gözləntilərində olmur.Həyatdı bu,kainatın var oluşu,bizə bir mesajıdı.Olduğun anı,yaşamı gözəlləşdirməlisən.Pislikləri,neqativləri təmizləməyə çalışma.Çünki onlar düşünüldükcə artır.Qaranlıqdan çıxmalı,bir daha gəlməyəcəyimiz dünyanın dadını çıxartmalıyıq🍃🌎
3 notes · View notes
aiselibrahim · 2 years
Text
Qəribə bir boğulma hissi var. Bezmişlik, həvəssizlik. Əslində bu yazdıqlarımın da heç biri deyil, hansını yazsam başqa bir sözə ehtiyac duyuram təsvirimin mahiyyətini açmaq üçün. Amma yolunda getməyən şeylər var. Hər şey qaydasında olsa da, olmasa da. Sanki bir əngəl var hər şeydən geri saxlamaq istəyən və ya hissləri donduran. Bəzən hər şey olduqca mənasız görünür, məna axtarışları və hədəf qoyub uğrunda çabalamaq da hardan baxsan nəyəsə xidmət etməyən uzun və darıxdırıcı yol kimi uzanır sanki qarşımda. Köhnə xatirələr gəlir gözlərimin qarşısına, tanış duyğular və hadisələri saniyəlik də olsa yenidən yaşamış kimi olmaq kiçicik də olsa kədər duyğusu verəndə də ürkürəm bəzən. Fikirləşirəm, əgər kefsiz və ya kədərli olsam ən azından bilərdim ki, dərdim var. Bir gün dostlarımla vaxt keçirib doyunca əyləndikdən sonra sabahısı oyananda keçən gün ərzində hiss etdiklərim mənasız gəlir. Qarşılaşdığım sıxıntılar, üzümə gülüb arxamdan danışan və özünü qabaqdan gəlmiş sayıb planlı şəkildə məni pis vəziyyətdə qoyan insanlar, ölkədə və cəmiyyətdə baş verən hadisələr hiss etdiklərimin fonunda iyrənc toz yumağı kimi dayanıb bir kənarda. Hər hansısa birinə diqqət edəcək enerjim yoxdur. Bu ay oxuduğum psixoloji bir kitabda yazımışdı ki, bəzən içimizdən gəlməsə belə "mış" kimi davranmalıyıq. Hər şey qaydasındaymış kimi, hər şeyin tezliklə qaydasına düşəcəyinə inanırmış kimi, özündən əminmiş kimi. Bir müddət elə davrananda buna həqiqətən də inanırmışsan və "mış" həqiqətinə çevrilir, sən olur. Bəlkə də mən də artıq "mış" kimi davranmağa başlamalıyam. Bəlkə də mənim özümə aid həqiqətlərim məni və ətrafımdakıları zəhərləməkdən başqa bir işə yaramır. Fikir döngüsündə olmağın özü də düşüncə zəhərlənməsi keçirmək deyil də nədir?
9 notes · View notes
politiciansstuff · 25 days
Text
Tumblr media
BAYRAMOVUN MÜHÜM ANKARA SƏFƏRİ –
MASADA BUNLAR VAR...
Rusiya prezidentinin Azərbaycana səfərindən sonra Türkiyə ilə məsləhətləşmələrə niyə ehtiyac yaranıb?
Xarici işlər naziri Ceyhun Bayramov avqustun 27-də Ankaraya səfər edib. Səfər çərçivəsində Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq məsələlərin müzakirə edilib. İstisna deyil ki, Rusiya prezidentinin Azərbaycana səfərindən sonra Türkiyə ilə məsləhətləşmələrə ehtiyac yaranıb.
Məlumdur ki, Cənubi Qafqazda təhlükəsizlik sisteminin qurulması yolunda Bakı və Moskva arasında davamlı məsləhətləşmələr, siyasi müzakirələr aparılır. Bu gün şimalda və cənubda baş verən qlobal müharibələr fonunda Cənubi Qafqazda nizamın qurulması müstəsna əhəmiyyətə malikdir. Rusiya Cənubi Qafqazda ənənəvi maraqlarını güdməsi ilə yanaşı, qardaş Türkiyənin də yeni reallıqlarda bu regionda mövqeyi çox möhkəmdir. Şübhəsiz ki, Rusiya, Azərbaycan və Türkiyənin Cənubi Qafqazda da etibarlı münasibətlər qurması kənar güc mərkəzlərini, böyük dövlətləri, qurumları narahat edir. Azərbaycan və Türkiyənin ortaq yanaşması, davamlı olaraq qarşılıqlı görüşlərin keçirilməsi, beynəlxalq texnologiya ilə ifadə etsək, saat əqrəblərinin tutuşdurulması indiki reallıqda müstəsna əhəmiyyətə malikdir. Görünür, tərəflərin bölgədəki mövcud durumla bağlı müxtəlif mövzuları müzakirə etmələrinə ehtiyac yaranıb.
Yada salaq ki, iyunun 10-da Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyəyə işgüzar səfər edib, Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş keçirib.
VI Çağırış Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında bu səfərin təsadüfi olmadığını qeyd etdi: “Ceyhun Bayramovun qardaş Türkiyəyə səfəri, əlbəttə, təsadüfi deyil. Baxmayaraq ki, iki qardaş ölkə arasında istənilən məsələlər ətrafında, xüsusi olaraq, dünyada və regionda gedən hadisələrlə bağlı intensiv məsləhətləşmələr aparılır. Bu həm ölkə prezidentləri səviyyəsində, qarşılıqlı səfərlər, telefon danışıqları və heç şübhəsiz ki, xarici işlər nazirləri arasındakı görüşlərlə həyata keçirilir. Bu səfər də bu baxımdan təsadüfi hesab oluna bilməz. Nəzərə alsaq ki, Cənubi Qafqaz ətrafında ciddi proseslər gedir. Amerika və Avropa Ermənistan vasitəsilə Qafqaza daxil olub orada möhkəmlənib, Rusiyanı sıxışdıraraq, eyni zamanda Türkiyəni kənarlaşdıraraq hakim mövqe tutmağa çalışır. ABŞ-ın son addımları da bu baxımdan ciddi mahiyyət kəsb edir. Cənubi Qafqazda ciddi nüfuz sahibi olan və həlledici mövqeyə sahib olan Azərbaycanın rəyi nəzərə alınmadan Cənubi Qafqaza gəlmək və burada möhkəmlənmək, sadəcə olaraq, problemlidir. Əlbəttə, biz Amerikanın beynəlxalq güc statusunu nəzərə almalıyıq. Ona görə də indiki situasiyada görünən budur ki, Azərbaycan, Rusiya və Türkiyənin Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində vahid cəbhədən çıxış etməsi daxili zərurətə çevrilib. Çünki Amerika və Avropanın regiona yerləşməsi hər üç dövlət üçün ciddi təhdidlər yaradır. Türkiyənin Cənubi Qafqazda mövcudluğu, onun strateji maraqlarının bu regionda əhəmiyyət kəsb etməsi və burada Orta Asiyanın türk dövlətləri ilə bir coğrafiyanın yaradılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Burada yad qüvvələrin olması heç cür Türkiyəni təmin edə bilməz. Yad ünsürlərin regionun içərisinə girərək, Türkiyə və Azərbaycanın çox ciddi, strateji xarakter daşıyan türk birliyi dövlətlərinin, Turanın yaradılmasına mane olacaq başlıca amillərdən biridir. Rusiyanın ənənəvi maraqları var. Rusiya da Qafqazdan getmək istəmir. Ermənistandan da çıxmaq niyyətində deyil. Deməli, eyni zamanda istər-istəməz Rusiyanın maraqları ilə Azərbaycan və Türkiyənin maraqları üst-üstə düşür. Bunların uzlaşdırılması baxımından Putinin Azərbaycana gəlişindən, Türkiyə və Azərbaycan prezidentlərinin telefon danışığından sonra görünür ki, məsələlərin masa üzərində xarici işlər nazirləri səviyyəsində müzakirəsinə ciddi ehtiyac duyulub. İstisna etmirəm ki, XİN rəhbərləri arasındakı görüşdə Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan məsələsi müzakirə mövzusu olub. Hesab edirəm ki, bu səfər Azərbaycan, Rusiya və Türkiyə arasındakı münasibətlərin strateji və geosiyasi maraqlarının uzlaşdırılması baxımından xüsusi məna kəsb edir. Amerika və Avropanın Ermənistan vasitəsilə Cənubi Qafqaza yerləşməsinin qarşısının nə dərəcədə alınmasının detallarının yaxın gələcəkdə şahidi olacağıq. Hər halda, Amerika və Avropanın Cənubi Qafqaza yerləşmək niyyəti Azərbaycanın strateji maraqlarına və milli təhlükəsizliyinə təhdid yaradan hadisə olardı. Çünki hazırkı dövrdə Azərbaycan-Rusiya münasibətlərində kifayət qədər qarşılıqlı etimad var. Qardaş Türkiyə ilə Rusiya arasında da qarşılıqlı etimada söykənən münasibətlər mövcuddur. Azərbaycanın burada əli daha güclüdür. Çünki özünün Rusiya ilə münasibətləri, digər tərəfdən, Türkiyə amili var. Bu üç dövlətin Cənubi Qafqazda fəaliyyəti məqbul hesab oluna bilər, nəinki Amerika və Avropanın Cənubi Qafqaza yerləşməsi...”
“Musavat.com” saytı
Cavanşir Abbaslı
28 avqust 2024-cü il
https://musavat.com/news/bayramovun-muhum-ankara-seferi-masada-bunlar-var_1096914.html
0 notes