rohanseoewe · 8 months ago
Text
Saytların Hazırlanması, Sayt Hazırlanması | Interactive Media
Sözügedən platforma vasitəsilə dünyanın internet üzərində olan saytlarının 35%-dən çoxu hazırlanıb.  Bu platformada saytin hazirlanmasi əsasən şirkətlərin korporativ veb saytları, bloq saytları və digər sadə və orta həcmli olarsa, həyata keçirilir. Bununla belə orta həcmli onlayn mağaza saytlarının da bu CMS növündə hazırlanma halları az deyil. Böyük onlayn mağaza saytları üçün ən uyğun Content Management Systemi isə OpenCart ilə veb sayt yaradılması sayılır. Bu open source program təminatı onlayn mağazalar üçün ixtisaslaşıb və bu sahədə çox geniş funksiyalara malikdir. Saytlarin hazirlanmasinda müxtəlif xüsusiyyətləri və üstünlükləri olan TYPO3, Joomla, Drupal kimi kod sistemləri də müxtəlif məqsədli saytlar üçün müxtəlif ölkələrdə böyük tələbə malikdir. Bunların birinin digərindən daha yaxşı olmasını demək çox çətindir, çünki, qeyd etdiyimiz kimi, hər biri fərqli sahə üçün daha spesifikdir. Content Management Sistemlərinin əsas özəlliyi odur ki, veb saytın backendi platforma tərəfindən təmin olunur və istifadəçiləri bir çox yararlı “tool” –larla təmin edir. Bu saytlarin hazirlanması xidməti ilə məşğul olan şirkət üçün daha az iş anlamına gəldiyi kimi eyni zamanda da sayt sifariş edən üçün də büdcəyə qənaət deməkdi
Visit :  https://www.interactivemedia.az/
#veb sayt,
#saytlarin hazirlanmasi,
#sayt hazirlanmasi,
#saytların hazırlanması,
#web sayt hazirlanmasi,
#sayt yaradan şirkətlər
0 notes
politiciansstuff · 10 months ago
Text
Tumblr media
İLHAM ƏLİYEVİN DÜNYAYA MESAJI...
Hədəflərimiz bəllidir!
Ötən gün cənab Prezidentin yerli televiziya kanallarına müsahibəsi bütün dünyanın marağına səbəb oldu. Əminliklə demək olar ki, İlham Əliyevin verdiyi ismarıclar həm Ermənistan hakimiyyətinə, həm də onlara havadarlıq edən qüvvələrə, sözün əsl mənasında, dərs oldu. İlham Əliyev təkcə Qarabağ məsələsindən və tarixi zəfərimizdən bəhs etmədi, o həm də gələcəyə planlanmış mütləq hədəflərini açıq şəkildə dilə gətirdi. Elə bu əminlik, bu iradə, əsl güclü lider xüsusiyyətlərini özündə ehtiva edən siyasi əhəmiyyətli çıxış, anti-Azərbaycan qüvvələrinə bizə qarşı davranışlarında daha da ehtiyatlı olmalarını xatırlatdı. Cənab Prezidentin dediyi kimi, - “hesab edirəm, bu, təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayananlar üçün də bir dərs olmalıdır, - bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil”.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın normallaşma və sülh prosesinə sadiq qaldığını vurğulayıb, qaranlıq, ətrafında qalmaqal və şou yaradılan məsələlərə açıq-aydın münasibət bildirib. O, bununla həm də Azərbaycan cəmiyyətinin gələcək hədəflərini açıqlayıb.
Növbədənkənar seçkilərin keçirilməsi məsələsinə aydınlıq gətirən Prezident vurğuladı ki, illər sonra tarixdə ilk dəfə Xankəndidə seçkilər keçiriləcək. Orada yaşayan insanlar səs verəcəklər: - “Əgər 2025-ci ilə qədər gözləsəydik, birinci seçki Bələdiyyə seçkiləri olacaqdı. Mən isə hesab edirəm ki, Azərbaycan üçün ən önəmli seçki, Prezident seçkiləridir və Xankəndidə məhz birinci Prezident seçkiləri keçirilməlidir”.
Möhtərəm Prezident müsahibəsində sərhədin delimitasiyası ilə bağlı dedikləri İrəvanın irəli sürdüyü “güzgü prinsipi”nin və 1970-ci illərin xəritələrinin əsas götürülməsi istəyinin Azərbaycan tərəfindən rədd edildiyini təsdiqlədi. Rəsmi Bakının delimitasiya ilə bağlı üç təklifini irəli sürdüyünü bildirən İlham Əliyev, bütün qaranlıq məqamlara aydınlıq gətirdi.
Xəritələrin yenilənmə məsələsini gündəmə çıxaran Prezidentimiz SSRİ -nin qurulmasından sonrakı xətirələri göz önünə çəkdi. Nəzərə alsaq ki, delimitasiya bu xəritələr əsasında aparılarsa, otlaq və əkin sahəsi adı altında Ermənistana bağışlanan ərazilər qaytarılmalıdır. Məhz açıq mənbələrdə Ermənistana bağışlanan ərazilər haqda məlumatlar da mövcuddur.
Müsahibəsi zamanı İlham Əliyev həm də xüsusilə qeyd etdi ki, bu variantda ekspert qrupları yaradılır və qrup sərhədi qarış-qarış müəyyən edir. Ekspert qrupunun işi demarkasiya prosesini həyata keçirmək ola bilər, lakin buna qədər delimitasiya aparılmalı - sərhəd xətlərinin haradan keçdiyi kağız üzərində razılaşdırılmalıdır. Bu variantda Azərbaycan, Prezidentin də dediyi kimi, 44 günlük müharibədən sonra çıxdığı sərhəd xəttindən geri çəkilməyəcək.
Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində “Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır” söyləyərək, Azərbaycanın hər bir sahədə qazandığı uğurları təqdim etdi. Bu il ölkəmiz COP29-a ev sahibliyi edəcək. Belə mötəbər beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün imkanlar mövcuddur. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan illər keçdikcə qaz ixracatçısına çevrildi. Bu gün isə Azərbaycanın gələcəyini yaşıl enerjiyə bağlamasından bəhs edirik. Ölkəmizin bərpaolunan enerji potensialı böyükdür. Dövlət başçısı İlham Əliyev Qarabağı, Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib. Bu resurslar gələcəkdə Azərbaycanın enerji əməkdaşlığının coğrafiyasının genişlənməsində əhəmiyyətli rol oynayacaq.
Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq. Dünyanın belə bir mötəbər beynəlxalq tədbirinin Azərbaycana həvalə edilməsi ölkəmizin gündən-günə artan nüfuzunun göstəricisidir. Azərbaycan bugünədək ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərlə hazırkı dövrün çağırışlarının həyata keçirilməsinə mühüm töhfələr verib.
Son vaxtlardakı bütün çıxışlarında olduğu kimi Prezident İlham Əliyev işğaldan azad edilən torparlarda aparılan quruculuq işlərinə də geniş yer verdi. Möhtərəm Prezident qeyd etdi ki, Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu il həmin yaşayış məntəqələrinə keçmiş köçkünlərin qaytarılması davam ediləcək. Bu ilin İnvestisiya Proqramının artıq bir neçə dəfə müzakirədən keçdiyini, yaxın günlərdə təsdiqlənəcəyini söyləyən dövlətimizin başçısı diqqətə çatdırdı ki, “Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Bu, nəhəng layihələrdir”.
Ümumiyyətlə, Vətən müharibəsində qazandığımız Zəfərdən üç il zaman ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərimizdə abadlıq və quruculuq işləri uğurla və davamlı şəkildə həyata keçirilir. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. Bu gün işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin həmin ərazilərə səfər etməsi və bərpa-quruculuq işləri ilə şəxsən maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etməsi görülən işlərin sürətini artırmaqla yanaşı, keyfiyyətinin də yüksək olmasından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında yollarının yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Bütün bunlar cənab Prezidentin düşünülmüş siyasətinin məntiqi nəticəsidir.
Cənab prezident həm də elan etdi ki, yeni tarixi səhifə açılır və bu, Azərbaycanın sərhədlərindən kənara çıxmasıdır. Müasir tarixdə bir ilkə imza ataraq, ərazi mübahisəsini ən yüksək səviyyədə, unitarlığını qorumaqla bərpa edən Azərbaycan tarixində ilk dəfə sərhədlərini aşır - gücü ilə, ordusu ilə, iqtisadiyyatı ilə, siyasəti ilə...
Həmçinin bu müsahibədə diqqəti çəkən əsas məqamlardan biri də, ölkə başçısının Türkiyə və Türkiyə Prezidenti haqqında söylədiyi fikirlər oldu.
Belə ki, İlham Əliyev, “Bu gün əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa, əlbəttə, ilk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm, onu məlumatlandıraram”- deyərək, Türkiyə ilə Azərbaycan arasında olan qardaşlığın sarsılmaz bağlarla qurulduğunu bəyan etmiş oldu. Yeri gəlmişkən onu da demək lazımdır ki, 44 günlük İkinci Qarabağ müharibəsində “Azərbaycan tək deyil” çağırışı qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyaya mesajı oldu. Azərbaycan və Türkiyə hər zaman bir yerdədir. Dünya Azərbaycan və Türkiyənin timsalında qardaşlığın nümunəsini görür.
İlham Əliyev Azərbaycanın regional liderliyini bir daha elan etdi və bütün cəmiyyəti ardınca gəlməyə çağırdı.
Sərrast, milli maraqlardan geri çəkilməyən, diplomatiyanın ən yüksək səviyyədə hazırcavablıqla ifadəsi və güclü iradə sahibi olan İlham Əliyev, gələcək 7 il üçün açıq mətnlə fikirlərini ifadə etdi və o politoloqları, siyasətçiləri, ziyalıları yeni dövrü təhlil etməyə, yeni strategiyanın hazırlanmasında iştirak etməyə səslədi. Əslində, cənab Prezidentin buna ehtiyacı yoxdur. Cənab Prezident 20 ilə yekun vurub, seçkiləri də bu yekun üçün irəli çəkib. Sadəcə o siyasətçilərə, politoloq və ziyalılara ona görə səsləndi ki, özünün başlatmış olduğu yeni tarixdə, yeni strategiyasına köklənsinlər və yeni dövrün tələblərini anlasınlar. Tam əminliklə demək olar ki, İlham Əliyev yeni dövr üçün yeni tarix yazmağa hazırlaşır. Bununla belə o əvvəlki tarixi zəfərinə baxmayaraq, arxayınlaşmadığını göstərdi və cəmiyyətə də bir mesaj verdi.
Çünki o, tarixin kəsimlərindən maksimum istifadə etməyi bacardığı qədər də zamanı dəyərləndirən və psixoloji halı qiymətləndirməyi bacaran böyük filosofdur.
İlham Əliyev bilir ki, xalqın yaşaması, inkişafı üçün ilk növbədə passionarlığını saxlaması vacibdir. Tənbəllik olmaz, arxayınlaşmaq qəti olmaz, qürurlanıb, Tarixi Zəfərin kölgəsində mürgüləmək isə faciələrə səbəb ola bilər.
İlham Əliyev xalqı məhz buna çağırdı: arxayınlaşmayın, tənbəlləşməyin, hansı zamanda, hansı qonşular əhatəsində, necə şəraitdə yaşadığınızı unutmayın!
Onu da qeyd etmək labüddür ki, növbəti 7 ildə, İlham Əliyevin görəcəyi ən mühüm işlərdən biri də, Zəngəzur dəhlizi ilə bağlı olan məsələdir.
Zəngəzur yolu ilə bağlı açıqlamalar verən, Ermənistanın ərazi bütövlüyü ilə bağlı canfəşanlıq edənlərə Azərbaycan Prezidenti qəti ismarışını çatdırdı: “Azərbaycandan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir”. İlham Əliyev daha sonra qeyd etdi ki, əks halda Ermənistan əbədi dalan kimi qalacaq: “Dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir”.
Buradan da belə başa düşülür ki, Respublikanın ərazisi ilə bağlı tarixi ədalətsizliyin aradan qaldırılması məsələsi yenidən gündəliyə çıxarılır. Eynən Prezidentin son müsahibəsində söylədiyi kimi: “ Xankəndidə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi”.
Bəli biz, ədaləti bərpa etdik!
Fəzail Ağamalı,
Milli Məclisin deputatı
“Yeniazerbaycan.com” saytı
13 yanvar 2024-cü il
https://www.yeniazerbaycan.com/xeberlenti_e95821_az.html
0 notes
caviddivac · 1 year ago
Text
Corat qutabı, yoxsa Xilə qutabı?
Dünyada bir sıra kulinariya münaqişələri mövcuddur, kulinariya münaqişələri adətən regional, etnik səviyyədə olsa da, Azərbaycanda kulinariya münaqişələrindən daha lokalına dəvə qutabı nümunəsində rast gəlinir:
Corat qutabı, yoxsa Xilə qutabı?
Tumblr media
Ölkəmizdə coğrafi indikasiyalı kulinariya nümunəsi olan bu qutablar bir-birindən təxminən 30 km məsafadə yerləşən Abşerondaxili iki yaşayış məntəqəsini təmsil edir. Bu bu baxımdan maraq doğurur.
Xilə – Bakı kəndlərindən biri olan Əmircanın digər, daha qədim adıdır. Bu qədim kənd rəsmi olaraq Əmircan adlansa da, bu gün də alternativ olaraq Xilə adı ilə tanınır. Hazırda əksərən ticari məqsədlər üçün kəndin bu qədim adından istifadə edilir. Kənd Abşeron yarımadasının mərkəzində yerləşir.
Sözügedən qutab maraqlıdır ki, Əmircan adı ilə yox, məhz bu adla - Xilə adıyla tanınır. Kəndin adının Əmircan kimi adlanmasına XIV əsrdən etibarən başlanıldığı güman edilir. Qutabın xalq şüurunda Xilə adı ilə adlandırılması bu mənada bir neçə yüzillik tarixdən xəbər verə bilər.
Corat isə Abşeron yarımadasının şimal-qərbində Xəzərin sahilində yerləşən qədim kənddir. Keçmiş Bakı qəzasına daxil olan bu kənd hazırda Sumqayıt şəhəri tərkibindədir. Əminliklə demək olar ki, bu kəndin adını daşıyan qutab Xilə qutabından daha çox şan-şöhrət qazanmışdır.
Hər iki qutab orijinalda dəvə ətindən təndir, və yaxud sobada hazırlanmalıdır. Lakin buna baxmayaraq ölkədə dəvəçilik təsərrüfatlarının az inkişaf etməsi səbəbindən tələbi qarşılamayan dəvə əti yerinə əksərən mal ətindən istifadə edilir. Deyilənə görə bəzən mal ətini dəvə əti əvəzedicisi olması üçün maxinasiya məqsədi ilə mal ətinə şəkər tozu qatıldığından ölkədə çox adam dəvə ətinin şirin dadı olduğunu hesab edir. Bir sözlə hər şeyə rəğmən arasında ciddi bir fərq olmayan bu iki qutab, buna baxmayaraq kiçik kulinariya münaqişəsi yaradır.
Coratlılar hesab edir ki, Xilə qutabı Corat qutabının törəməsidir. Onlar Xiləyə gəlin köçən coratlının Corat qutabını bişirməsindən sonra Xilədə də bu qutabın yayılmağa başladığını iddia edirlər. Maraqlıdır ki, eyni iddianı əks istiqamətdə əmircanlılar da edir. Onlar isə hesab edir ki, xiləli gəlinin Corata gəlin köçməsi nəticəsində bu qutabın Coratda da bişirilməsinə başlanılmışdır. Bu şifahi xalq nəzəriyyəsi kulinariya nümunələrinin digər ərazidə yayılmasının səbəbini sadə bir dildə göstərməsi baxımından da maraq doğurur: Gəlin köçlərinin kulinariyaya təsirləri
Coratlı və xiləlilərin bir-birlərinə qarşı iddiaları bu videoda əksini tapmışdır
Bugün Corat qutabı turizmi Azərbaycan qastro-turizm nümunəsi kimi uzun illərdir Abşeronun şimal sahilləri, Sumqayıt rivierası boyunca yerləşən restoranların fəaliyyətinə müsbət təsirini göstərməkdədir. Xəzər dənizi sahili boyunca yerləşən kafe və restoranlar uzun illərdir menyularında Corat qutabını təqdim edərək, Bakıdan və digər yerlərdən özlərinə müştərilər cəlb edirlər. Corat qutabı Azərbaycan mətbəxi nümunəsi kimi ölkə kənarında Azərbaycan restoranlarının menyusunda da özünü göstərir.
Tumblr media Tumblr media
Xilə qutabı isə daha az tanınır və yalnız Əmircan qəsəbəsində yerləşən "Kafe Xilə" adlı kafedə müştərilərinə təqdim edilir.
Tumblr media
Kafe Xilədə Xilə qutabı (16.07.2023)
Tumblr media
Kafe Xilə. "Qutablar, Xilə qutabı"
0 notes
dusuneninsan · 2 years ago
Text
Bir çox təkamülçü mənbədə insanla meymunun 99% oxşarlıq təşkil etdiyi və bunun təkamülə dəlil olduğu iddia edilir. Bu təkamülçü iddia xüsusilə şimpanzeyə aid edilir və bu canlının meymunlar arasında insana ən yaxın növü kimi insanla şimpanze arasında qohumluq olduğundan bəhs edilir. Əslində bu da təkamülçülərin cəmiyyətin məlumat azlığından istifadə edərək ortaya atdıqları saxta dəlildir.
99% oxşarlıq iddiası insanları çaşdırmaq məqsədi güdən təbliğat üsuludur
Əvvəla qeyd edilməlidir ki, insan və şimpanze DNT-ləri haqqında tez-tez irəli sürülən 99% oxşarlıq iddiası insanları aldatmaq məqsədi ilə edilir. İnsanla şimpanzenin genetik quruluşlarının bir-birinə 99% oxşar olduğunu iddia etmək üçün insanın genetik quruluşu ilə yanaşı, şimpanzenin də genetik quruluşu öyrənilməli, hər ikisinin genləri bir-biri ilə müqayisə edilməli və nəticə olmalıdır. Ancaq əslində belə bir nəticə yoxdur. Çünki indiyə qədər yalnız insanın genetik xəritəsi əldə edilmişdir. Şimpanze üzərində isə bu cür tədqiqat aparılmamışdır. Bugün də gündəmdə olan insan və meymun genlərinin 99% oxşarlıq iddiası illər əvvəl ortaya atılmış təbliğat xarakterli şüardır. Bu şişirdilmiş oxşarlıq iddiası insanda və şimpanzedə olan 30-40-a yaxın əsas zülallardakı amin turşusu düzülüşünun oxşarlığına əsaslanaraq aparılan ümumiləşdirmədir.
Əslində insanda 30 minə yaxın gen və bu genlərin kodlandığı 100 minə qədər zülal var. Buna görə də 100 min zülaldan sadəcə 40-nın oxşarlığı ilə insan və meymunun bütün genlərinin 99% eyni olduğunu iddia etmək üçün heç bir elmi əsas yoxdur. Sözügedən 40 zülala gəldikdə isə onların üzərində aparılan DNT müqayisəsi hələ də mübahisəlidir. Bu müqayisə 1987-ci ildə Sibley və Olkvist adlı iki bioloq tərəfindən aparılmış və Journal of Molecular Evolution (Molekulyar Təkamül) jurnalında dərc edilmişdir. (Sibley and Ahlquist Journal of Molecular Evolution, no: 26, s. 99-121) Ancaq daha sonra bu iki bioloqun irəli sürdüyü iddiaları tədqiq edən M.Sariç isə istifadə edilən üsulun etibarlılığının mübahisəli olduğu və faktların şişirdildiyi nəticəsinə gəlmişdir. (Sarich et al., Cladistics, 1989, 5:3-32)
instagram
0 notes
metbuat · 2 years ago
Text
Yevlaxda üç min manatlıq tovuz quşu - VİDEO
Yevlaxda üç min manatlıq tovuz quşu – VİDEO
Pompon toyuqları, Brama, Cırtdan hind quşları, tovuz quşunun müxtəlif növləri.  Sözügedən ekzotik quşları Yevlax rayonunun Balçı kənd sakini Rəşad Məmmədov bəsləyir. O, həmin heyvanlar üçün xüsusi yerlər quraşdırıb.  Rəşad Məmmədovun sözlərinə görə, quşların qiyməti yaşına və növünə görə dəyişir.“Tovuz quşları arasında ən bahalısı Yava növləridir. Onların satış qiyməti 3 min manata kimi olur”, –…
Tumblr media
View On WordPress
0 notes
aiselibrahim · 3 years ago
Text
Həyatdan nə istədiyini bilməyən kimsələr havada asılı qalmış ip kimi bir gün kiminsə onu dartmasını və ya işə yarayacağı günün gəlib çatmasını gözləyir. Bir kədər halı var üstümüzdə, səbəbini bilmədiyimiz və ya bilib də görməzdən gəldiyimiz yaralarımızdan, yaşanmışlıqlarımızdan geridə qalanlardır, bəlkə də başqa anlaşılmaz qalan şeylərdir. Kədərin səssizcə bütün ruhumuza çöküşü bizim bundan zövq almağımıza səbəb olub, alışmışıq çünki ona, həyat tərzimiz edib düz mərkəzə qoymuşuq. Həyata baxışımız illərimizi qara boşluq kimi keçirib geridə 1-2 xoşbəxtlik qırıntısı qoymağımıza səbəb olur. Soyuq mesajlara və il ərzində şablon olaraq təkrarlanacaq hal-əhval tutmalara sığdırmışıq münasibətlərimizi. Kimə çox dəyər veririk, kimə vermirik yavaş-yavaş hafizəmizdən silinməyə başlayıb, artıq kim uzun müddətdir həyatımızdadırsa ona alışıb bizim üçün çox dəyərli olduğunu zənn edirik. Sözügedən şəxslər haqqında isə dərin düşünsək ən kiçik fikrimiz olmur bəzən, məsələn gecə nələri düşünüb kədərlənər və ya hansı kitabın cümləsini oxuyarkən ürəyindən vurulmuşa dönər. Üzdən və bayağılaşmış münasibətlərin, məqsədsizliyin və özümüzə bənzəyən insanların arasında kim olduğunu tapmaq arayışına girmək cəsarət istəyir, çünki nəticədə hər kəs digərlərindən fərqli və əvəzolunmaz olduğunu zənn edir, öz kimliyini anlamadan. Bəzən də bir sual fırlanır beynimdə, biz həmişə zaman və məkan ünsürlərini dəyişməklə məqsədsiz yaşayıb nə etməli olduğumuzla məşğul olmuşuq, yoxsa uşaqlığımızdan bu günə tər çiçəklərimizi mübarizəyə tab gətirə bilməyib soldurmuşuq?
18 notes · View notes
arbre-sentimental · 6 years ago
Text
Bizim 600 ilə 1000-ci illər arasındakı dövrü “qaranlıq əsrlər” olaraq xarakterizə etməyə meyilli olmağımız, baxış nöqteyi-nəzərimizin nə qədər də Qərbi-Avropa ilə məhdud olmasına bir dəlildir. Həmin illərdə Hindistandan İspaniyaya kimi möhtəşəm İslam mədəniyyəti çiçəklənirdi. Sözügedən dövrdə xristianlıq üçün itki, eyni zamanda bütün sivilizasiya üçün itki demək deyildi, vəziyyət tam əksinə idi. Biz elə zənn edirik ki, mədəniyyət, Qərbi-Avropa mədəniyyətidir. Ancaq bu çox dar bir baxış tərzidir.
Bertrand Russell - History of Western Philosophy, London, 1948, p. 419
6 notes · View notes
ortamlek38 · 2 years ago
Text
Tanınmış məlumat verən Digital Chat Station, Snapdragon 8 Plus Gen 1 çipi ilə Android planşetinin hazırlandığını iddia etdi. Lakin o, planşetin marketinq adını hələ paylaşmayıb; Amma görünür, bu, Xiaomi Pad 6 seriyası ilə bağlıdır.
Tanınmış məlumat verən Digital Chat Station, Snapdragon 8 Plus Gen 1 çipi ilə Android planşetinin hazırlandığını iddia etdi. Lakin o, planşetin marketinq adını hələ paylaşmayıb; Amma görünür, bu, Xiaomi Pad 6 seriyası ilə bağlıdır.
Sözügedən məlumat verən şəxsin Snapdragon 8 seriyası çipi haqqında məlumatı ilk dəfə açıqlaması deyil. İyun ayında o, Xiaomi-nin 14 düymlük ekranlı planşet üzərində işlədiyini iddia etdi. O, həmçinin qeyd edib ki, planşet seriyanın ən bahalı modeli olacaq, görünür, Xiaomi Pad 6 seriyası olacaq.
14 düymlük Xiaomi Pad 6 seriyası bazara Galaxy Tab S8 Ultra və iPad Pro 2022-yə rəqib kimi daxil ola bilər. Bu səbəbdən planşetin Xiaomi Pad 6 Pro və ya Pad 6 Ultra adlanacağı ehtimalı var. Daha əvvəl bir hesabatda eyni modelin, ehtimal ki, Dimensity 9000 çipi ilə çıxacağı deyilirdi.
0 notes
aliibrahimovofficial · 2 years ago
Photo
Tumblr media
"GƏNCƏ İMAMZADƏSİ VƏ CAVAD XAN QACAR" Azərbaycanın qədim Gəncə şəhərində yerləşən İmamzadə kompleksi V İmam Muhəmməd Bagirin (677–733) oğlu Seyid İbrahimin məzarı üzərində ucaldılmış türbənin ətrafında salınmışdır. Türbənin iç divarındakı mərmər lövhədə ərəbcə belə bir yazı həkk olunmuşdur: “Allah əbədidir. Bura İmam Muhəmməd Bagir əleyhissəlamın oğlu Mövlanə İbrahimin müqəddəs məkanı, onun Cənnət bağıdır. Babası köçdükdən 120 il sonra vəfat etmişdir. Allahın salamı olsun ona”. Qeyd. Ehtimala görə, bu yazıdakı “babası köçdükdən 120 il sonra...” ifadəsi Muhəmməd Peyğəmbərin (570–632) Məkkə şəhərindən Mədinə şəhərinə hicrət etdiyi 622-ci ilə işarədir. Deməli, Seyid İbrahim 742-ci ildə dünyasını dəyişmişdir. Yeri gəlmişkən, 740-cı ildə Əməvilər Seyid İbrahimin əmisi Zeyd ibn Əlinin (695–740) üsyanını böyük çətinliklə yatırmış, onun özünü isə şəhid etmişdilər. Beləliklə, ola bilsin ki, Seyid İbrahim bu faciədən sonra daha da şiddətlənmiş Əməvi zülmündən baş götürərək Gəncə şəhərinə pənah gətirmişdi. Amma belə bir fikir də vardır ki, sözügedən ifadə Muhəmməd Peyğəmbərin bu dünyadan köçdüyü tarixi, yəni 632-ci ili bildirir. Bu halda Seyid İbrahim 752-ci ildə – Abbasilər sülaləsinin hakimiyyətə gəlməsindən üç il sonra vəfat etmişdir. Gəncə İmamzadəsi XVIII əsrin sonlarında Gəncə xanı Cavad xan Qacarın (1748–1804) göstərişilə əsaslı şəkildə təmir edilmişdi. Bu işə Gəncə xanlığının ən yaxşı memarları cəlb olunmuş, xeyli vəsait xərclənmişdi. Bərpa prosesinə Azərbaycanın görkəmli şairi, mütəfəkkiri, maarifçisi və pedaqoqu Mirzə Şəfi Vazehin (1794–1852) atası – Gəncənin baş memarı Kərbəlayi Sadiq rəhbərlik etmişdi. 1803-cü ilin soyuq qışında Gəncə, əslində isə, bütövlükdə Azərbaycan Rusiya imperiyasının təcavüzünə məruz qaldı. 1804-cü il yanvarın 3-də işğalçı çar ordusunun xeyli üstün qüvvələri igid gəncəlilərin son dərəcə şiddətli müqavimətini qırıb qala divarlarına çıxdılar. Qala bürcünün üstündə onları əli qılınclı Cavad xan qarşıladı. Qanlı bir döyüş başlandı. Sözsüz ki, tarix “elə olsaydı, belə olardı” kimi fikirləri qəbul etmir. Amma məqsədimiz fərqli olduğu üçün ritorik bir sual verək: Müdafiəyə rəhbərlik edən xanın bu qırğından sağ çıxmaq şansı var idimi? Zənnimi https://www.instagram.com/p/CdlACJBNGeq/?igshid=NGJjMDIxMWI=
0 notes
rohanseoewe · 9 months ago
Text
Saytların Hazırlanması, Sayt Hazırlanması | Interactive Media
Sözügedən platforma vasitəsilə dünyanın internet üzərində olan saytlarının 35%-dən çoxu hazırlanıb.  Bu platformada saytin hazirlanmasi əsasən şirkətlərin korporativ veb saytları, bloq saytları və digər sadə və orta həcmli olarsa, həyata keçirilir. Bununla belə orta həcmli onlayn mağaza saytlarının da bu CMS növündə hazırlanma halları az deyil. Böyük onlayn mağaza saytları üçün ən uyğun Content Management Systemi isə OpenCart ilə veb sayt yaradılması sayılır. Bu open source program təminatı onlayn mağazalar üçün ixtisaslaşıb və bu sahədə çox geniş funksiyalara malikdir. Saytlarin hazirlanmasinda müxtəlif xüsusiyyətləri və üstünlükləri olan TYPO3, Joomla, Drupal kimi kod sistemləri də müxtəlif məqsədli saytlar üçün müxtəlif ölkələrdə böyük tələbə malikdir. Bunların birinin digərindən daha yaxşı olmasını demək çox çətindir, çünki, qeyd etdiyimiz kimi, hər biri fərqli sahə üçün daha spesifikdir. Content Management Sistemlərinin əsas özəlliyi odur ki, veb saytın backendi platforma tərəfindən təmin olunur və istifadəçiləri bir çox yararlı “tool” –larla təmin edir. Bu saytlarin hazirlanması xidməti ilə məşğul olan şirkət üçün daha az iş anlamına gəldiyi kimi eyni zamanda da sayt sifariş edən üçün də büdcəyə qənaət deməkdir.
Veb saytlar müxtəlif kodlarla və müxtəlif platformalarda hazırlana bilər. Bu seçim veb saytın aid olduğu sahədən və ya istifadə şərtlərindən asılıdı. Bunun önəmi ondadır ki, saytın aid olduğu sferaya uyğun kod və ya platforma seçilə bilər və bu saytın hazırlanması üçün ayrılan büdcəyə (bu nüans veb saytların hazırlanması qiymətləri ilə də əlaqəlidir), belə web saytların yaradılması üçün həsr olunacaq vaxta və enerjiyə qənaet edə bilər. Sifarişçi informativ, yəni biznes haqda məlumat verən xarakteristikada bir sayt istəyərkən müəyyən CMS platformalarından istifadə etməklə vaxta və büdcəyə qənaət etmək olar. Məsələn, WordPress platforması dünyanın ən geniş istifadə olunan open source kod sistemidir. 
Bundan başqa, sayt sahibi saytını gələcəkdə də xüsusi kod biliyi olmadan idarə edə, yeni məlumat əlavə edə və ya hər hansı kontenti dizaynı korlamadan silə bilər. Alternativ olaraq, veb saytlar php ilə də veb sayt hazırlayan şirkət tərəfindən hazırlana bilər. PHP ilə web saytların yaradılması zamanı Codelgniter və ya Laravel veb frameworkləri istifadə oluna bilər. Birinci platforma nisbətən sadə olub daha geniş yayılmışdırsa, laravel ilə son dərəcə təhlükəsizlyi önəmli olan proyektlər hazırlanır. Laravel saytların hazırlanması üçün dövlət orqanlarının rəsmi veb saytlarını nümunə göstərmək olar. Hər iki framework-də saytın backend-i sayt hazırlayan şirkət tərəfindən hazırlanır və daha çox iş və vaxt tələb olunur. Bu isə bu növ veb saytların qiymətinin daha yüksək olmasına səbəb olur. Belə saytları sıfırdan veb saytların yığılması kimi adlandırsalar da, frontend-i başqa bir dizayndan “copy-paste” edilmədiyi müddətcə hər bir sayt sıfırdan hazırlanmış sayılır. Frontend dizaynerlər çox yaxşı inkişaf etmiş zövqə malik olduqlarından bir çox sahələrə dair front dizayn hazırlayıb satışa çıxarırlar. Bu dizaynları alıb istifadə etmək, müəyyən dəyişikliklər etmək və ya tamamilə yeni (sıfırdan) dizayn hazırlamaq mümkündür. Bu, sifarişçi və icraçı arasında olan danışıqlardan asılıdır.  
Bu prosesin ən önəmli nüanslarından birini də saytların hazırlanması qiymətləri təşkil edir. Web saytlarin hazirlanmasi qiymetleri onların funksionallığından, dizaynından və saytın hazırlanmasının kod sistemindən asılıdır. Əgər veb sayt hər hansı bir CMS ilə hazırlanırsa belə saytın qiyməti nisbətən daha ucuz olacaq, nəyinki eyni funksionallıqdakı bir veb sayt php-nin laravel frameword-ündə hazırlanarsa. 
Yuxarıda qeyd edilənlərdən anlaşıldığı kimi fərqli kod sistemləri və framework-ləri biri digərindən daha yaxşı olması ilə deyil, fərqli sahələrə aid olan saytlar üçün daha çox funksionallıq verməsilə seçilir. Biz Interactive Media olaraq sizin biznesinizin tələbinə və büdcənizin həcminə uyğun istənilən formada keyfiyyətli veb saytlar hazırlayırıq. 
Visit :  https://www.interactivemedia.az/
#veb sayt,
#saytlarin hazirlanmasi,
#sayt hazirlanmasi,
#saytların hazırlanması,
#web sayt hazirlanmasi,
#sayt yaradan şirkətlər
0 notes
politiciansstuff · 10 months ago
Text
Tumblr media
YENİ POLİS XİDMƏTİ YARADILIR?
Azərbaycanda turizm polisinin yaradılması təklif edilir. Ölkə.az xəbər verir ki, hesab edilir ki, turizm sahəsində baş verən qanunsuzluqların qarşısını almaq üçün ölkəmizdə turizm polisinin yaradılmasına ehtiyac var.
Sözügedən təkliflə bağlı Ölkə.az-a danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı hesab edir ki, bu gün Dövlət Turizm Agentliyi öz işini yüksək səviyyədə qurub. Onun sözlərinə görə, turizmlə bağlı əsas diqqət yetirilməli olan məqamlar qiymətlərdir:
“Bu gün Dövlət Turizm Agentliyi öz üzərinə düşən vəzifəni uğurla yerinə yetirməkdədir. Bu agentliyə yeni rəhbər gəldikdən sonra onun fəaliyyətində ciddi dönüş olması özünü göstərir. Azərbaycanda turizmlə bağlı qanunvericilik aktları var. Ola bilsin ki, bunun gələcəkdə təkmilləşməsinə ehtiyac var. Sadəcə olaraq turistləri qəbul edən sahibkarlar öz işlərini dünya standartlarına uyğun olaraq yüksək səviyyədə qurmalı, xidməti ən yüksək səviyyədə həyata keçirməlidirlər. Qiymətlər də əlçatan olmalıdır. Bunlara fikir vermək lazımdır. Belə olarsa, Azərbaycanda turizmin çox böyük gələcəyi var”.
Deputat neqativ halların aradan qaldırılması üçün turizm polisi yaradılması təklifini dəstəkləyib:
“Turizm polisinin dünyada nə dərəcədə özünü ifadə edən bir qurum kimi fəaliyyət göstərməsi barədə məlumatım yoxdur. Hər halda əgər bu ölkəmizdə turizmin inkişafına və xoşagəlməz halların aradan qaldırılmasına xidmət edəcəksə, əlbəttə, buna müsbət yanaşmaq olar”.
Qeyd edək ki, Azərbaycan Turizm Blogerləri Assosiasiyası İdarə heyətinin üzvü Mirsəməd Cəfərli turizm sektorunda baş verən qanunsuzluqların qarşısını almaq üçün turizm polisinin yaradılmasını təklif edib. O əlavə edib ki, bu polis DİN tərkibində də yaradıla bilər.
“Ölkə.az” saytı
Billurə Yunus
11 yanvar 2024-cü il
0 notes
metbuat · 2 years ago
Text
Roy Kin:
“Mançester Yunayted”in əfsanəvi kapitanı Roy Kin ötən həftə baş tutan Mançester derbisindən sonra maraqlı açıqlaması ilə gündəmə gəlib. Metbuat.org xəbər verir ki, 20001 mövsümündə “Mançester Yunayted” və “Maneçster Siti” arasında keçirilmiş derbidə (3:0) “qırmızı şeytanlar”ın irlandiyalı mərkəz yarımmüdafiəçis Roy Kin Erlinq Holandın atası Alf-İnqenin dizinə sərt təpiklə müdaxilə etmişdi. Həmin…
Tumblr media
View On WordPress
0 notes
nadirmemmedov00 · 3 years ago
Text
YouTube Rusiya kanallarının reklam gəlirlərini bağladı!
Rusiyaya tətbiq edilən embarqolara dəstək verən Youtube, bir çox rus kanalının pul qazanma xüsusiyyətini deaktiv edib arxa plana keçirəcəyini açıqladı.
       Rusiya ilə Ukrayna arasındakı gərginlik bütün dünyanı təsir altına almaqda davam edir. Dünyanın qalan hissəsi Rusiyanın hücumlarına embarqo ilə reaksiya verir. Özəl şirkətlər də ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın tətbiq etdiyi embarqonu dəstəkləyir. 
       Nəhayət, Twitterin Rusiyadan hesab açılmasını əngəlləməsi ilə yanaşı, YouTubedan başqa bir addım gəldi. Şirkət bir çox kanalların, o cümlədən Rusiya dövlət televiziyasının pul qazanmaq funksiyasını bağlayıb.
Mövzu ilə bağlı açıqlama verən şirkət, "Ukraynadakı fövqəladə şərtlər fonunda YouTubeda bəzi Rusiya kanallarının pul qazanma xüsusiyyətini dayandırırıq" dedi. Ölkənin ən böyük televiziya kanallarından biri olan Russia Today (RT) bu kanalların önündə gedir.
       Bu qadağanın hansı kanalları əhatə edəcəyi isə hələ məlum deyil. Hazırda şəxsi YouTube kanallarının təsirlənəcəyi gözlənilməsə də, embarqo şərtlərinə görə gələcəkdə bu da baş verə bilər. Eyni zamanda, reklam yeganə maneə olmayacaq. Bu kanalların baxış sayında da azalmalar olacaq.
       YouTube sözçüsü Farshad Shadloo, sözügedən kanalların videolarının da tövsiyələrdə daha az görünəcəyini söylədi. O əlavə edib ki, RT və bəzi digər kanallar “hökumətin tələbi” səbəbindən Ukraynada artıq mövcud olmayacaq. Bu isə rus təbliğatının qarşısını almaq məqsədilə edilir.
0 notes
bilinmeyen-heqiqetler · 3 years ago
Photo
Tumblr media
I Ərəb dilində “yuxarı çıxmaq, yüksəlmək” mənasını verən merac Peyğəmbərimizin (s) böyük möcüzələrindən biridir. Quranda “İsra” və “Nəcm” surələrində Peyğəmbərimizin (s) möcüzəvi şəkildə Məscidül Əqsaya etdiyi gecə səyahəti və “Sidrətul müntəha”ya yüksəlişi barədə xəbər verilmişdir. “İsra” sözünün ərəb dilindəki lüğəti mənası “gecə səyahəti və ya gecə yürüşü”dür. Uca Allah Sevimli Peyğəmbərimizin (s) möcüzəvi səyahətini “İsra” surəsinin ilk ayəsində belə bildirmişdir: “Bəzi ayələrimizi göstərmək üçün bəndəsini bir gecə Məscidül həramdan ətrafını mübarək etdiyimiz Məscidül Əqsaya aparan Allah pak və müqəddəsdir. O, doğrudan da eşidəndir, görəndir!” (İsra surəsi, 1). “Əqsa” sözünün ərəb dilindəki mənası “uzaq, ən uzaq”dır. Məlum olduğu kimi, Məscidül-həram Məkkədə, Məscidül-Əqsa isə Qüdsdədir. Bu iki yer arasındakı məsafə isə təxminən 1235 km.-dir. Sözügedən möcüzə baş verəndə Peyğəmbərimiz (s) Məkkədə idi. Allah Rəsulu (s) bu möcüzə ilə Məkkədən Qüdsdəki Məscidül-Əqsaya aparılıb. Merac hadisəsi ilə bağlı Quranda verilən məlumatlardan biri də Peyğəmbərimizin (s) Sidrətül-müntəhaya yüksəldilməsidir. “Nəcm” surəsində bu möcüzə belə bildirilir: “And olsun ki, başqa bir dəfə də görmüşdü; Sidrətül-müntəhanın yanında. Məva cənnəti onun yanındadır. O zaman Sidrəni nələr bürümüşdü, nələr! Göz nə yayındı, nə də uzağa getdi. And olsun ki, o, öz Rəbbinin ən böyük qüdrət nişanələrindən bir qismini gördü” (Nəcm surəsi, 13-18). Merac hadisəsi Uca Allahın sevimli Peyğəmbərimiz Hz. Məhəmmədə (s) nəsib etdiyi çox böyük bir möcüzəsidir. Rəbbimizin Peyğəmbərimizə (s) iman gətirməyənlər qarşısında verdiyi üstün bir dəlilidir. Rəbbimizin Peyğəmbərimiz Hz. Məhəmmədə (s) göstərdiyi möcüzələrin hər biri yalnız Allahın istəyi ilə, Allahın istədiyi şəkildə və vaxtda, hansısa səbəblərə bağlı olmadan yaradılmışdır. Bu möcüzələrin hər biri iman gətirənlərin imanını daha da gücləndirən çox böyük müjdələrdir. (ardı rəydə) #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #təfsir #tefsir #din #kuran #merac #miraç #mirac https://www.instagram.com/p/Cae179cM4Pd/?utm_medium=tumblr
0 notes
xeberaz · 3 years ago
Photo
Tumblr media
Türkiyədə 20-22 türk lirəsi (tl) (təxminən 4 manat) olan “Netira” göz damcısı Bakıda 28 manata satılır”. Bu sözləri PressKlub.az-a açıqlamasında jurnalist Çingiz Özgür deyib. O, bildirib ki, son aylarda tibbi məsələlərlə bağlı bir müddət Türkiyədə yaşamalı olub. Oradakı dərman qiymətləri ilə Azərbaycandakı qiymətlər arasında 5-6 dəfə fərq olduğunu müşahidə edib: “Yüksək qan təzyiqi üçün vacib olan dərmanlardan biri – “Triplixam” orada 40-45 tl (təxminən 7-8 manat) olduğu halda, Bakıda 27-30 manat arası dəyişir. Həmçinin şəkər xəstələri üçün olan dərmanlardan biri olan “Bekunis”in qiyməti orada 18 tl-dir (təxminən 3 manat), amma Azərbaycanda əksəriyyətin istifadə etdiyi sözügedən dərman 17-18 manat aralığındadır”. Ç.Özgür bildirib ki, qiymətləri müqayisə ediləcək dərmanların sayı hədsiz çoxdur: “Qiymətinin ucuz olmasından başqa, Türkiyədə dərmanların keyfiyyəti də fərqlidir. Hamı dərmanları xaricdəm almağa çalışır. Elə məndən də tez-tez dərman almağımla bağlı xahişlər edilir. Bütün bunlar başa düşüləndir, ancaq qiymətlərdəki bu qədər kəskin fərqi anlamaq mümkün deyil. O dərmanları Azərbaycana çatdırmağın bu qədər fərqi yaratması da mümkün deyil”. Qeyd edək ki, Azərbaycanda dərman qiymətləri ilə bağlı mövzu bir neçə ildir müzakirə olunmaqdadır. Vahid qiymət sistemi, nəhayət, tətbiq olunmağa başlasa da, bu vahid qiymətlərin özü inanılmaz dərəcədə yüksəkdir. Bu bahalığın səbəbləri nələrdir? Bununla bağlı hansı işlər görülür və ya görülməlidir? Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev PressKlub.az-a açıqlamasında bildirib ki, dərmanlarla bağlı vəziyyət aktual və çox ciddidir: “Dərman bütün vətəndaşlarımızın ehtiyacı olan vacib məhsullardan biridir. Düşünürəm ki, hətta dərman qidadan da öndədir. Çünki qidanı başqa qida ilə əvəzləmək mümkündür, amma dərmanın əvəzedicisi demək olar ki, yoxdur”. M.Quliyev qeyd edib ki, dərmanların keyfiyyəti və əlçatanlılığı daima diqqət mərkəzində olan məsələdir: “Qiymətlərin ucuz, dərmanın keyfiyyətsiz olmasının vətəndaşa xeyri yoxdur. Keyfiyyətli dərmanın da əlçatan olmaması düzgün deyil. Buna görə də ortaq məxrəc tapmaq şərtdir”. Maraqlıdır, komitə sədrinin təmsil olunduğu qanunverici orqanda dərm https://www.instagram.com/p/CV-SkkkLZ6j/?utm_medium=tumblr
0 notes
rohanseoewe · 9 months ago
Text
Saytların Hazırlanması, Sayt Hazırlanması | Interactive Media
Tumblr media
Sözügedən platforma vasitəsilə dünyanın internet üzərində olan saytlarının 35%-dən çoxu hazırlanıb.  Bu platformada saytin hazirlanmasi əsasən şirkətlərin korporativ veb saytları, bloq saytları və digər sadə və orta həcmli olarsa, həyata keçirilir. Bununla belə orta həcmli onlayn mağaza saytlarının da bu CMS növündə hazırlanma halları az deyil. Böyük onlayn mağaza saytları üçün ən uyğun Content Management Systemi isə OpenCart ilə veb sayt yaradılması sayılır. Bu open source program təminatı onlayn mağazalar üçün ixtisaslaşıb və bu sahədə çox geniş funksiyalara malikdir. Saytlarin hazirlanmasinda müxtəlif xüsusiyyətləri və üstünlükləri olan TYPO3, Joomla, Drupal kimi kod sistemləri də müxtəlif məqsədli saytlar üçün müxtəlif ölkələrdə böyük tələbə malikdir. Bunların birinin digərindən daha yaxşı olmasını demək çox çətindir, çünki, qeyd etdiyimiz kimi, hər biri fərqli sahə üçün daha spesifikdir. Content Management Sistemlərinin əsas özəlliyi odur ki, veb saytın backendi platforma tərəfindən təmin olunur və istifadəçiləri bir çox yararlı “tool” –larla təmin edir. Bu saytlarin hazirlanması xidməti ilə məşğul olan şirkət üçün daha az iş anlamına gəldiyi kimi eyni zamanda da sayt sifariş edən üçün də büdcəyə qənaət deməkdir.
Veb saytlar müxtəlif kodlarla və müxtəlif platformalarda hazırlana bilər. Bu seçim veb saytın aid olduğu sahədən və ya istifadə şərtlərindən asılıdı. Bunun önəmi ondadır ki, saytın aid olduğu sferaya uyğun kod və ya platforma seçilə bilər və bu saytın hazırlanması üçün ayrılan büdcəyə (bu nüans veb saytların hazırlanması qiymətləri ilə də əlaqəlidir), belə web saytların yaradılması üçün həsr olunacaq vaxta və enerjiyə qənaet edə bilər. Sifarişçi informativ, yəni biznes haqda məlumat verən xarakteristikada bir sayt istəyərkən müəyyən CMS platformalarından istifadə etməklə vaxta və büdcəyə qənaət etmək olar. Məsələn, WordPress platforması dünyanın ən geniş istifadə olunan open source kod sistemidir. 
Bundan başqa, sayt sahibi saytını gələcəkdə də xüsusi kod biliyi olmadan idarə edə, yeni məlumat əlavə edə və ya hər hansı kontenti dizaynı korlamadan silə bilər. Alternativ olaraq, veb saytlar php ilə də veb sayt hazırlayan şirkət tərəfindən hazırlana bilər. PHP ilə web saytların yaradılması zamanı Codelgniter və ya Laravel veb frameworkləri istifadə oluna bilər. Birinci platforma nisbətən sadə olub daha geniş yayılmışdırsa, laravel ilə son dərəcə təhlükəsizlyi önəmli olan proyektlər hazırlanır. Laravel saytların hazırlanması üçün dövlət orqanlarının rəsmi veb saytlarını nümunə göstərmək olar. Hər iki framework-də saytın backend-i sayt hazırlayan şirkət tərəfindən hazırlanır və daha çox iş və vaxt tələb olunur. Bu isə bu növ veb saytların qiymətinin daha yüksək olmasına səbəb olur. Belə saytları sıfırdan veb saytların yığılması kimi adlandırsalar da, frontend-i başqa bir dizayndan “copy-paste” edilmədiyi müddətcə hər bir sayt sıfırdan hazırlanmış sayılır. Frontend dizaynerlər çox yaxşı inkişaf etmiş zövqə malik olduqlarından bir çox sahələrə dair front dizayn hazırlayıb satışa çıxarırlar. Bu dizaynları alıb istifadə etmək, müəyyən dəyişikliklər etmək və ya tamamilə yeni (sıfırdan) dizayn hazırlamaq mümkündür. Bu, sifarişçi və icraçı arasında olan danışıqlardan asılıdır.  
Bu prosesin ən önəmli nüanslarından birini də saytların hazırlanması qiymətləri təşkil edir. Web saytlarin hazirlanmasi qiymetleri onların funksionallığından, dizaynından və saytın hazırlanmasının kod sistemindən asılıdır. Əgər veb sayt hər hansı bir CMS ilə hazırlanırsa belə saytın qiyməti nisbətən daha ucuz olacaq, nəyinki eyni funksionallıqdakı bir veb sayt php-nin laravel frameword-ündə hazırlanarsa. 
Yuxarıda qeyd edilənlərdən anlaşıldığı kimi fərqli kod sistemləri və framework-ləri biri digərindən daha yaxşı olması ilə deyil, fərqli sahələrə aid olan saytlar üçün daha çox funksionallıq verməsilə seçilir. Biz Interactive Media olaraq sizin biznesinizin tələbinə və büdcənizin həcminə uyğun istənilən formada keyfiyyətli veb saytlar hazırlayırıq. 
Visit :  https://www.interactivemedia.az/
#veb sayt,
#saytlarin hazirlanmasi,
#sayt hazirlanmasi,
#saytların hazırlanması,
#web sayt hazirlanmasi,
#sayt yaradan şirkətlər
0 notes