Tumgik
#qadınlardan
metbuat · 2 years
Text
İrina Zaretska Yaponiyada seminarlar keçirdi
İrina Zaretska Yaponiyada seminarlar keçirdi
Azərbaycanın qadınlardan ibarət karate yığmasının lideri, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı, ikiqat dünya çempionu İrina Zaretska Yaponiyada seminarlar keçirib. Metbuat.org xəbər verir ki, seminarlar Yaponiyanın dörd şəhərində təşkil olunub. Təlimlərdə yüzlərlə karate həvəskarı iştirak edib. Metbuat.org
Tumblr media
View On WordPress
0 notes
mellsy · 3 months
Text
qonaq gəlmişəm, söhbət edən qadınlardan biri deyir ki, kişi başqa qadınların yanına gedə bilər əsas evə gətirməsin. KÜLÜ QOYALAR TƏPƏVİN DÜZ ORTASINA
44 notes · View notes
nesirov · 11 months
Text
“ Əxlaq və namus mövzusu açılanda, yalnızca qadınlardan danışmağa başlayan hərkəs, əxlaqsız və namussuzdur... ”
© Frida Kahlo
47 notes · View notes
zuqan · 10 months
Text
Uydurulmuş dinde hedisler ve mezhebçiler, Peyğemberin adına yalan danişaraq gözel görsenmeyi, danışmağı, qoxulanmağı, bayıra çıxarken tam örtünmeyi, gezmeyi ve s. kimi şeyleri qadınlara qadağan ederek İslamı yanlış şekilde tanıdırlar. Qısacası qadınlara qul kimi hetda quldan da beter reftar etmeli olduğunu deyirler. Nedense namusda ancaq fikri zikri qadındı. Bele olanda da kenardan islam dini çetin, mürekkeb bir din olduğu kimi başa düşülür. Bu barede Quranda bele melumat yoxdu. Allah, kitabında iffetli qadınlar ve iffetli kişiler deyir. Yeni iffet, namus tek qadına aid deyil. Bezi imamlar, mollalar qadınlara qadağalar qoyur, ama özlerine gelende en gözel paltarlarını, en xoş etirlerini vuraraq bayıra çıxırlar. Ne oldu bes? Sene çatanda olar ama qadın edende haramdi, bunları etse qarşı cinsde şehvet oyandırırlar? Elmsizliyin, cahilliyin ucbatından bilmirler ne yalanlar uydurub qadınları köle kimi camaata tanıtsınlar.
Cahillikde ireli derecede azmış insanlar Peygemberin adına yalan danışaraq qadınların uğursuzluğu, cehennemde olanların çoxunun qadınlardan ibaret olacağını, qadın kişiye secde etmeli olduğunu, qadınların dini ve ağlı eksik olması, üzündeki tükleri alanlar, parik taxanların ve s. lenetlenmesi kimi yalan dolan şeyler uydururaraq insanları dinden soyudurlar..
Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Bir-birinizlə tanış olasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz ən təqvalı olanınızdır. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır. 
Şübhəsiz, müsəlman, mömin, itaətkar, doğru sözlü, səbirli, təvazökar, sədəqə verən, oruc tutan, ayıb yerlərini (iffətlərini zinadan) qoruyan, Allahı çox zikr edən kişi və qadınlar üçün Allah bağışlanma və böyük bir mükafat hazırlamışdır
20 notes · View notes
eminjbrylv · 1 year
Text
Türklərdə bir prank var e küçədə cavan qadınlardan yol soruşub sonra "çox sağol ol xala" deyib gedən bir qaqaş.
Erenköy pazarında olanda 12-13 yaşlı bir uşaq cavan satıcıya kolay gelsin teyze deyib getdi. Qadınla bir anlıq baxışmamız vardı. Əminəm o an ikimiz də həmin pranki xatırladıq.
9 notes · View notes
minavenera · 7 months
Text
Hal hazırda "eşitlik" "feminizm" adı altında hər iki cinsində birbirindən nifrət etmələri üçün əllərindən gələni edən bir kütlə var. Xüsusən bu kütlə qadınları zəhərləməyə fokuslanıb, və qadınlarda bu deyilənləri sorğusuz,sualsız edir. Kişilərə nifrət etmək, onlara agresif davranmaqın nə "özünə hörmət" etməklə nə də " özünü sevməklə" əlaqəsi var. Bu böyük bir oyundur və ciddi formada təsir edir insanlara. Dan brownun cəhənnəm kitabındaki insan nəsilini azaltmaq üçün tətbiq edilən virusa heç ehtiyyac belə yoxdur bu taktika olduqdan sonra.
Məsələn, "ilk görüşdə səni maşınla evdən götürmürsə o əksik kişidir"
" əsla ona kompliment etmə, özünü çox dəyərli görəcək və sənə dəyər verməyəcək"
"telefonla danışanda telefonu ilk sən söndür qoyma səndən öncə söndürsün hörmətsiz olacaqsan"
" kişi hər şeyi özü etməlidir, ona əsla kömək təklif etmə yoxsa eləbiləcək ki sən onu zəyif görürsən"
Bu tip fikirlərin oturdulduğu məntiqli bir təməl yoxdur. Bunlar subliminal olaraq da kişiləri marsdan gəlmiş fərqli varlıqlar olaraq algılamağı hədəfliyir. Sanki onlar da qadınlar kimi, doğulmayıb,uşaq olmayıb,səhv etməyib,insan deyilmişlər kimi algılanır. Niyə bu qədər cinsiyyət ayırımı edirik ki? Düzdür fərqli baxış açılarına,beyin strukturlarına malikiy və bu əslində insanlığın xeyrinədir. Əgər təbiətin bu duallığa ehtiyacı olmasaydı, bir formada doğulardıq hamımız.
Hər insanın sevgiyə ehtiyacı var. Hətta kişilərin bu sevgini görməyə daha çox ehtiyacları var. Kişilər yalnız dar bir hiss dairəsini ifadə edərək sosiallaşırlar. Hətta qadınları emosyonal adlandırıb, qısqanclıqdan gözü dönən, əsəb xəstəsi kişilər o qədər çoxdur ki. Qısqanclıq və qəzəb emosiya deyilmiş kimi davranırlar. Çaşqınlıq, qorxu, zəiflik, həssaslıq, zəriflik və mərhəmət hisslərini ifadə etmək “qeyri-kişilik” hesab olunur və buna görə də insanların əksəriyyəti bu hisslərin qarşısını almağa imkan verən güclü inkar sistemləri inkişaf etdirir. Buna görə də, bir çox kişi öz emosiyalarını hiss etməyə və ifadə etməyə təşviq etmək üçün həyatlarında ki qadınlara üz çevirirlər. Duyğuları ilə təmasda olan qadını alqışlayırlar - onlar bunu cəlbedici hesab edirlər. (Burada söhbət sağlam kişilərdən gedir)
Təbii ki, güclü intellektə,emosyonal zəkaya sahib qadınlardan qorxan kişilər var ki, onlar bu qadınların qabağında özlərini itirəcəklərindən qorxurlar. Və təbii ki, emosiyalarını göstərən qadınlardan qorxan kişilər var, çünki onların öz emosiyaları onları çox qorxudur. Bu cür adamı qorxutsanız, yəqin ki, ən yaxşısı budur. Çünkü bu sağlam maskulenliyə sahib kişi deyil və özü öz üzərində işləməlidir.
Belə bir reallıq da varki, qadınlar qarşı cinsi anlamaq,öyrənmək üçün daha çox efort sərf edir nəyin ki kişilər. Hətta cinsiyyətlərin psixologiyasını anlamaq üçün nəşr olunan kitabların müştəriləri %90 qadınlardır. Kişilər əsla qəbullanmırlar ki, onlar qadınları anlamaqda,onların istəklərini,arzularını bilməkdə və tətmin etməktə zəyifdirlər. Bu biraz instinktdən və mühitdən qaynağlanır. Qadınların cəmiyyətə uyum sağlamağı, ər sözünə qulaq asmağı diktə edilərkən, kişilərdən individuallaşmağı, öz problemini özləri həll etməyi və güclü olmağı gözlənilir.
Qadının xüsusiyyəti, feminənliyi elə sakitliyindən,anlayışından,sevgi dolu təbiətindən gəlir. Kişilərə nifrət edərək, onları yadplanetli adlandıraraq, özümüz də xoşbəxt olabilmərik və dünyanı böyük bir kaos ələ alar. Maskuleliyin onsuz da əsas xüsusiyyəti saldırıya qarşı saldırmaqdı. Müharibə etməkdir. Qadında müharibə etsə,kin bəsləsə bu müharibədə hərkəs uduzacaq.
İnsanı insan olduğu üçün sevək və cinsiyyətimizin gətirdiyi fərqlilikləri anlayışla qarşılayaq, öyrənək ki, baxış açılarının,fərqli algıların azizliyinə uğramayaq. :)
Tumblr media
2 notes · View notes
dumru · 1 year
Text
Tumblr media
Bəli “nü” rəsmlərində çılpaqlıq və cinsəllik anlayışları mövcuddur, lakin bu, bizim düşündüyümüz erotik tərzin əksinə sevginin, bağlılığın, naturallığın estetik görüntüsünü əks etdirir. Bu səbəbdən hər gördüyümüz çılpaq rəsmi də “nü” adlandırmaq doğru deyil. İzləyicinin hansı düşüncə ilə “nü” rəsmini incələməsindən asılı olmayaraq hər bir halda ortada çılpaq bir bədənin təsviri yer alır. Burda əsas öhdəlik işin ustasının(rəssamın) üzərinə düşür. İşin keyfiyyəti ustanın niyyətindən və professionallığından asılıdır. Qısacası, onun məqsədi nədir? Cinsəl istək oyatmaq, yoxsa insan bədənini isitadə edərək bir düşüncəni əks etdirmək? Bu səbəbdən hər istənilən insanın bu sənətlə məşğul olması mümkün deyil. Əks təqdirdə əsərdəki çılpaqlıq pornoqrafiyaya keçid alır. ”Nü” rəsminin əsas məqsədi insan anatomiyasını düzgün qavrayaraq onun bədən dilini ortaya çıxartmaq və rəsmə yansıtmaqdır. Yeri gəlmişkən onu da qeyd edim ki, daha çox “nü” sənətində model olaraq qadınlardan istifadə edilir. Çünki kişiyə nisbətən qadın bədəni daha estetik və ritm duyğularını özündə əks etdirmə qabiliyyətinə malikdir.
"Sənət əslində yaratmaq mənasında Tanrıyla rəqabətə girməkdir"
19 notes · View notes
ferideeliyeva · 2 years
Text
Sevməyi bacarmayan qadınlara eşq dediniz. Sevən qadınların sevgisini burnundan gətirdiniz. Bədəninizə toxunana qadının dibi, ürəyinizə toxunana cahil dediniz. Vecinə olmadığınız qadınlara uzun cümlələr qurdunuz, gecə əlində telefonla yatıb qalan qadınlardan səsinizi əsirgədiniz. Sizi 3 gün dünyasına sığdıra bilməyən qadınlarla xəyal qurub, sizə ömrünü verə biləcək qadınların xəyallarını puç etdiniz. Sizi sevə biləcək qadınları üzdünüz bəylər, qırdınız, parça parça etdiniz.
Əslində siz Eşq'ə bəlkə də heç laiq olmadız.
34 notes · View notes
metbuat · 2 years
Text
Avropa çempionatına qatılacaq cüdoçular açıqlandı
Avropa çempionatına qatılacaq cüdoçular açıqlandı
Oktyabrın 28-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda start götürəcək U-23 Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub. Federasiyadan Metbuat.org-a verilən məlumata görə, yarışda ölkə 14 idmançı ilə təmsil olunacaq. Cüdoçular ilk iki gündə fərdi mübarizədə, sonuncu gündə isə komanda yarışında iştirak edəcəklər. “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim…
Tumblr media
View On WordPress
0 notes
arcieree · 1 year
Text
Bir Müşfiq şeirinin iki bəndini belə əzbərə bilməyən qadınlara, şeirlər yazdı adamlar.Yaralandılar o qadınlardan...Əzildilər...Alçaldılar...Bir xalq mahnısının nəqarətini belə zümzümə edə bilməyən adamlara, həsr etdilər ömür nəğmələrini qadınlar
-İncindilər o adamlardan
- Qınandılar
- Tərk edildilər..
Fəqət həyat heç qarşılaşdırmadı o şeir ürəkli adamları, dili nəğməli qadınlarla.🖤✨
15 notes · View notes
nesirov · 1 year
Text
Bakirə qadınlar istəyirsiz, çünki cinsi performansınızın müqayisə edilməsini istəmirsiz. Tez əldə edilə bilən və təcrübəsiz qadınlardan həyat yoldaşı istəyirsiz, çünki o sizin üçün xidmət edərkən sözünüz keçsin istəyirsiz. Hər qadının bədəninə sanki haqqınız varmış kimi baxırsız, amma sahib olduğunuz qadınlara başqa kişilər eyni şəkildə baxacaq deyə, öz qadınlarınızın həyatını zəhər edirsiz. “ Mən sənə güvənirəm də, ətrafa güvənmirəm ” deyənlər var hələ. Alçaltmaq kompleksinin adı dəyişib qısqanclıq olub bu dövrlərdə. Qısqanclığı isə sevgi edib bəzi axmaqlar.
Azad düşünən, güclü, iradəli qadınlardan qorxursuz, çünki nə qədər aciz olduğunuzla üzləşməkdən qaçırsız. Bir kişi hər qələti etdiyində görməzdən gəlirsiz, amma bir qadın “ Bədənim mənimdir, sənə nə? ” desə, onun adını çıxarmaqdan heç çəkinmirsiz. Əxlaqı öz mənliyinizdə itirib, qadınların ayaqlarının arasında axtarırsız. Sanki namusunuzu sizə qadın qazandırır, necə bir kişi olduğunuz qadına görə ölçülür. Utanmanız ancaq həyat yoldaşınız “ namussuzluq ” edərsə olur. Birdən edər deyə ürəyiniz partlayır və məhz bu səbəbdən faşizm'in kökü sizdən başlayır. Tezliklə zehniyyətsizliyinizin fərqinə varın. Həqiqətən, siz “kişi” qalanlar, hələ insan ola bilməyənlər, cinsi orqanından başqa heç yeri ilə düşünə bilməyənlər, siz bu dünyada niyə varsız ki? Öz cahilliyi ilə loğvalanan tək canlı olmaq, özünüzə qarşı necə bir təhqdir fərqindəsiz? Beş min ildir ki, Qadın : kölənin köləsidir. Pullu kölənin evindəki xadiməsi, kəndlinin namusu, kiçik Burjua üzvünün içki masasındaki əyləncisi və münasibət albomunda kiminsə bacarığının təqdiridir. Həmçinin qadınlar kapitalist bazarın cinsi materialı, dindarların oyuncağı, Tanrının şeytanı, ovçu kişilərin gülü, sözdə “ Eşq Mələyi ”dir. Halbuki qadın, doğurub dünyaya gətirən, əmizdirən, öz əməyi ilə böyüdən, yəni bütün insanlığın həqiqi sahibidir.
© J.Saul
106 notes · View notes
onsrablogg1 · 1 year
Text
BOŞANMIŞ QADIN
Əgər biz hamımız qeyrətliyiksə, bu qədər boşanmış qadın haradan çıxır? Yox əgər boşanma halı normaldır və qeyrət ilə əlaqəsi yoxdursa, o zaman boşanmışlara taxdığımız ad nədir? Sevişmək pisdirsə, biz kişilər niyə yerimizdə dura bilmirik? Zövq verici bir şeydirsə, biz kişilərdən ən az 3-4 dəfə artıq ehtiras hissinə sahib olan bir qadın niyə sevişməməlidir? Milli mentaliteti əsas tutub, qadınlardan namuslu olmalarını tələb ediriksə, o zaman başqasının qızına, qadınına göz salanlar nə edir ? Əgər hər sevişdiyimiz qıza fahişə adını taxırıqsa, o zaman "millət" olaraq nə işlə "məşğuluq" ?
2 notes · View notes
Photo
Tumblr media
I Allahın, Quranda diqqət çəkdiyi qadınlardan biri də, Misirdə olan Əzizin arvadıdır. Hz. Yusif, qardaşlarının qurduğu tələ nəticəsində, kölə taciri tərəfindən Misirli Əzizə satılmışdır. Allah, Hz. Yusifi Əzizin yanına yerləşdirmiş və beləliklə onu Misirdə məskun etmişdir. Hz. Yusif, Əziz və arvadının yanında böyümüş, yetkinlik çağına çatdığında isə, Allah ona Qatından elm və hikmət vermiş, sözlərin şərhini öyrətmiş, onu seçmiş və rəhməti ilə dəstəkləmişdir. Allah, Hz. Yusifi əhəmiyyətli sınaqdan keçirmişdir. Əzizin arvadı, yanlarında qalan Hz. Yusifdən “murad almaq istəmiş” və bu istəyini reallaşdıra bilmək üçün hiylə quraraq, onu tələyə salmağa çalışmışdır. Bunun üçün otağın qapılarını möhkəmcə bağlamış və Hz. Yusifə istəklərini bildirmişdir. Hz. Yusif isə, haram iş görməkdən Allaha sığındığını deyərək qadından üz çevirmişdir. Hz. Yusif, qadının bu hərəkətindən imtina etməsi üçün ona Əzizin vəziyyətini xatırlatmış, əfəndisi olduğunu, onu məmnun etdiyini və yaxşı baxdığını deyərək, əfəndisinə qarşı sədaqətsizlik etməyəcəyini ifadə etmişdir. Hz. Yusif qadına həmçinin zalımların qurtuluşa çata bilməyəcəyini də deyərək, bunun zalım davranış olacağını xatırlatmışdır. Hz. Yusif qətiyyətinə görə qadından uzaqlaşmağa çalışarkən qadının əri ilə qarşılaşmışdır. Əzizin arvadı yenə hiyləgərlik etmiş və Hz. Yusifin iffətli və ixlaslı rəftarına baxmayaraq, özünü təmizə çıxara bilmək üçün, Hz. Yusifə böhtan atmışdır. Hz. Yusifin ona pis niyyətlə yaxınlaşdığını deyərək, Əzizdən onun cəzalandırılmasını istəmişdir. Zindana atılması və cəzalanması üçün Əzizi inandırmağa çalışmışdır. Əzizə sədaqətsizlik edərək, haram əməl etmək istəməsi, ardından da günahsız olduğunu çox yaxşı bildiyi halda yalan danışaraq Hz. Yusifə böhtan atması, Əzizin arvadının Allah qorxusundan məhrum və zalım xarakterə sahib olduğunu açıq şəkildə ortaya qoymaqdadır. Bütün bunlar eyni zamanda nəfsinin vicdanını necə örtdüyünü də göstərməkdədir. (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #hzyusif #zuleyxa https://www.instagram.com/p/ClbjA5eMa0p/?igshid=NGJjMDIxMWI=
0 notes
minavenera · 1 day
Text
Tumblr media
Bu sarı qadını səhifəmdə görməkdən elə bezmişəm qəti izləmirəm və postlarını görmək istəmədiyimi də qeyd eləmişəm tiktoka yenə də çıxır. Pilates müellimesidi özde :((((
O qədər bezmişəm bu qızlara " ağıl" verən orta yaş histerik əsəbi qadınlardan😃 tək dərdləri kişilər nə sevər? Kişilər nə seçər? Kişi üçün özünü necə dəyişəbilərsən? Vs. Deyir ki kişi ofisantka qızı seçəcək amma oxuyan öz işinin sahibi azad qızı seçməyəcək, kişilər ehtiyyac içində olan amma gülümsəyən qızı sevəcək amma xoşbəxt olmayan harvardda oxuyan qızı seçməyəcək.
Kişilər xeyriyyə cəmiyyəti zaddı? Kişi ehtiyyac içində ki qadını seçəbilər ona görə ki qadın nəsə istəyəndə qarşılığında nəsə istəyəbilər qadından. Ofisantka qızı etkilemek daha asandır nəyinki azad,öz biznesi olan,zəngin bir xanımı 😃 vəəəəə həqiqətən bir qadını bəyəndiyi üçün öz könlündən gəldiyi üçün yaxınlaşan,danışan,bir şeylər edən kişilər var. Biz bunlara normal insan deyirik.
Bu qoca kaftar qadınlar düşüb ortalığa qızları ucuz kişilər üçün əyib bükmək istəyir. Qəti bir biznes tövsiyyəsi,azadlıq üçün,intellekt üçün,şəxsi inkişaf üçün qızlara bir şey öyrədməzlər varsa yoxsa pasyak kişilər.
Mənim nəyimə axı kişi kimi seçəcək? Əsas sual MƏN KİMİ SEÇƏCƏM? MƏN BU KİŞİNİ NİYƏ SEÇİM? NİYƏ ONU YANIMDA GƏZDİRİM Kİ?
Biri də çıxıb qızlara seçilməyi yox seçməyi öyrədmir qəti. Seçmək üçün güc lazımdır. Gücsüz qadın yalnız seçilir. Güc nədir? Azadlıqdır,tərbiyyədir,intellektir,maddi gücdür. Bunlara sahib bir qadın niyə seçilsin o axı seçməlidir ?
0 notes
ruslandavidov · 3 years
Text
Bir yerdə oxumuşdum yazırdı ki; "Dünyanın yarısı qadınlardan ibarətdir, digər yarısı isə qadınların dünyaya gətirdiklərindən. " Qadınlar gününüz mübarək !🤍 Hər zaman öz ayaqlarınız üstündə durun və heç kimin sizi üzməsinə icazə verməyin :)
68 notes · View notes
eccedentesiast-27 · 2 years
Text
Cercehiz işlərindən heç başım çıxmır. + anam da kafasına əssin, getsin yeni dəst qazan qab alan qadınlardan deyil. Bax indi mən pankek hazırlamaq istəyirəm yapışmayan tavanız varsa konum atıb gözləyirəmm
26 notes · View notes