Tumgik
#qorxu
shahinelected · 2 months
Text
🇦🇿 Bəs siz, nə kimi paranormal hadisələr yaşamısınız?
🇺🇸 Well, what paranormal events have you experienced?
🇷🇺 Ну а вы, какие паранормальные событии пережили?
🇹🇷 Peki ya siz, nasıl bir paranormal olaylar yaşamısınız?
#shahinelected #paranormal #paranormalactivity #paranormalolaylar #паранормальное #паранормальноеявление #мистика #mystic #horror
1 note · View note
Photo
Tumblr media
I Allah buyurmuşdur: “İki ilah qəbul etməyin! O Allah, tək bir ilahdır. Elə isə, yalnız Məndən qorxun!” (Nəhl surəsi, 51) İman gətirməyən insanlar öz istəklərinə görə yaşayaraq hər şeyin “kortəbii təsadüflər” nəticəsində əmələ gəldiyini düşündükləri üçün həmişə bəzi şeylərdən qorxaraq narahat olurlar. Dünyada ən mükəmməl şəraitdə yaşasalar belə, bu qorxu və narahatlıqdan xilas ola bilmir, əsl rahatlığı və xoşbəxtliyi tapmırlar. İman gətirməyən insanların digər insanlara qarşı hiss etdikləri qorxu həyatının hər anında müşahidə olunur. Qazandığı pulu ona müdirinin verdiyini düşünən insan özünü ondan asılı hesab edir. Səhv etdikdə işdən qovulacağını düşündüyü üçün həmişə narahat olur. Ətrafındakı insanlara da düşmən gözü ilə baxır. Şeytan, inkar edənlərin qəlbini hər an həmin insana pislik ediləcəyi, ona yalan deyiləcəyi, zərər veriləcəyi, alçaldılacağı şübhələri ilə sıxır və qorxu içində yaşamalarına nail olur. Amma iman gətirən bir insan Allahı özünə vəkil etdiyi üçün insanlardan əsla qorxmur. Hər şeyin taledə xeyirlə yaradıldığını, Allah istəmədikcə ona heç kimin nə zərərinin, nə də faydasının toxunmayacağını bildiyi üçün həmişə rahat və razıdır. İman gətirənlər ancaq Allahdan qorxur, ona görə də şeytanın vəsvəsələri möminlərə təsir etmir. Mömin qorxu, narahatlıq, sıxıntı, təşviş kimi hissləri yaşamır. Vəzifə və mövqeyə hədsiz əhəmiyyət verən inkarçıların etibarını itirmə qorxusu da var. Ona görə özləri ilə bağlı mənfi xəbərin eşidilməsindən və ətrafa yayılmasından çox narahat olurlar. Nə qədər “məşhur, güvənilən və zəngin” olsalar da, həyatında heç nədən zövq almadan yaşayırlar. Xoşbəxt olacaqlarını hesab etdikləri dünya həyatı “iman gətirmədikləri üçün” kabusa çevrilir. Halbuki, iman gətirənlər üçün yeganə üstünlük təqvaya görədir. Yəni, kimin Allah qorxusu daha çoxdursa, ən çox sevilən odur. Vəzifə və mövqedə gözləri yoxdur, ancaq Allah rizasını qazanmaq üçün yaşayırlar. Allah Quranda möminləri imanlarına görə xoşbəxt edəcəyini bildirmişdir. (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #qorxu #kabus https://www.instagram.com/p/CnMygwusi2p/?igshid=NGJjMDIxMWI=
0 notes
petr1chorr · 5 months
Text
Bu gün sözlü təcavüzə məruz qaldım. Bunu dilə gətirməkdən çəkinirəm? Açığı, çəkinirəm. Amma çəkinsəm belə yazmaq istəyirəm. Çəkinməli olanlar bizlər deyilik əslində. Hormonlarını və şəxsiyyətini itirmiş, özünü idarə etməkdə aciz olan, mənliksizlərdir hansı ki, belələrinə görə biz daim qorxmuş, özümüzü alçalmış hiss edirik. Belə yaşamaq məcburiyyətindəyik məgər? Mənim bu gün yaşadığım qorxu, təşviş, stress və həyəcanı kim keçirə bilər? Bütün bunları nəzərə almadan bunu mənə yaşadan şərəfsizin cəzası nə olur bəs? Heç nə. Ətrafımda o qədər insan olmasına baxmayaraq, bir nəfər belə həmin insanı susdurmaq üçün müdaxilə etmədi.
Hal-hazırda Azərbaycan cəmiyyətində kütləvi psixopatlaşma gedir. Seksual hissləri ifrat oyanmış, ehtirasını nəyin bahasına olursa olsun ödəməyə çalışan bu kimi məsuliyyətsiz şəxslərə görə biz daim qorxu və narahatlıq içində yaşamalı deyilik. Belələrinin qarşısını nə ictimai qınaq, nə də qanun ala bilir. Çünki bu problemin həlli üçün gərəkli tədbirlər görülmür. Artıq ölkədəki bir çox şəxsin "insanlıq" adlı meyardan aralanması çox canımı sıxır.
90 notes · View notes
sanctasu · 8 months
Text
İlahə
Həyat sürprizlərlə doludu. Bir gün qapı açıldı, sinfimizə təzə bir qız girdi və mənimdə ağlıma girməyə başladı. Adı ilahə idi. Özü də adı qədər zərif idi. Yadıma gəlir hazırlığa yeni başladığı üçün və axsaqlığı olduğuna görə müəllimə onu həftə ərzində daha çox gəlməyi tapşırdı. Mənim də eyni dərsdən bir o qədər aram yaxşı olmadığı üçün əlavələrə baş çəkmək məcburiyyətindəydim. Dərslərə mən tam vaxtımda yerimdə olduqda o gec gəlirdi. Sonra öyrəndim ki, sən demə bu qız işdən çıxıb gəldiyinə görə dərsə gecikirmiş. Eyni fənndən başqa bir fənnədə bir gedirdik. Təbii ki, bu fənn riyaziyyat idi və mənim riyaziyyata olan nifrətim limiti bilənə qədər idi. Çünki, limiti o qız ilə eyni dərsdə olan zaman dinləmişdim. (Yalan deyirəm limit asan idi). O gün ondan arxa sırada oturmuşdum və dərs zamanı ona baxmağım,müəllimin diqqətindən yayınmamışdı. Müəllimənin dərs boyu mənə xeyli nəzərəçarpacaq nəzərlərlə baxması məndə qorxu yaratmışdı. Əslində bundan sonra dərsi daha da ciddi və həvəslə öyrəndim. Əlavələrə getdiyim qrupda çox danışan və bir o qədərdə dərsinə yaxşı hakim olan bir oğlan vardı. Adı nadir idi. Onun hər zaman başında kepka olur və dərsdə müəllimə ilə müzakirələri bitməzdi. Bir tərəfdən də müəllimə ilə eyni mənzildə yaşadıqlarından dolayı qonşu idilər. Nəsə deməli attestat imtahanına 2 həftə filan olar qalıb, birgün dərsdəyik, müəllimə ilə birgə uşaqlarla ev tapşırıqlarını yoxlayırıq, birdən qapı dayanmadan tıqqıldandı, uşaqlardan biri qapını açdı.
- Hərkəs qapı tərəfə çevrilib, boylandı
Qapını döyən 1,75 boylarında arıq, çəlimsiz, bir oğlan idi. Yaşı 20’ni ötərdi. Saçını da tam kəsdirmiş, boğazının sağ tərəfində döymə var idi. Gözlərinin birinin çəp olduğu aydın görsənirdi.
Müəllimə:
- Buyrun nə lazımdı?
Oğlan:
-Nadiri olar bir dəqiqə?
Nadir:
-Sənə demədim özüm zəng edəcəm!
Oğlan:
- Yox sən bir çölə çıx başa sal məni görüm.. Müəllimə başınıza dönüm, nadiri buraxın gəlsində. bi.. (sözü ağzında qaldı)
Nadir:
- Müəllimə çıxımda siz allah, görüm nə deyire bu..!
Müəllimə:
- Ay, bala bizim imtahana 2 həftəmiz qalıb, mənim icazəm olmadan sən hara çıxırsane.
Oğlan:
- O zaman ilahə gəlsin, ona sözüm var..
Nadir:
- Sənə demədim özüm danışacam, çıx bayıra məni gözlə!
Oğlan:
- Çağırmısınızsa başa salında məni..İlahə bir bura bax, ey
İlahə:
- Mən səni tanımıram, kimsəne sən..(əllərinin əsməyini gördüm.)
Müəllimə:
- İlahə nə məsələdir.?
İlahə:
- Mən bu adamı tanımıram.. deyib ağlamağa başladı, yanında əyləşən qızlar ona yaxınlaşdı.
Nadir:
- Çıx bayıra demədim sənə!
Müəllimə:
- Oğlum, otağı tərk et!
Oğlan, yavaşca ağzında nəsə gəvəliyirdi ki, bu zaman qapının arxasında əyləşən fərid,(nadirin dostu)
- Qaqaş müəllimə demədi otağı tərk et..qapını sərtcə, oğlanın üzünə çırparaq, silkələdi..
Hərkəs ayağa qalxdı. O oğlanı çöl qapısınadək, yaxasından tutub itələdi.
Müəllimə:
-Fərid, sənə nə olub, vəhşisən?
Fərid:
- Görmürsüz, müəllimə gic-gic danışır, dərsə mane olur.
Müəllimə:
- Canı cəhənnəmə olsun baş qoşma, gəl keç otağa.
Otağa keçdikdə, müəllimə nadir ilə fəridi elə danlağlayırdı, o isə fəridə baxaraq;
- Göstərəcəm ona, başa salacam hərşeyi..
Müəllimə:
- Nadir, sən nəyi başa salacaqsan, sənin elə özünə ağıl qoymaq gərəklidir. Elələrinə baş qoysan, az çox yaşın artmamış düşərsən içəri.
Nadir:
- Müəllimə, siz qarışmayında nolar..
Bu söhbət əsnasında ilahə hələdə ağlayırdı. Qızlarda başının üstündə idi.
Nadirin başı isə telefona qarışmışdı, kiməsə elə hey nəsə yazırdı.
Müəllimə:
- Nə isə ilahə sil gözünün yaşını.. keçək dərsimizə.. nadir, telefonu kənara qoy, söhbət bitdi artıq.
Nadir:
- Qoyuram müəllimə.
Bu hadisə baş verdikdən az sonra öz-özümə cavabı olmayan suallar verirdim. Nəyə görə oğlan, nadir və ilahə ilə söhbət etmək istəyirdi? İlahə müəllimənin sualını cavablandırmamış nəyə əsasən ağlamağa başladı? Nadirin oğlan ilə söhbətində ara da olan ilahədirmi? Nadir və İlahə? Bəlkə onlar birlikdədirlər? deyə elə başımı suallarla bişirdim..
Dərs bitdi. Çölə çıxdım. Nadirin ətrafına qrup oğlanları yığışmışdı. Nadir kimsə ilə telefonda ciddi tonla danışırdı ara-sıra ağzından söyüş də çıxdığını eşitdim. Kənardan izləyib onun oğlan ilə söhbətini dinləmək istəyirdim ki, qol saatıma baxdım. Növbəti hazırlığa gecikəcəyimi düşünüb, dayanacağa doğru addımladım..
Aradan 1 həftə filan keçdi. O gün baş vermiş hadisənin səbəbi, həm uşaqları, həm də müəlliməni maraqlandırdığını hiss edə bilsəmdə bundan bir daha heç kəsin söz açdığını duymadım. Ta ki, nadirin yaxın yoldaşı zamiqdən eşitməyimə qədər, “həsən onlar sevgilidirlər, keçən həftə gələn oğlan da ilahənin keçmiş sevgilisi idi, iş yerindən tanış olmuşdular, nadir onu söhbətə çağırmışdı, amma o düzgün zamanda gəlməmişdi. Yenə də nadir onu yaxşıca başa salaraq, dərsini verdi.” bu sözləri eşitmək istəmirdim, çünki beynimdə də hadisəni elə belə proqnozlaşdırmışdım. Heç gözləmədiyim yerdə qanım qaralmış, üzümün rəngi getmişdir. Qurduğum ssenarini özümə qəbullandırsaydım bu həqiqəti eşitməkdən yaxşı idi dedim və yoluma baxdım. O qızı sonuncu dəfə may ayında, avtobus pəncərəsindən görmüşdüm. Dəyişilməmişdi heç..
Bu əcaib qoxu verən söhbəti bura da danışmağı heç düşünməzdim. Artıq bir il’ə yaxın bir müddəti ötən məsələni içimdə saxladığım qədər də buraya boşaltmağı bacardım. Təqribi 25 dəqiqə öncə həmən qız ilə üzbəüz hava limanında qarşılaşdıq, təbii ki, onun mənim simamı xatırlayacağını o qədər də bilmirəm, amma mənim onu unutmadığım hər halımdan anlaşılırdı.
Buraya qədər oxudunuzsa səbrinizə heyranam :))
35 notes · View notes
huseynmammad · 1 year
Text
Danışıb bitirdikdən sonra süfrəni sərdim. Həmid çox gec gəldi. Dəfələrlə elə olmuşdu, zibil atmağa çıxanda evə gec qayıdırdı. Fikirləşirdim ki, görəsən, bu qədər gecikməyinin səbəbi nə ola bilər. Heç vaxt soruşmamışdım. Ancaq bu dəfə həmişəkindən də gec gəldi. Qayıdanda soruşdum:
-Həmid, zibilləri Geri Çevirmə Mərkəzinə aparmışdın?! Niyə bu qədər gec gəldin?
Danışmaq istəmirdi, ancaq israrımı görəndə dedi:
-Bilirsən, küçənin başında həmişə yoxsul bir adam dayanır. Mən hər dəfə yanından keçəndə bacardığım qədər kömək etməyə çalışıram. Amma bu dəfə üstümdə pulolmadığından utandım ki, birdən görərəm, kömək edə bilmərəm. Buna görə bütün küçəni dövrə vurmaq məcburiyyətində qaldım.
Bu kimi rəftarlarını görəndə ona daha çox heyran olurdum. Onun bu hərəkətləri məndə həm gözəl hisslər, həm də qorxu yaradırdı. Gözəl hisslər həyat yoldaşımın bu qədər incə və zərif məsələlərə qarşı çox diqqətcil olduğuna görə idi. Qorxurdum ona görə ki, özümü Həmidlə yarışda təsəvvür edirdim. Mən yıxıla-yıxıla, sürünərək yoluma davam etdiyim halda Həmid sürətlə keçib-gedirdi.🌻
45 notes · View notes
qulumemmedovv · 8 months
Text
Qorxu bədənini paltarlarla örtməyə məcbur edir, sevgi isə sənə lüt olmağa icazə verir. Qorxu sahib olduğun hər şeydən bərk-bərk yapışmağa, sevgi isə onları paylaşmağa şərait yaradır. Qorxu məcburi yaxınlığa, sevgi səmimi yaxınlığa səbəb olur. Qorxu tutub saxlayır, sevgi azadlıq verir. Qorxu daxilində yanğın yaradır, sevgi daxilən sakitlik gətirir. Qorxu hücum edir, sevgi isə qucaqlayır.
Tanrı ilə söhbət
38 notes · View notes
iyidebananeee · 2 months
Text
dostumla qorxu filmi izləəyəcəmmmm, bu gecə də yatmayacağıq çox şükürrrrr
7 notes · View notes
ogunbugundur · 2 months
Text
qorxu filmi izləyib sonra özümə gəlim deyə komedi filmi izləyirəm👍🏻
16 notes · View notes
aysuys · 2 months
Text
Paris'in Altında
Tumblr media
deməli dostlar,filmi fransız qorxu filmi olaraq çəkiblər ama qorxu ilə əlaqəsi yoxdur. mövzu budur ki, Sena çayında köpəkbalığının görülməsi ilə Parisin qan gölünə çevrilməməsi üçün öz keçmişi ilə üzləşməli olan dəniz biologunun həyat hekayəsidir. izləməyə dəyər ;)
15 notes · View notes
zuqan · 9 months
Text
Mezhebçilere göre çox insanlar dinden soyuyaraq ateistliye dogru gedir. Demek olar çoxluq Quran ile yox, sonradan yazılan şeylere inanır. Her sonradan yazılan şeyleri özlerine haqq bilen mezhebçiler de islamı mürekkebleşdirir. Her yerinden duran, özüne alim deyenler flan dua, flan namaz, flan ibadetler ve s. kimi yenilikler getirir. Getirende de ele getirirlerki elemeye mecburmuşuq kimi. Nese çox danışmayacam. Bu mezheb barede evvelde yazmişam. Bu postda sadece ateistlerin Quranda yazılan ayelerin ziddiyetlerine qısa şekilde cavablar yazacam. Yeni onların dediklerine göre bunlar mentiqsizdi, flan aye bele deyirse flan aye onun eksini deyir.
Tumblr media
1). İslamda yehudi ve xristianları dost tutmamaq deye bir şey yoxdu. Mezhebçiler özlerine uyğun gelen şekilde tercume edirler. Ey iman edənlər, yəhudi və xristianları başçı (rəhbər, hakim) etməyin. Onlar bir-birlərinin dostlarıdır. Sizdən kim onları rəhbər edərsə, o da onlardandır. Şübhəsiz ki, Allah zalım bir qövmü doğru yola yönəltməz. (Maidə surəsi, 51).
Göründüyü kimi rehber teyin etmeyindi, dost deyil. Lap deyek dost tutmayaq yazılıb orda. Bes Allah Quranda yehudi ve xristianlarla evlenmeyi niye halal buyurub?)  Azad və iffətli mömin qadınlar və sizdən əvvəl kitab verilmişlərdən azad və iffətli qadınlar namuslu olub zina etməmək və aşna saxlamamaq şərtilə, mehrlərini də verdiyiniz təqdirdə (onlarla evlənməyiniz sizə halaldır). ( Maidə surəsi, 5). Eger dost tutmamaq olsa idi evlenmekde olmaz idi. Ateistler birini oxuyurlar, o birisini oxumurlar. Ağılları ile İslamı derk elemek evezine, islamda sehvler tutmağa çalışırlar. Ey iman edənlər! Sizdən əvvəl kitab verilənlərdən və inkar edənlərdən dininizi lağa qoyan və ona oyun-əyləncə kimi baxan kimsələrlə dostluq etməyin! Əgər möminsinizsə, Allahdan qorxun! (Maidə surəsi, 57). Ayedende kimlerle dostluq etmemeyimiz gorunur. Umümı bir şey olaraqda deyim Xristian, yehudi deyende ele bilirlerki onlar cehennemlikdiler, Allaha inanmırlar, kafirdiler falan. Bu fikirleri qeti şekilde ağlınızdan çıxarın. Quranda onlarında cennete gedeceyine dair ayede var. Şübhəsiz ki, (əvvəlki elçilərə) iman edənlər, yəhudilər, xristianlar və sabiilərdən hər kim Allaha və axirət gününə iman edib saleh əməl işləyərsə, onların mükafatları Rəbbinin yanındadır. Onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər. (Bəqərə surəsi, 62).
2. Qadınlara tarla deyilmesi.
Qadınlarınız sizin tarlanızdır. Tarlanıza istədiyiniz kimi daxil olun! Özünüz üçün yaxşı əməllər hazırlayın! Allahdan qorxun və bilin ki, siz Ona qovuşacaqsınız. Möminlərə müjdə ver! (Bəqərə surəsi, 223)
Başı boş, islamda sehv axtarmağa çalışan ateist düşüncesidi bu. İslam dini qadına tarla deyirse bunda ne mentiqlik ola biler falan düşünürler. Birincisi Quran edebli formada yazılıb. Qadına niye tarla deyilsin, oturub bunu fikirleşmirler. Tarladan bir insan ekin üçün istifade edir. Torpağa toxum ekir, oradan da mehsul toplayır. Qadında hemçinin eledi. Cinsi elaqe zamanı sperma toxum rolunu oynayır, ondan da yeni bir övlad dünyaya gelir. Netice olaraq tarla qadın olur, toxum sperma, dünyaya gelen körpede mehsul. Ağıl işletmek çetin deyil göründüyü kimi.
3. Ayı işıq menbeyi kimi tesvir edir, lakin işığı güneşden aldığını demir.
Onların içində ayı bir nur, günəşi də bir çıraq etmişdir. (Nuh surəsi, 16).Bu düşüncede sadece islamı çürütmek meqsedile ortaya atılmış iddiadır. Ayede göründüyü kimi ayı nur, güneside çıraq etdiyini deyir. Ağıllı insan başa düşerki nur ile çıragın menası eyni deyil. Eyni olsa idi ikisinede nur ve ya çıraq deyerdide?. Ferqide odu ki nur qaranlıqdan seçilen bir işıq kimidi. Onun özünün işığı yoxdu, ona da işiğı nese verirde. Ama güneşin öz işığı, öz istiliyi var. Demeli Allah güneşi işıq saçan çıraq kimi, ayıda nur kimi dediyine göre, ay öz işığını güneşden aldığını başa düşmek olar.
4. Qarışqaların danışması ve s. nağıl hekayeleri
Nəhayət, onlar qarışqa vadisinə gəldikdə bir qarışqa belə dedi: “Ey qarışqalar, yuvalarınıza girin ki, Süleyman və ordusu fərqinə varmadan sizi əzməsinlər!” (Nəml surəsi, 18)
Bu fikirde ateistlerin, imanı zeif olanların mentiqine uymayan düşuncedi. İslamda o qeder edilecek gözel şeyler varken mentiqlerine uymayan şeyin derinliyine getmeden dinden üz dönderirler. Bu onların seçimidi. Çünki İslamda mecburiyyet yoxdu. Her kesin dini, inancı ozünedi. Ama bele Quranda yazılanlara nağıl demekde cox dexlisizdi. Bunlara inanmamaq da Allahın qüdretini, varlığını deyişdirmir. Qısacası biz Quranda yazılan möcüzelerden ders almalıyıq.
Qeyd kimi demek isteyirem ki, ayede yazılan 'Ey qarişqalar' ifadeside qarışqaların özlerine mexsus bir dilin olduğunu düşünmek olar. Yene de doğrusunu Allah bilir.
18 notes · View notes
shahinelected · 2 months
Text
🇦🇿 İnsanların öz günahları nəticəsində ortaya çıxan nəticələr!
🇺🇸 The consequences of people's own sins!
🇷🇺 Последствия собственных грехов Людей!
🇹🇷 İnsanların kendi suçları nedeni ile ortaya çıkan sonuçlar!
#shahinelected #paranormal #mystery #mysterious #gizem #gizemli #паранормальное #мистика #evil
0 notes
Photo
Tumblr media
I Hal-hazırda gənclər Allah sevgisindən və Allah qorxusundan çox uzaq tərbiyə edilirlər. Ailə uşağa zahiri ibadətləri öyrədir və kənara çəkilir. Halbuki ibadətlərlə yanaşı, bütün həyatını əhatə etməli olduğu, hər gün, hər dəqiqə möminin tətbiq etməsi lazım olan Quran əxlaqı vardır. Uşağın qəlbinə möhürlənməli olan dərin Allah sevgisi, ciddi Allah qorxusu və vicdan həssaslığı var. Mömin ancaq Qurana uyğun tərbiyə ediləndə, Allahı sevib Onu razı edə bilməməkdən çəkinəndə və Allahdan lazımi qədər qorxanda Allahın istədiyi mükəmməl əxlaqa qovuşar. Əks təqdirdə Qurana uyğun olmayan davranışlar, nəfsi mübarizələr, sevgisizlik və laqeydlik möminin canını sıxar. Bir uşağı tərbiyə edərkən hər şeydən əvvəl ona səmimiyyət öyrədilməlidir. Səmimiyyət bünövrə olaraq qoyulduqda uşaq bundan sonra həyatı boyunca vicdanı ilə hərəkət edəcək. Sevgi və səmimiyyət iç-içədir. Sevgini bilməyən səmimiyyəti bilməz, səmimiyyəti bilməyən də sevgini. Nəticədə sevgi, səmimiyyət, ağıl, Allah qorxusu və Qurana uyğun davranmaq bir-birlərinə bərkidilmiş zəncirlər kimidir. Möhkəm bağlandıqda möminlərdə Allahın razı olduğu çox gözəl cənnət əxlaqı ortaya çıxar. Beləcə mömin aydın üzlə, nurla, gözəl əxlaqı ilə, olduğu mühitdə işıq saçar. Allah sevgisini və Allah qorxusunu qəlbində hiss edən möminin bütün hərəkətlərində, danışığında, baxışlarında bu dərinlik əks olunar. Heç bir şey etməsə də, danışmasa da bu üslubu ilə ətrafındakılara təbliğ edər. Peyğəmbərimizin möhtəşəm əxlaqı ilə, Allaha və Onun yaratdıqlarına duyduğu dərin sevgisi, təmizliyi, səmimiyyəti, xoş rəftarı və Allaha olan sarsılmaz etibarı ilə bütün möminlərə nümunədir. Peyğəmbərimiz hədislərdə gözəl əxlaq və Allah qorxusu ilə bağlı belə buyurur: “Ümmətimin cənnətə girməsinə səbəb olacaq ən əsas şey ilahi təqva və gözəl əxlaqdır.” (Usulu Kafi, cild 2, səh. 100) (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #sevgi #qorxu #allahqorxusu https://www.instagram.com/p/CmjkwblIGE2/?igshid=NGJjMDIxMWI=
0 notes
petr1chorr · 5 months
Text
Adrenalin və qorxu dolu 4 filmə baxaraq gözümü və psixologiyamı zay etdikdən sonra gedib yata bilərəm.
55 notes · View notes
nesirov · 10 months
Text
“ Nəyim əskikdir deyə soruşursan. Həyat, əskik olan budur!. İçimdə bir şeylər ölüb sanki. Nə qorxu, nə kədər, nə də yalnızlıq hiss etmirəm. Yaşayan bir cəsədəm sanki... ”
© Rosa Luxemburg
31 notes · View notes
esmiramst · 10 months
Text
Soruşsan çox şey dəyişdi əslində, mən o həminki adam deyiləm artıq. Üzümü hördüyüm gülüş maskalarını çıxarıb atmışam, saxta təbəssümlər ölkəsinə birdəfəlik əlvida demişəm. Lüzumsuz insanlardan qaçıram artıq.Anladım ki insanlara məni üzmələri üçün şəraiti mən yaradıram. İçimdə o qədər sevgi boşluğu var ki, hər kəsi özüm kimi zənn edirəm. Bu sanki qorxu filmində bədheybətdən qaçmaq yox onla üzləşməyə cəsarət tapan rolun hekayəsidir. Nə qədər üzülə bilərəm ki bundan çox? Tükətmədimmi özümü günlərcə? Sahil də bezdi məndən, o parklar da, ulduzlar da, mahnılar da, o sevgisini mənə göstərib qarşılıq almayan insanlar da.
27 notes · View notes
gulsmentality · 3 months
Text
Səssizlik deyəndə ağlıma ilk gələn ifadə yalnızlıqdır. Yalnızlıq deyəndə ağlıma ilk gələn ifadə səs küy və çoxluqdu. Məncə yalnızlıq, yalnız olmaq ifadəsi yeganə ifadədir ki sinonimləri eyni məna ifadə edirmiş kimi görünsədə fərqli hissləri və məhvumları simvolizə edir. Bir yerdə oxumuşdum ki sevmədiyimiz və nifrət etdiyimiz hərşey əslində bizim içimizdə bir şəkildə var olan şeylərdir, onlar bizim qaranlıq barışmadığımız tərəflərimizdir yaşamımız boyunca bunları kəşf etməli və onlardam xilas olmağa çalışmalıyıq, bu əslində bir kitabdan hissədir kitabın ismini yazarını unutmuşam oxuya bilməmişdim yəqin zamanı deyilmiş. Bu yazını oxuduqdan uzun müddət sonra əslində haqlı olduğunun fərqinə varmışdım, geriyə dönüb baxıram ən böyük qorxularımdan biri səssizlik və tək qalmaq idi bu uşaq olduğum zamanlardan var olan bir qorxu idi, evdə tək qala bilməz,səssiz otaqda oturanda ağlayardım elə hiss edərdim ki sanki nəsə var olub məni ən acımasız şəkildə öldürəcəkmiş, zaman ötüb keçdikcə bu qorxunu fiziki olaraq geridə buraxmışdım, artıq tək qalmaqdan qorxmurdum əksinə tək qalmaq daha hüzurlu gəlirdi mənə, səssizlikdə narahat etmirdi məni əksinə susub biraz dünyanı dinləmək məni qayğılarımdan uzaqlaşdırırdı. Mövzu isə fiziksəl olaraq deyil mənəvi olaraü yalnızlığı və səssizliyi öyrənməkdə idi, zamanla dönəm dönəm tək yalnız hiss etdiyimin və bunu insanlarla doldurduğumun fərqinə varmışdım, əslində mən özümdən qaçırmışam hərkəsi dinləyərkən özümü susdururmuşam, öz səsimdən qaçırmışam bəlkə də səssizlik buna görə məni bu qədər narahat edən bir vəziyyət idi, artıq insanların ətrafında hiss etdiyim yalnızlıq çox zaman məni narahat etmir istədiyim zaman özümlə baş başa qala bilir istədiyim zaman onlardan biri kimi davrana bilirəm, həftənin bəzi günləri tamamilə tək qalmağı seçirəm artıq alışqanlıq halına gəlib bir neçə gün özümlə tək qalmasam özümlə olan bağlantımı itirirəmmiş kimi hiss edirəm çox zaman buna görə yaxşı reaksiyalar almıram amma kimin umrunda özümlə barışmışam azda olsa, onu yenə öz küncünə tərk etmirəm, səssizlik haqqında isə eyni şeyləri deyə bilmərəm bu yazını yazarkən belə arxa fonda musiqi vardı ümid edirəm ki bir gün bunu da anlayıb özümü dinləməyi öyrənərəm..
7 notes · View notes