Tumgik
#təmiz
Photo
Tumblr media
I Quran hər dövrə xitab edən kitabdır. Quranda insanın həyatı boyu ehtiyac duyduğu mövzuların hamısı mövcuddur. Allahın bəndələrinə göndərdiyi bu kitabda ibadətlər, müsəlmanın ruh halı, gözəl əxlaq və çətin vəziyyətdə gözəl davranış, fiziki və mənəvi cəhətdən sağlam yaşamağın yolları, ölüm anı, hesab günündə yaşanan hadisələr, insanları gözləyən cənnət və cəhənnəm yazılıdır. Allah insanı yaratmış və Öz Qatından göndərdiyi Quran vasitəsilə hər mövzu ilə bağlı ən faydalı həll yollarını göstərmiş, hər cür yol göstərici məlumatı vermişdir. Dolayısı ilə istənilən mövzunu araşdırarkən, Allahın ayələrinə və ayələrin göstərdiyi düşüncə metodlarına görə davranmaq lazımdır. Bir insan nə qədər təcrübəli olursa olsun və ya nə qədər yüksək mədəni səviyyəyə malik olursa olsun, məlumatı yenə də məhduddur. Çünki bütün məlumat Allaha aiddir, insan ancaq Onun dilədiyi və təqdir etdiyi qədər məlumata sahib ola bilər. Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən! (Bəqərə surəsi, 32) Dünya həyatında gözəl yaşamaq istəyən insan hər şeyin ən doğrusunu bilən və hər şeyin yaradıcısı olan Allahın endirdiyi Quran əsasında yaşamalıdır. Bu səbəbdən, biz, təmizlik anlayışını öyrənmək üçün Allahın sözü olan Qurana yönələcəyik. Çünki təmizlik Allahın hökmüdür və möminlərin ruhuna və yaradılışına ən uyğun olan davranış formasıdır. Buna görə də bir ibadət olaraq həyata keçirilən təmizlik möminlərə bir yandan da çox böyük zövq və rahatlıq verir. Allah möminlərin maddi və mənəvi yöndən təmiz olduqlarına bir çox ayəsində diqqət çəkmişdir. Quranda möminlərin təmizliyi ilə bağlı diqqət çəkilən mövzulardan bəziləri aşağıdakılardır: Ruhun təmizliyi Quranda diqqət çəkilən təmizlik anlayışı cahil cəmiyyətin bu mövzudakı anlayışlarından olduqca fərqlənir. Qurana uyğun olan təmizlik əvvəl ruhda yaşanır. Qurana uyğun olmayan bütün əxlaqi xüsusiyyətlərdən, pis düşüncələrdən və həyat tərzindən tamamilə uzaqlaşıb təmizlənmək insana mənəvi təmizlik bəxş edir. (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #təmizlik #temizlik #təmiz #ruh #geyim https://www.instagram.com/p/ChO6zPgs-5V/?igshid=NGJjMDIxMWI=
0 notes
yagubov · 2 years
Text
Hicablı qəşəng qız görəndə, könlümdən dostluq təklifi etmək keçir.
18 notes · View notes
shikhaliyevv · 4 months
Text
Bir gün həqiqətən gülümsəmək istəyirəm. Hansısa acını gizləmək üçün yox, kiməsə xoşbəxt görünmək üçün yox, insanların suallarından qaçmaq üçün yox, həqiqətən sadacə xoşbəxt olduğum üçün gülümsəmək istəyirəm. Bir şeylər bitsin, məsələn, unudum uşaqlığımı, yaşanmışları, acıları, böyüyəndə danışılan yalanları, çıxarları üçün yanımda galan insanları da unudum. "Yaxşı ki var" dediklərim olsun yanımda sadəcə. Bütün pisliklərdən uzaq, təmiz, xoşbəxt, sakit bir həyatım olsun istəyirəm.
53 notes · View notes
zeydme · 6 months
Text
Kaş ki, hamı danışdığı qədər yaxşı adam olaydı. Kaş ki, şairlər şeirlərindəki qədər məsum, yazıçılar hekayələrindəki qədər düzgünlüyü sevən olaydı. Kaş ki, məhəllələrin tinində dayanıb qeyrətdən danışanlar, danışdıqları kimi əllərinə fürsət düşdükləri zaman da o danışdıqlarını xatırlaya. Kaş ki, müəllimlərin məqsədi yalnız tələbənin nəsə öyrənməsi, həkimin məqsədi xəstənin tez sağalması, polisin məqsədi həqiqətən qanunun keşiyini çəkmək ola. Uşaq vaxtı məscidlərə gedəndə elə bilirdim ki dünyadakı ən təmiz insanlar moizə edən insanlardır. Sonra böyüdükcə gördüm ki, onlar da danışdıqlarının hamısını yaşamır. Dünyada ən asan iş elə danışmaq, məsləhət vermək, yazmaq, moizə etməkdir. Ən çətin iş isə danışdığın insan ola bilməkdir. Kaş ki, hamı danışdığı kimi insan olaydı.
62 notes · View notes
dadaszdkh · 7 months
Text
O qədər yorulmuşam ki,fiziki yox mənəvi,ruhən çökmüşəm təmiz.
62 notes · View notes
evezysf · 10 months
Text
Piyada keçidinin podyum olmadığını anlamayan insanlar var hələ də. Adamı çilədən çıxarırlar təmiz
88 notes · View notes
usersh · 6 months
Text
Böyük dəyişirəm. Belə ki, ən doğmalarımla belə danışmaq istəmədiyim, üzlərini görmək istəmədiyim zamanlar olur. Elə olur ki, ən cüzi dərdi belə dinləyə bilmirəm, çünki heç bir faydam dəyməyəcəyini bilirəm.
Düzü, bunun güc tükənməsi, psixoloji durğunluq, soyuqqanlılıq, qaçmaq, yaxud birisinə çevrildiyiməmi görə baş verdiyini ayırd edə bilmirəm.
Zənglərə baxmıram, mesajlara geri dönüş etmirəm. Dinləmək də istəmirəm, dinlənilmək də. Dünənədək hər kəsin hər problemini böyük sevgi ilə həll edən, ailəsinin, dostlarının ağır məsuliyyətlərini üstələnən və bundan qürur duyan mən indi heç bir məsuliyyət istəmirəm.
Sanki hər şey, hamı süni gəlir. Anlaşılmaq, sevilmək, axtarılmaq bütün bunlar bəs eləmir. Hər kəsin “mən duyğusunun” hər söhbətdə önə keçməsi çox məyus edir. Bilirəm, elə o hərkəsdən biri də, bəlkə, özüməm.
Qorxuram, içimdəki təmiz insanın yavaş-yavaş solmasından. Hərkəsləşməkdən, o mahnıda dediyi kimi “İllər keçdikcə qorxduğun adamlara dönmək.”-dən qorxuram.
49 notes · View notes
nferzeliyeva · 3 months
Text
Elə sevilin ki, heçzaman sevgisindən şüphə etməyəsiz.
Elə sevin ki, sevginizdən şüphə etməsinlər.
Bir insan gələr hərşeyi dəyişdirər inanmadığınız hər nə var yenidən inanarsız, yaşamaq üçün səbəbiniz, qaranlığınıza ışıq, ümidsiz qəlbinizə ümid, qısaca həyatınıza rəng qatanınız olar. Sevendə həqiqi sevin əmin olun sevdiyinizə sonra bir şeylər yaşayın birinin həyatının fragmanı deyildə bir ömür filmi olun. Balaca uşaq kimi saf təmiz sevin. Sizdən 1saat xəbər ala bilməyəndə narahat olan adamları, qadınları sevin. Sevmək üçün səbəb axdarmayın, sevgi səbəbsiz gələr qəlbinizi sizdən alar. Qəlbinizi incitməyəcək adamlara əmanət edin. Hər mahnıda onu xatırlamaq, hər kitabda ona rastlamaq, hər yerdə onla bağlı birşey axdarmaq onu sevdiyinizin bi işararəsi.
Səbahəddin Alinin - Xəz paltolu Madonna kitabında’da dediyi kimi : Səni sevirəm… Dəli kimi deyil, ağlı başında sevirəm..
Dəli kimi sevməyə ehtiyac yoxdur düzgün sevin sadəcə ))
25 notes · View notes
zuqan · 6 months
Text
Quranda namaz yazılıb ama nece qılınması, neçe rüket olması, namazda ne oxumaq lazım falan filan yazılmayıb. Tipik Qurandan xeberi olmayan hedisçilerin, mezhebçilerin(sünni, şie ve s. keslerin) dediyi ilk cümle ancaq budur. Yeni Quran Allah terefinden yarımçıq (haşa) yazılıb, heçne tam deyil , orada etraflı heçne yoxdur. Eger yarımçıq olsa idi Allah bizi niye ancaq Qurandan sorğu sual elesinki? (Zuxruf suresi 44)
Üzden ancaq erebce oxuyanda elbetde heçkes orada neyin yazıldığını bilmeyecek. Meselen birinden soruşanda deyir ki, ''he neçe defe oxumuşam, rastlaşmamışam namaz nece qılırlar, namazda ne oxuyurlar '' ve s. tipli cavab verirler. Yeni üzden süretle oxumaqla bilmeyeceksenki içinde ne yazılıb deye. Bi misal vare '' keçel başını yudunmu? Keçelde deyir yudum da, daradım da'' he bax çoxuda Quranı ele oxuyur, ağlını işletmeyerek. Allah Quranda bizlere defelerle düşünüb öyüd alın deyir: Sənə bu mübarək Kitabı, təmiz ağıl sahibləri ondakı ayələri düşünsün və öyüd alsınlar deyə nazil etdik. (Sad surəsi, 29), Düşünüb anlayasınız deyə Allah sizə Öz ayələrini belə bəyan edir. (Bəqərə surəsi, 242), Əgər düşünüb anlayırsınızsa, ayələri artıq sizə izah etmişik. (Ali İmran surəsi, 118), Onlar Quranı düşünməzlərmi? (Nisa surəsi, 82) , Allah ayələri sizə belə açıqlayır ki, bəlkə, düşünüb anlayasınız. (Nur surəsi, 61), Biz sizə ayələri bəyan etdik ki, düşünüb dərk edəsiniz. (Hədid surəsi, 17).
Neticede çoxu aye ile yox, düşünmeyerek hedislerle, dede babaların etdiyi kimi ibadet edirler. Düşünüb oxuyanda da Quranda namazın nece qılınmalı olduğuna dair ayede var.
Tumblr media
Bu ayeni diqqetle oxuyanda bilinirki namazın nece qılınmalı olduğunu Allah terefinden bizlere deyilib. Hedislere ehtiyac yoxdur. Bize sadece düşünüb,öyüd almaq qalır.
35 notes · View notes
huseynmammad · 7 months
Text
Tumblr media Tumblr media
Baxdığımız pəncərədən təmiz, saf baxışlarla baxırıqsa, həmin pəncərə nə qədər kirli və qırıq olursa olsun baxışlarımız kirlənməz.🌱
37 notes · View notes
anar-abasow · 5 months
Text
Lotus çiçəyi palçıqlı mühitlərdə yetişir, lakin dünyanda ən təmiz çiçəkidir. Bu çiçək üstünə toz qonduqda silkələnərək tozdan xilas olur və özünü təmiz saxlayır. Bataqlıqda çiçək açmaq insanın da taleyidir.
20 notes · View notes
feride11 · 11 months
Text
Heç vaxt ümidini itirmə sabah nə olacaq bilmirsən, sən qəlbini (kindən, paxıllıqdan) təmiz saxla unutma hər qab öz içindəki gülün ətrini verər..._
Sabahınız Xeyirli uğurlu olsun İNŞALLAH 🤲 gününüz ruzili bərəkətli olsun İNŞALLAH 🤲
56 notes · View notes
esger1i · 5 months
Text
İçində yaşadığınız dünya istədiyiniz kimi olmaya bilər. Könül dünyanız, qəlb eviniz hər daim gözəl, saf, təmiz olsun, çünki bu dünyanın yaradıcısı sizsiniz. İçində sizə layiq insanlar olsun. Dünyanı idarə edə bilməsəniz də, könül dünyanızın, qəlb evinizin idarəsi öz əlinizdədir.
26 notes · View notes
dadaszdkh · 20 days
Text
Həqiqətən nə qədər qəlbin təmiz olursa olsun anlamı yoxdu, insanlar görünüşə üstünlüy verir.
22 notes · View notes
madinaa17 · 7 months
Text
O qədər yaxşı, təmiz qəlbli nənəm və babam var ki... Onları öz canımdan çox istəyirəm. Onlarla gülmək, əylənmək, söhbət etmək mənim ən ən ən sevdiyim məşğuliyyətlərimdən biridir. Allah onları mənə çox görməsin
41 notes · View notes
usersh · 3 months
Text
Niyə burdayam deyə sorğuladığım çox olur.
Uşaqlıqdan apardığım qazanmaq üçün verdiyim mücadilə bəzən o qədər heç kimi gəlir ki. Olmaq istədiyim ən yaxşı versiyam üçün çəkdiyim əziyyət layiq deyil deyə düşünürəm bu dünyaya.
İnsanlar yanıldır, yorur, incidir. Ətrafım çoxaldıqca yalnızlaşıram.
Biri səni böyüdür, sevgi ilə yoğurur. Sonra baxırsan ki, yox olub həmin biri, “cənnət adlı yerə gedib”, deyirlər. Və deyirlər ki, “keçəcək, yaşamaq lazımdır”.
Birinə illərini verirsən, əziyyətlərlə qazandığın uğuruna ürəyinin gülmədiyini sezirsən.
Biri səni sevir. Amma’lar olur əngəl.
Sonra sən rənglərini itirirsən, gülüşlərini, inamını.
Sonra “niyə sərhədlərin var?”, “niyə pessimistsən?” olursan.
Sonra yaşamaq istəmirsən. Onlar üçün mənalı olan bəsitlər sənə daha bəsit olur.
Onlar çox olduğu üçün sən bu çoxluqda itirsən, batırsan. Çevrilirsən. Təmiz qəlbin olur onların torpaqlı əlləri ilə ləkəli, tozlu.
Sonra olursan duyğusuz, bəsit insanlar ordusunun ruhsuz bir fərdi.
20 notes · View notes