Tumgik
#təmiz niyyətlə
yagubov · 2 years
Text
Hicablı qəşəng qız görəndə, könlümdən dostluq təklifi etmək keçir.
18 notes · View notes
asiqolma · 4 years
Text
Bacarmırsan ar etməyi heç olmazsa xar eyləmə.
Girmədiyin köynəyinə girib barı dar eyləmə.
Sözün yoxsa söz etməyib insanları zar eyləmə.
Adamlığın quymətini tarix yazar nə karəsən
🌼🌼🌼
Bu dünyanın hər nazını çəkəmməzsən.
Haram olan naz neməti əkəmməzsən.
Torpaq sənə zəhər verər biçəmməzsən.
Adamlığın qiymətini tarix yazar nə karəsən.
🌼🌼🌼
Öz adını başqasına yazan da var.
Doğru deyib düz yolunu azan da var.
Goreşən tək ayaq altı qazan da var.
Adamlığın qiymətini tarıx yazar nə karəsən.
🌼🌼🌼
Söz aparıb söz gətirən ara vuran.
Təmiz qəlbə nifaq salıb yara vuran.
Pis niyyətlə ağ insana qara vuran.
Adamlığın qiymətini tarix yazar nə karəsən.
🌼Aşiq Olma🌼
23.05.2020.
11 notes · View notes
Photo
Tumblr media
I Ayədə qeybət edib, qaş-göz hərəkətləri ilə istehza edənlərə Allah xəbərdarlıq edir. Bu xəbərdarlıq qeybətin və istehzanın Allah dərgahında nə qədər böyük günah olduğunun açıq-aşkar dəlilidir. Qeybət bir şəxsin arxasınca onun xoşuna gəlməyən sözlər demək kimi tərif edilir. Əsasən, bir şəxsin arxasınca danışanlar özlərini müdafiə üçün söylədiklərinin doğru olduğunu, yalan danışmadıqlarını, bunun qeybət olmadığını ifadə etsələr də, onların etdiyi, əslində, qeybətdir. Əgər bir şəxsin arxasınca deyilənlər doğru deyilsə (əks təqdirdə bu iftira olur) bu sözləri deyən insan yalan danışaraq günah da etmiş olur. Paxıllıq və həsəddən qaynaqlanan qeybət kimi davranışları şeytan möminlərə məqbul göstərmək üçün dinin adından etdirməyə çalışır. Məsələn, səhvləri, qüsurları olan bir möminin arxasınca danışmağı onun yaxşılığı və ya dinin mənfəəti üçün edilməli hərəkət kimi göstərir. Halbuki, Allah Quranda möminləri bu əməldən qəti çəkindirmişdir. Qeybət edən, yəni bir möminin arxasınca danışan şəxs onun haqqında pis zənnə qapılır. Əgər mömin diqqətli olmayıb qəflətə düşərsə, ayədə günah hesab edilən bir çox pis fikirlərə düşə bilər. Ona görə, mömin təkcə davranışlarında deyil, niyyətində, hiss və düşüncələrində də səmimi olmaq üçün səy göstərməlidir. Mömin digər iman gətirmiş qardaş-bacıları haqqında həmişə yaxşı fikirdə olmalıdır. Bu da möminlərin bir-birləri haqqında həmişə müsbət düşünmələri deməkdir. Beləliklə, möminlərin birliyinə mane olan fəaliyyətlərə qarşı da çox güclü mənəvi sədd çəkilmiş olur. Bu pis əxlaqi xüsusiyyətlər Qurana uyğun olmadığına görə, möminlər çox diqqətli olmalıdırlar. Səmimi niyyətlə qeybət və istehzadan əl çəkmək insanın axirət həyatı üçün ən doğru davranışdır. Səmimi iman gətirən bir insanın davranışları nümunəvi, qəlbi isə tər-təmiz olmalıdır. Möminin fikrindən keçirdikləri və hiss etdikləri Allahın hədlərini aşmamalıdır. Quran əxlaqına görə hiss və düşüncələrini tərbiyə edən insan, şübhəsiz ki, Allahın izni ilə, doğru yolu tapar. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #təfsir #tefsir #din #kuran #qeybət #kıybet https://www.instagram.com/p/CYWeOQ_MiOs/?utm_medium=tumblr
0 notes
Photo
Tumblr media
I Ayədə arxada qeybət edib qaş-göz hərəkətləri ilə istehza edənlərə Allah xəbərdarlıq edir. Bu xəbərdarlıq qeybətin və istehzanın Allah dərgahında nə qədər böyük günah olduğunun açıq-aşkar dəlilidir. Qeybət bir şəxsin arxasınca onun xoşuna gəlməyən sözlər demək kimi tərif edilir. Əsasən, bir şəxsin arxasınca danışanlar özlərini müdafiə üçün söylədiklərinin doğru olduğunu, yalan danışmadıqlarını, bunun qeybət olmadığını ifadə etsələr də, onların etdiyi, əslində, qeybətdir. Əgər bir şəxsin arxasınca deyilənlər doğru deyilsə (əks təqdirdə bu iftira olur) bu sözləri deyən insan yalan danışaraq günah da etmiş olur. Paxıllıq və həsəddən qaynaqlanan qeybət kimi davranışları şeytan möminlərə məqbul göstərmək üçün dinin adından etdirməyə çalışır. Məsələn, səhvləri, qüsurları olan bir möminin arxasınca danışmağı onun yaxşılığı və ya dinin mənfəəti üçün edilməli hərəkət kimi göstərir. Halbuki, Allah Quranda möminləri bu əməldən qəti çəkindirmişdir. Qeybət edən, yəni bir möminin arxasınca danışan şəxs onun haqqında pis zənnə qapılır. Əgər mömin diqqətli olmayıb qəflətə düşərsə, ayədə günah hesab edilən bir çox pis fikirlərə düşə bilər. Ona görə, mömin təkcə davranışlarında deyil, niyyətində, hiss və düşüncələrində də səmimi olmaq üçün səy göstərməlidir. Mömin digər iman gətirmiş qardaş-bacıları haqqında həmişə yaxşı fikirdə olmalıdır. Bu da möminlərin bir-birləri haqqında həmişə müsbət düşünmələri deməkdir. Beləliklə, möminlərin birliyinə mane olan fəaliyyətlərə qarşı da çox güclü mənəvi sədd çəkilmiş olur. Bu pis əxlaqi xüsusiyyətlər Qurana uyğun olmadığına görə, möminlər çox diqqətli olmalıdırlar. Səmimi niyyətlə qeybət və istehzadan əl çəkmək insanın axirət həyatı üçün ən doğru davranışdır. Səmimi iman gətirən bir insanın davranışları nümunəvi, qəlbi isə tər-təmiz olmalıdır. Möminin fikrindən keçirdikləri və hiss etdikləri Allahın hədlərini aşmamalıdır. Quranın əxlaqı ilə hiss və düşüncələrini tərbiyə edən insan, şübhəsiz ki, Allahın izni ilə, doğru yolu tapar. #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #namaz #təfsir #tefsir #din #kuran #qeybət #gıybet https://www.instagram.com/bilinmeyen_heqiqetler/p/CXUODj3MDO2/?utm_medium=tumblr
0 notes
Photo
Tumblr media
“İxlas” sözünün hərfi mənası saf deməkdir. Qurandakı ixlas anlayışı insanın təmiz niyyətlə, könüldən Allaha iman gətirməsi, Ona qəlbən bağlanması deməkdir. İxlaslı mömin həyatı boyu hər şeyi Allahın razılığını qazanmaq üçün edər və əvəzini də yalnız Allahdan gözləyər. Gördüyü işlərdə insanların düşüncələrinə görə hərəkət etmək, insanların gözünə girməyə çalışmaq kimi qeyri-səmimi niyyəti yoxdur. Ona görə, hər davranışı səmimidir və Allahın rizasına uyğundur. Səmimi insan, əvvəla, Allaha, daha sonra insanlara qarşı dürüst olar. Çünki Allahın hər şeyi görüb eşitdiyini, Onun qarşısında bir gün bütün etdiklərinə görə cavab verəcəyini və bütün fikirlərinə, sözlərinə, davranışlarına görə məsuliyyət daşıyacağını bilir. Buna görə də möminin dürüstlüyü və səmimiliyi onun dərin imanının ən mühüm göstəricilərindəndir. Allah Quranda peyğəmbərlərin daima Allahın rizasını qazanmaq istəyən ixlaslı davranışlarını iman gətirənlərə nümunə göstərmişdir: Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yəqubu da yad et! Biz onları axirət yurdunu sadiq ürəklə andıqlarına görə seçdik. Şübhəsiz ki, onlar dərgahımızdan seçilmiş ən yaxşı kimsələrdəndirlər! (Sad surəsi, 45-47) Habelə, Quranda Allaha səmimi şəkildə üz tutan insanlar təriflənmiş və onların sonunun xeyirlə nəticələnəcəyi müjdələnmişdir: … Allaha üz tutanlara müjdə vardır. Qullarımı müjdələ! Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibl��ri də elə onlardır! (Zumər surəsi, 17-18) #quran #ayə #surə #ixlas #islam #iman #əxlaq #hzəli #tövbə #təqva #dinipaylasimlar #hədis #Allah #evdəqal #ixlas #ihlas https://www.instagram.com/p/CLMf2tHhwe8/?igshid=a8xlh9o4h030
0 notes