Tumgik
#rəhbər
Photo
Tumblr media
I Dünyanı anlamağa çalışarkən özümüzə nəyi rəhbər etməliyik? Əslində insanların çoxu bu sual barəsində heç düşünmür. Onların rəhbəri cəmiyyətdir. İnsanların bir çoxu cəmiyyətdən öyrəndiyi doğrulara və səhvlərə görə öz həyatını qururlar. Cəmiyyət dünyanın düz olduğuna inanırsa, onlar da elə düşünürlər. Adamyeyən qəbiləsində böyüyürlərsə, insan əti yeməyi təbii qarşılayırlar. Nasist Almaniyasında Hitlerə sitayişi haqlı hesab edirlər. Qısaca, çoxluğa tabe olurlar. Dünyanı anlamaq üçün bir də cəmiyyətdən üz çevirib “dahi”lərin icadlarına yönəlmək olar. İdeologiyalara ümid edib ideoloqların düşüncələrinə bel bağlamaq olar. Məsələn, Marksın bütün dünyanın, hətta kainatın necə yarandığını, hansı qanunlara görə işlədiyini, gələcəyin necə olacağını kəşf etdiyinə inanmaq olar. Bu gedişlə Marksın ən böyük tələbəsi olan Leninin “o möhtəşəm beyni” mühafizə edilib “insanların istifadəsi” üçün saxlana da bilər. Amma gün gələr, ideologiyaların səhv olduqları aşkara çıxar və Leninin beyni zibilliyə atılar… Bu qaçılmaz son bütün ideologiyaların başına gələcək. Çünki kainat və dünya haqqında doğru kriteriya qoymaq üçün bütün kainatın bilgilərinə sahib olmaq, bütün keçmişi və gələcəyi bilmək lazımdır. Buna görə də həqiqi rəhbər ancaq insan üstü qaynaqdan gələ bilər. Bütün kainatı, keçmişi və gələcəyi bilən, heç bir şey biliyinin və gücünün xaricində olmayan insan üstü qaynaqdan… Bu da heç şübhəsiz, Allahdır. Allah hər şeyi yaradan, elmi ilə hər şeyi ehtiva edən, keçmişi və gələcəyi biləndir. İnsanı yaradan və onu formalaşdıran Odur. İnsana nələrin lazım olduğunu bilən və onun üçün ən doğrunun nə olduğunu müəyyənləşdirən də Odur. Deməli, doğrunu səhvdən ayıran rəhbər də ancaq Ondan gələ bilər. Və gəlmişdir… Quran, Onun insanlara rəhbər olaraq göndərdiyi kitabdır. #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #rəhbər https://www.instagram.com/p/CofMYHaoxvC/?igshid=NGJjMDIxMWI=
0 notes
metbuat · 2 years
Text
Yeni liqa yaradılır
Rusiyanın “Sibiryak” futzal klubu yeni ideya ilə çıxış edib. Metbuat.org TASS-a istinadən xəbər verir ki, sözügedən klub yüksək liqanın 7 iştirakçısını ətrafına toplayaraq yeni təşkilat – Superliqa yaratmaq qərarına gəldiyini açıqlayıb. Rusiya Futzal Assosiasiyasının (AMFR) prezidenti, əslən azərbaycanlı Emil Əliyev bu ideyanın həyata keçməsinə imkan verməyəcəklərini açıqlayıb: “Rusiya Futzal…
Tumblr media
View On WordPress
0 notes
zuqan · 5 months
Text
Mezhebçilere göre çox insanlar dinden soyuyaraq ateistliye dogru gedir. Demek olar çoxluq Quran ile yox, sonradan yazılan şeylere inanır. Her sonradan yazılan şeyleri özlerine haqq bilen mezhebçiler de islamı mürekkebleşdirir. Her yerinden duran, özüne alim deyenler flan dua, flan namaz, flan ibadetler ve s. kimi yenilikler getirir. Getirende de ele getirirlerki elemeye mecburmuşuq kimi. Nese çox danışmayacam. Bu mezheb barede evvelde yazmişam. Bu postda sadece ateistlerin Quranda yazılan ayelerin ziddiyetlerine qısa şekilde cavablar yazacam. Yeni onların dediklerine göre bunlar mentiqsizdi, flan aye bele deyirse flan aye onun eksini deyir.
Tumblr media
1). İslamda yehudi ve xristianları dost tutmamaq deye bir şey yoxdu. Mezhebçiler özlerine uyğun gelen şekilde tercume edirler. Ey iman edənlər, yəhudi və xristianları başçı (rəhbər, hakim) etməyin. Onlar bir-birlərinin dostlarıdır. Sizdən kim onları rəhbər edərsə, o da onlardandır. Şübhəsiz ki, Allah zalım bir qövmü doğru yola yönəltməz. (Maidə surəsi, 51).
Göründüyü kimi rehber teyin etmeyindi, dost deyil. Lap deyek dost tutmayaq yazılıb orda. Bes Allah Quranda yehudi ve xristianlarla evlenmeyi niye halal buyurub?)  Azad və iffətli mömin qadınlar və sizdən əvvəl kitab verilmişlərdən azad və iffətli qadınlar namuslu olub zina etməmək və aşna saxlamamaq şərtilə, mehrlərini də verdiyiniz təqdirdə (onlarla evlənməyiniz sizə halaldır). ( Maidə surəsi, 5). Eger dost tutmamaq olsa idi evlenmekde olmaz idi. Ateistler birini oxuyurlar, o birisini oxumurlar. Ağılları ile İslamı derk elemek evezine, islamda sehvler tutmağa çalışırlar. Ey iman edənlər! Sizdən əvvəl kitab verilənlərdən və inkar edənlərdən dininizi lağa qoyan və ona oyun-əyləncə kimi baxan kimsələrlə dostluq etməyin! Əgər möminsinizsə, Allahdan qorxun! (Maidə surəsi, 57). Ayedende kimlerle dostluq etmemeyimiz gorunur. Umümı bir şey olaraqda deyim Xristian, yehudi deyende ele bilirlerki onlar cehennemlikdiler, Allaha inanmırlar, kafirdiler falan. Bu fikirleri qeti şekilde ağlınızdan çıxarın. Quranda onlarında cennete gedeceyine dair ayede var. Şübhəsiz ki, (əvvəlki elçilərə) iman edənlər, yəhudilər, xristianlar və sabiilərdən hər kim Allaha və axirət gününə iman edib saleh əməl işləyərsə, onların mükafatları Rəbbinin yanındadır. Onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər. (Bəqərə surəsi, 62).
2. Qadınlara tarla deyilmesi.
Qadınlarınız sizin tarlanızdır. Tarlanıza istədiyiniz kimi daxil olun! Özünüz üçün yaxşı əməllər hazırlayın! Allahdan qorxun və bilin ki, siz Ona qovuşacaqsınız. Möminlərə müjdə ver! (Bəqərə surəsi, 223)
Başı boş, islamda sehv axtarmağa çalışan ateist düşüncesidi bu. İslam dini qadına tarla deyirse bunda ne mentiqlik ola biler falan düşünürler. Birincisi Quran edebli formada yazılıb. Qadına niye tarla deyilsin, oturub bunu fikirleşmirler. Tarladan bir insan ekin üçün istifade edir. Torpağa toxum ekir, oradan da mehsul toplayır. Qadında hemçinin eledi. Cinsi elaqe zamanı sperma toxum rolunu oynayır, ondan da yeni bir övlad dünyaya gelir. Netice olaraq tarla qadın olur, toxum sperma, dünyaya gelen körpede mehsul. Ağıl işletmek çetin deyil göründüyü kimi.
3. Ayı işıq menbeyi kimi tesvir edir, lakin işığı güneşden aldığını demir.
Onların içində ayı bir nur, günəşi də bir çıraq etmişdir. (Nuh surəsi, 16).Bu düşüncede sadece islamı çürütmek meqsedile ortaya atılmış iddiadır. Ayede göründüyü kimi ayı nur, güneside çıraq etdiyini deyir. Ağıllı insan başa düşerki nur ile çıragın menası eyni deyil. Eyni olsa idi ikisinede nur ve ya çıraq deyerdide?. Ferqide odu ki nur qaranlıqdan seçilen bir işıq kimidi. Onun özünün işığı yoxdu, ona da işiğı nese verirde. Ama güneşin öz işığı, öz istiliyi var. Demeli Allah güneşi işıq saçan çıraq kimi, ayıda nur kimi dediyine göre, ay öz işığını güneşden aldığını başa düşmek olar.
4. Qarışqaların danışması ve s. nağıl hekayeleri
Nəhayət, onlar qarışqa vadisinə gəldikdə bir qarışqa belə dedi: “Ey qarışqalar, yuvalarınıza girin ki, Süleyman və ordusu fərqinə varmadan sizi əzməsinlər!” (Nəml surəsi, 18)
Bu fikirde ateistlerin, imanı zeif olanların mentiqine uymayan düşuncedi. İslamda o qeder edilecek gözel şeyler varken mentiqlerine uymayan şeyin derinliyine getmeden dinden üz dönderirler. Bu onların seçimidi. Çünki İslamda mecburiyyet yoxdu. Her kesin dini, inancı ozünedi. Ama bele Quranda yazılanlara nağıl demekde cox dexlisizdi. Bunlara inanmamaq da Allahın qüdretini, varlığını deyişdirmir. Qısacası biz Quranda yazılan möcüzelerden ders almalıyıq.
Qeyd kimi demek isteyirem ki, ayede yazılan 'Ey qarişqalar' ifadeside qarışqaların özlerine mexsus bir dilin olduğunu düşünmek olar. Yene de doğrusunu Allah bilir.
18 notes · View notes
nesirov · 1 year
Text
“ Beynim çox qarışdı Tanrı. Bir şeyləri yalnış edirəm deyəsən. Məni heçcür eşitmirsən. Problemlərimə cavab ver. Heç olmazsa, mənə bir yol göstər. Əllərimi beləmi etməliyəm? Yoxsa ayaqlarınamı çökməliyəm? Diqqət çəkmək üçün zəngimi çalım? Yoxsa səs ucaldanlamı danışım? Gita'ya? Quran'a yoxsa İncil'ə inanım? Hər bir rəhbər fərqli şeylər söyləyir. Biri bazar ertəsi oruc tut deyir, digəri isə çərşənbə axşamı. Biri günəş doğulmadan yemək ye deyir, digəri günəş batmadan. Biri inəyə sitayiş et deyir, digəri isə onu qurban et. Bütün bunların arasında təəccüb içərisində qalmışam. Bu vəziyyət artıq əsəbləşdirici bir hal almağa başladı. Evimə getmək istəyirəm sadəcə. Nə desən edəcəm, söz verirəm. Yetər ki, məni evimə göndər. Xaiş edirəm. Bir şeylər söylə... ”
© PK 🎬
48 notes · View notes
aytaan · 1 year
Text
keçənlərdə şahid olduğum hadisəylə hələdə beynlərimizdə kök salan tipik "müdir-işçi"modelinin silinmədiyinə əmin oldum.nədənsə müdir ,rəhbər dedikdə həmişə kostyumlu,ciddi ya əsəbi biri canlanır gözümüzün önündə.bəlkədə ona görədir ki,kapitalizm qurluşu olsa da,sahibi olduğu müəssiəni quldarlıq qaydaları ilə idarə edənlər var.fərqində olmadan şüuraltımıza yeridilmiş "qılınc müsəlmanıq"ifadəsi bəzi insanların əməllərinə haqq qazandırma üsuludur.dərk edə bilmədiyimiz odur ki,zor gücünə deyil ,hörmət qazanaraq insanların sevgisini qazanmaq olur.qorxunun olduğu yerdə azad insan formalaşa bilməz.
13 notes · View notes
starkmrjavad · 2 years
Note
Əvvəla salam. Xoş günlər arzu edirəm. Mən müsəlmanam, 4 il olar ki namaz qılıram. Amma bəzən qıldığım namazdan tabiri caizse, həzz almıram. Ölümdən qorxuram bəzən, İslamdakı ölüm məni qorxudur. Düzdür müsəlman ailədə böyümüşəm hətta anam da namaz qılır. Yəni başqa bir dini seçmək şansım olmayıb. Seçsəm qarşı çıxmazlar. Reenkarnasyona inanmaq istəyirəm, daha doğrusu inanıram da deyə bilərəm. Çünki daha məntiqli gəlir. Bu hansı dindir onu da bilmirəm. Amma inandığım dini yaşamaq məcburiyyətində hiss edirəm özümü. Sanki başqa bir dini yaşasam öldükdən sonra ağır bir cəzaya məruz qalacam kimi hiss edirəm. Hətta reenkarnasyonu araşdıranda bir rəy görmüşdüm, “Ruhum yorğundu, sanki başqa həyatlar yaşamışammış kimi”. Və mən də eləyəm tamamən yorğun hiss edirəm. Məqsədim yoxdu, həyat hara aparırsa ora gedirəm demirəm amma həyata nə üçün gəldiyimi də bilmirəm. İslama görə insan həyata Allahın qayda-qanunları ilə yaşamaq üçün və Ona itaət etmək üçün gəlib. Bütün həyatımızı doğrudan mı yarğılanmaq qorxusu ilə yaşamalıyıq?
Salam, hər vaxtınız xeyir. Əvvəla bildirməliyəm ki, mənim dediklərim və ya deyəcəklərim qəti surətdə etalon deyil, hamıya görə doğru cavablar deyil. Rəhbər götürülərək hərəkət etmək və ya fikirlərinə təsir etməsinə icazə vermək, məncə, doğru olmaz.
Ölümdən sonraki həyatın varlığına inanırdım mən də bir müddət qabaq. İstər-istəməz bu məni rahatladardı. Bir gün düşünərkən bir qənaətə gəldim: "Bir dəqiqə e, əgər ölümdən sonra həyat varsa, bu daha qorxuludur ki?! Hətta əgər şüurum da olduğu kimi qalırsa..."
Dini kitablardan, cəhənnəmdən, cənnətdən öncə, insansan sən və buradasan. Beynin var və beynin sənin tək xilas yolundur. Özünü inkişaf etdirməlisən ki, beynin sənə həm ölüm anında və hətta ondan sonrası varsa, orda da faydası toxunsun. Çünki, ən azı öldükdən sonra bu inkişaf üçün əlində imkan olacaq, ya yox, bilə bilməzsən. Amma indi bu imkan mütləq ki, mövcuddur.
Sizcə, yerə düşən bir yarpaq ölümdən qorxar heç? Ya da bir quşun ölümdən qorxaraq yaşadığını düşünə bilirsiniz?
Quş ölüm nə zaman gəlirsə, ölümlə o zaman tanış olur. Amma ölümdən qorxu duymaz. Böcəkləri tutması, yuva düzəltməsi, mahnılar söyləməsi, uça bilməyin dadını çıxara-çıxara uçması ilə, yaşamaqla, xüsusilə necə yaşamaqla marağlanar daha çox. Heç qanadlarını çırpmadan rüzgar tərəfindən daşınılaraq göyüzündə süzülüşlərini izləmisiniz? Nə qədər əbədi bir zövq içində görünürlər. Ölümdən qorxu duymadan, yaşamağa çalışmaqdan.
ölüm gəlsə, problem deyil, yox olarlar. Nə olacağı ilə bağlı maraqları yoxdur, sadəcə bir andan digərinə doğru yaşayırlar. Düzdümü?
Biz insanlar, biz hər zaman ölümdən qorxu duyuruğ, təlaşa düşürük. Çünki, biz yaşamırıq. Əmin olun ki, yaşamaq üçün, yaşadığımızı hiss etməyimiz üçün ölümü düşündüyümüzdən daha az vaxt və enerji sərf edirik. Problem də budur.
Mənim illər öncə, yuxu iflici zamanı zehnimlə dialoqumu sizə təqdim edirəm:
Mən : Burdasan, yaşıyırsan?
Zehin: burdayam, "var"am, qorxma. Dincəlirəm hələ, məlum yorucu bir gün keçirdim.
Mən : Yetəri qədər dincəlməmisən?
Zehin: Hələ yox, biraz da icazə versən?
Mən: Hər gün bir öncəki günü təkrar etmək üçün sərf etdiyin bu enerji... mənasız gəlmir sənə də?
Zehin: Yaşamağı sevirəm sadəcə, varlığımı hiss etməyi.
Mən: Necə də eqoistsən..
Zehin: Məni eqoist olmaqla qınayan sən, niyə ölməkdən qorxursan?
Mən: Əsla! bəlkə, biraz. Hə, hərdən... amma qorxum ölmək deyil, "heç olmaq". "Heç olmamaq".
Zehin: Demək olar ki, eyniyik. Mənim tək fərqim yox olmaqdan qorxmamağımdır.
Mən: Qorxmadığına elə də inanmıram açığı. Sən sənə vəd edilən cənnətə və yanaraq da olsa varlığını sonsuza qədər hiss edə biləcəyin cəhənnəmə güvənirsən.
Zehin: Mən nəyəm ki? Uğrunda sonsuzluq bağışlanacaq qədər mühiməm? Saxlaya bilər dövranın çarxını yoxluğum? Mən dəryada balıq, fəzada ulduz tozuyam. "Bir var, bir yox"am.
Mən: Soyuqqanlılığın... dözülməz olur bəzən.
Zehin: Alışacaqsan və deyəcəksən ki; mən də keçdim bu dünyadan.
Mən: bəs, nə zaman sonun gələcək? Ona kim qərar verəcək?
Zehin: Bədəninin zəifləyib, əmrlərimə itaət etmədiyi vaxt. Və onu təmir etmək, mənim varlığımı sənə unutdurduğu vaxt. Bezəcəyik və birlikdə qərar verəcəyik.
Mən: Qalxaq artıq? Gec oldu.
Zehin: Açım gözlərini?
Mən: Aç. Aç!
10 notes · View notes
teovebal · 2 years
Text
a prayer to hermes in my language :)
ayağı qanadlı hermes
qüdrətli zevs ve gözəl marianın oğlu
O Angelos
tanrıların sözlərin daşıyan sürətli tanrı
rəhbər və gezgin olan
seni həyatımızın gözlənilməz döngülerinde
zövq ve gülüşlerine görürük
sevinc ve şans gətirən tanrı
kharidotes.
işıq üzlü tanrı
marağı insanların zənaətinde
eli insanların köməyində olan
şans bəxş eden tanrı
Eriounēs
hər zaman mənimlə olan
gülər üzlü tanrı
adını zikr etdiyim tanrı
Aglaos, Kydimos, Krateros, Pompaios, Diaktoros, Mastērios, Mēkhaniōtēs, Polytropos
sənə hörmət ve həmd edirəm
2 notes · View notes
etaali · 2 years
Text
• Məddah Hacı Mehdi Rəsuli Aliməqam Rəhbər üçün Azərbaycan dilində Həzrət Əbəlfəz rovzəsi oxudu.
3 notes · View notes
minavenera · 1 month
Text
Meditasiya edəbilmək, insana bəxş edilən çox ilahi bir gücdü. Sanki fərqli bir dünyadır ora. Rose quartz daşından düzəlmə yekə bir məbədim var yağmur ormanının ortasında görünməz bir enerji təbəqəsiylə qorunur çöldən görünmür ona görə yalnız rəhbərlə girmək mümkündür. Rəhbər uşaqlığımdan bəri gördüyüm mənimlə olan anama bənzər sarışın ağ paltarlı qadındır. Mənim əsas mentorum o dur. Həmən məbədə girirəm və içərisi soyuq qaranlıqdır köhnə italiya evləri kimi. düz ortasına bir işıq girir göydən. Həmən işığın altında çimirəm sanki və arxa baxçaya keçirəm. Arxa bağçada dayaz bir göl var tərtəmiz sudan düzəlib içində qəribə balıqlar üzür xüsusən yapon balıqları. gölün ortasında böyük pəmbə bir lotus çiçəyi var o qədər böyükdür ki içinə girib 5-6 nəfər rahat oturar. Ətrafında isə sakura ağacları,fərqli cür rəngarənk bitkilər yüksək ağaclar mövcuddu. Ətraf yaşıllıqdır. Həmən çiçəyin içinə gedirəm və məni orda müxtəlif mütəxəssislər gözləyir. Mən onların adını çəkməyəcəm amma onlar mənə görə gəlirlər ora mənə özlərindən enerji,güc verirlər mənimlə söhbət edib,məsləhətlər verirlər. Əsla məni yargılamır əsla mənə nifrət etmirlər. Bəzən rəhbərim olabilsin agresifləşsin mənə xüsusən zəiflik edəndə. Zəifliyə dözümü yoxdur, uşaq vaxtı mən qorxanda hətta yuxumda gəlib məni tənqid edirdi, oyunlar qurub məni lapda qorxudurdu ki mən güc gəlim. Oturub ağlayanda isə, gəlib məni sirkələyirdi ki dur mən sənin arxandayam güc gəl. Qadın olsa da kişi obrazıdır sanki. Ata kimi davranır. Adətən atalarda olur bu döyə döyə öyrətmək,sevmək xüsusiyyəti. Amma artıq eləmir anlayır məni.
Gələk məbədə. Həmən yerə elə vəziyyətdə gedirəm ki bəzən Gözlərimdən yaşlar tökülə tökülə məni qolumdan tutub aparır. Rehabilitasiya kimidir həmən yer. Amma işığın altında çimib, mütəxəssislərlə söhbətləşəndə ürəyimdə ki iynələr bir bir düşür.
Əvvəl eləbilirdim bura mənim beynimin içindədir amma zaman keçdikcə görürəm ki mən həmən yerə beynim vasitəsiylə gedirəm amma ora mənim başımın içində deyil ora tamamilə məndən bağımsızdı. Bəzən elə şeylər baş verir,elə şeylər deyirlər ki, mənim bu informasiyanı bilmə imkanım yoxdur mənə bu hardan gəlir? Elmi tərəfim əlbəttəki şüphə içindədir "bəlkə bu sənin bilincaltındı? Sən sadəcə üzə çıxardmamısan" "bəlkə sən bunu hardasa eşidmisən fərqində olmadan filmdə,musiqidə beyinin sənə bunu senari kimi təqdim edir." Mən, mənin xüsusi olduğunu düşünmək istəmirəm çünkü bütün insanlar özlərinin xüsusi olduğunu düşünür və çox azı həqiqətən elədir. Məni, ən çox mən bilirəm,ən çox mən eşidirəm,ən çox mən hiss edirəm elə ona görə də içimdə baş verənlər,dalğalar,dəryalar mənə təccüblü,qeyri adi gəlir. Çox güman ki qarşımdaki insanda da bu dalğadan var. Bəlkə həmin dalğa deyil, bəlkə daha kiçiyidir,bəlkə heç yoxdur amma yenə də onun bilinci üçün bu qeyri adidirsə, o özünü xüsusi görəcək. Bəlkə də bir insanın qeyri adi olub olmadığını yalnız çöldən yaxın baxan bir göz deyəbilər.
Desəm ki kor koranə inanıram,yox. Daim şüphə içində olmağım elə məni yeyib bitirir. Həyatımın yarısı olasılıkları hesablamaqla keçir. Düşünürəm ki Jung sağ olsa o məni anlayardı müzakirə edərdik amma hal hazırda hər informasiyanı paylaşabilmərəm Nəsimi kimi dərimi üzərlər. Həm sübutumda yoxdur,şəxsi müşahidələrim və onların üzərinə bir iki yoxlama nəticəsində tapdığım fenomenlər və yöntəmlərdi. Yəqin ki elə jung elədiyi kimi yazacam kənara nə vaxtsa nəvə nəticələrim çıxardar üzə)
60-70 il sonra başqa bir Mina davamını gətirər. İnsan bədəninin ömrü çox qısadır. 23 yaşım göz qırpımı kimidir. Oturub yazsam maksimum 50-60 xatirə yada salabilərəm bəlkə də. Onların yarısında bəlkə şəxsən iştirak belə etmirəm, sadəcə izləyirəm,baş verir. Bəs bu qısa ömür niyə bəzən insana ağır gəlir,çox gəlir? İnsan niyə özünü öldürmək istəyir ? Hətta insanı qaranlığa sürükləyən heç baş verənlər olmur,baş verəcəyindən qorxduğumuz şeylər olur.
1) baş verəcəyindən qorxduğun şey baş versə təsəvvüründəki kimi incitməz bəlkə də.
2) insan reallıqdan çox qeyri reallıqda əziyyət çəkir.
İndiyə kimi heç cin,ruh görmüsüz canlı qanlı ? Mən görməmişəm amma yuxumda,hissiyatımda görmüşəm. Amma heç vaxt qaranlıq bir otaqdan gözlədiyim it sifət cin çıxmayıb. Bəlkə çıxsa qorxmayacam elə görəbilməmək,çıxma ehtimalını fikirləşmək adamı qorxuya salır. Paraşüt atlayışı edəndə də, ən qorxulu yanı, dağa çıxana kimiydi. Hoppandım və qorxu bitdi.
Əvvəl birdən valideynlərimdən biri ölər fikri gələndə başıma, ağlamaq tuturdu sanki həqiqətən baş vermiş kimi ağlayırdım daha sonra bunun beynimin bir qurmacası olduğunu xatırlayıb gülürdüm dəliliyimə. Daha sonra bu həqiqətən reallaşdı və həqiqətən incitti məni, təsəvvürümdə ki kimi ağladım amma nə oldu sonra? Öyrəşdim. Vajinanın, aldığı penisin formasına, həcminə görə formalaşdığı kimi insan ruhu da belə eləstikləşir aldığı zərbə həcminə görə formalaşır.
Biyologiyada belə formalaşan yenə vajinadır. Qadının bədəni kişinin bədəninə görə formalaşır.) Ah rəhbərim mən nə edim axı belə həssas bir varlıq olaraq dünyaya gəlmişəmsə? Sən istədiyin qədər başıma oyun aç,məni güclü etmək üçün döy söy mən yenə bir gül kimi zərif qalacam baxçasında bitdiyim məni əzədəbilər,sulayadabilər,özüdə gülə çevrilib yanımda bitədəbilər. Mən bu azadlığı verirəm. Mən Dalinin mistik gülüyəm...
Tumblr media
"Meditative Rose" by Salvador Dali
0 notes
politiciansstuff · 1 month
Text
Tumblr media
ABŞ-nin hesabatı təzyiq formasıdır - RƏY
Avropa İttifaqının da son dönəmlər Azərbaycana münasibəti çox aqressiv və qərəzlidir
“Qərbin qərəzli qətnamələri, hesabatları Azərbaycanı öz haqq yolundan döndərə bilməz”
Aprelin 25-də Avropa Parlamenti Azərbaycanı hədəf alan daha bir qətnamə qəbul edib. Qətnamədə Azərbaycandakı vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq iddialar və məlumatlar əks olunub. Milli Məclis Avropa Parlamentini qərəzli yanaşmaya görə pisləyən və qətnamədə yer alan iddiaları təkzib edən bəyanat yayıb. Parlamentimiz AP-nin qətnaməsini ölkəmizə qarşı qərəzli siyasi aksiya kimi qiymətləndirib, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edib. Qeyd olunub ki, beynəlxalq təşkilatın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyulması ilə nəticələnmiş İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qüvvələrin əlində alətə çevrilməsi təəssüf doğurur. Təsadüfi deyil ki, 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 8 qətnamə qəbul edib. Ermənistan ilə Azərbaycan arasında münaqişədən sonra normallaşma prosesinin irəliyə aparılması üçün tədbirlərin görüldüyü, xüsusən sərhədlərin delimitasiyası istiqamətində ilk ümidverici nəticələrin əldə edildiyi dövrdə Avropa Parlamentinin növbəti aksiyası sülh prosesinə zərbə vuran addımdır. Bütün bunlar təşkilatda hökm sürən azərbaycanofob, türkofob və islamofob əhval-ruhiyyənin son dövrdə daha da gücləndiyini nümayiş etdirir. Avropa Parlamentində təmsil olunan bir sıra deputatların Avropa seçicilərinin deyil, lobbi qruplarının maraqlarını təmsil etməsi onların irqçi və şovinist mövqeyindən xəbər verir. Qətnamənin müəllifləri çirkin siyasi məqsədlərinə nail olmaq üçün hətta Avropa İttifaqının Azərbaycanla əməkdaşlığını pozmağa, ümumiyyətlə, onun Cənubi Qafqaz siyasətini təhlükə altına atmağa belə razıdırlar. Qətnamədə yer alan əsassız iddialara gəlincə, Azərbaycan insan hüquqlarının və əsas azadlıqların qorunması, qanunun aliliyinin təmin edilməsi, hüquqi dövlət prinsiplərinin ardıcıl həyata keçirilməsi mövqeyinə həmişə sadiqdir. Konstitusiyamızın üçdə bir hissəsi insan hüquqlarına və əsas azadlıqlara həsr olunub. Ölkəmizdə demokratik institutların qurulması və sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin əsas tərkib hissələrinin yaradılması, digər amillər Azərbaycan dövlətinin demokratik inkişaf yolu ilə irəliyə getmək əzmini və iradəsini nümayiş etdirir.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə də deyib ki, bu addım, Avropadakı bir sıra qüvvələrin Azərbaycanla münasibətlərin daha da pisləşməsinə yönəlmiş açıq siyasi sifarişindən başqa bir şey deyil: “Bu kimi birtərəfli və qərəzli qətnamələrin adekvat olaraq dəyərləndirilmədən avtomatik şəkildə qəbulu Avropa Parlamenti üçün çoxdan adi hala çevrilib. Belə mühitdə, Avropa Parlamentinin öz daxili mülahizələrini və şəxsi mənfəətlərini rəhbər tutan müəyyən qrup üzvləri sadəcə Azərbaycandakı vəziyyətin təhrif olunmuş mənzərəsini irəlilətməklə məşğuldurlar. Bu qəbildən sənədləri qəbul etməyi təşviq edənlərin niyyəti həmçinin diqqəti Avropa cəmiyyətinin həqiqətən aktual sosial-iqtisadi və siyasi problemlərindən yayındırmaqdır". Qeyd edək ki, ABŞ Dövlət Departamenti də 2023-cü il üçün dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatda Azərbaycana ittihamlar səsləndirib. Hesabatın Azərbaycana aid bölümündə sentyabrın 19-20-də Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyatdan, bunun nəticəsində erməni əhalinin bölgəni tərk etməsindən, məhbuslara qarşı "pis rəftardan", ifadə və media azadlıqlarının "sərt məhdudlaşdırılması"ndan, siyasi idarəetmənin azad və ədalətli seçki yolu ilə "dəyişə bilməməsindən", "jurnalist və fəalların həbsləri"ndən bəhs olunub. Azərbaycana aid hesabatda digər əsassız iddialar ilə yanaşı ölkəmizdə ermənilərin hüquqlarının guya pozulması kimi böhtanlara gen-bol yer verilib. Lakin Ermənistana aid hesabatda oradan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması və qayıdışına imkan verilməməsi kimi kütləvi insan haqları pozuntuları faktlarına toxunulmayıb.
Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı "Sherg.az"a açıqlamasında bildirib ki, ABŞ Dövlət Departamentinin qərəzli, iftira və böhtan dolu məlumatlarını öz hesabatlarında, siyasi sənədlərində yayması ilk dəfə baş vermir. Deputatın sözlərinə görə, Dövlət Departamenti bundan öncə Azərbaycanda dini azadlıqlarla bağlı da cəfəng fikirləri gündəmə gətirmişdi:
"Azərbaycanda İrana məxsus casus şəbəkəsinin ifşası ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin apardığı son dərəcə ciddi əhəmiyyət kəsb edən əməliyyatlara kölgə salmaq cəhdləri heç cür qəbuledilən deyil. Ona görə qəbuledilməzdir ki, ABŞ İranın molla rejiminin necə bir sistem olduğunu, Azərbaycanda törətmək istədikləri teraktlar haqqında yetərincə məlumatlara sahibdir. Amerikanın kəşfiyyat orqanlarının sayı-hesabı yoxdur. Təəccüblü və təəssüf doğuran cəhət ondan ibarətdir ki, ABŞ-nin özü İran fars molla rejiminə "barışmaz" münasibət bəsləyir, ancaq bu cür addımlarla İranın terrorizmini müdafiə edir. Azərbaycan dövlətinə qarşı İranın casus şəbəkəsinin ifşasında Bakını qınayır. Bu, qəbuledilməz bir münasibətdir. Ancaq bu, ABŞ-nin təzyiq formasıdır. Avropa İttifaqının da son dönəmlər Azərbaycana münasibəti çox aqressiv və qərəzlidir. Aİ Azərbaycan əleyhinə hədyanlar yağdırmağa davam edir. Avropa Parlamenti də qısa zamanda Azərbaycana qarşı çoxsaylı qətnamə qəbul edib. Yorulmurlar. Korrupsiyalaşmış parlament, xristianlaşmış klub, faşist düşüncəli insanlar Azərbaycanın ermənilərə, onların təcavüzünə, işğalına qarşı aparmış olduğu müharibədə əldə etdiyi qələbəni həzm edə bilmirlər. Ancaq bizdə ataların bir misalı var, "it hürər, karvan keçər".
Parlamentari vurğulayıb ki, Qərbin qərəzli qətnamələri, hesabatları Azərbaycanı öz haqq yolundan döndərə bilməz: "Azərbaycan bəşəri dəyərlər sayılan insan haqlarına kifayət qədər hörmət edir. Bu, mübahisə predmeti deyil. Lakin Avropa institutlarının himayəsində olan, onların sifarişlərini yerinə yetirən anti-milli qüvvələrə qarşı qanun çərçivəsində aparılan mübarizə və sərt münasibət təbii ki, onları narahat edir, onlar bundan qıcıqlanırlar. Amma biz bu cür davam edəcəyik. Bunun tezislərini, anonslarını cənab Prezident ADA-da keçirilən beynəlxalq forumda açıq şəkildə elan etdi. O baxımdan hansısa qərəzli qətnamə, hesabat dövlətimizi tutduğu yoldan döndərə bilməyəcək".
"Sherg.az" saytı
İsmayıl Qocayev
27 aprel 2024-cü il
0 notes
Photo
Tumblr media
I Quran bütün dünyaya rəhbərdir və insanları doğru yola çatdırır. Quranı rəhbər tutanlar ən doğru yola çatır. Şirk və küfrün qaranlığından çıxıb vicdan və əxlaqın aydınlıq yoluna girmək ancaq Allahın göstərdiyi Quran yolu ilə mümkündür. İnsan tutduğu yolun doğru olub-olmadığını Allah tərəfindən endirilən Quranı oxuyub araşdırmaqla görə bilər. Həqiqətən, bu Quran ən doğru yola yönəldir (İsra surəsi, 9) Əlif. Ləm. Ra. (Bu Quran) insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – qüdrətli, tərifəlayiq (Allahın) yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir kitabdır. (İbrahim surəsi, 1) İnsanların çoxunun getdiyi yol mütləq doğru deyildir. Doğru yol ancaq Allahın göstərdiyi yoldur. O da Qurandakı İslamdır. Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam surəsi, 116) Quranı oxumadan, həyata tətbiq etmədən və din adından deyilənləri araşdırmadan din zənn edib şirk içində yaşayan insanlar məsuliyyəti özləri daşıyırlar. Nöqsansız və açıq-aydın Quranı yetərli görməyib din adından yayılan xurafatları yaşamaqla heç kim Allahın rizasını qazana bilməz. Hər kəs Allah rizasını ancaq Peyğəmbərimiz kimi vəhyə tabe olmaqla qazana bilər. Hər kəs Quran oxumalı və Qurana tabe olmalıdır. Quranda olmayan xurafatları din kimi yaşamaqdan əl çəkməlidir. Dəyişməyən yeganə qaynaq Qurandır. #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #rəhbər https://www.instagram.com/p/Chxf8nMM8XM/?igshid=NGJjMDIxMWI=
0 notes
shahinelected · 7 months
Text
🇦🇿 Buradan da aydın bir şəkildə görüldüyü kimi, Rəhbər Şəxs olmaq üçün, öz işçilərinin haqqını əzərək, onları alçaltmaq şərt deyil! Demək ki, öz işçilərinin haqqını müdafiə edərək də, Rəhbər Şəxs olmaq mümkündür!
🇷🇺 Как отсюда хорошо видно, не обязательно унижать права своих сотрудников, чтобы стать Правителем! То есть стать Правителем возможно, защищая права своих сотрудников!
🇹🇷 Buradan da açıkça görüldüğü gibi Yönetici olmak için, çalışanlarının haklarını ezerek, onları aşağılamasına gerek yok! Yani, Çalışanlarının haklarını savunarak da Yönetici olmak mümkün!
#shahinelected #patron #restoran #restaurant #çalışma #çalışan #ресторан #работник #работники #работа #зарплата #денги #para #pul #garson #qarson #ofisiant #müdür #mudir #işçi #işci #işçihakları #eleman #yönetici #lider #лидер #лидерство #блог #bloqer #blog
1 note · View note
hakimiyyet · 8 months
Link
0 notes
Text
Ne zaman özünü belə pis hiss etsəm, gözlərimden yaş gəlsə, xoşbext hiss etməsəm daha doğrusu dərin bir boşluğa yuvarlandiğimi hiss etsəm, kimsə bu həyatdan köçür. İnşallah bu dəfə belə olmaz.
İztirab verir həyat.
Ailə nədir ? Ailə elə möhkəm bir bağdır ki, orada dövlət kimi rəhbər və üzvlər olur, yekdilliklə qərar qəbul edilir, o qərar ailə üçün fayda gətirəcək bir şey olmaldır. Burada həm də qarşiliqli sevgi, güzəşt, hörmət və anlaşma vardır. Münasibətlər tək tərəfli deyildir. Fikirlər müzakirə edilərək, səsləndirilerek qəbul edilir. Zəruri addımlar vaxtında atılır əks halda dövlət vaxtında alınmayan tədbirlərə görə təhlükədə qaldığı kimi ailə də dağılmaq parçalanmaq təhlükəsi yaşayir. Əsl dövlətlər heç zaman dağilmir, parçalanmir. Ailə de belədir. Onu məhz birgə yaşayişdan fərqləndirən budur. Yer üzündə çox sayda dövlətlər var, onlar birgə yaşayir amma birlikde deyildir. Bir binada yaşayanlar birgə yaşayişi simvolizə edir. İstənilən biri asanlıqla öz yaşayış yerini dəyişə bilər. Ailə isə belə deyil. Zərurət olmadıqca dağılmaz. Amma bu da dağilmayacaği anlamına gəlmir. Dövləti təşkil edən çox ittifaqlar dağılıb əvəzində yenisi daha mohkemleri yaranıb.
0 notes
Text
Tumblr media
MƏNİM ƏFƏNDİM.... ... Xalqı cahil olan, bir məmləkətin, Axırı xeyir olmaz, mənim əfəndim. Dindən uzaq qalan, bir əsalətin, Qızı "gəlin" olmaz, mənim əfəndim... ... Quran Haqq əmridir,  düzümsə rəhbər, Təfəkkür ucadır, imansa əkbər, Toxumu tarlaya atmazsa rəncbər, Qula "ruzi" gəlməz, mənim əfəndim... ... Bir ağlı düzümlə, yön etmək, gərək, Bir nəfsi yerlərdə, sürütmək, gərək, Bir qəlbi imanla, doldurmaq, gərək, Şeytan "xeyri" sevməz, mənim əfəndim... ... Zənginə fərz olan, məkan "Məkkə"dir, Abidin, zahidin, yeri təkkədir, Həyatla bərabər, köçən dəqqədir, Kasıb "HƏCİ" olmaz, mənim əfəndim...........01.03.2020..(İlhamə Abbas Yusifqızı...)
0 notes
excelworld · 1 year
Text
0 notes