Tumgik
#Qurabiyə
travelturkeyandmore · 2 years
Link
For more, please visit ---> Food & Beverage
For recipes, please visit ---> Recipe
2 notes · View notes
shukurn · 5 years
Text
grb غريب
qərib-qürəba : top. [ər.] Qərib adamlar,özgə yerdən gəlmiş adamlar. .
qəribnəvaz : [ər. qərib və fars. …nəvaz]Qəribləri himayə edən, onlara kömək edən,hörmət edən.
qurabiyə: Arapça ġurayb غريب  "küçük garip şey"
qəribə: Arapça ġarīb غريب  "yabancı, tuhaf, egzotik"
https://www.etimolojiturkce.com/kelime/kurabiye
3 notes · View notes
zuzu-cookbook-blog · 6 years
Text
Tumblr media
DAMLA ŞOKOLADLI KÖVRƏK QURABİYƏLƏR
200 qr yumşalmış kərə yağı (marqarin də olar) 1st şəkər tozu 1yumurta 3xör.qaş smetan 1çay.qaş vanel 1çay.qaş qabartma 🍪 damla şokolad 🍪Un (aparan qədər)
Əvvəlcə 2 st unu qaba töküb yumşalmış yağla bir az umac kimi edib,şəkəri əlavə ,vaneli,qabartmanı qatıb qarışdırıb,smetanı və yumurtanı da qatıb,əlimizlə yoğururuq,un lazım olduqca tədricən az-az qatıb yoğururuq.Damla şokoladı da əlavə edib,yoğururuq.Yumşaq ələ yapışmayan xəmir alınır.(Unu birdəfəlik çox əlavə etmirik)Sonra əlimizlə forma verib listə düzürük,(listi yağlamağa ehtiyac yoxdu,çünki yağlı xəmirdi,yapışmır)180-190 dər qızılı rəng alınana kimi bişirib götürürük.Çox kövrək ,ağızda dağılan ləzzətli qurabiyələr alınır.Bu resseptlə 2 list qurabiyə çıxır. QEYD:Əgər əlinizin altında damla şokolad yoxdursa,əvəzinə kişmiş,qoz və ya fındığ xırdalayıb qata bilərsiniz xəmirə.
https://www.instagram.com/p/BrZmGxEnYNpFBaieUUa-VKp86LqDA5l8OefBQc0/
0 notes
feataz-blog · 8 years
Text
Fındıqlı qurabiyə resepti
http://dlvr.it/NBswdV
0 notes
1001dad-blog · 9 years
Link
0 notes
zuzu-cookbook-blog · 6 years
Text
Tumblr media
KOKOSLU qurabiyə
100qr otaq temp yumşalmış yağ 1st şəkər kirşanı 2əd yumura( biri bütöv,biri yalnı z sarısı ) 1pç vanil 1pç qabartma tozu 2st un 5xör qaşığı kokos tozu
önce un ve kokos xaric ərzaqlar qatılır,ardında kokos ve unu əlvə edib,bərk ələ yapışmayan xəmir yoğurub,qozdan biraz iri ölçülərdə yumurulayırıq.Önceden ayırdığımız yumurta ağına bulayıb,kakosa batırb,perqament salınmış liste düzüb,170der tempde bişiririk
https://www.instagram.com/p/BkxWey8jAvs07wDw3hDR31oYAiwX1Fd8jh4l-E0/
0 notes
zuzu-cookbook-blog · 6 years
Text
Tumblr media
Xamalı Qurabiyələr
100 qr kərə yağı
200 qr xama
3/4 stəkan şəkər tozu
vanilli şəkər (10 qr)
2 yumurta
3,5 stəkan un
1,5 çay qaşığı qabartma tozu
üzəri üçün şəkər kirşanı
Tumblr media
Yumurta,vanil və şəkər tozunu çəngəl və ya çırpma teli ilə qarışdırın.
Tumblr media
Yumşalmış kərə yağını və xamanı əlavə edib qarışdırın.
Tumblr media
Un və qabartma tozunu birlikdə ələkdən keçirib qaşıqla qarışdırın.
Tumblr media
Xəmiri qarışdırdıqda əlinizə yapışa bilər, ancaq qorxmaq lazım deyil, lazım olan qədər unu əlavə edib, xəmir halına salıb sellofana büküb 1 saat soyuducuda saxlayın.
Tumblr media
Soyuducudan çıxmış xəmiri un səpilmiş taxta üzərində təxminən 1 sm.dən bir qədər də nazik yayın. Qurabiyə kəsən alətlərlə kəsib, sobanın qabına yapışmayan kağız salıb qurabiyələri düzün.
Tumblr media
180 dərəcə isidilmiş sobada 15-20 dəqiqə bişirinş Üzəri çox qızararsa qurabiyələr quru alınacaq. Yumşaq olmasını istəyirsinizsə, çalışın çox qızarmasın.
Tumblr media
Soyuduqdan sonra üzərinə şəkər kirşanı səpin.
http://lovely-culinary.com/qurabiye-resepti-xamali/
0 notes
zuzu-cookbook-blog · 6 years
Text
Tumblr media
Almalı Qurabiyə
200 qr kərə yağı
120 qr şəkər tozu
2 yumurta
100 ml süd
2 çay qaşığı qabartma tozu
2 çay qaşığı vanil ekstraktı
500 qr un
İçlik:
1 kq alma
5 xörək qaşığı şəkər tozu
2 xörək qaşığı kərə yağı
30 ml su
yarım limonun suyu
darçın zövqə görə
Üzəri üçün şəkər kirşanı
Tumblr media
Əvvəlcə yumşalmış kərə yağını şəkər tozu ilə qarışdırın.
Tumblr media
Sonra bura yumurtaları, süd, vanilin əlavə edib qarışdırın.
Tumblr media
Bir çimdik duz töküb, unu ələkdən keçirib bura qatın.
Tumblr media
Xəmiri yoğurub, sellofana büküb soyuducuda 1 saat saxlayın.
Tumblr media
İçlik üçün almaları soyun, tumunu təmizləyib sürtkəcin böyük gözündən keçirin. İçlik üçün lazım olan digər ərzaqları da əlavə edib odun üzərinə qoyun və bütün maye buxarlanana qədər orta odda bişirin. İçliyi tam soyudun.
Tumblr media
Sobanı 180 dərəcədə isidin.
Xəmiri kündələrə ayırıb (təxminən 4 kündəyə) taxta üzərinə bir az un səpib təxminən 3 mm qalınlıqda yayın və  üçbucaqlar formasında bölün.
Tumblr media
Şəkildə göstərildiyi kimi hər üçbucağı kəsin və ortasına içlik qoyub əvvəl bir tərəfini, sonra digərini bükün.
Tumblr media
Qurabiyələri soba üçün qaba yığıb 15-20 dəqiqə bişirin.
Tumblr media
Soyuduqdan sonra üzərinə şəkər kirşanı səpə bilərsiniz.
http://lovely-culinary.com/almali-qurabiye/
0 notes
zuzu-cookbook-blog · 6 years
Text
Tumblr media
Hindisdan qozlu qurabiyə
70gr yumuşaq kərə yağı 3-4 yemək qaşığı un 3 yemək qaşığı şəkər tozu 1yumurta 1/3çay qaşığı soda + 1 yemək qaşığı limon suyu 80qr hindisdan qozu (kokos)
* nə bilək 80qr hindisdan qozu nə qədər olur ? sualına cavab verirəm)))  : hidisdan qozu paketinin üstündə adətən ölçü qramla yazılır. Bu tərifdə mikserə ehtiyac yoxdur, bir orta boy qab və birdə taxda qaşıq. 1.Yumuşaq kərə yağını orta boy bir kasaya qoyun, şəkəri əlavə edib,taxda qaşıqla yaxşıca qarışdırın, ta ki şəkər tam yağla qarışanadək. 2.Yumurtanı əlavə edib, yenə qaşıqla yumurta yağa tam qarışanadək yaxşıca qarışdırın. 3.Hidisdan qozunu əlavə edin, qarışdırın və bu halda masanın üstündə 15dəq saxlayın. Soyuducuya göndərmək lazım deyil. Bunu ona görə edirik ki, qoz yumuşalsın. 4.Vaxt tamam olanda sodanı limon suyu ilə "öldürün" və məhlulun içinə qatın, çox az qarışdırın. 5.İndi isə unu əlavə etmək vaxtıdır. Cəmi 3-4yemək qaşığı un lazımdır bu tərifdə. Xəmir alışdığımız qurabiyə xəmiri kimi yığcam deyil, halva kimi ələ yapışan bir xəmir olur. Amma axışqan olmamalıdır, yəni qurabiyələri soba sinisinə düzəndə, öz şəklini saxlamalıdır, yayılmamalıdır. Əlinizlə xəmirdən kiçik kündələr ayırın və yumrulayaraq, top şəklinə salın. Siniyə düzün və əvvəldən 190-200t isidilmiş sobada əvvəl 5-7dəq bişirin, sonra isə sobanın dərəcəsini 170 endirib, 10-15dəq bişirin. Şəkildə gördüyünüz kimi, bu qurabiyələrin üsdü çox qızarmamalıdır. Gördüyünüz kimi qeyri adi bir tərifdir, bişirəndə sobanın yanında keşiş kimi gözləməlisiz
https://azerifoodie.blogspot.com/2016/10/hindisdan-gozlu-gurabiy_55.html#more
0 notes
zuzu-cookbook-blog · 6 years
Text
Tumblr media
Şokolad damlalı amerikan qurabiyəsi
100 qr əridilmiş kərə yağı 1 stakandan 2 barmaq az şəkər 1 yumurta 0,5 çay qaşığı soda 1,5 stakan un 1 cimdik duz 1 stakandan 2 barmaq az şokolad damlaları
Əvvəl qeyd etmək istəyirəm ki,əsl amerikan qurabiyəsi qamış şəkəri ilə hazırlanır, ancaq az tapıldığı üçün, həm bizim mətbəxddə hələlik o qədərdə populyar olmadığı üçün mən idi ağ şəkərdən istifadə etdim
Qeyd: 1. şokolad damlaları yoxdursa, adi qara şokoladı bıçaq ilə xırda parçalara bölün. 2. sodanı limon suyu və ya sirkə ilə "öldürməyə" gərək yoxdur, qorxmayın, sodanın dadı heç bilinməyəcək.
Tumblr media
Dərin qabın üçünə əridilmiş ilıx (nə çox qaynar, nə çox soyuq) kərə yağı və şəkəri qoyub, mətbəx teli ilə 3-4 dəq yaxşıca çalın. İçinə yumurtanı qırın və yenə 2-3 dəq yaxşı çalın. Çox çalmayın, qurabiyənin içində yumurta çox çalınanda, qurabiyə quru alınır.
Tumblr media
Bax bu cür eyni məğzli məhlul alınmalıdır.
Tumblr media
İndi ələyin içinə un, soda və duz qoyun, bunları birbaşa ələyin məhlulun içinə.
Tumblr media
Qaşıq ilə qarışıdırn. Görəcəksiz, xəmir yığılacaqdır, ancaq çörək, bulki xəmiri kimi deyil, halva kimi  olmalıdır. Hələlik əl ilə yoğurmaq lazım deyil, qaşıq ilə qarışdırın ki, biraz yığılsın - yetər. Unun miqdarını qaçırtmayın, bu xəmir elə belə də olmalıdır.
Tumblr media
Ən son şokolad damlalarını əlavə edin və əlinizlə bunları qarışdırın, demək olar ki, bir damcı xəmiri yoğuracaqsız ki, həm şokolad xəmirə qarışsın, həm xəmir özünü tutsun, yığılsın. Unun keyfiyətindən, yumurtanın ölçüsündən asılı olaraq, ola bilsin xəmir tam yığılmasın, ələ yapışsın. Onda 1-2 yemək qaşığı un əlavə edin.
Tumblr media
Çalışın xəmiri əlinizlə çox oynatmayın, yoğurmayın, əlinizin istisinə xəmir yağ verəcək. Və bu bütün qurabiyə xəmirlərinə aiddir, çox yoğurnda, əlin istisinə xəmir yağ verir.
Tumblr media
Xəmirdən iri qoz boyda parçalar ayırın, çox oynatmadan top halına salın və üstünü basmadan soba sinisinə düzün. Siniyə düzərkən, biraz aralarda məsafə saxlayın ki, qurabiyələr bişəndə bir-birinə yapışmasın. Qurabiyələri əvvəldən 160t isidilmiş sobya göndərin və 12-15 dəq bişirin. Şəkildə gördüyünz kimi, qurabiyələrin üstü çox qızarmamalıdır. Çalışın vaxtı qaçırmayın, ən uazğı 15 dəq artıq sobada saxlamayın. 
Tumblr media
Vaxt tamam olduqda, qurabiyələri çıxardın. Üstündən yavaşca basanda görəcəksiz ki, onlar tam bərkiməyib. Belə də olmalıdır. Sobadan çıxardıqdan sonra, soyuyaraq, onlar özlərini tutacaqalar. 
https://azerifoodie.blogspot.com/2017/05/sokolad-damlal-amerikan-qurabiysi-2_14.html#more
0 notes
zuzu-cookbook-blog · 6 years
Text
Tumblr media
Yumurtasız Tiramisu Marta Stüartdan (Marta Stewart)
Tiramisu deserti  Savoyardi qurabiyəsi ilə hazırlanır. Bunlara çox vaxt Qadın barmaqları qurabiyəsi də deyirlər, bütün marketlərdə satılır, sadəcə yaxşı baxmaq və axtarmaq lazımdır, 4 gözlə)) Orijinal tərif burdadır, Martanın şəxsi səhifəsində.
Sayını yazmıram, siz özünüz baxacaqsız, krem nə qədər imkan verəcəksə, o qədər də qurabiyə lazım olacaq. 225 qr pendir kremi (mən Hohland istifadə etdim). Onun bir kiçik qutusu 140 qr, demək bizə 2 qutu lazımdır 3/4 stakan slivki yağlılığı mütləq 32-33% olmalıdır 3 yemək qaşığı espresso kofe ( mən gördüyünüz kimi 1 paket Neskafe istifadə etdim, evdə olandan, 3 qaşıq kofe üçün marketə qaçmayacaqdım ki ))) 3/4 stakan şəkər kirşanı (mütləq kirşanı, şəkər tozu deyil !!! ) (mən 5 dolu yemək qaşığı götürdüm,  yerində oldu, nə oyan, nə bu yan:) ) kakao şirniyyatın üstünə sətmək üçün. Burda bir vacib məqamı diqqətinizə çatdırıram : mütləq tərkibində şəkər OLMAYAN kakao alın
Tumblr media
Şəkildə gördüyünüz kakao şəkərsizdir, həm də keyfiyyətlidir, gəşəng şokolad dadı verir.
Tumblr media
Bir qabın içinə 3y.q. kofe tökün. P.S. mən istifadə etdiyim Neskafenin içində cəmi cümlətani yarım qaşıq kofe var idi.Əsas odur kofe olsun)))
Tumblr media
Bunun içinə 3y.q. qaynar su tökün və yaxşıca qarışdırın.
Tumblr media
Sonra bura yarım stakan soyuq su tökün, qarışdırın və goyun kənara. Bu kofenin içinə sonra biz qurabiyələri batıracayıq. İndi isə kremi hazırlayaq.
Tumblr media
Kremin ərzaqları eyni t° olmalıdır ! Mən 20 dəq öncə həm qaymağı, həm pendir kremini soyuducudan çıxartdım.
Tumblr media
Bunları tökün dərin bir qaba. Şəkər kirşanını da əlavə edin.Mikser ilə çalın. 2-3 dəq sonra görəcəksiz ki, krem artıq özünü tutdu
Əsas iş bitdi, indi başlayırıq deserti yığımağa.
Tumblr media
Əvvəldən qərar verin ki, bu deserti necə təqdim edəcəksiz, hansı qabda. Böyük bir qabda da təqdim etmək olar, sonra da qaşıq ilə bir-bir desert boşqablara çəkmək, dolma kimi))) Ancaq bu desert məhz kiçik adambaşı qablarda çox effektli və gözəl görsənir, həm onda artıq - urtuq qalmır, hər kəs öz payını yeyir, çəkilir qırağa))) Mən şəkildə gördüyünüz kiçik dondurma qabalrda təqdim etməyə məsləhət görürəm. Qablar bir çox böyük marketlərdə var, sonra siz onları başqa təqdimatlar üçün də istifadə edə bilərsiz - dondurma, pudinq, muss. Hətta mürəbbə də qoya bilırsiz. Demək hər qabın dibinə 1yemək qaşığı krem qoyun. Kremi əvvəldən soyuducuya goymaq, soyutmaq lazım deyil, sonra birdəfəlik hazır deserti soyudacayıq. Əgər böyük qabda düzəldirsizsə, onda qabın dibinə hardasa yarım sm qalınlığında krem çəkin.
Tumblr media
İndi isə kremin üstünə qurabiyələri qoyacayıq. Hər qurabiyəni əvvəldən hazırladığımız kofenin içinə 1-2 saniyəlik batırın və kremin üstündəm goyun.
Tumblr media
Mənim qablarım kiçik olduğundan, mən bir qurabiyəni ortadan iki bölüb, yan-yan düzdüm kremin üstündən.
Tumblr media
Üstündən 1 qaşıq krem goyun və qurabiyələrin üstündən yaxmalayın. Kremin üstündən birdə qurabiyələri iki bölüb, kofeyə batırıb, düzdüm yan-yan. Siz istədiyiniz hündürlükdə düzəldə bilərsiz, mən  2 mərtəbəlik düzəltdim. Ən son qurabiyənin üstündən birdə krem tökdüm, qaşıqla yaxmaladım. Qeyd: bu qablarda 4 dənə tiramisu payı alındı. Kremi biraz qıssaydım, 5-ci də alınardı. Yəni təxmini də olsa ölçüləri deyirəm ki, biləsiz. Artıq Tiramisu deserti hazırdır. Qalır üstünə kakao tökmək. Məsləhət görürəm ki, kakaonu süfrəyə təqdim edən anda səpəsiz. Qabları streç ilə kip sarın və soyuducuya 30 dəq göndərin. Ən son kakaonu narın gözlü ələkdən səpin desertin üstünə.
https://azerifoodie.blogspot.com/2017/05/yumurtasz-tiramisu-marta-stuartdan.html#more
0 notes